Stasionar şəraitdə antibakterial terapiyanın effektliyinin qiymətləndirilməsi.
Antibakterial terapiyanın ilkin qiymətləndirilməsi müalicə başlanandan 48-72 saat sonra aparılmalıdır. Bu dövrdə effektliyin əsas meyarı intoksikasiya və bədən hərarətinin azalması, tənəffüs çatəşmazlığının olmamasıdır. Əgər pasiyentdə yüksək hərarət və intoksikasiya saxlanılırsa və ya xəstəliyin simptomları proqressivləşirsə, o zaman müalicəni yararsız hesab etmək və antibakterial terapiyanı dəyişmək lazımdır.
Ikinci mərhələdə antibakterial terapiya effektsiz olduqda xəstəni diaqnozu dəqiqləşdirmək və ya xəstəxanadankənar pnevmoniyanın mümkün fəsadlarını aşkar etmək üçün müayinə etmək lazımdır.
Ahıl yaşlı pasiyentlərdə xəstəliyin ağır gedişində ən çox parenteral β-laktamlarla makrolidlərin kombinasiyalı tətbiqi məsləhət görülür.
Dostları ilə paylaş: |