Xocali soyqirimi


deyirik və bunu beynəlxalq birlik də deyir. Bizim razılığımız



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix06.09.2017
ölçüsü1,27 Mb.
#29146
1   ...   16   17   18   19   20   21   22   23   24

deyirik və bunu beynəlxalq birlik də deyir. Bizim razılığımız olmadan Dağlıq Qarabağ heç vaxt müstəqil 
ola bilməz. Biz isə buna heç vaxt razılıq verməyəcəyik". 
 
“Analitik baxıĢ”.-2010.-№1.-S.32-35. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
140 
 
Xocalı soyqırımına gedən yol 
 
MöhtəĢəm  tarixi  keçmiĢə  malik  Azərbaycan  zaman-zaman  üzləĢdiyi  ən  ağır  sınaqlardan  belə  Ģərəflə 
çıxmağı bacarıb. Bununla mövcudluğunu, milli varlığını daha da möhkəmləndirib, illər, əsrlər keçdikcə 
geridə hər zaman zəngin bir keçmiĢ qoyub. Elə bu səbəbdəndir ki, hər bir azərbaycanlı öz tarixi ilə, ata-
babalarının keçdiyi yolla fəxr edir. Lakin keçmiĢimizin güzgüsü olan tarixin səhifələri heç də həmiĢə ağ 
vərəqlərə həkk olunmayıb. Bəzən qanla elə qanlı səhifələrdə yazılan tarix xalqımızın həm də hansı böyük 
faciələrlə üzləĢdiyini, hansı dəhĢətlər yaĢadığını real faktlar əsasında gözlər önünə sərgiləyir. 
 
Ermənilərə qarĢı ən böyük sipər  
 
 Müxtəlif  vaxtlarda  Azərbaycan  xalqına  qarĢı  törədilmiĢ  və  çox  zaman  da  ən  qəddar  vəhĢiliklərlə  müĢayiət 
olunmuĢ soyqırımları da tariximizin qan və dəhĢət saçan səhifələrindəndir. Bəzi soyqırımı tarixlərinin müasirləri 
olmağımız,  yaĢananlara  canlı  Ģahidlik  etməyimiz  isə  bu  müsibətlər  olaylarının  nə  dərəcədə  geniĢmiqyaslı 
faciələr  olduğunu  daha  aydın  təsəvvür  etməyə  imkan  verir.  Lakin  yaĢanan  faciələrin  Azərbaycan  tarixində 
qoyduğu  izlər  bununla  məhdudlaĢmır.  Daim  sülhün,  əmin-amanlığın  tərəfdarı  olan  xalqımıza  qarĢı  dəfələrlə 
törədilən soyqırımların ötən əsrin sonlarına qədər öz hüquqi-siyasi qiymətini almaması da illər boyu ən böyük 
ədalətsizliklərdən  biri  olub.  Halbuki,  Azərbaycan  torpaqlarının,  eləcə  də  xalqının  bölünməsinin  əsasını  qoyan 
Gülüstan,  Türkmənçay  müqavilələrindən  sonra  ölkəmiz  mərhələli  Ģəkildə  təkcə  etnik  yox,  həm  də  mənəvi 
soyqırımlara məruz qalıb. Bu soyqırımlara hüquqi-siyasi qiymət verilməməsi isə yaĢanmıĢ faciələrin özü qədər 
dəhĢətlidir.  
Yalnız ümummilli lider Heydər Əliyevin xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə qaydıĢından 
sonra yaĢanan soyqırımları haqda daha təfsilatlı araĢdırmalar aparıldı. Eyni zamanda bu hadisələrə hüquqi-siyasi 
qiymətin  verilməsi  prosesi  baĢlandı.  Dünyaya  xalqımızın  üzləĢdiyi  fəlakətlər  barədə  ətraflı,  fakt  və  sübutlarla 
zəngin  olan  məlumatlar  çatdırıldı.  Bütün  bunlar  ulu  öndərin  Azərbaycan  xalqı  qarĢısında  göstərdiyi  çoxsaylı 
tarixi  xidmətlərdən  birinə  çevrildi.  XX  əsrin  ən  dəhĢətli  hadisələrindən  olan  Xocalı  faciəsinin  də  həm  bir 
soyqırımı  olaraq  təsbit  edilməsi,  həm  də  bu  barədə  həqiqətlərin  dünyaya  çatdırılması  məhz  Heydər  Əliyevin 
sayəsində mümkün oldu.  
Tarixin ironiyası isə ondan ibarətdir ki, ötən əsrin sonlarında Dağlıq Qarabağ münaqiĢəsinin baĢlanması ilə 
Azərbaycan  xalqının  üzləĢdiyi  yeni  faciələr,  yaĢadığı  soyqırımları  elə  Heydər  Əliyevin  hakimiyyətdən 
uzaqlaĢdırılmasından  sonra  baĢ  verdi.  Həmin  vaxta  qədər  keçmiĢ  SSRĠ  rəhbərliyinin  hərtərəfli  dəstəyini  alan 
ermənilərin Azərbaycana qarĢı məkrli planlarının reallaĢmasının qarĢısını məhz ulu öndər Heydər Əliyev alırdı. 
Ermənilər  və  onların  himayədarları  yaxĢı  baĢa  düĢürdülər  ki,  Heydər  Əliyev  hakimiyyətdə  olduğu  müddət 
ərzində Azərbaycana qarĢı heç bir iddialarını reallıĢdıra bilməycəklər.  
 
Dağlıq Qarabağ münaqiĢəsinin baĢlanğıcı  
 
 Artıq  sübut  olunmuĢ  tarixi  həqiqətdir  ki,  ölkəmizin  ermənilər  tərəfindən  ərazi  bütövlüyünə  qəsd  planı 
əvvəlcədən  hazırlanmıĢdı.  SSRĠ-yə  rəhbərlik  edən  Qorbaçovun  yanında  və  Kremldə  mərkəzi  rəhbərlikdə  yer 
alan  ermənilər  tərəfindən  müdafiə  olunan  planın  reallaĢması  üçün  ciddi  iĢlər  görülürdü.  Lakin  planın  praktik 
mərhələyə  keçməsi  Azərbaycan xalqının böyük  oğlunun SSRĠ-də  mühüm rəhbər postlardan birində  yer aldığı 
müddət ərzində mümkünsüz idi və bu həqiqətlə ermənilər, onların himayədarları da birmənalı Ģəkildə barıĢırdı. 
Bu  səbəbdən  ermənilərin  təhriki  və  diktəsi  ilə  hərəkət  edən  Qorbaçov  ilk  növbədə  Heydər  Əliyevin  tutduğu 
vəzifədən uzaqlaĢdırılmasına çalıĢırdı və təəssüf ki, istəyinə də nail oldu. Mərhum Ģair Bəxtiyar Vahabzadənin 
təbirincə  deyilsə,  bu,  Moskvada  Azərbaycanın  yeganə  və  ən  böyük  qalasınıın  yıxılması  demək  idi.  Heydər 
Əliyevin  hakimiyyətdən  uzaqlaĢdırılmasının  əsas  səbəblərindən  biri  SSRĠ  siyasi  rəhbərliyini  ələ  almıĢ  erməni 
lobbisinin  təsir  və  təzyiqləri  idisə,  digər  önəmli  səbəb  Qorbaçovun  subyektiv  hisslərinin  əsiri  olması,  ondan 
daha yaxĢı idarəçilik qabiliyyətinə, səriĢtəyə malik bir Ģəxsin Kremldə olmasını həzm edə bilməməsi idi.  
Azərbaycanın  böyük  oğlunun  Siyasi  Bürodan  uzaqlaĢdırılmasından  cəmi  15  gün  sonra  Qorbaçovun  xeyir-
duası  ilə  ermənilər  Azərbaycana  qarĢı  qəsd  planlarının  icrasına  baĢladılar.  1987-ci  ilin  noyabrında 
M.Qorbaçovun  məsləhətçisi  olan  qatı  Ģovinist  A.Aqanbekyanın  Parisdə  "Humanite"  qəzetindəki  bəyanatında 
bildirilirdi  ki,  Dağlıq  Qarabağın  Azərbaycanın  tərkibindən  çıxarılıb  Ermənistana  verilməsinə  dair  artıq 
Moskvanın razılığı var. Bütün bunları xatırlayan Heydər Əliyev qeyd edirdi: "Siyasi Bürodan istefa verdikdən 
15  gün  sonra  Qarabağ  məsələsi  ortaya  çıxdı.  Qorbaçovun  ən  yaxın  adamı,  iqtisadi  məsələlər  üzrə  müĢaviri, 
milliyyətcə  erməni  olan  professor  Aqanbekyan  Parisdə  keçirdiyi  bir  mətbuat  konfransında  "Dağlıq  Qarabağ 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
141 
Ermənistana  verilməlidir"  -  demiĢ,  bu  məsələ  ilə  əlaqədar  Qorbaçovu  da  qızıĢdırmıĢdır.  Moskvanın  Qarabağ 
əməliyyatı mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə baĢladı. Deməli, bu plan hələ 
əvvəlcədən hazırlanmıĢ, lakin tətbiq olunmasına mən ciddi maneə imiĢəm".  
SSRĠ  rəhbərliyinin  Dağlıq  Qarabağın  Ermənistana  verilməsinə  dair  razılığının  olduğu  1988-ci  ilin 
əvvəllərində M.Qorbaçovun Silva Kaputikyan baĢda olmaqla bir qrup Ģovinist erməni ilə görüĢü zamanı da üzə 
çıxdı.  Bunun  ardınca  Xankəndidə,  Yerevanda  antiazərbaycan  və  antitürk  ruhlu  mitinqlər  geniĢləndi.  Bundan 
sonra  erməni  "Qarabağ  Komitəsi",  onun  Dağlıq  Qarabağ  Muxtar  Vilayətindəki  separatçı-terrorçu  təĢkilatı 
"Krunk"  gizli  fəaliyyətlərinə  son  qoyaraq  açıq  Ģəkildə  niyyətlərini  bəyan  etməyə,  Azərbaycana  qarĢı  ərazi 
iddiaları  səsləndirməyə  baĢladı.  Bunun  nəticəsi  olaraq  ermənilər  tərəfindən  "Miatsum"  adlanan  hərəkat  da 
formalaĢdırıldı.  
O  dövrdə  Azərbaycana  rəhbərlik  edən  Ģəxslər  artıq  özünü  qabarıq  formada  və  aydın  Ģəkildə  büruzə  verən 
Dağlıq  Qarabağ  münaqiĢəsinin  çözümü  istiqamətində  hansısa  praktik  addımların  atılmasında  acizlik  nümayiĢ 
etdirirdi. Yalnız Kremlin göstəriĢləri əsasında atılan addımlar Azərbaycan ərazilərinin qəsb olunması prosesini 
sürətləndirirdi. Qarabağ məsələsinin  ortaya çıxması isə elə ilk dövrlərdə Moskvada olan Heydər Əliyevi ciddi 
narahat  edirdi.  Bu  səbəbdən  Qorbaçovla,  onunla  mümkün  olmadıqda  Liqaçovla,  Çebrikovla,  Kryuçkovla 
görüĢüb  problemin  həllinə  çalıĢırdı.  Qarabağın  əzəli  Azərbaycan  torpağı  olmasına  dair  əlindəki  sənəd  və 
sübutları  da  Kreml  rəhbərliyinə  təqdim  etmək  istəyən  Heydər  Əliyevə  Moskvanın  cavabı  belə  oldu:  "Biz 
Qarabağda erməni-azərbaycanlı münaqiĢəsi ilə bağlı problemi özümüz həll edəcəyik".  
 
Bakıya, Moskvaya ünvanlanmıĢ saysız-hesabsız  
cavabsız teleqramlar 
 
Belə Ģəraitdə Azərbaycan rəhbərliyinin fəaliyyətsizliyi, təslimçilik mövqeyi ölkəmizin əzəli və tarixi ərazisi 
olan  Dağlıq  Qarabağda  Ermənistanın  mövqeyinin  daha  da  güclənməsinə  gətirib  çıxarırdı.  Erməni 
separatçılarının  bu  yerlərdə  mövqelərinin  güclənməsi  və  ona  qarĢı  rəhbərlik  səviyyəsində  ciddi  tədbirlərin 
görülməməsi isə ölkə ərazilərinin itirilməsinə, yaĢanacaq faciələrə, o cümlədən Xocalı soyqırımına gedən yolun 
baĢlanğıcını qoyurdu. Amma nə yazıq ki, o dövrkü rəhbərlik bunu dərk etməkdə acizlik göstərirdi.  
Bu vəziyyətdə SSRĠ rəhbərliyi Dağlıq Qarabağın tədricən Azərbaycandan ayrılması üçün müvafiq addımlar 
atmağa baĢladı. 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iĢtirakı 
ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın inzibati-ərazi 
bölgüsünə  daxil edilməsi barədə qərar qəbul  etdi. Azərbaycan SSR Ali Soveti Konstitusiyaya zidd olan  qərarı 
rədd  etdikdən  sonra  Ermənistanın  millətçi  rəhbərləri  "DaĢnaksütyun"  partiyasının  "Türksüz  Ermənistan" 
proqramını  həyata  keçirməyə  baĢladılar.  Bu  isə  tarixi  Azərbaycan  torpaqlarında  yaranan  indiki  Ermənistan 
ərazisində olan on minlərlə azərbaycanlıya qarĢı böyük qəddarlıqlarla müĢayiət olunan etnik təmizləməyə rəvac 
verilməsi demək idi. 1988-ci ilin fevralından  Yerevanda baĢlanan kütləvi  mitinqlərdə iĢtirakçılar "Ermənistanı 
türklərdən  təmizləməli",  "Ermənistan  yalnız  ermənilər  üçündür"  kimi  Ģüarlar  səsləndirirdi.  Mitinqlər 
baĢlandıqdan  sonra  Yerevanda  salamat  qalan  yeganə  məscid  binası,  eləcə  də  azərbaycanlı  Ģagirdlərin  təhsil 
aldığı orta məktəb, teatr binası yandırıldı. Buna qarĢı etiraz edən azərbaycanlıların da evlərinə od vuruldu. Lakin 
əsl faciə hələ qabaqda idi. 
Elə həmin dövrdə ermənilərin Dağlıq Qarabağda da separatçı fəaliyyəti geniĢlənirdi. Ölkə rəhbərliyindən heç 
bir  kömək  görməyən  azərbaycanlılar  isə  yaĢadıqları  ərazilərin  müdafiəsi  məqsədilə  özləri  könüllü  fəaliyyətə 
baĢlamıĢdı.  Ermənilərin  qəsbkarlıq  niyyəti  bir  çox  yaĢayıĢ  məntəqələri  kimi  Xocalını  da  özünümüdafiəsini 
gücləndirməyə  vadar  etdi.  1988-ci  il  fevralın  12-də  Xocalı  rəhbərliyi  Əsgəranda  keçirilən  yığıncağa  dəvət 
olundu. Yığıncaqda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi V.Konovalovun, Ģöbə 
müdiri  M.Əsədovun  iĢtirakına  baxmayaraq,  ermənilər  Ermənistana  birləĢmək  istədiklərini  açıq  Ģəkildə  bəyan 
etdilər.  Xocalının  sabiq  icra  baĢçısı  Elman  Məmmədov  xatırlayır  ki,  həmin  yığıncaqdan  çıxıb  Xocalıya 
gəldikdən  sonra  ağsaqqallar  və  ziyalılarla  təcili  görüĢ  keçirərək  vəziyyəti  onlarla  müzakirə  edib.  Elə  həmin 
gündən Xocalının və ətraf kəndlərin müdafiəsi üçün Müdafiə Komitəsi yaradıldı. Həmçinin Xocalının müdafiəsi 
məqsədilə  müdafiə  postları  formalaĢdırıldı.  Bu  postlara  çıxan  dəstələrin  isə  silahları  yalnız  ov  tüfənglərindən 
ibarət idi. Ermənilərin Xocalı və bütövlükdə Dağlıq Qarabağ üçün yaratdığı təhlükə ilə bağlı Bakıya, Moskvaya 
saysız-hesabsız teleqramlar vurulsa da, nəticə yox idi. 
 
Rasim BAYRAMOV 
 
Azərbaycan‖.-2011.-16 fevral.-N 36.-S.4. 
 

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin