Mus.III.2. Şagird mahnını tək və ya başqaları ilə birlikdə ifa edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
musiqi parçalarını, melodiyaları mahnı ilə təkrar edirsə;
-
sinif yoldaşları ilə birlikdə populyar melodiyaları, birsəsli və sadə ikisəsli mahnıları müəllimin köməyi ilə ifa edə bilirsə;
-
çoxsəsli mahnını bir səsə bağlı bas fonunda ifa edə bilirsə;
-
sadə mahnıları öyrəndiyi xarici dildə ifa edə bilirsə;
-
Dirijorluq jestlərinə (sakit, ucadan, yavaş, tez, birlikdə, başdan)düzgün reaksiya verirsə.
Mus.III.3. Şagird müəyyən əhval-ruhiyyəni şərh etməklə müxtəlif təsvir vasitələrinə müraciət edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
səsin, hərəkətin, rəqsin, mimikanın, jestin, oyunun vasitəsi ilə bu və ya digər əhval-ruhiyyəni şərh edə bilirsə;
-
alətə toxunarkən, səs-küy, əl çalma, şəkil vasitəsi ilə eyni əhval-ruhiyyəni ifadə edə bilirsə;
-
musiqili əsərlərdən aldığı əhval-ruhiyyəni əks etdirmək üçün başqaları ilə birlikdə hər hansı bir hadisəni oynaya bilirsə;
-
müvafiq improvizasiyalı mətni əlavə etməklə sadə etüdləri oynaya bilirsə;
-
musiqinin yaratdığı emosiyanı bədən hərəkətləri ilə ifadə edə bilirsə.
Dostları ilə paylaş: |