Xocali soyqirimi



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix06.09.2017
ölçüsü1,27 Mb.
#29146
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

Dilqəm QULĠYEV,  
professor, Azərbaycan DBTĠA-nın prorektoru   
  
 
Xalq qəzeti‖.-2010.-23 fevral.-N 42.-S.3. 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
100 
 
Xocalı soyqırımı bəĢəriyyət əleyhinə cinayətdir 
 
Erməni-daĢnak  millətçiləri  və  onların  havadarları,  az qala,  bir  əsrə  yaxındır  ki,  hər  il  uydurma  "erməni 
genosidi"  gününün  bütün  dünyada  qeyd  olunması  üçün  dəridən-qabıqdan  çıxır,  öz  yalanlarını  bəĢəriyyətə 
sırımağa  çalıĢırlar.  Bu  yaxınlarda  ABġ-da  Amerika  yazıçısı  Samuel  Viimsin  "Ermənistan:  terrorçu  xristian 
dövlətinin sirləri" kitabı iĢıq üzü görmüĢdür. Uzun illər Londonda, Parisdə, Romada, Ġstanbulda, Moskvada və 
VaĢinqtonda  aparılan  tədqiqatların  nəticəsi  olan,  faktlara  və  sənədlərə  istinadən  ərsəyə  gələn    bu  kitab  400 
səhifədən  ibarətdir.  Müəllif  kitabında  qeyd  edir  ki,  mən  erməni  mənĢəli  amerikalıların  150  yaĢlı  "qədim" 
vətənlərini  mükafatlandırmaq üçün türklərdən,  eləcə  də, Amerika xristianlarından böyük  məbləğdə pul  vəsaiti 
qoparmaq  məqsədilə  soyqırımı  və  qətllərlə  bağlı  uydurma  və  yalanlar  yaydığını  sübut  edən  faktlar  aĢkar 
etmiĢəm. 
Dinar  xristian  olan  Samuel  Viims  kitabında  yazır  ki,  1918-ci  ildə  kiçik  bir  ərazidə  erməni  dövlətinin 
yarandığı  vaxtdan,  o,  qonĢuları  Gürcüstana,  Osmanlı  imperiyasına  və  Azərbaycana  qarĢı  torpaq  iddiaları  irəli 
sürməyə baĢlamıĢdır. Kitabda eləcə də tanınmıĢ tarixçi alim Oqust Karyerin fikri verilir. O, ermənilərin yalnız 
Nuh  peyğəmbərin  gəmisinin  qalıqlarının  Ararat  dağında  tapıldığına  görə,  guya  ermənilər  Nuh  peyğəmbərin 
nəslindən olan Haykın törəmələri, ġərqi Anadolunun isə baĢdan-baĢa erməni torpaqları olması barədə iddialarını 
rədd edir. Beləliklə, ermənilərin mənĢəyi barədə məlumatlar uydurmalara, daha dəqiq desək, ağ yalana əsaslanır. 
Amerika alimi kitabında Qarabağ problemi ilə bağlı qeyd edir ki, 1800-cü ildə Qafqaz regionunda çox az 
sayda  erməni  tapmaq  olardı.  Rusiya  mənbələrinə  istinad  edilərsə,  Qafqaz  bölgəsinin  Rusiyaya  birləĢdirildiyi 
dövrdə  Qarabağda  90  min  nəfər  yaĢayırdı.  Orada  böyük  Ģəhər  və  600  kənd  var  idi.  Onların  150-də  ermənilər 
yaĢayırdılar. Ancaq  dağlılar zorla  köçürüldükdən sonra ermənilər burada üstünlük təĢkil  etdilər. 1907-1912-ci 
illərdə  Rusiya  çarizmi  yarım  milyondan  çox  ermənini  Ġrandan  və  Osmanlı  dövlətindən,  əsasən,  müsəlman 
azərbaycanlılarının  yaĢadığı  Qars,  Ġrəvan  və  Yelizavetpola  (Gəncə)  köçməsinə  kömək  etdi.  BaĢqa  sözlə, 
geosiyasi mənafelər naminə Qafqazda demokratik dəyiĢikliklər edildi. XX əsrin əvvəllərində Qarabağdan çıxan 
bircə  yol  var  idi.  O  da,  Bakıya  gedirdi.  Ermənistana  isə  heç  bir  yol  yox  idi.  Təkcə  bu  fakt  çox  Ģeydən  xəbər 
verirdi.  Bəlkə,  elə  buna  görə,  hətta  bolĢeviklər  də  etiraf  etmiĢdilər  ki,  Qarabağ  həmiĢə  Azərbaycan  torpağı 
olmuĢdur. 
1918-ci  il  mayın  28-də  yaradılmıĢ  Azərbaycan  Xalq  Cümhuriyyətinin  ilk  addımlarından  biri  Ġrəvanın, 
(Yerevan)  siyasi  mərkəzi  olmayan  Ermənistan  Respublikasına  verilməsi  idi.  O  zaman  yalnız  Ġrəvan  və 
Eçmiədzin  (Üçkilsə)  rayonlarından  ibarət    Ermənistanda  cəmi  400  min  əhali  yaĢayırdı.  Zaman  göstərir  ki, 
Ġrəvanın verilməsi gənc Azərbaycan Cümhuriyyətinin bağıĢlanılmaz səhvi idi və onun nəticələri hələ də özünü 
göstərməkdədir.  
Hazırda "soyqırımı" haqqında car çəkən  ermənilər de-fakto  vətəndaĢı olmadıqları - çünki Vətən xainləri 
ölkə vətəndaĢları sayıla bilməzlər, - de-yure vətəndaĢı hesab etdikləri Osmanlı imperiyasına qarĢı öz qeyri-loyal 
və  xəyanətkar  münasibətləri  barədə  bir  kəlmə  də  danıĢmırlar.  Halbuki  o  vaxt  Osmanlı  imperiyasının  özünü 
müdafiə etmək məqsədilə erməniləri cəbhə xəttindən uzağa köçürməyə qanuni haqqı var idi. Onlar açıq Ģəkildə 
hərbi  əməliyyatlarda  rus  orduları  tərəfində  döyüĢürdülər.  ABġ  da  bu  hüquqa  əsaslanaraq,  Ġkinci  Dünya 
müharibəsi  illərində  ölkənin    yapon  mənĢəli  bütün  vətəndaĢlarını  qərb  sahillərindən  köçürmüĢdü.  Stalin  bu 
hüquqdan  istifadə  edərək  sovet  dövlətinin  təhlükəsizliyini  qorumaq  üçün  Volqaboyunda  yaĢayan  almanları 
Qazaxıstana  və  Orta  Asiyaya  köçürmüĢdü.  Tarixdə  belə  nümunələr  çox  olmuĢdur.  Böyük  Britaniyanın  1916-
1922-ci illərdə baĢ naziri iĢləmiĢ Devid Lloyd Corcun qeyd  etdiyinə görə, 1915-ci ildə Osmanlı  imperiyasında 
baĢ  verən  faciəli  hadisələrin  təqsirkarları  Türkiyədə  beĢinci  dəstəni  maliyyələĢdirən  Rusiya,  eləcə  də,  rusları 
Osmanlı  torpaqlarını  tərk  etməyə  məcbur  edən  Britaniya  imperiyasıdı.  Həmin  dövrdə  sayca  qat-qat  çox  türk, 
azərbaycanlı,  yəhudi  və  Qafqazın  digər  xalqlarının  nümayəndələrini  qətlə  yetirmiĢ  erməni  quldur  dəstələrinin 
əməllərini də nəzərdən qaçırmaq olmaz. 
Kiçik  Ermənistan  dünyanın  hər  yerinə  səpələnmiĢ  həmtayfalarından  istifadə  edərək,  uzun  illər  xristian 
aləmini  islama  və  müsəlmanlara  qarĢı  qaldırmağa  çalıĢmıĢdır.  Samuel  Viimsin  fikrincə,  müsəlman  aləmində 
Amerikaya "nifrətin" səbəblərindən biri də budur.  
"Ermənistan: terrorçu xristian dövlətinin sirləri" sənədli tədqiqat əsərinin üz qabığında oxuculara tövsiyə 
edilir.  "Bu  kitabı  hər  bir  xristian  və  Amerikada  hər  bir  vergi  ödəyicisi  oxumalıdır".  Biz  isə  deyə  bilərik  ki, 
dünyanın  həqiqəti  əziz  tutan  hər  bir  vətəndaĢı  oxumalıdır.  Erməni  millətçiləri  tarix  boyu  xalqımıza  qarĢı 
görünməmiĢ qətllər və vəhĢiliklər etmiĢlər. 
Tarixi  Azərbaycan torpağı olan Zəngəzur, Göyçə və digər ərazilər Sovet rəhbərliyinin əli ilə Ermənistana 
verildi.  Dağlıq  Qarabağ  erməniləri  muxtariyyət  qazandı  və  onların  gələcəkdə  qanunsuz  ərazi  iddiaları  üçün 
zəmin hazırlandı. Erməni daĢnakları təkcə XX əsrdə dörd dəfə (1905-1906, 1918-1920, 1948-1953, 1988-1991-

