ALMANİYANIN ƏN GÖZƏL TÜRKÜ
Daşdan, uzun müddət ərzində, millimetrlərlə yonularaq
hazırlanan bu nərdtaxta Şəmkirin Posanlı kəndində yaşayan 10-cu
sinif şagirdi Xəyal Allahverdiyevin əl işidir. Olduqca zəhmət və
vaxt tələb edən əl işlərinin hər biri 3-4 aya, bəzən 2 ilə başa gəlir.
Bunlar arasında onun 1 ildən artıq üzərində işlədiyi nərddaş diqqət
çəkəndir. Xəyal nərd üzərində son oyma işlərini həyata keçirir. O,
bu cür işlərə uşaqlıq illərindən böyük həvəsinin olduğunu deyir.
Gənc usta işlətdiyi iri ağ sal daşları kəndin ətrafındakı dağlardan
gətirir. Nərd hələ tam hazır deyil, onun daha mənalı görkəm
alacağı uzun müddətli zəhmətdən sonra mümkün olacaq. Xəyal
deyir ki, nərdin zər və daşlarını da yonacaq, eləcə də lövhənin
hündürdə durması üçün ona altlıq da hazırlayacaq.
Bütün işlərində daşdan qoparılan kiçik parçalardan istifadə
edən usta Xəyal həmin daş parçalarından uşaqlar üçün müxtəlif
fiqurlar hazırlayır, rəngləyir və onları kiçik yaşlı məktəblilərə hədiyyə edir.
O deyir ki, daşdan olan nərdtaxtanı xüsusi sevgi və maraqla hazırlayıb. Bir sıra məktəbli müsabiqələrində də
fərqlənmiş gənc ustanın ən böyük arzusu Şuşanın dağlarını gəzməkdir.
Bunu əslində nərdtaxta yox, nərddaş adlandırmaq daha düzgün olardı
Dostları ilə paylaş: |