Xoakin (Vilo) – Xuan Vitalio Akunya Nunyes. Kubalı. 1957-ci ildə Kuba üsyançı ordusunun sıralarına qoşulan ilk kəndlilərdən biri. 1967-ci ilin 31 avqustunda onun qrupu Rio-Qrande sahilindəki Vado del Puerto-Maurisio keçidi yaxınlığında pusquya düşüb və bütünlüklə məhv edilib.
11Urbano – Leonardo Tamayo Nunyes. Kubalı. Kebrado de El-Yuro dərəsindəki döyüşdən sağ çıxıb. 1968-ci ilin fevralında Pombo və Beninyo ilə birlikdə Boliviyadan Çiliyə yollanıb. Kubaya 1968-ci il martın 6-da qayıdıb.
12Ernesto (El Mediko) – Freddi Maymura Urtado. Boliviyalı. Boliviya Kommunist Partiyasının üzvü. Həkim diplomunu Kubada alıb. 1967-ci il avqustun 31-də Vado del Yeso keçidi yaxınlığındakı döyüşdə əsir götürülüb və hökumət ordusu ilə əməkdaşlıqdan imtina etdiyinə görə elə həmin gün güllələnib.
13Rikardo (Papi, Çinçu, Mbili, Tako) – Xose Mariya Martines Tamayo. Kubalı. 1966-cı ilin martında Çenin qarşılanmasını təşkil etmək üçün La-Pasa gəlib. Əsas qrupun heyətində olub. 1967-ci il 30 iyulda ağır yaralanıb və yoldaşlarının əhatəsində can verib.