Xlviii musiqi üzrə fənn proqramı Ümumi hissə a Giriş


Mus.V.8. Şagird müxtəlif növ tədbirlərdə iştirak edə bilər



Yüklə 388,71 Kb.
səhifə4/6
tarix04.12.2016
ölçüsü388,71 Kb.
#749
1   2   3   4   5   6

Mus.V.8. Şagird müxtəlif növ tədbirlərdə iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • sinfin tamaşasında, karnavalında iştirak edə bilirsə;

  • məktəbin hesabat konsertinə gedir və iştirak edə bilirsə;

  • axşamlara-görüşlərə gedirsə: bəstəkarlarla, ifaçılarla;

  • sinif yoldaşları ilə birlikdə ictimai konsertdə, tamaşada iştirak edirsə;

  • sənətkarların ev-muzeylərinə ekskursiyalara gedirsə;

  • viktorinada iştirak edir və onu aparırsa;

  • auditoriya qarşısında ifaçı, müəllif və ya konferansye rolunda çıxış edirsə.

Mus.V.9. Şagird mədəni tədbirlərdə iştirak edərkən əxlaq normalarına riayət edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • konsertin, kino-filmin gedişinə mane olmursa;

  • əvvəlcədən razılaşdırılmış qaydalara müvafiq olaraq tamaşa başa çatdıqdan sonra öz münasibətini ifadə edə bilirsə;

  • sərgidə, muzeydə əvvəlcədən razılaşdırılmış qaydalara əsasən davranırsa;

  • müzakirə zamanı başqasına öz fikrini ifadə etməyə imkan verirsə;

  • fərqli mövqeyə münasibətdə tolerantdırsa.

Mus.V.10. Şagird başa düşür və büruzə verir ki, musiqi /incəsənət mədəniyyətin özünü əksetdirmə vasitəsidir.

Nəticə göz önündədir, əgər şagird:



  • hər hansı bir tarixi mərhələdə həmin incəsənət dövrünün əsərləri ilə tanış olmaqla hansı informasiyanı əldə etdiyi barədə söhbət edirsə;

  • bu və ya digər xalqın mədəniyyəti barədə onun musiqisi ilə tanışlıqdan sonra söhbət edə bilirsə;

  • müxtəlif mədəniyyətlərin fərqləndirici əlamətləri, səciyyəvi xüsusiyyətləri barədə söhbət edirsə;

  • üsluba əsasən gürcü musiqisinin tanış olmayan nümunələrini tanıya bilirsə.

İstiqamət: kontekstdə musiqi əsərlərinin dərk edilməsi

Mus.V.11. Şagird incəsənət sahələrinin və onların sintez incəsənətində əlaqələrini müzakirə edə bilir.

Nəticə göz önündədir, əgər şagird:



  • incəsənətin sintezləşdirmə sahələrinin (kino, teatr, o cümlədən, musiqili teatr) tərkib elementlərini xarakterizə edə bilirsə;

  • incəsənətin sintezləşdirmə sahələri ilə əlaqədar peşələri və onların parlaq nümayəndələrini sadalaya bilirsə;

  • müxtəlif növ tamaşaları (balet, opera, dram) seçə bilirsə;

  • sintezləşmiş incəsənətin gördüyü və getdiyi nümunələrini yadına sala bilirsə;

  • tamaşasında iştirak etdiyi konsert və teatr salonlarını yada sala bilirsə;

  • incəsənətin müxtəlif sahələrinin nümayəndələrinin təhsil aldıqları ali məktəbləri sadalaya bilirsə.

Mus.V.12. Şagird dinlənilmiş musiqi əsərlərini müzakirə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • gürcü xalq və peşəkar əsərlərini fərqləndirə bilirsə;

  • öyrəndiyi əsərlərin müəllifləri barədə söhbət edirsə;

  • öyrəndiyi əsərlərlə əlaqədar informasiya – janr, proqram, forma barədə məlumat qazanmışdırsa;

  • Gürcüstanın bölgələrinə və janrlara əsasən xalq musiqisinin populyar nümunələrini fərqləndirə bilirsə.

Mus.V.13. Şagird musiqi alətlərini bir-birindən fərqləndirə və qruplaşdıra bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • alətlərin solosunu, eləcə də ansamblda səslənmə zamanı onu tanıya bilirsə;

  • alətlərin şəklini çəkə və gildən düzəldə bilirsə;

  • səslənmə ilə alınmış qaydaya və ya materiala əsasən alətləri qruplaşdıra bilirsə.

Proqramın məzmunu

İmprovizasiyalı məşğələlər:

  • musiqi dilinin elementlərindən, musiqi alətlərindən istifadə etməklə;

  • Səda, səslənmənin güclülüyü, ritm (ostinato, punktual rit), temp, metr, registr, tembr ahəng (major, minor), tonallıq, oktava çərçivələrində intervallar, samitlik, məlahətli, məlahətsiz səslənmə (konsonans, dissonans).

Mahnı:

  • müşayiətlə və ondan kənar;

  • fərdi və xor şəklində;

  • birsəsli və ikisəsli mahnıların ifası, məsələn, “Çela”, “Qadın don tikir”, “Arvadın ürəkləndi”, “Şavleqo”, V.Sereteli – “Suliko”, R.Lağidze – “Mənim yaxşı ölkəm”, N.Qabunia – “İkinci əfsanə”, B.Qelovani – “İki Rezo”, İ.Qurqulia – “Ağ çobanyastığı”, “Odelia, dela”, F.Şubert – “Farel”, C.Lenon, P.Makartni – “Yellow Submarine”, R.Rocers - “Blue Moon”, “Edelvays” və s.

Kompozisiya:

  • əhval-ruhiyyənin əks olunması – pantomima;

  • səhnələrin oynanılması.

Musiqi əlifbası:

  • Skripka, bas açarlarında kiçik, birinci, ikinci oktavalarda notların tanınması və yazılması;

  • Musiqi parçasının köçürülməsi;

  • tam, yarı, dörddə bir, səkkizdə bir uzunluqda notlar və pauzalar;

  • əsərləri öyrənərkən musiqi yazılarından istifadə etmək.

Musiqi terminləri:

  • melodiya, ritm, uzunluq, pauza, ritm, temp, tembr, ahəng (major, minor),tonallıq, tonika, bərk, əyilən pillələr;

  • dinamik nüanslar: Mezzo Forte, Mezzo Piano;

  • İfa üsulları: Stakato, Leqato;

  • bəstəkar, folklor, folklorçu, musiqiçi, pyes, konsert, məşq etmə , orkestr, dirijor, lotbar, solist, akkompanement, balet, korde-balet, balerina, balet ifaçısı, opera, teatr/opera/balet qrupu, pərdə/akt, antrakt, ariya, ariozo, reçitativ, ansambl, duet, trio, kvartet, kvintet, janr;

  • öyrənilmiş alətlərin adları.

Musiqi formaları:

  • rondo, bənd forması.



Musiqi əsərləri:

  • fərqli dövrlərin tanınmış əsərlərinin dinlənilməsi, tanınması, müqayisə edilməsi;

  • Gürcü xalq musiqisinin dinlənilməsi, tanınması.

Tədbirlər:

  • Sinif konserti;

  • Sinfin tamaşası, karnaval, görüş-axşamlar;

  • viktorina;

  • ictimai konsertə, tamaşaya getmək, ev-muzeylərə ekskursiya.

Kontekstdə musiqi əsərlərinin dərk olunması:

  • informasiya: yaranma tarixi, süjet, müəllifin şəxsiyyəti;

  • əhval-ruhiyyənin tanınması, təəssüratlar barədə söhbət;

  • incəsənətin sintezləşmə sahələrində kino, teatr və s. incəsənət sahələrinin əlaqəsi. Konkret peşələrin, insanların və nümunələrin bu sahələrlə əlaqələndirilməsi;

  • əsərlər və müəlliflər barədə informasiya – süjet (proqram, libretto), janr, tərcümeyi-hallar.

Musiqi alətləri:

Tövsiyə olunmuş dinləniləsi material:

  • Xalq mahnıları; barokko, klassisizm, romantizm dövrlərinin, XX əsrin musiqi incəsənəti nümunələrindən, gürcü bəstəkarlarının populyar əsərlərindən parçalar, məsələn, Quria “Xasanbequra”sı, “Səhər”, Kaxet “Alilo”su, Meqrel “Kiriales”i, Kartli-Kaxeti “Bülövləyir və bülövləyirsən”, “Allah hökmü” kilsə xoru, Yodli ilə Avstriya xalq mahnısı; “Hava nagilah” yəhudi mahnısı; Z. Paliaşvili –“Abesalom və Eteri” operasından fraqmentlər; A.Maçavariani –“Otello” baletindən fraqmentlər; R. Lağidze –“Rondo-tokata”dan fortepiano pyesi. A. Balançivadze –fortepiano konserti # 3; İ.S. Bax –orqan üçün re-major tokata və fuqa; J.F. Ramo –klavesin üçün “Toyuq” / “Şahzadə”/ “ Boşboğaz qadın”/ “Quşların səsləməsi” pyesləri; A. Vivaldi –“Yay” I hissə “İlin fəsilləri”silsiləsindən konsertlər; V.A. Motsart – simfoniya #40, I hisssə; L. Betxoven –fortepiano sonatası #1; L. Daken –“Ququ quşu” ; C. Rossini “Seviliyalı bərbər” operasından Fiqaro ilə Don Bazilionun ariyaları; F. Mendelson – “Yay gecəsində yuxu” orkestr uvertürasından “Sözsüz mahnılar” ; C. Verdi –“Aida” operasından marş; A. Xaçaturyan –“Qayane” baletindən qılınclarla rəqs; A. Rıbnikov –“Buratinonun macəraları” kinofilmindən musiqi; Rey Çarlz –“Amerika” və s.

VI Sinif

Musiqi

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr

Praktiki qabiliyyət-vərdişlər

Kommunikasiya,

Şərh


Kontekstdə musiqi nümunələrinin dərk edilməsi

Mus.VI.1. Şagird improvizasiyalı məşğələlərdə iştirak edə bilər.

Mus.VI.2. Şagird mahnını tək və ya başqaları ilə birlikdə oxuya bilər.
Mus.VI.3. Şagird onun üçün maraqlı olan əhval-ruhiyyəni, süjeti, mövzunu müəyyənləşdirə və çatdıra bilər.
Mus.VI.4. Şagird musiqi əlifbasından istifadə edə bilər.
Mus.VI.5. Şagird özünün tədris fəaliyyətini idarə edə bilər.
Mus.VI.6. Şagird başqaları ilə əməkdaşlıq edə bilər.



Mus.VI.7. Şagird dinlənilmiş musiqi əsərlərini müzakirə və qiymətləndirə bilər.
Mus.VI.8. Şagird müxtəlif növ tədbirlərdə iştirak edə bilər.
Mus.VI.9. Şagird musiqinin incəsənətin kommunikasiya vasitəsi olduğunu başa düşür və nümayiş etdirə bilir.



Mus.VI.10. Şagird gürcü və dünya musiqi incəsənətinin tanınmış nümunələrini və nümayəndələrini tanıyır.

Mus.VI.11. Şagird musiqi əsərlərini bir-biri ilə müqayisə edə bilər.
Mus.VI.12. Şagird müxtəlif növ ansamblı və orkestrin tərkibini tanıyır.


Yüklə 388,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin