Mus.III.8. Şagird öyrədilmiş musiqi terminlərindən istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
söhbət zamanı öyrəndiyi terminlərdən istifadə edir və lazım gəldikdə onları izah edirsə;
-
yeni terminin, sözün əhəmiyyətini dəqiqləşdirmək məqsədi ilə suallar qoyursa.
Mus.III.9. Şagird müxtəlif növ tədbirdə iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
sinif tədbirlərində iştirak edə bilirsə;
-
məktəbin hesabat konsertinə gedir və iştirak edə bilirsə;
-
teatra, konsertə, muzeyə gedirsə.
Mus.III.10. Şagirdin başqasının yaradıcılığına və fikrinə hörmətlə yanaşmaq qabiliyyəti vardır.
Nəticə göz önündədir, əgər şagird:
-
sinif yoldaşları tərəfindən aşkara çıxarılmış istənilən qabiliyyəti – mahnı, rəqs, şəkil çəkmək, ritmi duymaq, yazmaq qabiliyyətini müsbət qiymətləndirirsə;
-
başqasının cavabını başa çatdırmasını gözləyirsə;
-
fikrin ifadə olunması zamanı dəqiqdirsə.
Mus.III.11. Şagird başa düşür və nümayiş etdirə bilər ki, musiqi duyğuların və əhval-ruhiyyələrin əks olunduğu vasitədir.
Nəticə göz önündədir, əgər şagird:
-
bu və ya digər musiqi əsərinin hansı əhval-ruhiyyəni yaratdığı barədə söhbət edirsə;
-
musiqi alətinin tembri ilə konkret əhval-ruhiyyəni əlaqələndirə bilirsə;
-
əhval-ruhiyyəyə müvafiq olaraq tanış melodiyanı, mahnını ifa edirsə;
-
konkret əsərlərdə müəllifin nəyi əks etdirmək arzusunda olduğu barədə söhbət edirsə.
Dostları ilə paylaş: |