Paçunqo (Paço) – Alberto Fernandes Montes de Oka. Kubalı. Kuba hökumətində Ağır Sənaye Nazirliyi nəzdində, mədən şöbəsi direktoru da daxil olmaqla, müxtəlif vəzifələr tutub. 3 noyabrda Çe ilə birlikdə Boliviyaya gəlib. 9 oktyabrda Kebrado de El-Yuro dərəsində qətlə yetirilib.
2Siro Alqaranyas Leyçe – partizanların birinci düşərgəsinin yanında yerləşən Pinkal rançosunun sahibi.
3 Tumaini (Tuma) – Karlos Koelyo. Kubalı. Çenin sadiq silahdaşı və şəxsi mühafizəçisi. 1967-ci il iyunun 26-da Santa-Krus ştatının Florida əyalətindəki Piray adlı yerdə baş vermiş döyüşdə qətlə yetirilib.
4 Biqotes (Loro, Xorxe) – Xorxe Vaskes Vianya. Boliviyalı, Kommunist Partiyasının fəal üzvü, silahlı müqavimətin təşkilatçılarından biri. 1967-ci il aprelin 22-də Taperilyas yaxınlığındakı Koripote rançosunda baş verən döyüş zamanı yoldaşlarından ayrı düşüb, 29 apreldə əsir götürülüb. Bir ay sonra onun əsirlikdən qaçdığı elan edilib. Onu Reji Debre və Siro Bustosla birlikdə qiyabi mühakimə ediblər. Amma o vaxt artıq onun qətlə yetirildiyi ilə bağlı şayiələr gəzib.