XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 381,02 Kb.
səhifə14/97
tarix02.01.2022
ölçüsü381,02 Kb.
#1042
1   ...   10   11   12   13   14   15   16   17   ...   97
Svetayevanın Rilkeyə məktubundan sətirlər:

Dinlə, Rayner, sən bunu lap əvvəldən bilməliydin.



Mən pisəm. Boris yaxşıdı. Məhz pis olduğuma görə susurdum… Birdən belə bir şikayət (Pasternakın məktubu nəzərdə tutulur – tərc.): “Nədən məni uzaqlaşdırmaq istəyirsən? Mən ki onu (Rilkeni – tərc.) səndən az sevmirəm”.

Hansı hissləri keçirdim? Peşmançılıq? Yox. Heç vaxt. Qətiyyən. Heç nə vecimə gəlmədi, ancaq bu yandan da fəaliyyətə başladım. Sənin ilk iki məktubunun üzünü köçürüb göndərdim ona. Neynim axı, Rayner, mən pisəm, lap Allahın özü də olsa, heç kəslə şərik olmaq istəmirəm…

“Sevin, deyir, ruhum dodaqlarıma, sevin, tezliklə hər şey bitəcək!” Bir ağacı, ya bir adamı qucmaq eyni şeydi mənimçün. Mövcudiyyət.

Bu, işin bir tərəfi. İndi başqa tərəfi: Səni Boris mənə ərməğan elədi. Bu hədiyyəni aldığım vaxtdan onun tək sahibi olmaq istəyirəm. Bu, son dərəcə haqsız və əzabverici bir davranışdı ona qarşı. Sənin məktublarını buna görə yolladım ona.

…Rayner, dünən bulud gəlirdi, evdən çıxdım ki, sərgidəki ağları yığım. Əsən yeli – yeli yox, Quzeyləri ağuşuma aldım. (Sabah bu, Güney olacaq!) Mən onu içəri aparmadım, qaldı evin astanasında. O, içəri girmədi, amma gözümə yuxu gedən kimi məni qoynuna alıb özüylə dənizə apardı.

“Bircə işarə də yetər bizlərə”.

Bir də sevənlər barədə…



“Ay işığı altında səssiz, upuzun bir yol…”

Bütün bunların hamısı ancaq bu deməkdi: “Mən səni sevirəm”.

Əzizim! Sənə bir söz ərməğanım var, ola bilər, Mariya, bəlkə də sən onu bilmirsən.

Ağrı haqq sözdü, ağrı məhrəm sözdü, ağrı rəhmli sözdü”.(Müqəddəs Kuniqunda. XIII əsr)



Bu məktubu oxuyarkən sığallayacağın birinci it mən olacam. Onun baxışlarına diqqət yetir”.

Pasternakla Svetayeva arasında ilk münasibətlər 1920-ci illərin əvvəlindən başlayır. 1922-ci ildə Svetayevanın şeirlərindən vəcdə gələn Pasternak ona məktub yazır. Bu vaxt Marina xaricdə – Praqada yaşayırdı. O vaxtdan bir-birlərinə yaxınlaşır, həm poeziya barədə baxışlarını, həm də sevgilərini bölüşməyə başlayırlar. Pasternak və Svetayeva arasındakı dostluq və həqiqi sevgi onların bir-birinə yazdığı şeirlərdən tutmuş məktublarına qədər hər yerdə özünü büruzə verir və Svetayevanın qızı Ariadna Efronun yazdığına görə, 1922-ci ildən 1935-ci ilə qədər davam edir. 20-ci illərin ortasında bu münasibətlər ən yüksək həddə çatır, sonra isə yavaş-yavaş kəsilmək dərəcəsinə gəlir.

20 avqust 1955-ci il tarixli məktubunda M.Svetayevanın qızı Ariadna Efron Pasternaka yazırdı: “Anamın qeyd dəftərçələrində və qaralama dəftərlərində sənin haqqında çox şey var. Köçürdüb göndərərəm, yəqin ki, onların çoxundan xəbərin yoxdu. O. səni çox sevirdi, bütün ömrü boyu!..”

Marina Svetayevanın Rilkeyə məhəbbəti Pasternaka sevgiləri axarında ortaya çıxmışdı. Dilə-dişə düşən bu eşq Boris Pasternakla öz həyat yoldaşı arasında da söz-söhbətə səbəb olmuşdu.

29 fevral 1925-ci il tarixli məktubunda Svetayeva O.E.Çernovoya yazırdı: “Boris Pasternakla yaşaya bilmərəm. Bilirəm. Bu səbəbdən də, hər ikimiz (Seryoja* (Svetayevanın həyat yoldaşı –tərc.) və mən) səbəbindən də: Seryojanı qoyub getməyin faciəvi mümkünsüzlüyü, ikincisi, ondan az faciəvi olmayan sevgidən həyat düzəltmək, əbədiyyətdən günlər şəklində qamqalaq qopartmaq… Boris Pasternakla yaşamağım mümkün deyil, ancaq ondan bir oğlum olmasını istərdim, istərdim ki, o, məndən doğulan həmin varlıqda yaşasın. Əgər belə olmasa, mənim həyatım, həyatımın mənası puç oldu deməkdi”.


Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin