Xocali soyqirimi



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix06.09.2017
ölçüsü1,27 Mb.
#29146
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

"Krua I`Eveneman" jurnalı: "Ermənilər Xocalıya hücum ediblər. Bütün dünya tanınmaz hala düĢmüĢ 
cəsədlərin Ģahidi olub. Azərbaycanlılar 1000 nəfərin öldüyünü deyir". 
"Qolos Ukrainı" qəzeti. V. Skaçko: "Müharibənin sifəti olmur. Yalnız məkrli maska, qanlı göz yaĢları, 
ölüm, bədbəxtlik, dağıntılar... 
Xocalıda körpələri  nə üçün qətlə  yetirdilər? Bəs analarını?  Allah  insanı cəzalandırmaq istəyəndə  onun 
ağlını alır". 
"Nie" qəzeti. Bolqarıstanda çıxan bu mətbuat orqanı Xocalı soyqırımına həsr olunmuĢ bütöv bir nömrə 
çap etmiĢdir. Violetta Parvanova: "Xocalı bəĢəriyyətin faciəsidir". 
Xarici  Ölkə  jurnalistləri  ilə  söhbət  edən  əslən  Xocalıdan  olan,  soyqırımda  anasını,  yaxın  qohum-
əqrəbasını itirən yazar Səriyyə Müslümqızı xatırlayır: "Xocalıya dünyanın müxtəlif ölkələrindən onlarla əcnəbi 
jurnalist gəlmiĢdi. Onlar qanlı hadisələri gözləri ilə görüb dəhĢətə gəlirdilər. 
Ancaq  onların  çoxu  ölkələrinə  dönəndən  sonra,  həqiqətin  əksini  qələmə  alırlar.  Xocalı  soyqırımının 
"Arsaq  qəhrəmanları"nın  qəhrəmanlıq  salnaməsi  kimi  yazır,  qətlə  yetirilənlərin  Ģəkillərini,  "ermənilərin 
Ģəhidləri" kimi təqdim edirdilər. Hətta həmin o Ģəkillərin əks olunduğu poçt markaları da dövriyyəyə buraxıldı". 
 
Akif AĢırlı. Türkün Xocalı soyqırımı.- Bakı, 2005.- S. 68-72. 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
78 
 
Xocalı soyqırımı haqqında ilk məlumatı "Səhər" çatdırıb 
 
Məzahir Süleymanzadə 
 
- Xocalı faciəsi ilə bağlı respublikada müxtəlif fikirlər yaranmıĢdı. ilkin versiya belə idi ki, orada toqquĢma 
nəticəsində cəmi 2-3 nəfər adam həlak olub. Amma bu versiya o vaxt "AzərTAC", yəni dövlət xətti ilə yayılmıĢ 
və Dövlət Televiziyası  ilə  verilmiĢdi. Bütün KĠV  də rəsmi informasiya  olduğuna görə təbiidir ki, yalnız buna 
əsaslanırdı. Amma "Səhər" qəzetinin o zaman Qarabağda iki müxbiri çalıĢırdı. Bunlardan biri ġamil Ələkbərov, 
digəri  isə  Səriyyə  Müslümqızı  idi.  Bu  iki  nəfər  bilavasitə  hadisə  yerində  idilər.  Onlar  Xocalı  qaçqınlarını  və 
oradan  gətirilən saysız-hesabsız  meyitləri  Ağdamda  qarĢılamıĢdılar. Hadisənin  canlı Ģahidləri  kimi  həm bizim 
redaksiyaya  təcili  Ģəkillər  göndərmiĢ,  həm  də  telefonla  məlumat  vermiĢdilər.  Sonra  Xocalı  faciəsi  olan  gecə 
Ģəxsən mənə aeroportun mərhum rəhbəri Əlif Hacıyev zəng edərək olan vəziyyəti danıĢdı. Həmçinin Xocalının 
prokuroru AtakiĢi AtakiĢiyev zəng edərək faciə barədə məlumat verdi. Səhəri gün bütün qəzetlər Xocalıda bir-
iki nəfərin yaralanması, həlak olmasını yazdığı halda, "Səhər" qəzetində əsl həqiqət dərc olundu. Biz Xocalıda 
ölənlərin  sayının  1000-dən  artıq  olmasını  bəyan  etmiĢdik.  Bu,  çox  böyük  qəzəblə  qarĢılandı  respublikada. 
Düzdür, bizim ilkin məlumatda göstərilirdi ki, Xocalı rayon icra hakimiyyətinin baĢçısı Elman Məmmədov da 
həlak  olub. Ondan sonra Elman Məmmədov Özü zəng  edərək əvvəlcə  informasiyaya görə təĢəkkür etdi. Dedi 
ki, mən sağam, sadəcə olaraq ayağımdan yaralanmıĢam. Deməli, adını çəkdiyim və çəkmədiyim adamlar, istər 
bizim müxbirlərimiz olsun, istərsə də orada çalıĢan adamlar olsun informasiyanı ilkin mənbədən verirdilər. Ona 
görə  də  təbii  ki,  biz  informasiyanı  aldığımız  ilkin  mənbəni  qoyub  dövlət  kanallarının  yaydığı  informasiyaya 
üstünlük  verə bilməzdik. Bütün  qəzetçilik tələblərinə  uyğun olaraq biz  öz  müxbirlərimizin sözlərinə  daha çox 
önəm  verdik,  onlara  daha  çox  inandıq.  O  zaman  "Səhər"  qəzeti  250000  tirajla  çıxır,  bütün  ölkəyə  yayılırdı. 
Qəzetimiz  çıxan  gün  səhər  iĢə  getdik  və  təxminən  saat  10.00  radələrində  gördük  ki,  300-ə  yaxın  adam 
hirslənmiĢ, hiddətlənmiĢ vəziyyətdə "Azərbaycan"  nəĢriyyatının  qarĢısına toplaĢıb bizi tələb  edir. Mən onların 
qarĢısına çıxdıqda bir az hay-küy salıb dedilər ki, siz təxribatla məĢğulsunuz. Səbəbini soruĢdum. Dedilər, xalqa 
yalan məlumat verirsiniz ki, Xocalıda 1000-dən artıq adam qətlə yetirilib. Amma bütün dövlət mətbuat orqanları 
tamamilə ayrı xəbərlər dərc edib. Siz bunu yazmaqla sabitliyi pozur, cavanları yoldan çıxarırsınız. Açığı, bizə 
çox  aqressiv  Ģəkildə  münasibət  göstərildi.  Mən  də  təmkinimi  pozmadan  dedim  ki,  bu  xəbərləri  yerlərdəki 
müxbirlərimizə  istinadən  vermiĢik.  Bu  xəbərin  dəqiqliyinə  zərrə  qədər  də  Ģübhəmizin  olmadığını  açıqladım. 
Amma onu da bildirdim ki, bütün hallarda dövlət orqanlarının yaydığı xəbərlər doğru olsa, o zaman həm bütün 
Azərbaycan xalqından, həm də bura toplaĢan vətəndaĢlardan üzr istəməyə hazırıq. Onları birtəhər sakitləĢdirdik. 
Yanlarında  ziyalılar,  bizi  tanıyan  adamlar  var  idi.  Onlar  da  öz  yoldaĢlarmı  sakitləĢdirərək  bizim  qeyrətli 
Azərbaycan  vətəndaĢları  olduğumuzu  söylədilər.  Dedilər  ki,  biz  yalan  yazıb  təxribatla  məĢğul  olmarıq. 
Üstündən  iki  gün  keçəndən  sonra  qadağalara  baxmayaraq  Ağdamdan  adamlar  gəldi,  faciənin  miqyası  artıq 
hamıya bəlli oldu. Dövlət orqanları da məcbur qalıb Xocalı faciəsi ilə bağlı nisbətən fərqli məlumat verdilər. Bir 
qədər  sonra  Azərbaycan  Respublikasının  Milli  Məclisində  bu  məsələ  müzakirə  olunarkən  bizim  qəzetin  adı 
həmin  qərara  düĢüb.  O  qərarda  da  göstərilir  ki,  "Səhər"  qəzeti  yeganə  düzgün  informasiya  verən  mətbuat 
orqanıdır. Bizim xoĢbəxtliyimiz ondaydı ki, o zaman dünyanın demək olar ki, bütün aparıcı kütləvi informasiya 
vasitələri ilə əlaqəmiz var idi. "Səhər" qəzetinin adı ABġ-ın, Ġngiltərənin, Almaniyanın, Yaponiyanın, Rusiyanın 
və baĢqa dövlətlərin rəsmi kataloqlarına daxil edilmiĢdi. Çox etibarlı informasiya mənbəyi kimi qəbul olunurdu. 
Biz  də  bu  kanallardan  istifadə  edib  informasiyalarımızı  həmin  ölkələr  vasitəsilə  bütün  dünyaya  yaya  bilirdik. 
Xocalı faciəsi  haqqında ilk  məlumatlar bizim  qəzet  vasitəsilə çatdırıldı. Bundan  çox qısa  müddət sonra məxfi 
materiallar ələ  keçirə bildik. 366-cı alayın  komandiri  Zarviqarovun  gündəliyini əldə  etdik. O  gündəliklə bağlı 
məlumatları araĢdırdıq. Mənim "366-cı alayın məhvi" adlı geniĢ məqaləm dərc olundu. Bu material rus dilində 
də  ayrı-ayrı  qəzetlərdə  yayıldı.  Rusiya,  Ukrayna  müstəqil  mətbuatında  da  bunu  dərc  etdirdik.  O  zaman 
"Azərbaycan" nəĢriyyatının direktoru Bahadır Qayıbovun ümumi redaktəsi ilə biz "Səhər" qəzetinin təcili olaraq 
Xocalıya  həsr  olunmuĢ  xüsusi  buraxılıĢım  hazırladıq.  Bu  buraxılıĢ  ingilis  və  rus  dillərində  nəĢr  edildi.  Sonra 
Azərbaycan  dilində  də  buraxıldı.  O  buraxılıĢ  çıxandan  cəmi  bir  həftə  sonra  Azərbaycana  Latviyada  yaĢayan, 
milliyyətcə  gürcü  olan  bir  xanım  gəldi.  Bizim  hazırladığımız  xüsusi  buraxılıĢ  onun  köməyilə  Latviyada  latıĢ 
dilində dərc olundu. Beləliklə, çox böyük tirajla, təxminən milyona yaxın tirajla Xocalı faciəsi haqqında həqiqət 
bütün dünyaya yayıldı. Artıq bunu Azərbaycanda da gizlətmək mümkün deyildi. Çünki insanlar bir-birilə əlaqə 
saxlayır, Bakıya meyitlər gəlirdi. Ġki uĢaq meyitini də gətirib "Göy məscid"də qoymuĢdular. Biz dərhal fotoqraf 
ġahini  göndərdik  o  uĢaq  meyitlərin  çəkdi.  Bu  gün  o  uĢaq  meyitlərinin  Ģəkilləri  Xocalı  faciəsinin  bir  növ 
simvoluna  çevrilib.  O  Ģəkilləri  bizim  fotomüxbirimiz  ġahin  Abbasəliyev  çəkib.  Biz  Xocalı  faciəsini  jurnalist 
olaraq  belə  yaĢadıq.  20  Yanvar,  Xocalı,  Qarakənd  səmasında  vertolyotun  vurulması,  Salatın  Əsgərovanın 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
79 
öldürülməsi barədə ilk xəbərləri də məhz biz vermiĢdik. Bütün bunlar hamısı ağrılı-acılı, eyni zamanda unudulmaz 
hadisələrdir. Taleyin qismətindənmi, ya nədənmi bu hadisələri iĢıqlandırmaq bizim taleyimizə düĢmüĢdü. 
 
Akif AĢırlı. Türkün Xocalı soyqırımı. Bakı: 2005,  S. 100-102. 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
80 
 
Xocalı faciəsinə hər Ģey açılıb deyilməyib 
 
Qulu Məhərrəmli 
 
Aydındır ki, həmin dövrün situasiyasını göz önünə gətirəndə Xocalı hansı vəziyyətdə idi. Orada tikinti iĢləri 
baĢlamıĢ, müəyyən adamlar köçürülmüĢdü, bütün respublika köməklik  edirdi. Yəni bir yüksəliĢ var idi. Sonra 
Əsgəran  tərəfdən  yolun  bağlanması  get-gəli  xeyli  çətinləĢdirdi,  yalnız  vertolyotla  əlaqə  var  idi.  Respublika 
rəhbərliyi həmin dövr üçün yolu açmağı bacarmırdı. Hərbi vəziyyət getdikcə çətinləĢirdi. Xocalıya yaxın yerdə 
yerləĢən yaĢayıĢ məskənləri olan MeĢəliyə, Cəmilliyə ermənilər hücum etmiĢ, kəndləri dağıtmıĢ, insanları məhv 
etmiĢdilər. O kütləvi qırğınlar Xocalıda böyük bir təhlükə yaradırdı. Məsələn, yanvarın əvvəllərində hadisədən 
təxminən ay yarım əvvəl mən orada jurnalist qrupu ilə çəkiliĢlər aparırdım. Əvvəla, Xocalı əhalisində çox böyük 
ruh düĢkünlüyü var idi. Qəsəbədə belə bir atmosfer yaradılmıĢdı. Xocalıdan getmək əhval-ruhiyyəsi güclü idi. 
Ümumiyyətlə, respublikanın özündə düzgün informasiya siyasəti qurulmamıĢdı. Pis olan idi ki, Xocalıdan çoxlu 
yalançı informasiyalar gedirdi. Heç Xocalıya aidiyyəti olmayan, orada baĢ verməyən, ĢiĢirdilmiĢ informasiyalar 
çap  olunurdu.  YanlıĢ  informasiya  siyasəti  aparılırdı  ki,  guya  Xocalıda  böyük  bir  ordu  qurulub,  guya  camaat 
döyüĢə çox böyük Ģəkildə hazırlaĢıb, hərbi strateji nöqtələr mövcuddur. Əslində elə deyildi. Ölkə ictimaiyyətinə 
Xocalıdakı real vəziyyəti əks etdirən, real informasiyalar verilmirdi. O vaxt bizdə Dövlət Televiziyasının sədri 
Məmməd Murad idi. Bizi o ora göndərmiĢdi ki, gedin həqiqi vəziyyəti çəkin və gətirib burada göstərin. Bizim 
Xocalıya  getməyimizin  əsas  səbəbi  o  idi.  Yadımdadır  ki,  o  vaxt  Xalq  Cəbhəsinin  sədri  Əbülfəz  Elçibəy  bu 
vəziyyətlə bağlı bəyanat vermiĢdi. Bu, mətbuatda da çap olunmuĢdu. Hökuməti tənqid edən bəyanat idi. Hesab 
edirəm ki, bizim getməyimiz də bir növ onunla bağlı idi ki, biz real vəziyyəti çəkək. M. Murad da o cür tapĢırıq 
vermiĢdi  ki,  vəziyyət  necədirsə,  o  cür  də  çəkib  gətirin.  Mən  o  materialları  çəkib  gətirdim  və  dalbadal  iki 
reportajım  getdi.  ÇalıĢdıq  ki,  oradakı  vəziyyəti  dəqiq  göstərək.  Yəni  camaatın  Ģikayətlərini  verdik  ki,  yol 
bağlıdır, onlara heç bir kömək göstərilmir. Real vəziyyət barədə Azərbaycan ictimaiyyətinə məlumat verilmirdi. 
Hesab edirəm ki, bu çox yanlıĢ idi. Orada özünümüdafiə batalyonu var idi. Onlar keĢik çəkirdilər. Amma aydın 
idi  ki,  onlar  heç  bir  variantda  Xocalıya  hücum  olacağı  təqdirdə  onun  qarĢısını  almaq  iqtidarında  deyildilər. 
Orada  tədricən  Milli  Qəhrəman  Aqil  Quliyevin  rəhbərlik  etdiyi  təxminən  30  nəfərə  yaxın  bir  taqım 
formalaĢmıĢdı.  Bunların  yaxĢı  silah  təminatı  yox  idi.  Məndə  Aqil  Quliyevdən  alınmıĢ  müsahibə  var.  Orada 
A. Quliyev danıĢır ki, baxmayaraq ki, burada 30 nəfərdir, amma bunların cəmi 12 avtomatı var. Amma bununla 
yanaĢı,  o  dövr,  Ģərait  üçün  bunlar  sözün  həqiqi  mənasında  fanatiklər,  qəhrəmanlar  idilər.  Bu  bizim  Milli 
Ordunun  ilk  hissələri  idi.  Məsələn,  bunların  kəĢfiyyatı  ərəfəsində  biz  həmin  kazarmada  bir  neçə  gün  qalası 
olduq.  Mən  bu  insanları  yaxından  müĢahidə  edə  bildim.  Tutaq  ki,  kəĢfiyyata  getməmiĢdən  əvvəl  bunların 
təlimatlandırılması,  qoyulan  tapĢırıqların  yerinə  yetirilməsi  üçün  bunlara  verilən  göstəriĢlər  idi.  Baxırdım  ki, 
burada  əməlli-baĢlı  peĢəkar  hərbçi  ab-havası  var,  əsl  döyüĢçülərdir.  O  dövrdə  bir  neçə  maraqlı  əməliyyatlar 
keçirmiĢdilər.  Amma  bununla  yanaĢı,  bütün  hallarda  Xocalı  respublikadan  böyük  bir  Ģəkildə  aralı  düĢmüĢ 
vəziyyətdə  idi.  Yəni  bunlara  nə  maddi,  nə  mənəvi,  nə  informasiya  dəstəyi  var  idi.  Təsəvvür  edin  ki,  biz 
Xocalıda  olanda  çəkiliĢ  qrupumuz  ilk  günlər  bir  evdə  qalırdı.  Hələ  iĢıq  yananda  baxırdıq  ki,  Bakıda  hansı 
atmosfer var, Xocalıda hansı atmosfer var. Mənim heç vaxt yadımdan çıxmaz ki, biz orada olanda görürdüm ki, 
Xocalıda  un  yox,  çörək  yox,  camaat  ərzaq  sarıdan  çətinlik  çəkir.  Amma  bizim  Dövlət  Televiziyasının 
"Xəbərlər"  proqramı  xəbər  verir  ki,  Xocalıdan  təxminən  15-20  kilometr  qıraqda  -  Ağcabədidə  ət  bayramı 
keçirirlər.  Xocalıların  özü  bu  cür  qeyri-insani  Ģəraiti  müĢahidə  edirdilər.  Yəni  istər-istəməz  bunlarda  sanki 
atılmıĢlar, yaddan çıxarılmıĢlar təəssüratı yaradırdı. Əlbəttə, çox Ģeylər demək olar, çox Ģeyləri təhlil etmək olar. 
Amma  mənim  təəssüratım  bundan  ibarət  idi  ki,  baxmayaraq  burada  az  sayda  döyüĢçülər  var  idi,  onlar  çox 
döyüĢkən  ruhda  idilər.  Ümumiyyətlə,  əhalinin  özündə  bir  ruh  düĢkünlüyü  yaranmıĢdı.  Hətta  biz  orada 
bəyanatlar eĢidirdik, deyirdilər ki, gedib filan nazirin qapısında belə edəcəyik, filankəsi belə edəcəyik. O da hiss 
olunurdu  ki,  bunların  arasında  o  atmosferi  formalaĢdıran  insanlar  var.  Ġnsanları  döyüĢkən  ruhdan  çəkindirən 
faktorlar var idi. 
Faciə baĢ verdi. Əlbəttə, çox qeyri-insani, antibəĢəri bir hadisə idi. Deyim ki, oradakı döyüĢçü hissələr lazım 
olan  cəsurluğu,  mərdliyi,  döyüĢ  hünərini  göstərə  bildilər,  amma  bununla  yanaĢı,  qüvvələr  həqiqətən  qeyri-
bərabər idi. 
Xocalı faciəsi bizim XX əsr tariximizin ən fəlakətli, ən dəhĢətli, ən acınacaqlı səhifəsidir. Bu barədə heç də 
hər Ģey axıra kimi açılıb, deyilməyib. Ora həqiqətən özbaĢına qalmıĢ bir yer idi. Məsələn, orada olan müddətdə 
vəzifəli  adamların  çoxusu  Ģəhərə  yığıĢmıĢdılar.  Xocalının  özündə  insanları  yaxĢı  səfərbər  etmirdilər,  müdafiə 
təĢkil  olunmurdu.  Bunları  da  demək  lazım  idi.  Bununla,  yanaĢı,  əlbəttə  respublika  rəhbərliyinin  də  cəhdi  hiss 
olunurdu.  Yalnız  vertolyot  yolu  var  idi.  Vertolyotla  da  hər  kəs  gəlib-getməyə  ürək  etmirdi,  çünki  ondan 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
81 
təxminən 2-3 ay qabaq Qarakənd səmasında vertolyot vurulmuĢdu. Ondan sonra insanlar vertolyota minməyə də 
qorxurdular. Silah-sursat gətirmək, hərbi qüvvə yerləĢdirmək çətin idi. O dövrdə, A. Quliyevin rəhbərlik etdiyi 
vzvodun qəhrəmanlığı mənim üçün tarixdir. Qeyri-bərabər döyüĢdə bu insanların göstərdiyi hünər, qəhrəmanlıq, 
cəsurluq  mənim  üçün  tarixdir.  Əlbəttə,  o  dövrdə  satqınlıq  da  yox  deyildi.  O  kənddə  bir  neçə  ailə  qarıĢıq 
ailələrdən ibarət idi. Onlar haqqında cürbəcür Ģayiələr gəzirdi. Hesab edirəm ki, Xocalı ilə bağlı çox məsələlər 
aydınlaĢdırılmalı,  çox  Ģeylər  üzə  çıxarılmalıdır.  Yəni  tamam  siyasi  motivdən,  siyasi  tərəfkeĢlik  etmədən,  ayıq 
baĢla bunları obyektiv Ģəkildə araĢdırıb ortaya qoymaq çox vacibdir 
 
Akif AĢırlı. Türkün Xocalı soyqırımı. Bakı: 2005, S. 109-112. 
 
 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
82 
 
Beynəlxalq cinayət faktı 
 
Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun Ekspert Şurası toplaşaraq, 
19  fevral  2002-ci  ildə  Xocalı  faciəsinin  soyqırım  faktı  kimi  dünya  ictimaiyyətinə  çatdırılmasını  təmin  edən 
qətnamə  qəbul  etdi.  Xocalı  faciəsinin  beynəlxalq  cinayət  olaraq  Ermənistanın  Azərbaycana  qarşı  soyqırım 
siyasətinin  tərkib  hissəsi  olması  sənəddə  ətraflı  izah  edilir.  Sənədin  əhəmiyyətini  nəzərə  alaraq  Ekspert 
Şurasının üzvü V. İbavevin toplantıdakı məruzəsi ilə birlikdə kitaba daxil etməyi məqsədəuyğun sayırıq. 
 
Azərbaycan  xalqının  tarixində  soyqırımı  kimi  siyasi  və  hüquqi  qiymətini  almıĢ  hadisələr  tarixi  kökü 
etibarı  ilə  bir  zamanlar  Osmanlı  imperiyasının  torpaqlarının  bölüĢdürülməsi  -  ġərq  məsələsinin  həyata 
keçirilməsi üçün uydurulmuĢ, əslində mövcud olmayan "erməni məsələsi" ilə bağlıdır. ġərq məsələsinin həyata 
keçirilməsindən  bəhrələnmək  istəyən  erməni  millətçiləri  XVIII  əsrin  sonlarından  baĢlayaraq  Türkiyə,  XIX 
əsrdən isə Azərbaycanın torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq xülyasına düĢmüĢ və bundan sonra 
məqsədlərinə çatmaq üçün müxtəlif yerlərdə milli zəmində qırğınlar törətmiĢlər. 
Rusiya və Ġran arasında bağlanmıĢ Gülüstan və Türkmənçay  müqavilələrindən sonra ermənilər kütləvi 
Ģəkildə  Azərbaycan  torpaqlarında  məskunlaĢdırılmıĢlar.  Azərbaycan  torpaqlarında  azərbaycanlılara  qarĢı 
1905-1907-ci illərdə, 1918-ci ildə qırğınlar törədilməklə soyqırımı siyasəti həyata keçirilməyə baĢlanmıĢdır. 
Ermənistan  dövləti  tərəfindən  azərbaycanlılara  qarĢı  aparılan  etnik  təmizləmə  siyasəti  SSRĠ-nin 
yarandığı ilk illərdən baĢlanmıĢdır. Belə ki, Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin 
yaradılması  ilə  Azərbaycanda  ermənilərin  milli  azlıqda  olması  probleminin  öz  həllini  tapmasına  baxmayaraq, 
həmin dövrdə Ermənistan SSR ərazisində yaĢayan azərbaycanlılara muxtariyyət verilməməsi tarixi ədalətsizlik 
kimi  qiymətləndirilməli  idi.  Qarabağın  dağlıq  ərazisində  yaĢayan  80  minlik  erməni  əhalisinə  muxtariyyət 
verildiyi halda, həmin dövrdə Ermənistanın 580 minlik, həmçinin Gürcüstanda yaĢayan 600 minlik azərbaycanlı 
əhalisinə muxtariyyət verilmədi. 
Bundan soma ermənilərin Azərbaycana qarĢı millətçi-separatçı siyasəti aĢağıdakı istiqamətlərdə həyata 
keçirilirdi: 
- Dağlıq Qarabağı Azərbaycan SSR-dən qoparmaq; 
- Azərbaycan SSR-in ərazilərinə yiyələnmək; 
- Ermənistan SSR-dən azərbaycanlıların köçürülməsinə nail olmaq. 
Hazırda Ermənistan adlanan əzəli Azərbaycan torpaqlarından etnik təmizləmə siyasətinin tərkib hissəsi 
kimi azərbaycanlıların 1948-1953-cü il deportasiyası təĢkil edilir. 
1948-1952-ci  illərdə  xaricdən  gələn  ermənilərin  yerləĢdirilməsi  bəhanəsi  ilə  150  mindən  çox 
azərbaycanlı əhalisi öz vətənindən çıxarıldı. 
Azərbaycanlıların  Ermənistandan  köçürülməsi  Ermənistan  ərazisindəki  azərbaycanlıların  qədim 
məskənləri olan dədə-baba torpaqlarının boĢaldılması siyasətinin həyata keçirilməsi üçün təĢkil olunmuĢdur. Bu 
haqsızlığa  uzun  müddət  heç  bir  siyasi  qiymət  verilməyibdir.  Yalnız  Azərbaycan  Respublikasının  Prezidenti 
Heydər  Əliyevin  "1948-1953-cü  illərdə  azərbaycanlıların  Ermənistan  SSR  ərazisindəki  tarixi  torpaqlarından 
kütləvi  surətdə  deportasiyası  haqqında"  18  dekabr  1997-ci  il  tarixli  fərmanı  ilə  həmin  ədalətsizliyə  hüquqi 
qiymət verildi. 
Ermənistanda həyata keçirilən etnik təmizlənmənin yeni kütləvi dalğası SSRĠ-nin süqutunun son illərinə 
təsadüf  etdi.  1988-ci  ilin  qıĢından  baĢlayaraq  Ermənistanda  azərbaycanlılara  qarĢı  etnik  təmizləmə  baĢlandı. 
"Azərbaycanlılarsız  Ermənistan"  Ģüarı  altında  həyata  keçirilən  etnik  təmizləmə  nəticəsində  Ermənistan  hakim 
dairələrinin  himayəsi  və razılığı əsasında  hazırkı Ermənistan adlanan  dövlətin ərazisindən 40897 azərbaycanlı 
məcburi qaydada deportasiya olundu. Təkcə 3 gün ərzində - 1988-ci ilin noyabr ayının 27-dən 29-dək Ermənistan 
SSR-in  Quqark,  Spitak  və  Stepanavan  Ģəhərlərində  33  nəfər  azərbaycanlı  öldürülmüĢdü.  Ümumiyyətlə, 
Azərbaycan  Respublikası  Prokurorluğunun  məlumatına  əsasən,  1988-1989-cu  illərdə  Ermənistanda  aparılan 
etnik təmizləmə dövründə 216 nəfər azərbaycanlı öldürülmüĢdür. Onlardan 49 nəfəri divan tutulmaqdan qorxub 
qaçarkən  dağlarda  donmuĢ,  41  nəfər  qəddarlıqla  döyülməkdən  ölmüĢ,  35  nəfər  uzun  iĢgəncələrdən  sonra 
öldürülmüĢ,  115  nəfər  diri-diri  yandırılmıĢ,  16  nəfər  güllələnmiĢ,  10  nəfər  təhqirlərə  dözməyib  infarktdan 
ölmüĢ, 2 nəfər erməni həkimləri tərəfindən xəstəxanada öldürülmüĢ, 3 nəfər suda boğulmuĢ, bir nəfər asılmıĢ, 
bir nəfər əzablardan qurtarmaq üçün özünü öldürmüĢ, bir nəfər elektriklə öldürülmüĢ, iki nəfərin baĢı kəsilmiĢ, 
29  nəfər  qəsdən  avtomobil  altına  salınmaqla  öldürülmüĢ,  3  nəfər  xəstəxanada  olarkən  tibbi  xidmət 
göstərilməməsi nəticəsində ölmüĢ, 8 nəfər oğurlanmıĢ və xəbərsiz itkin düĢmüĢdür. Həyatdan məhrum edilmiĢ 
azərbaycanlıların  yeganə  günahı  onların  azərbaycanlı  olmaları  idi.  "Ġnsan  Hüquqlarının  Ümumi  Bəyyana-
mə"sinin  2-ci  maddəsinə  əsasən  isə  hər  bir  Ģəxs  irqindən,  dərisinin  rəngindən,  cinsindən,  dilindən,  dinindən, 
siyasi  və  digər  əqidəsindən,  milli  və  sosial  mənĢəyindən,  əmlak,  sosial  mövqe  və  digər  vəziyyətindən  asılı 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
83 
olmayaraq  bütün  hüquq  və  azadlıqlara  malik  olmalıdır.  Lakin  yuxarıda  göstərilənlər  insan  hüquq  və 
azadlıqlarının  pozulmasının  adi  halı  deyildi.  Əsrin  əvvəllərindən  baĢlayaraq  plana  uyğun  surətdə 
azərbaycanlılara qarĢı həyata keçirilən "etnik təmizləmə", soyqırımı idi. 
Ermənistan tərəfindən azərbaycanlılara qarĢı soyqırımı təkcə Ermənistan ərazisində deyil, eyni zamanda 
Azərbaycan  ərazilərində  də  davam  etdirilirdi.  Bu  da  bir  daha  təsdiq  edir  ki,  azərbaycanlılara  qarĢı  soyqırımı 
siyasəti Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir. 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsi dövründə Azərbaycan xalqına qarĢı törədilmiĢ ən 
amansız cinayətlərdən biri də 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baĢ vermiĢ Xocalı genosidi idi. 
Həmin  gecə  Ermənistan  Respublikasının  silahlı  qüvvələri  öz  havadarları  və  bir  qrup  muzdlu  dəstələri  ilə 
birlikdə  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  regionunda  yerləĢən  Xocalı  Ģəhərinə  hücum  edərək  heç 
bir günahı olmayan mülki əhalinin Ģəhəri tərk edə bilməmiĢ hissəsini də qəddarlıqla qətlə yetirmiĢlər. ġahidlər 
təsdiq edirlər ki, həmin gecə onlarla qadın, 2 yaĢından 15 yaĢınadək uĢaq və qoca güllələnmiĢ, bəzi meyitlərdə 
bir neçə xəsarət yerləri aĢkar edilmiĢdir ki,  onlardan biri yaxın məsafədən baĢ nahiyəsinə yetirilmiĢ odlu silah 
xəsarətləri  olmuĢdur.  Bu  da  onu  göstərir  ki,  yaraqlılar  sonradan  odlu  silahla  öldürülmüĢdür.  Bir  neçə  uĢaq 
meyitinin qulaqları kəsilmiĢdir. YaĢlı qadının sifətinin sol yanağının dərisi soyulmuĢ, qoca kiĢinin qafa sümüyü 
çıxarılmıĢdır.  Ġlk  dəfə  28  fevral  1992-ci  ildə  hadisə  yerinə  vertolyotla  gələnlər  500  metr  radiusda  ərazinin 
meyitlərlə örtüldüyünü görmüĢlər. 
Xocalı  sakini  Canan  Orucov  çoxsaylı  insan  tələfatı,  xüsusən  qadın  və  uĢaqların  öldürülməsi  barədə 
məlumat vermiĢdir. Onun 16 yaĢlı oğlunu güllələmiĢ, 23 yaĢlı qızmı əkiz uĢaqları ilə birlikdə və ikinci 18 yaĢlı 
hamilə qızmı girov götürmüĢlər. 
Səriyyə Talıbova adlı Ģəxs göstərmiĢdir ki, erməni döyüĢçüsünün qəbri üstündə 4 nəfər mesxet türkünün 
və 3 azərbaycanlının baĢını kəsmiĢlər. Valideynlərinin yanında uĢaqlara iĢgəncə vermiĢ və onları öldürmüĢlər. 
Milli hərbi geyimdə olan azərbaycanlı əsgərin gözlərini oymuĢlar. 
Xocalıda  mülki  əhalinin  tələf  edilməsinin  planauyğun  surətdə  həyata  keçirilməsini  təsdiq  edən 
faktlardan biri də odur ki, əhalinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən qabaqcadan xüsusi olaraq 
düzəldilmiĢ  pusqularda  qətlə  yetirilmiĢdir.  Xocalı  Ġcra  Hakimiyyəti  baĢçısı  Elman  Məmmədovun  məlumatına 
görə,  Naxçıvanik  kəndi  ərazisində  Xocalıdan  qaçan  əhali  avtomat,  pulemyot  və  baĢqa  silahlardan  gülləbaran 
edilmiĢdir.  Xocalılara  qarsı  həmin  hərəkətlər  ermənilərin  niyyətinin  məhz  soyqırımı  cinayətini  törətməyə 
yönəlmiĢ olduğunu göstərir. 
Xocalı  sakini  Sənubər  Ələkbərova  Naxçıvanik  kəndində  qadın,  uĢaq  və  qoca  meyitlərindən  yaranmıĢ 
təpəni heç vaxt unutmayacağını bildirib. Həmin kənddə ermənilərin qurduğu pusquya düĢdükdən sonra onun əri, 
iki qızı - Sevinc və Hicran öldürülmüĢ, özü isə yaralanmıĢdır. Orada 200 nəfər azərbaycanlı girov götürülmüĢdür. 
Cəmil Məmmədov  da girov  düĢmüĢ azərbaycanlılardan  olmuĢdur. Onun  dırnaqlarım çıxarmıĢ, təpiklə sifətinə 
xəsarət yetirmiĢ, nəvəsini isə ondan alıb götürmüĢ, anası və qızı xəbərsiz itkin düĢmüĢdür. UĢaqların zorla bir 
qrupdan alınıb baĢqa bir qrupa verilməsi də soyqırımı cinayətinin obyektiv cəhətini təĢkil edən əlamətlərdəndir. 
Soyqırımı  hadisəsindən  sonra  cinayətin  baĢ  verdiyi  yerdə  olmuĢ  fransız  jurnalisti  Can  Ġv  Yunet 
demiĢdir: "Mən müharibələr haqqında, alman faĢistlərinin qəddarlığı haqqında çox eĢitmiĢəm. Ancaq ermənilər 
5-6 yaĢlı uĢaqları, mülki əhalini öldürməklə onları ötüb keçiblər". 
"Ġzvestiya"  qəzetinin  müxbiri  V. Bulıx  göstərmiĢdir  ki,  Xocalı  hadisələri  zamanı  gözləri  oyulmuĢ, 
qulaqları kəsilmiĢ, qafa sümükləri çıxarılmıĢ, baĢları kəsilmiĢ meyitlərin Ģahidi olmuĢdur. 
Azərbaycan Müdafiə Nazirliyi tibbi xidmətinin rəisi Xanlar Hacıyev xidməti iĢi ilə əlaqədar çox ölüm 
və əzablarla qarĢılaĢsa da, Xocalı hadisələri zamanı törədilmiĢ vəhĢiliklərdən dəhĢətə gəlmiĢdir. DonmuĢ qızın 
üzünün bıçaqla kəsilməsi, döyüĢçünün bağırsaqlarının çıxarılaraq qarıĢdırılması bu cür vəhĢiliklərə misaldır. 
Mayor Leonid Kroveç  özü 200  meyit  müĢahidə  etdiyini, onunla bir  yerdə  olan polis  nəfərinin 4  yaĢlı 
uĢağının meyitini tapıb, baĢının əzildiyini gördükdə, ağlını itirməsinin Ģahidi olmasını təsdiq etmiĢdir. 
Moskva  "Memorial"  hüquq-mühafizə  mərkəzinin  Xocalı  Ģəhərinin  iĢğalı  zamanı  insan  hüquqlarının 
kütləvi  pozulması  faktları  barədə  məlumatında  göstərilir:  "Qaçanlar  ermənilərin  pusqusuna  düĢmüĢ  və 
gülləbaran  edilmiĢlər...  Dörd  gün  ərzində  Ağdama  200  meyit  gətirilmiĢ,  onlarca  meyitə  təhqirə  məruzqalma 
əlamətləri olmuĢdur. Dörd meyitin baĢının dərisinin soyulduğu və bir meyitin baĢının kəsildiyi qeydə alınmıĢdır. 
Ağdamda  181  meyit  (130  kiĢi  və  51  qadın,  o  cümlədən  13  uĢaq)  dövlət  məhkəmə-tibbi  ekspertizasından 
keçirilmiĢdir. Ekspertlərin rəyi ilə müəyyən edilmiĢdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin - qəlpə 
yararları  səbəb  olmuĢ,  10  nəfər  küt  alətlə  vurulmaqla  öldürülmüĢdür...  Ağdamda  sanitar  qatar  jurnalında 
qeydiyyatdan keçirilənlərin 598 nəfərində xəsarət və donma faktları  müĢahidə olunmuĢdur. Orada diri adamın 
baĢ dərisinin soyulması faktı qeydə alınmıĢdır. 
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində minlərlə insan həyatdan məhrum edilmiĢ, Ģikəst olmuĢ, 
900  yaĢayıĢ  məntəqəsi  dağıdılıb  talan  edilmiĢ,  mülki  əhalinin  ümumi  sahəsi  9  milyon  kv.  m.  olan  mülkləri 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
84 
dağıdılıb yandırılmıĢdır. DağıdılmıĢ və əmlakı aparılmıĢ yaĢayıĢ evlərinin ümumi dəyəri on milyardlarla dollar 
həcmindədir. 
Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin