Ənvər Mete, Nadir Əhmədov. Ġblis Xisləti Erməni. Bakı: 2009, S. 387-392.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
49
Xocalı. Bizim bilmədiyimiz həqiqətlər
Vladimir Savelyev Xankəndindəki 366-cı Alayda yerləĢən 02270 nömrəli hərbi hissəsinin əks-kəĢfiyyat
Ģöbəsinin rəisi olub. Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin Ģahidi olan polkovnik 1992-ci il
noyabr ayının 26-da, 1994-cü il mart ayının 19-da, 1998-ci il avqust ayının 22-də və nəhayət, 2000-ci ilin
iyul və dekabr aylarında BMT-yə, Avropa ġurasına.... sonda BaĢ KəĢfiyyat Ġdarəsinə «Məxfi ArayıĢ»ını
təqdim edir. O, son arayıĢlarını «zabit Puqaçov» imzası ilə göndərib.
Polkovnik erməni terror təĢkilatları ilə Rusiya qoĢun birləĢmələrinin Dağlıq Qarabağda
keçirdikləri hərbi əməliyyatları izləyərək, fakt və sənədlərdə, «Agentura» gücü ilə əldə etdiyi
informasiyalarda bütün olub keçənlərin Ģərhini verib etiraf edir: «... Mən bütün bunları yazmaya bilmərəm.
Hər Ģey gözlərim önündə baĢ verib. Ġnsanların, uĢaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiĢ
bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağıĢlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan
hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə on doqquz səhifəlik məxfi arayıĢ həm Kremlə, həm də MN-ə, VKĠ-
nin generallarına göndərdim. Oxuyun - dedim».
El Messanyan Qriqoryan Beyrutda çıxan «Zartunk» («Oyanma») qəzetində «Bir erməni
yardımı» yazısında qeyd edir: «...Xocalı uğrunda vuruĢan, döyüĢə atılanları unutmaq, yaddan çıxarmaq biz
ermənilərə yaraĢan iĢ deyil. Onlara - o igidlərə yardım edin. Məlumatımız var ki, dünyanın 24 ölkəsində varlı və
zəngin erməni iĢ adamları «Artsax yardım fondu» təsis ediblər. O fond həm də bizim gələcək nəsillərin taleyi
üçündür... Londonda erməni iĢ adamı satdığı villasının dəyərini, VaĢinqtonda erməni biznesmeni Araz
Süleyman öz ticarət mərkəzindən gələn illik gəlirləri... Parisdə «Erməni ana dili» cəmiyyətinin üzvləri
topladıqları ianələri... Xocalı qəhrəmanları üçün ayırdılar...»
1992-ci il 24 mart.
Bakıda isə boĢ qalmıĢ kreslolar üstündə adamlar dəstələrə bölünür, qruplarda cəmləĢir, hakimiyyətə can
atırdılar. Ali BaĢ Komandanın buraxdığı strateji səhvləri isə nə siyasi mühitdən ayrı düĢmüĢ, baĢını itirmiĢ
millət, nə də ayrı-ayrı siyasi liderlər dərk etmirdilər. DüĢdükləri burulğandan çıxmaq üçün heç kəs bir-birinə əl
uzatmırdı, yardım etmirdi. Xocalı isə qan içində can verirdi. Ordudakı xəyanətlə Prezident Aparatındakı
xəyanətlər üst-üstə düĢdüyündən hamı çaĢıb qalmıĢdı... Bütün bu çaĢqınlıqları araĢdıran kəĢfiyyatçı V. Savelyev
Kremlə, Bakıya... üst-üstə 18 eyni məzmunlu teleqram göndərir. Amma heç kəs onun teleqramlarını
oxumurdu...
