Mus.III.6. Şagird qrupda işləyə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
başqaları ilə birlikdə işləyirsə;
-
sinif yoldaşlarına kömək edirsə;
-
fərqli fikrə diqqət yetirirsə;
-
qrup halında tamaşaya hazırlaşırsa.
İstiqamət: kommunikasiya və şərh
Mus.III.7. Şagird dinlənilmiş musiqi əsərləri haqqında öz münasibətlərini ifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
tanış melodiyanı /musiqi nömrəsini tanıyır və adlarını deyə bilirsə;
-
dinləyərkən əl çalmala, mahnı ilə, hərəkətlə, rəqslə musiqiyə qoşulursa;
-
konkret musiqi parçasını melodiyaya, tempə, səslənmənin uzunluğuna, metrə əsasən xarakterizə edirsə;
-
vokal və instrumental əsərləri fərqləndirə bilirsə;
-
musiqi davranışını, melodiyanı, xarakterik ritmik parçanı təkrar edə bilirsə;
-
tanış və tanış olmayan melodiyaları, tanış və tanış olmayan mövzunu bir-birindən seçirsə;
-
dinləyərkən “dirijorluq” edirsə;
-
musiqi ilə yaranmış əhval-ruhiyyəni, emosiyanı şərh edə bilirsə.
Dostları ilə paylaş: |