Xocali soyqirimi



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix06.09.2017
ölçüsü1,27 Mb.
#29146
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

 
Salman Alıoğlu. Bura Vətəndir. Bakı: 2003, 
S.87-89
 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
95 
 
Beynəlxalq hüquq Xocalı qətliamının soyqırımı olduğunu birmənalı təsdiqləyir 
 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiĢ Xocalı faciəsi iki yüz ilə 
yaxın  müddətdə  erməni  Ģovinist-millətçiləri  tərəfindən  azərbaycanlılara  qarĢı  müntəzəm  olaraq  həyata 
keçirilən  etnik  təmizləmə  və  soyqırımı  siyasətinin  davamı,  ən  qanlı  səhifəsidir.  Xocalı  qətliamı 
Ermənistanın  Dağlıq  Qarabağı  iĢğal  etmək  məqsədilə  apardığı  iĢğalçılıq  müharibəsinin  gediĢində  dinc 
azərbaycanlı əhaliyə qarĢı törədilmiĢ soyqırımı cinayətlərinin  miqyasca ən dəhĢətlisidir. Tarixi abidələri 
ilə  fərqlənən,  Azərbaycan  tarixinin  öyrənilməsində  mühüm  əhəmiyyət  kəsb  edən  qədim  mədəniyyətə, 
strateji önəmə malik Xocalı rayonu erməni separatizminin, Ģovinizminin qurbanı olmuĢdur. 
 
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarĢı törətdikləri növbəti genosid - Xocalı soyqırımı 613 
nəfərin, o cümlədən 106 qadının, 63 azyaĢlı uĢağın, 70 qocanın həyatına son qoydu. 487 nəfər Ģikəst oldu, 1275 
dinc  sakin  əsir  götürüldü,  150  nəfər  itkin  düĢdü.  Bu  soyqırımı  aktı  nəticəsində  bəzi  ailələr  bütünlüklə  məhv 
edildi,  mülki  əhali  görünməmiĢ  qəddarlıqla  qətlə  yetirildi,  əsir  götürülənlərə  amansız  iĢgəncələr  verildi.  Bu 
əməllərin  qabaqcadan  düĢünülmüĢ  qaydada,  milli  əlamətinə  görə  insanların  tamamilə  və  ya  qismən  məhv 
edilməsi  niyyətilə törədilməsi beynəlxalq və  dövlətdaxili hüquqa əsasən  məhz soyqırımı  olduğunu sübut  edir. 
Erməni  qəsbkarlarının  törətdikləri  bu  vəhĢilik  və  vandalizm  aktı  tərəqqipərvər  bəĢəriyyətin  genosid  kimi 
tanıdığı Xolokost, Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirilməlidir.  
O  vaxt  BMT-yə  yeni  üzv  qəbul  olunmuĢ  Azərbaycanın  həmin  dövrdə  bu  mötəbər  təĢkilatın 
prinsiplərinə əsaslanmaqla Xocalıda baĢ verən faciənin soyqırımı kimi tanınması istiqamətində zəruri tədbirlər 
həyata  keçirməməsi  olduqca  təəssüfləndirici  faktdır.  Halbuki  beynəlxalq  hüquqa  görə,  genosid  sülh  və 
bəĢəriyyət  əleyhinə  yönələn  əməl  olaraq  ən  ağır  beynəlxalq  cinayətlərdən  biri  sayılır.  BMT  BaĢ  Məclisinin 
1946-cı  il  11  dekabr  tarixli  96  (I)  saylı  qətnaməsində  də  qeyd  olunur  ki,  genosid  insan  qruplarının  yaĢamaq 
hüququnu tanımamaqla insan  mənliyini təhqir  edir, bəĢəriyyəti insanlar tərəfindən  yaradılan  maddi  və  mənəvi 
dayaqlardan  məhrum  edir.  Belə  bədnam  əməllər  BMT-nin  məqsəd  və  vəzifələrinə  tam  ziddir.  BMT  BaĢ 
Məclisinin 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiĢ "Genosid cinayətinin qarĢısının alınması 
və  cəzalandırılması  haqqında"  Konvensiyanın  2-ci  bəndində  göstərilən  Ģərtlər  də  Xocalı  faciəsinin  məhz 
soyqırımı  adlandırılmasına  tamamilə  imkan  yaradırdı.  Konvensiyaya  qoĢulan  dövlətlər  sülh,  yaxud  müharibə 
dövründə  törədilməsindən  asılı  olmayaraq,  genosidin  beynəlxalq  hüquq  normalarını  pozan  cinayət  olduğunu 
təsdiq  edərək,  onun  qarĢısının  alınması  və  səbəbkarlarının  cəzalandırılması  üçün  tədbirlər  görməyi  öhdələrinə 
götürmüĢlər.  Ermənistanın  Azərbaycana  qarĢı  təcavüzü  zamanı  həmin  konvensiyada  təsbit  olunmuĢ  genosid 
cinayətini təĢkil edən bütün əməllər tətbiq olunmuĢdur. Həmin beynəlxalq sənəddə göstərilir ki, hər hansı milli, 
etnik,  yaxud  dini  qrupun  tam  və  ya  qismən  məhv  edilməsilə  törədilən  bir  sıra  hərəkətlər  genosid  (soyqırımı) 
cinayətinin mahiyyətini təĢkil edir. Bu hərəkətlər - həmin qrupun üzvlərinin öldürülməsi, ağır bədən xəsarətinin, 
onların  fiziki  məhvinə  səbəb  olan  həyat  Ģəraitinin  yaradılması,  uĢaqların  zorla  bir  insan  qrupundan  alınıb 
baĢqalarına verilməsi törədilmiĢ cinayətin soyqırımı kimi tövsif edilməsinə əsas verir.  
Bu  hüquqi  meyarlardan  yanaĢdıqda,  ermənilərin  Xocalıda  törətdikləri  dəhĢətli  cinayətlərin  genosid 
olduğuna heç bir Ģübhə qalmır. Həmin gün mənfur erməni silahlı birləĢmələri Xocalı əhalisini məhz milli-etnik, 
dini səbəblərlə son nəfərinədək qətlə yetirmək, məhv etmək məqsədini qarĢıya qoymuĢdular.  
Xocalı  soyqırımı  və  iĢğalçı  Ermənistanın  torpaqlarımızda  törətdiyi  digər  faciələr  nəticəsində  Ġnsan 
hüquqları  haqqında  Ümumi  Bəyannamədə,  Ġnsan  hüquqlarının  və  əsas  azadlıqlarının  müdafiəsi  haqqında 
Avropa  Konvensiyasında  və  digər  beynəlxalq  aktlarda  təsbit  olunmuĢ  hüquq  və  azadlıqlar,  o  cümlədən 
insanların yaĢamaq hüququ kobud Ģəkildə, kütləvi surətdə pozulmuĢ, onların Ģərəf və ləyaqəti tapdanmıĢdır. 
1992-1993-cü  ilin  yarısına  qədər  hakimiyyətdə  olmuĢ  səriĢtəsiz  və  yarıtmaz  qüvvələr  bu  və  digər 
hüquq normalarına əsaslanmaqla Xocalı faciəsinin real mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün heç 
bir  iĢ  görmədilər.  Halbuki  artıq  Dağlıq  Qarabağ  münaqiĢəsi  beynəlxalq  ictimaiyyətin  diqqət  mərkəzinə 
gətirildiyi,  beynəlxalq  müstəvidə  danıĢıqların  baĢlandığı  dövr  idi.  Ermənilər  Azərbaycanın  guya  təcavüzkar 
olduğunu sübuta yetirmək üçün təbliğat maĢınını tam gücü ilə iĢə salaraq "Sumqayıt olayları"nı dünyaya bəyan 
etdilər.  Hətta  1993-cü  il  fevralın  23-də  imzalanmıĢ  "Azərbaycana  qarĢı  edilmiĢ  vəhĢiliklərin  açıqlanması 
haqqında" fərman da kağız üzərində qalmıĢdı.  
Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faĢizminin ifĢası ilə bağlı ilk praktik 
təĢəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdıĢından sonrakı dövrə təsadüf edir. 
Ümummilli  lider  ilk  gündən  Ermənistanın  Azərbaycana  qarĢı  həyata  keçirdiyi  soyqırımı  və  terror  siyasətinin 
mahiyyətini,  habelə  ərazilərimizin  iĢğalından  sonra  Dağlıq  Qarabağın  terrorizm  mənbəyinə  çevrilməsi,  orada 
narkotik  maddələrin  yetiĢdirilməsini,  mədəni  abidələrin  məhv  edilməsi  faktlarının  və  digər  faktların  dünya 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
96 
ictimaiyyətinə  çatdırılmasını  xarici  siyasətdə  mühüm  vəzifələrdən  biri  kimi  müəyyənləĢdirdi.  Bu  məqsədlə 
atılan  mühüm  addımlardan  biri  erməni  təcavüzü  nəticəsində  üzləĢdiyimiz  milli  faciələrimizə  siyasi-hüquqi 
qiymətin verilməsi oldu.  
Ulu  öndərin təĢəbbüsü  ilə 1994-cü il  fevralın 24-də  Milli Məclis  "Xocalı Soyqırımı Günü haqqında" 
qərar  qəbul  etmiĢ,  BMT-yə,  dünya  dövlətlərinə  bu  qətliamın  mahiyyətini  açıqlayaraq  beynəlxalq  ictimaiyyəti 
erməni  terrorizminə  qarĢı  təsirli  tədbirlər  görməyə  çağırmıĢdır.  Son  18  ildə  Xocalı  həqiqətlərinin  dünyaya 
tanıdılması,  Ermənistanın  havadarlarının  dəstəyi  ilə  həyata  keçirdiyi  insanlıq  əleyhinə  cinayətin  beynəlxalq 
miqyasda ifĢası istiqamətində xeyli iĢ görülmüĢ, xarici dillərdə kitablar, sənədlər dərc olunmuĢ, Xocalı genosidi 
müxtəlif təĢkilatlarda gündəmə gətirilmiĢ, bununla bağlı bir çox internet saytı yaradılmıĢdır.  
Ümummilli lider hər zaman Xocalı faciəsinə xüsusi həssaslıqla yanaĢmıĢdır. Ulu öndər Heydər Əliyev 
hər il faciənin ildönümündə keçirilən tədbirlərdə iĢtirak etmiĢ, Xocalı soyqırımını kədər hissi ilə xatırlamıĢdır. 
Xocalı  faciəsinin  Azərbaycan  xalqının  qan  yaddaĢı  olduğunu  dəfələrlə  bəyan  etmiĢ  ulu  öndər  hadisələrə 
beynəlxalq  aləmdə  əsl  siyasi  qiymət  verilməsinin  zəruriliyini  vurğulamıĢ,  bu  məsələnin  dünya  ictimaiyyətinə 
çatdırılması  üçün  çox  səy  göstərmiĢdir.  Faciəni  xalqımızın  böyük  dərdi,  kədəri,  qəmi  adlandırmıĢ  Heydər 
Əliyev  eyni  zamanda  Azərbaycanın  əsrlər boyu  keçdiyi  mübarizə,  milli azadlıq  yolunu Ģanlı, uğurlu  yol  kimi 
dəyərləndirmiĢdir.  
Ulu  öndər  Heydər  Əliyevin  "Xocalı  soyqırımı  qurbanlarının  xatirəsinə  sükut  dəqiqəsi  elan  edilməsi 
haqqında"  25  fevral  1997-ci  il  tarixli  Sərəncamı  ilə  hər  il  fevral  ayının  26-da  saat  17.00-da  Azərbaycan 
Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan 
edilir.  Azərbaycan  Respublikası  Milli  Məclisinin  26  fevral  2002-ci  il  tarixli  qərarı  ilə  təsdiq  edilmiĢ  "Xocalı 
soyqırımının  10-cu  ildönümü  ilə  əlaqədar  Azərbaycan  Respublikası  Milli  Məclisinin  Bəyanatı"nda  isə  bəyan 
edilir ki,  Azərbaycan  dövləti  mövcud imkanların  hamısından yararlanaraq ərazi bütövlüyünün bərpasını təmin 
edəcək, Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təĢkilatçılarının və 
icraçılarının layiqincə cəzalandırılmasına nail olacaqdır. 
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti Ġlham Əliyev Azərbaycan həqiqətlərinin dünya 
ictimaiyyətinə  çatdırılmasını  səfirliklərimiz  və  diaspor  təĢkilatlarımız  qarĢısında  vacib  məsələ  kimi 
müəyyənləĢdirmiĢdir.  
Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud Ģəkildə pozulması ilə nəticələnmiĢ Xocalı soyqırımına 
hələ  də  beynəlxalq  miqyasda  hüquqi  qiymət  verilməmiĢ,  ermənilərin  terrorçu,  iĢğalçı  əməllərinə  qarĢı  qəti 
tədbirlər görülməmiĢdir. Lakin ölkə rəhbərliyinin bu məsələ ilə bağlı gördüyü iĢlər bizə əminliklə deməyə əsas 
verir ki, gec-tez nüfuzlu beynəlxalq təĢkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək, iĢğalçı Ermənistan 
dövlətinə qarĢı sanksiyalar tətbiq edəcəklər. 
 
Tatyana QOLDMAN,  
Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi 
 
Azərbaycan‖.-2010.-23 fevral.-N 42.-S.6. 
 
  

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
97 
   
Erməni vandalizmi təkcə Xocalını yox, oradakı mövcud olan  
ən qədim maddi-mədəniyyət abidələrini də yer üzündən sildi 
 
26  fevral  1992-ci  ildə  Xocalı  Ģəhərində  dünyada  misli  görünməyən  dəhĢətli  bir  vəhĢiliyin  Ģahidi 
olduq.  Erməni  hərbi  quldurları  aylarla  tam  mühasirədə  saxlanan  Xocalı  Ģəhərini  yerlə  yeksan  etdilər. 
Köməksiz  mülki  əhali  azğın  bir  amansızlıqla  qətlə  yetirildi.  Südəmər  körpələrə,  əlsiz-ayaqsız  qocalara, 
qadınlara,  uĢaqlara  belə  aman  verilmədi.  Bütövlükdə,  Azərbaycan  xalqına  qarĢı  yönəldilmiĢ  Xocalı 
soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəĢər tarixində tayı-bərabəri olmayan 
bir vəhĢilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəĢəriyyətə qarĢı tarixi bir cinayətdir. 
 
Heydər ƏLĠYEV  
Ümummilli lider 
 
Azərbaycanın  dilbər  guĢələrindən  birində,  Qarabağın  dağlıq  hissəsində  Xocalı  adlı  bir  yaĢayıĢ  məskəni 
var  idi.  Əsrlərin  dərinliklərindən  gəlirdi  onun  səsi.  Neçə-neçə  arxeoloji  qazıntılar  nəticəsində  6000  il  bundan 
əvvələ aparıb çıxaran sübutlar, dəlillər aĢkara çıxarılmıĢdı. 
Xocalı  öz  abidələrinin  növləri,  onların  xarakterik  xüsusiyyətləri  və  maddi-mədəniyyət  qalıqlarının 
zənginliyi etibarilə, hələ keçən əsrdən dünya alimlərinin diqqətini cəlb etmiĢdir. Bu abidələrlə alman arxeoloqu 
E.  Resler,  rus  ĢərqĢünası  M.  Xanikov,  ingilis  F.  Bayer,  fransız  A.  Berje  və  baĢqaları  tanıĢ  olmuĢ  və  oradan 
tapdıqları əĢyaları öz ölkələrinə apararaq ayrı-ayrı muzeyləri bəzəməyə çalıĢmıĢlar. 
Azərbaycan  alimləri  tərəfindən  Xocalı  abidələrinin  tədqiqinə  1920-ci  illərdə  baĢlanmıĢdır.  Burada  ilkin 
tədqiqat  iĢləri  aparmıĢ  Azərbaycanın  görkəmli  alimi  Ə.  Ələkbərov  Xocalı  abidələri  kompleksini  Azərbaycan 
abidələri haqqında təsəvvür əldə etmək üçün açar adlandırmıĢdır. 
Əsasən, eramızdan əvvəl XII-XIII əsrləri əhatə edən Xocalı abidələri kompleksi yaĢayıĢ yerlərindən, daĢ 
qutu qəbirləri, müxtəlif tipli kurqanlar, siklop tikililər, kromlexlər və menhirlərdən ibarətdir. 
Adını  çəkdiyimiz  mədəniyyətə  aid  yaĢayıĢ  yerləri  bir  qayda  olaraq  çay  kənarlarında,  təbii-coğrafi 
cəhətdən  əlveriĢli  yerlərdə,  xüsusilə  strateji  cəhətdən  müdafiəsi  qismən  asan  olan  təpələr  üzərində  salınırdı. 
YaĢayıĢ  yerlərində  evlər  əksər  hallarda  yarımqazma  halında  olub,  yuxarı  hissəsi  yonulmamıĢ  çay  daĢlarından 
palçıqla suvamaq  yolu  ilə tikilirdi. Evlərin əksəriyyəti çoxgözlü olub, bütün tayfa üzvlərinə aid  idi.  Arxeoloji 
qazıntılar nəticəsində müəyyən edilmiĢdir ki, çox vaxt tayfa evləri uzunsov Ģəklində, düzbucaqlı formada inĢa 
edilmiĢdir. Bəzən uzunluğu 17-18 metr, eni isə 8-10 metr olan bu cür evlər xüsusi arakəsmələr vasitəsi ilə bir 
neçə hissəyə bölünmüĢdür. 
Xocalı-Gədəbəy  mədəniyyətinə  aid  abidələrin  böyük  bir  qismini  də  siklop  tikililəri  təĢkil  edir.  Əsasən, 
yüksək  təpələrdə  və  alçaq  dağlarda  bina  edilmiĢ  bu  abidələr  yerli  əhali  tərəfindən  hazırda  ―Qalaça‖,  ―Örtük 
daĢı‖, ―Hasar‖, ―Düzülü daĢ‖ və s. adlanır. Məlum olmuĢdur ki, bu abidələr əsasən, eradan əvvəl II minillikdə 
və  I  minilliyin  əvvəllərində  mövcud  olmuĢdur.  Onların  dövrü  qəti  müəyyən  edilsə  də,  lakin  nə  məqsədlə 
tikilməsi hələ də mübahisəlidir. Bəzi alimlər onların yaĢayıĢ yeri və ya böyük ticarət  yolları üzərində müdafiə 
məntəqələri,  bəziləri  siklopların  böyük  bir  qisminin  müqəddəs  yer  olub,  ibadətgah  məqsədilə  bina  edildiyini, 
bəziləri  bağ-bostan  yeri,  daha  baĢqaları  isə  bu  tikililəri  köçərilərin  mal-qara  saxlamaq  üçün  inĢa  etdiklərini 
söyləyirlər. Lakin son tədqiqatların nəticələrindən aydın olmuĢdur ki, bütün Kiçik Qafqaz dağlarının köç yolları 
kənarında inĢa edilmiĢ siklop tikililərinin heç də hamısı eyni məqsəd güdməmiĢdir və baĢlıca olaraq üç məqsəd 
daĢımıĢdır:  iri ticarət yolları üzərində bu  yolları  müdafiə  etmək, düĢmən  hücumları zamanı əhalini  müvəqqəti 
mühafizə etmək və müqəddəs yerləri əbədiləĢdirmək məqsədilə bina edilmiĢdir. 
Xocalı-Gədəbəy  mədəniyyəti  sakinlərinin  həyat  tərzini  və  mədəni  inkiĢaf  səviyyəsini  öyrənmək  üçün 
həmin  mədəniyyətə  məxsus  qəbir  abidələri  və  qəbirlərdən  toplanmıĢ  maddi-mədəniyyət  qalıqları  böyük 
əhəmiyyət kəsb edir. Arxeoloji tədqiqatlardan aydın olmuĢdur ki, bu mədəniyyət sahiblərinin bir neçə tip qəbir 
abidəsi olmuĢdur ki, onların da böyük bir qrupunu kurqan qəbirləri təĢkil edir. 
Qarabağ düzlərinin bir növ təbii yaraĢığı olan bu kurqanlar müxtəlif quruluĢlu və müxtəlif tərkibli hündür 
təpələrdən  ibarət  olub,  vaxtilə  süni  surətdə  qəbirlərin  üstünə  tökülmüĢdür.  Kurqanlar  bəzən,  sadəcə  olaraq, 
torpaqdan, yaxud daĢdan, bir çox hallarda isə daĢla torpağın qarıĢığından tökülmüĢdür. 
Kurqanların  özləri  müxtəlif  olduğu  kimi,  onların  altındakı  qəbirlər  də  müxtəlif  olmuĢdur.  Ölünü  dəfn 
etmək üçün bəzən  kurqanın altında ―ev‖ tikilmiĢ, dairəvi  hasar çəkilmiĢ, bəzən  isə  daĢ qutular düzəldilmiĢdir. 
Xocalı kurqanlarında aparılmıĢ qazıntılar nəticəsində müəyyən edilmiĢdir ki, 3-4 min il bundan əvvəl bu ərazidə 
iki cür dəfn adəti (biri ölünü olduğu kimi dəfn etmək, digəri isə ölünü yandıraraq dəfn etmək) olmuĢdur. Hər iki 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
98 
halda  kurqanlar  həm  ailəvi,  həm  də  tək-tək  Ģəxslərə  məxsus  düzəldilmiĢdir.  Ailəvi  kurqanlarda  bəzən  50-dən 
çox skelet aĢkara çıxarılmıĢdır. 
Ölüyandırma  hadisəsi  Qarabağda  uzun  ömür  sürməmiĢdir  və  alimlərin  ehtimalına  görə  bu  adət  indi  də 
dünyanın bir çox xalqları arasında mövcud olan müqəddəs od ayini ilə əlaqədar idi. 
Xocalıdakı  5  saylı  kurqandan  aĢkar  edilmiĢ  bir  ədəd  gil  qabın  qulpu  üzərində  buğda  dənələri  təsvir 
edilmiĢdir.  Alimlərin  tədqiqatı  nəticəsində  məlum  olmuĢdur  ki,  3-4  min  il  bundan  əvvəl  Qarabağın  sakinləri 
mədəni  buğda  əkinçiliyi  ilə  məĢğul  olmuĢdur.  Yeri  gəlmiĢkən  qeyd  edək  ki,  Xocalıda  qədim  bağçılığın 
inkiĢafını da sübut edəcək xeyli maddi-mədəniyyət qalıqları aĢkar edilmiĢdir ki, bunların içərisində Ģaftalı, üzüm 
tumları və s. əsas yer tutur. 
Xocalı  abidələrinin  öyrənilməsi  nəticəsində  burada  bütün  Azərbaycan  üçün  yeganə  olan  iki  tip  mühüm 
abidə  də  aĢkar  edilmiĢdir.  Onlardan  biri  menhirlərdir.  Menhir  ingilis  sözü  olub,  uzun  daĢ  deməkdir.  Bu 
abidələrin əsas vətəni Böyük Britaniyadır. Orada elə menhirlər vardır ki, ağırlığı 50-60 tona yaxın olur.  
Xocalı  menhirləri  isə  nisbətən  kiçikdir.  Menhir  qəbilə  quruluĢu  dövrünün  məhsulu  olub,  ölən  adamın 
qəbri üzərində dik basdırılmıĢ, bir növ heykələ oxĢar daĢdır. Adətən, belə daĢları qəbilə baĢçılarının qəbirlərinin 
üzərinə  qoyurdular.  Qədim  dini  əqidəyə  görə,  guya,  ölən  adamın  ruhu  bədəni  tərk  edir  və  həmin  ruh  daĢa 
keçirdi.  DaĢa  keçmiĢ  ruh  isə  orada  əbədi  yaĢayırdı.  Hətta  qəbilə  baĢçısı  ölərkən  uzun  müddət  qəbilə  üzvləri 
onun  əvəzinə,  qəbiləyə  baĢçı  seçmirdilər.  Qəbilə  baĢçılığını  mərhumun  daĢa  keçmiĢ  ruhu  əvəz  edərdi.  Hətta 
qəbilə  üçün  müəyyən  təhlükələr  baĢ  verdikdə,  üzvlər  yığıĢıb  menhirin  (yəni  qəbilə  baĢçısının  ruhu  yaĢayan 
daĢın)  yanına  gəlir  və  orada  müxtəlif  dini  ayinlər  icra  etməklə,  guya,  qəbiləni  yaranmıĢ  təhlükədən  xilas 
edərmiĢlər.  
Maraqlı  burasıdır  ki,  ibtidai  dini  təsəvvürlərin  qalığı  olan  həmin  daĢlardan  biri  son  zamanlara  kimi 
dindarların ibadət yerinə çevrilmiĢdir. Onlar havalar quraqlıq və ya həddindən artıq yağmurlu keçdikdə, həmin 
daĢın  yanına  gəlib  ona  ibadət  edir,  daĢdan  mərhəmət  diləyirdilər.  Bu  ayinlərin  icrası  zamanı  həmin  daĢı  yerə 
yıxıb, yenidən basdırır və digər əməliyyatlar aparırmıĢlar. 
Xocalı abidələri içərisində nadir yadigarlardan biri də kromlexlərdir. Kromlex dairəvi düzülmüĢ bir neçə 
dik və onların üzərinə qoyulmuĢ bir ədəd köndələn daĢdan ibarətdir. Yenə də ibtidai dini əqidənin məhsulu olan 
bu abidə dindarlar arasında axirət evi adlanırdı. 
Nəhayət, göstərməliyik ki,  Azərbaycanda ən qədim  yazı  da  məhz  Qarabağda aĢkar edilmiĢdir. Xocalıda 
tədqiq  olunan  11  saylı  kurqandan  üzərində  mixi  yazısı  olan  bir  ədəd  kiçik  muncuq  tapılmıĢdır.  Akademik  Ġ. 
MeĢĢaninov  müəyyən  etmiĢdir  ki,  bu  muncuğun  üzərində  eramızdan  əvvəl  VIII  əsrdə  yaĢamıĢ  Assuriya  çarı 
Adadnirarinin  adı  yazılmıĢdır.  Bu  yazı  təkcə  Qarabağın  deyil,  eləcə  də  bütün  Azərbaycanın  siyasi  tarixinin 
öyrənilməsində böyük əhəmiyyətə malikdir. 
Xocalı-Gədəbəy  arxeoloji  mədəniyyətinə  məxsus  abidələrə  yekun  vurarkən  qeyd  etməliyik  ki,  bu 
mədəniyyətin izi ilə məĢğul olan bir çox qafqazĢünas alim təkcə Azərbaycanın deyil, ümumiyyətlə, Yaxın ġərq 
ölkələrinin maddi-mədəniyyət tarixi ilə əlaqədar bir sıra problemlərin həlli üçün ondan geniĢ istifadə edirlər. Bu 
problemlərdən biri, 3-4 min il bundan əvvəl Yaxın ġərq ölkələrinin bir - biri ilə mədəni və iqtisadi əlaqələrinin 
səviyyəsini  öyrənməkdir.  Xocalı  abidələri  sübut  edir  ki,  belə  əlaqələr  geniĢ  olmuĢ  və  müxtəlif  etnik  qruplar 
iqtisadi və siyasi təmasda yaĢamıĢlar. 
Təəssüf hissi ilə deməliyik ki, 1992-ci ilin fevralında erməni və rus ordusunun birləĢmiĢ qoĢunları Xocalı 
əhalisini vəhĢicəsinə qırarkən, hərbi texnika ilə genosidin ən iyrənc mərhələsi olan izi məhv etmək kimi mənfur 
bir əmələ əl atmıĢ və bəĢəriyyət üçün nadir abidələr toplusu olan Xocalı abidələrini dağıtmıĢlar. 
XX  əsrdə  Xocalı  faciəsindən  əvvəl  iki  yaĢayıĢ  məntəqəsi  də  eyni  aqibətə  uğramıĢ,  eyni  metodla  yer 
üzündən silinmiĢ, sakinləri məhv edilmiĢdir. Bunlardan birincisi Belarusun Xatın kəndidir. 1941-ci ildə nasistlər 
Xatın  kəndini  tamamilə  yandırmıĢ,  dinc  sakinləri  soyuqqanlıqla  məhv  etmiĢlər.  Buna  bənzər  ikinci  hadisə 
Vyetnam  müharibəsi  zamanı  Sonqmi  kəndində  yaĢamıĢ  yankilər  Sonqmi  kəndini  və  sakinlərini  partizanlara 
dəstək vermək bəhanəsi ilə böyükdən-kiçiyə bütünlüklə məhv etmiĢlər. 
Bu iki hadisə müharibə tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuĢ və bütün dünyada geniĢ əks-
səda doğurmuĢdur. Lakin  onlar Xocalı faciəsi ilə  müqayisə  oluna bilməzlər. Bu iki  kənd  olsa-olsa, Xocalıdan 
əvvəl sakinləri qətl edilən beĢ Azərbaycan kəndi – Bağanis-Ayrım, Kərkicahan, MeĢəli, Cəmilli və Malıbəyli ilə 
müqayisə  edilə  bilər.  Çünki  dünya  tarixində  tayı-bərabəri  olmayan  Xocalı  soyqırımı  miqyasına  görə  onların 
hamısından daha dəhĢətli, daha müdhiĢdir. 
1990-cı  ilin  Qanlı  Yanvarından  sonra  Azərbaycan  xalqı  1992-ci  ilin  fevralın  25-dən  26-na  keçən  gecə 
tarixə ən dəhĢətli faciələrdən biri kimi daxil olmuĢ Xocalı soyqırımının Ģahidi oldu. Kənd ikən Ģəhərə çevrildi 
Xocalı.  Gec  də  olsa,  bütün  diqqət  buraya  yönəldi,  quruldu  ,  tikildi,  abadlaĢdırıldı.  Ermənilərə  göz  dağı, 
Qarabağın  qeyrət  qalasına  çevrildi  Xocalı.  1992-ci  ildə  respublika  dərin  siyasi  böhran  içində  idi.  Hakimiyyət 
uğrunda kəskin mübarizə gedirdi. Hakimiyyətə gəlmək istəyən qüvvələr siyasi vəziyyəti gərginləĢdirmək üçün 
bütün vasitələrə əl atırdılar.  

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
99 
Qarabağın faciəli günləri davam etməkdə idi. Kərkicahan dağıdıldı. Malıbəyli, MeĢəli, QuĢçular, DaĢaltı 
viran qoyuldu. Ölənlərin, itənlərin sayı qat-qat çoxaldı, susduq, dinmədik. Lakin Azərbaycan dövlətinin baĢında 
duranların  tükü  belə  tərpənmədi.  Ataların  gözəl  bir  misalı  var:  ―Arxalı  köpək  qurd  basar‖.  Özlərinin  arxası 
olduğunu görən ermənilər dünya tarixində misli olmayan növbəti cinayəti hazırladılar. 
KeçmiĢ  SSRĠ-nin  4-cü  ordusunun  23-cü  diviziyasına  daxil  olan  366-cı  alayın  10  tankı,  16  zirehli 
transportyoru, 9 piyadaların döyüĢ maĢını və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Erməni faĢistləri 
döyüĢ  tanklarının  və  transportyorların  köməyi  ilə  Ģəhərə  soxularaq,  onu  tamamilə  yandırdılar.  Azğın  düĢmən 
bununla kifayətlənmədi. Yüzlərlə qocanın, qadının, uĢağın meyiti yollarda qaldı. 
Hadisələri ilk olaraq vidiolentə alan jurnalist Çingiz Mustafayev qeyd edirdi ki, ―öldürülənlər içərisində 2 
yaĢından  15  yaĢına  qədər  olan  uĢaqlar  əksəriyyət  təĢkil  edirdi‖.  Faciənin  Ģahidi  olan  fransız  jurnalisti  Jan-Ġv 
Gnet  yazırdı:  ―Mən  müharibələr  haqqında,  alman  faĢistlərinin  qəddarlığı  haqqında  çox  eĢitmiĢəm,  lakin 
ermənilər 5-6 yaĢlı uĢaqları, dinc əhalini qırmaqla onları kölgədə qoydular‖. 
Sağ  qalan  6  minə  yaxın  Xocalı  sakini  respublikanın  50-yə  yaxın  Ģəhər  və  rayonlarında  qaçqın  kimi 
yaĢamağa  məcbur  oldu,  öz  vətənlərində  talelərinə  məcburi  köçkün  həyatı  yaĢamaq  yazıldı.  Bundan  baĢqa, 
Ģəhərdə olan, dövlət Ģəxsi və əmlakı talan edilərək yandırıldı və dövlətə külli miqdarda ziyan vuruldu... 
... Qoy bütün dünya görsün, bütün bəĢəriyyət Ģahid olsun, bilsin ki, XXI əsrin sonlarında onları dəhĢətli 
bir taun - erməni faĢizmi hədələyir. 
Xocalı  faciəsinin  baĢ  verməsində  respublikanın  o  zamankı  rəhbərlərinin  günahı  çox  olmuĢdur.  Hələ 
faciədən  4  ay  əvvəl  1991-ci  ilin  noyabr ayının  1-də  Xocalının  mühasirəsi  baĢlanmıĢ,  rayon  ilə  bütün  əlaqələr 
kəsilmiĢdi.  Respublika  rəhbərliyində  gərgin  vəziyyət  haqqında  məlumat  olmasına  baxmayaraq,  onlar  nəinki 
Xocalıya  kömək  etmiĢ,  əksinə,  hətta  faciədən  2  gün  sonra,  guya,  münaqiĢə  zamanı  iki  nəfərin  həlak  olduğu, 
Ģəhərin  isə  geri  alındığı  barədə  yalan  informasiya  yaymıĢdır.  Sonrakı  müddət  ərzində  rəhbərlik  Xocalı 
həqiqətlərini  daim  gizlətməyə  çalıĢmıĢdır.  Yalnız  1993-cü  ildə  xalqımızın  ümummilli  lideri  Heydər  Əliyevin 
ölkə rəhbərliyinə qayıdıĢından sonra bu ağır cinayətin açılması üçün addımlar atılmıĢdır. Milli Məclisin 1994-cü 
il  24  fevral  tarixli  iclasında  məsələ  geniĢ  müzakirə  edilmiĢdir.  26  fevral  Xocalının  soyqırımı  və  matəm  günü 
elan edilmiĢdir. Hər il bu gün saat 17.00-da Xocalı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, bütün ölkə 
üzrə bir dəqiqəlik sükut elan edilir.  
... Ġndi Xocalı sakinlərinin də, elə müstəqil Azərbaycan dövlətinin də böyük ümidlə baxdığı bir sərkərdə 
var  —  möhtərəm  Prezidentimiz  Ġlham  Əliyev.  Xocalıya  qayıtmaq  istəyənlər  onun  əmrini  gözləyirlər.  Biz 
inanırıq ki, o gün çox da uzaqda deyil. 
 
Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin