68
İDMAN
İDMAN
324 Dekabr 2013
Assambleyanın son günü “Bakı–2015” Avropa
Oyunlarının təqdimatı çərçivəsində Azərbaycanın gənclər və
idman naziri Azad Rəhimov birinci Avropa Oyunlarının
rəsmi loqosunu təqdim etmişdir.
Azad Rəhimov çıxışında bildirmişdir ki, xalqımız ilk dəfə
keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməkdən böyük
fərəh hissi duyur. O demişdir: “Bizim loqomuz xalqımızın
idman irsindən qürur duymasını, qonaqpərvərliyə
sədaqətimizi, ölkəmizin idman, biznes və turizm mərkəzi
kimi mövqeyini əks etdirir”.
AOK-un prezidenti Patrik Hikki “Bakı–2015” Avropa
Oyunlarının rəsmi loqosunun təqdim edilməsinin tədbirə
hazırlıq istiqamətində vacib bir mərhələ olduğunu diqqətə
çatdırmışdır. O demişdir: “Avropa tarixində ilk dəfə qitə üzrə
multi idman tədbiri keçiriləcək. Əksər avropalı atletlər üçün
bu tədbir böyük əhəmiyyət daşıyacaq”. Avropa Oyunlarında
49 ölkədən 5400-dən çox atlet 18 idman növü üzrə yarışacaq.
35 yaşlı azərbaycanlı dizayner Adəm Yunisov tərəfindən tərtib edilmiş bu yeni loqo alov, su, əfsanəvi simurq quşu,
xalı və nar da daxil olmaqla, ölkəmizin qədim və müasir mədəniyyətini əks etdirən beş başlıca elementi bir araya
gətirmişdir. A.Yunisovun açıq ictimai müsabiqə nəticəsində seçilmiş loqo tərtibatı ölkənin təbii gözəlliklərini,
mədəniyyət və irsini, o cümlədən Avropanın ən sürətlə inkişaf edən şəhərlərindən biri kimi Bakının assosiasiyasını
təsvir edir. Bu loqo, həmçinin, İspaniyanın Atletiko Madrid futbol klubunun oyunçularının idman köynəklərini də
bəzəyəcək.
Tədbirdə, həmçinin “Bakı–2015” Avropa Oyunları ilə bağlı stend də qurulmuşdur. Milli geyimli gənclər
assambleya iştirakçılarına paytaxtımızın görməli yerlərini əks etdirən şəkillərdən ibarət albom, üzərində “Bakı–2015”
Avropa Oyunlarının loqosu həkk olunmuş döş nişanı və digər hədiyyələr paylamışlar
.
2015-ci ilin iyun ayında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək ilk Avropa
Oyunlarının rəsmi loqosu noyabrın 23-də Avropa Olimpiya Komitəsinin
(AOK) Romada keçirilən 42-ci Baş Assambleyasında təqdim olunmuşdur
Dostları ilə paylaş: