Mus.VIII.3. Şagird musiqili-kompüter proqramlarından istifadə etməklə müxtəlif tapşırıqları yerinə yetirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
musiqili-kompüter proqramının müxtəlif imkanlarını (musiqinin köçürülməsi, faktura, tembrin seçilməsi, ritmik və akkordla müşayiət) tanıyırsa;
-
verilmiş tapşırığı yerinə yetirərkən nəzəri bilikdən (musiqi əlifbası, forma, harmoniya) istifadə edə bilirsə;
-
sadə musiqi kompozisiyalarını yaradırsa.
Mus.VIII.4. Şagird tədris layihəsində iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
layihənin məqsədinin müəyyənləşdirilməsində və planlaşdırılmasında iştirak edirsə;
-
nəzəri material axtarırsa, resurs yaradırsa;
-
konsertin, tamaşanın, tele/radio verilişinin hazırlanmasında, jurnalın tərtibatında iştirak edirsə;
-
layihənin təqdimatında və qiymətləndirilməsində iştirak edirsə.
İstiqamət: kommunikasiya, şərh
Mus.VIII.5. Şagird musiqi əsərlərinin təhlilində iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
musiqi əsərlərinin dinlənilməsi ilə yaranmış təəssüratlar barədə söhbət edirsə;
-
musiqi əsərlərinin janrlarını (opera, balet, simfoniya, instrumental konsert...),üslubunu (klassik, xalq , müasir) müəyyənləşdirə bilirsə;
-
dinləmə zamanı musiqinin təsviredici vasitələrini xarakterizə edirsə;
-
ifaçıların tərkibini: instrumental (böyük və kamera orkestri, kamera ansamblı), vokal, vokal-instrumental (böyük və kamera tərkibli) xarakterizə edə bilirsə;
-
dinlənilmə zamanı incəsənət-musiqi terminologiyasından istifadə etməklə danışırsa;
-
dinləyərkən musiqi əsərlərini tanıya bilirsə.
Mus.VIII.6. Şagird musiqi incəsənətinin nümunələrini və ya musiqi yaradıcılığını sinif yoldaşlarına tanış edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
onun üçün maraqlı olan musiqi əsərlərini/ifaçıları/bəstəkarı seçə bilirsə;
-
musiqi əsərlərinin, bəstəkarın, ifaçının barəsində informasiya toplaya və işləyib hazırlaya bilirsə;
-
axtarılıb tapılmış informasiyanı, musiqi əsərləri barədə, bu və ya digər musiqi barədə öz təəssüratlarını sinif yoldaşlarına tanış edirsə;
-
musiqili (audio- video)materialı, lazımi aparaturanı seçə və ondan təqdimat zamanı istifadə edirsə.
İstiqamət: kontekstdə musiqi əsərlərinin dərk edilməsi
Mus.VIII.7. Şagird gürcü və dünya musiqi incəsənətinin tanınmış nümunələrini tanıyır və onları xarakterizə edə bilir.
Nəticə göz önündədir, əgər şagird:
-
eyni növ janrın müxtəlif əsərlərini müqayisə edirsə, onların səciyyəvi əlamətləri barədə söhbət edirsə;
-
müxtəlif dialektin eyni janrdan olan xalq mahnılarını müqayisə edirsə;
-
eyni müəllifin/dövrün nümayəndələrini (xarakterik janrlar, üslub, mövzu, dəst/xətt...) bir-biri ilə müqayisə edə bilirsə;
-
tanış musiqi formalarını və bu formada yazılmış musiqi əsərlərini xarakterizə edə bilirsə;
-
tanış bəstəkarın, ifaçının tərcümeyi -halı, yaradıcılığı ilə əlaqədar suallara cavab verirsə.
Mus.VIII.8. Şagird musiqini informasiya və kommunikasiya vasitəsi kimi dərk edirsə.
Nəticə göz önündədir, əgər şagird:
-
musiqi üslublarını mədəniyyət və dövrə əsasən fərqləndirə bilirsə;
-
konkret musiqi əsərləri ilə tanış olmaqla bu və ya digər mədəniyyət və dövr barəsində nə anladığı barədə mülahizə yürüdə bilirsə;
-
musiqili təsvirin müxtəlif növləri vasitəsi ilə konkret musiqi əhval-ruhiyyəsinin, bəstəkarın düşüncəsinin necə əks olunmasının mümkünlüyü barədə söhbət apara bilirsə;
-
incəsənətin başqa növləri üçün musiqinin rolunu müzakirə edirsə.
Proqramın məzmunu
İmprovizasiyalı məşğələlər:
-
melodiyalı davranışın sekvensik yerdəyişməsi;
-
öyrənilmiş şeir üçün musiqinin seçilməsi;
-
səsin uyğunlaşdırılması.
Mahnı:
-
xorda kanon tipli melodiyaların ifa olunması;
-
müşayiətlə və ondan kənar mahnı;
-
Gürcü və dünya xalq və peşəkar repertuarından ikisəsli və üçsəsli mahnılar, məsələn, “Çoxdan tanıyıram” (Quriyalı), “Gürcü, qılınca əl at” (Kartli-Kaxeti), “Müqəddəs Allah” (sadə ahəngli), V.A.Mosart – “Die Nachtigall”, the Beatles – “Cańt Buy Me Love” və s.
Musiqili-kompüter proqramları:
-
Logic, Cubase, Finale;
-
tapşırıqların yerinə yetirilməsi;
-
sadə kompozisiyaların yaradılması.
Layihələrdə iştirak etmə:
-
nəzəri materialın axtarılması, resurs yaradılması;
-
layihənin hazırlanmasında, təqdimatında və qiymətləndirilməsində iştirak etmək.
Musiqi nəzəriyyəsi və tarix:
-
musiqi janrları (opera, balet, simfoniya, instrumental konsert...);
-
musiqi üslubları (klassik, xalq, müasir);
-
ifaçıların tərkibi: instrumental (böyük və kamera orkestri, kamera ansamblı), vokal, vokal-instrumental (böyük və kamera tərkibi);
-
musiqi/incəsənət terminologiyası.
Tövsiyə olunmuş dinlənilən material:
-
Xalq mahnıları; barokko, klassisizm, romantizm, XX əsr və gürcü bəstəkarlarının populyar əsərlərindən parçalar, məsələn, Dördsəsli acar mahnısı, “Kuçxi Bedineri” meqrel mahnısı, Kaxetiya mahnısı “Cona”, “Sən tənəksən” kilsə xoru (Paliaşvilinin variantı) ; Çoxsəsli Sardiniya mahnısı Actores Alidos – Chelu e mare/Tralallera, hind mahnısı “Harikambhoji”; A.Macavariani – Skripka konserti, S.Nasidze – “Pirosmani” simfoniyası (parçalar), M.Şuvliaşvili – Fortepiano üçün “Eksersis”; Q.F.Hendel – “Mesia” oratoriyasından “Alleluia” xoru, F.Şopen – Ballada #1, C.Verdi – “Aida” operasından parçalar, “Rekvium” (parçalar), R.Vaqner – “Valkirilərin uçuşu”, “Valkiria” operasından “Nibelunqların üzüyü” – tetralogiyası; P.Çaykovski – fortepiano və orkestr üçün konsert #1; F.Mendelson – “Violino və orkestr üçün konsert; K.Debyus – “Pekinin rəqsi” prelyudası, “Ayın işığı”fortepiano pyesi; İ.Stravinski “Petruşka” baletindən “Rus rəqsi” (fortepiano versiyası); A.Şonberq – kamera sinfoniyası, D.Şostakoviç – fortepiano və orkestr üçün konsert #1; C. Keyc – “Su oyunu”; F. Sinatra – “New York, New York”, A. Barozzo – “Brazil”, The Beatles – “Cańs buy my Love, J.Styne - “Funny Girl”, “Sting – Shape of My Heart , Motley Grue – “Home sweet home” müziklindən parçalar və s.
IX Sinif
Musiqi
Standart
İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr
Praktiki qabiliyyət-vərdişlər
|
Kommunikasiya,
Şərh
|
Kontekstdə musiqi nümunələrinin dərk edilməsi
|
Mus.VIII.1. Şagird improvizasiya prosesində iştirak edə bilər.
Mus.VIII.2. Şagird mahnını sinif yoldaşları ilə birlikdə oxuya bilər.
Mus.VIII.3. Şagird musiqili-kompüter proqramlarından istifadə etməklə kompozisiyalar yarada bilər.
Mus.VIII.4. Şagird tədris layihəsində iştirak edə bilər.
|
Mus.VIII.5. Şagird dinlənilmiş musiqi əsərlərini təhlil edə bilər.
Mus.VIII.6. Şagird musiqi incəsənətinin nümunələrini və ya musiqi yaradıcılığını sinif yoldaşlarına tanış edə bilər.
|
Mus.VIII.7. Şagird gürcü və dünya musiqi incəsənətinin tanınmış nümunələrini tanıyır və onları xarakterizə edə bilir.
Mus.IX.8. Şagird musiqi əsərlərinin struktur və növ cəhətlərini xarakterizə edə bilir.
|
Ilin sonunda nail olunacaq nəticələr və onların indikatorları
İstiqamət: praktiki qabiliyyət-vərdişlər
Mus.IX.1. Şagird improvizasiya prosesində iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
mahnı və ifa ilə müxtəlif musiqi səslərini, ritmik fiqurları sinif yoldaşları tərəfindən ifa olunmuş ritmik fiqurlarla, sadə akkordlu ardıcıllıqla uyğunlaşdıra bilirsə;
-
sinif yoldaşları ilə birlikdə səs, alət, hərəkət vasitəsi ilə musiqili-dramatik etüdləri, kompozisiyaları yarada bilirsə.
Mus.IX.2. Şagird mahnını sinif yoldaşları ilə birlikdə oxuya bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Gürcü xalq və başqa xalqların iki və üçsəsli mahnılarını oxuya bilirsə;
-
musiqi əsərlərinin parçalarını/mahnıları ifa edir və not yazılarına əsaslana bilirsə.
Mus.IX.3. Şagird musiqili-kompüter proqramlarından istifadə etməklə kompozisiyalar yarada bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
qarşıya qoyulmuş məqsədə müvafiq olaraq kompüter proqramlarından (musiqi yazısını, fakturanın, tembrin seçilməsi, akkordla müşayiət) istifadə edirsə;
-
kompozisiya yaradan zaman nəzəri bilikdən (musiqi əlifbası, forma, harmoniya məsələləri) istifadə edə bilirsə;
-
musiqi kompozisiyalarını yaradırsa;
-
musiqili kompozisiyada bədii ədəbiyyat, təsviri və teatr incəsənəti nümunələrinin yaratdığı təəssüratları əks etdirə bilirsə.
Mus.IX.4. Şagird tədris layihəsində iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
layihənin məqsədini müəyyənləşdirirsə;
-
layihəni planlaşdırır və onun funksiyalarını təhlil edə bilirsə;
-
nəzəri material axtarırsa, resurs yaradırsa;
-
konsertin, tamaşanın, tele/radio verilişinin hazırlanmasında, jurnalın tərtibatında iştirak edirsə;
-
layihənin təqdimatında və qiymətləndirilməsində iştirak edirsə.
İstiqamət: kommunikasiya, şərh
Mus.IX.5. Şagird dinlənilmiş musiqi əsərlərini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
musiqi əsərlərinin dinlənilməsi ilə yaranmış təəssüratlar barədə söhbət edirsə;
-
musiqi əsərlərini forma, janr, üslub və musiqili-təsvir vasitələrinə əsasən xarakterizə edə bilirsə;
-
söhbət zamanı incəsənət/musiqi terminologiyasından istifadə edirsə;
-
musiqi əsərlərini dinləməklə tanıya bilirsə.
Mus.IX.6. Şagird musiqi incəsənətinin nümunələrini və ya musiqi yaradıcılığını sinif yoldaşlarına tanış edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
onun üçün maraqlı olan musiqi əsərlərini/ifaçıları/bəstəkarı seçə bilirsə;
-
musiqi əsərlərinin, bəstəkarın, ifaçının barəsində informasiya toplaya və işləyib hazırlaya bilirsə;
-
musiqi əsərləri barədə, bu və ya digər musiqiçi barədə axtarılıb tapılmış informasiyanı, öz təəssüratlarını məruzə/məqalə şəklində təqdim edə bilirsə;
-
musiqili (audio- video) materialı, lazımi aparaturanı seçə və ondan təqdimat zamanı istifadə edirsə;
-
diskussiyanı idarə edə bilirsə, suallar qoya və cavab verə bilirsə;
-
axtarılmış materialı yaymlaya bilirsə; başqaları ilə birlikdə arxiv yaradırsa.
Mus.IX.7. Şagird özünün və başqasının yaradıcılığını müzakirə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
dərsdə ifa olunmuş yaradıcılıq tapşırığını, ictimai, məktəb konsertinin müzakirəsində iştirak edirsə;
-
ictimai, məktəb konserti barədə rəy yaza bilirsə;
-
fikrin ifadə edilməsi zamanı diqqətlidirsə.
İstiqamət: kontekstdə musiqi əsərlərinin dərk edilməsi
Mus.IX.8. Şagird musiqi əsərlərinin struktur və növ cəhətlərini xarakterizə edə bilir.
Nəticə göz önündədir, əgər şagird:
-
öyrənilmiş əsərləri bir-biri ilə müqayisə edirsə - janr, üslub, dövr, müəllif;
-
əsərlərin müqayisəsi əsasında müəllifin dəst-xəttini fərqləndirə bilirsə;
-
müxtəlif ifanı fərqləndirə və onun “interpretasiyası” barəsində söhbət edirsə;
-
musiqi əsərlərinin növ məzmunları (lirik, dramatik, epik, qəhrəmanlıq-dramatik, skerzo,qrotesk və s.) üzrə söhbət edirsə;
-
musiqi əsərlərinin kompozisiya quruluşu barədə söhbət edirsə;
-
xalq mahnısının səciyyələri (dialekti, janrı, mövzusu, ifaçıların tərkibi) barədə mülahizə yürüdə bilirsə.
Mus.IX.9. Şagird cəmiyyətin həyatında musiqininin rolunu dərk edir.
Nəticə göz önündədir, əgər şagird:
-
üslubları mədəniyyətə və dövrə əsasən xarakterizə edirsə;
-
xalq musiqisinin sosial təyinatı (məişətlə əlaqəsi, kollektiv ifaçılıq, şifahi ötürülmə ənənəsi, gizlilik, daimi dəyişiklik) barədə söhbət edirsə;
-
peşəkar musiqinin fəaliyyət göstərməsi üçün zəruri olan komponentləri dərk edirsə: bəstəkar, ifaçı, dinləyici;
-
incəsənətin başqa növlərində musiqinin rolu barədə mülahizə yürüdə bilirsə;
-
musiqi ilə əlaqədar ənənəvi və müasir peşələri – prodüser, rejissor, dicey, səs operatorunu bir-birindən fərqləndirə bilirsə;
-
müasir texnoloji imkanları və onların musiqi incəsənətinə təsirini xarakterizə edə bilirsə;
-
musiqini öyrənməklə əldə etdiyi biliyi və qabiliyyətləri müxtəlif peşələrdə necə istifadə edə biləcəyini izah edə bilirsə;
-
müxtəlif tarixi dövrdə musiqinin yayılma/verilmə imkanlarını (müğənnilər ailələri, xor məktəbləri... not köçürmənin müxtəlif sistemləri, məsələn, gürcü nevmik yazısı...) tədqiq edirsə;
-
konkret nümunələr əsasında (dövlət üçün himnin rolu və əhəmiyyəti; Leninqrad blokadası zamanı D.Şostakoviçin VII simfoniyası; Fransa inqilabi zamanı “Marselyeza”; “Şavleqo, 80-ci illərin milli hərəkatı zamanı “Mənim yaxşı ölkəm”...) musiqinin cəmiyyətin həyatında rolu haqqında mülahizə yürüdə bilirsə.
Proqramın məzmunu
İmprovizasiyalı məşğələlər:
-
mətnin dəyişdirilməsi, melodiya üçün seçilməsi;
-
poetik mətn üçün musiqinin seçilməsi;
-
səsin uyğunlaşdırılması.
Mahnı:
-
xorda kanon tipli melodiyaların ifa olunması;
-
müşayiətlə və ondan kənar mahnı;
-
xorda ikisəsli və üçsəsli mahnıların ifa olunması;
-
repertuarın seçilməsi;
-
təsviri üsulların seçilməsi;
-
Gürcü və dünya xalq və peşəkar repertuarından ikisəsli və üçsəsli mahnılar, məsələn, “Aslanvari mravaljamier” (Raca), “Nanila” (Svan), “Sən tənəksən” , “La Vie en Rose”, F.List – “Christus ist geboren” və s.
Musiqili-kompüter proqramları:
-
Sibelius, Finale, Cubase, Logic;
-
tapşırıqların yerinə yetirilməsi;
-
kompozisiyaların yaradılması.
Musiqili əsərlər:
-
müxtəlif dövrlərin bəstəkarlarının tanınmış əsərlərindən parçalar;
-
Gürcü xalq və peşəkar əsərlərini dinləmək, tanımaq.
Layihələrdə iştirak etmə:
-
layihənin planlaşdırılması və təhlili;
-
layihənin hazırlanması, təqdimatı.
Musiqi nəzəriyyəsi və tarix:
-
janr, üslub, dövr;
-
bədii musiqili istiqamətlərin məşhur nümayəndələri;
-
musiqili əsərlərin növ məzmunu (lirik, dramatik, epik, qəhrəmanlıq-dramatik, skerzo, qrotesk və s.);
-
musiqili əsərlərin kompozisiyası: instrumental formalar (üçhissəli, rondo, variasiyalar, sonata, suita, sonaa-simfonik silsilə); vokal formalar (bənd, çatdırılma formaları).
Xalq musiqisi:
-
dialekt, janr, mövzu, ifaçıların tərkibi;
-
xalq musiqisinin sosial təyinatı (məişətlə əlaqə, elektron ifaçılıq, şifahi ötürmə ənənəsi, gizlilik, daimi dəyişiklik).
Tövsiyə olunmuş dinlənilən material:
-
Xalq mahnıları; barokko, klassisizm, romantizm, impressionizm, XX əsr və gürcü bəstəkarlarının populyar əsərlərindən parçalar, məsələn, “Yaradıcı Naduri”, uzun Kaxetiya mravaljamieri, Racanın “Uca dağ başına naməlum quş qondu”, “Müqəddəs Allah” kilsə xoru (Z. Paliaşvilinin variantı), Afrikalı çoxsəsli “Yangissa”/ “Banga Banga” / “Bobangi”, nümunəsi, Avstraliya xalq mahnısı “Muḿs Choice”;B.Kvernadze – Mahnılar - kino musiqisi, Q.Kançeli – “Stiks” vokal simfonik süitası (parçalar); L.Bethoven – fortepiano konserti #5, R.Ştraus – “Don Covanni” simfonik poeması (parçalar),L.Bethoven – IX simfoniya (parçalar); P.Çaykovski – “Qaratoxmaq qadın”, Q. Maler – V simfoniya, IV hissə - Adagietto; K.Orf – “Karmina Burana” (parçalar),B. Bardok – “Simli, zərb alətləri və çelesta üçün musiqi, D. Şostakoviç – simli kvartet #3, III hissə, V simfoniya, I hissə; D. Brubek – “Take Five”, “G.Weiss –B.Thiele – “What a Wonderful World”, J. Hermańs Show – “Hello Dolly”, G.Gershvin – “Porgy and Bess” (parçalar),L.Weber “Super Star” (parçalar), A. Cooper - Schooĺs Out for this summer və s.
Dostları ilə paylaş: |