Xlviii musiqi üzrə fənn proqramı Ümumi hissə a Giriş


Mus.VIII.3. Şagird musiqili-kompüter proqramlarından istifadə etməklə müxtəlif tapşırıqları yerinə yetirə bilər



Yüklə 388,71 Kb.
səhifə6/6
tarix04.12.2016
ölçüsü388,71 Kb.
#749
1   2   3   4   5   6

Mus.VIII.3. Şagird musiqili-kompüter proqramlarından istifadə etməklə müxtəlif tapşırıqları yerinə yetirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • musiqili-kompüter proqramının müxtəlif imkanlarını (musiqinin köçürülməsi, faktura, tembrin seçilməsi, ritmik və akkordla müşayiət) tanıyırsa;

  • verilmiş tapşırığı yerinə yetirərkən nəzəri bilikdən (musiqi əlifbası, forma, harmoniya) istifadə edə bilirsə;

  • sadə musiqi kompozisiyalarını yaradırsa.

Mus.VIII.4. Şagird tədris layihəsində iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • layihənin məqsədinin müəyyənləşdirilməsində və planlaşdırılmasında iştirak edirsə;

  • nəzəri material axtarırsa, resurs yaradırsa;

  • konsertin, tamaşanın, tele/radio verilişinin hazırlanmasında, jurnalın tərtibatında iştirak edirsə;

  • layihənin təqdimatında və qiymətləndirilməsində iştirak edirsə.

İstiqamət: kommunikasiya, şərh

Mus.VIII.5. Şagird musiqi əsərlərinin təhlilində iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • musiqi əsərlərinin dinlənilməsi ilə yaranmış təəssüratlar barədə söhbət edirsə;

  • musiqi əsərlərinin janrlarını (opera, balet, simfoniya, instrumental konsert...),üslubunu (klassik, xalq , müasir) müəyyənləşdirə bilirsə;

  • dinləmə zamanı musiqinin təsviredici vasitələrini xarakterizə edirsə;

  • ifaçıların tərkibini: instrumental (böyük və kamera orkestri, kamera ansamblı), vokal, vokal-instrumental (böyük və kamera tərkibli) xarakterizə edə bilirsə;

  • dinlənilmə zamanı incəsənət-musiqi terminologiyasından istifadə etməklə danışırsa;

  • dinləyərkən musiqi əsərlərini tanıya bilirsə.

Mus.VIII.6. Şagird musiqi incəsənətinin nümunələrini və ya musiqi yaradıcılığını sinif yoldaşlarına tanış edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • onun üçün maraqlı olan musiqi əsərlərini/ifaçıları/bəstəkarı seçə bilirsə;

  • musiqi əsərlərinin, bəstəkarın, ifaçının barəsində informasiya toplaya və işləyib hazırlaya bilirsə;

  • axtarılıb tapılmış informasiyanı, musiqi əsərləri barədə, bu və ya digər musiqi barədə öz təəssüratlarını sinif yoldaşlarına tanış edirsə;

  • musiqili (audio- video)materialı, lazımi aparaturanı seçə və ondan təqdimat zamanı istifadə edirsə.

İstiqamət: kontekstdə musiqi əsərlərinin dərk edilməsi

Mus.VIII.7. Şagird gürcü və dünya musiqi incəsənətinin tanınmış nümunələrini tanıyır və onları xarakterizə edə bilir.

Nəticə göz önündədir, əgər şagird:



  • eyni növ janrın müxtəlif əsərlərini müqayisə edirsə, onların səciyyəvi əlamətləri barədə söhbət edirsə;

  • müxtəlif dialektin eyni janrdan olan xalq mahnılarını müqayisə edirsə;

  • eyni müəllifin/dövrün nümayəndələrini (xarakterik janrlar, üslub, mövzu, dəst/xətt...) bir-biri ilə müqayisə edə bilirsə;

  • tanış musiqi formalarını və bu formada yazılmış musiqi əsərlərini xarakterizə edə bilirsə;

  • tanış bəstəkarın, ifaçının tərcümeyi -halı, yaradıcılığı ilə əlaqədar suallara cavab verirsə.

Mus.VIII.8. Şagird musiqini informasiya və kommunikasiya vasitəsi kimi dərk edirsə.

Nəticə göz önündədir, əgər şagird:



  • musiqi üslublarını mədəniyyət və dövrə əsasən fərqləndirə bilirsə;

  • konkret musiqi əsərləri ilə tanış olmaqla bu və ya digər mədəniyyət və dövr barəsində nə anladığı barədə mülahizə yürüdə bilirsə;

  • musiqili təsvirin müxtəlif növləri vasitəsi ilə konkret musiqi əhval-ruhiyyəsinin, bəstəkarın düşüncəsinin necə əks olunmasının mümkünlüyü barədə söhbət apara bilirsə;

  • incəsənətin başqa növləri üçün musiqinin rolunu müzakirə edirsə.

Proqramın məzmunu

İmprovizasiyalı məşğələlər:

  • melodiyalı davranışın sekvensik yerdəyişməsi;

  • öyrənilmiş şeir üçün musiqinin seçilməsi;

  • səsin uyğunlaşdırılması.

Mahnı:

  • xorda kanon tipli melodiyaların ifa olunması;

  • müşayiətlə və ondan kənar mahnı;

  • Gürcü və dünya xalq və peşəkar repertuarından ikisəsli və üçsəsli mahnılar, məsələn, “Çoxdan tanıyıram” (Quriyalı), “Gürcü, qılınca əl at” (Kartli-Kaxeti), “Müqəddəs Allah” (sadə ahəngli), V.A.Mosart – “Die Nachtigall”, the Beatles – “Cańt Buy Me Love” və s.



Musiqili-kompüter proqramları:

  • Logic, Cubase, Finale;

  • tapşırıqların yerinə yetirilməsi;

  • sadə kompozisiyaların yaradılması.

Layihələrdə iştirak etmə:

  • nəzəri materialın axtarılması, resurs yaradılması;

  • layihənin hazırlanmasında, təqdimatında və qiymətləndirilməsində iştirak etmək.

Musiqi nəzəriyyəsi və tarix:

  • musiqi janrları (opera, balet, simfoniya, instrumental konsert...);

  • musiqi üslubları (klassik, xalq, müasir);

  • ifaçıların tərkibi: instrumental (böyük və kamera orkestri, kamera ansamblı), vokal, vokal-instrumental (böyük və kamera tərkibi);

  • musiqi/incəsənət terminologiyası.

Tövsiyə olunmuş dinlənilən material:

  • Xalq mahnıları; barokko, klassisizm, romantizm, XX əsr və gürcü bəstəkarlarının populyar əsərlərindən parçalar, məsələn, Dördsəsli acar mahnısı, “Kuçxi Bedineri” meqrel mahnısı, Kaxetiya mahnısı “Cona”, “Sən tənəksən” kilsə xoru (Paliaşvilinin variantı) ; Çoxsəsli Sardiniya mahnısı Actores Alidos – Chelu e mare/Tralallera, hind mahnısı “Harikambhoji”; A.Macavariani – Skripka konserti, S.Nasidze – “Pirosmani” simfoniyası (parçalar), M.Şuvliaşvili – Fortepiano üçün “Eksersis”; Q.F.Hendel – “Mesia” oratoriyasından “Alleluia” xoru, F.Şopen – Ballada #1, C.Verdi – “Aida” operasından parçalar, “Rekvium” (parçalar), R.Vaqner – “Valkirilərin uçuşu”, “Valkiria” operasından “Nibelunqların üzüyü” – tetralogiyası; P.Çaykovski – fortepiano və orkestr üçün konsert #1; F.Mendelson – “Violino və orkestr üçün konsert; K.Debyus – “Pekinin rəqsi” prelyudası, “Ayın işığı”fortepiano pyesi; İ.Stravinski “Petruşka” baletindən “Rus rəqsi” (fortepiano versiyası); A.Şonberq – kamera sinfoniyası, D.Şostakoviç – fortepiano və orkestr üçün konsert #1; C. Keyc – “Su oyunu”; F. Sinatra – “New York, New York”, A. Barozzo – “Brazil”, The Beatles – “Cańs buy my Love, J.Styne - “Funny Girl”, “Sting – Shape of My Heart , Motley Grue – “Home sweet home” müziklindən parçalar və s.

IX Sinif

Musiqi

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr

Praktiki qabiliyyət-vərdişlər

Kommunikasiya,

Şərh


Kontekstdə musiqi nümunələrinin dərk edilməsi

Mus.VIII.1. Şagird improvizasiya prosesində iştirak edə bilər.

Mus.VIII.2. Şagird mahnını sinif yoldaşları ilə birlikdə oxuya bilər.




Mus.VIII.3. Şagird musiqili-kompüter proqramlarından istifadə etməklə kompozisiyalar yarada bilər.
Mus.VIII.4. Şagird tədris layihəsində iştirak edə bilər.


Mus.VIII.5. Şagird dinlənilmiş musiqi əsərlərini təhlil edə bilər.

Mus.VIII.6. Şagird musiqi incəsənətinin nümunələrini və ya musiqi yaradıcılığını sinif yoldaşlarına tanış edə bilər.


Mus.VIII.7. Şagird gürcü və dünya musiqi incəsənətinin tanınmış nümunələrini tanıyır və onları xarakterizə edə bilir.


Mus.IX.8. Şagird musiqi əsərlərinin struktur və növ cəhətlərini xarakterizə edə bilir.


Ilin sonunda nail olunacaq nəticələr və onların indikatorları

İstiqamət: praktiki qabiliyyət-vərdişlər

Mus.IX.1. Şagird improvizasiya prosesində iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • mahnı və ifa ilə müxtəlif musiqi səslərini, ritmik fiqurları sinif yoldaşları tərəfindən ifa olunmuş ritmik fiqurlarla, sadə akkordlu ardıcıllıqla uyğunlaşdıra bilirsə;

  • sinif yoldaşları ilə birlikdə səs, alət, hərəkət vasitəsi ilə musiqili-dramatik etüdləri, kompozisiyaları yarada bilirsə.

Mus.IX.2. Şagird mahnını sinif yoldaşları ilə birlikdə oxuya bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Gürcü xalq və başqa xalqların iki və üçsəsli mahnılarını oxuya bilirsə;

  • musiqi əsərlərinin parçalarını/mahnıları ifa edir və not yazılarına əsaslana bilirsə.

Mus.IX.3. Şagird musiqili-kompüter proqramlarından istifadə etməklə kompozisiyalar yarada bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • qarşıya qoyulmuş məqsədə müvafiq olaraq kompüter proqramlarından (musiqi yazısını, fakturanın, tembrin seçilməsi, akkordla müşayiət) istifadə edirsə;

  • kompozisiya yaradan zaman nəzəri bilikdən (musiqi əlifbası, forma, harmoniya məsələləri) istifadə edə bilirsə;

  • musiqi kompozisiyalarını yaradırsa;

  • musiqili kompozisiyada bədii ədəbiyyat, təsviri və teatr incəsənəti nümunələrinin yaratdığı təəssüratları əks etdirə bilirsə.

Mus.IX.4. Şagird tədris layihəsində iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • layihənin məqsədini müəyyənləşdirirsə;

  • layihəni planlaşdırır və onun funksiyalarını təhlil edə bilirsə;

  • nəzəri material axtarırsa, resurs yaradırsa;

  • konsertin, tamaşanın, tele/radio verilişinin hazırlanmasında, jurnalın tərtibatında iştirak edirsə;

  • layihənin təqdimatında və qiymətləndirilməsində iştirak edirsə.

İstiqamət: kommunikasiya, şərh

Mus.IX.5. Şagird dinlənilmiş musiqi əsərlərini təhlil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • musiqi əsərlərinin dinlənilməsi ilə yaranmış təəssüratlar barədə söhbət edirsə;

  • musiqi əsərlərini forma, janr, üslub və musiqili-təsvir vasitələrinə əsasən xarakterizə edə bilirsə;

  • söhbət zamanı incəsənət/musiqi terminologiyasından istifadə edirsə;

  • musiqi əsərlərini dinləməklə tanıya bilirsə.

Mus.IX.6. Şagird musiqi incəsənətinin nümunələrini və ya musiqi yaradıcılığını sinif yoldaşlarına tanış edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • onun üçün maraqlı olan musiqi əsərlərini/ifaçıları/bəstəkarı seçə bilirsə;

  • musiqi əsərlərinin, bəstəkarın, ifaçının barəsində informasiya toplaya və işləyib hazırlaya bilirsə;

  • musiqi əsərləri barədə, bu və ya digər musiqiçi barədə axtarılıb tapılmış informasiyanı, öz təəssüratlarını məruzə/məqalə şəklində təqdim edə bilirsə;

  • musiqili (audio- video) materialı, lazımi aparaturanı seçə və ondan təqdimat zamanı istifadə edirsə;

  • diskussiyanı idarə edə bilirsə, suallar qoya və cavab verə bilirsə;

  • axtarılmış materialı yaymlaya bilirsə; başqaları ilə birlikdə arxiv yaradırsa.

Mus.IX.7. Şagird özünün və başqasının yaradıcılığını müzakirə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • dərsdə ifa olunmuş yaradıcılıq tapşırığını, ictimai, məktəb konsertinin müzakirəsində iştirak edirsə;

  • ictimai, məktəb konserti barədə rəy yaza bilirsə;

  • fikrin ifadə edilməsi zamanı diqqətlidirsə.

İstiqamət: kontekstdə musiqi əsərlərinin dərk edilməsi

Mus.IX.8. Şagird musiqi əsərlərinin struktur və növ cəhətlərini xarakterizə edə bilir.

Nəticə göz önündədir, əgər şagird:



  • öyrənilmiş əsərləri bir-biri ilə müqayisə edirsə - janr, üslub, dövr, müəllif;

  • əsərlərin müqayisəsi əsasında müəllifin dəst-xəttini fərqləndirə bilirsə;

  • müxtəlif ifanı fərqləndirə və onun “interpretasiyası” barəsində söhbət edirsə;

  • musiqi əsərlərinin növ məzmunları (lirik, dramatik, epik, qəhrəmanlıq-dramatik, skerzo,qrotesk və s.) üzrə söhbət edirsə;

  • musiqi əsərlərinin kompozisiya quruluşu barədə söhbət edirsə;

  • xalq mahnısının səciyyələri (dialekti, janrı, mövzusu, ifaçıların tərkibi) barədə mülahizə yürüdə bilirsə.

Mus.IX.9. Şagird cəmiyyətin həyatında musiqininin rolunu dərk edir.

Nəticə göz önündədir, əgər şagird:



  • üslubları mədəniyyətə və dövrə əsasən xarakterizə edirsə;

  • xalq musiqisinin sosial təyinatı (məişətlə əlaqəsi, kollektiv ifaçılıq, şifahi ötürülmə ənənəsi, gizlilik, daimi dəyişiklik) barədə söhbət edirsə;

  • peşəkar musiqinin fəaliyyət göstərməsi üçün zəruri olan komponentləri dərk edirsə: bəstəkar, ifaçı, dinləyici;

  • incəsənətin başqa növlərində musiqinin rolu barədə mülahizə yürüdə bilirsə;

  • musiqi ilə əlaqədar ənənəvi və müasir peşələri – prodüser, rejissor, dicey, səs operatorunu bir-birindən fərqləndirə bilirsə;

  • müasir texnoloji imkanları və onların musiqi incəsənətinə təsirini xarakterizə edə bilirsə;

  • musiqini öyrənməklə əldə etdiyi biliyi və qabiliyyətləri müxtəlif peşələrdə necə istifadə edə biləcəyini izah edə bilirsə;

  • müxtəlif tarixi dövrdə musiqinin yayılma/verilmə imkanlarını (müğənnilər ailələri, xor məktəbləri... not köçürmənin müxtəlif sistemləri, məsələn, gürcü nevmik yazısı...) tədqiq edirsə;

  • konkret nümunələr əsasında (dövlət üçün himnin rolu və əhəmiyyəti; Leninqrad blokadası zamanı D.Şostakoviçin VII simfoniyası; Fransa inqilabi zamanı “Marselyeza”; “Şavleqo, 80-ci illərin milli hərəkatı zamanı “Mənim yaxşı ölkəm”...) musiqinin cəmiyyətin həyatında rolu haqqında mülahizə yürüdə bilirsə.

Proqramın məzmunu

İmprovizasiyalı məşğələlər:

  • mətnin dəyişdirilməsi, melodiya üçün seçilməsi;

  • poetik mətn üçün musiqinin seçilməsi;

  • səsin uyğunlaşdırılması.

Mahnı:

  • xorda kanon tipli melodiyaların ifa olunması;

  • müşayiətlə və ondan kənar mahnı;

  • xorda ikisəsli və üçsəsli mahnıların ifa olunması;

  • repertuarın seçilməsi;

  • təsviri üsulların seçilməsi;

  • Gürcü və dünya xalq və peşəkar repertuarından ikisəsli və üçsəsli mahnılar, məsələn, “Aslanvari mravaljamier” (Raca), “Nanila” (Svan), “Sən tənəksən” , “La Vie en Rose”, F.List – “Christus ist geboren” və s.



Musiqili-kompüter proqramları:

  • Sibelius, Finale, Cubase, Logic;

  • tapşırıqların yerinə yetirilməsi;

  • kompozisiyaların yaradılması.

Musiqili əsərlər:

  • müxtəlif dövrlərin bəstəkarlarının tanınmış əsərlərindən parçalar;

  • Gürcü xalq və peşəkar əsərlərini dinləmək, tanımaq.

Layihələrdə iştirak etmə:

  • layihənin planlaşdırılması və təhlili;

  • layihənin hazırlanması, təqdimatı.

Musiqi nəzəriyyəsi və tarix:

  • janr, üslub, dövr;

  • bədii musiqili istiqamətlərin məşhur nümayəndələri;

  • musiqili əsərlərin növ məzmunu (lirik, dramatik, epik, qəhrəmanlıq-dramatik, skerzo, qrotesk və s.);

  • musiqili əsərlərin kompozisiyası: instrumental formalar (üçhissəli, rondo, variasiyalar, sonata, suita, sonaa-simfonik silsilə); vokal formalar (bənd, çatdırılma formaları).

Xalq musiqisi:

  • dialekt, janr, mövzu, ifaçıların tərkibi;

  • xalq musiqisinin sosial təyinatı (məişətlə əlaqə, elektron ifaçılıq, şifahi ötürmə ənənəsi, gizlilik, daimi dəyişiklik).

Tövsiyə olunmuş dinlənilən material:

  • Xalq mahnıları; barokko, klassisizm, romantizm, impressionizm, XX əsr və gürcü bəstəkarlarının populyar əsərlərindən parçalar, məsələn, “Yaradıcı Naduri”, uzun Kaxetiya mravaljamieri, Racanın “Uca dağ başına naməlum quş qondu”, “Müqəddəs Allah” kilsə xoru (Z. Paliaşvilinin variantı), Afrikalı çoxsəsli “Yangissa”/ “Banga Banga” / “Bobangi”, nümunəsi, Avstraliya xalq mahnısı “Muḿs Choice”;B.Kvernadze – Mahnılar - kino musiqisi, Q.Kançeli – “Stiks” vokal simfonik süitası (parçalar); L.Bethoven – fortepiano konserti #5, R.Ştraus – “Don Covanni” simfonik poeması (parçalar),L.Bethoven – IX simfoniya (parçalar); P.Çaykovski – “Qaratoxmaq qadın”, Q. Maler – V simfoniya, IV hissə - Adagietto; K.Orf – “Karmina Burana” (parçalar),B. Bardok – “Simli, zərb alətləri və çelesta üçün musiqi, D. Şostakoviç – simli kvartet #3, III hissə, V simfoniya, I hissə; D. Brubek – “Take Five”, “G.Weiss –B.Thiele – “What a Wonderful World”, J. Hermańs Show – “Hello Dolly”, G.Gershvin – “Porgy and Bess” (parçalar),L.Weber “Super Star” (parçalar), A. Cooper - Schooĺs Out for this summer və s.

Yüklə 388,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin