Xocali soyqirimi


Xocalı istintaq qrupunun rəhbəri



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix06.09.2017
ölçüsü1,27 Mb.
#29146
1   2   3   4   5   6   7   8   9   ...   24

Xocalı istintaq qrupunun rəhbəri 
Rəsulov A. A
 
Səriyyə Müslümqızı. Ölümdən o yandakı Xocalı.Bakı: S. 22-37. 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
28 
 
Fevralın 25-dən 26-na keçən gecə... 
 
1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  erməni  terror  təĢkilatları,  rus  hərbi  birləĢmələrinin  366-cı 
polkunun müasir silahlarla təchiz olunmuĢ muzdlularının geniĢmiqyaslı hücumu ilə Xocalı soyqırımı törədildi. 
Xocalıda  minlərlə  əliyalın,  dinc  azərbaycanlının  qətli  icra  olundu.  Xəstələrə,  ağsaqqal  və  ağbirçəklərə,  körpə 
uĢaqlara,  qadınlara  aman  verilmədi.  Azərbaycan  xalqına  qarsı  amansız  Ģəkildə  soyqırım  həyata  keçirildi.  Bu 
soyqırım siyasəti əvvəlcədən düĢünülmüĢ, ciddi planlaĢdırılmıĢ və dəqiq yerinə yetirilmiĢdi. Milli Təhlükəsizlik 
Nazirliyinin soyqırımı araĢdıran istintaq  komissiyasına təqdim  etdiyi Xocalı Ģəhərinə  hərbçilərin  danıĢıqlarının 
lent yazısı da planın əvvəlcədən hazırlandığını və bu faciədə 366-cı rus hərbi alayının iĢtirakmı təsdiqləyir. Belə 
ki, hərbçilərin telefon söhbətində Xocalıya hücuma hazırlıq getdiyi, danıĢıqların milyon rəqəmlərlə hesablanan 
pulu gözlədikləri anlaĢılır. 
1992-ci  il  fevralın  16-da,  soyqırım  planından  on  gün  əvvəl  məlum  366-cı  alayın  nəzdində  "Klukin, 
erməni cəbhəsi" deyilən "rota'" yaradılır. Sözügedən "rota"nın özəyini Livan, Amerika, Kanada, Ġran, Ġsveç və 
Hollandiyadakı  erməni  icmalarmı  təmsil  edən,  beyinlərinə  yeridilən,  baĢı  üstlərində  "Böyük  Ermənistan" 
xəritəsi  asılan  silahlı  quldur  erməni  birləĢmələri  təĢkil  edirdi.  Fevralın  17-də  qızlardan  ibarət  "ġuĢanik"  adlı 
snayperçilər dəstəsi həmin cəbhəyə qoĢuldu. DüĢüncələrinə türk düĢmənçiliyi hopdurulan, insani idrakdan uzaq 
olan  "ġuĢanik"  snayperçiləri  Livandan  gətirilmiĢdi.  "Klukin,  erməni  cəbhəsi"nə  Xaçik  Vartanyan  rəhbərlik 
edirdi. 
1992-ci  ilin  fevralın  25-dən  26-na  keçən  gecə  Xocalı  iĢğal  olundu,  yerlə-yeksan  edildi.  BəĢəriyyət 
növbəti  Xatın  faciəsi  yaĢadı.  Beynəlxalq  miqyasda  millətçi  kimi  tanınan  erməni  icmalarının,  diaspora  və 
lobbiçilərinin  birgə  hazırladıqları  "Böyük  Ermənistan"  planının  ilkin  fazası,  hərəkatın  ilk  bəndi  "Haydad"  və 
"ASALA"  terror  təĢkilatlarıyla  birgə  icra  olundu.  Bu  soyqırım  əməliyyatı  zamanı  keçmiĢ  SSRĠ  Müdafiə 
Nazirliyinə məxsus hərbi texnika, tərkibində zəhərli kimyəvi maddələr olan mərmilər, istifadəsi qadağan olunan 
"dairəvi"  güllələr,  digər  silahlar  sınaqdan  çıxarıldı.  Həmin  qanlı  gün,  saat  23.00  radələrində  Xocalıya  11 
istiqamətdən hücum həyata keçirildi. Qarqar çayının Həsənabad kəndi tərəfindən, təyyarə limanının Ģərqindən, 
Ġncik  təpədən,  donuzçuluq  kompleksi  istiqamətindən  -  çayın  sol  və  sağ  tərəfindən,  DaĢbulaq-Xocalı  yolu 
səmtindən,  Norgux-Xocalı  istiqamətindən,  DaĢtəpə  tərəfdən,  Bozdağ  və  nəhayət  Əsgəran  tərəfdən  Xocalı 
üzərinə qoĢun yeridildi. Ətraf aləmdən ayrı düĢmüĢ, gücü yalnız özünümüdafiə qruplarının ov tüfənglərinə çatan 
əhali  nizami  rus  ordusu  və  vəhĢi  erməni  quldurlarına  müqavimət  göstərmək  iqtidarında  deyildi.  Xocalılar 
vəhĢiliklə üz-üzə qaldı. 613 nəfər Ģəhid oldu. Onlardan 56-sı xüsusi qəddarlıq və iĢgəncələrlə öldürüldü. 27 ailə 
tamamilə  məhv  edildi.  230  ailə  öz  baĢçısını  itirdi.  1275  nəfər  əsir  düĢmüĢ  xocalılı  amansız  iĢgəncələrə  düçar 
oldu.  Bu  soyqırım  əməliyyatlarında  xüsusi  hazırlıq  keçmiĢ  366-cı  alayın  zabitlərinin  və  digər  muzdluların 
iĢtirakı tələfatın miqyasmı daha da artırdı. 
Xocalı  soyqırımında  iĢtirak  edən  hərbi  hissələrin  birinin  əks-kəĢfiyyat  Ģöbəsinin  rəisi,  polkovnik 
V. Savelyev  özünün  "Məxfi  arayıĢ"ında  erməni  terror  təĢkilatlarıyla  Rusiya  qoĢun  birləĢmələrinin  Dağlıq 
Qarabağda  keçirdikləri  hərbi  əməliyyatları  izləyərək,  fakt  və  sənədlərdə  bütün  olub-keçənlərin  Ģərhini  verib 
etiraf edirdi: "Mən bütün bunları yazmaya bilmərəm. Ġnsanların, uĢaq və qadınların, hamilə gəlinlərin güllədən 
keçmiĢ  bədənlərini  unuda  bilmərəm.  Qoy  azərbaycanlılar  məni  bağıĢlasınlar  ki,  bütün  bu  qanlı  və  amansız 
sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım arayıĢı həm Kremlə, həm də SSRĠ Müdafiə 
Nazirliyi BaĢ KəĢfiyyat Ġdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit Ģərəfi görün necə 
ləkələndi". 
"Rusların "zabit şərəfini ləkələyən 55 zabit və kiçik rütbəli 
hərbçilərin adları qoy tarix üçün yaddaşlara yazılsın". 
 
1.  Zarviqorov  Yuri  Yuriyeviç  -  02.03.  1955-ci  ildə  Qazaxıstanın  Cambul  vilayətinin  Luqovaya 
stansiyasında anadan olub. 366-cı motoatıcı alayın komandiri. 
2. Çitçiyan  Valcri Ġsaakoviç - 366-cı  motoatıcı alayın 1 saylı batalyonunun  qərargah rəisinin  müavini, 
mayor. 
3. Ağriyan Vaçaqan Qriqoryeviç - mayor, alayın kəĢfiyyat rəisi. 
4. Ohanyan Seyran MuĢeqoviç - 1961-ci ildə anadan olub. Mayor, alayın 2-ci batalyonunun komandiri. 
5. Arutyunov Aleksandr Aleksandroviç - mayor, 2-ci batalyon komandirinin köməkçisi. 
6. Akopyan Nerses Qrantoviç - baĢ leytenant, 1-ci batalyonun 2-ci rotasının komandiri. 
7. Arutunyan Vladislav Vladimiroviç - kapitan, 2-ci batalyonun komandiri. 
8. Bəyləryan Armen Volodiyeviç - praporĢik, 1-ci rotanın texniki. 
9. Ayrapetyan Vaçik Qurgenoviç - 3-cü rotanın starĢinası. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
29 
10. Mirzoyan Vaçik Qrantoviç - 3-cü rotanın starĢinası. 
11. ġixanyan Andrey ArtyuĢeviç - 1-ci batalyonun təĢkilat üzrə komandiri. 
12. Xaçaturyan - 6-cı rotanın starĢinası. 
13. Abramyan V.V. - 2-ci batalyonun böyük texniki, praporĢik. 
14. Bəyləryan Sergey Yurikoviç - 2-ci batalyonun vzvod komandiri, praporĢik. 
15. Danilyan Armen Barinoviç - 2-ci rotanın starĢinası. 
16. Avanesyan - 2-ci batalyonun böyük texniki. 
17. Zaxaryan - zenit vzvodunun komandiri, praporĢik. 
18. Boqdasaryan Valeri - tank rotasının starĢinası. 
19. Kisəbəyyan Qriqoriy Akopoviç - rabitə rotasında vzvod komandiri, praporĢik. 
20. Arustamyan - rabitə rotasında böyük texnik. 
21. Amelyan Qarik - yeməkxana rəisi, praporĢik. 
22. Avanesyan Robik - ərzaq anbarının rəisi, böyük praporĢik. 
23. Arutunyan Kamo Rafaeloviç - təmir rotasında vzvod komandiri, praporĢik. 
24. Musaelyan - təmir rotasında vzvod komandiri. 
25. Sarkisyan Aleksandr - təmir rotasında böyük texnik, praporĢik. 
26. Osipov Yuri - raket artilleriya anbarının rəisi. 
27. Simonyan Valeri - maddi təchizat rotasının starĢinası. 
28. Petrosyan AĢot - məxfi hissənin rəisi, praporĢik. 
29. Nabokix Yevgeni - mayor, 3-cü batalyonun komandiri (arvadı erməni) 
30. Lixodey Ġqor Ġvanoviç - artilleriya divizionunun komandiri; 
31. MiroĢniçenko Ġqor - maddi təchizat rotasının komandiri, baĢ leytenant; 
32. Smaqin - leytenant, tank divizionunun komandiri; 
33. Kuznetsov Andrey - kimyəvi müdafiə rotasının komandiri; 
34. QarmaĢ Viktor - baĢ leytenant, tank rotasının komandiri; 
35. Balyazin - tank rotasında vzvod komandiri, leytenant; 
36. Mirxaydarov - 3-cü batalyonun 7-ci rotasının komandiri, baĢ leytenant; 
37. Fotimski - 2-ci batalyonun 3-cü rotasının komandiri, kapitan; 
38. Buqayenko - 2-ci batalyonun 4-cü rotasının 3-cü vzvodunun komandiri, leytenant; 
39. Potapov - 2-ci batalyonun 4-cü rotasının komandiri, kapitan; 
40. Krut - 2-ci batalyonun 6-cı rotasının komandiri, kapitan; 
41. Savintsev - 2-ci batalyonun 4-cü rotasının komandiri, leytenant; 
42. Dobranski 2-ci batalyonun 4-cü rotasının kəĢfiyyat vzvodunun komandiri, 
43. Bobolev - 2-ci batalyonun qərargah rəisi, kapitan; 
44. Minin - 2-ci batalyon komandirinin müavini, kapitan; 
45. Tevosyan - 2-ci batalyonun 5-ci rotasının komandiri, kapitan; 
46. Boqaçev - 3-cü batalyonun zabiti, baĢ leytenant; 
47. Kurçatov - 3-cü batalyonun zabiti, baĢ leytenant; 
48. Maftullin 3-cü batalyonun zabiti, baĢ leytenant; 
49. Kuzmanoviç - 3-cü batalyonun zabiti, baĢ leytenant; 
50. Ġvanov - 3-cü batalyonun zabiti, kapitan; 
51. Matveyev - 3-cü batalyonun artilleriya divizionunun komandiri, kapitan. 
 
Yuri Poleneyev "Qarabağ qan girdabında " kitabında yazır: 
 
"Xocalı  hadisəsi  Hitler  faĢizminin  Xatın  kəndində  törətdiyi  müsibətlə  müqayisədə  daha  dəhĢətli  idi. 
Ermənilər bu qəddar terror aktı ilə  öz  vəhĢiliklərini bütün  dünyaya bəyan  etdilər. 1992-ci ilin fevralın 25-dən 
26-na keçən gecə Xocalı Ģəhərinin sakinlərinə vəhĢicəsinə divan tutuldu. Xocalıda yalnız ölülər qaldı". 
Xocalı soyqırımı törədilən  zaman  müsibəti  gözləri  ilə görən  jurnalist  Viktoriya Ġvleva  isə faciəni belə 
təsvir  edir:  "Xocalının  girəcəyində  bir  tərəfdə  buluda  bənzər  nəyinsə  hərəkət  etdiyini  gördüm.  Bu  bulud 
yarıçılpaq insanların toplusu idi. Azərbaycanlıların dəstəsinin sonunda üç uĢaqlı qadın gedirdi. O, qar üzərində 
ayaqyalın çətinliklə yeriyir və tez-tez yıxılırdı. Sən demə, onun uĢaqlarından biri ikigünlük imiĢ. Digər yüzlərlə 
qaçqın kimi bu qadının və onun uĢaqlarının sonrakı taleyini mən televiziya lentlərindən izlədim. Bu, televiziya 
lentlərində səs zolağı operatorunun hönkürtüsündən ibarət idi. Bu adamların cəsədləri eybəcərləĢdirilmiĢ Ģəkildə 
qar üzərində qalaqlanmıĢdı". 
Viktoriya Ġvlevanın televiziya  müĢahidəsində  izlədiyi  hönkürtü, Xocalı soyqırımını  ilk  dəfə  lentə alan 
cəsur jurnalist Çingiz Mustafayevin qəzəbinin göz yaĢlarına çevrilməsiydi. Erməni vəhĢiliklərinin qurbanı olan, 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
30 
qar üzərində  donub  qalan  məsum  körpələrin  qurumuĢ cəsədləri  qarĢısında tab gətirmək, bu faciəni sakit lentə 
almaq  mümkün  deyildi.  Çingiz  Mustafayev  yerlə-yeksan  edilən  soyqırıma  məruz  qalan  Xocalını  çəkirdi, 
köməksiz dinc əhalinin faciəsini tarixin yaddaĢına yazırdı. Kamerası ilə. Bu kamera ermənilərin güllələrinə də 
tuĢ  gəlmiĢ,  "yaralanmıĢdı".  Martın  ilk  günlərində  dünyanın  efir  məkanından  bütün  evlərə  "Xocalı  soyqırımı" 
boylandı.  Çingiz  Mustafayev  bu  qanlı  olayı  belə  xatırlayırdı:  "Ġlk  dəfə  fevralın  28-də  iki  hərbi  vertolyotun 
müĢayiəti ilə hadisə yerinə gəldik. Havadan gördük ki, bütün bir sahə insan meyitləri ilə doludur. Təyyarəçilər 
vertolyotu  yerə  endirməyə  qorxurdular.  Çünki  həmin  ərazi  artıq  ermənilərin  nəzarəti  altında  idi.  Buna 
baxmayaraq,  biz  vertolyotdan  çıxdıq  və  bu  zaman  güclü  atəĢə  məruz  qaldıq.  Bizimlə  olan  milis  əməkdaĢları 
meyitləri vertolyota götürməli idilər ki, onların qohumlarına verilsin. Gördüyümüz vəziyyətdən Ģoka düĢdük. Ġki 
nəfər isə huĢunu itirmiĢdi. Martın 2-də xarici jurnalistlərlə hadisə yerinə gəlmiĢdik. O zaman meyitlər dəhĢətli 
hala salınmıĢdı. Bir neçə sutka ərzində onların üzərində təhqiredici hərəkətlər edilmiĢdi". 
Ġnsanı  dəhĢətə  gətirən  bu  açıqlama,  soyqırımı  ilk  dəfə  lentə  alan  Çingiz  Mustafayevin  fikirləridir. 
Erməni dəhĢətlərindən, vandalizmdən yaxa qurtarmaq üçün üzü Ağdama tərəf qaçan, əliyalın əhali vəhĢicəsinə 
güllələrə  tuĢ  gəlmiĢdi.  Ahıllara,  körpələrə  belə  aman  verilməyib.  Ġnsanları  bir-birlərinə  bağlayaraq,  üzərlərinə 
neft  tökərək  yandırıb,  uĢaqları  diri-diri  süngüyə  keçirib  faĢistlərin  törətdiklərindən  betər  faciəni  bəĢəriyyətə 
"bəxĢ  etdilər"  Qətlə  yetirilənlərin  cəsədləri  üzərində  vəhĢicəsinə  davranaraq,  qadınların  döĢlərini,  kiĢilərin 
cinsiyyət  üzvünü  kəsərək,  uĢaqların  beyin  dərisini  soyaraq  bəĢəriyyət  üçün  yeni  olan  vandalizm  nümunəsi 
ortaya qoydular. Budur erməni xidməti, budur erməni qəssablarının yaramazlığı. Xocalıda törətdikləri cinayətin 
miqyasmı  düĢünmədən,  bu  gün  beynəlxalq  ictimaiyyətə  humanizmdən,  insanlıqdan  danıĢanların  nə  qədər 
məkrli,  qəddar  olduqları  Xocalıda  göründü.  Nə  yazıqlar  ki,  insanlığa,  bəĢəriyyətə  qarĢı  törədilən  bu  faciə 
ermənilərin xəcalət hissinə çevrilmədi. Dünya qınağından yeni məkrli planları, yalanları ilə qurtarmağa çalıĢan 
erməni vəhĢiliyi Xocalıdan sonra 20 faiz Azərbaycan torpağının iĢğalı ilə nəticələndi. 
 
Akif AĢırlı. Türkün Xocalı soyqırımı. Bakı: 2005, S. 30-36. 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
31 
 
366-cı rus hərbi alayı Xocalını qanına buladı 
 
Artıq  tarixin  arxivinə  atılmıĢ  Sovet  dövlətinin  bu  alayı  barədə  bütün  təfərrüatlar  aydınlaĢdırılıb.  Bir 
məsələ  bəllidir  ki,  Xocalı  soyqırımının  törədilməsində  bu  alayın  müasir  hərbi  texnikasından,  Ģərəfmi  erməni 
quldurlarına  satmıĢ  zabit  heyətindən  istifadə  edilmiĢdir.  Xocalı  qətliamının  acılarını  yaĢayan,  ana-bacılarını, 
övladlarını  Əsgəran  yolunda,  Naxçıvanikdə,  Kətik  meĢəsində  itirən,  zamanın  ağrılarına  tab  gətirən  faciə 
Ģahidləri  buna  Ģəhadət  verir.  Özü  də  təkzibolunmaz  sübutlarla,  faktlarla.  Sovet  ordusunun  sabiq  generalları 
"zabit  Ģərəfmi"  qorumaq  üçün  bu  faktları  təkzib  etməyə  çalıĢsalar  da,  söylədikləri  arqumentlər  su  üzərində 
sabun köpüyünə bənzəyir. Bu alayın hərb tarixinə Xocalı ləkəsi vurulub. Tarix isə ləkə, yamaq götürmür. Xocalı 
soyqırımını  araĢdırmaq  üçün  belə  heç  bir  emosiyaya  uymayaraq  366-cı  alayın  tarixinə  diqqət  yetirib,  əliyalın 
insanlara  qarĢı  törədilən  faciənin  sərhədlərini  müəyyənləĢdirməliyik.  Ən  azı  tarix  və  gələcək  nəsillər  üçün. 
BəĢəriyyət  isə gərək bu sadalanan cinayətlərə göz  yummasın. Xocalıda törədilənlərin soyqırım faktı  olduğunu 
təsdiqləsin və bəyan etsin. Yoxsa dünya yeni soyqırımlarla, yeni terror hərəkətləri ilə üzləĢməli olacaq. Necə ki, 
Amerika  kimi  böyük  dövlət  11  sentyabr  terroru  ilə  üzləĢdi.  Amerikanın  üzləĢdiyi,  insanları  sarsıdan  bu  qanlı 
səhnələri  366-cı  alay  xocalıların  baĢına  cəmi  3-4  saat  ərzində,  1992-ci  ilin  fevral  ayının  25-dən  26-na  keçən 
gecə gətirdi. 613 nəfər insan güllələndi, 1225 nəfər girov düĢdü. Onların arasında 63 nəfər 3 yaĢından 15 yaĢına 
qədər uĢaq, ahıl vardı. Bu qətliamlar nə hərb qanunlarına, nə də insani davranıĢlara, heysiyyətə əsaslanır. Yalnız 
qəddarlıqla vəhĢiliyə dəlalət edir. 
KeçmiĢ Sovet  ordusunun 366-cı alayının bu qəddarlığı, rüsvayçılığı təsadüfi  deyil. Bəllidir ki, təsadüf 
də  qanunauyğunluğun  ayrıca  bir  halıdır.  Qanunauyğun  odur  ki,  tarixən  çar  Rusiyasının  zamanında  da  rus 
zabitləri  dini  birliyi  əsas  gətirərək  həmiĢə  ermənilər  tərəfindən  azərbaycanlılara  qarĢı  döyüĢüb,  vuruĢub. 
Minlərlə  azərbaycanlıları  dədə-baba  torpaqlarından  didərgin  salıb,  Qafqazın  boĢaldılmıĢ  ərazilərinə  erməniləri 
məskunlaĢdırıblar.  Erməni  dövlətinin  sərhədlərini  Azərbaycan  torpaqlarının  hesabına  geniĢləndiriblər.  Məgər 
366-cı  alay  çar  Rusiyasının  hərbi  strukturlarının,  zabit  və  əsgərlərinin  varisi  deyildimi?  Qarabağda  aparılan 
hərbi əməliyyatlarda tək texnika ilə  deyil, canlı  qüvvə ilə  erməni  daĢnaklarına kömək  etmirdilərmi?  Bütün  bu 
deyimlər sübut olunmamıĢmı? 
Alayın yüksək səlahiyyətli zabitləri ermənilərə müntəzəm surətdə silahlar, hərbi sursatlar satırdı. Bütün 
bunların nəticəsi olaraq alayda hərbi qanunlardan kənar olan qeyri-qanuni atmosfer yaradılmıĢ, ordu qanunları 
ticarət qanunları ilə əvəzlənmiĢdir. Alayın say tərkibi 1800 nəfəri əhatə etməsinə baxmayaraq, cəmi 350 nəfərə 
yaxın  zabit  və  əsgəri  qüvvə  qalmıĢdır.  Mərkəzi  Tbilisi  Ģəhərində  yerləĢirdi.  Para  qazanmaq  zabitlərin  baĢlıca 
amalına  çevrilmiĢdi.  Ona  görə  də  Xankəndinə  insani  varlıqlarını,  simasını  çoxdan  itirmiĢ  erməni  daĢnakları, 
quldurlara  öz  çeĢidli  "xidmətlərini"  təklif  edirdilər.  Hətta  erməni  terror  qruplarına  belə  xidmətlərin  gündəlik 
məzənnəsi də bəlli idi. Azərbaycanlıların yaĢayıĢ məntəqəsinə bir top atəĢi 1300 rubl, BTR-in bir gecəlik icarəsi 
5000 rubl, altı PDM-dən ibarət qrupun hər reydi üçün 1,5 milyon rubl, kiçik rütbəli zabitlərin təlimatlarının gös-
təriĢlərinə 3-4 min rubl ödənilməli idi. Canlı qüvvə olaraq sıravi əsgərlər də döyüĢ əməliyyatlarına cəlb olunur, 
pis qazanmırdılar. Alayın hərbi qulluqçusu Znayevin Tbilisidəki hərbi hissəyə köçürülməsi zamanı ciblərindən 
280 rubl aĢkarlanmıĢdır. Xocalı soyqırımından bir gün sonra, yəni fevral ayının 27-də gündüz saat 3 radələrində 
Binə aeroportunda Deyçukov Oleq Alekseyeviç adlı bir polkovnik həbs olundu. Onun üstündən yarım milyona 
yaxın pul aĢkarlandı. Polkovniki müĢayiət edən praporĢik P. ġevçenko, sıravi əsgər, sürücü A. Qainkin də həbs 
olundu.  Bu,  xocalıların  qanpulu  idi.  Yüksək  rütbəli  rus  zabiti  Azərbaycanda  soyqırım  törədərək  vəhĢiliyinin, 
qəddarlığının əvəzini almıĢdı. 
1985-ci  ildən  Xankəndinə  köçürülən  366-cı  alayı  Qarabağda  baĢlanan  erməni  separatçılığının  fonunda 
Xocalı soyqırımınadək normal hərb həyatının nə demək olduğunu bilmədi. Alayda əsas vəzifələri tutan erməni 
zabitlərinin sayı  nə az, nə çox, 50 nəfər idi. PraporĢiklər də  yox  deyildi. Bir  məsələ aydındır ki,  praporĢikləri 
daha çox yerli əhali arasından yığırdılar. Məhz ona görə də yerli ermənilərdən alayda kiçik rütbəli hərbçilər çox 
idi.  Erməni  əsilli  hərbçilər  artıq  366-cı  alayı,  onun  baĢ  komandiri  Zarviqarovu  milli  münaqiĢəyə,  etnik 
separatçılığa  çəkə  bilmiĢdilər.  Bu  alayın  hədəfi  bəlli  idi.  Müntəzəm  olaraq  Azərbaycan  kəndlərinə  basqınlar 
edilir, insanlar güllələnir, onların qanı pula çevrilərək rus zabitlərinin cibinə axırdı. Xocalı soyqırımından bir ay 
öncə  Zaqafqaziya  hücum  dairəsinin  müavini,  milliyyətcə  erməni  general-leytenant  Ohanov  alaya  baĢ  çəkərək 
zabit heyətini etnik separatçılığa sövq edən hərəkətlərdə bulundu. Ohanov zabitləri "ġanlı Arsax iĢinə" xidmətə 
çağırmıĢdı. Lakin hərbi hissədəki vəziyyətlə barıĢmayanlar, öz hərbi andına sadiq qalıb zabit Ģərəfmi qorumaq 
istəyənlər də vardı. 
Çünki  keçmiĢ  Sovet  ordusunun  ənənələrinə  görə,  alayda  ukraynalılar,  qazaxlar,  özbəklər,  gürcülər  də 
hərbi  xidmət  keçirdilər.  Hələ  1991-ci  ilin  sonlarında  alayın  bir  qrup  zabiti  Zaqafqaziya  hərb  dairəsi 
komandanlığına  rəsmi  məktubla  müraciət  edib  alaydakı  mənəvi  pozğunluğu  göstərməklə  yanaĢı,  yüksək  səla-
hiyyətli  zabitlərin  onları  azərbaycanlı  əhaliyə  qarĢı  döyüĢlərə  sövq  etmələrini  göstərmiĢdilər.  Sözügedən 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
32 
vicdanlı  hərbçilərin  rəyi  bir  idi:  Komandir,  polkovnik  Zarviqarov  təcili  dəyiĢdirilməlidir.  Ancaq  hərbi 
komandanlıq  zabitlərin  etiraz  məktubuna,  raportuna  heç  bir  məhəl  qoymadı.  1991-ci  ilin  "Vesti"  televiziya 
proqramında Ģərhçi Feyorkovskinin  hazırladığı buraxılıĢda iki  nəfər rus əsgəri açıqca söyləmiĢdilər ki, erməni 
zabitlər azərbaycanlıların yaĢadıqları kəndlərə atəĢ açmağı əmr edirlər. Bu informasiya heç kəsin "nəzərini cəlb" 
etmədi.  Qarabağın  azərbaycanlı  yaĢayan  məskənləri  isə  366-cı  alayın  zirehli  texnikası  ilə  ardıcıl  olaraq  ölüm 
məskənlərinə  çevrildi.  Kütləvi  informasiya  vasitələrində  Azərbaycan  tərəfi  ilə  birləĢmiĢ  silahlı  qüvvələrin 
komandanlığı  arasında  mübahisə  gedirdi.  "366-cı  alay  azərbaycanlıların  məhv  edilməsində  erməni  terrorçu 
qrupların tərəfində iĢtirak edir" arqumentinə onlar soyuqqanlılıqla "yox" cavabı verirdilər. Azərbaycan mediası 
alaydan qaçan əsgərlərin, zabitlərin ifadələrini, dəlillərini söyləyən zaman bəlli alayın zabitləri "bu barədə bizdə 
məlumat yoxdur" söyləyirdilər. Malıbəyli kəndi tarmar ediləndə 3 əsgər ağ bayraq götürüb kəndin sağ  qalmıĢ 
sakinlərini  mühasirədən  çıxarmaq  istəmiĢdi.  Lakin  onlar  vəhĢiliyi  qəbul  etməyən,  günahsız  qan  tökmək 
istəməyən  əsgərlərin  qarĢısında  güllələndilər.  Vandalizm  aktlarının  iĢtirakçısı  olmaq  istəməyən  alayın  hərbi 
xidmətçiləri  Rjevski  Ģəhərindən  Jarqin  Roman,  krımlı  KuzmiĢov  Sergey,  Boqdanovski  Andrey  hərbi 
jandarmdan qaçmağa nail olmuĢdular. Məhz bu əsgərlər komandanlığın əmrinə uyğun olmayaraq azərbaycanlı 
əhaliyə qarĢı hərbi əməliyyatlardan imtina edərək, hərbi hissənin mövqelərindən uzaqlaĢmıĢdılar. Ancaq erməni 
ekstremistləri  terror  qrupları  bu  istəkdə  olan  hərbçilərə  qarĢı  amansız  davranaraq  onların  bəzilərini 
güllələmiĢdilər.  Dəqiq  məlumatlara  görə,  bu  qəbildən  olan  zabitlərdən  ikisi  erməni  yaraqlıları  tərəfindən 
öldürülmüĢ, biri  isə  itkin  düĢmüĢdür. 366-cı alayın  hələ fevralın  ortalarında qaçmağa nail  olmuĢ  daha 3  nəfər 
əsgəri  erməni  muzdluları,  hərbi  birləĢmələri  tərəfindən  mühasirəyə  alınmıĢ  Xocalıda  idi.  Həmin  gecə  təbii 
surətdə  onlar  da  baĢqaları  ilə  birlikdə  Ģəhəri  öz  alaylarının  və  erməni  qoĢunlarının  hücumundan  müdafiəyə 
qalxmıĢdılar. Ġstər hərbi qulluqçuların, istərsə də  erməni quldurlarının  dinc sakinləri  necə  öldürdüklərini  onlar 
öz  gözləri  ilə  görmüĢdür.  Onların  dediklərinə  görə,  adamları  ailəlikcə  qırır,  valideynləri  uĢaqlarının  gözü 
qarĢısında  öldürür,  adamları  üzbəüz  dayanıb  güllələyirdilər.  Qaniçən  vəhĢilər  gecə  də,  ertəsi  günü  səhəri  də 
yaralıları vurub öldürürdülər. Əsirləri güllələyirdilər. Körpələri vəhĢicəsinə qətlə yetirir, imdad diləyən ahıllara 
imkan vermirdilər. Adamları ən alçaq üsulla təhqir edirdilər. Arxadan gələn erməni rəzilləri isə qarətçiliklə, soy-
ğunçuluqla məĢğul olurdular. 
Xocalı  soyqırımına  hazırlaĢmaq  üçün  ermənilərdən  20  litr  spirt  alan  alayın  komandir-zabit  heyətinin 
artıq  gözlərini  qan  örtmüĢdü.  Azərbaycan  insanının  baĢını  kəsmək  onlar  üçün  adiləĢmiĢdi.  Bu  faktı  alayın 
əsgərləri Y. Numanov, ġ. Tangülov, S. Ezizov təsdiqləmiĢlər. 
KeçmiĢ Sovet ordusunun, indi isə MDB-nin birləĢmiĢ silahlı qüvvələri aĢkar faktları nə qədər rədd etsə 
də,  törətdiyi  bu  soyqırım  faktı  qarĢısında  nəsə  bir  iĢ,  yenilik  görməli  idi.  Soyqırım  məsələsini  üzərlərindən 
atmağa  çalıĢıb,  bəzi  variantların  əhatəsində  gediĢlər  etməli  idi.  Ona  görə  də  Zaqafqaziya  hərb  dairəsinin 
komandanlığının müavini, general-leytenant Ġosif Ohanyan 366-cı alaya gəlmiĢdi. "Xəbər servis" agentliyinin 
4 mart 1992-ci il buraxılıĢında bu səfərin məğzi açıqlanıb: "Zaqafqaziya hərbi dairəsi qərargahının generalı Ġosif 
Ohanyan Xocalyıa gəlmiĢdir. O, tələb etmiĢdir ki, 366-cı alay məhz əvvəllər planlaĢdırıldığı kimi ġuĢa və Laçın 
Ģəhərlərindən  çıxarılsın.  Azərbaycan  Milli  Təhlükəsizlik  Nazirliyindən  məlumat  verilmiĢdi  ki,  366-cı  alayın 
silahlı  texnikası  və  canlı  qüvvəsi  hazırda  Azərbaycanın  zəbt  olunmuĢ  Xocalı,  Kərkicahan  məntəqələrinə 
köçürülür.  Qrad  və  "uraqan"  raket  artilleriya  qurğuları  isə  artıq  erməni  silahlı  dəstələrinin  sərəncamına 
verilmiĢdi".  Rusiya  Müdafiə  Nazirliyinin  orqanı  olan  "Krasnaya  Zvezda"  qəzeti  6  mart  1992-ci  il  sayında  isə 
366-cı alayın erməni terrorçuları tərəfindən azərbaycanlılara qarĢı döyüĢdüyünü, Xocalı soyqırımında iĢtirakını 
dolayısı  ilə  təsdiqləyən  məlumat  dərc  etmiĢdi:  "Ġkinci  motorlu  atıcı  taborunun  komandiri  Seyran  Ohanyan 
Qarabağ  silahlı  dəstələrinin  tərəfinə  keçmiĢdir.  Ola  bilsin  ki,  zabit  polk  ilə  birlikdə  Gəncəyə  (Azərbaycan) 
getməkdən  qorxmuĢdur, çünki bəzi  məlumatlara görə, o, azərbaycanlılara qarĢı döyüĢ əməliyyatlarında iĢtirak 
etmiĢdir".  Bəli,  Rusiya  Müdafiə  Nazirliyi  tabeçiliyində  olan  366-cı  alayın  batalyon  komandiri  soyqırımında 
iĢtirakmı  öz  rəsmi  məlumatları  ilə  təsdiqləməyə  məcbur  idi.  Bu,  o  Ohanyan  idi  ki,  alayın  çıxarılmasına  qarĢı 
hərbi  qiyam  qaldırmıĢ,  nəticədə  alaya  məxsus  hərbi  texnikanın  80  faizini  ələ  keçirib,  Xocalı  soyqırımından 
sonrakı qətliamlarda iĢğalçılıq siyasətlərində istifadə etmiĢdir. Martın 2-də alayın çıxarılmasına baĢlanılsa da, bu 
proses  erməni  terror  qrupları,  yerli  erməni  hakimiyyətinin  müqaviməti  ilə  yarımçıq  aparıldı.  Nəticədə  keçmiĢ 
Sovet ordusunun hərbi mirasının kiçik bir hissəsini çıxarmaq mümkün oldu. Erməni hərbi qulluqçuları Qarabağı 
və hərbi hissənin yerləĢdiyi ərazini tərk etməkdən imtina etdilər. Alayın 2-ci batalyonunun komandiri Ohanyan 
14  PDM  hərb  maĢını  ələ  keçirib,  erməni  yaraqlıları, xaricdən  gətirilmiĢ  muzdlu  döyüĢçülərlə  birləĢdi.  Alayın 
hərbi  sursat  və  texnikasının  nə  dərəcədə  çıxarılması  haqda  dəqiq  məlumat  da  aĢkardı.  Azərbaycan  kəĢfiyyat 
orqanlarının əldə etdiyi sənədlərdə bu müqayisəli faktlar aydın görünür. 
PDM çıxarılıb 38 vahid, saxlanılıb 70 vahid. 
BTR çıxarılıb 0, saxlanılıb 4. 
D-30 toplar çıxarılıb 0, saxlanılıb 27. 
"Strela-10" çıxarılıb 0, saxlanılıb 10. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
33 
366-cı  alayın  iflası  Ģəxsi  heyətin  Tbilisiyə  köçürülməsi  ilə  reallaĢdı.  "Sovetski  voin"  qəzeti  alayın 
çıxarılması  ilə  bağlı  "366-cı  polk  nədən  ləğv  olundu"  məqaləsini  2  aprel  1992-ci  ildə  dərc  etdirdi.  Verilən 
məlumatlara  görə,  azacıq  da  olsa  həqiqətlərə  yer  ayıran  qəzetin  həmin  sayı  general-leytenant  Ġ. Ohanyanın 
göstəriĢi ilə, bütün tirajla birlikdə  yandırılıb. Qəzetin  yalnız bir  neçə  nüsxəsi salamat qalaraq əldən-ələ  keçib. 
"Xalq  ordusu"  qəzeti  isə  sözügedən  yazını  28  aprel  sayında  rus  dilində  təkrar  çap  edib.  Beləliklə  general-
leytenant Ohanyanın  niyyəti baĢ tutmayıb. Müəllifin yazdığına görə, 366-cı polkun Xankəndindən çıxarılması 
əməliyyatı yaxĢıca götür-qoy edilib, əvvəlcədən planlaĢdırılıb. Yəni hər Ģey, hərbi sursat və texnika qabaqcadan 
alınıb  satılıbmıĢ.  Əsgərlər  ermənilərlə  vida  məclisi  keçirərək,  birgə  ziyafətdə  olublar.  Polkda  komandir 
Y. Zarviqarovdan  tutmuĢ,  zabit  arvadlarının  hamısı  sərxoĢ  vəziyyətdə  alqı-satqı  əməliyyatlarını  davam 
etdiriblər.  Texnikanı  ermənilərə  verib  Xankəndindən  çıxanda  isə  gözlənilmədən  onları  müdafiəyə  gəlmiĢ 
desantçılarla  qarĢılaĢıblar.  Desantçıların  dediyinə  görə,  zabitlərin  arvadları  paçka-paçka  valyutanı  aradan 
çıxarmağa cəhd göstəriblər. Desantçılarla erməni yaraqlıları arasında atıĢma baĢ verib. Nəticədə serjant Andre 
Ruderi öldürülüb. Məqalədə belə faktlar, epizodlar kifayət qədərdir. Ancaq əsas diqqəti çəkən məsələ odur ki, 
sərxoĢluqdan ayılmayan polk komandiri Zarviqarovun əvəzinə Xocalıya hücum əmrini onun arvadı verərək rus 
əsgərlərini Xocalı üzərinə Jora adlı bir erməni aparıb. 
Zaqafqaziya  Dairə  Hərbi  Prokurorluğu  Xocalıda  törədilən  cinayətlərdə  iĢtirakına  görə  366-cı  alayın 
hərbi  rəhbərliyi  barəsində  cinayət  iĢi  qaldırdı.  Sonra  bəlli  oldu  ki,  bu
?
  formal  əməliyyatdır.  Alay  komandiri 
Zarviqarov  həbs  edilərək,  bir  neçə  gündən  sonra  təqsirsizliyi  sübuta  yetirildiyindən  azadlığa  buraxılmıĢdır. 
Lakin o, törətdiyi cinayət əməlinin masĢtabına görə vaxtından əvvəl istefaya göndərilmiĢdir. 
KeçmiĢ  Sovet  ordusunun  bu  alayının  təmsilçilərinin  dinc  əhaliyə  qarĢı  törətdikləri  beynəlxalq  cinayət 
məsuliyyəti  doğurur.  Müharibə  cinayətlərini  xocalılara  tətbiq  edən  366-cı  alay  bütün  humanitar  hüquq 
normalarını, müharibə adət və qanunlarını pozaraq beynəlxalq cinayət məsuliyyəti doğurub. 
Beləliklə,  müharibə  cinayətləri  geniĢ  bir  hüquqi  kateqoriya  olub,  həm  beynəlxalq  xarakterli,  həm  də 
qeyri-beynəlxalq  xarakterli  silahlı  münaqiĢələr  dövründə  beynəlxalq  humanitar  hüququn  ciddi  pozuntularını 
əhatə edir. Bu pozuntuların hər biri özü-özlüyündə konkret cinayət əməlidir və beynəlxalq cinayət məsuliyyəti 
doğurur. Ona görə də müharibə cinayətləri haqqında tam təsəvvür əldə etmək üçün bu kateqoriyaya daxil olan 
bütün cinayət tərkiblərini göstərmək lazım gəlir. Müharibə cinayətlərinə aĢağıdakı əməllər aiddir: 
1) beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiĢ aĢağıdakı əməllərdən hər hansı biri: 
- qəsdən adamöldürmə; 
- iĢgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər; 
- ağır əzab-əziyyətin və ya ciddi xəsarətin qəsdən törədilməsi; 
-  hərbi  zərurətlə  bəraət  qazandırılmayan  və  qeyri-qanuni  və  böyük  miqyasda  törədilən  dağıntılar  və 
əmlakın ələ keçirilməsi; 
- hərbi əsirin və ya mülki Ģəxsin düĢmən dövlətin silahlı qüvvələrində qulluq etməyə məcbur edilməsi; 
- hərbi əsirin və  ya  mülki Ģəxsin  qərəzsiz  və  normal  məhkəmə araĢdırmasına  olan  hüququndan  qəsdən 
məhrum edilməsi; 
- girov götürülməsi. 
2)  beynəlxalq  humanitar  hüququn  pozulması  ilə  qəsdən  törədilmiĢ  və  ölümlə  nəticələnən  və  yaxud 
səhhətə ciddi zərər yetirən aĢağıdakı əməllərdən hər hansı biri: 
- mülki əhalinin və ya ayrı-ayrı mülki Ģəxslərin hücum obyekti edilməsi; 
-  Ģəxsin  kombatant  olmadığını  və  ya  artıq  sıradan  çıxdığını  ("hors  de  sombat")  bilərək,  onun  hücum 
obyekti edilməsi; 
-  qırmızı  xaç,  qırmızı  aypara  və  ya  qırmızı  Ģir  və  günəĢ  və  yaxud  digər  tanınmıĢ  fərqləndirmə 
emblemlərindən sui-istifadə edilməsi. 
3) beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiĢ aĢağıdakı əməllərdən hər hansı biri: 
- iĢğal edən dövlət tərəfindən öz əhalisinin bir hissəsinin iĢğal etdiyi əraziyə köçürülməsi; 
-  hərbi  əsirlərin  və  ya  mülki  Ģəxslərin  geri  qaytarılmasının  (reparitasiyasının)  əsas  olmadan 
yubandırılması. 
4)  beynəlxalq  humanitar  hüququn  pozulması  ilə  Ģəxsi  ləyaqətin  təhqir  edilməsi,  o  cümlədən  insan 
ləyaqətini alçaldan rəftar, zorlama, məcburi fahiĢəlik və əxlaqsız hücumun hər hansı bir forması: 
5) müharibə qanun və ədalətlərinin pozulması ilə törədilmiĢ aĢağıdakı əməllərdən hər hansı biri; 
- zəhərli silahların və ya lüzumsuz əzab-əziyyət törətmək üçün nəzərdə tutulmuĢ  digər silahların tətbiq 
edilməsi; 
-  Ģəhər,  qəsəbə  və  ya  kəndlərin  mənasız  dağıdılması  və  yaxud  hərbi  zərurətlə  əsaslandırılmayan 
soyğunçuluq; 
- müdafiə olunmayan Ģəhərlərin, kəndlərin, binaların və ya yaĢayıĢ evlərinin və yaxud hərbsizləĢdirilmiĢ 
zonaların istənilən vasitələrlə bombardman edilməsi; 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
34 
-  dini,  təhsil,  incəsənət  və  elm  idarələrinin,  tarixi  abidələrin  və  incəsənət  və  elm  əsərlərinin  qəsb 
edilməsi, dağıdılması və ya onlara qəsdən ziyan vurulması; 
- ictimai və ya xüsusi əmlakın talan edilməsi. 
6) beynəlxalq xarakter daĢımayan silahlı münaqiĢə zamanı tətbiq olunan beynəlxalq humanitar hüququn 
pozulması ilə törədilmiĢ aĢağıdakı əməllərdən hər hansı biri: 
- adamların həyatına, səhhətinə, fiziki və ya psixi durumuna qarĢı zorakı hərəkətlər, o cümlədən qəsdən 
adamöldürmə və habelə iĢgəncə, Ģikəstetmə kimi qəddar rəftar və yaxud bədən cəzasının istənilən forması; 
- kollektiv cəzalandırma; - girov götürülməsi; 
- terror aktları; 
- Ģəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan ləyaqətini alçaldan rəftar, zorlama, məcburi fahiĢəlik 
və əxlaqsız hücumun hər hansı bir forması; 
- hərbi soyğunçuluq; 
-  məhkəmə tərəfindən bundan  qabaq elan  olunmuĢ  qərar olmadan  hökm  çıxarılması  və  hökmün  yerinə 
yetirilməsi. 
 
P.S.  Əski  sovet  ordusunun  törətdiyi  bu  cinayət  təbii  ki,  Rusiyanın  hərbi-siyasi  dairələrini  narahat 
etməyə  bilməzdi.  Əsrlər  boyu  Azərbaycan  türklərinə  qarşı  ermənilərlə  bir  cəbhədə  dayanan  keçmiş  rus  hərbi 
birləşmələri  XX  əsrdə  növbəti  vəhşiliklərini  Xocalıda,  Şuşada,  Azərbaycanın  20  faiz  torpaqlarının  işğalında 
oynadı. Xocalı soyqırımının törədilməsində 366-cı rus alayının iştirakı faktlarla, dəlillərlə təsdiq olundu. Həmin 
vaxt rus mətbuatı bu olaylarda hərbi birləşmələrinin iştirak etmədiyi xəbərlərini ardıcıl şəkildə çap etdirsə də, 
artıq  dünya  faciəsinin  miqyasında  "rus  izlərini"  qabarıq  şəkildə  təqdim  edirdilər.  Rusiyanın  Azərbaycanda 
səlahiyyətli  səfiri  Valter  Şoniya  heç  nə  olmamış  kimi  davranır,  təmkin  nümayiş  etdirirdi.  Türkcə  danışmağı 
özünün  məşğuliyyəti  hesab  edən  səfir,  Xocalı  soyqırımını  təsdiqləməklə  mətbuat  üçün  bu  məzmunda  bəyanat 
yaydı: "Bu faciə qarşısında bir insan kimi baş əyirəm. Fikrimcə, Xocalıda törədilən hadisə bəşəriyyətin adına 
silinməz  ləkədir.  Bəşər  mədəniyyətinin  XX  əsrində  belə  bir  faciə  yolverilməzdir.  Biz  hələ  bir-birimizə  aid 
davranış qaydalarını öyrənməliyik. Uşaqları, qadınları, dinc əhalini öldürmək isə bütün dövrlərdə bağışlanmaz 
cinayət sayılıb. Bu, ibrət dərsidir və bizim borcumuz bir daha belə faciələrin təkrarına yol verməməkdir. Təəssüf 
ki,  ayrı-ayrı  siyasi  xadimlər  indi  də  öz  ambisiyalarından  əl  çəkmək  istəmirlər.  Halbuki  bir  problemi  danışıq, 
sülh  yolu  ilə  həll  etmək  mümkündür.  Xocalı  faciəsində  366-cı  alayın  iştirakı  böyük  söz-söhbətə  səbəb  olub. 
Təəssüf ki, bu barədə də həqiqətləri bilmirik. Əlbəttə, ola bilər ki, alayın ayrı-ayrı zabitləri, əsgərləri ermənilər 
tərəfindən  cinayətə  cəlb  ediliblər.  Bu  cür  faktlar  təkcə  Azərbaycanda  yox,  keçmiş  SSRİ-nin  digər  qaynar 
nöqtələrində  də  ola  bilər.  Lakin  MDB-nin  366-cı  alayının  bütün  texnikası,  canlı  qüvvəsi  ilə  Xocalı  faciəsinə 
müdaxiləsini  inkar  edirəm.  Bu  gün  mən  də  Azərbaycan  xalqının  kədərinə  qoşulur,  bu faciədə  həlak  olanların 
ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. 
 
Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin