matrisini düzəldək.
Teorem (Kronekker-Kapelli). (1) sisteminin uyuşan olması üçün onun genişlənmiş matrisinin ranqının əsas matrisin ranqına bərabər olması ( ) zəruri və kafidir. Beləki:
1) olduqda (1) sistemi uyuşmayandır,
2) olduqda (1) sistemi uyuşandır və bu halda, sistemin ranqı
sistemdəki məchulların sayını aşmır, yəni və ola bilər:
a) ( -məchulların sayıdır) olduqda, sistemin həlli yeganədir
və həmin həll Kramer düsturları vasitəsilə tapılır,
b) olduqda isə sistemin həlli sonsuz sayda-
dır və o belə bir sxem üzrə hesablanır: olduqda, sistemin həllini tapmaq üçün onun əsas matrisinin tərtibli hər hansı bir bazis minoruna uyğun sayda tənliyindən yeni sistem qurulur. Həmin sistemdən, əmsalları bazis minorun elementləri olan, sayda məchullar (bazis dəyişənləri) qalan sayda məchullardan (sərbəst dəyişənlərdən) asılı şəkildə tapılır.
Tutaq ki, bircins
(6)
xətti tənliklər sistemi verilmişdir. Aydındır ki, (6) sistemi olduğuna görə həmişə uyuşandır və onun sıfır (trivial) həllivar.
Teorem. (6) sisteminin sıfırdan fərqli həllinin olması üçün onun determinantının sıfra bırabər olması zəruri və kafidir. Tutaq ki, bircins üç məchullu üç xətti tənliklər sistemi verilmişdir:
.
Burada aşağıdakı hallar mümkündür:
a) əgər -dırsa, onda sistemin yeganə həlli var,
b) əgər və determinantın ikinci tərtib minorlarından biri sıfırdan
fərqlidirsə, onda tənliklərdən biri digər ikisinin nəticəsi olur və sistem üçməchullu iki tənlikdən ibarət olur, bunun isə sıfırdan fərqli sonsuz sayda həlli var,
с) əgər və determinantın bütün ikinci tərtib minorları sıfra bərabərdir-
sə, onda sistem üçməchullu bir tənliyə çevrilir və onun da sıfırdan fərqli sonsuz sayda həlli olur.
Ədəbiyyat M.Ə.ŞAHVERDİYEV ALİ RİYAZİYYATDAN ÇALIŞMALAR (Dərs vəsaiti) I HISSƏ Mühazirə materialı