Xlviii musiqi üzrə fənn proqramı Ümumi hissə a Giriş



Yüklə 388,71 Kb.
səhifə2/6
tarix04.12.2016
ölçüsü388,71 Kb.
#749
1   2   3   4   5   6

Proqramın məzmunu

Melodik-ritmik məşğələlər:

  • Səs (qısa-uzun, musiqili-qeyri-musiqili...), səslənmənin gücü (yüksək-alçaq);

  • Musiqi dilinin elementləri: melodiya (diatonik); ritm (dörddə bir və səkkizdə bir uzunluqlu, 2-4 takt), 2/4, 2/3 metr.

Mahnı:

  • müşayiət ilə mahnı;

  • fərdi və sinif yoldaşları ilə birlikdə mahnı;

  • Uşaq, xalq və klassik repertuardan sadə birsəsli mahnılar, məsələn: “Leysan yağışı”, “Alabəzək kəpənək”, “Lalə”, “Evdə günəş”;M.Davitaşvili – “Çito,çito, nasara”, “Bu yazıq dovşan”, L.İaşvili – “Krici, krici”; Q.Daraxvelidze – “Qar dənəcikləri”; İ.Qurqulia – “Açu, açu”; İ.Brams – “Nana”; V.A.Mosart – “Nana”; C.Pierponter – “Jinngle Bells”; “Twinkle Twinkle Little Star” və s.

Əhval-ruhiyyənin ötürülməsi:

  • sevinc, kədər, qorxu, qəzəb və s.;

  • səslə, hərəkətlə, mimika ilə, jestlə.

Musiqi terminləri:

  • ucadan, alçaqdan, tez, yavaş;

  • bəstəkar, pyes, konsert, məşq etmə, orkestr, ansambl, dirijor, solist, akkompanement;

  • öyrənilən alətlərin adları.

Səsin yayılma mənbəyi:

  • Təbiət, küçə, ev.

Tədbirlər:

  • Yeni il, bahar, payız mövzularında sinif bayramı.

Kontekstdə musiqi əsərlərinin dərk olunması:

  • İnformasiya: mahnının mətni, süjeti, tanınmış musiqiçilərin tərcümeyi-hallarından maraqlı epizodlar.

Xalq və klassik musiqi alətləri:

  • salamuri, nağara, qudastviri;

  • fortepiano, violino, fleyta, ksilofon.

Tövsiyə oluna biləcək dinlənilən material:

  • Xalq mahnıları, klassik əsərlərdən fraqmentlər, uşaq proqramı pyesləri, məsələn: qudastvirdə “Mestviruli”, “Nana”, “İavnana”, “Alabəzək kəpənək”, “Leysan yağışı gəldi” (üçsəsli variantda); “Ah, Lazare, Lazare”, “Evdə günəş”, “Müqəddəs Allah” kilsə xoru, nağarada “Xorumi”, “Simdi” Osetin rəqsi, “Frere Jacques” fransız uşaq mahnısı, “Ride the chariot” Spiri Uelsi; Z.Paliaşvili, İ.Keçağmadze – Gürcüstanın dövlət himni; Z.Paliaşvili – “Daisi” operasından “Gürcü” rəqsi; S.Sinsadze – “Güləşəngi”/ “Lale” /“İndi-mindi” kvartet miniatürü; R.Lağidze – “Ana dilinə himn”, “Güləşəngi” orkestr pyesi; İ.S.Bax – “Qudastviri”, “Zarafat” (fleytanın solosu ilə) # 2 süjetindən;K.V.Qluk – “Orfevs” operasından fleyta üçün “Melodiya”; İ.Haydn – HOB.37,re major, I hissə;V.A.Mosart – Fa major menueti; E.Qriq – “Per-qyunt” süjetindən “Dağ çarının mağarası”;P.Çaykovski – “Qu gölü” baletindən “Kiçik quların rəqsi”,”Uşaq albomu”-ndan “Kiçik əsgərlərin marşı”;N.Rimski – Korsakov – “Arının uçuşu”;K.Sens-“Heyvanların karnavalı) silsiləsindən “Fil”; L.Bethoven – “Dağsiçanı” və s.



II Sinif

Musiqi

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr

Praktiki qabiliyyət-vərdişlər

Kommunikasiya,

Şərh


Kontekstdə musiqi nümunələrinin dərk edilməsi

Mus.II.1. Şagird musiqi dili ilə öyrəndiyi elementləri tanıya və onlardan melodik- ritmik məşqlərdə istifadə edə bilər.
Mus.II.2. Şagird mahnını tək və ya başqaları ilə birlikdə oxuya bilər.

Mus.II.3. Şagird müəyyən əhval-ruhiyyəni vermək üçün təsvirin müxtəlif formalarına müraciət edə bilər.

Mus.II.4. Şagird dinlənilmiş musiqi əsərləri barədə öz münasibətini əks etdirə bilər.

Mus.II.5. Şagird öyrəndiyi musiqi terminlərindən istifadə edə bilər.


Mus.II.6. Şagird müxtəlif növ tədbirlərdə iştirak edə bilər.

Mus.II.7. Şagirdin başqasının yaradıcılığına və fikrinə hörmətlə yanaşmaq qabiliyyəti vardır.
Mus.II.8. Şagird başa düşür və nümayiş etdirə bilər ki, musiqi duğuların və əhval-ruhiyyələrin əks olunduğu vasitədir.

Mus.II.9. Şagird yaradıcılıq peşələrini fərqləndirə və onları incəsənətin konkret nümunələri ilə əlaqələndirə bilər.



Mus.II.10. Şagird dinlədiyi əsəri gündəlik həyatla əlaqələndirə bilər.

Mus.II.11. Şagird öyrəndiyi musiqi alətlərini tanıyır.

Mus.II.12. Şagird ətraf mühitdə eşitdiyi səsləri fərqləndirə bilir.


Ilin sonunda nail olunacaq nəticələr və onların indikatorları

İstiqamət: praktiki qabiliyyət-vərdişlər

Mus.II.1. Şagird musiqi dili ilə öyrəndiyi elementləri tanıya və onlardan melodik-ritmik məşqlərdə istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • bir tonda mahnı ilə sadə ritmik melodiyanı təkrar edir, səslərin yüksəkliyini, tempini dəyişirsə;

  • yavaş və tez templəri fərqləndirə bilirsə;

  • melodiyanın, tempin, səslərin gücünə əsasən konkret musiqi parçasını xarakterizə edə bilirsə;

  • əl çalmala, taqqıltı ilə sadə ritmik melodiyaları təkrar edirsə;

  • sinif yoldaşları ilə birlikdə oyun alətlərindən və ya/müxtəlif əşyalardan təşkil edilmiş “ansamblda”, “orkestrdə” ifa edirsə.

Mus.II.2. Şagird mahnını tək və ya başqaları ilə birlikdə ifa edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • sinif yoldaşları ilə birlikdə sadə birsəsli mahnıları ifa edə bilirsə;

  • musiqi parçalarını mahnı ilə təkrar edirsə;

  • mahnının ayrı-ayrı parçalarını ifa edərkən sinif yoldaşları ilə əvəzlənirsə;

  • sinif yoldaşları ilə birlikdə populyar melodiyaları və birsəsli mahnıları oxuya bilirsə;

  • musiqi müəlliminin göstərişlərinə (sakit, ucadan, yavaş, tez, birlikdə, başdan...) reaksiya verirsə.

Mus.II.3. Şagird müəyyən əhval-ruhiyyəni ötürmək üçün müxtəlif təsvir vasitələrinə müraciət edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • səsin, hərəkətin, rəqsin, mimikanın, jestin, oyunun vasitəsi ilə bu və ya digər əhval-ruhiyyəni ifadə edə bilirsə;

  • alətə toxunarkən, səs-küy, əl çalma, şəkil vasitəsi ilə eyni əhval-ruhiyyəni əks edə bilirsə;

  • musiqi əsərlərindən alınmış əhval-ruhiyyəni ötürmək üçün başqaları ilə birlikdə müvafiq improvizasiyalı mətnləri əlavə etməklə oynaya bilirsə;

  • musiqinin yaratdığı emosiyanı bədən hərəkətləri ilə əks etdirə bilirsə.

İstiqamət: kommunikasiya və şərh

Mus.II.4. Şagird dinlənilmiş musiqi əsərləri barədə öz münasibətini əks etdirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • dinlənilmiş əsərlərlə əlaqədar özünün müsbət və ya mənfi münasibətini əks etdirə bilirsə;

  • musiqi davranışını, sadə musiqi parçasını təkrar edə bilirsə;

  • tanış və tanış olmayan melodiyaları, tanış və tanış olmayan mövzunu bir-birindən seçirsə;

  • təkrar dinləyərkən, mahnı ilə, rəqslə, musiqiyə qoşula bilirsə, dinləyərkən “dirijorluq” edirsə;

  • musiqi ilə yaranmış əhval-ruhiyyəni, emosiyanı şəkildə verə bilirsə və mümkün qədər bu şəkli canlandıra bilirsə.

Mus.II.5. Şagird öyrəndiyi musiqi terminlərindən istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • söhbət zamanı öyrəndiyi terminləri düzgün tələffüz edirsə;

  • lazım gəldikdə onları izah edə bilirsə;

  • Ona naməlum musiqi aləti, məfhumun adını dəqiqləşdirmək məqsədi ilə suallar qoyursa.

Mus.II.6. Şagird müxtəlif növ tədbirlərdə iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



Mus.II.7. Şagirdin başqasının yaradıcılığına və fikrinə hörmətlə yanaşmaq qabiliyyəti vardır.

Nəticə göz önündədir, əgər şagird:



  • başqasının mahnısı, söhbət zamanı əxlaq qaydalarına əməl edirsə;

  • başqasının əl işinə ehtiyatla yanaşırsa;

  • fərqli fikirləri nəzərə alırsa.

Mus.II.8. Şagird başa düşür və nümayiş etdirə bilər ki, musiqi duyğuların və əhval-ruhiyyənin əks olunduğu vasitədir.

Nəticə göz önündədir, əgər şagird:



  • musiqini dinləməklə oyanmış təəssuratlarını danışa bilirsə;

  • musiqi fraqmentinin melodiyasını, dinamikasını, tempini, ritmini konkret əhval-ruhiyyə ilə əlaqələndirə bilirsə;

  • sinif yoldaşları tərəfindən mahnı, zümzümə vasitəsi ilə verilmiş əhval-ruhiyyəni, hissləri tanıya bilirsə.

İstiqamət: kontekstdə musiqi əsərlərinin dərk edilməsi

Mus.II.9. Şagird yaradıcılıq peşələrini fərqləndirə və onları incəsənətin konkret nümunələri ilə əlaqələndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • bəstəkarın, rəssamın, heykəltəraşın, şairin, yazıçının peşələrini fərqləndirə və onlarla əlaqədar bir və ya bir neçə əsərin adını çəkə bilirsə;

  • öz ətrafında incəsənət əsərlərini tanıya bilirsə;

  • incəsənət nümunəsini gördükdən, dinlədikdən sonra müəllifin peşəsini deyə bilirsə.

Mus.II.10. Şagird dinlədiyi əsəri gündəlik həyatla əlaqələndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • özünün sevdiyi musiqi əsərlərini harada, hansı mühitdə dinlədiyini yada sala bilirsə;

  • musiqi əsərləri ilə əlaqədar deyilənləri, tarixi, məzmunu danışa bilirsə və bunun ətrafında suallara cavab verə bilirsə;

  • musiqi əsərlərinin müəllifləri, süjetləri, tarixi, ifaçıları ilə əlaqədar suallar qoya bilirsə;

  • musiqi nömrələrinin hansı qəhrəmanla assosiasiya yaratdığını yada sala bilirsə;

  • vizual materialı (foto, video) musiqi əsəri ilə əlaqələndirə və öz şəxsi təəssüratını yada sala bilirsə.

Mus.II.11. Şagird öyrəndiyi musiqi alətlərini tanıyır.

Nəticə göz önündədir, əgər şagird:



  • Aləti formasına görə tanıya bilirsə;

  • Səsləndirilən zaman solonu tanıya bilirsə;

  • Onlara çalmaq imitasiyasını bədən hərəkəti ilə əks etdirirsə.

Mus.II.12. Şagird ətraf mühitdə eşitdiyi səsləri fərqləndirə bilir.

Nəticə göz önündədir, əgər şagird:



  • təbii və süni səsləri fərqləndirə bilirsə;

  • hər bir səsi (civiltini, fiti, qıcırtını...) düzgün müəyyənləşdirə bilirsə.

Proqramın məzmunu

Melodik-ritmik məşğələlər:

  • musiqi dilinin elementləri: melodiya (diatonik); ritm (yarı, dörddə bir və səkkizdə bir uzunluqlu fasilə), səslənmənin gücü (dinamik nyüanslar), ritm, temp (tez-yavaş), xoş səsli, xoşagəlməz səslənmə.

Mahnı:

  • Müşayiət ilə mahnı;

  • Uşaq, xalq və klassik repertuardan sadə birsəsli mahnılar, məsələn, “Lazare”, “Salam, quşcuğazlar”, İavnana”, “Birinci yadıma düşür”, “Bu beşik dülgər işi”; M.Davitaşvili – “Manananın mahnısı”, G.Sabadze – “Ana-bana”, “Vera məhəlləsinin melodiyaları” kinofilmindən; L.İaşvili – “Komşi, komşi, komara”, M.Otiaşvili – “Noye babanın sandığı” “Leysan yağışı”, “Alabəzək kəpənək”,L.Bethoven – “Dağsiçanı”,R.Rocers – “Do,Re,Mi”; “Alpbabet”;erməni uşaq mahnısı “Kerin Yekav Mer Baky” və s.

Əhval-ruhiyyənin ötürülməsi:

  • səslə, hərəkətlə, mimika ilə, jestlə, rəqslə, oyunla;

  • etüdlərin ifa olunması.

Musiqi terminləri:

  • melodiya, ritm, uzunluq, pauza, ritm, temp;

  • templər: Alleqro-tez, Adagio-yavaş;

  • dinamik nyuanslar: Forte-ucadan, Piano-alçaqdan;

  • bəstəkar, pyes, konsert, məşq etmə, solist, akompanement, balet, opera;

  • öyrənilmiş alətlərin adları.

İş formaları:

  • fərdi və qrup halında.

Səsin yayılma mənbəyi:

  • təbiət, küçə, konsert salonu, ev.

Tədbirlər:

  • sinif şənliyi;

  • ictimai konsert, tamaşa.

Kontekstdə musiqi əsərlərinin dərk olunması:

  • musiqi əsərləri barədə informasiya: mətn, süjet, müəllif;

  • yaradıcılıq peşələri ilə tanışlıq: rəssam, bəstəkar, şair və s.

Musiqi alətləri:

  • panduri, çonquri, diplipito, arfa, çelo, gitara, litavrlar, şeypur.

Dinlənilən material:

  • xalq mahnıları, gürcü və xarici əsərlərdən fraqmentlər, uşaq proqram pyesləri, tanınmış musiqi əsərlərindən əhval-ruhiyyə fraqmentləri, məsələn, “Ağalar”, “Sisa, tura”, “Şina vorgil”; “Sən tənəksən” kilsə xoru, Mikis Teodorakis – “Sirtaki”, Z.Paliaşvili – “Daisi” operasından“Sanqala və qızcığaz”; V.Dolidze – “Gürcü” rəqsi, “Keto və Kote” operasından Siko ilə Sakonun misraları; S.Sinsadze – Kvartet miniatürü - “Kənd rəqsi”/ “Çobanvari”/ “Arvadım ürəkləndi”; Q.Sabadze – “Vera məhəlləsinin melodiyaları” kinofilmindən “İyirmi beş dekabrda” ;İ.S.Bax – “Anna Maqdalinanın dəftərindən” menueti re minor;V.A.Mosart – “Kiçik gecə serenadası”, I hissə; L.Bethoven – “Elizaya”, Fortepiano miniatürü; F.Şubert – “Kalmaxi” mahnısı; E.Qriq – “Peer qiyunt” sujetindən “Anitranın rəqsi”;R.Şuman – “İgid atlı”; İ.Brams – “Macar rəqsi” # 5; K.Sen-Sans – “Heyvanların karnavalı” silsiləsindən “Akvarium” ; P.Çaykovski – “Maknatuna” baletindən nəfəsli alətdə “Güllərin valsı”, “Trepak”, “Neapol mahnısı” nəfəsli alətdə; S.Prokofyev – “Klassik simfoniyadan” qavot, III hiss; K.Coplini – “Maple Leaf rag” , R.Rocers – “Musiqi melodiyaları “ müzikli və s.

III Sinif

Musiqi

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr

Praktiki qabiliyyət-vərdişlər

Kommunikasiya,

Şərh


Kontekstdə musiqi nümunələrinin dərk edilməsi

Mus.III.1. Şagird musiqi dili ilə öyrəndiyi elementləri tanıya və onlardan melodik-ritmik məşqlərdə istifadə edə bilər.

Mus.III.2. Şagird mahnını tək və ya başqaları ilə birlikdə oxuya bilər.

Mus.III.3. Şagird müəyyən əhval-ruhiyyəni vermək üçün müxtəlif təsvir formalarna müraciət edə bilər.

Mus.III.4. Şagird musiqi əlifbası ilə öyrədilmiş nümunəni tanıya bilər.
Mus.III.5. Şagird özünün tədris fəaliyyətini təşkil edə bilər.


Mus.III.6. Şagird qrupda işləyə bilər.

Mus.III.7. Şagird dinlənilmiş musiqi əsərləri barədə öz münasibətini əks etdirə bilər.

Mus.III.8. Şagird öyrədilmiş musiqi terminlərindən istifadə edə bilər.

Mus.III.9. Şagird müxtəlif növ tədbirdə iştirak edə bilər.

.
Mus.III.10. Şagirdin başqasının yaradıcılığına və fikrinə hörmətlə yanaşmaq qabiliyyəti vardır.



Mus.III.11. Şagird başa düşür və nümayiş etdirə bilər ki, musiqi duyğuların və əhval-ruhiyyənin əks olunduğu vasitədir.


Mus.III.12. Şagird incəsənət sahələrini və incəsənətlə əlaqədar peşələri fərqləndirə bilər.
Mus.III.13. Şagird dinlədiyi əsəri gündəlik həyatla əlaqələndirə bilər.
Mus.III.14. Şagird öyrəndiyi musiqi alətlərini bir-birindən fərqləndirə bilər.


İlin sonunda nail olunan nəticələr və onların indikatorları

İstiqamət: praktiki qabiliyyət-vərdişlər

Mus.III.1. Şagird musiqi dili ilə öyrəndiyi elementləri tanıya və onlardan melodik-ritmik məşğələlərdə istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • oxuduğu, musiqi alətində ifa etdiyi zaman musiqi səslərinin uzunluğunu fərqləndirə bilirsə;

  • yavaş və tez ifanı, ucadan və alçaqdan səsləndirilən musiqi parçalarını dinləyərkən onları fərqləndirə bilirsə;

  • müxtəlif yüksəklikdə səsləndirilən musiqi parçasını dinləyərkən (yüksək-aşağı) registrləri fərqləndirə bilirsə;

  • rəqs, hərəkət vasitəsi ilə (vals, polka) iki və üçdə iki metri fərqləndirə bilirsə;

  • mahnı oxuyarkən, musiqi dinləyərkən vurğu ilə taktın güclü vaxtını ayıra bilirsə;

  • musiqinin ritmini ayaq taqqıltıları, əl çalmala ifa edə bilirsə;

  • sinif yoldaşları ilə birlikdə musiqiyə qoşulursa, müxtəlif ritmik parçaları oyuncaq alətlərindən və gündəlik istifadə olunan əşyalardan təşkil edilmiş “ ansamblda ”, “orkestrdə” ifa edirsə.

Mus.III.2. Şagird mahnını tək və ya başqaları ilə birlikdə ifa edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • musiqi parçalarını, melodiyaları mahnı ilə təkrar edirsə;

  • sinif yoldaşları ilə birlikdə populyar melodiyaları, birsəsli və sadə ikisəsli mahnıları müəllimin köməyi ilə ifa edə bilirsə;

  • çoxsəsli mahnını bir səsə bağlı bas fonunda ifa edə bilirsə;

  • sadə mahnıları öyrəndiyi xarici dildə ifa edə bilirsə;

  • Dirijorluq jestlərinə (sakit, ucadan, yavaş, tez, birlikdə, başdan)düzgün reaksiya verirsə.

Mus.III.3. Şagird müəyyən əhval-ruhiyyəni şərh etməklə müxtəlif təsvir vasitələrinə müraciət edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • səsin, hərəkətin, rəqsin, mimikanın, jestin, oyunun vasitəsi ilə bu və ya digər əhval-ruhiyyəni şərh edə bilirsə;

  • alətə toxunarkən, səs-küy, əl çalma, şəkil vasitəsi ilə eyni əhval-ruhiyyəni ifadə edə bilirsə;

  • musiqili əsərlərdən aldığı əhval-ruhiyyəni əks etdirmək üçün başqaları ilə birlikdə hər hansı bir hadisəni oynaya bilirsə;

  • müvafiq improvizasiyalı mətni əlavə etməklə sadə etüdləri oynaya bilirsə;

  • musiqinin yaratdığı emosiyanı bədən hərəkətləri ilə ifadə edə bilirsə.

Mus.III.4. Şagird musiqi əlifbası ilə öyrədilmiş nümunəni tanıya bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • skripkanın açarlarını tanıya və şəklini çəkə bilirsə;

  • Not sisteminin xətlərini seçir və adlandıra bilirsə;

  • beşxətli not sistemində notları tanıya, adlarını çəkə və yaza bilirsə.

Mus.III.5. Şagird özünün tədris fəaliyyətini təşkil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • dərs üçün lazımi əşyalar gətirərsə;

  • dərsin gedişinə fəal qoşulubsa;

  • sorğularda iştirak edirsə;

  • suallar verirsə, tapşırığı yazırsa.

Mus.III.6. Şagird qrupda işləyə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • başqaları ilə birlikdə işləyirsə;

  • sinif yoldaşlarına kömək edirsə;

  • fərqli fikrə diqqət yetirirsə;

  • qrup halında tamaşaya hazırlaşırsa.

İstiqamət: kommunikasiya və şərh

Mus.III.7. Şagird dinlənilmiş musiqi əsərləri haqqında öz münasibətlərini ifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • tanış melodiyanı /musiqi nömrəsini tanıyır və adlarını deyə bilirsə;

  • dinləyərkən əl çalmala, mahnı ilə, hərəkətlə, rəqslə musiqiyə qoşulursa;

  • konkret musiqi parçasını melodiyaya, tempə, səslənmənin uzunluğuna, metrə əsasən xarakterizə edirsə;

  • vokal və instrumental əsərləri fərqləndirə bilirsə;

  • musiqi davranışını, melodiyanı, xarakterik ritmik parçanı təkrar edə bilirsə;

  • tanış və tanış olmayan melodiyaları, tanış və tanış olmayan mövzunu bir-birindən seçirsə;

  • dinləyərkən “dirijorluq” edirsə;

  • musiqi ilə yaranmış əhval-ruhiyyəni, emosiyanı şərh edə bilirsə.

Mus.III.8. Şagird öyrədilmiş musiqi terminlərindən istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • söhbət zamanı öyrəndiyi terminlərdən istifadə edir və lazım gəldikdə onları izah edirsə;

  • yeni terminin, sözün əhəmiyyətini dəqiqləşdirmək məqsədi ilə suallar qoyursa.



Mus.III.9. Şagird müxtəlif növ tədbirdə iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • sinif tədbirlərində iştirak edə bilirsə;

  • məktəbin hesabat konsertinə gedir və iştirak edə bilirsə;

  • teatra, konsertə, muzeyə gedirsə.

Mus.III.10. Şagirdin başqasının yaradıcılığına və fikrinə hörmətlə yanaşmaq qabiliyyəti vardır.

Nəticə göz önündədir, əgər şagird:



  • sinif yoldaşları tərəfindən aşkara çıxarılmış istənilən qabiliyyəti – mahnı, rəqs, şəkil çəkmək, ritmi duymaq, yazmaq qabiliyyətini müsbət qiymətləndirirsə;

  • başqasının cavabını başa çatdırmasını gözləyirsə;

  • fikrin ifadə olunması zamanı dəqiqdirsə.

Mus.III.11. Şagird başa düşür və nümayiş etdirə bilər ki, musiqi duyğuların və əhval-ruhiyyələrin əks olunduğu vasitədir.

Nəticə göz önündədir, əgər şagird:



  • bu və ya digər musiqi əsərinin hansı əhval-ruhiyyəni yaratdığı barədə söhbət edirsə;

  • musiqi alətinin tembri ilə konkret əhval-ruhiyyəni əlaqələndirə bilirsə;

  • əhval-ruhiyyəyə müvafiq olaraq tanış melodiyanı, mahnını ifa edirsə;

  • konkret əsərlərdə müəllifin nəyi əks etdirmək arzusunda olduğu barədə söhbət edirsə.

İstiqamət: kontekstdə musiqi əsərlərinin dərk edilməsi

Mus.III.12. Şagird incəsənət sahələrini və incəsənətlə əlaqədar peşələri fərqləndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • incəsənətin müxtəlif sahələrini – musiqini, rəssamlığı, heykəltaraşlığı, rəqsi, poeziyanı fərqləndirirsə;

  • müvafiq peşələri incəsənətin sahələri ilə əlaqələndirə və onların fəaliyyətini (məsələn, musiqi-bəstəkar-musiqi yazır) əlaqələndirə bilirsə;

  • incəsənətin bu və ya digər sahəsinin iki və daha çox nümunəsini və bu sahəni əks etdirən vasitələri, materialı sadalayırsa.

Mus.III.13. Şagird dinlədiyi əsəri gündəlik həyatla əlaqələndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • musiqi əsərləri ilə əlaqədar suallar qoyursa;

  • dinlənilmiş və oxunulmuş, baxılmış əsərlər arasında paralellər apara bilirsə;

  • musiqi əsərlərinin süjetlərini mətnin gündəlik hadisələri ilə (səyahət, oyun, hava...) əlaqələndirə bilirsə;

Mus.III.14. Şagird öyrəndiyi musiqi alətlərini bir-birindən fərqləndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • səsləndirmə zamanı alətlərin solosunu tanıya bilirsə;

  • materiala əsasən musiqi alətlərini fərqləndirə bilirsə;

  • musiqi alətini və ya onun hər hansı bir hissəsinin şəklini çəkə bilirsə.

Proqramın məzmunu

Yüklə 388,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin