Tərbiyədə fərdi yanaşma prinsipi. Ailədə tərbiyə vasitələri seçərkən uşağın fərdi xüsusiyyətlərini də nəzərə almaq lazım gəlir. Bəzi şəxslər fərdi yanaşma və fərdi tərbiyəni bir-biri ilə eyniləşdirirlər, halbuki onlar arasında fərq vardır. Fərdi tərbiyə uşağı təklikdə tərbiyə etməyi nəzərdə tutur, fərdi yanaşma isə, uşağın fərdi xüsusiyyətlərini nəzərə almağı tələb edir.