Xəstə yarım kəskin dövrdə bronxit diaqnozu ilə müraciət edib



Yüklə 17,59 Kb.
tarix28.12.2021
ölçüsü17,59 Kb.
#17130

Məsələ 1.

Xəstə yarım kəskin dövrdə bronxit diaqnozu ilə müraciət edib.

Şikayətləri: ümumi zəiflik, bəlğəmli seroz xarakterli seyrək öskürək.

Obyektiv məlumatlar: xəstənin yaşı 42-dir. AT-120/80 mm c st-dur. Nəbzi ritmik, kafi gərginlikli, dolgunluqlu olub 1 dəqiqədə 74 vurğudur. Ürək tonları aydındır. Ağ ciyərlər üzərində auskultasiyada seyrək quru xırıltılar eşidilir.



Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Fizioterapiyanın məqsədi nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat: Пономаренко Г.Н. Руководство к практическим занятиям и по общей физиотерапии. Москва, «Медицина», 2010.



Məsələ №2.

Xəstədə sağ diz oynağının deformasiyaedici osteoartrozu diaqnozu ilə müraciət edib.


Şikayətləri: sağ diz oynağında periodik əmələ gələn ağrılar, ağrıların fiziki gərginlikdən sonra və günün axırına artması, hərəkətlər zamanı oynaqda xışıltı eşidilir.

Obyektiv məlumatlar: Xəstənin 65 yaşı var, artıq çəkilidir. Sağ diz oynağı deformasiyaya uğramışdır. Bud əzələlərində atrofiya aşkarlanmışdır.



Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Fizioterapiyanın məqsədi nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat: Пономаренко Г.Н. Руководство к практическим занятиям и по общей физиотерапии. Москва, «Медицина», 2010.


Məsələ №3.

Xəstə üçlü sinirin nevralgiyası diaqnozu ilə müraciət edib.

Şikayətləri: üzün sol yarısında soyuq küləkli havada əmələ gələn tutmaşəkilli ağrılar.

Obyektiv məlumatlar: Palpasiyada sol üçlü sinirin çıxış nöqtələri ağrılıdır.



Digər kəllə-beyin sinirləri, hərəki və hissi sfera tərəfindən patologiya aşkarlanmadı.

Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Fizioterapiyanın məqsədi nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.


Ədəbiyyat: Пономаренко Г.Н. Руководство к практическим занятиям и по общей физиотерапии. Москва, «Медицина», 2010.
Yüklə 17,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin