İstiqamət: kontekstdə musiqi əsərlərinin dərk edilməsi
Mus.VIII.7. Şagird gürcü və dünya musiqi incəsənətinin tanınmış nümunələrini tanıyır və onları xarakterizə edə bilir.
Nəticə göz önündədir, əgər şagird:
-
eyni növ janrın müxtəlif əsərlərini müqayisə edirsə, onların səciyyəvi əlamətləri barədə söhbət edirsə;
-
müxtəlif dialektin eyni janrdan olan xalq mahnılarını müqayisə edirsə;
-
eyni müəllifin/dövrün nümayəndələrini (xarakterik janrlar, üslub, mövzu, dəst/xətt...) bir-biri ilə müqayisə edə bilirsə;
-
tanış musiqi formalarını və bu formada yazılmış musiqi əsərlərini xarakterizə edə bilirsə;
-
tanış bəstəkarın, ifaçının tərcümeyi -halı, yaradıcılığı ilə əlaqədar suallara cavab verirsə.
Mus.VIII.8. Şagird musiqini informasiya və kommunikasiya vasitəsi kimi dərk edirsə.
Nəticə göz önündədir, əgər şagird:
-
musiqi üslublarını mədəniyyət və dövrə əsasən fərqləndirə bilirsə;
-
konkret musiqi əsərləri ilə tanış olmaqla bu və ya digər mədəniyyət və dövr barəsində nə anladığı barədə mülahizə yürüdə bilirsə;
-
musiqili təsvirin müxtəlif növləri vasitəsi ilə konkret musiqi əhval-ruhiyyəsinin, bəstəkarın düşüncəsinin necə əks olunmasının mümkünlüyü barədə söhbət apara bilirsə;
-
incəsənətin başqa növləri üçün musiqinin rolunu müzakirə edirsə.
Dostları ilə paylaş: |