XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 381,02 Kb.
səhifə32/97
tarix02.01.2022
ölçüsü381,02 Kb.
#1042
1   ...   28   29   30   31   32   33   34   35   ...   97
23 fevral
Mənim üçün ağır gün. Sıxılmış limon kimiyəm, təkcə iradəmin qüvvəsi hesabına hərəkət edə bilirəm. Səhər tezdən Markos, Braulio və Tuma yolu təmizləməyə yollandılar. Biz düşərgədə gözlədik. Fransız kanalı vasitəsilə göndərdiyim məktubun alındığını təsdiq edən yeni radioqramın şifrəsini açdıq. Günorta yola çıxdıq: günəş elə yandırırdı ki, daşlar istidən çartlayırdılar. Keçidə çatanda mənim başım hərləndi. Buradan o yana dişimi-dişimə sıxıb sanki duman içində irəlilədim. Yaxınlıqdakı zirvənin hündürlüyü 1420 metrdir. Bu zirvədən Rio-Qrandenin, Nyakauasunun mənsəbinin və Rositanın bir hissəsinin gözəl mənzərəsi açılır. Topoqrafiya xəritəyə uyğun gəlmir; keçiddən dərhal sonra sərt uçurum, aşağıda isə arxasından Rositanın axdığı eni 8-10 kilometr olan meşəlik yayla var; bundan o yana hündürlüyü bizim sıra dağların hündürlüyü qədər olan bir başqa dağ silsiləsi ucalır, ondan o yana isə düz üfüqə qədər düzənlik uzanır.

Digər marşrutla – çayın yatağı ilə Rio-Qrandeyə, oradan isə Rositaya qədər enmək qərarına gəldik. Yamac dikdir, amma aşmaq olar. Görünür, çayın sahilində heç kim yaşamır, halbuki xəritə tamam başqa şey deyir. Güc-bəlayla enib hava qaralan vaxt 900 metrlik yüksəklikdə dayandıq. Su yoxdur.

Markos öz adamlarının nazı ilə oynamır: dünən birinə, bu gün isə bir başqasına dişinin dibindən çıxanı dedi. Onunla danışmaq lazımdır.


Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin