Xlviii musiqi üzrə fənn proqramı Ümumi hissə a Giriş


Melodik-ritmik məşğələlər



Yüklə 388,71 Kb.
səhifə3/6
tarix04.12.2016
ölçüsü388,71 Kb.
#749
1   2   3   4   5   6

Melodik-ritmik məşğələlər:

  • musiqi dilinin elementləri: melodiya (diatonik, 4-8 takt), ritm (tam, yarı, dörddə bir və səkkizdə bir uzunluqlu fasilə), dinamik nüanslar (Forte,Piano,Creschendo, Diminuendo), temp (Allegro, Adagio, Presto, Moderato), metr (iki/dörd,iki/üç ), məlahətli, məlahətsiz səslənmə.

Mahnı:

  • müşayiət ilə mahnı;

  • Birsəsli və ikisəsli mahnılar, uşaq, xalq mahnıları, populyar əsərlərdən melodiyalar, məsələn, “Sanqala və qızcığaz”, Mumli Muxasa”, “Moxevi qadını Tina”, “Gözəl qadın kimindir, kimindir”; C.Kaxidze – “Günəşin mahnısı”; M.Aroşidze – “Konfetlər qarı”,İ.Boboxidze – “Qız Anna”; A.Basilaya – “Göyqurşaqları”, “Kənd bənnaları”; C.Kaxidze, V.Kaxidze – “Alilo”; V.Qokieli – Qırmızıpapağın mahnısı; Q.Sabadze – “Saat”; M.Davitaşvili – “Balaca Ququli”; Q. Hüseyinli – “Cücələrim” (“сucаlаrim”); V.Şainski – “От улыбки”; L.Bekman – “В лесу родилась ёлочка”; R.Rocers – “The Lonely Goatherd”; Şotlandiya mahnısı – “My Bonnie” və s.

Əhval-ruhiyyənin verilməsi:

  • səslə, hərəkətlə, mimika ilə, jestlə, rəqslə, oyunla;

  • etüdlərin ifa olunması.

Musiqi əlifbası:

  • skripka açarı;

  • beşxətli sistemdə not işarələri;

  • tam, yarı, dörddə bir uzunluqlu notlar.

Musiqi terminləri:

  • melodiya, ritm, uzunluq, pauza, ritm, temp, tembr;

  • templər: Alleqro-tez, Adagio-yavaş, Presto-çox tez, Mederato-ölçü;

  • dinamik nüanslar: Forte-ucadan, Piano-alçaqdan, Creschendo- səsləndirilmənin gücləndirilməsi, diminuendo- səsləndirilmənin zəifləndirilməsi ;

  • bəstəkar, folklor, pyes, konsert, məşq etmə, orkestr, dirijor, solist, akompanement, balet, opera, teatr/opera/balet qrupu, pərdə/akt, antrakt, ariya, ansambl, duet;

  • öyrənilmiş alətlərin adları.

İş formaları:

  • fərdi, cüt və qrup halında.



Tədbirlər:

  • sinif şənliyi;

  • sinfin hesabat konserti.

Kontekstdə musiqi əsərlərinin dərk olunması:

  • musiqi əsərləri barədə informasiya: yaranma tarixi, süjet, müəllif;

  • əhval-ruhiyyənin tanınması, təəssüratlar barədə söhbət;

  • incəsənət sahələri ilə tanışlıq: musiqi, rəssamlıq, heykəltaraşlıq, poeziya, yazıçılıq...bu sahələrin konkret peşələrlə, insanlarla əlaqələndirilməsi.

Musiqi alətləri:

  • formasına və səsləndirilməsinə görə xalq və klassik musiqi alətlərinin tanınması, məsələn: ciboni, çangi, qaval, qaboy, zınqırovlar, kontrabas, üçbucaq.

Tövsiyə olunmuş dinləniləsi material:

  • Xalq mahnıları,gürcü və xarici əsərlərdən parçalar, uşaq musiqili proqram pyesləri, tanınmış musiqi əsərlərindən parçalar, məsələn, çonqurda çalmaq üçün, “Gürcü mravaljamiyeri”si; “Tebrone bulaq üstünə gedir”, “Araqvi şütüyür”, “Allah-tala” kilsə xoru; “Z.Paliaşvili – “Daisi” operasından “Azadlıq” adlı xalqa müraciət və Kiazo səhnəsi, “Abesalom və Eteri” operasından “Gürcü” rəqsi; D.Arağişvili – “Şota Rustaveli barədə hekayət” operasından Abdul Ərəbin ariyası, Rusudan ilə duet və rəqslər; “Saluman Axadza” (Nanina ansanbılının ifasında)abxaz mahnısı; N.Sulxanişvili – “Mestviruli”; C.Kaxidze – “İavnananın hikməti” kinofilmindən “İavnana”, İ.S.Bax – Brandenburq konserti # 2 III hissə - Blokfleyta, qaboy; D.Starlat – Sonata, K.159 və Major, A.Vivaldi – “Bahar”, I hissə, “İlin fəsilləri” konsertlər silsiləsindən; V.A.Mosart – “Fiqaronun evlənməsi” operası üçün uvertüra; L.Bethoven – Fortepiano konserti #1, III hissə; E. Qriq – “Per-qyunt” süitasından “Səhər” ; K.Debyus – “Oyuncaqların kek-uoku”; İ.Ştraus – “Radetski marşı” və s.

IV Sinif

Musiqi

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr

Praktiki qabiliyyət-vərdişlər

Kommunikasiya,

Şərh


Kontekstdə musiqi nümunələrinin dərk edilməsi

Mus.IV.1. Şagird musiqi dili ilə öyrəndiyi elementlərdən improvizasiyalı məşğələlərdə istifadə edə bilər.
Mus.IV.2. Şagird mahnını tək və ya başqaları ilə birlikdə oxuya bilər.

Mus.IV.3. Şagird onun üçün maraqlı olan əhval-ruhiyyəni, süjeti, mövzunu müəyyənləşdirə və ötürə bilər.
Mus.IV.4. Şagird musiqi yazısı ilə öyrəndiyi işarələri tanıya və yaza bilər.

.
Mus.IV.5. Şagird özünün dərs fəaliyyətini təşkil edə bilər.



Mus.IV.6. Şagird qrupda işləyə bilər.



Mus.IV.7. Şagird dinlənilmiş musiqi əsərləri barədə söhbət apara bilər.

Mus.IV.8. Şagird müxtəlif növ tədbirdə iştirak edə bilər.
Mus.IV.9. Şagird mədəni tədbirlərdə iştirak edərkən əxlaq normalarına riayət edə bilər.
Mus.IV.10. Şagird başa düşür və büruzə verir ki, musiqi (incəsənət) özünütəsvir vasitəsidir.


Mus.IV.11. Şagird musiqiçilərin ixtisaslarnı fərqləndirə və onları bir-biri ilə müqayisə edə bilər.
Mus.IV.12. Şagird dinlənilmiş musiqi əsərlərini müzakirə edə bilər.
Mus.IV.13. Şagird musiqi alətlərini bir-birindən fərqləndirə bilər.



Ilin sonunda nail olunacaq nəticələr və onların indikatorları

İstiqamət: praktiki qabiliyyət-vərdişlər və ideyaların əks olunması

Mus.IV.1. Şagird musiqi dili ilə öyrəndiyi elementlərdən improvizasiyalı məşğələlərdə istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • musiqini dinləyərkən major ilə minoru fərqləndirə bilirsə;

  • tonika (tonik səsin oxunulması) ətrafında yaxın səsləri ifa edə bilirsə;

  • kvint çərçivələrində intervalları mahnı ilə təkrar edə bilirsə;

  • tanış melodiyaya mətn seçə bilirsə;

  • tanış melodiyanı yavaş-tez (temp) ucadan-alçaqdan (səslənmənin gücü) oxuyursa;

  • musiqi fraqmentinin fortepianonun hansı registrində səsləndiyini seçə bilirsə;

  • alətdə, zümzümə ilə, başqa mətndə ifa olunmuş tanış melodiyanı tanıya bilirsə;

  • mahnının ifası/musiqinin dinlənilməsi zamanı vurğularla çətin anları ayıra bilirsə;

  • dəyişilməz metr şəraitlərində əl çalma və ya taqqıltı ilə müxtəlif ritmik parçaları təqdim edə bilirsə;

  • sinif yoldaşları tərəfindən ahənglə səslənən tonu, sadə ritmik fiquru (ostinato) özünün və ya başqasının səsinə (taqqıltı, çalğı), melodik davranışa, ritmik fiqura uyğunlaşdıra bilirsə;

  • sinif yoldaşları ilə birlikdə musiqiyə qoşulursa, müxtəlif ritmik parçaları oyuncaq alətlərdən və gündəlik istifadə olunan əşyalardan təşkil edilmiş “ansamblda”, “orkestrdə” çalırsa.

Mus.IV.2. Şagird mahnını tək və ya başqaları ilə birlikdə ifa edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • major və minoru sinif yoldaşları ilə birlikdə oxuyursa;

  • kvint çərçivələrində intervalları sinif yoldaşları ilə birlikdə oxuya bilirsə;

  • xalq və klassik repertuardan bir və ikisəsli mahnıları təkbaşına, cüt halda, xorda oxuya bilirsə;

  • öyrəndiyi xarici dildə mahnı oxuya bilirsə;

  • dinamik nüanslara riayət etməklə oxuya bilirsə;

Mus.IV.3. Şagird onun üçün maraqlı olan əhval-ruhiyyəni, süjeti, mövzunu müəyyənləşdirə və çatdıra bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • konkret musiqi əsərlərinin/fraqmentin əhval-ruhiyyəsini əks etdirmək məqsədi ilə başqaları ilə birlikdə sadə səhnələri oynaya bilirsə;

  • müəyyən əhval-ruhiyyəni pantomima ilə ifadə edə bilirsə;

  • sinif yoldaşları tərəfindən ifadə olunan əhval-ruhiyyəni tanıya bilirsə;

  • dinlənilmiş musiqi əsərlərinin təəssüratları altında mətn bəstələyə bilirsə;

  • personajın xarakterini musiqi fraqmentinə uyğunlaşdıra bilirsə;

  • konkret hadisəni, süjeti ona tanış olan musiqi əsərləri ilə uyğunlaşdıra bilirsə.

Mus.IV.4. Şagird musiqi yazısı ilə öyrəndiyi işarələri tanıya və yaza bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Beşxətli not sistemində notları tanıya, adlarını çəkə və yaza bilirsə;

  • uzunluqları, pauzaları (tam, yarı, dörddə bir, səkkizdə bir) fərqləndirə və yaza bilirsə;

  • klaviaturada öyrəndiyi oktavaları sadalaya bilirsə;

  • sadə ritmləri oxuya və əl çalma ilə ifadə edə bilirsə.

Mus.IV.5. Şagird özünün dərs fəaliyyətini təşkil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • tədris prosesi üçün lazımi əşyaları axtarıb, tapıb gətirərsə;

  • tapşırığı yazırsa;

  • dərsin gedişinə fəal qoşulmuşdursa;

  • sorğularda iştirak edirsə;

  • suallar verirsə;

  • konkret məsələyə müvafiq olaraq icra olunası işləri ardıcıllıqla planlaşdıra bilirsə.

Mus.IV.6. Şagird qrupda işləyə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • tapşırığın həllində cüt halda iştirak etməyə çalışa bilirsə;

  • fərdi və başqaları ilə birlikdə işləyirsə;

  • fərqli fikrə diqqət yetirirsə;

  • xor işində iştirak edirsə.

İstiqamət: kommunikasiya və şərh

Mus.IV.7. Şagird dinlənilmiş musiqi əsərləri barədə söhbət apara bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • musiqini dinləyərkən müxtəlif tapşırıqları yerinə yetirirsə - tanış musiqi alətinə, vokalın daxil olmasına işarə edirsə;

  • əvvəllər dinlənilmiş əsərlərin parçalarını tanıya bilirsə;

  • vokal və instrumental əsərləri fərqləndirə bilirsə;

  • konkret musiqi parçasını tempin, səslənmənin gücü, metri, musiqi alətlərinin tembrlərinə görə xarakterizə edirsə;

  • ifaçıların tərkibini ümumi xarakterizə edirsə;

  • söhbət zamanı öyrəndiyi terminlərdən istifadə edə bilirsə.

Mus.IV.8. Şagird müxtəlif növ tədbirdə iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • sinfin konsertində, karnavalında, şənliyində iştirak edə bilirsə;

  • məktəbin hesabat konsertinə gedir və iştirak edə bilirsə;

  • viktorinada iştirak edirsə;

  • auditoriya qarşısında ifaçı, yaradıcı və ya konferansye rolunda çıxış edirsə.

Mus.IV.9. Şagird mədəni tədbirlərdə iştirak edərkən əxlaq normalarına riayət edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • tamaşanın, konsertin, kino-filmin gedişinə mane olmursa;

  • əvvəlcədən razılaşdırılmış qaydalara müvafiq olaraq tamaşa başa çatdıqdan sonra öz münasibətini ifadə edə bilirsə;

  • sərgidə, muzeydə əvvəlcədən razılaşdırılmış qaydalara əsasən davranırsa;

  • müzakirə zamanı başqasına öz fikrini ifadə etməyə imkan verirsə.

Mus.IV.10. Şagird başa düşür və büruzə etdirir ki, musiqi (incəsənət) özünüifadə vasitəsidir.

Nəticə göz önündədir, əgər şagird:



  • bu və ya digər musiqi əsərinin hansı əhval-ruhiyyəni yaratdığı barədə söhbət edə bilirsə;

  • təklif olunmuş bir neçə başlıqdan dinlənilmiş musiqi əsəri üçün bir başlıq seçə bilirsə;

  • dinlənilmiş musiqi əsərinin doğurduğu təəssüratlar barədə və bu əsərin səbəb olduğu assosiasiya haqqında söhbət apara bilirsə;

  • melodiya, müxtəlif növ təsviri vasitələrlə nəyi əks etdirməyin mümkün olduğu barədə mülahizə yürüdə bilirsə;

  • insanların incəsənət əsərləri yaratdıqları bir neçə səbəbi sadalaya bilirsə.

İstiqamət: kontekstdə musiqi əsərlərinin dərk edilməsi

Mus.IV.11. Şagird musiqiçilərin ixtisaslarını fərqləndirə və onları bir-biri ilə müqayisə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • bəstəkarın və ifaçının peşələrini fərqləndirə bilirsə;

  • bəstəkar, pianoçu, skripka ifaçısı, dirijor, müğənni və s. ixtisasları sadalaya bilirsə;

  • hansı peşədən olan musiqiçini gördüyü və dinlədiyini yada sala bilirsə.

Mus.IV.12. Şagird dinlənilmiş musiqi əsərlərini müzakirə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • dinlənilmiş əsərləri əhval-ruhiyyəyə əsasən xarakterizə edə bilirsə;

  • müxtəlif növ tamaşanı (balet, opera, dramatik) fərqləndirə bilirsə;

  • klassik, xalq və müasir musiqi əsərlərini fərqləndirə bilirsə;

  • əsərlərin məzmunu, müəllifi, janrı ilə əlaqədar suallar qoyur və cavab verə bilirsə.

Mus.IV.13. Şagird musiqi alətlərini bir-birindən fərqləndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • xalq musiqi alətini klassik musiqi alətlərindən fərqləndirə bilirsə;

  • alətlərin şəklini çəkə bilirsə;

  • solo və birgə səsləndirmə zamanı musiqi alətlərini tanıyırsa;

  • musiqi alətinin müxtəlif hissələrini (yayı, simi, dilləri...) tanıya və sadalaya bilirsə;

  • başqa alətlərdən (onda ifaetmə manerasını, tembrini, formasını...xoşlayır) seçdiyi alətə qarşı öz münasibətini əsaslandıra bilirsə.



Proqramın məzmunu

İmprovizasiyalı məşğələlər:

  • Musiqi dilinin elementlərindən, musiqi alətlərindən istifadə etməklə;

  • Səda, səslənmənin güclülüyü, ritm (ostinato), temp, metr, registr (yüksək-orta-aşağı), tembr (instrumental, vokal) ahəng (major, minor), kvint çərçivələrində intervallar, məlahətli, məlahətsiz səslənmə, samitlilik.

Mahnı:

  • müşayiətlə və ondan kənar;

  • fərdi və xor şəklində;

  • uşaq, xalq repertuarından birsəsli və sadə ikisəsli mahnılar, populyar əsərlərdən melodiyalar, məsələn, “Tebrone bulaq üstünə gedir”, “Araqvi şütüyür”, “Nana”, “Ay qız, qara göz, qız”; Ake Reselidze – “Yağış”; İ.Qurquliya – “İavnana”; Q.Sabadze – “İyirmi beş dekabrda”; S.Sinsadze – “Qara pişik haqqında mahnı”; V.Kaxidze – “Ano və Vano”; M.Aroşidze – “Tu, tu, tu”; Q.Qordeziani –Səhər necə açılır”; L.Bethoven – 9 simfoniyanın final mövzusu “Sevinc odası”; V.Şainski – “Песенка крокодила Гены” ; C.Lenon, P.Makartni – “Ob-La-Di,Ob-La-Da”; M.Qordon – H.Voren – “Chattanooga Choo-Choo” və s.

Əhval-ruhiyyənin ötürülməsi:

  • pantomima;

  • kompozisiya (səhnələrin oynanılması).

Not əlifbası:

  • beşxətli not sistemində skripka açarında notların tanınması və yazılması;

  • tam, yarı, dörddə bir, səkkizdə bir uzunluqda notların və pauzaların oxunması və yazılması, sadə ritmik parçanın əl çalma ilə əks edilməsi .

Musiqi terminləri:

  • melodiya, ritm, uzunluq, pauza, ritm, temp, tembr, ahəng (major, minor), tonika;

  • templər: Alleqro-tez, Adagio-yavaş, Presto-çox tez, Mederato-ölçülü;

  • dinamik nüanslar: Mezzo Forte, Mezzo Piano;

  • ifa üsulları: Stakato, Leqato;

  • bəstəkar, folklor, pyes, konsert, məşq etmə, orkestr, dirijor, solist, akkompanement, balet, opera, teatr/opera/balet qrupu, pərdə/akt, antrakt, ariya, ariozo, ansambl, duet, trio, kvartet;

  • öyrənilmiş alətlərin adları.

İş formaları:

  • Fərdi, cüt və qrup halında.



Tədbirlər:

  • sinfin hesabat konserti;

  • sinif konserti;

  • viktorina.

Kontekstdə musiqi əsərlərinin dərk olunması:

  • informasiya: yaranma tarixi, süjet, müəllif;

  • əhval-ruhiyyənin tanınması, təəssüratlar barədə söhbət;

  • musiqiçilərin ixtisasları ilə tanışlıq: bəstəkar, müğənni, dirijor, pianoçu, spripka ifaçısı,violinçelist, altist və onların konkret adamlarla əlaqələndirilməsi.

Musiqi alətləri:

  • formasına və səslənməsinə görə tanınma;

  • xalq və klassik musiqi alətləri, məsələn, cianur, knar, tütək, klarnet, faqot, valtorn, klavesin.

Tövsiyə olunmuş dinləniləcək material:

  • xalq mahnıları; barokko, klassisizm, romantizm dövrlərinin, XX əsrin musiqi incəsənəti nümunələrindən, gürcü bəstəkarlarının populyar əsərlərindən parçalar, məsələn: “İmeretiyə səyahət melodiyası”, “Arami do Şarika”, meqrelcə “Alilo”, “Aslanvari mravaljamier”, pandurda ifa etmək üçün; “Ay xaç sənə” kilsə xoru, O. Dikapua – “O sole mio” Neapol mahnısı, “Bəxtəvəri” erməni rəqsi; Z.Paliaşvili – “Daisi” operasından fraqmentlər; M. Balançivadze – “Darecan Sibieri” operasından məzəli misralar; O.Taktakişvili – kamera orkestri üçün “Yumoreska”; N.Qabunia – “Şagirdin gündəliyi” fortepiano silsiləsindən pyeslər, D. Turiaşvili – “Pepi - uzuncorab” myuzikli; P.Kuperen – “Tamburin” / “Cik-cik” / “Dedi-qoduçu”; İ.Haydın – simfoniya #103, I hissə, V.A. Mosart – “Türk marşı”, fortepiano sonatasından #11, III hissə; L.Bethoven – İ.V. Götenin “Eqmont” dramı üçün uvertüra; F. Şubert – “Serenada”; F.Şopen – Polonez #3, La major; P. Çaykovski – “Şelkunçik” baletindən fraqmentlər; S.Prokofyev – “Qavot”, Əs.25; Q.Miller – “Günəşli vadinin serenadası” myuziklindən fraqmentlər və s.

V Sinif

Musiqi

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr

Praktiki qabiliyyət-vərdişlər

Kommunikasiya,

interpretasiya



Kontekstdə musiqi nümunələrinin dərk edilməsi

Mus.V.1. Şagird musiqi dili ilə öyrəndiyi elementlərdən improvizasiyalı məşğələlərdə istifadə edə bilər.

Mus.V.2. Şagird mahnını tək və ya başqaları ilə birlikdə oxuya bilər.
Mus.V.3. Şagird onun üçün maraqlı olan əhval-ruhiyyəni, süjeti, mövzunu müəyyənləşdirə və çatdıra bilər.
Mus.V.4. Şagird sadə ritmik parçanı, melodiyanı oxuya və köçürə bilər.
Mus.V.5. Şagird özünün dərs fəaliyyətini təşkil edə bilər.

Mus.V.6. Şagird başqaları ilə əməkdaşlıq edə bilər.




Mus.V.7. Şagird dinlənilmiş musiqi əsərlərini müzakirə edə bilər.
Mus.V.8. Şagird müxtəlif növ tədbirlərdə iştirak edə bilər.
Mus.V.9. Şagird mədəni tədbirlərdə iştirak edərkən əxlaq normalarına riayət edə bilər.
Mus.V.10. Şagird başa düşür və göstərir ki, musiqi /incəsənət mədəniyyətin özünütəsvir vasitəsidir.


Mus.V.11. Şagird incəsənət sahələrini və onların incəsənətdə sintez əlaqələrini müzakirə edə bilir.
Mus.V.12. Şagird dinlənilmiş musiqi əsərlərini müzakirə edə bilər.
Mus.V.13. Şagird musiqi alətlərini bir-birindən fərqləndirə və qruplaşdıra bilər.


Ilin sonunda nail olunacaq nəticələr və onların indikatorları

İstiqamət: praktiki qabiliyyət-vərdişlər və ideyaların əks olunması

Mus.V.1. Şagird musiqi dili ilə öyrəndiyi elementlərdən improvizasiyalı məşğələlərdə istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • major ilə minoru fərqləndirə bilirsə;

  • major və minor üç səslilikdə oxuya bilirsə;

  • müəllim və yaxud sinif yoldaşı tərəfindən başlanmış melodiyanı mahnı ilə tamamlaya, musiqi parçasına cavab verə bilirsə;

  • oktava çərçivələrində intervalları mahnı ilə təkrar edirsə;

  • tanış mahnının mətnini dəyişə bilirsə;

  • tanış melodiyanı müxtəlif tonlarda (müxtəlif ucalıqda) oxuyursa;

  • zümzümə ilə, başqa mətndə, musiqi alətində ifa olunmuş tanış melodiyanı tanıya bilirsə;

  • musiqini dinləyən zaman iki və üç metri fərqləndirə bilirsə;

  • dəyişilməz metr şəraitlərində əl çalma və ya taqqıltı ilə müxtəlif ritmik parçaları təqdim edə bilirsə;

  • sinif yoldaşları tərəfindən ahənglə səslənən tonu (ostinato) özünün və başqasının səsinə, (taqqıltı, çalğı) melodik davranışa, ritmik fiqura uyğunlaşdıra bilirsə;

  • sinif yoldaşları ilə birlikdə musiqiyə qoşulursa, müxtəlif ritmik parçaları oyuncaq alətlərdən və gündəlik istifadə əşyalardan təşkil edilmiş “ansamblda”, “orkestrdə” ifa edirsə.

Mus.V.2. Şagird mahnını tək və ya başqaları ilə birlikdə oxuya bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • major və minoru sinif yoldaşları ilə birlikdə oxuyursa;

  • oktava çərçivələrində intervalları sinif yoldaşları ilə birlikdə oxuya bilirsə;

  • xalq və klassik repertuardan bir və ikisəsli mahnıları təkbaşına, cüt halda, xorda oxuya bilirsə;

  • kanon tipli məşğələlərdə oxuya bilirsə;

  • dinamik nüanslara riayət etməklə oxuya bilirsə.

Mus.V.3. Şagird onun üçün maraqlı olan əhval-ruhiyyəni, süjeti, mövzunu müəyyənləşdirə və çatdıra bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • əhval-ruhiyyəni əks etdirmək məqsədi ilə konkret musiqi əsərlərinin/fraqmentin sadə səhnələrini başqaları ilə birlikdə oynaya bilirsə;

  • müəyyən əhval-ruhiyyəni pantomima ilə əks etdirə bilirsə;

  • özünün ifası barədə sinif yoldaşlarının fikrini dinləyirsə;

  • Sinif yoldaşları tərəfindən ifa olunmuş teatr etüdlərini qiymətləndirirsə;

  • personajın xarakterini musiqi fraqmentinə uyğunlaşdıra bilirsə;

  • konkret hadisəni, süjeti ona tanış olan musiqi əsərləri ilə uyğunlaşdıra bilirsə və onu mümkün qədər oynaya bilirsə.

Mus.V.4. Şagird sadə ritmik parçanı, melodiyanı oxuya və köçürə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • notları skripka, bas açarlarında oxuya və yaza bilirsə;

  • alterasiya işarələrini oxuya bilirsə;

  • oktavaları sadalaya bilirsə;

  • ritmik parçanı yaza, oxuya və əl çalmaqla ifadə edə bilirsə;

  • əsərləri öyrənən zaman not mətninə əsaslanırsa.

Mus.V.5. Şagird özünün dərs fəaliyyətini təşkil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • ayrı-ayrı məsələləri həll etmək üçün icra olunası işləri ardıcıllıqla planlaşdırırsa;

  • dərsin gedişinə fəal qoşulmuşdursa;

  • suallar verirsə;

  • sorğularda iştirak edirsə.

Mus.V.6. Şagird başqaları ilə əməkdaşlıq edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • tapşırığın həllində başqaları ilə birlikdə işləyə bilirsə;

  • lazım gəldikdə kömək istəyir və başqalarına kömək edə bilirsə;

  • iş funksiyalarını və vəzifələri bölə bilirsə.

İstiqamət: kommunikasiya və şərh

Mus.V.7. Şagird dinlənilmiş musiqi əsərlərini müzakirə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • dinlənilmiş əsərlərin parçalarını tanıyırsa;

  • öz təəssüratını sözlə, şəkillə verə bilirsə;

  • ifaçıların tərkibini xarakterizə edirsə;

  • dinləmə zamanı tanış musiqi formalarını tanıya bilirsə;

  • vokal və instrumental tembrləri fərqləndirirsə;

  • konkret musiqi fraqmentini metr, alət, səs tembrləri, ahənglərə (major, minor) əsasən xarakterizə edirsə;

  • söhbət zamanı öyrəndiyi terminlərdən istifadə edə bilirsə.

Yüklə 388,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin