Norveç şahmatçısı Maqnus Karlsen Hindistanın Çennay
şəhərində şahmat üzrə dünya çempionu adı uğrunda keçirilən
matçda Hindistan şahmatçısı Vişvanatan Ananda noyabrın 23-də
vaxtından əvvəl qalib gəlmişdir.
Karlsenin ağ fiqurlarla oynadığı onuncu partiyada 65-ci
gedişdə heç-heçə qeydə alınmışdır.
Bu oyundan sonra V.Anand dünya çempionu adını saxlamaq
imkanından məhrum olmuşdur, çünki 12 partiyadan ibarət matçda
hesab namizədin xeyrinə 6,5-3,5 olmuşdur.
Xatırladaq ki, V.Anand 2007-ci ildə dünyanın ən güclü
şahmatçılarının turnirində qazandığı çempion adını Vladimir
Kramnik, Veselin Topalov və Boris Gelfandla matçlarda qoruyub
saxlamışdı.
FİDE-nin siyahısında ən yüksək reytinq əmsalına malik olan
M.Karlsenin noyabrın 30-da 23 yaşı tamam olmuşdur.
M.Kalsen Londonda namizədlərin turnirində əlavə göstəricilər üzrə yekun protokolunda rusiyalı Vladimir
Kramniki geridə qoyaraq, V.Anandla qarşılaşmaq hüququ qazanmışdı.
70
324 Dekabr 2013
Maqnus Karlsen dünya şahmat tacı uğrunda mübarizədə Vişvanatan Ananda qalib gəldi
Dostları ilə paylaş: