20 avqust “Döyüşçülər” Villi63 və Darionu64 da ixtiyarlarına verdiyim maçeterolarımız (Migel və Urbano), demək olar ki, irəliləmədilər, ona görə də biz daha bir gün düşərgədə qalmaq qərarına gəldik. Koko və İnti heç nə tuta bilmədilər, amma Çapako65meymun və yurina66 ovladı. Mən maral əti yedim və gecənin ortasında astmam kəskinləşdi. Məlum oldu ki, El Mediko lümbaqodan (bel ağrısı) hələ də müalicə olunmayıb, yəni demək olar ki, şikəstdir. Beninyodan heç bir xəbər yoxdur və bu məni çox narahat edir.
Radio Sukrenin 85 kilometrliyində “banditlərin” olduğundan xəbər verir.