Xidmət müqaviləsi N


Əməyin mühafizəsi, texniki-təhlükəsizlik, sanitar-gigiyena qaydalarının tələblərinə riayət edilməsini. 2.18



Yüklə 99,5 Kb.
səhifə3/6
tarix06.03.2023
ölçüsü99,5 Kb.
#86807
1   2   3   4   5   6
Xidmet muqavilesiNUMUNE

2.17. Əməyin mühafizəsi, texniki-təhlükəsizlik, sanitar-gigiyena qaydalarının tələblərinə riayət edilməsini.
2.18. Müqavilə öhdəliklərini yerinə yetirən zaman təqsirli olduqda dəymiş ziyana görə cavabdehlik daşımasını.
2.19. “Sifarişçi”yə müqavilə üzrə lazımi sənədləri, məlumatları və s. təqdim etməsini.
2.20. Balonlar təmir və diaqnostika edilməsi üçün “Sifarişçi”tərəfindən “İcraçı”nın təyin etdiyi yerdə təhvil verildikdən və xidmət göstərildikdən sonra həmin balonlar “Sifarişçi”yə qaytarılan anadək bütün riskləri daşımasını.
3. Qiymət və ödəniş qaydaları
3.1. Bu Müqaviləyə əsasən göstərilən xidmətlər ilə bağlı ödəniləcək haqq Müqaviləyə əlavə olunmuş və onun ayrılmaz hüssəsi hesab edilən “Yerinə yetirilmiş xidmətlər üzrə qiymətlərin razılaşma protokolu” ilə müəyyən olunur.
3.2. Göstərilən xidmət haqqı “İcraçı”nın təqdim etdiyi hesab-faktura əsasında “Sifarişçi” tərəfindən 5 (beş) bank günü ərzində köçürmə yolu ilə həyata keçirilir.
3.3.“Sifarişçi” ilə “İcraçı”nın səlahiyyətli nümayəndələri tərəfindən imzalanıb, möhürlənmiş təhvil-qəbul aktları tərəflər arasında hesablaşmaların aparılmasına əsas verir.
3.4. Xidmətlər göstərildikdən sonra tərəflər arasında müvafiq təhvil-qəbul aktı imzalanır. Xidmətlərin qəbul tarixi təhvil-qəbul aktının hər iki tərəfdən imzalandığı tarix hesab edilir.
3.5. Xidmətlər göstərildikdən sonra tərtib olunmuş təhvil-qəbul aktı “Sifarişçi”yə təqdim olunduğu tarixdən 1 (bir) təqvim günü ərzində “Sifarişçi” tərəfindən imzalanır.
3.6. Bazar konyukturunun dəyışməsindən asılı olaraq “Satıcı”nın tələbi ilə tərəflər Qiymət razılaşmasına yenidən baxaraq müqaviləyə əlavə olaraq qiymətlərin razılaşma protokolunu tərtib edə bilər və qarşılıqlı təsdiq olunmuş hər bir son razılaşma protokolu müqavilənin müvafiq şərti üzrə üstün qüvvəyə malik olur.


4. Keyfiyyəti və zəmanət
4.1. “İcraçı” balonların təmir və diaqnostikası ilə bağlı göstərilmiş xidmətlərin keyfiyyətinə görə məsuliyyət daşıyır və keyfiyyət sertifikatında olan texniki şərtlərə uyğunluğuna zəmanət verir.


4.2. “İcraçı” bu müqaviləyə əsasən göstərdiyi xidmətlərə görə təhvil-qəbul aktı imzalandıqdan və xidmət göstərilmiş balonlar “Sifarişçi”yə qaytarıldığı vaxtdan etibarən həmin balonlara 12 (on iki) ay müddətində zəmanət verir.
4.3. Zəmanət müddəti ərzində xidmətlərdə qüsurlar aşkar edildikdə, “Sifarişçi” qüsuru aşkar etdiyi tarixdən ən gec 30 (otuz) təqvim günü ərzində “İcraçı”ya yazılı şəkildə etiraz göndərmək hüququ vardır.
4.4. “İcraçı” öz nümayəndəsi vasitəsilə etirazı aldığı andan 30 (otuz) təqvim günü ərzində etirazın əsaslığını yerindəcə yoxlamaq hüququ vardır. Əgər etiraz əsaslı olarsa və zəmanət müddətində verilmişdirsə, “İcraçı” öz hesabına qüsurları aradan qaldırır.
4.5. Balonlar “Sifarişçi” tərəfindən daşıyıcıdan qəbul olunduqdan sonra lazımi şəraitdə saxlanılmaması, mühafizə olunmaması və ya daşınması, “Icraçı”nın təlimatlarına uyğun olaraq quraşdırılmaması, lisenziyası və müvafiq icazəsi olmayan digər şəxslər tərəfindən təmir edilməsi və ya digər səbəblərdən yararsız, qüsurlu hala düşməsi və ya itməsi, bununla bağlı hər hansı ziyan və ya zərərə görə “İcraçı” məsuliyyət daşımır.



Yüklə 99,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin