Xlviii musiqi üzrə fənn proqramı Ümumi hissə a Giriş



Yüklə 388,71 Kb.
səhifə1/6
tarix04.12.2016
ölçüsü388,71 Kb.
#749
  1   2   3   4   5   6
XLVIII

Musiqi üzrə fənn proqramı

1.Ümumi hissə

a) Giriş

Musiqi şagirdin bədii-estetik tərbiyəsinin ən yaxşı vasitəsidir. Musiqi onun mənəvi aləmini zənginləşdirir, yaxşılığa, gözəlliyə qarşı onun münasibətini formalaşdırır. Musiqi şagirdin təhsil dəyərlərini aşkara çıxarır və eyni zamanda milli şüurun formalaşmasına kömək göstərir. Musiqinin, emosional xüsusiyyəti ilə yanaşı təfəkkür funksiyası da vardır və onun tədrisi təkcə assosiasiyalı deyil, həm də məntiqi, analitik təfəkkürün inkişafına da kömək göstərir. Bununla yanaşı, musiqi şagirdi qrupda işləməyə, intizama, qayda-qanuna alışdırır. Bundan başqa musiqi özünün yazısına malik ünsiyyət dili kimi şagirdə istənilən ictimaiyyətlə geniş əlaqə imkanlarını yaradır.



b)Musiqinin tədrisinin məqsəd və vəzifələri

Musiqinin tədrisinin məqsədi :



  • şagirdi təhsilli, mədəni insan kimi formalaşdırmaq, ona musiqi aləmindən müvafiq bilik verərək layiqli insan kimi yetişdirməkdir;

  • xalq və klassik musiqi nümunələri ilə tanışlıq əsasında şagirdin bədii-musiqi tərbiyəsidir;

  • onu yaradıcılıq işinə cəlb etməkdən və bunun üçün zəruri olan qabiliyyət-vərdişləri inkişaf etdirməkdir.

Bu təhsil məqsədləri ilə əlaqədar gürcü rəqsinin tədrisi məktəbdə aşağıdakı məsələlərin həllini nəzərdə tutur:

  • musiqini dinləmək vərdişinin formalaşdırılması;

  • musiqi əsərləri ilə əlaqədar öz şəxsi münasibətlərini və musiqi incəsənəti üzrə mülahizələr yürütmək vərdişlərinin aşılanması;

  • təsviri-assosiasiyalı təfəkkürün inkişaf etdirilməsi;

  • musiqi duyumunun və yaddaşının, ritm hissinin inkişaf etdirilməsi;

  • universal kommunikasiya vasitəsi kimi musiqi yazısının öyrənilməsi.

Ümumtəhsil məktəbində musiqi fənni şagirdə ümumi və qeyri-peşəkar biliyin verilməsini nəzərdə tutur. Hər bir uşağın fərqli musiqili göstəriciləri vardır. Bunun üçün də kursun müxtəlif istiqamətləri şagirdin şəxsi maraqlarının inkişaf etdirilməsi və aşkara çıxarılması imkanını verir.

Musiqinin assosiasiyalı təbiəti fənnin başqa fənlərlə, məsələn, vizual incəsənət, teatr incəsənəti, rəqs, poeziya, bədii ədəbiyyat, tarix, riyaziyyat, informatika, fizika və s. ilə inteqrativlik imkanını yaradır ki, bu da tədris prosesini cəlbedici edir.



c)Pillələrin xarakteri ilə musiqinin öyrənilməsi

Musiqinin tədris planına əsasən, ümumtəhsil məktəbinin hər üç pilləsində musiqinin tədrisi nəzərdə tutulur: ibtidai və baza pillələrində icbari, orta pillədə isə seçmə fənni şəklində.



İbtidai pillədə musiqi fənninin əhəmiyyəti xüsusilə böyükdür, belə ki, uşağın anadangəlmə təbii bacarıqları, meylləri tamamilə özünü büruzə verməmişdir və onları üzə çıxarmaq, idarə etmək lazımdır. Uşaq üçün yaxın olan müxtəlif həvəsləndirici fəallıqların vasitəsi ilə onu musiqi ilə maraqlandırmaq mümkün olur. Bu pillədə musiqi fənni şagirdlərin yaradıcılıq qabiliyyətlərinin hərəkətə gətirilməsini, onların birgə yaradıcılıq proseslərinə cəlb olunmalarını və verilmiş pillədə nəzərdə tutulan biliyin ötürülməsini nəzərdə tutur.

Baza pilləsində musiqi dərslərində əldə edilmiş bilik və praktiki qabiliyyət-vərdişlər yeniyetmədə özünü dərketmə və özünü təsdiqetmə prosesini asanlaşdırır. O, yeniyetmənin inkişafında və maraqlarının düzgün idarə olunmasında ən yaxşı vasitədir və ətraf mühitlə münasibətdə bu yaş dövrü üçün xarakterik olan tənqidi yanaşmanı əhəmiyyətli dərəcədə yumşaldır. Onu da nəzərə almaq lazımdır ki, incəsənət əsərlərini dərk etmək qabiliyyəti fərqli düşüncə və dünyagörüşə qarşı tolerantlığı nəzərdə tutur.

Orta pillədə şagirdə öz maraqlarına uyğun olaraq təklif olunan kurslardan birini seçmək imkanı verilir.

Musiqinin tədris kursunun yekun nəticələri

İbtidai və baza pillələrində

İbtidai pillədə

Baza pilləsində

Qazanılmlş bilik və qabiliyyət-vərdişlər əsasında

Praktiki qabiliyyət-vərdişlər

Altıilliyin sonunda şagird:
özünüifadə üçün musiqi dilinin elementlərindən, bədən hərəkətindən istifadə edir;
həm özünün məqsədinə, eləcə də ümumi məqsədə çatmaq üçün digərləri ilə əməkdaşlıq edir.

Doqquzilliyin sonunda şagird:
özünüifadə üçün musiqi və dramatik incəsənətin təsviri vasitələrindən yaradıcılıqla istifadə edir;
müxtəlif fərdi və müxtəlif növ qrup işlərində iştirak edir.

Kommunikasiya

və interpretasiya

Musiqi əsərləri haqqında özünün fikirlərini söyləyir və əsaslandırır;
anlayır ki, musiqi kommunikasiya və özünüifadə vasitəsidir.


musiqili incəsənət nümunəsini analiz edir və konkret təsviredici vasitəni nə məqsədlə istifadə etdiyini izah edir;
anlayır ki, incəsənət dünyagörüşü və kommunikasiya vasitəsidir.

Kontekstdə

musiqinin dərki

Gürcü və dünya musiqi incəsənətinin məşhur nümunələrini, incəsənətin müxtəlif sahələrini və onların əlaqələrini müzakirə edir.

Müxtəlif dövrləri və üslubları müqayisə edir və onlar arasında oxşarlıq və fərqləri müzakirə edir; müxtəlif musiqi üslubları, ardıcıllığı, ifa tərzini bir-biri ilə müqayisə edir; ictimai həyatda musiqinin rolu haqqında mühakimə edir, musiqi incəsənətinin məşhur nümayəndələrini tanıyır.

ç) Musiqi fənni tədrisinin təşkili

Musiqi icbari fənn kimi I-IX siniflərdə tədris olunur. Onun tədrisinə I-III və V-VIII siniflərdə II, IV sinifdə isə - 1 akademik saat ayrılır. VIII-IX siniflərdə musiqi hər bir semestr ərzində üç saat müddətində tədris edilir: VIII sinifdə - II, IX sinifdə isə - I semestrdə. Verilmiş sxem musiqi fənninin siniflər üzrə saat bölgüsünü əks etdirir:



Sinif

I semestrdə saatların miqdarı

II semestrdə saatların miqdarı

I

2

2

II

2

2

III

2

2

IV

1

1

V

2

2

VI

2

2

VII

2

2

VIII



3

IX

3



d)Musiqi tədrisinin istiqamətlərinin təsviri

Musiqinin tədrisi üç istiqamətə bölünür:



  1. praktiki qabiliyyət-vərdişlər;

  2. kommunikasiya, şərh;

  3. musiqi əsərlərinin kontekstdə dərk edilməsi.

Tədris bütün istiqamətlər çərçivəsində paralel aparılır və bir-biri ilə sıx qarşılıqlı əlaqədədir.

Praktiki qabiliyyət-vərdişlər

Bu istiqamət çərçivələrində şagirdlərə praktiki vərdişlər aşılanır və formalaşdırılır ki, bu da onların yaradıcılıq qabiliyyətlərinin üzə çıxmasına və hərəkətə gəlməsinə xidmət edir.

Şagirdlər dinlədikləri musiqi əsərlərinin emosional-növ məzmununu, yaxud da öz aləmində qəbul etdikləri musiqi təəssüratlarını əks etdirirlər. Bunun üçün onlar musiqi dərsində tanış olduqları təsvirin uyğun formalarını və təsviri üsullarını seçir və bunlardan istifadə edirlər. Bundan başqa, musiqi dərslərində şagirdlər planlaşdırma, təşkil etmə, qrupda işləmək vərdişlərinə yiyələnirlər.

Kommunikasiya, şərh

Kommunikasiya dili kimi qəbul edilmiş musiqi çoxşaxəli və çoxnövlü şərh imkanını verir. Bu istiqamət çərçivəsində şagirdlər musiqini dinləməyə, qiymətləndirməyə, fikri aydın ifadə etməyə, mübahisə, müzakirə zamanı uyğun gələn kitab dili və davranış normalarına əməl etməklə öz baxışlarını təsdiq etməyə alışırlar, eləcə də qrupda iş metodlarına yiyələnir, onlarda qiymətləndirmə və özünüqiymətləndirmə qabiliyyəti inkişaf edir. Şagirdlər müxtəlif tədbirlərə gedir və iştirak edirlər. Öyrənirlər ki, musiqi-incəsənət əsərləri həmişə müəyyən ideyaları ifadə edir.



Kontekstdə musiqi əsərlərinin dərk edilməsi

Bu istiqamət çərçivələrində şagirdlər dinlənilmiş əsərlərin – gürcü (xalq və peşəkar) və dünya musiqi mədəniyyətinin tanınmış nümunələri barədə informasiya alır və onları mədəni və tarixi kontekstdə əlaqələndirirlər. Bu informasiya müxtəlif üsullarla, gündəlik hadisələrlə, şagirdlərin təcrübəsi ilə əlaqələndirilir. Onlar gürcü və dünya musiqi mədəniyyətinin nümayəndələri ilə - bəstəkarlarla və ifaçılarla, musiqi alətləri ilə, müxtəlif musiqi kollektivləri ilə tanış olurlar.



e)Musiqidə qiymətləndirmə

Qiymətləndirmənin komponentləri



Ev və məktəb tapşırıqlarının komponentləri

Aşağıdakı bilik və qabiliyyətlər qiymətləndirilir:



  • musiqi incəsənətində öyrənilmiş nümunələrin biliyi;

  • musiqi tarixi və nəzəriyyəsinin ümumi məsələlərinin biliyi;

  • musiqi yazısı biliyi;

  • musiqi terminologiyası biliyi;

  • musiqili-kompüter proqramlarının biliyi;

  • yaradıcılıq;

  • improvizasiyalılıq;

  • musiqi dinləmək qabiliyyəti;

  • musiqi duyumu;

  • musiqi yaddaşı;

  • ritmi hiss etmək;

  • təqdimat (prezentasiya) qabiliyyəti;

  • sosial qabiliyyətlər;

  • öz fikrini əsaslandırmaq qabiliyyəti;

  • tolerantlıq.

Bilik və qabiliyyət-vərdişlər aşağıdakı fəallıqlarla qiymətləndirilirlər:

Ev tapşırıqları

  • materialın axtarılması;

  • referatın hazırlanması;

  • rəyin yazılması;

  • mətnin (ədəbi və not) öyrədilməsi;

  • musiqili-kompüter proqramlarından istifadə etməklə tapşırığın yerinə yetirilməsi və s.



Sinif tapşırıqları

  • Yaradıcılıq fəaliyyətində iştirak etmək: mahnı, improvizasiya, musiqili-dramatik kompozisiyalar, musiqili kompozisiyalı proqramları yaratmaq;

  • konsert, tamaşa məşqlərində iştirak etmək;

  • layihənin hazırlanması;

  • musiqinin dinlənilməsi və bununla əlaqəli tapşırıqların yerinə yetirilməsi;

  • özünün və başqasının ifasının/yaradıcılığının müzakirəsində iştirak etmək;

  • musiqi əsərlərinin kontekstinin müzakirəsi;

  • müxtəlif fəallıqların planlaşdırılması və hazırlanması;

  • öz əsərinin, yaradıcılıq fəaliyyətinin təqdimatı;

  • müxtəlif tapşırıqların yerinə yetirilməsi zamanı musiqi yazısından istifadə etmək və s.