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
101 
ci illərdə) azərbaycanlıları indiki ermənilərin məskən saldığı Ermənistan ərazisindən, tarixi-etnik torpaqlarından 
qırğınlarla deportasiya etmiĢlər. "Türksüz Ermənistan" adı altında mübarizəyə qalxan erməni millətçiləri, eləcə 
də, yaxın və uzaq xaricdə yaĢayan havadarları, etnik təmizləmə iĢini 1991-ci il avqustun 8-də baĢa çatdırdılar. 
Meğri  rayonunun  son  məntəqəsi  Nüvədidə  yaĢayan  azərbaycanlılar  soyqırımına  məruz  qalaraq,  tarixi-etnik 
torpaqlarından  deportasiya  olundular.  Belə  demək  olar  ki,  indi  Ermənistan  adlanan  Qərbi  Azərbaycanda  bir 
nəfər də olsun azərbaycanlı qalmamıĢdır. 
1988-1991-ci illərdə Sovetlər Birliyi dövlətinin baĢçılarının köməyi sayəsində Ermənistan hökuməti Qərbi 
Azərbaycan  -  indiki  Ermənistan  torpaqlarından  250  mindən  artıq  azərbaycanlını  ata-baba  yurdlarından 
deportasiya  etdi. XX  əsrdə 2  milyondan çox azərbaycanlı  indiki bu  ərazidə soyqırımına, deportasiyaya  məruz 
qaldı.  
1935-1991-ci  illərdə  Ermənistanda  Azərbaycan  yer  adlarına  qarĢı  qərəzli  siyasət  nəticəsində  minlərlə 
toponimlər  xəritədən  silinib  erməniləĢdirildi.  Azərbaycanın  tərkib  hissəsi  olan  Qarabağın  Ermənistana 
birləĢdirilməsi  məqsədilə  1988-ci  ildən  baĢlanan  separatçılıq  hərəkatı,  iĢğalçılıq  müharibəsi,  etnik  təmizləmə 
Azərbaycana  qarĢı  cinayətkar  siyasətin  yeni  mərhələsidir.  Hazırda  Azərbaycan  torpaqlarının  20  faizi  erməni 
iĢğalı altındadır. 1 milyondan çox insan öz yurdundan didərgin salınıb. 18 min azərbaycanlı qətlə  yetirilib, 20 
mindən  çox  dinc  sakin  yaralanıb,  5  mindən  çox  adam  əlil  olub,  4  mindən  çox  insan  əsir  və  itkin  düĢüb,  877 
Ģəhər, kənd qarət edilib, dağıdılıb. 
Erməni birləĢmiĢ dəstələri Rusiyanın Xankəndidəki 366-cı mexanikləĢdirilmiĢ atıcı alayı ilə birlikdə XX 
əsrin Xatın faciəsini arxada qoyan Xocalı soyqırımını təĢkil etdilər. O vaxtkı respublika rəhbərliyinin cinayətkar 
əməlləri nəticəsində Ģəhərin müdafiə iĢləri pis təĢkil olunmuĢdu. 80 nəfərlik Xocalı özünümüdafiə taburu heç bir 
zirehli texnika ilə təchiz  olunmamıĢdı. Onlara əsas briqadanın 11-ci taburunun 20 nəfərdən  ibarət minaatanlar 
batalyonu kömək edirdi. 60 nəfərlik milis dəstələri isə təyyarə meydanını müdafiə edirdi. 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni daĢnak hərbi birləĢmələri və keçmiĢ SSRĠ-yə məxsus 
366-cı alay (üç batalyondan ikisi tam tərkibdə, biri isə qismən), eləcə də, xarici dövlətlərdən gətirilmiĢ muzdur 
quldur  dəstələri  Xocalıya  hücum  etdilər.  Onlar  ilk  həmləni  hava  limanına  endirdilər.  ġəhərin  müdafiəsinə 
qalxanlar azsaylı və pis silahlanmıĢ olsalar da, qəhrəmanlıqla döyüĢmüĢdülər. Xüsusi təyinatlı milis dəstəsinin 
komandiri, milis mayoru Əlif Hacıyev döyüĢ meydançasında qəhrəmanlıq göstərdi. Onun baĢçılığı altında olan 
22 nəfərlik dəstə erməni-daĢnak birləĢmələrinin hücumlarını üç dəfə uğurla dəf etdi. DöyüĢdə qüvvələr bərabər 
deyildi. Mayor Əlif Hacıyev vəziyyətin mürəkkəb olduğunu görəndə, limanın dispetçer məntəqəsini partladaraq, 
erməni birləĢmiĢ qüvvələrinin əlinə düĢməsinə imkan vermədi. DöyüĢlərdə qorxmaz komandir ağır yaralandı və 
qəhrəmancasına  həlak  oldu.  Ölümündən  sonra  Əlif  Hacıyevə  Azərbaycanın  Milli  Qəhrəmanı  adı  verildi. 
DüĢmən  tankları,  zirehli  maĢınlarının  artilleriya  hazırlığından  sonra  Mehdikənd,  DaĢbulaq  istiqamətində 
Xocalıya  daxil  oldu  və  Ģəhər  içərisində  döyüĢlər  baĢlandı.  366-cı  alayın  mayor  Ohanyanın  komandası  altında 
ikinci,  mayor  Nabodxinin  komandası  altında  üçüncü  motoatıcı  taburları,  eləcə  də,  topçu  diviziyası,  öz 
qəddarlığı, vəhĢiliyi ilə fərqlənirdi. 
Tofiq  Hüseynovun  baĢçılıq  etdiyi  ərazi  özünümüdafiə  taburunun  döyüĢçüləri  çox  qüvvətli,  yırtıcı 
düĢmənlə qəhrəmancasına ləyaqətlə  döyüĢürdülər. Tofiq son  nəfəsinədək  vuruĢdu, düĢmən  əsgərlərini azdırıb, 
çoxlu  insanın  mühasirədən  çıxmasına  imkan  yaratdı.  Son  anda  özü  mühasirəyə  düĢdü.  O,  düĢmənə  təslim 
olmayaraq,  son  gülləni  özünə  vurdu.  Ölümündən  sonra  Tofiq  Hüseynova  Azərbaycanın  Milli  Qəhrəmanı  adı 
verildi.  Ağdam-Əsgəran  istiqamətində  yığılmıĢ  hissələr arasında  əlaqə  və  ümumi  rəhbərlik  olmaması  üzündən 
onlar erməni iĢğalçılarına qarĢı hücum qura bilmədilər.  
Erməni  vandalları  Xocalı  Ģəhərində  soyqırım  törətdilər. ġəhərə  od  vurub  yandırdılar.  Sağ  qalanların  bir 
hissəsi, əsasən, qadınlar, qocalar, uĢaqlar Ģəhərin qərb istiqamətində iki yolla Ağdama tərəf qaçmağa baĢladılar. 
Qarlı-Ģaxtalı gündə ayaqyalın meĢədə qalan qaçqınların çoxunu Ģaxta vurdu, yaralıların bir hissəsi öldü. Səhərisi 
gün sağ qalanların bir hissəsi, Xocalıdan 6-7 kilometr aralı Qaraqaya adlanan yerdə meĢədən çıxarkən, pusquda 
dayanmıĢ erməni faĢist dəstələri tərəfindən gülləbaran oldular. Xilas olaraq, Abdal-Gülablı kəndinə getməyə səy 
göstərənlər  düĢmən  mühasirəsinə  düĢüb,  atəĢə  tutuldular.  Erməni  daĢnakları  yaralılara aman  vermir,  meyitləri 
eybəcər hala salır, qadın və qızları təhqir edirdilər.  
Xocalı  Ģəhərinin  əhalisi  13  min  nəfər  idi.  Xocalıda  erməni  vandalları  azərbaycanlılara  qarĢı  növbəti 
soyqırımı törətdilər. 613 nəfər, o cümlədən, 106 qadın, 63 azyaĢlı uĢaq, 70 qoca öldürüldü. Min nəfər dinc sakin 
müxtəlif dərəcəli güllə yarası alaraq, Ģikəst oldu. 1275 nəfər girov götürüldü. 56 nəfər xüsusi amansızlıqla - diri-
diri yandırıldı, baĢlarının dərisi soyuldu, gözləri çıxarıldı, baĢları kəsildi, hamilə qadınların qarnı 1918-ci ildəki 
mart  soyqırımı  zamanı  olduğu  kimi,  süngü  ilə  dəlik-deĢik  edildi.  Bu  faciədə  təkcə  erməni  faĢistləri  və  rus 
millətçiləri  deyil,  həm  də  uzun  müddət  düĢmən  əhatəsində  qalan  Ģəhərə  lazımi  kömək  etməmiĢ,  əhalini 
təhlükəsiz  yerlərə  köçürmək  üçün  tədbirlər  görməmiĢ  Azərbaycan  rəhbərliyi,  eləcə  də,  hakimiyyət  uğrunda 
mübarizədə Qarabağ problemlərinin  istifadə  edib siyasi  kapital toplamaqla  vəziyyətin  gərginləĢməsinə çalıĢan 
siyasətbazlar təqsirkar idilər. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
102 
Nüfuzlu  beynəlxalq  qurumların,  dünya  birliyi  ölkələrinin  ikili  standartlardan  yanaĢmalarının  nəticəsidir 
ki, bu dəhĢətli faciə - Xocalı soyqırımı ilə əlaqədar heç kəs məsuliyyətə cəlb edilməmiĢ, cinayətkarlar hələ də 
cəzasız qalmıĢlar.  
 
Firudin CÜMġÜDLÜ 
ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti,  
tarix elmləri namizədi 
 
“Səs”.-2010.-23 fevral.-N.33.-S.4. 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
103 
 
Xocalı soyqırımı Beynəlxalq Ədalət Məhkəməsi perspektivində 
 
Dağlıq  Qarabağ  münaqiĢəsinin  dövlətlərin  ərazi  bütövlüyü  və  xalqların  öz  müqəddəratını 
təyinetmə  prinsipləri  kontekstində  beynəlxalq  hüquqi  təhlilin  və  beynəlxalq  ədalət  mühakiməsinin 
predmeti ola bilməsi perspektivi ilə bağlı çox saylı araĢdırmalar aparılmıĢdır.  
 
Lakin  Xocalı  soyqırımının  beynəlxalq  ədalət  mühakiməsinin  predmet  ola  bilməsi  imkanları  ilə  bağlı 
təhlillər azdır. Bu baxımdan Xocalı soyqırımının beynəlxalq məhkəmə perspektivini nəzərdən keçirmək maraqlı 
olardı. 
Genosid nədir” 
«Genosid» termini yunanca «genos» (irq, tayfa) və latınca «cide» (qətl) sözlərindən ibarətdir. Bu termin 
1944-cü  ildə  polyak  hüquqĢünası  və  Nürenberq  prosesində  Amerikanın  gələcək  prokuroru  Rafael  Lemkin 
tərəfindən  nasist  Almaniyasının  yəhudilərə  münasibətdə  Barbar  hərəkətlərin  tövsüfü  üçün  daxil  edilmiĢdir. 
1933-cü  ildə  məhz  R.  Lemkin  ilk  dəfə  olaraq  milli,  dini  və  ya  etnik  qruplara  qarĢı  aqressiv  hərəkətləri 
beynəlxalq cinayət elan edən müqavilənin iĢlənib hazırlanmasını təklif etmiĢdi.  
  
Nürenberq tribunalının qərarında genosid haqqında heç nə deyilməsə də, ittiham aktında qeyd olunurdu 
ki, təqsirləndirilən Ģəxslər «genosid» həyata keçirmiĢlər, yəni irqi, dini qrupları məhv etmiĢlər, müəyyən xalqları 
və  sinifləri,  milli,  etnik  və  dini  qrupları  məhv  etmək  məqsədilə  iĢğal  olunmuĢ  ərazilərin  bir  hissəsinin  mülki 
əhalisini məhv etmiĢlər…..» 
1946-cı il dekabrın 11-də BMT BaĢ Assambleyası birinci sessiyada qətnamə qəbul edərək bəyan edir ki, 
«genosid  bütöv  insan  qruplarının  yaĢamaq  hüququnun  inkar  edilməsidir,  yaĢamaq  hüququnun  belə  inkar 
edilməsi insan düĢüncəsini dəhĢətə gətirir, bütövlükdə bəĢəriyyətin böyük itkilərinə, bu qrupların mədəniyyət və 
digər sferalarına verdiklərinin itirilməsinə gətirib çıxarır, BMT-nin mənəvi normalarına, ruhuna və məqsədlərinə 
ziddiyyət təĢkil edir». … 
BaĢ  Assambleyanın  tapĢırığı  ilə  BMT-nin  Ġqtisadi  və  Sosial  ġurası  genosid  haqqında  konvensiya 
layihəsi  üzərində  iĢləyir.  1948-ci  ildə  qəbul  olunan  və  1951-ci  ildə  qüvvəyə  minən  Genosid  cinayətinin 
qarĢısının alınması və ona görə cəzalandırma haqqında Konvensiya «genosid cinayətinin leqal anlayıĢını verir.  
Konvensiyanın II maddəsinə görə  
 
«genosid»  dedikdə,  hər  hansı  milli,  etnik,  irqi,  yaxud  dini  qrupu  tam  və  ya  qismən  məhv  etmək  məqsədilə 
törədilən aĢağıdakı hərəkətlər baĢa düĢülür:  
a) hər cür qrupun üzvlərinin öldürülməsi; 
b) bu cür qrupun üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli xətər yetirilməsi; 
c)  hər  hansı  qrup  üçün  qəsdən  onun  tam,  yaxud  qismən  fiziki  məhvini  nəzərdə  tutan  həyat  Ģəraiti 
yaradılması; 
d) bu cür qrupda doğumun qarĢısını almağa yönəldilmiĢ tədbirlərin görülməsi; 
e) uĢaqların zorla bir insan qrupundan alınıb baĢqasına verilməsi»  
Genosidin bu anlayıĢı «genosid» sözünün etimoloji mənası ilə ziddiyyət təĢkil edir, çünki birinci yalnız 
qətl deyil, digər hərəkətləri  də əhatə  edir, lakin  II  maddədə sadalan hərəkətləri əhatə  edən  daha uğurlu termin 
hələ tapılmamıĢdır. 
Konvensiyanın  II  maddəsində  verilən  anlayıĢ  sonradan  1996-c  il  tarixli  «Sülh  və  bəĢəriyyətin 
təhlükəsizliyinə qarĢı cinayətlər Məcəlləsi» layihəsinin 17-ci maddəsində, keçmiĢ Yuqoslaviya və Ruanda üzrə 
Tribunalların  Nizamnaməsində  və  Beynəlxalq  Cinayət  Məhkəməsinin  Statutunda  öz  əksini  tapır.  Sonuncular 
genosidi  hərbi  və  insanlıq  əleyhinə  cinayətlərdən  fərqləndirərək  müstəqil  beynəlxalq  cinayət  kimi  müəyyən 
etmiĢlər. 
I.Ratione temporis məsələsi 
Sovet  Ġttifaqı  Genosid  cinayətinin  qarĢısının  alınması  və  ona  görə  cəzalandırma  haqqında      
Konvensiyanı 1949-cu ildə imzalamıĢ, 1954-cü il mayın 3-də ratifikasiya qramotasını BMT-yə təqdim etmiĢdir. 
Lakin milli qanunvericilikdə genosidə görə məsuliyyət ilk dəfə 2000-ci ildə müəyyən olunmuĢdur. Azərbaycan 
bu konvensiyaya 1996-cı il  mayın 31-də qoĢulmuĢ avqustun 16-da isə  qoĢulma barədə sənədi  BMT-yə təqdim 
etmiĢdir. Ermənistan isə 1993-cü il iyunun 23-də qoĢulmuĢdur. Digər tərəfdən Xocalı soyqırımı 1992-ci il fevral 
ayının 26-da baĢ vermiĢ, Azərbaycan və Ermənistan isə BMT-yə 1992-ci il martın 2-də üzv olaraq Beynəlxalq 
Məhkəmənin Statutuna qoĢulmuĢlar.  

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
104 
Burada belə bir sual yaranır. Xocalı soyqırımı ilə əlaqədar Genosid  haqqında Konvensiya Azərbaycan 
üçün Sovet Ġttifaqı dağılan andan, yəni 1991-ci ilin 8-21 dekabrından 1996-cı ilin avqustun 16-dək, Ermənistan 
üçün isə Sovet Ġttifaqı dağılan andan 1993-cü ilin iyunun 23-nə qədər qüvvədə olmuĢdurmu? 
1. Müqavilələrə münasibətdə dövlətlərin hüquq varisliyi. 
Beynəlxalq hüquq  varisliyi beynəlxalq  hüququn son zamanlar məcəllələĢdirilən sahələrindən  olmasına 
baxmayaraq  BMT-nin  Beynəlxalq  hüquq  üzrə  Komissiyası  bəzi  müqavilə  layihələri  hazırlamıĢdır.  Belə  ki, 
görülən iĢin nəticəsi kimi Vyana diplomatik konfransında 1978-ci il avqustun 23-də qəbul olunan Müqavilələrə 
münasibətdə  dövlətlərin  hüquq  varisliyi  haqqında  Konvensiya,  1983-cü  il  aprelin  8-də  Dövlət  mülkiyyətinə, 
dövlət  arxivlərinə  və  dövlət  borclarına  münasibətdə  dövlətlərin  hüquq  varisliyi  haqqında  Konvensiya  qəbul 
olunur. 
Bu  konvensiyalar  mahiyyətcə  beynəlxalq  hüquq  varisliyi  sahəsində  yeganə  universal  beynəlxalq 
müqavilələr olmaqda davam edir. Analoji münasibətləri tənzim edən digər beynəlxalq müqavilələr regional və 
ya ikitərəfli xarakter daĢıyır. Bir qayda olaraq, belə müqavilələrin bağlanmasına səbəb ərazi dəyiĢikləri (SSRĠ-
nin,  Yuqoslaviyanın,  Çexoslavakiyanın  dağılması,  ġimali  və  Cənubi  Yəmənin,  AFR  və  ADR-in  birləĢməsi) 
olur.  Buna  misal  olaraq  «QarĢılıqlı  maraq  kəsb  edən  keçmiĢ  SSRĠ  müqavilələrinə  münasibətdə  qarĢılıqlı 
anlaĢma  barədə»  1992-ci  il  6  iyun  tarixli  Memorandumu  (Ermənistan  imzalasa  da,  Azərbaycan  imzalamayıb) 
göstərmək  olar.  Memorandum  SSRĠ  müqavilələrinə  ümumi  yanaĢmanı  müəyyən  edir  (Memorandum  Soveta 
qlav qosudarstv Sodrujestva Nezavisimıx Qosudarstv ot 6 iölə 1992 q.  \"Memorandum o vzaimoponimanii po 
voprosu  pravopreemstva  v  otnoĢenii  doqovorov  bıvĢeqo  Soöza  SSR,  predstavləöhiy  vzaimnıy  interes\").  1-ci 
bənddə qeyd qeyd olunur ki,  
Praktiki olaraq keçmiĢ SSR Ġttifaqının bütün çoxtərəfli beynəlxalq saziĢləri Birliyin iĢtirakçı-dövlətləri 
üçün ümumi maraq kəsb edir. Bununla yanaĢı, həmin müqavilələr MDB iĢtirakçı-dövlətlərinin hər hansı birgə 
qərar və ya hərəkətlərini tələb etmir. Bu müqavilələrdə iĢtirak məsələsi beynəlxalq hüquq prinsip və normalarına 
uyğun olaraq hər bir iĢtirakçı dövlət tərəfindən müstəqil Ģəkildə  konkret halın xüsusiyyətindən, bu və ya digər 
müqavilənin xarakter və məzmunundan asılı olaraq həll olunur. 
Lakin  Azərbaycan  və  Ermənistan  1978  və  1983-cü  il  Vyana  Konvensiyalarına  qoĢulmamıĢdır.  Buna 
baxmayaraq 1978 və 1983-cü il Vyana konvensiyalarının bir sıra müddəaları heç Ģübhəsiz adət xarakteri daĢıyır 
və  bu  mövcud  beynəlxalq  təcrübə  ilə  təsdiq  olunur.  Məsələn,  bu  1978-ci  il  Konvensiyasının  «dövlətlər 
birləĢərkən  sələf  dövlətin  beynəlxalq  müqavilələri  varis  dövlət  üçün  qüvvədə  qalmaqda  davam  edir,  əgər 
birləĢmə  haqqında  beynəlxalq  müqavilədə  baĢqa  Ģey  nəzərdə  tutulmayıbsa»  (maddə  31.1)  norması  üçün 
xarakterikdir.  
Və ya bu Konvensiyanın 34-cü maddəsinə görə  
«1. Dövlətin bir hissəsi və ya hissələri ayrılarkən və bir və ya daha artıq dövlət yaranarkən sələf dövlətin 
mövcud olub olmamasından asılı olmayaraq  
a)  dövlətlərin  hüquq  varisliyi  (qəbulluğu)  zamanı  sələf  dövlətin  bütün  ərazisinə  münasibətdə  qüvvədə 
olan istənilən müqavilə beləliklə hər bir yaranmıĢ varis dövlətə münasibətdə qüvvədə qalmaqda davam edir;…  
2. 1-ci bənd tətbiq olunmur, əgər: 
a) müvafiq dövlətlər baĢqa razılığa gəlmiĢlərsə, və ya  
b) müqavilədən aydındır ki, və ya baĢqa cür müəyyən olunmuĢdur ki, bu varis dövlətə münasibətdə bu 
müqavilənin  tətbiqi  bu  müqavilənin  obyekt  və  məqsədlərinə  uyğun  deyil  və  ya  onun  qüvvədə  olma  Ģərtlərini 
köklü surətdə dəyiĢdirə bilər.». 
«QarĢılıqlı maraq kəsb edən keçmiĢ SSRĠ müqavilələrinə münasibətdə qarĢılıqlı anlaĢma barədə» 1992-
ci il 6 iyun tarixli Memorandum bu boĢluğu doldurmağa çalıĢsa da, təcrübədə özünü SSRĠ-nin müqavilələri üzrə 
varisi  elan  edən  Rusiya  Federasiyası  istisna  olmaqla,  keçmiĢ  SSRĠ  respublikalarının  əksəriyyəti,  o  cümlədən 
Ermənistan  və  Azərbaycan  beynəlxalq  müqavilələrə  münasibətdə  «continuitet»  (bütün  mövcud  müqavilələr 
qüvvədə qalır) deyil, «tabula rasa» (yeni dövlət sələf dövlətin beynəlxalq müqavilələri ilə bağlı deyil) prinsipini 
tətbiq etməyə baĢlayır. 
Deməli,  bu  kontekstdə  Xocalı  soyqırımı  ilə  əlaqədar  Genosid  haqqında  Konvensiyanın  Azərbaycan 
üçün Sovet Ġttifaqı dağılan andan 1996-cı ilin avqustun 16-dək, Ermənistan üçün isə Sovet Ġttifaqı dağılan andan 
1993-cü ilin iyunun 23- nə qədər qüvvədə qalma məsələsi açıq qalır.  
 
Bosniya  –  Herseqovina  Yuqoslaviyaya  (Serbiya  və  Çernoqoriya)  qarĢı  iĢində  1993-cü  ilin  aprelində 
qəbul etdiyi qərardadında (Application de la convention pour la prévention et la répression du crime de génocide 
(Bosnie-Herzégovine  c.  Yougoslavie  (Serbie  et  Monténégro)),  Ordonnance  de  la  Cour  indiquant  des  mesures 
conservatoires , Comme suite au communiqué de presse 93/9 du 8 avril 1993) Beynəlxalq Məhkəmə Genosid 
haqqında Konvensiyanın IX maddəsinin mənasında özünün ratione materiae səlahiyyətini nəzərdən keçirir: 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
105 
Məhkəmə  qeyd  edir  ki,  keçmiĢ  Yuqoslaviya  Federativ  Sosialist  Respublikası  Genosid  haqqında 
Konvensiyanı  1948-ci  il  dekabrın  11-də  imzalamıĢ  və  ratifikasiya  alətlərini  qeyd  -  Ģərt  etmədən  1950-ci  il 
avqustun  29-da  təqdim  etmiĢdir;  bu  məhkəmə  iĢində  iki  tərəf  keçmiĢ  Federativ  Sosialist  Yuqoslaviya 
Respublikasının ərazisindəki hissələrə uyğundur.  
Daha  sonra  Məhkəmə  2  aləti  yoxlayır:  Yuqoslaviyanın  keçmiĢ  Yuqoslaviyanın  üzvü  olduğu  beynəlxalq 
müqavilələrə riayət etmək niyyətini ifadə edən 27 aprel 1992-ci il tarixli deklarasiya və Bosniya – Herseqovina 
tərəfindən  təqdim  olunan  Genosid  haqqında  Konvensiyaya  münasibətdə  29  dekabr  1992-ci  il  tarixli  «varislik 
haqqında bildiriĢ». 
Yuqoslaviya  iddia  edirdi  ki,  Bosniya-Herseqovina  konvensiyaya  qoĢulan  tərəf  kimi  (varis  kimi  deyil) 
nəzərdən  keçirilməlidir,  konvensiyanın  XI  maddəsinin  doğurduğu  nəticəyə  görə  alət  yalnız  saxlanılmaya 
verildiyi gündən sonrakı doxsanıncı gün qüvvəyə minir (maddə XIII), əgər bu hal olubsa, zaman çərçivəsi Ģərti 
baxımından  Məhkəmə  səlahiyyətə  malik  olmayacaq.  Lakin  Məhkəmə  müvəqqəti  tədbirlər  barədə  qərara 
gələrək,  özünün  hazırkı  vaxt  və  gələcəklə  müqayisədə  keçmiĢlə  daha  az  məĢğul  olduğunu  nəzərə  alaraq  bu 
məsələ  ilə  bağlı  fikir  söyləməmək  qərarına  gəlir.  Qeyd  olunan  iki  alətin  bazasında  Məhkəmə  deyir  ki,  əgər 
mübahisənin obyektini konvensiyanın «təfsiri, tətbiqi və ya yerinə yetirilməsi təĢkil edirsə, eləcə də mübahisələr 
genosid məsələsində və ya konvensiyanın III maddəsində sadalanan hər hansı digər aktın biri ilə bağlı dövlətin 
məsuliyyəti  məsələsinə  aiddirsə,  Genosid  Haqqında  Konvensiyanın  IX  maddəsi  Məhkəmənin  səlahiyyətinin 
əsaslandırılması üçün baza ola bilər. 
Məhkəmə  Bosniya-Herseqovinaya  görə  iĢdə  Məhkəmənin  səlahiyyəti  üçün  əlavə  əsas  olan  sənədi  də 
nəzərdə  keçirir.  Bu  Çernoqoriya  Respublikasının  Prezidenti  və  Serbiya  Respublikasının  Prezidenti  tərəfindən 
Yuqoslaviyada  sülh  üçün  beynəlxalq  konfransının  arbitraj  komissiyasının  sədrinə  ünvanladıqları  1992-ci  il  8 
iyun tarixli məktubdur. Məktubu nəzərdən keçirən Məhkəmə hesab edir ki, bu iĢdə həmin məktubu prima faciə 
səlahiyyət  üçün  əsas  kimi  nəzərdən  keçirmək  imkanında  deyil  və  deməli  yalnız  Genosid  haqqında 
Konvensiyanın  IX  maddəsinin  verdiyi  daha  çox  ratione  personae  nəinki  ratione  materiae  səlahiyyəti  əsasında 
hərəkət etməlidir. 
BaĢqa sözlə, Məhkəmə zaman limiti (fasiləsi) məsələsinə toxunmadan (yəni dövlətin bu konvensiyaya üzvlüyü 
məsələsini  açıq  qoyaraq)  Genosid  Haqqında  Konvensiyanın  IX  maddəsinin  bazasında  öz  səlahiyyətini 
müəyyənləĢdirir. Maraqlıdır ki, bu zaman Konvensiyaya 1993-cü ildə qoĢulan Ermənistanın 1992-ci ilin fevralı 
üçün Konvensiyaya tərəf olması məsələsi daha çox sual doğurur, nəinki Xocalı soyqırımında ikinci qüvvə kimi 
iĢtirak  edən  366  motoatıcı  alayın  tabe  olduğu  Rusiyanın  Konvensiyaya  tərəf  olması  məsələsi.  Beləki,  Rusiya 
«continuitet»  prinsipini  tətbiq  etməklə  özünü  beynəlxalq  müqavilələrə  münasibətdə  SSRĠ-nin  varisi  elan 
etmiĢdir.  BaĢqa  sözlə,  Rusiyaya  münasibətdə  Konvensiyanın  qüvvədə  olması  məsələsində  zaman  fasiləsi 
yaranmamıĢdır. 
Bundan  əlavə,  Məhkəmə  qeyd  edir  ki,  müvəqqəti  tədbirlərin  müəyyən  olunması  ilə  bağlı  bu  xahiĢ 
kontekstində o, faktlar və ya onların təqsirləndirilməsi barədə yekun nəticə çıxarmaq səlahiyyətində deyil və bu 
və ya digər Tərəf tərəfindən genosid konvensiyasının pozulmasını müəyyən etməyə dəvət olunmamıĢdır, lakin 
Ģərait  genosid  haqqında  konvensiyanın  müəyyən  etdiyi  hüquqları  qorumaq  üçün  dövlətlərin  öz  üzərlərinə 
götürməli olduqları müvəqqəti tədbirlərin müəyyən olunmasını tələb edirsə, müəyyən etməyə dəvət olunmuĢdur. 
Beləliklə,  Məhkəmə  deyir  ki,  o,  Genosid  haqqında  Konvensiyanın  I  maddəsində  müəyyən  olunan  öhdəlikləri 
nəzərə alaraq bu hüquqları qorumaq üçün müvəqqəti tədbirlərin müəyyən edilməsində əmindir. 
Lakin Məhkəmə yekunda dəqiqləĢdirir ki, bu məhkəmə baxıĢında qəbul olunan qərar iĢə mahiyyəti üzrə 
baxılması üçün məhkəmənin səlahiyyətini, Ģikayətin məqbulluğu və mahiyyəti üzrə  hər hansı məsələni ehtimal 
etmir  və  səlahiyyət  və  ya  mahiyyəti  üzrə  Bosniya  -  Herseovina  və  Yuqoslaviya  Hökumətlərinin  vasitələrdən 
istifadə etmək hüququnu toxunmamıĢ saxlayır.  
Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin