AOK-UN İCRAİYYƏ KOMİTƏSİNƏ
İLK DƏFƏ AZƏRBAYCANLI SEÇİLMİŞDİR
İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi
2012/2013-cü il mövsümünün yekunlarına əsasən, “Qızıl buts”
mükafatına layiq görülmüşdür.
AzərTAc xəbər verir ki, argentinalı futbolçu üçüncü dəfə bu
nailiyyəti təkrarlamaqla yeni rekord müəyyənləşdirmişdir.
Avropa İdman Nəşrləri Assosiasiyası “Barselona” və Argentina
millisinin hücumçusu Lionel Messini “Qızıl buts”la
mükafatlandırmışdır. İyirmi beş yaşlı futbolçu UEFA-ya daxil olan
ölkə çempionatlarında ən çox qol vurduğuna görə bu mükafata sahib
çıxmışdır. Messi ötən mövsümdə İspaniya La Liqasının 32 oyununda
meydana çıxmış və 46 dəfə fərqlənmişdir. Futbolçu çempionatda
iştirak edən bütün komandaların qapısına yol tapmışdır.
Daha əvvəl o, 2010 və 2012-ci illərdə buna nail olmuşdu. Mükafat
uğrunda mübarizədə Messinin əsas rəqibi “Real”ın futbolçusu
Kriştiano Ronaldo idi. İki dəfə “Qızıl buts”a sahib çıxan
portuqaliyalı ötən mövsümdə Messidən 12 qol az vurmuşdu.
Qeyd edək ki, cənubi amerikalı futbolçu həmçinin son 4 ildə
qazandığı “Qızıl top”a namizədlər arasındadır. Bu mükafatın qalibi yanvarın 13-də məlum olacaq.
Avropa İdman Nəşrləri Assosiasiyası “Barselona” və Argentina
millisinin hücumçusunu “Qızıl buts”la mükafatlandırmışdır
Dostları ilə paylaş: |