1992-ci ilin fevral ayının 4- də isə Roma Papası II Ġohanın Dağlıq Qarabağ özünümüdafiə dəstələrinə
(!) və rus qoĢun birləĢmələrinin generallarına məxfi məktubu daxil olur. Roma Papası erməni müdafiə
dəstələrinə «Allahdan aldığı gücü» (?) göndərirdi. Ruslara isə bu vuruĢmanın «dini bir vuruĢma» olduğunu
xatırladır, onlara dua edəcəyini açıqlayırdı. Roma Papası Dağlıq Qarabağ uğrunda vuruĢmanı «Dini
vuruĢma... Din uğrunda vuruĢma» kimi qiymətləndirib, yazır: «... Ġmkan olarsa, Xocalıya gəlib orada həlak
olan erməni qardaĢlarının vuruĢ və döyüĢ məkanlarında baĢ əyəcəm...» (2003-cü ilin sentyabr 21-də Roma
Papası Ermənistana gəlir. Qarabağın iĢğalı zamanı öldürülən ermənilərin məzarlarına yad edir).
Hətta Roma papası Bakıya da gəldi və yüksək səviyyədə qarĢılandı. Bax biz də belə millətik. Məgər
Roma papasını qarĢılayanlar bu xristian Ģovinistini tanımırdılar?!
Polkovnik V.Savelyev daha sonra yazır: «... Xocalının iĢğalında, ölüm və kütləvi qırğın hadisələrində
azərbaycanlı zabitləri də günahlandırıb ittiham edirəm... Bu necə Vətəndir? Bu necə ordudur?... Bütün bunları
anlaya bilmirəm. Bu oyunlara rus zabitlərini qoĢmaqla onları alçatdılar, Ģərəfinə lənət damğasını vurdular...
Mən on addımlığımda güllə yarasında can verən səkkiz-doqquz yaĢlı qızcığaza heç cür kömək əlimi
uzada bilmədim. Allahın mənə lənət edəcəyi gündən qorxuram...»
LənətlənmiĢ günlər isə bir-birini əvəz edirdi. Həmin ərəfədə Fransadan gəlmiĢ «Operator-II» özəl
studiyasının erməni əməkdaĢları isə (Jül Barelyan, ġerin Sitaryan) Xocalı ətrafında qalaqlanmıĢ meyitlərin
yandırılmasını lentə köçürürdülər. Rusiyanın 2-ci batalyonunda vuruĢan zabit Ġvan Karabelnikovun verdiyi
məlumata görə bu yer «...Xocalının Ģimal-Ģərq hissəsində kiçik təpəcikləri olan bir yer idi...»
Xocalı faciəsini «iĢıqlandırmaq» (ermənilər buna qəhrəmanlıq deyirlər) üçün Xankəndinə dünyanın
32 ölkəsindən 47 nəfər erməni jurnalisti gəlmiĢdi. Onların bir qismi polkovnik Y.Zarviqarovun ayırdığı zirehli
maĢınların gözlüklərindən, qərargah mərkəzlərindən hadisələri izləyir, qeydlər götürür, bəziləri də operativ
çəkiliĢlər aparırdı. DağılmıĢ, viranə qalmıĢ yerləri dünyaya göstərir və acı bir təəssüflə qeyd edirdilər: «...
Azərbaycanlılar günahsız qırırlar...»
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
50
Bizim təbliğat maĢınımız isə Prezident Aparatından kənara çıxmırdı. Bakıdakı adicə diplomatik
korpuslarını nümayəndələrinə həqiqəti deməkdə çətinlik çəkirdik. Susmağımız isə erməni təbliğatı üçün qol-
qanad verirdi... Ermənilər Xocalı ilə bağlı Azərbaycanı «qan tökməkdə günahlandıran» bir materialı, əllərinə
keçən hər hansı bir faktı və yaxud sənədi təkrar-təkrar çap edirdilər. Tutalım «Azərbaycanlılar Xocalını
yandırıb, getdilər...» foto-reportajını 49 dəfə dünya mətbuatında çap etdiriblər.
Xocalının iĢğal edilməsi planının strateji tərəflərini ermənilərlə yanaĢı, ruslar da... «çox
düĢünüblər».
Nəticədə birinci batalyonun qərargah rəisi, mayor Abram Çitçiyan mayor Ə.Nabokix və kapitan
Ġ. Lixodey hərbi əməliyyatlarda bilavasitə vuruĢublar. Zabit Ġ.Karabelnikovun məlumatına görə A.Çitçiyan 13
nəfərlik «Babayevlər ailəsini... güllədən keçirib...» Ona 1993-cü ildə Fransa Erməni Diasporu tərəfindən 150
min ABġ dolları mükafat və ən böyük «Kilsə mükafat» verilib. A.Çitçiyan 1994-cü ilin sentyabr ayının 2-də
Fransaya mühacirət edib və orada yaĢayır.
366-cı Alayın sıravi qulluqçusu, rabitəçi Afik Ġsbeliyevin məlumatına görə isə, o, fevralın 24-də
(1992) kapitan Ġ. Lixodeyin komandasında topçu dəstəsində vuruĢub və Xocalının iĢğalında iĢtirak edib.
- Siz necə vuruĢurduz? - sualına belə cavab verib:
- Biz həm də qorxurduq. Ölümdən qorxurduq. Əlimizə keçənləri məhv edirdik. Bəzən küləkdən
tərpənən ağaclar. XıĢıldayan yarpaqlar da bizi qorxuya salırdı... Mən bilmirəm, Azərbaycan xalqı məni
bağıĢlayarmı?... Anam azərbaycanlılara qarĢı ermənilərlə əlbir olub vuruĢduğum üçün məndən imtina edib...
Mən artıq evə gedə bilmirəm, hamı məndən üz döndərib. Amma məni məcbur etdilər. Əmr verdilər. Biz isə
əmrə tabe idik. Məni artıq heç kəs bağıĢlamır...
(Bir erməni məzarı»- Müəllif: Əbdül Fateh. «Beyrut» nəĢri. 1994-cü il).
A. Ġsbeliyev bunu deyir ki, ermənilər ruslara məxsus hərbi texnikanı satın almıĢdılar. Bir avtomat
«KalaĢnikov»a 1500 ABġ dolları verilirdi...
...1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə Xocalı yandırıldı, iĢğal edildi. QoĢun isə
sakitləĢmək bilmirdi.
Polkovnik V. Savelyev «Məxfi arayıĢında» qeyd edir:
«Üçüncü batalyon Xocalı iĢğal olunan gecə müharibə zonasından çıxarıldı, amma oranı tərk etmədi.
366-cı Alay isə ərazidən çıxarılmadı. Ordu tərksilah olundu. Zabitlər satqınlıq etdilər. Silahlara gəlincə,
iĢlənməmiĢ silahları ermənilər üçün ayırdılar. Qərara alındı ki, ermənilərdən bunun müqabilində pul və zinət
Ģeyləri alınsın. «Böyük Ermənistan» adlı bədnam və rüsvayçı plan uğrunda vuruĢlara gəlincə, bu, hələlik açıq
qalmıĢ bir məsələdir».
1992-ci ilin mart ayının 19-u (müsəlman təqvimində bu gün Novruz günü, Bahar bayramıdır)
Xocalıda öldürülmüĢ azərbaycanlılar üçün kiçik bir qəbiristanlıq salındı. Orada əlli dörd nəfər öldürülmüĢ
günahsız azərbaycanlı dəfn edildi. Ermənilərin Fransa Diasporunda telekanal müəllifi Surik ġaqenyan bu
mənzərəni elə həmin günün axĢamı Ġranın, Türkiyənin, Moskvanın, Yerevanın, VaĢinqtonun, Londonun,
Parisin, Bonnun telekanallarına çıxartdı. Ermənilərin öldürülmüĢ azərbaycanlıların meyitlərinə etdikləri «hörmət
və ehtiramdan...»(?), təĢkil olunmuĢ dəfn mərasimindən danıĢdı.
Bakıda isə əslində hələ heç kəs hadisələrin, Xocalıda baĢ vermiĢ faciənin səbəblərini araĢdıra
bilmirdilər. YaradılmıĢ deputat komissiyasından tutmuĢ, müxalifət partiyalarınadək hamı iflic vəziyyətdə idi,
hakimiyyət çat vermiĢdi. Təhlükəsizlik orqanları öz informasiya mənbələrinin əsas dayaqlarını itirmiĢdi.
Təhlükəsizlik sisteminin böyük bir qrupu müxalifətlə, necə deyərlər, «əhd-peyman» bağlamıĢdılar.
A.Mütəllibov hakimiyyəti cəmiyyətdə və dövlətdə siyasi gücünü artıq itirmiĢdi. O, öz ehtiraslarının,
komandasındakı fitnə-fəsadın qurbanı olmuĢdu.
Həmin ərəfədə rus kəĢfiyyatçısı V.Savelyev Azərbaycan hakimiyyətini təsvir edib, yazırdı: «...
Xocalının iĢğalından sonra A. Mütəllibov hakimiyyəti öz yaĢamaq hüququnu itirdi... Nazirlik isə BaĢ nazirin
ətrafında dövlət daxilində dövlət yaratmıĢdılar...»
Polkun çıxarılmasında hərbi sursatların ermənilərə verilməsində bilavasitə iĢtirak edənlərə baxın:
-General-polkovnik Qromov.
-General-leytenant Qrekov.
-General-leytenant Ohanyan.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
51
- Ġ.Andronov- deputat
- Polkovnik Y. Zarviqarov (sonra general oldu)
- Polkovnik O.Kraule...
Dördüncü Ordu 23-cü motoatıcı Diviziya nümayəndələrinin Xocalı əməliyyatında iĢtirak etmələri
üçün Ģərait yaratdı.
23-cü motoatıcı Diviziyanın komandan müavini A.Badukov və K.Yermolayev isə erməni
yaraqlılarına verilmiĢ hərbi texnikanın geri qaytarılmasını tələb edirdi. Onları isə kim idi eĢidən?!
RF hərbi əks kəĢfiyyatının rəisi iĢləmiĢ polkovnik V.Savelyev məsələləri Ģərh edərək, qeyd edir:
«... 1992-ci ilin fevral ayının 23-də hərbi Ģəhərcik «Qrad» qurğularından atəĢə tutulduqdan sonra polkovnik
Y.Zarviqarov polkun daimi dislokasiya məntəqəsindən ehtiyat bölgəyə keçirilməsi haqqında qərar verib. Qərar
isə erməni silahlı dəstələrinin heç bir müqaviməti olmadan həyata keçirilib. Dislokasiya yerinin dəyiĢdirilməsi
heç də zərurətdən irəli gəlməyib. Bu zaman bir sıra bölmələrin döyüĢ texnikaları çıxarılmayıb. Həmin günlərdə
Xankəndi Ģəhərinə gələn general-leytenant II Ohanyan (mayor Ohanyanla qarıĢdırmayın) təkid edib ki,
artilleriya diviziyası, zenit artilleriya diviziyası, tank rotası, texnikası saxlanılsın. Nəticədə ermənilər heç bir
maneə ilə rastlaĢmadan 23 ədəd «PDM», 3 ədəd «ZSU-23-4», 8 ədəd»D-30»və xeyli digər döyüĢ texnikası ələ
keçirdilər...»
Həmin gün ermənilərin özünümüdafiə dəstəsi adı ilə vuruĢan, əslində «ASALA» terror təĢkilatının
Xankəndində yaradılmıĢ özəyinin baĢçısı kimi tanınan Ġllarion Allahverdiyan 24 nəfər rus zabitinə və əsgərinə
pul mükafatları elan etdi. Məsələn, dəstənin önündə çıxarılmıĢ rus zabiti Yevgeni Qolubevə üstündə
«ASALA» yazılmıĢ 25 qramlıq qızıldan tökülmüĢ orden və beĢ min ABġ dollarını təntənəli surətdə təqdim etdi.
Və yaxud həmin gün sıravi Anastas S. Ġvanova 10 min ABġ dolları təqdim etməklə Ġrəvanda onu gözləyən
«Hunday» markalı avtomobilin sənədlərini verdi.
Əslində 1992-ci il fevralın 24-də erməni silahlı dəstələrilə rus zabitləri arasında Ģəxsi bağlaĢmalar,
«DöyüĢ müqavilələri» imzalandı.
Azərbaycanda isə əsgərlərimiz üçün, ordumuz üçün kəndlərdən, Ģəhərlərdən, ayrı-ayrı iĢ adamlarından
göndərilən maddi yardımların nə dəftəri var idi, nə də hesabı. Sənədlərə gəlincə, o artıq yox idi, bir qismi
yandırılmıĢdı, bir qismi də it-bata salınmıĢdı. Aldığımız məlumata görə, təkcə Xocalı iĢğalı günlərindən
ordunun xəzinəsindən (yardımlar) 793 min ABġ dolları oğurlandı. Adamlardan yardım üçün yığılan 368 milyon
manatın aqibəti bilinmədi. Cənubi Azərbaycandakı qardaĢlarımızın göndərdikləri 46 milyon 436 min rial isə,
necə deyərlər, qeybə çəkildi... Ermənilərlə rus zabitlərinin müqavilələri isə getdikcə Ģaxələnirdi...
Bütün bunlar, yəni ermənilərlə ruslar arasında olan bu hərbi bağlaĢmaların bir qismi Ģifahi
sərəncamlarla edilirdi. Bunun üçün hər sərəncamın, general sözünün öz qiyməti var idi. Məsələn, Xankəndi
Ģəhərindəki 463-cü Əlahiddə Kimyəvi Mühafizə Batalyonu və 909-cu Əlahiddə KəĢfiyyat Batalyonunun döyüĢ
planları ilə bağlı, ermənilər tərəfdən vuruĢması barədəki əmrin qiyməti 18 min ABġ dolları idi.
Polkovnik V.Savelyev bütün bunlara toxunaraq yazır: «... Birinci batalyon ehtiyat bölgəyə keçirilən
zaman polkovnik Ġvan Moiseyev texnikanı və Ģəxsi heyəti dağlar arasındakı Çapar dərəsində saxlayıb, gözləmə
mövqeyi tutub. Sonra onun batalyonu Çixani yaĢayıĢ məntəqəsinə daxil olub. Ermənilərin mühasirəsinə düĢüb.
Nəticədə batalyon könüllü surətdə öz döyüĢ texnikasını ermənilər üçün qoyub. Ġvan Moiseyevə və Ģəxsi heyətə
pul təklif edilərək, birlikdə vuruĢmağa çağırılıblar...»
Qeyd edim ki, Xocalının ətraf yaĢayıĢ məntəqələrini də dağıdan, külünü göyə sovuran elə Ġvan
Moiseyevin batalyonu olub və bu batalyon da ermənilər arasında «Ġvanın vəhĢi batalyonu» kimi tanınıb.
AraĢdırmalarımıza görə 366-cı Alaydakı hərbi texnika və silahların 85%-i ermənilərin əlinə
keçib. Üstəlik, Fransadan göndərilən 142 ədəd avtomat, 7 min 600 ədəd güllə , 460 ədəd bronijilet, 11 ton
konservləĢdirilmiĢ yemək, min iki yüz cüt ayaqqabı (altı cür ölçüdə), 146 ədəd tapança... ermənilərin
istifadəsinə verildi. Amerikada istehsal olunmuĢ 149 ədəd ratsiya də ermənilərə paylanıldı.
Fransa senatı isə Xocalı ilə bağlı heç bir məlumatın olmamasından gileyləndi və bütün günahları
Azərbaycanın Fransadakı diplomatik korpusunda gördü.
2001-ci ilin fevral ayının 14-də bu məlum oldu ki, Fransada « Xocalı faciəsini» ermənilərin faciəsi
kimi təbliğ edib tanıdıblar. Bizim səfarətxanaya gəlincə, onları sadəcə geri çağırıb ittiham etməkdən baĢqa...
ayrı heç nə qalmırdı. Digər tərəfdən, erməni diplomatı O. Ter-Qriqoryan 1992-ci ilin aprel ayında Ġrəvanın
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
52
Teatr meydanındakı çıxıĢında deyirdi: «Erməni təbliğatı Bakının diplomatik mərkəzlərində artıq özünə istənilən
mövqeyi tutub...» (?) Bunun isə ətrafında düĢünmək lazım idi.
Diplomatik çıxıĢının bir yerində isə xatırladır ki, ermənilərlə rusların dostluğunun sınmayan sütunları
var. Diplomat Ter- Qriqoryan deyirdi: «... Hələ 300 il bundan qabaq ermənilər I Pyotrdan xahiĢ edirlər ki,
yadelli iĢğalçılara qarĢı vuruĢanda onlardan da istifadə etsinlər...»
Əgər Moskvada (təkcə Ģəhərin özündə) 1959-cu ildə 18,4 min nəfər erməni var idisə, indi bu rəqəm 47
min nəfərdir... RF-in xaricdəki diplomatik korpuslarında çalıĢan ermənilərin sayı 142 nəfərdir. Onların 59 nəfəri
jurnalisti fəaliyyət göstərir...
Sıravi əsgər Qriqori VoroĢilovun məlumatına görə, Xocalı ilə bağlı ermənilərin ruslarla əlaqələrinə dair
sənədlərin bir qismi 1992-ci il mart ayının 1-də Zaqafqaziya Hərbi Dairəsinin aviasiya komandanı general-
mayor S.LukaĢovun əmrilə yandırıldı.
Polkovnik V.Savelyev xatırladır:
...Ermənilər ruslara məxsus» 02-19-MM nömrəli «KAMAZ»la ərazidəki Azərbaycan meyitlərini yığıb
Xocalıda tonqal qurdular... Ġnsanın insana olan nifrəti burada həddini aĢmıĢdı. Kim yaratmıĢdı bunu, dərk edə
bilmirdim... Mən Sizə ermənilərə qoĢularaq əsir alınmıĢ azərbaycanlıları sıraya düzərək tək-tək məhv edən və
bundan həzz alan rütbə sahiblərini tanıtmaq istəyirəm:
l. Polkovnik B.Baymukov- arxa cəbhə üzrə polk komandirinin müavini.
2. Polkovnik Ġ.V.Moiseyev- birinci batalyonun komandiri.
3. Mayor S.Ġ.Ohanyan- ikinci batalyonun komandiri.
4. Mayor E.A.Nabokix- üçüncü batalyonun komandiri.
5. Mayor V.Ġ.Çitçiyan- birinci batalyonun qərargah rəisi
6. Mayor V.Q.Hayriyan- polkun kəĢfiyyat rəisi.
7. BaĢ leytenant O.V.Mirzaxayzarov- rota komandiri.
8. BaĢ leytenant S.V.Xrinxua- kəĢfiyyat bölməsinin rəisi.
9. BaĢ leytenant V.N.QarmaĢ- tank rotası komandiri.
10. BaĢ leytenant N.T.Hakopyan- rota komandiri.
11. BaĢ leytenant V.Ġ.Valilovski- rota komandiri.
12. BaĢ leytenant A.B.Lısenko- bölmə komandiri.
13. BaĢ leytenant V.A.Azarov- batereya komandiri.
14. BaĢ leytenant Ġ.S.Abraimov- tank əleyhinə batereya komandiri.
15. Leytenant O.V.Balezni- üçüncü tank rotasının komandiri.
16. Leytenant A.V.Smakin- tank bölməsinin komandiri.
17. Leytenant S.Ġ.Raçkovski- mühəndis-istehkam rotası komandiri.
18. Leytenant V.Ġ.Bondaryev- kəĢfıyyat rəisinin müavini.
19 Leytenant A.Ġ.Kulov- radio kimyəvi bölmənin rəisi (eləcə də 41 nəfər milliyətcə erməni olan kiçik
rütbəli Ģəxslər)...»
1992-ci il fevral ayının 24-də saat 21
15
dəqiqədə general rütbəsi almıĢ Y.Zarviqarov zabitlər önündə
belə bir çıxıĢ edir ki, regiondakı müharibə torpaq müharibəsi yox, islamın xristianlığa qarĢı müharibəsidir. O,
çıxıĢında göstərirdi: «... Dünyanın islam ölkələrinin nümayəndələri, hərbi müĢavirlər Bakıya(?) yığıĢıblar ki,
bizim xaçı necə sındırıb, əzsinlər... Xristianlığa qarĢı bir yürüĢ var. Bu yürüĢdə ya dinimizi, Ģərəfimizi
qorumalıyıq, ya da Ģərəfsizliyi qəbul edib tabe olmalıyıq».
Bütün bunlar V.Savelyevin - vicdanlı rus kəĢfiyyatçısının «Məxfi arayıĢı» səriĢtəli, haqsızlıqlarla
barıĢmayan bir zabitin ən böyük etirafıdır.
Nizami Zamanov, Rauf Əliyev, ġöhrət Səlimbəyli. Erməni terroru: Qarabağda müharibənin baĢlaması.
Hadisələr...Faktlar...- Bakı: 2008, S. 337-350.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
53
Əsirlərin söylədikləri
Səriyyə Müslümqızının "Xocalıya gedən yol" kitabında əsirlik həyatı yaĢayanların bir qisminin baĢına
gələn faciələr qələmə alınıb. Bu əsirlərin bəziləri erməni vəhĢiliklərindən danıĢa-danıĢa, psixoloji gərginliklərə
dözməyərək həyatdan köçüblər. Kitabdan bəzi hissələri diqqətinizə çatdırırıq.
"...O müdhiĢ gecə Sədaqət üç azyaĢlı övladını itirdi. Bacısı Sara və üç körpə uĢağı donub öldülər.
Sədaqətlə Valeh isə yenicə ailə qurmuĢdular. "Ağla, qərənfil, ağla" Ģerini söyləyən Sədaqətin o gecə əllərinə
laxtalanmıĢ qandan xına qoyuldu. Və qandallandı. Valeh isə əsir düĢdü. Əsirlik əzab-əziyyəti gördü. Valeh
musiqiçi idi. Azərbaycan xalq mahnılarını çalar, biz isə tamaĢa edərdik. Valeh yanıqlı-yanıqlı danıĢır ki, əlimi
qaz plitəsinə tutub yandırdılar ki, bir daha Qarabağ mahnısını çalmayım.
"...ġərqiyə xala o gecə qızı və onun azyaĢlı uĢaqları ilə qaçıb Cəfər müəllimgilin evində gizlənib.
Çarpayının altına girir ki, tapmasınlar. Lakin həyət darvazası sındırılır, erməni vəhĢiləri evə daxil olur.
Evdəkiləri qabaqlarına qatıb Xankəndinə aparıblar. ġərqiyə xala deyir ki, yolda iki yaralı əsgər gördüm.
BaĢlarından və üzlərindən axan qanla palçıq bir-birinə qarıĢmıĢdı. Erməni vəhĢiləri bizi Xankəndindəki əqli
cəhətdən zəif olan uĢaqların məktəbində saxlayırdılar. 366-cı alayın əsgərləri arasında zənci və ərəblər də var
idi".
"...Ələsgər müəllim də bu əsirlərin sırasında idi. O qədər döyülmüĢdü ki, tanınmaz hala düĢmüĢdü. O, axır
dəqiqələrində belə həyat yoldaĢı ġəkibəni axtarırdı. "Görəsən, ġəkibə çıxa bildimi?" söyləyirdi".
"...Müharibənin od-alovundan çıxan əlil Saleh dayı, oğulları Novruz və Ziyadxan və nəvəsi Mahir Ģəhid
oldular".
"...Məleykə xala oğlu Mirzə və ElĢən əsir düĢdü. Mirzəyə qarĢı qəddarlıq edib, çox iĢgəncələr vermiĢdilər.
ElĢən söyləyir ki, fevralın 27-də ermənilərdən biri məni qaldırdı. Dedi ki, Sumqayıtda həlak olanların qəbri
üstündə baĢını kəsəcəm. Ölümcül vəziyyətdə olduğunu görüb, "sənin kimisini onların qəbirləri üstündə
öldürməyə dəyməz. Elə ölü kimi bir Ģeysən" söylədi".
"...Ziyadxan isə Xocalıda üç gün vuruĢub Ģəhid oldu".
"...Ermənistandan qovulan Qəndab ananın ah-nalə ilə söylədiyinə görə, məhsəti türkü olan polis Əhmədi
Xocalıya gələn magistral yolda "Ġsmayıl qurbanı kəsirik" deyib, baĢını bədənindən üzüblər. Bıçağın xırıltısı belə
qulaqlarımdan getmir".
"...Kərəm dayı Xocalıda öldü. Oğlu Mehdi ali təhsilini yarımçıq qoyub. doğma ocağını qorumağa
qayıtmıĢdı. Mehdi də o dəhĢətli gecədə qətlə yetirildi".
"...Övladları öləndə onları kürəyinə bağlayıb gətirən analar da oldu. Bu Nuridə anadır. Oğlu Səxavətin
meyitini gətirmiĢdi".
Faciənin qurbanları çox idi. Əsir düĢənlərdən isə bəziləri beynəlxalq hüquq müdafiəçilərinin, xarici ölkə
jurnalistlərinin səyi ilə azad olurdu. Girovların arasında diri-diri yandırılan, baĢı kəsilən, gözü çıxarılan, əl-
qolunu itirənlər də var idi. Xocalı faciəsi oxĢarsız bir faciədir.
Əsirlikdən azad olunanların bir qismi Azərbaycanın hüquq mühafizə orqanlarına verdikləri izahatlarda bu
vəhĢiliklərdən söhbət açırlar.
"...Ələmdar Abbasov ifadəsinə bildirib ki, o və 150 nəfərə qədər Xocalı sakini mühasirədən çıxıb, Ağdama
gedərkən pusquda duran ermənilər onların bir hissəsini yerindəcə güllələyib, qalanlarını isə həbs edərək girov
götürüblər. Onu və Salahov Məhəmməd Əbdül oğlunu dəyiĢdirmək adı ilə Əsgəran rayonunun milis Ģöbəsinə
gətirib orada hər ikisini armaturla döyərək, iĢgəncələr verirdilər. ĠĢgəncələrdən Ələmdarın iki qabırğası və qolu
sınıb. Salahov isə döyülməkdən, iĢgəncədən onun qolları üstündə ölmüĢdür".
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
54
"...Girovluqda olmuĢ Abbasov Elbrus Ələmdar oğlu ifadəsində bildirib ki, əsirlik müddətində Artur və
Slavik adlı serjantlar və Feliks adlı leytenant onları dayanmadan döyüblər. Onlar Xocalı sakinləri Novruzov
Ələsgər Xanlar oğlunu və ġəliyev Elçin Vəkil oğlunu döyüb iĢgəncə verməklə öldürmüĢdülər".
"...Hümbətov Əmir Səlim oğlu ifadəsində bildirir ki, gecə saat 00.04 radələrində onu Xocalıda "Armo" adlı
dəstə əsir götürüb. Yaraqlılardan Sergey adlı erməni onun diĢlərini sındıraraq qızılını götürmüĢdü".
"...Kərimova Elmira ġahmalı qızı bildirir ki, milis Ģöbəsinin rəisi Ağacanyan girov götürülmüĢ xocalılıları
dindirməyə aparmaq adı ilə kiĢiləri döyüb qətlə yetirir, cavan qızları zorlayırdılar. Ermənilər onları girov
götürərkən üstlərində olan qızıl və zinət əĢyalarım götürüb ruslara verirdilər".
"...Xocalı Ģəhər sakini göstərmiĢdi ki, Xocalıda onlara atəĢ açıb girov tutan Lola adlı erməni onun qızıl
diĢlərini çıxardıb."
Dostları ilə paylaş: |