İstiqamət: kontekstdə musiqi əsərlərinin dərk edilməsi
Mus.II.9. Şagird yaradıcılıq peşələrini fərqləndirə və onları incəsənətin konkret nümunələri ilə əlaqələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
bəstəkarın, rəssamın, heykəltəraşın, şairin, yazıçının peşələrini fərqləndirə və onlarla əlaqədar bir və ya bir neçə əsərin adını çəkə bilirsə;
-
öz ətrafında incəsənət əsərlərini tanıya bilirsə;
-
incəsənət nümunəsini gördükdən, dinlədikdən sonra müəllifin peşəsini deyə bilirsə.
Mus.II.10. Şagird dinlədiyi əsəri gündəlik həyatla əlaqələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
özünün sevdiyi musiqi əsərlərini harada, hansı mühitdə dinlədiyini yada sala bilirsə;
-
musiqi əsərləri ilə əlaqədar deyilənləri, tarixi, məzmunu danışa bilirsə və bunun ətrafında suallara cavab verə bilirsə;
-
musiqi əsərlərinin müəllifləri, süjetləri, tarixi, ifaçıları ilə əlaqədar suallar qoya bilirsə;
-
musiqi nömrələrinin hansı qəhrəmanla assosiasiya yaratdığını yada sala bilirsə;
-
vizual materialı (foto, video) musiqi əsəri ilə əlaqələndirə və öz şəxsi təəssüratını yada sala bilirsə.
Dostları ilə paylaş: |