Mizə Allahverdiyev: "Ermənilərin hücumundan sonra meĢəyə çəkildik. 3 gün ac-susuz qaldıqdan sonra
bizi tutub Əsgəranda ölüm kamerasına saldılar. Hər gün bir neçə adamı iĢgəncə ilə öldürürdülər. Qızıl diĢlərimi
kəlbətinlə çıxardılar, iki qabırğamı sındırdılar. Atamı, qardaĢımı, qardaĢım oğlunu öldürdülər. 18 gündən sonra
bir alt paltarında bizi dəyiĢdirdilər".
8 yaĢlı Xatirə Orucova: "Gözümün qabağında atamı, anamı və 6 yaĢlı bacımı öldürdülər. Mənə də
güllə dəyib".
Gülalı Mehrəliyev: "Altı günə kimi meĢədə qaldıq. Ac-susuz, gecələr meĢənin vahiməsi, soyuq, erməni
qorxusu yazıq qızımın bağrını yardı. Nakam balam dözə bilmədi, keçindi. Balamın 20 yaĢı vardı, 8 ay idi gəlin
köçmüĢdü. Sağ qalıb, min bir çətinliklə Ağdama gəlib çıxdım. Amma qızımın meyitindən nigaranam. Bircə onu
gətirib basdırsaydım, bəlkə bir az rahatlanardım"(6).
Zavallı xocalılar, arzu etdiyiniz o azca rahatlığı ermənilər o soyuq, müdhiĢ fevral gecəsində əlinizdən bir
yolluq aldılar. Nə qədər ki, haqq, ədalət bərpa olunmayıb, torpaqlarımız alınmayıb, nə dirilərin ürəyi, nə də
Ģəhidlərin ruhu rahatlıq tapacaq. Ermənilər belə faciəni yaĢamıĢ olsaydılar dünyanı ayağa qaldırardılar.
Yalnız böyük siyasətçi ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu faciə siyasi qiymətini
ala bildi. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm
günü" elan olundu, Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin qərarı ilə hər il fevral ayının 26-sı saat
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
122
17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti
olaraq sükut dəqiqəsi elan edildi. Erməni silahlı qüvvələri Dağlıq Qarabağı bütövlükdə və 7 rayonu qan tökə-
tökə iĢğal etdi. Bu iĢğal nəticəsində 20 mindən çox azərbaycanlı qətlə yetirilmiĢ, 50 min nəfərdən çox insan əlil
olmuĢ, 4 mindən çox insan əsir və itkin düĢmüĢ, girov götürülmüĢdür. Bır milyondan çox Azərbaycan vətəndaĢı
öz ata-baba yurdlarından qovularaq məcburi köçkünə çevrilmiĢdir. Bütün dünyanın gözü qarĢısında bu
vəhĢilikləri törədən ermənilər heç bir beynəlxalq qanuna, hüquqi normalara məhəl qoymur və dünya susur.
Dünya susduqca onlar daha da azğınlaĢır və Azərbaycanın maddi və mənəvi sərvətlərini qəddarcasına talan edir,
od vurub yandırırlar. Bu alovun dilləri göylərə bülənd olduqca Azərbaycanın dərdini dünyaya hayqırır, təəssüf,
çox təəssüf ki, dünya bu hayqırtını ya eĢitmir, ya da eĢitmək istəmir. Ümummilli liderimiz Heydər Əliyev
Xocalı soyqırımı haqqında demiĢdir: "Bu qəddar və amansız soyqırımı aktı insanlıq tarixinə ən dəhĢətli kütləvi
terror aktlarından biri kimi daxil oldu"(6).
Bu hərbi-siyasi cinayət zamanı 8 ailə tamamilə məhv edildi, 25 uĢaq hər iki valideynini, 130 uĢaq isə
valideynlərindən birini itirdi, 56 nəfər Ģəhid oldu, xüsusi amansızlıq və qəddarlıqla diri-diri yandırıldı.
Ümumiyyətlə, iĢğala haqq qazandırmaq üçün erməni təbliğatçılarının ortaya atdığı saxta ərazi iddiaları zaman-
zaman xalqımıza böyük bəlalar gətirdi. Təəssüf ki, Ermənistanın hərbi təcavüzü dünya ictimaiyyəti tərəfindən
ittiham edilmədi, bu dəhĢətli cinayət cəzasız qaldı. Beynəlxalq Cenevrə Konvensiyasına əsasən, Ermənistan
Respublikasına qarĢı sanksiyalar tətbiq edilməli olduğu halda, bu cinayətin iĢtirakçılarının heç biri
cəzalandırılmadı.
Ġkrah hissi yaradan məsələlərdən biri də Xocalı faciəsini törədən erməni mənfurlarının bu faciə üzərində
siyasi oyunbazlıqlarıdır. Belə ki, onlar xarici ölkə mətbuatında yalanlar uydurur, Xocalı faciəsinin faktlarını
qəsdən əksinə izah edir, heç bir əndazəyə sığmayan iftiralar yayırlar: bu vəhĢiliyi, guya, azərbaycanlılar
ermənilərə qarĢı edib. Xocalı faciəsi, guya, azərbaycanlıların özləri tərəfindən törədilib.
Dünya birliyi və beynəlxalq təĢkilatlar Ermənistanın bu təcavüzünün qarĢısını almaq üçün vaxtında
təsirli tədbirlər görmədiyi üçün "həvəslənən" ermənilər Azərbaycan Respublikasının 14 min kv. km (20 %-ni)
ərazisini iĢğal etdilər (1).
Ümumiyyətlə, ermənilərin Azərbaycana qarĢı təcavüzü zamanı 20 mindən çox adam öldürüldü. 50
minədək adam yaralandı və ya Ģikəst oldu. 4 min nəfər əsir düĢdü, yaxud girov götürüldü. 1 milyonadək
azərbaycanlı ev-eĢiyini itirdi. 100 mindən çox yaĢayıĢ evi, 1 milyondan çox iqtisadi obyekt, 600-dən çox
məktəb və tibb müəssisəsi yandırıldı, talan edildi və 100 milyonlarla dollar dəyərində Ģəxsi əmlak, dövlət
əmlakı, maddi sərvətlər iĢğal olunmuĢ ərazilərdən Ermənistana daĢındı. Erməni vandalizmi nəticəsində
azərbaycanlılara məxsus minlərlə tarix və mədəniyyət abidəsi dağıdıldı, muzey eksponatları və kitabxanalar
məhv edildi.
Hələ o zaman Azərbaycan Prezidenti, ulu öndərimiz Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlı
Qarabağ münaqiĢəsinin nizamlanmasında beynəlxalq təĢkilatların və dünya dövlətlərinin laqeydliyini önə
çəkərək "ATƏT-in sərhəd və ərazilərin toxunulmazlığı prinsiplərinə Azərbaycan həmiĢə tərəfdar olmuĢdur"
deməklə beynəlxalq təĢkilatların. dünya səviyyəsində böyük nüfuza malik dövlətlərin Ermənistanın iĢğalçılıq
siyasətinin qarĢısını almaq üçün təsirli tədbirlər görmədiyini təəssüflə ifadə edirdi (2, s. 10). Ermənistan isə bir
qayda olaraq beynəlxalq təĢkilatların və dünya dövlətlərinin bəyanat və xəbərdarlıqlarına məhəl qoymayaraq
Dağlıq Qarabağ probleminin həll edilməsinə "kompromislər" bəhanəsi ilə mane olmaqda davam etmiĢdir.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Ġlham Əliyevin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsinin həllində qətiyyətli və sərt mövqe tutması və hücum
diplomatiyasına üstünlük verməsi bu məsələyə barmaqarası baxan beynəlxalq təĢkilatların, xüsusilə ATƏT-in
Minsk Qrupunun fəaliyyətinin canlanmasına səbəb oldu. Bu istiqamətdə məntiqi ardıcıllıqla atılan qətiyyətli
diplomatik addımlar qarĢı tərəfi reallıqla, ədalətlə barıĢmağa məcbur etməyə baĢladı. Hələ Azərbaycan
Respublikasının baĢ naziri olarkən Ġlham Əliyev sentyabrın 24-də BMT BaĢ Məclisinin 58-ci sessiyasında çıxıĢı
zamanı demiĢdir: "Azərbaycan Dağlıq Qarabağ münaqiĢəsinin "mövcud reallıq" əsasında həll variantı ilə heç
zaman razılaĢmayacaq və torpağının bir qarıĢını belə heç kimə verməyəcəkdir" (3, s. 62). Azərbaycan dövlətinin
beynəlxalq təĢkilatlarda apardığı diplomatik səylər nəticəsində respublikamızın ərazi bütövlüyünün bərpa
edilməsində onu dəstəkləyən dövlətlərin sayı artsa da, ermənilərin iĢğalçı siyasəti günbəgün ifĢa edilsə də,
Azərbaycan hökumətinin haqq iĢini dəstəkləyən dövlətlərin Ermənistana təzyiqi güclənsə də, təəssüf ki,
Ermənistan-azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsi hələ də öz həllini tapmamıĢdır. Belə ki, Azərbaycan
dövlətinin ATƏT-in Minsk qrupu üzvləri ilə, ATƏT üzvü olan dövlətlərlə apardığı fəal və məqsədyönlü iĢin
Azərbaycanın Dağlıq Qarabağ probleminin ədalətli və sülh yolu ilə həllinə yaxınlaĢdırsa da münaqiĢə hələ də
həll edilməmiĢdir.
1992-ci ildə birbaĢa Xocalı faciəsinə baĢçılıq edən Serj Sarkisyan Ermənistan prezidenti seçildikdən
sonra, elə bu yaxınlarda verdiyi müsahibələrində bir daha bu vəhĢiliyi, bu qəddarlığı törədən "qəhrəman" kimi
utanmadan, çəkinmədən danıĢır.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
123
"BBC", "Moscou Times" və "The Times of London" mətbuat agentliyində çalıĢan jurnalist "Çornıy
Sad" kitabının müəllifi Tomas de Vaala verdiyi müsahibəsində yazır: "Hazırkı Ermənistan prezidenti Serj
Sarkisyandan Xocalının iĢğalı barəsində soruĢduqda o, ehtiyatla cavab vermiĢdir: "Biz bu haqda danıĢmaq
istəməzdik. Qurbanların sayına gəlincə. onun sözlərinə görə, rəqəmlər təhrif olunaraq ĢiĢirdilmiĢdir, bundan
əlavə qaçan azərbaycanlılar silahlı müqavimət göstərmiĢlər". Lakin baĢ vermiĢ hadisələrə dair fikrini Sarkisyan
daha doğru və sərt Ģəkildə bildirmiĢdir: "DüĢünürəm ki, əsas məsələ baĢqa Ģeydədir. Xocalı olayına qədər
azərbaycanlılar fikirləĢirdilər ki, bizimlə zarafat etmək olar, onlar fikirləĢirdilər ki, ermənilər dinc əhaliyə əl
qaldıra bilməzlər. Biz bu yanlıĢ təəssüratı dağıda bildik. BaĢ verənlər göz önündədir. Bir də onu nəzərə almaq
lazımdır ki, həmin oğlanlar arasında Bakı və Sumqayıtdan qaçan oğlanlar da var idi".
Ermənilər törətdikləri vəhĢiliklərə görə haqq-ədalət qarĢısında cavab verməyə məcbur edilməyincə,
Ermənistan iĢğalçı dövlət kimi tanınmayınca, bu kimi hadisələrin təkrarlanmasına Ģübhə edilməməlidir. Heç
kim zəmanət verə bilməz ki, dünya ictimaiyyətinin gözü qarĢısında baĢ verən Xocalı soyqırımı kimi dəhĢətli
faciəyə rəvac verənlər nə vaxtsa özləri də belə faciələrlə qarĢı-qarĢıya qalmayacaqlar.
ĠSTĠFADƏ OLUNMUġ ƏDƏBĠYYAT
1. Azərbaycan beynəlxalq aləmdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1993-1998-
ci illərdə xarici ölkələrə səfərlərinə dair materiallar. I-IV cildlər. (c.I, 1996, 268 s.; c.II, 1997, 761 s.; с. II, 1998,
776 s.; c.IV, 1999, 520 s.). Bakı: Göytürk, 1996-1999
2. Azərbaycan Respublikasının BaĢ naziri Ġlham Əliyevin sentyabrın 24-də BMT BaĢ Мəсlisinin 58-ci
sessiyasında çıxıĢı // DirçəliĢ-XXI əsr, 2003, № 67-68, s. 64-68
3. Ġmanov R. Azərbaycanın ərazi bütövlüyünə qəsd - qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti. Bakı:
Adiloğlu, 2005, 260 s.
4. Mahmudov Y., ġükürov K. Qarabağ: real tarix, faktlar, sənədlər (Azərbaycan, ingilis, fransız, эгэЬ,
alman və rus dillərində). Bakı: Təhsil, 2005, 380 s.
5. Məmmədova H. Xocalı: Ģəhidlər, Ģahidlər. Bakı: XXI-YNE, 2003, 197 s.
6. Məmmədov N. Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti, iyun 1941, dekabr 1950-ci illərdə.
Bakı: Elm, 2006, s. 38
7. PaĢayev A. XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarĢı törətdikləri soyqırımları
deportasiyalar (arxiv sənəd və materialları əsasında). T.e.d. alimlik dərəcəsi almaq üçün dis. avtoreferatı). Bakı,
2008, 22 s.
8. Sayadov S. XX əsr: Azərbaycan və dünya. Bakı: Elm, 2006, 186 s.
9. Veliçko V. Rus iĢi və tayfalararası məsələlər (tərcümə edən V.Quliyev). Bakı: AzərnəĢr, 1995, 192 s.
10. Алиев Г. Обращение к азербайджанскому народу в связи с восьмой годовщиной
Ходжалинского геноцида // Бакинский рабочий, 26 февраля 2000.
11. Помпеев Ю. Кровавый омут Карабаха. Баку: Азернешр, 1992. 280 с.
12. События вокруг НКАО в кривом зеркале фальсификаторов (Сборник материалов). Баку: Элм,
1989, 92 с.
KHODJALY GENOCIDE IS THE RESULT OF TERRITORIAL
ASSERTIONS OF ARMENIA TO AZERBAIJAN.
Khavva Mamedova
The work makes paleontological research of historical stages of territorial assertions of Armenia
towards truly Azerbaijan lands that became the basic element of implementation of chauvinistic programs of
Armenian extremist political organizations and the consequence of national policy of imperial Russia on mass
migration of the Armenians to the South Caucasus. Basing on historical documents and published materials
connected with Armenian-Azerbaijan conflict over Nagomo Garabag, the author specially underlines the
criminal character of the policy of genocide of the Azerbaijanis that showed in atrocities committed by the
Armenians over the residents of Khodjaly, the great role of nationwide leader Heydar Aliyev played in political
assessment of the tragedy and stabilization of military-political situation in the Caucasus.
ХОДЖАЛИНСКИЙ ГЕНОЦИД - РЕЗУЛЬТАТ ТЕРРИТОРИАЛЬНЫХ
ПРИТЯЗАНИЙ АРМЕНИИ К АЗЕРБАЙДЖАНУ.
Хавва Мамедова.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
124
В работе проводится политологическое исследование исторических этапов территориальных
притязаний Армении в отношении исконно азербайджанских земель, ставших важнейшей частью
реализации шовинистских программ армянских экстремистских политических организаций и
следствием национальной политики царской России по массовому переселению армян на Южный
Кавказ. Основываясь на исторических документах и публицистических материалах, связанных с армяно-
азербайджанским нагорно-карабахским конфликтом, автор особо отмечает преступный характер
политики геноцида азербайджанцев, проявившийся в зверствах, учиненных армянами над жителями
Ходжалы, выдающуюся роль общенационального лидера Гейдара Алиева в политической оценке
трагедии и стабилизации военно-политической обстановки на Кавказе.
“DirçəliĢ XXI əsr”.–2010.-№141-142.–S.197-208.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
125
SOYQIRIM
insanlıq əleyhinə cinayətlərin ən təhlükəlisidir
Şahin Rüstəmov,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Aparat rəhbərinin əvəzi 3-cü dərəcə dövlət müşaviri
1944-cü ilə qədər «soyqırım» anlayıĢı ictimaiyyətə bəlli olmamıĢdır. Bu xüsusi termin hər hansı insan
qrupuna qarĢı onların məhv edilməsi məqsədilə törədilən cinayət əməllərini ifadə edir. Ġlk dəfə 1944-cü ildə
yəhudi mənĢəli polĢalı hüquqĢünas Rafael Lemkin Avropa yəhudilərinin faĢistlər tərəfindən kütləvi məhv
edilməsi siyasətini ifadə edən yeni termin iĢlətdi. O, yunan dilində genos - «nəsil, kök, soy» sözü ilə latın
dilindən caedo - «öldürürəm» sözlərinin birləĢməsindən «genosid» (soyqırımı) terminini təklif etdi. Bu termini
təklif edən Lemkin belə əsaslandırırdı ki, soyqırımı - müəyyən insan qruplarının mövcudluğunun vacib
əsaslarını məhv etməyə yönəlmiĢ müxtəlif cinayətkar hərəkətlərin koordinasiya olunmuĢ, planlı Ģəkildə həyata
keçirilməsidir. Bir ildən sonra Nürnberq beynəlxalq hərbi tribunalı faĢist liderlərini «bəĢəriyyət əleyhinə
cinayətlərdə» ittiham etdi. Tribunalın ittiham aktında «soyqırım» anlayıĢı hüquqi termin kimi deyil, təsviri ifadə
kimi iĢlədilmiĢdi.
9 dekabr 1948-ci ildə BirləĢmiĢ Millətlər TəĢkilatı tərəfindən «Soyqırım cinayətinin qarĢısının alınması
və cəzalandırılması haqqında» Konvensiya qəbul edildi. (Bu Konvensiya 12 yanvar 1951-ci ildə qüvvəyə
minmiĢdir). Bununla ilk dəfə olaraq beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə
kütləvi məhv edilməsinə yönələn cinayətlər soyqırım adlandırılmaqla, Konvensiyaya qoĢulan dövlətlərin
üzərinə bu cinayətin qarĢısının alınması və bu cinayəti törədənlərin cəzalandırılması vəzifəsi qoyuldu.
Bu Konvensiyaya görə (Maddə 2) soyqırım hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya
bütövlükdə məhv edilməsi məqsədilə törədilən aĢağıdakı hərəkətlərdən biridir:
a)
bu cür qrup üzvlərinin öldürülməsi;
b)
bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər
yetirilməsi;
c)
qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat Ģəraiti
yaradılması;
d)
bu cür qrup daxilində doğumun qarĢısını almağa yönəlmiĢ tədbirlərin həyata keçirilməsi;
e)
bir insan qrupuna mənsub olan uĢaqların zorla baĢqa qrupa verilməsi.
Konvensiyanın 3-cü maddəsinə görə aĢağıdakı əməllər cəzalandırılandır:
a)
soyqırım;
b)
soyqırım törətməyə yönəlmiĢ gizli sövdələĢmə;
c)
soyqırım törətməyə birbaĢa və açıq təhrik;
d)
soyqırım törətməyə yönəlmiĢ qəsd;
e)
soyqırımda iĢtirak.
Hazırkı dövrə qədər müxtəlif ölkələrdə bəĢəriyyət əleyhinə törədilmiĢ bir neçə cinayət beynəlxalq aləm
tərəfindən soyqırım kimi qəbul edilib. FaĢistlərin Avropada törətdiyi məlum əməllər Nürnberq Tribunalının
hökmü ilə soyqırım kimi qiymətləndirilməsə də bəĢəriyyət əleyhinə cinayət hesab edilmiĢdir (həmin dövrdə
«soyqırım» hüquqi termin kimi iĢlədilmirdi). KeçmiĢ Yuqoslaviyanın ərazisində olan Bosniya münaqiĢəsi
zamanı (1992-1995) kiçik Srebrenisa Ģəhərciyində serb qoĢunları tərəfindən 7800 bosniyalı kiĢilərin və oğlan
uĢaqlarının öldürülməsi bəĢəriyyət əleyhinə ağır hərbi cinayət olmaqla soyqırım kimi qiymətləndirildi. 1993-cü
ildə BMT Təhlükəsizlik ġurasının 827 saylı qətnaməsi ilə Haaqada keçmiĢ Yuqoslaviya üzrə Beynəlxalq
Tribunal yaradıldı. Tribunalın yurisdiksiyası keçmiĢ Yuqoslaviyanın ərazisi ilə məhdudlaĢırdı. 1994-cü ilin
oktyabr ayında BMT-nin Təhlükəsizlik ġurası Ruandada Tutsi xalqının 800 min əhalisinin öldürülməsi ilə
(1994-cü ilin aprel-iyul ayları ərzində) əlaqədar Beynəlxalq Tribunalın yaradılmasına qərar verdi. Hərbi
Tribunal Tanzaniyanın AruĢa Ģəhərində yerləĢirdi. 2 sentyabr 1998-ci ildə tarixdə ilk dəfə olaraq soyqırım
cinayəti törətməkdə ittiham edilərək Taba kommunasının meri postunda fəaliyyət göstərmiĢ Jan-Pol
Akayesunun barəsində hökm çıxarıldı. Bu tribunallar və Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyəti ilə öz
yurisdiksiyaları çərçivəsində cinayətləri araĢdırmasına və məhkəmə presedenti yaratmalarına baxmayaraq,
soyqırım cinayətinin müəyyən edilməsi və bu cinayəti törətmiĢ Ģəxsləri məhkum etmək praktiki cəhətdən hələ
də çətinliklərlə qarĢılaĢır. Bundan da mürəkkəb məsələ isə soyqırım cinayətinin qarĢısının alınmasıdır.
Beynəlxalq aləmin səylərinə baxmayaraq, bu gün də soyqırım cinayətini törədən Ģəxslərin cəzalandırılması və
soyqırımın qarĢısının alınması çətin və mürəkkəb bir prosesdir.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
126
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuĢ BMT-nin «Soyqırım cinayətinin
qarĢısının alınması və onun cəzalandırılması haqqında» Azərbaycan Respublikasının Qanunu 31 may 1996-cı
ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən imzalanmıĢdır. Qanun 25 iyun 1996-cı ildə «Azərbaycan»
qəzetində dərc edilməklə qüvvəyə minmiĢdir.
Konvensiyanın müddəalarının icra edilməsi üzrə Azərbaycan Respublikasının öz üzərinə götürdüyü
öhdəliklərin həyata keçirilməsi istiqamətində görülən tədbir kimi Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinə «Soyqırım» (Maddə 103), «Soyqırımın törədilməsinə təhrik etmə» (Maddə 104) maddələri daxil
edilmiĢdir.
Bu gün böyük təəssüf hissi və ürək ağrısı ilə qeyd edirik ki, dünyanın soyqırıma məruz qalan az sayda
xalqları sırasında Azərbaycan xalqı da var. XIX əsrdən baĢlayaraq, Ģovinist imperiyaların himayəçiliyi ilə
ermənilər tərəfindən azərbaycanlılara və Azərbaycana qarĢı törədilən hərəkətlər məhz soyqırım kimi
qiymətləndirilməlidir. Azərbaycanın və azərbaycanlıların üzləĢdiyi bu faciələr ilk dəfə Heydər Əliyev tərəfindən
imzalanmıĢ 26 mart 1998-ci il tarixli «Azərbaycanlıların soyqırımı haqqında» Azərbaycan Respublikası
Prezidentinin Fərmanı ilə siyasi qiymətini aldı. Fərmanda qeyd olunur: «...Azərbaycanın XIX-XX əsrlərdə baĢ
verən bütün faciələri torpaqlarının zəbti ilə müĢayiət olunaraq, ermənilərin azərbaycanlılara qarĢı düĢünülmüĢ,
planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təĢkil etmiĢdir. Bu hadisələrin yalnız
birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmiĢdir. Azərbaycan Xalq Cümhuriyyətinin
varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı
olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir...»
Beləliklə, ilk dəfə Heydər Əliyevin Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan
edilmiĢdir.
Azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalmasını təsdiqləyən faktlardan biri də 26
fevral 1992-ci ildə ermənilərin törətdiyi Xocalı faciəsidir. Həmin gün cəmi bir necə saat ərzində 613 nəfər dinc
azərbaycanlı, o cümlədən 63 uĢaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı olduğuna görə qəddarcasına,
dözülməz iĢgəncə verilməklə öldürülmüĢ, 487 nəfərə ağır xəsarət yetirilmiĢ, 1275 sakin - köməksiz qocalar,
uĢaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qoyulmuĢlar. Erməni
hərbçiləri öldürdükləri insanların baĢlarının dərisini soymuĢ, müxtəlif əzalarını kəsmiĢ, körpə uĢaqların gözlərini
çıxarmıĢ, hamilə qadınların qarınlarını yarmıĢ, adamları diri-diri torpağa basdırmıĢ və ya yandırmıĢlar.
Bu faciənin də Azərbaycanlıların soyqırımının tərkib hissəsi olmaqla acı nəticələri, illər keçməsinə
baxmayaraq, hələ də öz təsirini göstərir. Bütövlükdə isə, 1988-ci ildən ermənilərin Dağlıq Qarabağda baĢladığı
növbəti avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaĢımız erməni qəsbkarları tərəfindən
öz doğma yurd-yuvalarından didərgin salınmıĢ, ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən iĢğalı
zamanı minlərlə vətəndaĢımız Ģəhid olmuĢ, xəsarət almıĢdır.
Xalqımız ermənilərin azərbaycanlılara qarĢı əsrlər boyu davam etdirdiyi soyqırımı unutmur. Bu mənada
Azərbaycan Respublikasının Prezidenti Cənab Ġlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada
tanıdılmasına yönəlmiĢ tədbirlər həyata keçirməsi hər bir azərbaycanlı üçün nümunə olmalıdır. Hesab edirik ki,
soyqırıma qiymət verilməsi siyasi aksiya olmaqla yanaĢı, həm də hüquqi məsələdir. Bu mövzu hüquqĢünaslar
tərəfindən araĢdırılmalı, hər bir hüquqĢünas ermənilərin azərbaycanlılara qarĢı törətdiyi soyqırımın beynəlxalq
hüquqi qiymət almasına istiqamətlənmiĢ tədbirlərdə əlindən gələni əsirgəməməlidir.
Bu mənada hazırkı nəĢri də belə tədbirlərdən biri kimi əhəmiyyətli Ģəkildə qiymətləndirmək olar.
Azərbaycanlılara qarĢı soyqırımın acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində siyasi və
sosial tədbirlərə həm də hüquqi dəstək verilməsi baxımından bu kitabın nəĢri və yayılması əhəmiyyətli
addımdır. Bu nəĢrdə soyqırıma dair beynəlxalq sənədlər, ölkədaxili normativ aktlar və digər sənədlər
toplanmıĢdır. Ümid edirik ki, bu cür təĢəbbüslər hüquqĢünaslarımız tərəfindən dəstəklənəcək və davam
etdiriləcəkdir. Çünki bu, hər bir azərbaycanlını düĢündürən və düĢündürməli olan ümummilli məsələdir.
Həmçinin, nəzərə almaq lazımdır ki, soyqırım - hansı milli, etnik, irqi, dini insan qrupuna yönəlməsindən asılı
olmayaraq, insanlıq əleyhinə olan cinayətdir. Cinayətə qarĢı mübarizə aparmaq isə hər bir bəĢər övladının
borcudur.
“Soyqırım cinayəti (Beynəlxalq aktlar, müraciətlər və şərhlər toplusu)”.- Bakı: 2010.- S. 3-7.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
127
Dostları ilə paylaş: |