deyirik və bunu beynəlxalq birlik də deyir. Bizim razılığımız olmadan Dağlıq Qarabağ heç vaxt müstəqil
ola bilməz. Biz isə buna heç vaxt razılıq verməyəcəyik".
“Analitik baxıĢ”.-2010.-№1.-S.32-35.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
140
Xocalı soyqırımına gedən yol
MöhtəĢəm tarixi keçmiĢə malik Azərbaycan zaman-zaman üzləĢdiyi ən ağır sınaqlardan belə Ģərəflə
çıxmağı bacarıb. Bununla mövcudluğunu, milli varlığını daha da möhkəmləndirib, illər, əsrlər keçdikcə
geridə hər zaman zəngin bir keçmiĢ qoyub. Elə bu səbəbdəndir ki, hər bir azərbaycanlı öz tarixi ilə, ata-
babalarının keçdiyi yolla fəxr edir. Lakin keçmiĢimizin güzgüsü olan tarixin səhifələri heç də həmiĢə ağ
vərəqlərə həkk olunmayıb. Bəzən qanla elə qanlı səhifələrdə yazılan tarix xalqımızın həm də hansı böyük
faciələrlə üzləĢdiyini, hansı dəhĢətlər yaĢadığını real faktlar əsasında gözlər önünə sərgiləyir.
Ermənilərə qarĢı ən böyük sipər
Müxtəlif vaxtlarda Azərbaycan xalqına qarĢı törədilmiĢ və çox zaman da ən qəddar vəhĢiliklərlə müĢayiət
olunmuĢ soyqırımları da tariximizin qan və dəhĢət saçan səhifələrindəndir. Bəzi soyqırımı tarixlərinin müasirləri
olmağımız, yaĢananlara canlı Ģahidlik etməyimiz isə bu müsibətlər olaylarının nə dərəcədə geniĢmiqyaslı
faciələr olduğunu daha aydın təsəvvür etməyə imkan verir. Lakin yaĢanan faciələrin Azərbaycan tarixində
qoyduğu izlər bununla məhdudlaĢmır. Daim sülhün, əmin-amanlığın tərəfdarı olan xalqımıza qarĢı dəfələrlə
törədilən soyqırımların ötən əsrin sonlarına qədər öz hüquqi-siyasi qiymətini almaması da illər boyu ən böyük
ədalətsizliklərdən biri olub. Halbuki, Azərbaycan torpaqlarının, eləcə də xalqının bölünməsinin əsasını qoyan
Gülüstan, Türkmənçay müqavilələrindən sonra ölkəmiz mərhələli Ģəkildə təkcə etnik yox, həm də mənəvi
soyqırımlara məruz qalıb. Bu soyqırımlara hüquqi-siyasi qiymət verilməməsi isə yaĢanmıĢ faciələrin özü qədər
dəhĢətlidir.
Yalnız ümummilli lider Heydər Əliyevin xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə qaydıĢından
sonra yaĢanan soyqırımları haqda daha təfsilatlı araĢdırmalar aparıldı. Eyni zamanda bu hadisələrə hüquqi-siyasi
qiymətin verilməsi prosesi baĢlandı. Dünyaya xalqımızın üzləĢdiyi fəlakətlər barədə ətraflı, fakt və sübutlarla
zəngin olan məlumatlar çatdırıldı. Bütün bunlar ulu öndərin Azərbaycan xalqı qarĢısında göstərdiyi çoxsaylı
tarixi xidmətlərdən birinə çevrildi. XX əsrin ən dəhĢətli hadisələrindən olan Xocalı faciəsinin də həm bir
soyqırımı olaraq təsbit edilməsi, həm də bu barədə həqiqətlərin dünyaya çatdırılması məhz Heydər Əliyevin
sayəsində mümkün oldu.
Tarixin ironiyası isə ondan ibarətdir ki, ötən əsrin sonlarında Dağlıq Qarabağ münaqiĢəsinin baĢlanması ilə
Azərbaycan xalqının üzləĢdiyi yeni faciələr, yaĢadığı soyqırımları elə Heydər Əliyevin hakimiyyətdən
uzaqlaĢdırılmasından sonra baĢ verdi. Həmin vaxta qədər keçmiĢ SSRĠ rəhbərliyinin hərtərəfli dəstəyini alan
ermənilərin Azərbaycana qarĢı məkrli planlarının reallaĢmasının qarĢısını məhz ulu öndər Heydər Əliyev alırdı.
Ermənilər və onların himayədarları yaxĢı baĢa düĢürdülər ki, Heydər Əliyev hakimiyyətdə olduğu müddət
ərzində Azərbaycana qarĢı heç bir iddialarını reallıĢdıra bilməycəklər.
Dağlıq Qarabağ münaqiĢəsinin baĢlanğıcı
Artıq sübut olunmuĢ tarixi həqiqətdir ki, ölkəmizin ermənilər tərəfindən ərazi bütövlüyünə qəsd planı
əvvəlcədən hazırlanmıĢdı. SSRĠ-yə rəhbərlik edən Qorbaçovun yanında və Kremldə mərkəzi rəhbərlikdə yer
alan ermənilər tərəfindən müdafiə olunan planın reallaĢması üçün ciddi iĢlər görülürdü. Lakin planın praktik
mərhələyə keçməsi Azərbaycan xalqının böyük oğlunun SSRĠ-də mühüm rəhbər postlardan birində yer aldığı
müddət ərzində mümkünsüz idi və bu həqiqətlə ermənilər, onların himayədarları da birmənalı Ģəkildə barıĢırdı.
Bu səbəbdən ermənilərin təhriki və diktəsi ilə hərəkət edən Qorbaçov ilk növbədə Heydər Əliyevin tutduğu
vəzifədən uzaqlaĢdırılmasına çalıĢırdı və təəssüf ki, istəyinə də nail oldu. Mərhum Ģair Bəxtiyar Vahabzadənin
təbirincə deyilsə, bu, Moskvada Azərbaycanın yeganə və ən böyük qalasınıın yıxılması demək idi. Heydər
Əliyevin hakimiyyətdən uzaqlaĢdırılmasının əsas səbəblərindən biri SSRĠ siyasi rəhbərliyini ələ almıĢ erməni
lobbisinin təsir və təzyiqləri idisə, digər önəmli səbəb Qorbaçovun subyektiv hisslərinin əsiri olması, ondan
daha yaxĢı idarəçilik qabiliyyətinə, səriĢtəyə malik bir Ģəxsin Kremldə olmasını həzm edə bilməməsi idi.
Azərbaycanın böyük oğlunun Siyasi Bürodan uzaqlaĢdırılmasından cəmi 15 gün sonra Qorbaçovun xeyir-
duası ilə ermənilər Azərbaycana qarĢı qəsd planlarının icrasına baĢladılar. 1987-ci ilin noyabrında
M.Qorbaçovun məsləhətçisi olan qatı Ģovinist A.Aqanbekyanın Parisdə "Humanite" qəzetindəki bəyanatında
bildirilirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsinə dair artıq
Moskvanın razılığı var. Bütün bunları xatırlayan Heydər Əliyev qeyd edirdi: "Siyasi Bürodan istefa verdikdən
15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müĢaviri,
milliyyətcə erməni olan professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında "Dağlıq Qarabağ
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
141
Ermənistana verilməlidir" - demiĢ, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızıĢdırmıĢdır. Moskvanın Qarabağ
əməliyyatı mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə baĢladı. Deməli, bu plan hələ
əvvəlcədən hazırlanmıĢ, lakin tətbiq olunmasına mən ciddi maneə imiĢəm".
SSRĠ rəhbərliyinin Dağlıq Qarabağın Ermənistana verilməsinə dair razılığının olduğu 1988-ci ilin
əvvəllərində M.Qorbaçovun Silva Kaputikyan baĢda olmaqla bir qrup Ģovinist erməni ilə görüĢü zamanı da üzə
çıxdı. Bunun ardınca Xankəndidə, Yerevanda antiazərbaycan və antitürk ruhlu mitinqlər geniĢləndi. Bundan
sonra erməni "Qarabağ Komitəsi", onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təĢkilatı
"Krunk" gizli fəaliyyətlərinə son qoyaraq açıq Ģəkildə niyyətlərini bəyan etməyə, Azərbaycana qarĢı ərazi
iddiaları səsləndirməyə baĢladı. Bunun nəticəsi olaraq ermənilər tərəfindən "Miatsum" adlanan hərəkat da
formalaĢdırıldı.
O dövrdə Azərbaycana rəhbərlik edən Ģəxslər artıq özünü qabarıq formada və aydın Ģəkildə büruzə verən
Dağlıq Qarabağ münaqiĢəsinin çözümü istiqamətində hansısa praktik addımların atılmasında acizlik nümayiĢ
etdirirdi. Yalnız Kremlin göstəriĢləri əsasında atılan addımlar Azərbaycan ərazilərinin qəsb olunması prosesini
sürətləndirirdi. Qarabağ məsələsinin ortaya çıxması isə elə ilk dövrlərdə Moskvada olan Heydər Əliyevi ciddi
narahat edirdi. Bu səbəbdən Qorbaçovla, onunla mümkün olmadıqda Liqaçovla, Çebrikovla, Kryuçkovla
görüĢüb problemin həllinə çalıĢırdı. Qarabağın əzəli Azərbaycan torpağı olmasına dair əlindəki sənəd və
sübutları da Kreml rəhbərliyinə təqdim etmək istəyən Heydər Əliyevə Moskvanın cavabı belə oldu: "Biz
Qarabağda erməni-azərbaycanlı münaqiĢəsi ilə bağlı problemi özümüz həll edəcəyik".
Bakıya, Moskvaya ünvanlanmıĢ saysız-hesabsız
cavabsız teleqramlar
Belə Ģəraitdə Azərbaycan rəhbərliyinin fəaliyyətsizliyi, təslimçilik mövqeyi ölkəmizin əzəli və tarixi ərazisi
olan Dağlıq Qarabağda Ermənistanın mövqeyinin daha da güclənməsinə gətirib çıxarırdı. Erməni
separatçılarının bu yerlərdə mövqelərinin güclənməsi və ona qarĢı rəhbərlik səviyyəsində ciddi tədbirlərin
görülməməsi isə ölkə ərazilərinin itirilməsinə, yaĢanacaq faciələrə, o cümlədən Xocalı soyqırımına gedən yolun
baĢlanğıcını qoyurdu. Amma nə yazıq ki, o dövrkü rəhbərlik bunu dərk etməkdə acizlik göstərirdi.
Bu vəziyyətdə SSRĠ rəhbərliyi Dağlıq Qarabağın tədricən Azərbaycandan ayrılması üçün müvafiq addımlar
atmağa baĢladı. 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iĢtirakı
ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın inzibati-ərazi
bölgüsünə daxil edilməsi barədə qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti Konstitusiyaya zidd olan qərarı
rədd etdikdən sonra Ermənistanın millətçi rəhbərləri "DaĢnaksütyun" partiyasının "Türksüz Ermənistan"
proqramını həyata keçirməyə baĢladılar. Bu isə tarixi Azərbaycan torpaqlarında yaranan indiki Ermənistan
ərazisində olan on minlərlə azərbaycanlıya qarĢı böyük qəddarlıqlarla müĢayiət olunan etnik təmizləməyə rəvac
verilməsi demək idi. 1988-ci ilin fevralından Yerevanda baĢlanan kütləvi mitinqlərdə iĢtirakçılar "Ermənistanı
türklərdən təmizləməli", "Ermənistan yalnız ermənilər üçündür" kimi Ģüarlar səsləndirirdi. Mitinqlər
baĢlandıqdan sonra Yerevanda salamat qalan yeganə məscid binası, eləcə də azərbaycanlı Ģagirdlərin təhsil
aldığı orta məktəb, teatr binası yandırıldı. Buna qarĢı etiraz edən azərbaycanlıların da evlərinə od vuruldu. Lakin
əsl faciə hələ qabaqda idi.
Elə həmin dövrdə ermənilərin Dağlıq Qarabağda da separatçı fəaliyyəti geniĢlənirdi. Ölkə rəhbərliyindən heç
bir kömək görməyən azərbaycanlılar isə yaĢadıqları ərazilərin müdafiəsi məqsədilə özləri könüllü fəaliyyətə
baĢlamıĢdı. Ermənilərin qəsbkarlıq niyyəti bir çox yaĢayıĢ məntəqələri kimi Xocalını da özünümüdafiəsini
gücləndirməyə vadar etdi. 1988-ci il fevralın 12-də Xocalı rəhbərliyi Əsgəranda keçirilən yığıncağa dəvət
olundu. Yığıncaqda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi V.Konovalovun, Ģöbə
müdiri M.Əsədovun iĢtirakına baxmayaraq, ermənilər Ermənistana birləĢmək istədiklərini açıq Ģəkildə bəyan
etdilər. Xocalının sabiq icra baĢçısı Elman Məmmədov xatırlayır ki, həmin yığıncaqdan çıxıb Xocalıya
gəldikdən sonra ağsaqqallar və ziyalılarla təcili görüĢ keçirərək vəziyyəti onlarla müzakirə edib. Elə həmin
gündən Xocalının və ətraf kəndlərin müdafiəsi üçün Müdafiə Komitəsi yaradıldı. Həmçinin Xocalının müdafiəsi
məqsədilə müdafiə postları formalaĢdırıldı. Bu postlara çıxan dəstələrin isə silahları yalnız ov tüfənglərindən
ibarət idi. Ermənilərin Xocalı və bütövlükdə Dağlıq Qarabağ üçün yaratdığı təhlükə ilə bağlı Bakıya, Moskvaya
saysız-hesabsız teleqramlar vurulsa da, nəticə yox idi.
Rasim BAYRAMOV
―Azərbaycan‖.-2011.-16 fevral.-N 36.-S.4.
Dostları ilə paylaş: |