Baza pilləsində musiqi dərslərində əldə edilmiş bilik və praktiki qabiliyyət-vərdişlər yeniyetmədə özünü dərketmə və özünü təsdiqetmə prosesini asanlaşdırır. O, yeniyetmənin inkişafında və maraqlarının düzgün idarə olunmasında ən yaxşı vasitədir və ətraf mühitlə münasibətdə bu yaş dövrü üçün xarakterik olan tənqidi yanaşmanı əhəmiyyətli dərəcədə yumşaldır. Onu da nəzərə almaq lazımdır ki, incəsənət əsərlərini dərk etmək qabiliyyəti fərqli düşüncə və dünyagörüşə qarşı tolerantlığı nəzərdə tutur.
Orta pillədəşagirdə öz maraqlarına uyğun olaraq təklif olunan kurslardan birini seçmək imkanı verilir.