Xocali soyqirimi



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix06.09.2017
ölçüsü1,27 Mb.
#29146
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

 
IIXocalı soyqırımının beynəlxalq cinayət kimi səciyyəsi 
Beynəlxalq cinayət - ayrı-ayrı dövlətlərin hüquq və qanuni mənafelərini, beynəlxalq səviyyədə tanınmıĢ 
insan hüquqlarım kobud  və  ya kütləvi Ģəkildə pozan, hüquqi tərkibi beynəlxalq  hüquq normalarında  müəyyən 
olunmuĢ,  beynəlxalq  hüquqa  zidd  olan  əməllərə  deyilir.  Beynəlxalq  hüquq  elmində  "beynəlxalq  cinayət"  və 
"beynəlxalq  xarakterli  cinayət"  kateqoriyaları  fərqləndirilir.  Soyqırımı  cinayəti  beynəlxalq  cinayət 
kateqoriyasına  aiddir.  Həmin  cinayətlərin  əsas  tərkibləri  Ġkinci  Dünya  müharibəsindən  sonra  yaradılmıĢ 
beynəlxalq  hərbi  tribunalların  (Nürnberq  və  Tokio)  Nizamnaməsində  ifadə  olunmuĢdur.  Sonradan  həmin 
cinayət  tərkibləri  Yuqoslaviya  və  Ruanda  beynəlxalq  cinayət  tribunallarının  nizamnamələrində  və  Beynəlxalq 
Cinayət  Məhkəməsinin  Statusunda  təkmilləĢdirilməklə  bir  daha  təsdiqini  tapmıĢdır.  Nürnberq  Tribunalı 
Nizamnaməsində beynəlxalq cinayətlər üç qrupa ayrılmıĢdır: 
* sülh əleyhinə cinayətlər; 
* müharibə cinayətləri; 
* insanlıq əleyhinə cinayətlər. 
Ġkinci  Dünya  müharibəsindən  sonra  beynəlxalq  birlik  genosidi  müstəqil  beynəlxalq  cinayət  kimi 
fərqləndirdi. Nürnberq Tribunalı Nizamnaməsi və hökmlərində soyqırımı termini iĢlədilməmiĢdir. 
Nürnberq  Tribunalı  Nizamnaməsinin  təsnifatına  görə,  soyqırımı  insanlıq  əleyhinə  cinayətlərə  daha  yaxındır. 
Lakin soyqırımı insanlıq əleyhinə cinayətlərdən müəyyən əhali qrupuna qarĢı repressiyanın miqyasına və dəqiq 
ifadə olunan məqsədinə görə fərqlənir. Soyqırımı müəyyən mənada müharibə cinayətlərinə də oxĢardır. Belə ki, 
həmin  cinayətin  törədilməsi  hərbi  əməliyyatların  aparılması  vaxtı  ilə  üst-üstə  düĢə  bilər.  Lakin  soyqırımı 
müharibə cinayətlərindən də məqsədinə görə fərqlənir, həm də soyqırımı dinc dövrdə də törədilə bilər (məsələn, 
Kambocada Pol Pot öz xalqına qarĢı soyqırımı həyata keçirmiĢdi). Məhz həmin əlamətlərinə görə Yuqoslaviya 
və  Ruanda  Tribunalları  nizamnamələrində,  Beynəlxalq  Cinayət  Məhkəməsi  Statusunda  soyqırımı  cinayəti 
müharibə cinayəti və insanlıq əleyhinə cinayətlərdən ayrılmıĢdır. 
Soyqırımının  hüquqi  məzmunu  hər  hansı  milli,  etnik,  irqi,  yaxud  dini  qrupu  tam  və  ya  qismən  məhv 
etmək məqsədilə törədilən aĢağıdakı hərəkətlər təĢkil edir: 
* bu cür qrup üzvlərinin öldürülməsi; 
* belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; 
*  hər  hansı  qrup  üçün  qəsdən  onun  tam,  yaxud  qismən  fiziki  məhvini  nəzərdə  tutan  həyat  Ģəraitinin 
yaradılması; 
* bu cür qrupda doğumun qarĢısını almağa yönəldilmiĢ tədbirlərin görülməsi; 
* uĢaqların zorla bir insan qrupundan alınıb baĢqasına verilməsi. 
Soyqırımı cinayəti üçün xüsusi niyyətin  olması zəruri ünsür sayılır. Bu, soyqırım  cinayətini  obyektiv cəhətinə 
görə  oxĢar  beynəlxalq  cinayətlərdən  fərqləndirir.  Soyqırımı  cinayətini  təĢkil  edən  əməllərdən  hər  biri  öz 
xarakterinə görə Ģüurlu, bilərəkdən və iradə ilə diktə olunan əməllərdir. Həmin əməllər heç bir halda təsadüfən 
və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin əməlləri törətmək niyyəti və onların mümkün 
nəticələrinin  ümumən  dərk  edilməsi  əməlin  soyqırımı  kimi  tövsifi  üçün  kifayət  deyildir.  Burada  cinayətkarın 
fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı olan konkret niyyətini ortaya çıxarmaq tələb 
olunur. 
Qabaqcadan xüsusi düzəldilmiĢ pusqulardan qaçıb canını qurtarmaq istəyən azərbaycanlı mülki əhalinin 
avtomat, pulemyot və baĢqa silahlardan gülləbaran edilməsi məhz soyqırımı niyyətini sübut edir. 
Həmin cinayətin azərbaycanlı milli qrupuna qarĢı yönəlməsi də göz qabağındadır. 
Soyqırımı cinayətini təhlil edərkən onun əsas üç ünsürünün mövcud olması aydınlaĢır: 
* tanınan milli, etnik, irqi və ya dini qrupun olması; 
* bu cür qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin olması (mens rea); 
* tanınan qrupla bağlı genosid hərəkətlərdən hər hansı birinin törədilməsi (astus reus). 
Deməli,  soyqırımı  aktı  hökmən  milli,  etnik,  irqi  və  ya  dini  qrupa  qarĢı  yönəlməlidir.  BaĢqa  qrupa, 
məsələn, siyasi və ya sosial qrupa qarĢı yönələn bu cür hərəkətlər genosid kimi qiymətləndirilə bilməz. 
Soyqırımı  anlayıĢı  qadağan  olunmuĢ  əməlin  ümumi  nəticələrinə  dair  konkret  niyyətin  olmasını  tələb 
edir. 
Soyqırımı cinayətinin tövsifedici əlaməti kimi niyyət özündə bir neçə cəhəti birləĢdirir: 
-  niyyət,  təsadüfi,  bu  və  ya  digər  konkret  qrupa  məxsus  olan  bir,  yaxud  bir  neçə  Ģəxsin  deyil,  qrupun 
məhv  edilməsindən  ibarət  olmalıdır.  Fərdin  Ģəxsiyyəti  yox,  məhz  müəyyən  qrupa  mənsubluğu  soyqırımın 
qurbanlarmı təyin etmək üçün həlledici meyardır; 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
85 
-  niyyət,  qrupun  bir  qrup  kimi,  özü-özlüyündə,  baĢqasından  fərqlənən  bir  ayrıca  qurum  kimi  məhv 
edilməsindən  ibarət  olmalıdır.  Soyqırımı  bütöv  insan  qrupunun  mövcudluğu  hüququnu  tanımaqdan  imtinadır. 
Adamöldürmə  (hemosid)  isə  ayrı-ayrı  insan  varlıqlarının  yaĢamaq  hüququnu  tanımaqdan  imtina  kimi 
səciyyələnir. Deməli, astus reus (qadağan olunmuĢ əməl) bir adamla məhdudlaĢa bilər, lakin mens rea (niyyət) 
qrupun mövcudluğu əleyhinə yönəlməlidir; 
- niyyət, qrupun "tamamilə və ya qismən" məhv edilməsindən ibarət olmalıdır; 
- niyyət məhz, milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır. 
Soyqırımı cinayətinə görə məsuliyyətin ortaya çıxması üçün müəyyən qrupun məhv edilməsindən ibarət 
son  nəticənin  əldə  olunması  tələb  olunmur.  Bunun  üçün  həmin  cinayətin  obyektiv  cəhətini  təĢkil  edən 
əməllərdən hər hansı birinin  müəyyən  qrupun bir qrup kimi tamamilə və ya qismən  məhv  edilməsi niyyəti  ilə 
törədilməsi kifayətdir. 
Genosidin  obyektiv  cəhətinə  aid  olan  məhvetmə  anlayıĢı  qrupun  fiziki  və  ya  bioloji  vasitələrlə  fiziki 
məhv olunmasını bildirir. Burada söhbət qrupun milli, din, dil, mədəni və ya digər özünəməxsusluğunun məhv 
olunmasından getmir. Soyqırımı cinayətinin obyektiv cəhətinə "mədəni genosid" aid deyildir. 
"Barselona  Trastion  Kase"  iĢi  üzrə  qərarında  BMT-nin  Beynəlxalq  Məhkəməsi  soyqırımı  aktlarının 
qadağan olunması ilə bağlı öhdəlikləri erga omnes öhdəliklər adlandırmıĢdır. 
Beynəlxalq  Məhkəmə  Soyqırımı  cinayətinin  qarĢısının  alınması  və  cəzalandırılması  haqqında 
Konvensiyanın əsasında duran prinsipləri beynəlxalq adət hüququnun bir hissəsi, bütün dövlətlər üçün məcburi 
xarakter daĢıyan normalar kimi tanımıĢdır. 
Soyqırımı cinayətinin olduğu kimi qiymətinin verilməsi və beynəlxalq hüquq normalarının tələb etdiyi 
kimi onu törədənlərin layiqli cəzalarını alması zəruridir. 
 
III

Xocalı soyqırımının beynəlxalq cinayət 
kimi hüquqi əsasları 
 
Xocalı  soyqırımının  beynəlxalq  cinayət  kimi  tövsifi  üçün  hüquqi  əsaslarla  aĢağıdakılar  hesab 
olunmalıdır: 
1) BMT BaĢ Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiĢ Soyqırımı 
cinayətinin  qarĢısının  alınması  və  cəzalandırılması  haqqında  Konvensiya  (Konvensiya  1951-ci  ildə  qüvvəyə 
minmiĢdir); 
2)  Nürnberq  Hərbi  Tribunalının  Nizamnaməsi  (Nizamnamədə  birbaĢa  soyqırım  cinayəti  göstərilməsə 
də,  həmin  cinayəti  təĢkil  edən  əməllər  insanlıq  əleyhinə  cinayətlər  və  müharibə  cinayətləri  kimi  nəzərdə 
tutulmuĢdur); 
3) Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (mad. 4). 
4) Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (mad. l); 
5) Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (mad. 6); 
6) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (mad. 103); 
7)  Azərbaycan  Respublikası  Prezidentinin  "Azərbaycanlıların  soyqırımı  haqqında"  26  mart  1998-ci  il 
tarixli Fərmanı. 
 
IV. Xocalı soyqırımının beynəlxalq hüquqi nəticələri 
 
Beynəlxalq hüquq soyqırımı cinayəti ilə əlaqədar aĢağıdakıları müəyyənləĢdirmiĢdir: 
1. Soyqırımı cinayəti törətmiĢ Ģəxslərin cinayət  mühakiməsi  və cəzalandırılması  labüddür. Beynəlxalq 
hüquq soyqırımı cinayətinin anlayıĢını müəyyən etməklə yanaĢı, həmin cinayəti törətmiĢ Ģəxslərin məsuliyyətini 
də  müəyyənləĢdirir.  Belə  ki,  Soyqırımı  cinayətinin  qarĢısının  alınması  və  cəzalandırılması  haqqında 
Konvensiyanın 5-ci maddəsinə əsasən iĢtirakçı dövlətlər soyqırımı cinayətini törətməklə təqsirli olan Ģəxslərin 
cəzalandırılması  üçün  təsirli  tədbirlər  görməlidirlər.  Konvensiyanın  6-cı  maddəsinə  əsasən  həmin  Ģəxslər 
dövlətin  ərazisində  səlahiyyətli  məhkəmələrdə  mühakimə  olunmayıbsa,  beynəlxalq  məhkəmə  tərəfindən 
mühakimə edilməlidirlər. 
2. Soyqırımı cinayətinin təkcə icraçıları deyil, soyqırımı törətməyə sui-qəsd, soyqırımına birbaĢa və açıq 
təhrikçilik, soyqırımına cəhd və soyqırımında iĢtirak etmək də cinayət məsuliyyəti doğurur. 
3. Soyqırımı cinayəti törətmiĢ Ģəxslərə universal yurisdiksiya prinsipi tətbiq olunmalıdır. Ənənəvi olaraq 
milli  məhkəmə  orqanlarının  yurisdiksiyası  dövlətin  ərazisində  cinayət törətmiĢ Ģəxslərlə  məhdudlaĢır. Hazırda 
beynəlxalq  hüquq beynəlxalq  cinayətlərin  dövlətin ərazisindən  kənarda törədilməsindən, cinayəti törədənin  və 
ya  zərər  çəkmiĢin  həmin  dövlətin  vətəndaĢı  olmamasından,  eyni  zamanda  həmin  cinayətlərin  ölkənin  dövlət 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
86 
maraqlarına  ziyan  vurub-vurmamasından  asılı  olmayaraq  milli  məhkəmə  orqanlarına  həmin  cinayətlərlə  bağlı 
yurisdiksiyanı həyata keçirməyə imkan verir. Hətta beynəlxalq hüquq milli məhkəmə orqanları üzərində bu cür 
öhdəlik qoyur, yəni universal yurisdiksiya tələb edir. 
Yurisdiksiyanın universallığı aut yudisare, aud dedere (ya cəzalandır, ya da ver) prinsipindən irəli gəlir. 
Bu  prinsipə  müvafiq  olaraq  dövlət  müharibə  cinayətini  törətməkdə  Ģübhəli  bilinən  və  ya  bu  cinayətin 
törədilməsi  barədə  əmr  vermiĢ  Ģəxsi  axtarmalı  və  vətəndaĢlıq  mənsubiyyətindən  asılı  olmayaraq  məhkəmə 
məsuliyyətinə almalıdır. 
4. Soyqırımı cinayətini törətməkdə əmrin icrası istinad Ģəxsi cinayət məsuliyyətindən azad etmir. 
Dövlətin  aktları  onun  vəzifəli  Ģəxslərinin  fəaliyyəti  olduğundan,  təqsirə  görə  yalnız  dövlətə  sanksiya 
tətbiq  edilməsi  ilə  kifayətlənmək  olmaz.  Belə  hallarda  cinayətkar  əməlin  təĢkilatçıları,  rəhbərləri,  icraçıları  - 
konkret fiziki Ģəxslər də cəzalandırılmalıdır. 
Soyqırımı  cinayəti  törədilməsinə  görə  dövlətin  cinayətkar  əmrlər  verən,  bu  əmrləri  icra  edən  vəzifəli 
Ģəxsləri də məsuliyyət daĢıyır. 
Cinayətkar  əmr  verən  Ģəxsin  məsuliyyəti  Ģübhə  doğurmur.  Çünki  vəzifəli  Ģəxsin  əməli  iki  tələbi  - 
tabeliyində  olan Ģəxsin  hüquqauyğun  davranıĢını təmin  etmək  və  hüquqamüvafiq  fəaliyyət  göstərmək tələbini 
pozur. 
Nürnberq  Hərbi  Tribunalı  Nizamnaməsinin  8-ci  maddəsi  ilə  müəyyən  edilmiĢdir  ki,  müqəssirin 
hökumət  sərəncamı  və  ya  rəisin  əmrinə  görə  fəaliyyəti  onu  məsuliyyətdən  azad  etmir,  lakin  tribunal  ədalət 
mühakiməsinin maraqları tələb etdiyi hallarda bunu, cəzanı yüngülləĢdirmək üçün əsas hesab edə bilər. 
Yuqoslaviya  Beynəlxalq  Tribunalının  Nizamnaməsində  də  tabelikdə  olan  Ģəxslərin  öz  cinayətkar 
hərəkətlərini  hökumətin  və  ya  yüksək,  vəzifəli  Ģəxsin  əmri  əsasında  törətməsi  onların  məsuliyyətini  aradan 
qaldıran hal kimi nəzərdə tutulmamıĢdır. 
Beynəlxalq  Cinayət  Məhkəməsinin  Statusuna  əsasən  Məhkəmənin  yurisdiksiyası  altına  düĢən 
cinayətlərin,  hökumətin,  mülki  və  ya hərbçi rəisin  əmri ilə törədilməsi, aĢağıdakı  hallar istisna  olmaqla, Ģəxsi 
cinayət məsuliyyətindən azad etmir: 
- müvafiq hökumətin və ya rəisin göstəriĢini yerinə yetirmək bu Ģəxsin qanuni vəzifəsidirsə; 
- bu Ģəxs əmrin qeyri-qanuniliyini bilməmiĢdirsə; 
- əmr açıq-aĢkar qeyri-qanuni olmamıĢdırsa. 
Statusa əsasən, soyqırımı cinayətinin və insanlıq əleyhinə cinayətlərin törədilməsi haqqında əmrlər açıq-
aĢkar qeyri-qanunidir. 
5.  Soyqırımı  cinayətinin  törədilməsinin  qarĢısının  alınması  üçün  tədbir  görməməyə  görə  rəhbər  Ģəxs 
məsuliyyət daĢıyır. 
Komandirin  məsuliyyət  prinsipi  onun  tabeliyində  olan  Ģəxs  tərəfindən  beynəlxalq  humanitar  hüququn 
pozulmasının qarĢısını almaq və ya aradan qaldırmaq üçün tədbir görmədiyi hallara 
Ģamil edilir. 
Cinayət  hüququnda  tədbir  görməməyə  görə  cinayət  məsuliyyətinin  sərhədləri  dəqiqləĢdirilmiĢ  və 
məsuliyyət konkret hallardan asılı olaraq meydana çıxır. Beynəlxalq humanitar hüquq pozuntusunun qarĢısının 
alınması  üçün  komandirin  açıq  surətdə  tədbir  görməməsi  Cenevrə  Konvensiyalarında  ciddi  pozuntu  kimi 
müəyyənləĢdirilmiĢ  və  cinayətlərin  qarĢısının  alınması  sisteminin  bir  hissəsini  təĢkil  edir.  Tabeliyində  olan 
Ģəxslərin ciddi pozuntu törətməsi rəisin də həmin cinayətlərə görə məsuliyyətini yaradır. 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsi zamanı təkcə birbaĢa beynəlxalq cinayət törətmiĢ 
Ģəxslər deyil, həm də həmin cinayətlərin qarĢısını almaq üçün tədbir görməmiĢ mülki hakimiyyət və hərbi rəis 
heyəti də cinayət məsuliyyəti daĢıyır. 
6. Soyqırımı cinayətlərinə cinayət məsuliyyətinə cəlbetmə müddəaları tətbiq edilmir. 
BMT  BaĢ  Məclisinin  26  noyabr  1968-ci  il  tarixli  2931  (XXIII)  saylı  qətnaməsi  ilə  qəbul  edilmiĢ 
"Müddətin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə tətbiq edilməməsi haqqında" Konvensiyasının 
1-ci  maddəsinə  əsasən  müharibə  cinayətləri  törədildiyi  vaxtdan  asılı  olmayaraq,  onlara  cinayət  məsuliyyətinə 
cəlbetmə müddəti tətbiq olunmur. 
Azərbaycan  Respublikası  CM-nin  75.5  maddəsinə  əsasən  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq 
maddələrində  nəzərdə  tutulmuĢ  sülh  və  insanlıq  əleyhinə  cinayətlər  və  müharibə  cinayətləri  törətmiĢ  Ģəxslərə 
müddət  barədə  müddəalar  tətbiq  olunmur.  Həmin  cinayətləri  törətmiĢ  Ģəxslər  cinayətin  törədilməsindən  asılı 
olmayaraq cinayət məsuliyyətinə cəlb olunmalı və məhkum edilməlidirlər. Bu müddəa ona əsaslanır ki, həmin 
cinayətlər nəticəsində Beynəlxalq Birliyə və bəĢəriyyətə vurulmuĢ ziyan öz ağırlığına görə istisna təĢkil edir və 
əgər həmin cinayəti törətmiĢ Ģəxs ədalətli məhkəmə qərarına əsasən cəzalandırılmasa, ödənilə bilməz. 
Beynəlxalq  cinayətlərə  məsuliyyətə  cəlbetmə  müddətinin  tətbiq  olunmaması  ona  dəlalət  edir  ki, 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsi zamanı törədilmiĢ beynəlxalq cinayətlərdən nə qədər vaxt 
ötsə də, həmin cinayətləri törətmiĢ Ģəxslər cinayət məsuliyyətinə alınmalıdırlar. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
87 
7. Soyqırımı cinayətinə görə qanunun retroaktiv tətbiqinə yol verilir. 
Dövlətdaxili  qanunvericilikdə  nəzərdə  tutulmamasından  asılı  olmayaraq  beynəlxalq  aləm  tərəfindən 
qəbul  edilmiĢ  hüquq  prinsiplərinə  əsasən  cinayət  sayılan  hər  hansı  əmələ  görə  cinayət  məsuliyyətinə 
cəlbedilmənin  zəruriliyi  Nürnberq  Hərbi  Tribunalının  Nizamnaməsində  və  həmin  Tribunalın  qərarlarında 
ifadəsini tapmıĢ, beynəlxalq hüququn prinsipləri kimi tanınmıĢ müddəalarda nəzərdə tutulmuĢdur. 
VətəndaĢ və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 15-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, 
bu  maddədə  heç  nə  hər  hansı  bir  Ģəxsin  törədilərkən  beynəlxalq  aləm  tərəfindən  qəbul  olunmuĢ  hüquq 
prinsiplərinə  əsasən  cinayət  olan  hər  hansı  bir  əməlinə,  yaxud  xətasına  görə  məhkəməyə  verilməsinə  və 
cəzalandırılmasına mane olmur. 
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsi  zamanı  törədilmiĢ  bir  sıra  cinayətlər  onların  baĢ 
verdiyi  dövrdə  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsində  beynəlxalq  cinayət  kimi  ifadəsini  tapmamıĢdı. 
Lakin  bu,  heç  də  həmin  cinayəti  törədən  Ģəxslərin  cinayət  məsuliyyətini  istisna  etmir.  Çünki  yuxarıda  qeyd 
olunan  beynəlxalq  cinayətlərə  görə  məsuliyyətin  zəruriliyi  barədə  müddəa  artıq  Beynəlxalq  Birlik  tərəfindən 
qəbul  edilmiĢ  və  beynəlxalq  hüququn  adət  norması  kimi  fəaliyyət  göstərir.  Ona  görə  də  azərbaycanlılara 
münasibətdə  törədilmiĢ  vəhĢiliklər  beynəlxalq  aləm  tərəfindən  qəbul  olunmuĢ  hüquq  prinsiplərinə  müvafiq 
olaraq  beynəlxalq  cinayət  kimi  tanınmıĢ  və  həmin  cinayət  əməllərinə  görə  heç  nə  həmin  cinayəti  törətmiĢ 
Ģəxsləri cinayət məsuliyyətindən azad edə bilməz. 
8.  Soyqırımı  cinayətini  törətmiĢ  Ģəxslər  cinayət  məsuliyyətinə  cəlb  edilməsi  üçün  tələb  edən  dövlətə 
verilməlidir. 
Beynəlxalq hüquq və cinayət hüququnda cinayətkarların verilməsi dedikdə, cinayət törətmiĢ və ya onu 
törətməkdə  Ģübhəli  hesab  edilən  Ģəxsin  cinayət  məsuliyyətinə  cəlb  edilməsi  və  ya  ona  münasibətdə  ittiham 
hökmünün  icra  olunması  üçün  bir  dövlət  tərəfindən  baĢqa  dövlətə  verilməsi  baĢa  düĢülür.  Müharibə  cinayəti 
törətmiĢ  Ģəxslərin  verilməsi  ilə  əlaqədar  beynəlxalq  səviyyədə  bağlanmıĢ  müqavilələrdə  nəzərdə  tutulan 
məsələlər  milli  qanunvericilikdə  də  öz  əksini  tapmıĢdır.  "Müddətin  müharibə  cinayətləri  və  insanlıq  əleyhinə 
cinayətlərə tətbiq edilməməsi haqqında" Konvensiyanın 2-ci maddəsinə müvafiq olaraq 
iĢtirakçı dövlətlər müharibə cinayəti törətmiĢ Ģəxslərin beynəlxalq hüquqa müvafiq olaraq təhvil verilməsi üçün 
Ģərait  yaradılmasına  yönəldilmiĢ  qanunvericilik  və  digər  xarakterli  bütün  lazımi  daxili  tədbirləri  görməyi 
öhdələrinə  götürürlər.  BMT  BaĢ  Məclisinin  qəbul  etdiyi  Müharibə  cinayətləri  törətməkdə  müqəssir  olan 
Ģəxslərin aĢkara çıxarılması, həbs edilməsi, təhvil verilməsi və cəzalandırılmasına dair beynəlxalq əməkdaĢlığın 
prinsiplərində də müharibə cinayətləri törətmiĢ Ģəxslərin verilməsi barədə müddəalar öz əksini tapmıĢdır. 
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsi  zamanı  beynəlxalq  cinayət  törətmiĢ  Ģəxslərin  tələb 
olunması  və  mühakimə  edilməsi  üçün  hüquqi  baza  mövcuddur.  Həmin  hüquqi  əsaslara  söykənərək  soyqırım 
cinayəti, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törətmiĢ Ģəxslərin axtarılıb tapılması, tələb olunması 
və mühakimə edilməsi istiqamətində fəaliyyət canlanmalıdır. 
 
Akif AĢırlı. Türkün Xocalı soyqırımı. Bakı: 2005, S. 130-145. 
 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
88 
 
Xocalı faciəsi beynəlxalq cinayət olaraq Ermənistanın  
Azərbaycan xalqına qarĢı apardığı məqsədyönlü 
soyqırımı siyasətinin tərkib hissəsidir 
 
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsi  dövründə  Azərbaycan  xalqına  qarĢı  həyata 
keçirilmiĢ  ən  dəhĢətli  cinayətlərdən  biri  1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  Azərbaycanın  Dağlıq 
Qarabağ bölgəsindəki Xocalı Ģəhərində ermənilərin törətdiyi tarixdə insanlığa qarĢı görünməmiĢ vəhĢilikdir. Bir 
gecənin içində yüzlərlə günahsız insan xüsusi qəddarlıqla məhv edilib. Xocalı Ģəhərinin iĢğalının faciəli nəticəsi 
bunlardır: 613 nəfər, o cümlədən 106 qadın və 63 uĢaq qətlə yetirilib, 487 nəfər Ģikəst olub. 1275 adam erməni 
əsirliyinin  dəhĢətlərindən  keçib,  150  nəfər  itkin  düĢüb,  Ģəhərin  özü  isə  yerlə-yeksan  edilib.  Bu  faciənin 
nəticəsində onlarca uĢaq, qadın  və  qoca  güllələnib. Ermənistanın silahlı  qüvvələri və  muzdlular bütöv ailələri 
məhv  edib,  insanları  amansızcasına  qətlə  yetirmiĢlər:  adamların  dərisi  soyulub,  qulaqları  kəsilib  və  baĢlarının 
dərisi soyulub çıxarılmıĢdır. 
 
IXocalı soyqırımının beynəlxalq cinayət kimi səciyyəsi 
 
Soyqırımın hüquqi məzmunu BMT BaĢ Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi 
ilə  qəbul  edilmiĢ  Soyqırımı  cinayətinin  qarĢısının  alınması  və  cəzalandırılması  haqqında  Konvensiya  ilə 
müəyyən olunmuĢdur. Hər hansı  milli, etnik, irqi, yaxud dini qrupu tam və  ya qismən  məhv  etmək  məqsədilə 
törədilən aĢağıdakı hərəkətlərdən ibarətdir: 
- bu cür qrup üzvlərinin öldürülməsi; 
- belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; 
-  hər  hansı  bir  qrup  üçün  qəsdən  onun  tam,  yaxud  qismən  fiziki  məhvini  nəzərdə  tutan  həyat  Ģəraiti 
yaradılması; 
- bu cür qrupda doğumun qarĢısını almağa yönəldilmiĢ tədbirlərin görülməsi; 
- uĢaqların zorla bir insan qrupundan alınıb baĢqasına verilməsi. 
Soyqırımı cinayəti üçün xüsusi  niyyətin  olması zəruri ünsür sayılır. Bu, soyqırımı cinayətini  obyektiv 
cəhətinə görə  oxĢar beynəlxalq cinayətlərdən  fərqləndirir. Soyqırımı  cinayətini təĢkil  edən  əməllərdən  hər biri 
öz  xarakterinə  görə  Ģüurlu,  bilərəkdən  və  iradə  ilə  diktə  olunan  əməllərdir.  Həmin  əməllər  heç  bir  halda 
təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin əməlləri törətmək niyyəti və onların 
mümkün  nəticələrinin  ümumən  dərk  edilməsi  əməlin  soyqırım  kimi  tövsifı  üçün  kifayət  deyil.  Burada 
cinayətkarın  fikrinin  xüsusi  istiqamətini  və  ya  əməlin  neqativ  nəticələri  ilə  bağlı  əvvəlcədən  mövcud  olan 
konkret niyyəti ortaya çıxarmaq tələb olunur. 
Qabaqcadan xüsusi olaraq düzəldilmiĢ pusqulardan  qaçıb canını  qurtarmaq  istəyən azərbaycanlı  mülki 
əhalinin avtomat, pulemyot və baĢqa silahlardan gülləbaran edilməsi məhz soyqırımı niyyətini sübut edir. 
Həmin cinayətin azərbaycanlı milli qrupuna qarĢı yönəlməsi də danılmaz faktdır. 
Soyqırımı cinayətini təhlil edərkən onun üç əsas ünsürünün mövcud olması aydınlaĢır: 
- tanınan milli, etnik, irqi və ya dini qrupun olması; 
- bu cür qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin olması (mens rea); 
- tanınan qrupla bağlı soyqırımı hərəkətlərindən hər hansı birinin törədilməsi (aktus reus). 
Deməli,  soyqırımı  aktı  hökmən  milli,  etnik,  irqi  və  ya  dini  qrupa  qarĢı  yönəlməlidir.  BaĢqa  qrupa, 
məsələn, siyasi və ya sosial qrupa qarĢı yönələn bu cür hərəkətlər soyqırımı kimi qiymətləndirilə bilməz. 
Soyqırımı  anlayıĢı  qadağan  olunmuĢ  əməlin  ümumi  nəticələrinə  dair  konkret  niyyətin  olmasını  tələb 
edir. Soyqırımı cinayətinin tövsifedici əlaməti kimi niyyət özündə bir neçə cəhəti birləĢdirir: 
-  niyyət,  təsadüfi,  bu  və  ya  digər  konkret  qrupa  məxsus  olan  bir,  yaxud  bir  neçə  Ģəxsin  deyil,  qrupun 
məhv  edilməsindən  ibarət  olmalıdır.  Fərdin  Ģəxsiyyət  yox,  məhz  müəyyən  qrupa  mənsubluğu  soyqırımı 
qurbanlarını təyin etmək üçün həlledici meyardır; 
- niyyət, özü-özlüyündə, baĢqasından fərqlənən bir qrupun məhvindən ibarət olmalıdır. Soyqırımı bütöv 
insan  qrupunun  mövcudluğu  hüququnu  tanımaqdan  imtinadır.  Adamöldürmə  (hemosid)  isə  ayrı-ayrı  insan 
varlıqlarının  yaĢamaq  hüququnu  tanımaqdan  imtina  kimi  səciyyələnir.  Deməli,  aktus  reus  (qadağan  olunmuĢ 
əməl) bir adamla məhdudlaĢa bilər, lakin mens rea (niyyət) qrupun mövcudluğu əleyhinə yönəlməlidir; 
- niyyət, qrupun tamamilə və ya qismən məhv edilməsindən ibarət olmalıdır; 
- niyyət məhz, milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır, 
Soyqırımı  cinayətinə  görə  məsuliyyətin  ortaya  çıxması  üçün  müəyyən  qrupun  tamamilə  və  ya  qismən  məhv 
edilməsindən  ibarət  son  nəticənin  əldə  olunması  tələb  kimi  qoyulmur.  Bunun  üçün  həmin  cinayətin  obyektiv 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
89 
cəhətini təĢkil edən əməllərdən hər hansı birinin müəyyən qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti 
ilə törədilməsi kifayətdir. 
Soyqırımı  cinayətinin  obyektiv  cəhətinə  aid  olan  məhvetmə  anlayıĢı  qrupun  ən  müxtəlif  vasitələrlə 
cismən məhv olunmasını 
bildirir. 
"Barselona  Trastion  Case"  iĢi  üzrə  qərarında  BMT-nin  Beynəlxalq  Məhkəməsi  soyqırımı  aktlarının 
qadağan olunması  ilə bağlı öhdəlikləri  erga omnes öhdəliklər adlandırmıĢdır. Beynəlxalq Məhkəmə Soyqırımı 
cinayətinin  qarĢısının  alınması  və  cəzalandırılması  haqqında  Konvensiyasının  əsasında  duran  prinsipləri 
beynəlxalq adət hüququnun bir hissəsi, bütün dövlətlər üçün məcburi xarakter daĢıyan normalar kimi tanımıĢdır. 
 
IIXocalı soyqırımının beynəlxalq cinayət kimi 
tanınması üçün əsas verən hüquqi sənədlər 
 
1. BMT BaĢ Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiĢ Soyqırımı 
Cinayətinin QarĢısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya. 
2.  Nürnberq  Hərbi  Tribunalının  Nizamnaməsi  (Nizamnamədə  birbaĢa  soyqırımı  cinayəti  göstərilməsə 
də,  həmin  cinayəti  təĢkil  edən  əməllər  insanlıq  əleyhinə  cinayətlər  və  müharibə  cinayətləri  kimi  nəzərdə 
tutulmuĢdur). 
3. Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad. 4). 
4. Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad. l). 
5. Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (mad. 6). 
6. Azərbaycan Respublikası Cinayət Məcəlləsi (mad. 103).  
7.  Azərbaycan  Respublikası  Prezidentinin  "Azərbaycanlıların  soyqırımı  haqqında"  26  mart  1998-ci  il 
tarixli fərmanı. 
Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin