Mus.IX.4. Şagird tədris layihəsində iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
layihənin məqsədini müəyyənləşdirirsə;
-
layihəni planlaşdırır və onun funksiyalarını təhlil edə bilirsə;
-
nəzəri material axtarırsa, resurs yaradırsa;
-
konsertin, tamaşanın, tele/radio verilişinin hazırlanmasında, jurnalın tərtibatında iştirak edirsə;
-
layihənin təqdimatında və qiymətləndirilməsində iştirak edirsə.
İstiqamət: kommunikasiya, şərh
Mus.IX.5. Şagird dinlənilmiş musiqi əsərlərini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Mus.IX.6. Şagird musiqi incəsənətinin nümunələrini və ya musiqi yaradıcılığını sinif yoldaşlarına tanış edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
onun üçün maraqlı olan musiqi əsərlərini/ifaçıları/bəstəkarı seçə bilirsə;
-
musiqi əsərlərinin, bəstəkarın, ifaçının barəsində informasiya toplaya və işləyib hazırlaya bilirsə;
-
musiqi əsərləri barədə, bu və ya digər musiqiçi barədə axtarılıb tapılmış informasiyanı, öz təəssüratlarını məruzə/məqalə şəklində təqdim edə bilirsə;
-
musiqili (audio- video) materialı, lazımi aparaturanı seçə və ondan təqdimat zamanı istifadə edirsə;
-
diskussiyanı idarə edə bilirsə, suallar qoya və cavab verə bilirsə;
-
axtarılmış materialı yaymlaya bilirsə; başqaları ilə birlikdə arxiv yaradırsa.
Dostları ilə paylaş: |