Yekun tapşırığın komponenti

Yekun tapşırığının komponenti təlim-tədrisin nəticəsi ilə əlaqədardır. Bu komponentdə bir tədris hissəsinin (mövzu, fəsil, paraqraf, məsələ) öyrənilməsi və mənimsənilməsi nəticəsində əldə edilmiş nəticələr yoxlanılmalıdır. Şagird konkret tədris vahidi başa çatdırıldıqda musiqi standartı ilə müəyyənləşdirilmiş bilik və vərdişlərini nümayiş etdirməyi bacarmalıdır. Buna müvafiq olaraq, yekun tapşırıqlar musiqinin standartlarla müəyyənləşdirilmiş nəticələrini yoxlamalıdır.



Yekun tapşırıqlarının növləri

Standartın tələblərini yerinə yetirmək üçün yekun tapşırıqlarının rəngarəng formalarından istifadə etmək tövsiyə edilir. Musiqi üzrə yekun tapşırıqlarının növləri aşağıdakılar ola bilər:



  • konsert/tamaşa;

  • viktorina;

  • məruzə-referat;

  • mühazirə-konsert;

  • təqdimat;

  • testləşdirmə;

  • imtahan;

  • layihə.

Şagird tərəfindən yerinə yetirilmiş layihənin ehtimal olunan mövzuları:

tematik tamaşanın/konsertin keçirilməsi, televiziya verilişinin, radio verilişinin, tamaşanın hazırlanması; qəzet, jurnal, not albomunun hazırlanması; mahnı, musiqi əsəri və ya başqa mövzuda klip çəkilməsi, tanınmış bəstəkarın, müğənninin, rejissorun məktəbə dəvət olunması, görüşün təşkili və aparılması və s.



Yekun tapşırıqları ilə təmin olunan tələblər

  • tapşırığın hər bir tipinə öz qiymətinin ümumi rubrikası əlavə olunmalıdır;

  • ümumi rubrika konkret tapşırığın şərti və keçilmiş materialın nəzərə alınması ilə dəqiqləşdirilməlidir;

  • 10 bal rubrikaya daxil olan meyarlara bölünməlidir;

  • standartın yekun tapşırığın yoxlanışına xidmət edən nəticələri göstərilməlidir.

Nümunə: sinif yoldaşlarını musiqi əsəri ilə tanış etmək

Təqdimat hazırlayın və öz sinif yoldaşlarınızı instrumental konsert nümunəsi ilə tanış edin. Bunun üçün:



  1. sadalanmış janrın xoşunuza gələn musiqi əsərlərini axtarın, dinləyin və seçin;

  1. sizin məqsədiniz seçilmiş musiqi nömrəsini sinif yoldaşlarınıza təqdim etməkdən və onların münasibətini müəyyən etməkdən ibarətdir;

  2. əsas tematik materialın həm solo aləti ilə, eləcə də orkestrin partiyasında səslənən fraqmentlərini, eləcə də musiqi materialının inkişafının xüsusilə maraqlı təəssürat bağışlayan hissələrini seçin və sinif yoldaşlarınıza tanış edin;

  3. seçilmiş əsər barədə faktiki material toplayın – dövr, üslub, bəstəkar, əsərlər (janr, üslub, solo aləti, ifaçıların tərkibi), ifaçı, dirijor, ifaçılar kollektivi, salon (arzuya əsasən);

  • çalışın, musiqini və verbal materialı elə bölüşdürün ki, şagirdlər tərəfindən maraq azalmasın. Tələbata uyğun olaraq vizual materialdan da – video yazılar, foto, not mətni – istifadə edin;

  • gözlənildiyi kimi, təqdimat zamanı seçilmiş əsərlərlə əlaqədar bütün məsələləri xırdalıqlarla müzakirə edə bilməzsiniz. Çalışın, öz dostlarınızı əsərlərlə əlaqədar əsas informasiya ilə qısaca tanış edin. Təqdimatı hazırlayarkən onların maraqlarını, biliyini nəzərə alın; sizin dostlarınız tərəfindən əsərlərə maraq oyadan və bu əsərlərin yaxşı dərk edilməsinə kömək göstərən məsələlərə diqqət yetirin;

  • təqdimatın axırıncı hissəsi – sual-cavab üçün hazırlaşın. Ehtimal olunan sualları əvvəlcədən müəyyənləşdirin və cavabları formalaşdırın. Paralellərin yaranmasından çəkinməyin. Cavab ola bilsin ki, musiqi materialı ilə də verilə bilər. Musiqini nə qədər mənimsədiyiniz burada aşkara çıxacaqdır;

  • texniki məsələləri qaydasına salmaq üçün assistentin köməyindən istifadə edin.

Meyarlar

  1. materiala yiyələnmək;

  2. kommunikasiya;

  3. təşkilati məsələlər;

  4. yaradıcılıq.



  1. Materiala yiyələnmək (bilik və qabiliyyətlər) 0-3

  • Tələbata uyğun musiqi nömrələrinin seçilməsi;

  • əsas tematik materialı (başlıca və köməkçi mövzular) əks etdirən musiqi parçalarının seçilməsi;

  • rəngarəng informasiyanın təqdimatı zamanı əsərlə əlaqədar müxtəlif məsələlərin təqdim olunması;

  • suallara ətraflı cavabın verilməsi.



  1. Kommunikasiya 0-3

  • musiqi əsərlərinə qarşı öz münasibətini göstərmək;

  • materialın auditoriya üçün əlçatan şəkildə təqdim edilməsi və maraqlandırma;

  • informasiyanın aydın, anlaşıqlı şəkildə verilməsi;

  • suallara cavab verərkən dəqiqlik.



  1. Təşkilati məsələlər 0-1

  • texniki məsələlərin qaydaya salınması.



  1. Yaradıcılıq 0-3

  • əsərlərlə əlaqəli informasiyalar seçmək və sinif yoldaşları ilə onları tanış etmək;

  • çıxış zamanı material (audio, vizual, verbal) dəyişikliklərin planlaşdırılması;

  • əsərlərlə əlaqədar öz münasibətlərini əks etdirmək.

XLIX Fəsil

İbtidai mərhələdə fənn kompetensiyaları

I Sinif

Musiqi

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr

Praktiki qabiliyyət-vərdişlər

Kommunikasiya,

şərh


Kontekstdə musiqi nümunələrinin dərk edilməsi

Mus.I.1. Şagird musiqi dili ilə öyrəndiyi elementləri tanıya bilir və onlardan ritmik-intonasiyalı məşqlərdə istifadə edə bilir.

Mus.I.2. Şagird mahnını tək və ya başqaları ilə birlikdə ifa edə bilər.

Mus.I.3. Şagird müəyyən əhval-ruhiyyəni ötürmək üçün təsvirin müxtəlif formalarına müraciət edə bilər.

Mus.I.4. Şagird dinlənilmiş musiqi əsərləri barədə öz münasibətini əks etdirə bilər.

Mus.I.5. Şagird öyrəndiyi musiqi terminlərindən istifadə edə bilər.

Mus.I.6. Şagird müxtəlif növ tədbirlərdə iştirak edə bilər.

Mus.I.7. Şagirdin başqasının yaradıcılığına və fikrinə hörmətlə yanaşmaq qabiliyyəti vardır.

Mus.I.8. Şagird dinlənilmiş əsərləri gündəlik həyatla əlaqələndirə bilər.

Mus.I.9. Şagird öyrəndiyi musiqi alətlərini tanıyır.

Mus.I.10. Şagird ətraf mühitdə eşitdiyi səsləri fərqləndirə bilir.


İlin sonunda nail olunan nəticələr və onların indikatorları

İstiqamət: praktiki qabiliyyət-vərdişlər

Mus.I.1. Şagird musiqi dili ilə öyrəndiyi elementləri tanıya bilir və onlardan ritmik-intonasiyalı məşqlərdə istifadə edə bilir.

Nəticə göz önündədir, əgər şagird:



  • ətraf mühitdə musiqili və qeyri-musiqili səsləri tanıyırsa;

  • yüksəksəsli və alçaqsəsliliyi fərqləndirə bilirsə;

  • səsi zümzümə, alətləri ucadan və alçaqdan, uzun və parça-parça, qısa səsləndirə bilirsə;

  • eyni tonda mahnı ilə sadə ritmik melodiyaları təkrar edir , səs ucalıqlarını dəyişə bilirsə;

  • ritmik və qeyri -ritmik taqqıltıları fərqləndirə bilirsə;

  • sadə ritmik parçanı əl çalmaqla və taqqıltı ilə təkrar edə bilirsə;

  • taktın güclü anını əl çalmaqla, ayaq zərbələri ilə ayıra bilirsə.

Mus.I.2. Şagird mahnını tək və ya kollektivlə birgə ifa edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • səsləri, musiqi parçalarını mahnı ilə təkrar edə bilirsə;

  • musiqiyə, müəllimin mahnısına, akkompanementinə ritmik əl çalma ilə qoşula bilirsə;

  • akkompanementlə və ya müəllimlə birlikdə sadə birsəsli mahnıları ifa edə bilirsə;

  • sinif yoldaşları ilə birlikdə sadə birsəsli mahnıları ifa edə bilirsə;

  • Mahnı zamanı müəllimin işarələrinə (sakit, ucadan, tez, yavaş) düzgün reaksiya verə bilirsə.

Mus.I.3. Şagird müəyyən əhval-ruhiyyəni ötürmək üçün müxtəlif təsvir formalarına müraciət edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • səs, hərəkət, mimika, jest, əl çalma, səs-küy vasitəsi ilə bu və ya digər əhval-ruhiyyəni ifadə edə bilirsə;

  • dinlənilmiş musiqi əsərlərini müxtəlif oyunlara (gizlənpaç, qaçdı-tutdu, dava-dava və s.) oxşada bilirsə və müvafiq mətn yarada bilirsə;

  • musiqi vasitəsi ilə yaranmış emosiyanı bədən hərəkətləri ilə əks etdirə bilirsə.

İstiqamət: kommunikasiya və şərh

Mus.I.4. Şagird dinlənilmiş musiqi əsərlərində öz münasibətini əks etdirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • dinlənilmiş əsərlərlə əlaqəli özünün müsbət və ya mənfi münasibətlərini əks etdirə bilirsə;

  • tanış və tanış olmayan melodiyaları bir-birindən seçirsə;

  • dinləyən zaman əl çalma, mahnı və hərəkətlə, musiqiyə qoşula bilirsə;

  • musiqi ilə yaranmış əhval-ruhiyyəni, emosiyanı ötürə bilirsə.

Mus.I.5. Şagird öyrəndiyi musiqi terminlərindən istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • söhbət zamanı öyrəndiyi terminləri düzgün tələffüz edirsə;

  • lazım gəldikdə onları elementar surətdə izah edə bilirsə;

  • tanış olmayan termin, söz eşidərkən onların əhəmiyyətini dəqiqləşdirmək məqsədi ilə suallar verirsə.

Mus.I.6. Şagird müxtəlif növ tədbirlərdə iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • oyunlarda, sinif bayramında, tematik tədbirlərdə iştirak edirsə;

  • konsertlərə, tamaşalara gedirsə.

Mus.I.7. Şagirdin başqasının yaradıcılığına və fikrinə hörmətlə yanaşmaq qabiliyyəti vardır.

Nəticə göz önündədir, əgər şagird:



  • başqasının mahnısı, söhbət zamanı əxlaq qaydalarına riayət edirsə;

  • yaradıcılıq prosesində (mahnı, etüd, rəqs, çalğı, konsert çıxışı) öz sinif yoldaşlarını dəstəkləyir və həvəsləndirirsə.

İstiqamət: kontekstdə musiqi əsərlərini dərk etmə.

Mus.I.8. Şagird dinlənilmiş əsərləri gündəlik həyatla əlaqələndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • öyrədilmiş uşaq mahnılarını tanıyırsa;

  • bu və ya digər musiqi əsərlərini harada və hansı şəraitdə dinlədiyini yada sala bilirsə;

  • özünün sevimli musiqi əsərlərini yada salırsa;

  • musiqi əsərlərinin məzmunu ilə əlaqədar suallar verir, oxşar süjetləri, personajları yadına sala bilirsə;

  • vizual materialı musiqi əsəri ilə əlaqələndirə və öz təəssuratlarını (foto, video-yazı...) yada sala bilirsə.

Mus.I.9. Şagird öyrəndiyi musiqi alətlərini tanıyır.

Nəticə göz önündədir, əgər şagird:



  • tanış musiqi alətlərini sadalaya bilirsə;

  • onları formalarına görə tanıya bilirsə;

  • alətlərin səslənməsini fərqləndirə bilirsə.

Mus.I.10. Şagird ətraf mühitdə eşitdiyi səsləri fərqləndirə bilir.

Nəticə göz önündədir, əgər şagird:



  • səsin haradan gəldiyi mənbəni (telefon zəngi, maşın əyləci..., quş civiltisi, yarpaqların xışıltısı...) aydınlaşdıra və onlara oxşada bilirsə;

  • səsin əks olunmasının davamlığını (uzun müddətli, qısa müddətli) müəyyənləşdirir və onu təkrar edə bilirsə;

  • səslə əlaqədar münasibətlərini (xoşlayır, xoşlamır ) bildirirsə.

Yüklə 388,71 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin