Beninyo – Dariel Alarkon Ramires. Kubalı. Kebrado de El-Yuro dərəsində baş verən döyüşdə iştirak edib, bundan sonra Urbano və Pombo ilə birlikdə Çiliyə qaçıb. 1968-ci il mart ayının 6-da Kubaya qayıdıb. 1995-ci ildə “Sağ qalanlar” adlı xatiratlar kitabını çap etdirib. 1996-cı ildə Kuba inqilabına qarşı çıxıb.
26 La-Pas ştatının Şimali Yunqas əyalətinin Karanavi rayonunda yerləşən və üsyançılara mənsub olan ranço
27Orlando Ximenes Bazan (Kamba) və Xulio Mendes Korne (Nyato). Kamba – Boliviyanın şərqində yaşayan hindi tayfası
28Antonio (Olo) – Orlando Pantoxa Tamayo. Kubalı. 1967-ci il 8 oktyabrda Kebrado de El-Yuro dərəsində qətlə yetirilib.
29Feliks (Rubio) – Xesus Suares Qayol. Kubalı. Kuba Kommunist Partiyası MK-nın üzvü. 1967-ci il aprelin 10-da Boliviya ordusunun 11 itki verdiyi İripiti yaxınlığındakı döyüşdə qətlə yetirilib. O, Boliviya əməliyyatı zamanı döyüşdə öldürülən birinci partizan olub.