XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 381,02 Kb.
səhifə79/97
tarix02.01.2022
ölçüsü381,02 Kb.
#1042
1   ...   75   76   77   78   79   80   81   82   ...   97
Qadın dalın-dalın qapı tərəfə gedə-gedə mobil telefonla nömrə yığır. Qonaq cəld ayağa qalxır.) Yaxın gəlmə!

Q o n a q: Siz də heç hara zəng etməyin. (Hər ikisi donub qalır.)

Q a d ı n: Sən kimsən?

Q o n a q: Biz artıq tanış olmuşuq.

Q a d ı n: Sən kimsən və burda nə eləyirsən?

Q o n a q (aramla): Mən?.. Sizə axı necə deyim… Killer… Bəlkə manyak… Bəlkə oğru… Bəlkə də sizin gizli pərəstişkarınız … (Uzun pauza.)

Q o n a q: Hə, hansıdı? Dosta zəng? Əlli əlliyə?

Q a d ı n (qırıq səslə): Əlli əlliyə nə?

Q o n a q (teleşounun aparıcısının intonasiyası ilə): Beləliklə, əlli əlliyə! Qalan variantlar: manyak, muzdlu qatil, yoxsa sizin gizli pərəstişkarınız. Seçin. (Qadın mobil telefona baxır.Qonaq hədələyici tonla.) Dosta zəng artıq olub. Siz bundan istifadə etmisiniz.

Q a d ı n (səsi əsə-əsə): Bəlkə birtəhər razılaşdıq?

Q o n a q: Bəlkə də. Oturun. (Divanı göstərir.) Məsələni çözək.

Qadın divan tərəfə yox, stol tərəfə gəlir və bıçaq götürür. Qonaq qalxıb ona yaxınlaşır.

Q a d ı n: Yaxın gəlmə!

Qadın bıçağı əlində tutub mobil telefonun nömrələrini yığır.

Q o n a q: Saşa, sakit ol, mən zarafat elədim! (Qadın telefonu qulağına tutub cavab gözləyir, amma elə bu an yaxınlıqda mobil telefonun azaldılmış səsi eşidilir. Qadın səsin hardan gəldiyini anlamaq üçün ora-bura boylanır.) Oldu, oldu… Zarafatım yaxşı alınmadı. (Qadına tərəf bir addım atır. Qadın yenə əlindəki bıçağı ona tərəf tuşlayır.) Saşa, sən məni tanımadın? Mən Qoretskiyəm. Valya. Səninlə paralel sinifdə oxumuşuq. (Qadın susur.) Unutmusan…

Q a d ı n: Valya?

Q o n a q: Nə oldu? Yadına düşdü?

Q a d ı n (çaşqın vəziyyətdə): Bəs sən… (Ona qarşı inamsızlıqla.) Sən məni necə tapdın?

Q o n a q: Rodionova vasitəsilə. Siz axı onunla yazışırsınız?

Q a d ı n: Hə. Amma mən ona ünvan verməmişəm.

Q o n a q: Amma Meşəkənarında bağının olduğunu demisən. Demisən ki, qülləli, yelqovanlı bir evdə yaşayırsan… Demisən?

Q a d ı n: Deyəsən…

Q o n a q: Gördün. Mən də keçəndə gördüm, burda yelqovanlı ev elə bir dənədi. Başqası yoxdu.

Q a d ı n: Haçan keçəndə?

Q o n a q: İndi.

Q a d ı n: Gecə? Sən axı burda necə peyda olmusan?

Q o n a q: Sənin yanına gəlmişəm.

Q a d ı n: Mənim? Niyə gecənin bu vədəsində?

Q o n a q: Cədvələ uyğun… Cənubdan şimala gedirəm. Qatarla. Sizin şəhərdə qatar iyirmi dəqiqə dayanır. Onun da on dəqiqəsini götür-qoy etdim: düşüm, düşməyim… Bir də buralara nə vaxt ayağım dəyəcək? Yəqin heç vaxt. Düşdüm.

Q a d ı n: Bəs işlərin? Ezamiyyətin?

Q o n a q: Heç nə olmaz, təyyarə ilə uçub çataram. Səhər tezdənə reys var.

Q a d ı n: Valya, əlbəttə ki, bu, təsirlidi, amma… niyə axı mənim yanıma? Biz ki məktəbdən sonra görüşməmişik…

Q o n a q: Elə görüşmədiyimizə görə də gəldim. Bir də görəcəyik ki, ömür keçib getdi, amma sözümüz ürəyimizdə qaldı. (Qadın bıçaq tutduğu əlini aşağı salır, amma mobil telefonun nömrəsini yenidən yığır və yenidən hardansa yaxınlıqdan melodiya səsi gəlir.) Sən ərinə zəng edirsən? Telefon burdadı. (Başıyla musiqi səsinin gəldiyi astana tərəfə işarə edir. Qadın susub tərəddüdlə baxır.) Sən hər halda məni xatırlamırsan…

Q a d ı n: Belə də…Dumanlı.

Q o n a q: Yaxşı. Bəs Vitya Stanislavskini necə, xatırlayırsan?

Q a d ı n: Əlbəttə! Eynəkli kürən. O, bizim sinifdə oxuyurdu.

Q o n a q: Mənsə onunla bir binada yaşayırdım. Biz dost idik. O, hətta kimya kombinatını yandırmışdı, az qala, məktəb də yanıb külə dönəcəkdi.

Q a d ı n: Hə… Tüstü aləmi bürümüşdü. İndi o hardadı?

Q o n a q: Vitka? Kanadada divarlara suvaq vurur.

Q a d ı n: Hə, Sveta mənə demişdi… Sən onunla tez-tez danışırsan?

Q o n a q: O qədər də yox.

Qadın bıçağı stolun üstünə qoyur.

Q a d ı n: Sən məni yaman qorxutdun.

Q o n a q: Üzr istəyirəm. Amma nədən qorxursan? Sizin ki, burda qulluqçunuz, bağbanınız var…

Q a d ı n: Hamısını buraxmışıq. Bayramdı.

Q o n a q: Onda bir də üzr istəyirəm.

Qadın təzədən mobil telefonu götürüb nömrəni yığır. Yenidən telefonun melodiyası eşidilir. Qadın qonaq otağından astanaya keçib mobil telefonla qayıdıb gəlir.

Q a d ı n: Ərim telefonu qoyub gedib. Qəribədi… Amma indilərdə gələcək.

Q o n a q: Sən məni nə bilmişdin?

Q a d ı n: Sonra deyərəm. Sən əyləş… Qəhvə?

Q o n a q: Yox, təşəkkür edirəm.

Q a d ı n: Konyak?

Q o n a q: İçmirəm.

Q a d ı n: Tamam?

Q o n a q: Həyatım boyu o qədər içmişəm ki, sən heç onu üzüb keçə bilməzsən… (Qadın Qonağın qabağına külqabı qoyur.) Çəkmirəm.

Q a d ı n: Bəlkə sən heç futbola da baxmırsan?

Q o n a q: Əlbəttə, baxmıram.

Q a d ı n: Fantastika. Belə kişi olmur. (Divanda əyləşir.) Bilirsən, mən məzunların görüşünə getmirəm. Ərimlə bura köçəndən sonra… Amma yazışıram. “Odnoklassnik”də. Bizimkilərin, demək olar, hamısı ordadı. Sən niyə yoxsan?

Q o n a q: Gizlənirəm.

Qadın çaşqın nəzərlərlə baxır. Qonaq gülümsəyir.

Q a d ı n: Vergidən?

Q o n a q: Elə ondan da…

Q a d ı n: Valya, hər halda… Sənin başına nəsə iş gəlib?

Q o n a q: Gəlib… Elə sənin də.

Q a d ı n: Nə?!

Q o n a q: Biz axır ki, rastlaşdıq.

Q a d ı n: Ciddi deyirsən?

Q o n a q: Tamamilə. Sən heç dəyişməmisən. Təkcə gözlərin… Sənin gözlərin boz idi. Amma indi… Yoxsa işıq düşür?

Q a d ı n: İşığın dəxli yoxdu. Gözlərim mavi olub. Bu, çətin bir şey deyil. İndi hətta cinsi də dəyişmək mümkündü.

Q o n a q: Mavi gözlərlə sən daha gözəlsən.

Q a d ı n: Təşəkkür edirəm.

Q o n a q: Özün barədə danış.

Q a d ı n: Onsuz da sən Rodionovayla əlaqə saxlayırsan. Yəqin mənim barəmdə hər şeyi bilirsən.

Q o n a q: Təxminən. Qızın necədi?

Q a d ı n: Ərə getməyə hazırlaşır. Nəsə tələsir… Deyir ki, sözlərində ciddidilər. Birigün onun yanına uçuruq.

Q o n a q: O hardadı ki?

Q a d ı n: Amerikada oxuyur.

Q o n a q: Pis deyil.

Q a d ı n: Ona pis deyil, mənə pisdi. Darıxıram.

Q o n a q: Harda işləyirsən?

Q a d ı n: Elə burda da işləyirəm.

Q o n a q: Niyə darıxdığın aydın oldu.

Q a d ı n: Amma təzədən məktəbə qayıtmaq nəsə ciddi görünməz…

Q o n a q: Oxumağa?

Q a d ı n: Oxutmağa. Mən axı orda beş il işləmişəm. Sonra İqorun işləri qaydasına düşdü… Pulum elə yola gedirdi. Yulya tez-tez xəstələnirdi. Axırda ev xanımı işinə düzəlməli oldum.

Q o n a q: Aleksandra Romanovna, şagirdlər sizə necə müraciət edirdilər?

Q a d ı n: Təsəvvür edirsənmi… Aleksandr Makedonski.

Q o n a q: Niyə ki?

Q a d ı n: Mən sinfi sakitləşdirəndə belə deyirdim: “Aleksandr Makedonski qəhrəman idi, amma stulları sındırmırdı…” Ümumiyyətlə, maraqlı idi. Elə bil özünü güzgünün o biri üzündə görürsən. Həmişə düşünürdük ki, müəllimlər heç nə qanmırlar, amma biz ağıl dəryasıyıq, onları təlxək yerinə qoyuruq… Mənsə uşaqlara baxanda onları ovuc içi kimi görürdüm. Bax bu, indicə hazırcavablıq eləyəcək. Bu biri acıb, artıq asta-asta buterbrodunu hazırlayır. Mən artıq onun qoxusunu da eşidirəm… Bu biri əsə-əsə oturub, başını aşağı salıb, qorxur ki, lövhəyə çağıraram. Bu birisə, əksinə, dərsi öyrənib deyə qurcalana-qurcalana qalıb. Bu gün cavab verə bilsə, iki həftə kitab üzü açmaya bilər. Dilxor-dilxor çıxıb getdi.

Q o n a q: Çağırmadın? Xoşun gəlmirdi?

Q a d ı n: O qədər də yox. Ya da istəyirsən xeyirxahlıq eləyəsən, mərhəmət göstərəsən… Oğlansa qıza xoş gəlmək üçün mənim dərsimi pozur. Sən də belə olmusan?

Q o n a q: Başqa sinifdən bir qız mənim xoşuma gəlirdi.

Q a d ı n: İnşa yazanda daha maraqlı olurdu. Görür, biri köçürür, özünün başında heç nə yoxdu. O birində isə ilham pərisi dördnala çapır. Tələsir, səhvlər eləyir, vergül-nöqtəni qoymur… Elə bilir ki, bu günəcən heç kimin yaza bilmədiyini yaradır, dünyanı alt-üst edib dəyişəcək.

Q o n a q: “Mən yayı necə keçirdim” inşa işinin iziylə iki qarət və bir zorlama hadisəsinin üstü açılıb.

Q a d ı n: Yaxşı görək… Mənim şagirdlərim tərbiyəli idi.

Q o n a q: Qulaq as, sizin sinif rəhbəriniz hələ sağdı? Biologiyaçı. Natalya… Natalya…

Q a d ı n: Pavlovna. Keçən il öldü… yadımdadı, bir dəfə Stanislavskini lövhəyə çağırıb ondan steqosefallar barədə soruşdu. Kərtənkələ növüdü, timsahdan da dəhşətlidi. Yadımdadı, o, lövhənin qarşısında dayanıb durub, üçüncü partada oturan Lenya Saxarov da ona dərsi pıçıldayır. Sonra Lenanın başı qonşu stulda oturan dostunun qulağını kağızla qıdıqlamağa qarışdı. Biologiyaçı isə bu an Vityanı üçüncü partaya tərəf sürükləyir. “Hə, de görüm, Yura dövründə steqosefallarda nə əmələ gəlmişdi?” Vitya əvvəlcə Lenkaya, sonra steqosefala baxdı… Onun arxasından plakat asılmışdı… Təzədən Lenkaya baxdı. O da kağızı qonşusunun qulağına dürtməyindədi. Və Vitya əmin olmasa da, hər halda cavab verə bildi: “Qu-u-laq əmələ gəlmişdi…”

Q o n a q: Hə, sizin bu şaqqanaq səsinizdən az qala qonşu kabinetin tavanı yerə gələcəkdi.

Q a d ı n (həyəcanla saata baxır): Ərim axı harda qaldı?

Q o n a q: O nə üçün gedib ki?

Q a d ı n: Gələr, bilərik… Yeri gəlmişkən, sən o qarçiçəklərini hardan tapdın?

Q o n a q: Hərbi sirdi. Sən ərinə nə hazırlamışdın?

Q a d ı n: Kluba zəng vurub bura striptizçi oğlanlar xahiş etdim. Siz qırx yaşlılar axı özünüzə qız xeylağı istəyirsiz, eləmi? İndi isə… Ərim gəlib görəcək ki, mənim gənc məşuqum özü üçün xırda-xırda konyak vurur… Onun qısqanc baxışlarını görmək istərdim.

Q o n a q: Mən bunun üçün yaramıram?

Q a d ı n (fikirləşib): Azca. Süjeti dəyişirik. Guya sən mənə aşiqsən. Məktəb sevgisi hələ də yaşayır. Bu gün də mənə öz ürəyini təklif edirsən.

Q o n a q: Böyrəyimi də.

Q a d ı n: Hansı böyrəyini?

Q o n a q: Zarafat eləyirəm. Mən razı. Amma sən, belə görürəm, oynamağı xoşlayırsan, hə?

Q a d ı n: Bir az…

Q o n a q: Mən avtobazada işləyirdim. O idarədə Vera və Veroçka adlı iki qadın var idi. Hər ikisinin əri uzaq məsafələrə maşın sürürdü. Veranın əri qısqanc, davakarın birisiydi. Veroçkanınkısa yox. Doğrusu, heç əsas da yox idi. Amma Veroçka da Vera kimi ehtiraslar, qalmaqallar istəyirdi. Odur ki, bir gün hardansa götürdüyü siqaret kötüyünü yastığının altına qoyur. Əri də çəkən deyil. Hə, əri kötüyü tapdı. Dinməzcə işə getdi. Və bir daha geri dönmədi. Arvadı nə qədər hönkürsə də inanmadı. Boşandılar. Ehtiraslarsız və qalmaqallarsız… Qorxmursan?

Q a d ı n: Qorxuram ki, qalmaqal-filan olmaya. Sən necə, əgər sinif yoldaşlarından biri gecə arvadının yanına gəlsəydi, tamaşa qurardınmı?

Q o n a q: Yox.

Q a d ı n: Niyə?

Q o n a q: Çünki bu olmayacaq.

Q a d ı n: Niyə?

Q o n a q: Subayam. (Pauza.) Yaxşı, mən artıq oyuna girdim. Necə icra edəcəyik?

Q a d ı n: O içəri girir və biz bu an… içirik?

Q o n a q: Mən içən deyiləm. İnandırıcı görünməyəcək… Yeri gəlmişkən, sən niyə durmusan? (Şərab dolu badəyə işarə edir.)

Q a d ı n: Hələ istəmirəm.

Q o n a q: Gəl belə eləyək. O, içəri girir, sənsə piano çalırsan.

Q a d ı n (istehzayla): Sən də oxyursan?

Q o n a q: Sən pianoda tez-tez çalırsan?

Q a d ı n: Yüz ildi ona əlim dəymir. Gəl başqa bir şey…

Q o n a q: Onun üçün yox, mənim üçün çalırsan. Görən kimi qısqanacaq.

Q a d ı n: Yadımda qalan melodiya yoxdu.

Q o n a q (xahiş edir): Gəl püşk…

Q a d ı n: Əllə?

Q o n a q: Tək-cüt eləyək. Əgər tapsan, başqa bir şey fikirləşərik.

Q a d ı n: Yaxşı.

Q o n a q: Üzünü çevir. (Qadın dönür. Qonaq oyana-buyana baxıb uyğun bir şey tapa bilmədiyindən köynəyinin düyməsini açıb ovcunda sıxır.) Tək, yoxsa cüt?

Q a d ı n: Cüt.

Q o n a q: Hardan bildin?

Q a d ı n: Həmişə cüt deyirəm. Cüt cütlük deməkdi. Ər-arvad.

Q o n a q ( düymə olan ovcunu açır): Tapmadın. Təkdi.

Q a d ı n: Nədi, məgər onu qoparmısan?

Q o n a q: Özü qopub. (Qadın köks ötürüb pianinonun arxasında əyləşir.) Dilxor olma, əvəzində səninki sevgidə gətirər.

Q a d ı n: Şəkk-şübhə belə eləmə. (Bir neçə akkordu yoxlayıb sonra başlayır… “Mənim nəvazişli və zərif heyvanciyəzim” filmindən olan valsı ifa edir.) Dedim axı, çoxdandı çalmıram.

Ayrı-ayrı akkordlarla melodiyanı ifa etməkdə davam edir.

Q o n a q: “Moruq-giləmeyvə” mahnısını necə, çala bilərsən?

Qadın səhv-doğru çalmaq istəyir.

Q a d ı n. Yox… Dedim axı, bir şey alınmayacaq… (Qalxıb pianinonun qapağını örtür.) İstəyirsən, disk qoyum? Məndə 80-ci illərin diski var.

Q o n a q: Sonra. Yadındamı, direktor xanımımız diskotekalarda işığı söndürməyə icazə verməzdi? Mənəviyyat uğrunda mübariz xanım.

Q a d ı n: Qaranlıq gənclərin dostudu… O qadının neçə yaşı vardı?

Q o n a q: Qırx.

Q a d ı n: O, bizim gözümüzdə necə də yaşlı görünürdü!.. Düymən hanı, tək düymən? Köynəyini ver, tikim.

Q o n a q: Demək, sizin bu… evə daxil olur və budur sənə striptizli ailə münaqişəsi. (Şkafa tərəf gedib iynə-sap olan qutunu götürür və sapı iynəyə keçirir. Pencəklə, köynəyini soyunub şalvarda və futbolkada qalır.)

Q a d ı n: Siz striptiz buna deyirsiz? (Düyməni tikib Qonağa baxır.) Sən məktəbdən sonra hara üz tutdun?

Q o n a q: Hərbi-siyasi sahəyə. Yadındadı, belə bir ixtisas var idi. Vətəni qorumaq… Sonra bu vətənlərin sayı çoxaldı. Və onları bir-birindən qorumaq lazım gəldi. Sonra başıma iş gəldi. Bir əsgəri evlənmək üçün üç günlüyə evə buraxdım, o da fərari çıxdı… Beləcə, Valentin Vitalyeviç bir həddəcən yüksəlib sonra bayıra atıldı.

Q a d ı n: Haracan?

Q o n a q: Tutaq ki, mayoracan.

Q a d ı n: İndi də avtobazadasınız?

Q o n a q: Yox. Başqa idarədə.

Q a d ı n: Nə işlə məşğulsunuz?

Q o n a q: Xidmət göstəririk.

Q a d ı n: Nə xidmət?

Q o n a q: Müxtəlif xidmətlər.

Q a d ı n: Sirr dolu müəmma… Eynən casuslar kimi.

Q o n a q: Kəşfiyyatçı üçün birinci şərt kəşfiyyatçıya oxşamamaqdı.

Q a d ı n: Oldu. İstəmirsən, demə… Bizim oğlanlar sayta bir foto yerləşdiriblər: Rubens istirahət edir! Sən də, afərin, özünə baxırsan.

Q o n a q: Səhərlər qaçıram, axşamlar da yemək verənim yoxdu. Olan sirr budu, vəssalam.

Q a d ı n: Bəs mən?

Q o n a q: Nə sən?

Q a d ı n: Dəyişmişəm?

Q o n a q: Əlbəttə. Yaxşılaşmısan.

Q a d ı n: Yalan deyirsən, amma xoşdu.

Q o n a q: Qısa saç sənə yaraşır. Çünki boğazın gözəldi.

Q a d ı n: Sən artıq rola girirsən… Mən hələ institutda saçımı kəsdirmişdim.

Q o n a q: Heyfin gəlmədi?

Q a d ı n: Deyirlər, saçını kəssən artıq-urtuq xatirələrdən xilas olarsan.

Q o n a q: Məni neçə dəfə keçəl eləyiblər. Xeyri olmayıb. (Düyməni tikib qurtarandan sonra Qadın sapı qoparıb Qonağa yaxınlaşır. Bir saniyəlik çaşqınlıq. Qadın köynəyi ona uzadır. Qonaq köynəyi alır, yerinə tikilən düyməyə baxır.) İynə əlinə batdı?

Q a d ı n: Doğrudan?

Q o n a q: Burda qan var.

Q a d ı n: Bulaşıb?

Q o n a q: Qanını sil. (Qadın çantasından burun dəsmalını çıxarıb barmağını silir. Sonra dəsmalı təzədən çantasına qoyur. Qonaq köynəyini geyinir.) Barmağın necədi? Donor lazım deyil? Səndə neçənci qrupdu?

Q a d ı n: İkinci.

Q o n a q: Uyğun gəlir. Göstər.

Qadın əlini ona uzadır. O, Qadının əlindən tutub onun ovcunu açır.

Q a d ı n: Sən falçısan?

Q o n a q: Demək olar, tapdın… Əllər bizim üçün əsasdı. (Onun əlini tutub saxlayır.) Olanları bilirsən. Olacaqları bilməsən də olar.

Q a d ı n: Nə olub ki?

Q o n a q: Hadisə.

Q a d ı n: Nə hadisə?

Q o n a q: Kişi qadının yanına gəlib. (İşıq sönür.) Sən hardasan? (Gurultu səsi gəlir. Qadın ah çəkir.) Nə oldu?

Q a d ı n: Pərdəni çəkmək istəyirdim, əvəzində karniz düşdü.

Qaranlıqda alışqan səsi gəlir, sonra otaq işıqlanır. Qonağın əlində tutduğu alışqanın işığıdı. Qadın pəncərənin qarşısında dayanıb.

Q o n a q: Sənin bir yerin dəymədi?

Q a d ı n: Yox. Qonşuların işığı yanır. Demək, problem bizdədi. Generator axı niyə işə düşmür? Qəribədi.

Q o n a q: Qoy gedim baxım. Hardadı?

Q a d ı n: Zirzəmidə.

Q o n a q: Gedək.

Yaxınlıqdakı qapılardan birinə tərəf gedir.

Q a d ı n: Zirzəmiyə qapı astanadandı. Bu, yataq otağıdı.

İşıq sönür.

Qonşu otaqdan on iki dəfə zəng səsləri eşidilir.

A n t r a k t


Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin