Növbə Qaradağlıya çatırdı
Müharibə alovu Qarabağı bürümüĢdü. Azərbaycan dövləti sanki bu bölgəni kiminsə, nəyinsə qurbanına
çevirmək niyyətindəydi. Erməni-rus hərbi birləĢmələri ilə bir bölgə - Ağdamdakı könüllü-özünümüdafiə
dəstələri və yeni yaradılmıĢ Milli Ordunun təcrübəsiz əsgərləri, əksəriyyəti xəyanətkarcasına yuxarıların
əmrlərinə tabe olan zabitlər müharibə aparırdılar.
Dinc sakinlərin ərĢə qalxan ah-naləsi, tüstüsü göylərə bülənd olan yaĢayıĢ məntəqələrinin harayı Bakıda
eĢidilmirdi. Paytaxt iqtidar-müxalifət savaĢına hamilə olduğu bir vaxtda cəbhə bölgələrində ermənilər at
oynadır, yurd yerlərimizi darmadağın edirdilər. Kəndlərimiz bir-bir Azərbaycanın xəritəsindən silinir,
Ermənistana qatılırdı. Bu, tarixin ən rüsvayçı müharibəsi idi.
Xocalı faciəsinə gedən yolun son kilometrliyində olan düĢmən Xocalıdan əvvəl Qaradağlı qətliamını
törətdi. Fevralın 16-17-də qədim türk məskəni olan Qarabağlı kəndi dörd tərəfdən düĢmən hücumuna məruz
qaldı. Damarın-dan qeyrət, namus, vətənpərvərlik qanı axan oğul və qızlarımız nə qədər müqavimət göstərsələr
də, mühasirə həlqəsi getdikcə daralırdı. Nəhayət, zülm ədalətə qalib gəldi və daha bir kəndi itirdik. Onlarla igid
oğlumuz qətlə yetirildi, insanlar diri-diri silos quyularına dolduruldu, əsir götürülənlərin əksəriyyəti Xankəndiyə
gedən yoldaca güllələndi. Min cür əzab-əziyyət, iĢgəncə verilən uĢaqlar, qadınlar və qocalar cəhənnəmi gözləri
ilə gördükdən sonra vəhĢicəsinə öldürüldü. Hətta yaralılara da aman verilmədi.
VəhĢiləĢmiĢ daĢnak tör-töküntüləri böyük bir elin varlığına son qoymaqla Xocalıya gedən yolu tamamilə
açdı və yeni hücumlara hazırlaĢmağa baĢladılar.
Ağdam paytaxt olmuĢdu
Qarabağın yeganə ümid yerinə çevrilmiĢ Ağdamda hamı qan ağlayırdı. Kimi düĢmən silahlarını
susdurmaq üçün səngərlərə atılır, kimi yurd yerlərindən qovulmuĢ soydaĢlarımıza dayaq durmaq üçün yollar
axtarır, kimi evsiz-eĢiksiz insanları ovutmaq üçün əlindən gələni edirdi. Ancaq bu, dövlət səviyyəsində deyildi -
Ağdam Azərbaycan iqtidarının bütün vəzifələrini təkbaĢına həyata keçirmək iqtidarında deyildi. Bir tərəfdən də
məğlubiyyətlərimizi gerçəkləĢdirmək, əhalini ruhdan salmaq üçün Bakıdan göndərilən emissarların fəaliyyəti.
Bütün bunlar cəmisi 10 gün sonra baĢ verəcək soyqırımına gedən yolun qısa tarixçəsidir. Zaman əleyhimizə
iĢləyirdi. Fevral soyqırımına hamilə idi. Ġrəlidə bizi ağrılı-acılı günlər gözləyirdi.
Ağdamın baĢ meydanında mitinqlər davam edirdi. Adamlar dövlətdən təcili tədbirlər görməyi tələb edirdi.
Dövlət isə öz baĢının hayındaydı. Belə bir Ģəraitdə faciə labüd idi...
Bakının Azadlıq meydanında və parlamentin binası ətrafında xalqı mitinqlərə toplamaqla, hakimiyyəti ələ
keçirməyə çalıĢan Xalq Cəbhəsini də, vəzifə kreslosunu qoruyub-saxlamağın yollarını arayan ölkə rəhbərliyini
də hələ ki, Xocalının taleyi maraqlandırmırdı. Orda - müharibə bölgəsində 2-3 gülləyə belə, ehtiyac duyulduğu
bir vaxtda Bakıda əlisilahlıların bir qrupu rəhbəri müdafiə etmək, digəri isə rəhbərliyi ələ keçirmək üçün
səfərbər edilmiĢdi. Bakı baĢ Ģəhər rolunu oynaya bilmirdi. Vətəni, xalqı, milləti düĢünənlərin bütün diqqəti
Ağdamda idi-indi baĢ Ģəhər Ağdam olmuĢdu. Amma topsuz, topxanasız...
Ağdam camaatı, rayon rəhbərliyi, könüllü özünümüdafiə dəstələri bir tərəfdən erməni basqıçılarına cavab
verir, yurdundan qovulmuĢ soydaĢlarımızın yerləĢdirilməsi və onlara yardım göstərilməsi ilə məĢğul olur, o biri
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
6
tərəfdən baĢsız qalmıĢ ölkənin baĢçısının fəaliyyətə gələcəyini gözləməklə, cəbhə xəttində tutarlı dönüĢ
yaratmaq əzmiylə çalıĢırdılar. Təpədən dırnağadək silahlanmıĢ erməni-rus hərbi birləĢmələrinin Xocalını iĢğal
etməsinin qarĢısını almaq üçün rayonda yetərincə silah-sursat olmasa da, qeyrətli oğullar Əsgərana hücum
etməklə, heç olmasa dinc sakinləri ölümün pəncəsindən xilas etməyin yollarını arayırdılar.
Ağdamda.
Məlum olduğu kimi, o vaxt mərkəz bilərəkdən, planlı Ģəkildə Ağdamdakı könüllü dəstələr arasına nifaq
salaraq gücümüzü parçalamağa nail olmuĢdu. Ona görə də ermənilərə qarĢı hansısa geniĢmiqyaslı hücum
əməliyyatının keçirilməsi böyük risk tələb edirdi. Məhz bu baxımdan Bakı-da yaĢayan ağdamlı ziyalıların bir
qrupu, o cümlədən mərhum Ģairimiz Famil Mehdi, professor Nəriman Nərimanov və baĢqaları fevralın
əvvəllərindən Ağdama gələrək könüllü dəstələr arasında birlik yaratmaq üçün xeyli iĢ görmüĢdülər. Bunun
nəticəsi olaraq, Əsgəran üzərinə hücum əməliyyatının planı hazırlandı.
Fevralın əvvəllərindən baĢlayaraq, Xocalının mühasirə həlqəsi daha da daralmağa baĢlamıĢdı. Malıbəyli,
QuĢçular və Qaradağlı kəndlərinin iĢğalın-dan sonra Yuxarı Qarabağda ən strateji məntəqələr kimi, Xocalının
iĢğalı ermənilərin qarĢısında dayanan mühüm məsələ idi. Ona görə də buna ciddi Ģəkildə hazırlaĢırdılar. Və bu
hücumdan Azərbaycan rəhbərliyi də hali idi. Ancaq hələ ki, heç bir tədbir görülmürdü. Əlac yenə yalnız
Ağdama və rayonun könüllü dəstələrinə qalmıĢdı...
Hər gün rayonun baĢ meydanına toplaĢan sakinlər, eləcə də burda məskunlaĢmıĢ qaçqın-köçkünlər təcili
olaraq Əsgərana hücum etməklə, Ağdam-Xocalı yolunun açılmasını tələb edirdilər.
Belə mitinqlərin birində - fevralın 18-də keçirilən mitinqdə yaĢlı bir qadının tribunadan Vətənin qeyrətli
oğullarına, ölkə baĢçısına müraciəti bu gün də qulağımda səslənir. Xocalıdan vertolyotla çıxarılan ağbirçək ana
ağlaya-ağlaya deyirdi: "Xocalını itirmək üzrəyik. Heç olmasa, qadınları, uĢaqları xilas etmək lazımdır.
Ermənilər Ģəhəri dörd tərəfdən mühasirəyə alıblar. Orda keĢik çəkən oğulların isə canlı köməyə, həm də silah-
sursata ehtiyacı böyükdür. Bu gün, sabah Əsgərana hücum edilməsə, ermənilər əsrin ən böyük faciəsini
törədəcəklər. Alın baĢımdakı yaylığı! Ya onu bayraq edib, hücuma keçərək, Xocalını, ordakı qız-gəlini,
günahsız körpələri, qocaları xilas edin, ya da onu baĢınıza örtük edin!" ,
Bu çıxıĢdan sonra meydan coĢub-çağladı, hamı "Hücum! Hücum!" deyə hayqırırdı. Hücum əmrindən isə
hələ də xəbər yox idi.
Ancaq jurnalist çevikliyi ilə ələ keçirdiyimiz məlumatlardan aydın olmuĢdu ki, Əsgəran üzərinə hücum
fevralın 20-nə planlaĢdırılıb. Nə fayda ki, o vaxtkı hakimiyyətin bütün vədləri kimi, bu vədi də yerinə
yetirilmirdi. Sonra bu tarixi 22, daha sonra isə 25-i əvəzlədi. Deyilirdi ki, fevralın 25-də Əsgərana hücum
edilərək Ağdam-Xocalı yolu açılacaq və Xocalı xilas olacaq.
Xocalı xilas oldumu?
Səbri tükənmiĢ əhali meydanı tərk etmirdi, hamı hücum əmrini gözləyir-di. Ġnanıram ki, bu əmr
verilsəydi, nəinki könüllü dəstələrin döyüĢçüləri, hətta əliyalın sakinlər belə çomaqla olsa da, Əsgəran üzərinə
yeriyəcəkdi. Çünki artıq səbr kasası dolmuĢdu, insanlar yağı düĢmənə cavab verilməsinin vaxtı çatdığını
anlayırdılar.
Fevralın 25-də səhər tezdən meydana toplaĢan camaat xoĢ bir müjdə gözləyirdi - nəhayət, Əsgərana
hücum edilərək, Xocalı azad olunacaq. Amma...
Həmin gün səhər saat 10 radələrində meydana toplaĢanların qarĢısına - tribunaya bir az əvvəl mülki
formada Xalq Cəbhəsinin nümayəndəsi kimi təqdim edilmiĢ, indi isə artıq leytenant rütbəsində olan Fəhmin
Hacıyev çıxdı. Düzdü, o da vəziyyətin ağır olduğundan, Xocalının xilas edilməsinin vacibliyindən danıĢdı və
bildirdi ki, bunun yeganə yolu Əsgəranın ermənilərdən təmizlənməsidi. Və bir də elan etdi ki, hələlik hücum
etmək olmaz, sabahı gözləmək lazımdır. Onun bu son sözləri izdiham tərəfindən fitlə qarĢılansa da, hansısa
qüvvələrin Fəhminə verdiyi səlahiyyət hər Ģeyi həll etdi. Elə Xocalının taleyini də. Fəhmin Ağdamda son
çıxıĢını baĢa vurduqdan sonra yox oldu. Bir də fevralın 26-da - Xocalı faciəsi baĢ verən gün onu "Moskviç"
markalı avtomobillə Bakıya qaçanda Uzundərədə görə bilmiĢdilər. Bu, onun son gediĢi və Qarabağ
müharibəsində məğlubiyyətimizin baĢlanğıcı oldu.
Xəyanət
Xocalının tarixinə qara hərflərlə yazılan bir günü - 26 fevralı yaĢamaq zorunda qoydu bizləri. Elə həmin
gün Ağdam bir-birinə dəydi. Əsgəran istiqamətinə axıĢan könüllü dəstə əsgərləri, əliyalın camaat ermənilərin
vəhĢicəsinə Xocalı üzərinə yeridiyindən xəbər tutan kimi, soydaĢlarımızın dadına çatmağa, onları ölümün
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
7
pəncəsindən xilas etməyə çalıĢırdılar. Bütün cəbhə xətti boyunca səpələnmiĢ insanlar müxtəlif istiqamətlərdə
Xocalıdan qaçıb-qurtara bilmiĢ sakinlərə köməyə tələsirdilər. Bəlkə də bu axın olmasaydı, Xocalıdan heç kəs
sağ çıxa bilməyəcəkdi.
HaĢivə:
Qeyd edim ki, o vaxt Ayaz Mütəllibov hakimiyyətini devirmək üçün dəridən-qabıqdan çıxan Xalq
Cəbhəsinin liderləri üçün bu qətliam həlledici mərhələ oldu. Qara qüvvələr yüzlərlə dinc sakinin, Vətənin
müdafiəsində qeyrəti, namusu ilə silahlanaraq, mərdliklə dayanan oğulların qanı bahasına istəklərinə nail
oldular. Qarabağın qumara qoyulduğu məhz həmin günlərdən aydın oldu. "Qarabağ" kartı Azərbaycanı ələ
keçirmək niyyətində olan böyük dövlətlərin, ölkə daxilində isə hakimiyyətə can atan siyasi qüvvələrin əlində ən
güclü silaha çevrilmiĢdi. Bu silah kimlərisə istəyinə çatdırır, qarabağlıları isə yurdsuz-yuvasız qoyur, onlara
"qaçqınlıq-köçkünlük" damğası vururdu. Xocalı da bu oyunda bir "gediĢ" idi və həm ermənilər, həm ruslar, həm
də içimizdəki xainlər tərəfindən ustalıqla dəf edilirdi.
Soyqırımı
Fakt bu idi ki, Xocalı soyqırımı artıq törədilmiĢdi. Qətlə yetirilənlərin sayı, cəsədləri üzərində vəhĢiliklər
törədilməsi, təhqir edilməsi, ermənilərin vəhĢiliyi barədə ötən 18 ildə çox yazıldığından, yenidən təkrarlamağa
lüzum yoxdur. Sadəcə, bu yazını qələmə almaqla bir daha diqqətə çatdırmaq istəyirəm ki, o vaxt Azərbaycan
dövləti soyqırımının qarĢısını ala bilərdi, amma nədənsə (?!) almadı. Xəyanət Xocalı boyda bir yurdun yer
üzündən silinməsinə, ən baĢlıcası isə Qarabağ müharibəsində insanların gözünün qırılmasına səbəb olmuĢdu. Və
bir də onu demək istədim ki, Xocalı faciəsi xarici düĢmənlərimiz və daxili xəyanətkar canilərin əvvəlcədən
hazırladığı geniĢmiqyaslı bir planın tərkib hissəsi kimi törədilmiĢdi.
Bu, Ermənistanın Qarabağı ələ keçirmək planının reallaĢmasına Ģəriət yaradan ən böyük amillərdən biri
idi.
Bütün bunlar qarĢıda bizi gözləyən daha böyük itkilərin baĢlanğıcı oldu. Növbədə ġuĢa idi...
S
arvan ġAMĠLOĞLU
“Qarabağ”.-2010.-12-24 fevral.-N.3.-S.4.,26 fevral-11 mart.-N 4.-S.4.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
8
Xocalı soyqırımının səbəbləri
XX yüzildə Azərbaycan türklərinin tarixində xeyli sevincli, Ģərəfli günlər olmuĢdur. Belə qürur doğuran
günlərə, illərə misal olaraq Yaxın və Orta ġərqdə müsəlman və türk dünyasında ilk dəfə xalqımız tərəfindən
yaradılmıĢ Azərbaycan Cümhuriyyətinin mövcud olduğu (1918-1920), Sovet iĢğal rejimindən qurtardığı (1991)
və s. kimi illəri göstərmək olar. Tariximizdəki belə sevincli günlər təsadüfən olmayıb, kimsənin hədiyyəsi
deyildi. O, illərlə aparılan əzablı, çətin milli mübarizənin nəticəsində yaranmıĢdı. XX yüzildə milli haqları
uğrunda mübarizə aparan xalqımız sevincli günlərlə bərabər bir çox faciələrlə də üzləĢmiĢdir. Xalqımızın
qarĢılaĢdığı belə faciələrdən biri də 1992-ci ilin fevralında baĢ vermiĢ Xocalı qırğınıdır. «Xocalı faciəsi təsadüfi
hadisə deyildi. DəhĢətli Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq,
onu tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barıĢmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər
düĢmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə
daha da mətnləĢdi, qəhrəmanlıq və dəyanət nümayiĢ etdirdi» (2).
XX yüzildə ermənilərin Osmanlı Ġmperatorluğuna və Azərbaycan türklərinə məxsus olan torpaqlara qarĢı
ərazi iddiaları irəli sürməsi qanlı toqquĢmalara səbəb olmuĢdur. Bu torpaqların onlara məxsusluğunu iddia edən
ermənilər əslində "Dənizdən-dənizə Ermənistan" planını həyata keçirmək istəyirdilər. Bu amili nəzərdə tutan
Ö.F.Nemanzadə hələ 1905-ci ildə "ĠrĢad" qəzetində yazırdı: "Ermənilər öz planlarını həyata keçirmək üçün bizi
Ġrəvandan, Qarabağdan və Qarsdan qovmağa çalıĢacaqlar. Biz bilməliyik ki, ermənilər bu yolda hər bir alçaqlığa
əl ata bilərlər. Onlar qəsdən müsəlmanları öz üzərlərinə qaldıracaq, onların hücumuna və özlərinin bir qədər
artıq itkisinə Ģərait yaradacaq və beləliklə bütün Avropanın diqqətini əzabkeĢ bir xalq olmalarına cəlb edəcəklər.
Onlar öz cinayətləri üçün tədricən planlar hazırlayır və onları həyata keçirməyə yollar axtarırlar".
Ermənilərin bu metodu tarix boyu onların bütün torpaq iddialarında mühüm rol oynamıĢdır və indi də
oynayır.
Məlumdur ki, ermənilər yaĢadıqları ölkələrdə həmiĢə türklərin onlara qarĢı soyqırım apardığı iddiası ilə
hay-küy salmıĢ, təbliğat Ģousu düzənləmiĢlər. Bu iddia tarixi həqiqətdən uzaqdır. Əksinə, ermənilər özləri XX
yüzildə türk xalqlarına, o sıradan Azərbaycan türklərinə qarĢı insanı dəhĢətə gətirən qətliamlar törətmiĢlər.
Ancaq biz taleyimizdəki bu kədərli və faciəli günlər haqqında dünya ictimaiyyətinə vaxtında xəbər
çatdırmamıĢıq, bunu özümüzə, qürurumuza sığıĢdırmamıĢıq. Bu əslində mənəviyyatımız, əxlaqımız və
aldığımız tərbiyədən irəli gəlmiĢdir. Xarakterimizdəki bu cəhəti hələ 1991-ci ildə Ə.TopçubaĢov Parisdə, Versal
sülh konfransına təqdim etdiyi memorandumda çox doğru göstərmiĢdir: "Azərbaycanlıların səciyyəvi
xüsusiyyəti bu millətin hədsiz təvazökarlığıdır ki, bu da onların özlərini reklama doğru atıla biləcək hər bir
addımının qarĢısını alır. Azərbaycanlılar özlərini gözə soxmağa, baĢqalarına nisbətən onların payına daha çox
düĢən dərd və fəlakətləri uca səslə elan etməyə, hamıya çatdırmağa öyrənməmiĢlər. Bütün bu dərd və fəlakətləri
onlar səslərini çıxarmadan, mətbuat vasitəsilə dünyaya car çəkmədən, millətlərə və dövlətlərə ağlayıb-
sıtqamadan öz içlərində çəkirlər.
Bu vəziyyət bir neçə cəhətdən qüsur sayılmalıdır. Məhz azərbaycanlıların xarakterindəki bu cəhət onların
bir sıra fəlakətlərinin mənbəyinə çevrilmiĢ, bu xalqa öz milli varlığını bütün dolğunluğu ilə göstərməyə mane
olmuĢdur. Azərbaycanlılar haqqında Avropanın və Amerikanın bir sıra mətbuat orqanlarında yalan məlumatlar
yayılmasına da bu Ģərait əsas vermiĢdir".
XX yüzilliyin 80-ci illərinin sonunda dünyada və o cümlədən SSRĠ-də baĢ verən iqtisadi-siyasi proseslər
nəticəsində sosializm sistemi iflasa uğradı. SSRĠ dünyada oynadığı hegemon rolunu itirməyə baĢladı. Belə bir
vaxtda digər amillərlə yanaĢı, Sovet Ġmperiyasına qarĢı ərazisi ruslar tərəfindən iĢğal edilərək zorla bu dövlətə
birləĢdirilən xalqlar tərəfindən baĢladılan milli azadlıq hərəkatı Sovetlər Birliyinin çöküĢünü sürətləndirdi və o
sonda öz siyasi nəticəsini verdi. Xalqımızın illərlə uğrunda mübarizə apardığı müstəqillik arzusu gerçəkliyə
çevrildi. Lakin, SSRĠ süqut etdikdən sonra müstəqil milli dövlət quruculuğu dövrünə qədəm qoyan
Azərbaycanın vəziyyəti, həm götürdüyü xarici siyasi kurs, həm də 1988-ci ildən başlayan erməni təcavüzü
nəticəsində xeyli ağırlaĢdı.
Qeyd edək ki, milli azadlıq hərəkatının gücləndiyi ərəfədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində
Moskvanın və erməni lobbisinin təhriki ilə ərazimizin bir hissəsinin qoparılması istiqamətində fəaliyyət planı iĢə
düĢdü.
MünaqiĢənin ilkin vaxtlarında Moskva DQMV-nin nə Ermənistana birləĢdirilməsinə, nə də Azərbaycanın
tərkibində qalmasına aid qəti bir söz söyləmirdi. Bunu o dövrdə Sov.ĠKP MK-nın Dağlıq Qarabağ haqqındakı
qərarlarında, Sov.ĠKP MK-nın BaĢ Katibi M. Qorbaçovun 1988-ci il 26 fevral çıxıĢında da görürük. Ġlkin
baxıĢda belə təəssürat yaranır ki, BaĢ Katibin SSRĠ-nin milli-ərazi quruculuğu prinsipləri haqqında kifayət qədər
aydın mövqeyi, məlumatı yoxdur. Ancaq hadisələrin sonrakı gediĢi və təhlili göstərir ki, M. Qorbaçov
düĢünülmüĢ, dəqiq plan əsasında fəaliyyət göstərmiĢdi.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
9
SSRĠ-də milli münaqiĢələrin qızıĢması yönündə edilən hərəkətlərə qarĢı mərkəz tərəfindən heç bir tədbir
görülmürdü. Problemlə bağlı apardığımız tədqiqat və hadisələrin müqayisəli təhlili bunun iki başlıca səbəbinin
olduğunu göstərir. Bu səbəblər eyni zamanda baş verən, bir-birilə bağlı olan proseslər olmuşdur. Bunlardan
birincisi - SSRİ-nin rəhbərliyinə daxil olan adamların əksəriyyəti milli münaqişələr vasitəsilə Sovet
imperiyasının bütövlüyünü qoruyub saxlamaq niyyətində idi. Onlar əzəli Azərbaycan torpağı olan Qarabağı
ermənilərə vəd etməklə erməni-Azərbaycan müharibəsinə start vermiĢ oldular. Bu yolla ruslar həm
Azərbaycanı, həm də erməniləri əllərində saxlamağı düĢünürdülər. Ölkəmizin müstəqillik uğrunda mübarizəyə
qalxması və suverenliyini elan etməsi Qarabağın iĢğalına təkan verdi. Rus-erməni birgə iĢğalı Dağlıq Qarabağın
azərbaycanlılar yaĢayan kiçik məntəqələrindən baĢlandı.
Qeyd edək ki, XX yüzildə Rusiya iqtisadi-siyasi cəhətdən zəiflədikdə bu imperiyanın bütövlüyünü
qoruyub saxlamaq üçün bir neçə dəfə milli münaqiĢələr, qırğınlar törətmək siyasətindən «uğurla» istifadə
etmiĢdir. Xalqımız bu siyasətin ağrı-acısını bir neçə dəfə - 1905-1907, 1917-1920-ci illərdə dadmıĢdır. Çar və
sovet Rusiyası «parçala, hökm sür» siyasəti həyata keçirməklə xalqları, o cümlədən azərbaycanlıları əsarət
altında saxlamaq, onları milli-azadlıq mübarizəsindən yayındırmaq, Rusiya əsarətindən qurtarmaq niyyətindən
uzaqlaĢdırmaq siyasəti yeritmiĢdi.
İkinci mühüm səbəb birincidən heç də az əhəmiyyət daşımayan, ilk baxışda ona zidd görünən, ancaq
mahiyyətcə onunla sıx bağlı olan Sovet İttifaqının dağılmasına təkan verən proses olması idi. Bəzi
politoloqlar və siyasətçilər belə hesab edir ki, bu prosesdə beynəlxalq güclərin və böyük dövlətlərin rolu çox
olmuĢdur. Onlar milli münaqiĢələr vasitəsi ilə silah gücünə məğlub etməyin mümkün olmadığı SSRĠ-ni
dağıtmaq niyyətində idilər və sovet rəhbərliyinə daxil olan bir çox adamlar da hələ də dəqiqləĢməyən
səbəblərdən onlara yardımçı oldu. Maraqlıdır ki, 1987-ci ilin yanvarında ABġ prezidenti Karterin sabiq
köməkçisi Zbiqnev Bjezinski «VaĢinqton Tayms» qəzetinin bir qrup müxbiri və redaktoruna «.. Ģər
imperiyasının»» gələcəyi ilə bağlı demiĢdir: «Gələcək 20-30 ildə dünyada milli və etnik münaqiĢələrin mərkəzi
Sovet Ġttifaqı olacaqdır. Burada millətçilik canlı dinamik qüvvəyə çevriləcəkdir. Sovetlər öz millətlərinin
problemini nəzarətdə saxlaya bilməyəcəklər. Onların sistemi ölümcül böhran ərəfəsindədir». (Sitat üçün bax:
27, 13).
Qeyd edək ki, bir neçə il sonra bu məĢhur siyasətçinin dünyada baĢ vermiĢ qlobal dəyiĢikliyə həsr olunan
«MöhtəĢəm iflas: XX əsrdə kommunizmin doğulması və məhvi» kitabı çapdan çıxdı.
Avropada və Amerikada ermənilərin separatçı hərəkətləri «yenidənqurmanın» ilk dövrlərində
demokratiya, insan haqları uğrunda mübarizə adı altında mütərəqqi, sovet totalitarizminə qarĢı çıxan qüvvə kimi
müdafiə və təbliğ olunmağa baĢlandı. Öz torpaqlarını müdafiə edən, separatizmin əleyhinə olan Azərbaycan
xalqı isə guya SSRĠ-ni qoruyub saxlamaq istəyən mühafizəkar, dindar, islam fundametalistləri kimi təqdim
edildi.
Bəzi tədqiqatçılar belə hesab edir ki, əslində beynəlxalq güclər erməni lobbisi vasitəsilə SSRĠ-ni
dağıtmağa görə gördüyü iĢlər müqabilində Qarabağı ermənilərə vəd etmiĢdir. Məhz buna görə ABġ Səddam
Hüseyni 150-yə yaxın Ģiəni qətlə yetirdiyinə görə edam etdirdiyi halda, minlərlə azərbaycanlını insanlığa
yaraĢmayan vəhĢiliklə qətlə yetirən ermənilərə heç bir söz demir, Avropa dövlətləri ermənilərin törətdikləri
qətliamlara, özgə torpaqlarını iĢğal etmələrinə göz yumur.
Dünyanın qloballaĢması sükanı arxasında dayanmıĢ BMT və onun Təhlükəsizlik ġurası isə özünün 4
mötəbər qərarının arxasında dayanmır.
Sovet imperiyasının rəhbərliyi milli münaqiĢələrdən istifadə edərək SSRĠ-nin bütövlüyünü qoruya
bilmədilər.
Bir çox analitiklər doğru olaraq belə hesab edir ki, Dağlıq Qarabağdakı hadisələr müstəqilliyimizin
əleyhinə yönəlmişdir və Xocalı soyqırımı da həmin prosesin kulminasiya nöqtəsi idi. Bu, əslində xalqımızın
müstəqillik mübarizəsinin məhv olması üçün hazırlanmış ssenari olsa da, bu ssenarinin həyata
keçirilməsində alət rolunu oynayan ermənilər planı soyqırım kimi həyata keçirdilər.
1986-cı ildə Moskva Qazaxıstana D.Ə.Kunayevin yerinə milliyyətcə rus olan Gennadi Kolbini birinci
katib təyin etdi. Bu, Qazaxıstanda böyük narazılığa, xalqın etirazına səbəb oldu. Bu əslində Qorbaçovun türk
xalqlarına qarĢı ilk fitnəkarlığı idi. Bir qədər sonra, 1987-ci ilin əvvəllərində «Literaturnaya qazeta» da Ġqor
Belyayevin «Ġslam» adlı məqaləsi dərc edildi. Müəllif məqaləsində göstərirdi ki, islam dini SSRĠ üçün
təhlükəlidir və düĢməndir, ümumiyyətlə, müsəlmanlar çox məkrli və xaindirlər. Bir qədər sonra, həmin ilin
fevral və may aylarında Sov.ĠKP-nin orqanı olan «Pravda» qəzetində da eyni məzmunda yazı çap olundu. Bu
yazıda qazaxlar, qırğızlar «milli qapalılıq meylinə, milli lovğalılıq əhval-ruhiyyəsinə», «ayrı-ayn millətçilik
təzahürlərinə» görə ciddi tənqid olunurdu. Beləliklə, Moskva tərəfindən qatar hərəkətə gətirildi.
Xocalıda həyata keçirilən soyqırım və bütövlükdə «Dağlıq Qarabağ problemi» SSRİ rəhbərliyinin
ümumilikdə Azərbaycan siyasətinin tərkib hissəsi idi. Bu siyasəti özlüyündə bir neçə mərhələyə bölmək olar.
Belə ki, o vaxtkı mərkəzin, yəni Moskvanın «yenidənqurmanın» ilk dövrlərində Azərbaycan-Ermənistan
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
10
münasibətlərinə, Dağlıq Qarabağ məsələsinə münasibəti bir cür (gözləmə; qızıĢdırma; daha çox Ermənistana
üstünlük vermə; problemi SSRĠ-nin ərazisi daxilində bir parça torpağın, yəni Azərbaycan torpağının bir
respublikadan baĢqasına - Ermənistana verilməsi; buna qədər Krım Rusiya Federasiyasının tərkibindən
çıxarılaraq Ukraynaya verilmiĢdi və bununla presedent yaradılmıĢdı), «yenidənqurma»nın dalana dirəndiyi
vaxtlarda isə baĢqa cür olmuĢdur.
Bu hadisə əslində birdən-birə deyil, uzun illər ərzində diqqətlə hazırlanmış, ciddi siyasi-maliyyə dəstəyi
alan partiya, sovet orqanları tərəfindən himayə edilən bir addım olmuşdur.
Xocalı hadisələrinə qədər Ağdam, Sumqayıt və s. bu kimi hadisələr baĢ vermiĢdi. Bəzi publisistlər,
politoloqlar belə hesab edirlər ki, əgər Sumqayıt hadisəsinə qədər Qorbaçov Dağlıq Qarabağı Ermənistana
verməyə daha çox meylli idisə, bu hadisə və Azərbaycan xalqının sərt müqaviməti onun tərəddüd etməsinə
səbəb oldu. O, bundan sonra problemi kompromis yolu ilə həll etməyə üstünlük verdi.
Əslində Rusiya hökuməti Xocalı faciəsini planlaşdırıb həyata keçirməklə xalqımızın müstəqillik əzmini
sındırmaq niyyətində idi. Ancaq nə qədər çətin də olsa xalqımız mübarizə əzmini daha da artırmaqla
düşmənin öz niyyətinə çatmasına imkan vermədi.
Xocalı faciəsi ümumilikdə Rusiyanın ġərq siyasətinin, müsəlman, türk dünyasına qarĢı yeritdiyi siyasətin
nəticəsidir. Bu siyasətin icraçısı isə ruslar tərəfindən XIX əsrin I rübündən Azərbaycana köçürülüb yerləĢdirilən
ermənilər olmuĢdur. «Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarĢı apardığı
soyqırım siyasətinin qanlı səhifəsidir» (3).
SSRĠ-nin dağılması ərəfəsi və ondan sonrakı dövrdə Ermənistan beynəlxalq hüquq normaları və BMT
nizamnaməsini kobud Ģəkildə pozaraq Moskvanın himayəsi ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan
Dağlıq Qarabağı iĢğal etmək məqsədilə məkrli fəaliyyətə baĢladı.
Azərbaycan torpaqlarının bir hissəsi olan Qarabağ Aran və Yuxarı, yaxud Dağlıq hissədən ibarətdir (Bax:
Xəritə 2). Azərbaycana gəlmə olan ermənilər Qarabağın dağlıq ərazisinin hamısında deyil, yalnız bir hissəsində
yaĢamıĢlar. Təsadüfü deyil ki, «Dağlıq Qarabağ» ifadəsi termin kimi I dünya müharibəsinin sonlarından
iĢlənməyə baĢlanmıĢdır. (Daha geniĢ məlumat üçün bax: 19; 32). Rusiya Kommunist (bolĢeviklər) partiyası
Zaqafqaziya Ölkə Komitəsinin Dağlıq Qarabağda milliyətcə erməni olan məsul nümayəndəsi ġ.ġaduns bütün
Qarabağın Azərbaycan Xalq Cümhuriyyətinə daxil olduğunu bildirərək 20 dekabr 1922-ci ildə yazırdı: «elə bu
dövrdə daĢnaklar tərəfindən yaradılmıĢ yeni termin - Dağlıq Qarabağ əmələ gəldi. DaĢnaklar Ermənistanda
hakimiyyəti ələ aldıqdan sonra yenidən Dağlıq Qarabağ uğrunda mübarizəyə giriĢir» (sitat K. ġükürovun
«Dağlıq Qarabağ: anlayıĢı və ərazisi haqqında (tarix və müasirlik)» məqaləsindən götürülmüĢdür. Bax: 32, 103).
Beləliklə, ermənilər Qarabağın dağlıq ərazisinin bir hissəsindən ibarət olan Dağlıq Qarabağı coğrafi
anlam kimi deyil, siyasi termin kimi irəli atmaqla onu ələ keçirmək uğrunda mübarizəyə başladılar.
Ġstedadlı Azərbaycan tarixçisi K.ġükürov yazır: «Lakin Muxtar Dağlıq Qarabağ Vilayətinin (Azərbaycan
Mərkəzi Ġcraiyyə Komitəsinin 1923-cü il 7 iyul dekabrında qurum rəsmən belə adlanır) yaradılması ilə onun,
yəni Qarabağın bütövlüyü yenidən və qəti Ģəkildə pozulur. Muxtar Dağlıq Qarabağ Vilayətinin ərazisi elmi-
coğrafi yox, volyuntarist prinsip əsasında formalaĢdırılıb. Yəni o, erməni yaĢayan məskənlərin üstün olduğu
lokal əraziləri muxtar qurum adı altında birləĢdirməklə təĢkil edilmiĢdir. (Qeyd etmək lazımdır ki, bu prinsipi
əsas götürməklə dünyanın əksər ölkəsi və ya iri Ģəhərində kompakt yaĢayan hər hansı gəlmə əhalinin inzibati-
siyasi qurumunu təĢkil etmək mümkündür. Belə ki, Nyu-Yorkda Çin məhəlləsi əsasında çinlilərlə, yaxud
müvafiq qaydada yaponlara muxtariyyət tələb etmək olar). (32, 104).
Görkəmli QafqazĢünas M.A.Skibitski 1899-cu ildə Tiflisdə nəĢr etdirdiyi «Материалы для устройства
казенных летних и зимних пастбищ и для изучения скотоводства на Кавказа» adlı kitabında Qarabağla
bağlı çox maraqlı məlumatlar vermiĢdi. O, burada onverstlik miqyasda (müasir ölçülərlə 1:420 000) tərtib etdiyi
xəritəni də vermiĢdir. Bu xəritələrdən biri də «Kapта Карабахских казенных летних пастбищ» adlanır. O,
yazır: «Qarabağın yay otlaqları Qarabağ adlanan, 1828-ci ildə Rusiyaya birləĢənədək (iĢğal edilənədək - Boran
Əziz) xüsusi Qarabağ xanlığını təĢkil edən torpaqlarda yerləĢmiĢdir. O... uzunluğu 102.4 verst, ... enlikdə isə
146 verst uzanır.* ...Təsvir edilən yaylaqlardan istifadə edənlərin ümumi sayı 452 kənd arasında paylanmıĢ
26038 təsərrüfatdır, onlardan 4048 təsərrüfat Cəbrayıl qəzasının 81 kəndində, 5064 təsərrüfat CavanĢir
qəzasının 102 kəndində, 331 təsərrüfat Yelizavetpol (Gəncə) qəzasının 4 kəndində, 9432 təsərrüfat Zəngəzur
qəzasının 75 kəndində, 5223 təsərrüfat ġuĢa qəzasının 81 kəndində 1940 təsərrüfat Cavad qəzasının 9 kəndində
yaĢayırdı».
Skibitskinin fikrincə tayfa tərkibinə görə Qarabağ yaylaqlarından istifadə edənlər azərbaycanlılar,
ermənilər və baĢqaları olmuĢdur. O, yazır ki, 18919 təsərrüfatdan ibarət azərbaycanlılar-tüklər bütün Qarabağ
ərazisində səpələnmiĢ 333 kənddə və Gəncə ovalığında olan 2 kənddə; 3408 təsərrüfatdan ibarət ermənilər
CavanĢir, Zəngəzur və Cəbrayıl uyezdlərinin yüksəklik hissəsində 47 kənddə yaĢayırdı.**
1986-cı ilin ortalarında Dağlıq Qarabağ erməniləri özlərinin Yerevandakı və xaricdəki havadarlarının
köməyilə separatçılıq hərəkatına yenidən baĢladılar. Azərbaycanın tərkibindəki siyasi, iqtisadi, sosial və mədəni
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
11
muxtariyyətə malik olan Dağlıq Qarabağda yaĢayan erməni icması millətlərin öz müqəddəratını təyin etmək
hüququnu bəhanə edərək Azərbaycan dövlətinə tabe olmaqdan imtina etdi. Rusiya və Ermənistan isə Dağlıq
Qarabağ ermənilərinin müdafiəçisi kimi çıxıĢ etdi.
Çar Rusiyası hələ XVIII əsrin 80-ci illərində erməni «dövləti»ni məhz Qarabağ ərazisində yaratmağı
nəzərdə tuturdu. Hətta bu planı həyata keçirmək üçün Rusiya imperatoru II Yekatrina (1762-1796-cı illər) 1783-
cü il aprelin 6-da göstəriĢ də vermiĢdi. Ġmperatriçanın göstəriĢində qeyd olunurdu ki, «Ġbrahim xanı devirməli və
Qarabağda müstəqil erməni əyaləti təsis etməli» (32,80).
Qeyd edək ki, ermənilər himayədarlarının köməyi ilə XX yüzildə bir neçə dəfə Qarabağı ələ keçirməyə
cəhd etmiĢdilər.
Leninin, Stalinin yaxın dostu, silahdaĢı xalqımıza qarĢı rəğbəti ilə tanınmayan A.Ġ.Mikoyan 1919-cu il
mayın 22-də Leninə yazırdı ki, «Erməni hökumətinin daĢnaq agentləri Qarabağı Ermənistana birləĢdirməyə
çalıĢırlar. Bu, Qarabağ əhalisi üçün Bakıdakı həyat mənbəyindən məhrum olma və heç zaman və heç nə ilə
əlaqəsi olmadığı Erivanla bağlanmaq deməkdir. Erməni kəndliləri beĢinci qurultayda Azərbaycanı tanımağı və
ona birləĢməyi qərara aldılar».
XI Qırmızı Ordunun Azərbaycana hücumu ərəfəsində Moskvaya gəlmiĢ erməni nümayəndələri ərazi
güzəĢtləri, o cümlədən Qarabağın onlara verilməsi müqabilində Azərbaycan hökumətini devirmək iĢində Sovet
Rusiyası ilə razılığa gəlmiĢdilər. 1920-ci il mart ayının 22-də Qarabağda Moskvanın təhriki ilə erməni
qiyamının baĢ verməsi və Azərbaycan ordusunun Qarabağa cəlb edilməsi əvvəlcədən hazırlanmıĢ təxribatın
nəticəsi idi.
Məhz buna görə 1920-ci ilin aprelində Azərbaycan rus sovet ordusu tərəfindən iĢğal edildikdən bir qədər
sonra torpaqlarımızın bir hissəsi Ermənistana və Gürcüstana verildi (Bax: Xəritə 4). Bununla yanaĢı ermənilər
Qarabağın dağlıq hissəsini də ələ keçirmək üçün fəallaĢdılar.
Qarabağın dağlıq hissəsini ermənilərə verib onu birdən-birə Ermənistana birləĢdirməyin mümkün
olmadığını görən ermənilər rus sovet hakimiyyəti ilə daha hiyləgər bir yol tutdular. 1921-ci il iyulun 5-də
Rusiya Kommunist (bolĢeviklər) Partiyasının Qafqaz bürosu Moskvanın göstəriĢi ilə Qarabağın dağlıq
hissəsində ermənilər üçün vilayət yaradılması və onun Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində
saxlanılması haqqında qərar qəbul etdi (36,90-91,92).
«RK(b) MK-nın Qafqaz bürosu plenumunun axĢam iclasının protokolundan
5 iyul 1921-ci il
ĠĢtirak edirlər: RK (b) P MK üzvü Stalin,
Qafbüronun üzvləri:
yol. Orcanikidze, Kirov, Nazaretyan,
OraxelaĢvili, Fiqatner, Nərimanov,
Myasnikov, ASSR Xalq Xarici ĠĢlər
Komissarı Hüseynov.
* Qarabağ xanlığının tarixində mühüm rol oynamıĢ Ġbrahim xanın dövründə onun vəziri olmuĢ
M.C.CavanĢir (1773-1895) «Qarabağ tarixi»ndə yazır: «Qədim tarix kitablarının yazdığına görə Qarabağ
vilayətinin sərhədi belədir: Cənub tərəfdən Xudafərin körpüsündən - Sınıq körpüyə qədər Araz çayıdır. Ġndi
(Sınıq körpü) Qazax ġəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır... ġərq tərəfdən Kür çayıdır ki, Cavad
kəndində Araz çayına qovuĢaraq gedib Xəzər dənizinə tökülür. ġimal tərəfdən Qarabağın Yelizavetpolla Kür
çayına qədər - Goran çayıdır... Qərb tərəfdən KüĢbək, Salvartı və Ərikli adlanan Qarabağ dağlarıdır (17, 107-
108). (Bax: Xəritə 3)
** Görkəmli rus yazıçısı Y.Pompoyev bu rəqəmləri faizlə hesablayaraq göstərir ki, «əsrin əvvəli üçün
yaylaqlardan istifadə edənlərin sayının 72,6%-i türklərə, 13%-i ermənilərə, 14,6%-i isə digər xalqlara məxsus
olmuĢdur (27, 39).
Dostları ilə paylaş: |