Xocali soyqirimi



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix06.09.2017
ölçüsü1,27 Mb.
#29146
1   2   3   4   5   6   7   8   9   ...   24

Əziz, Boran. Xocalı soyqırımı: Səbəbləri, həyata keçirilmə üsulları və nəticələri. Bakı, 2008, S. 18-20. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
12 
 
Xocalı ümid çırağımız idi 
 
Xocalı  sovetliyi  (sovetliyin  tərkibində  Xocalı,  Dərələyəz,  Qala-dərəsi  kəndləri  olmuĢdur)  1978-ci  ilə 
qədər  Xankəndi  (Stepanakert)  rayonunun  tərkibində,  həmin  ildən  1990-cı  ilə  qədər  isə  Əsgəran  rayonunun 
tərkibində olmuĢdur. 1991-ci ildə respublika hökumətinin qərarı ilə Xocalı rayon və Ģəhər statusu almıĢdır. 
1991-ci  ildən  Kərkicahan,  Kosalar  (Kosalar  sovetliyi  Canhəsən,  Qaragav,  Cavadlar,  Yaloba,  BaĢkənd 
kəndlərini əhatə edirdi), Cəmilli, MeĢəli, DaĢbulaq kəndləri də Xocalının tabeliyinə verilmiĢdi. 
Xocalı  rayon  və  Ģəhər  statusu  aldıqdan  sonra  inkiĢaf  edib  böyüyür,  orada  yeni,  iri  miqyaslı  yaĢayıĢ 
massivləri salınırdı. Ermənistandan, Xankəndindən didərgin salınanların və Özbəkistandan köçüb gələn məhsəti 
türklərinin  bir  hissəsi  də  Xocalıda  məskunlaĢmıĢdılar.  Respublika  ictimaiyyətinin  diqqəti  Xocalıya  yönəlmiĢ, 
ona  ümid  çırağı  kimi  baxırdılar.  Əfsuslar  olsun  ki,  bu  ümid  çırağı  söndürüldü,  bu  günümüzə  qara  hərflərlə 
yazılan bir tarixə çevrildi. 
Xocalı  Ģəhərinin  sakinləri  bu  yurda  elə  bağlanmıĢdılar  ki,  onların  bu  yurddan  didərgin  düĢəcəkləri 
ağıllarına belə gəlmirdi. Lakin min bir zəhmətlə tikilən, abadlaĢan, qorunan Xocalı bir gecənin (26 fevral 1992) 
içərisində  yandırılıb  külə  döndü.  Dinc  əhalisi  366-cı  rus  alayının  və  erməni  hərbi  birləĢmələrinin  əli  ilə  misli 
görünməmiĢ bəlalara və qırğına düçar oldu. Bu qırğın zamanı bir çox ailələr bütünlüklə məhv edildi. Bu isə nə 
Xocalının qorunmasına cavabdeh olan daĢürəkli rəhbərlərimizi, nə də dünya ictimaiyyətini narahat etdi. Çünki 
təbliğat  maĢınımız  da  əleyhimizə  idi,  Moskvanın  və  Ermənistanın  dəyirmanına  su  tökürdü.  Ona  görə  də  nə 
səsimizi eĢidən, nə də harayımıza çatan vardı. 
Tariximizin  daĢ  yaddaĢı  olan  Xocalı  təkcə  Azərbaycan  xalqının  yox,  bütün  türk-müsəlman  dünyasının 
Kərbəlası,  Məkkəsi,  Mədinəsi,  qibləgahı,  namusu,  qeyrəti  idi.  Xocalı  Ģəhid  Ģəhəridir.  Qarabağsız  Xocalısız 
keçirdiyimiz  bir  anla  da  barıĢmamalıyıq.  BaĢı  aĢağı,  utana-utana  gəzməməliyik  bu  müqəddəs  Azərbaycan 
torpağının  üstündə.  Qəflət  yuxusundan  ayılmalıyıq,  düĢməni  oda-alova  tutmalıyıq,  yaĢamaq  hüquqlarımızı 
bərpa edib, gələcək nəsillərə ərmağan etməliyik! 
Hardasan,  Xocalım,  harda?  Səni  qarıĢıq  yuxularımda  görürəm.  Ayılıb  topa-tüfəngə  sarılmaq  istəyirəm. 
Yağılardan qisas almaq ruhu məndən əl çəkmir ki, çəkmir! Dözümüm, dəyanətim tükənib daha. Bu dözümüm 
tükdən  asılı  bir  vəziyyətdədir.  Əllərimi  uzadıb  iki  çayın  qovuĢuğu  kimi  səni  qucmaq  istəyirəm.  Əllərim  sənə 
çatmır ki, çatmır. Quca biləydim səni kaĢ! ġirin bayatılı, nəğməli laylaylarının sehrinə uyuyaydım kaĢ! Sənsiz, 
adsız-sansız, Ģöhrətsiz-Ģansız heç kiməm, Xocalım! 
Xocalı  böyüyürdü.  Sən  demə  Xocalı  böyüklüyünün  içində  böyük  Xocalı  dərdi  də  cücərib  boy  atırdı. 
Xocalının  dönməz,  mərd, cəsur övladları  qana qanla cavab verdilər. Qorudular göz bəbəyi kimi bu  müqəddəs 
yurd  yerlərini. Son anda təkləndilər, xəyanətin, naqisliyin qurbanı  oldular. Bu çox ağır gəldi xocalılara. Onlar 
yurd-yuvalarını itirdilər. Vətəndə vətənsizlik bəlasına düçar oldular... 
Ağdam-Xankəndi  dəmir  yolu  çəkiləndə  erməni  traktorçusunun  Xocalı  sahəsindən  xeyli  qızıl  külçəsi 
tapması haqqında söz-söhbət gəzirdi, sonradan məlum oldu ki, bu söz-söhbət doğru imiĢ. Bu qızıllar dövrümüzə 
qədər salamat qalan Kurqan təpələrinin cənub  istiqamətindən tapılmıĢdı. Bu torpağın altı  da, üstü də qızıl  idi. 
Ermənilər tapılan hər bir tarixi tapıntını aparıb öz muzeylərini zənginləĢdirirdilər. 
Xocalının bir neçə  qədim Kurqan  qəbiristanlıqları hərbi yol çəkmək adı altında dağıdılıb  yox  edilmiĢdi. 
Qəbir daĢlarını isə daĢıyıb tikinti materialı kimi istifadə etmiĢ, yerində fermalar tikmiĢdilər. Qədim Xocalı kəndi 
müxtəlif  vaxtlarda  (1905,  1906,  1917  və  1918-ci  illərdə)  yandırılıb,  talan-qarət  edilmiĢdi.  Ağdərədən  keçən 
Gəncə-Qala  (ġuĢa)  yolu  da  hərbi  yol  çəkmək  adı  altında  bağlamıĢdılar.  Belə  qənaətə  gəlmək  olur  ki,  sovet 
hökumətinin dövründən ermənilər bu yol ilə hərbi sursat daĢıyaraq növbəti müharibəyə hazırlaĢırmıĢlar. 
1990-cı  ilin  payızında  Xocalının  əkin  sahələri  od  tutub  yanırdı.  Həmin  ilin  iyul  ayında  Xocalının  17 
hektar  taxıl  sahəsini  ermənilər  yandırdılar.  Yanğınlar  Xocalıdan  baĢlayaraq  Malıbəyli,  QuĢçular,  Həsənabad, 
ġuĢa-Ağdam Ģose yolunun hər tərəfində olan əkin yerlərini bürümüĢdü. Bunu ona görə edirdilər ki, əhali köçüb 
getsin.  
Xocalı  Əsgəran  rayonunun  Naxçıvanik,  Ağbulaq,  Noraguh,  Badara,  DaĢbulaq,  Ballıca  və  Mehdikənd 
kəndlərinin əhatəsində, Qarqar, Hilis və Xocalı çaylarının qovĢağında yerləĢir. Strateji əhəmiyyətə malik olan, 
lakin müdafiə üçün çətin bir ərazidə idi Xocalı. Bütün Ģah yüksəklikləri ermənilərin əlində idi. Bu isə Xocalının 
müdafiəsini qat-qat çətinləĢdirirdi. 
Aran Qarabağdan dağlara gedən köç yolları da iki istiqamətdə Xocalıdan keçirdi. Bu yolun biri ġuĢadan 
keçərək  Sarıbaba,  Kirs,  Laçın  istiqamətində,  o  birisi  isə  DaĢbulaq,  Badara  və  MeĢəlidən  keçərək  Qırxqız 
(Azərbaycan xəritələrinin heç birində Qırxqızın adı çəkilmir, Qarabağ yaylası kimi verilir. Qırxqızın adı ancaq 
mahnılarda,  el  sənətkarlarının  dillərində  iĢlənib),  Uzundərə,  Kotanqaya,  Çınqıllı  və  s.  yaylaq  yerlərinə  doğru 
uzanırdı. Yaz  və payız aylarında Ģose  yollarında qoyun sürülərinin,  mal naxırlarının əlindən yol tapıb keçmək 
üçün saatlarla vaxt lazım olurdu. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
13 
Xocalının Qırxqız dağ silsiləsində yaylaq yerləri, Xocavənd rayonunun ərazisində isə geniĢ əkin və qıĢlaq 
sahələri  olmuĢdur. Əsgərana rayon statusu verildikdən sonra Xocalının torpaq sahələrinin çox  hissəsi alınmıĢ, 
erməni  kolxozları  arasında  bölüĢdürülmüĢdü.  Xocalı  əvvəlcə  kolxoz  olmuĢ,  sonra  isə  sovxoz.  (Kərkicahanın 
təsərrüfatı  da  ona  birləĢdirilmiĢdi)  Xocalı  və  Kərkicahan  (Xankəndinin  26-cı  məhəlləsi  adlanırdı)  bütövlükdə 
azərbaycanlılar yaĢayan ərazi olmasına baxmayaraq, məsul vəzifələrdə həmiĢə ermənilər iĢləmiĢdilər. Beləliklə 
azərbaycanlılar  ermənilərin  təsiri  altına  salınır  və  onlardan  asılı  vəziyyətdə  olurdular.  Erməni  rəhbərləri  isə 
həmiĢə  azərbaycanlılara  qarĢı  məkrli  və  ikiüzlü  siyasət  yeridirdilər.  Bu  isə  Yuxarı  Qarabağın  sakinlərinin 
yaddaĢından  heç  bir  zaman  silinməyəcəkdir.  Çünki  ermənilərin  onlara  vurduqları  maddi,  mənəvi  zərbələr  heç 
vaxt unudulan deyil. 
Xocalı  Laçın  rayonunun  ġamkənd,  Piçənis,  ġəlvədərəsi  ellərinin  arxası,  dayağı  idi.  Xocalı  Yevlax-
Naxçıvan  yolunun arasındakı  körpünü xatırladırdı.  Bu  ellərin  möhkəm  dostluq  və  qohumluq əlaqələri  var idi. 
Vaxtilə  Xocalıdan  keçən  dəmir  yolu  da  onun  iqtisadi  həyatında  əsas  rol  oynayırdı.  Xocalı  eyni  zamanda 
Xankəndi  erməniləri  ilə  Əsgəran,  Hadrut,  Xocavənd  və  Ağdərə  erməniləri  arasında  keçilməz  sərt  bir  qalanı 
xatırladırdı. 
Sulu, münbit torpağa malik olan Xocalı ildə iki, bəzən isə üç dəfə məhsul verirdi. Xocalıların uzun illər 
boyu ağır zəhmət hesabına halal əməklə qurduqları, yaratdıqları bir gecənin içində yanıb külə döndü. 
Tarixi yerləri ilə məĢhur olan Xocalı, tarixi Ģəxsiyyətləri ilə də seçilən ulu yurd yerlərimizdən biridir. Bu 
ulu  yurd  yerlərimizdə  ermənilər  ciddi-cəhdlə  çalıĢsalar  da  qədim  oğuz-türk  toponimlərimizi  dəyiĢdirə 
bilməyiblər. 
Xocalı  rayonu  və  Xankəndi  ərazilərində  yerləĢən,  qədim,  tarixi  hadisələrlə  zəngin  olan  adlarımızı  yad 
etmək, onları unutmamaq lazımdır. 
Xocalı  ərazisində:  QıĢlaqlar,  Böyük  Dəmyə,  Kiçik  Dəmyə,  Sərçəli,  Kərbəlayı  AbıĢ  qayası,  Cəfərtəpəsi, 
Çınqıl təpəsi, DikdaĢ, Haçatəpə, Xoruz təpə, Uzərrik təpə, Bozun düzü, Bozdağ, Kətik, Qarağac bulağı, Əhməd 
bulağı, AtaĢ bulağı, Nəriman bulağı, Müseyib bulağı, Rəhim bulağı və s. 
Xankəndi  Ģəhəri  ərazisində:  Ağa  körpüsü,  Xan  qızının  bulağı  (Qarabağın  sonuncu  hakimi  Mehdiqulu 
xanın  qızı  XurĢud  Banu  Natavanın  adınadır),  Bəhlul,  Xanbağı  (Xanbağında  sovetlər  dövrünə  qədər  yaĢamıĢ 
Məhəmmədağanın  tikdirdiyi  üçmərtəbəli  binalar  bu  günümüzə  kimi  qalmıĢ,  həmin  binalarda  həmiĢə 
azərbaycanlılar  yaĢamıĢdılar),  Yağlıtəpə  Yezid  xırmanı  (həmin  ərazidə  torpaqdan  10—15  sm  yuxarı  qızılgül 
kolları bitərdi. Ağsaqqallar deyərdilər ki, həmin yerdə günahsız azərbaycanlıların qanı tökülüb. O güllər həmin 
qandan qidalanır bu gün də günahsız Ģəhidlərin ruhunu yaĢadırlar özlərində), ġuĢa yolu və s. 
Kərkicahan qəsəbəsi ərazisində: Güllü təpə, Öküzuçan, Həbibin bulağı, Bəylərin bulağı, Hacıyurdu, Zərli 
yeri,  Qızılqaya,  Qozludərə,  Kələmlik,  Hacıbulağı,  Məscid  yeri,  Qanlı  dərə,  Duzlaq,  Çiləbört  və  s.  kimi  tarixi 
yerlər vardır. 
Cəmilli kəndi ərazisində: Kürən, ġəkər bulağı, Xoruzlu təpə, Dəyirman dərəsi, Darılı, Darçay, Cüt qoz və 
s. kimi yerlər vardır. 
Toponimlərimizdən  görünür  ki,  hər  bir  ad  hər  hansı  bir  tarixi  hadisə  ilə  əlaqədardır.  Eyni  zamanda 
Qarabağda-Arsaqda  adlarımızın  hamısı  Azərbaycan  dilimizlə  səsləĢir.  Onu  da  qeyd  etmək  lazımdır  ki, 
Azərbaycanda,  əsasən  də  Qarabağda  V-VIII  yüzilliklərdən  qabaq  ləhcələr,  dialektlər,  qəbiləbirləĢmələrinin 
dilləri geniĢ yayılmıĢdı. Burada eyni zamanda ümumxalq dili mövcud idi və bu dil əsas ünsiyyət vasitəsi kimi 
böyük  imkanlara  malik  idi.  Azərbaycanımızın  tarixində  yer,  dağ,  çay,  qala  və  s.  adlar  baĢqa  dillərdə  də  əks 
olunmuĢdur. 
Alban  tarixçisi  Musa  Qağanqatlının  "Alban  ölkəsinin  tarixi"  əsərinin  əski  ermənicəyə  tərcüməsində 
Azərbaycan sözlərinin özünə yer tapması aydınlaĢdırılır. O zaman Azərbaycan dili geniĢ yayılmıĢ və ona görə 
də Azərbaycan dilində olan sözlər baĢqa dildə, o sıradan qraparda (əski erməni dili) iĢlənmiĢdir. 
Vaxtilə  Azərbaycanda  hökmranlıq  etmiĢ  hunlar,  xəzərilər,  səlcuqilər  moğollar  (monqollar),  türkmanlar 
sonradan  məğlubiyyətə  uğramıĢ,  onlardan  qalanları  qəbilələr  Ģəklində  birləĢmiĢdilər.  Beləliklə  onlar  yerli 
türklərlə qarıĢıb birləĢmiĢ və yeni bir türk xalqı, yəni azəri türkləri meydana gəlmiĢdir. Türk-Azəri dili sadəliyi 
ilə seçilmiĢ, Qafqazda, Rusiyada, Ġran və Asiyada iĢlənən bir beynəlmiləl dil halını almıĢdır. 
 
Qasım Qırxqızlı . 
Əsrin faciəsi - Xocalı. Bakı: 1999, 
S.8-12. 
 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
14 
 
Yuxarı Qarabağ və Xocalı  
1988-ci il 12 fevral, 1992-ci il 26 fevral olaylarında 
 
"Bütün ġərqdə iĢğalçı siyasətin aparıcıları,  
xarici kapitalın agentləri xain və satqın erməni agentləridir". 
 
Sovet diplomatı Q.V.Çiçerin,  
1922-ci il, 8 dekabr, Lozanna konfransı. 
 
1987-ci ilin axırları idi. Ermənilər gizli-gizli xosunlaĢır, Qarabağ məsələsini açıqlamaq üçün ciddi-cəhdlə 
hazırlıq görürdülər. Moskva, Ermənistan emissarları Qarabağa axıĢır, çoxsaylı görüĢlər keçirir, erməni əhalisini 
gələcək  mitinq  və  siyasi  tədbirlər  keçirməyə  hazırlayırdılar.  Ġdarə  və  müəssisələrdə  ciddi-cəhdlə  imzalar 
toplanılır,  erməni  əhalisi  arasında  hərtərəfli  əlaqələr  bərpa  edilir,  daha  doğrusu  müharibəyə  hazırlıq  iĢi 
görülürdü.  Hadisələr  ağır-ağır  ölçülür-biçilir,  Moskva  və  Yerevanla  əlaqələr  daha  da  gücləndirilirdi.  Əsas 
məsələ  bu  proseslərin  azərbaycanlılardan  gizli  saxlanılması  idi.  KeçmiĢ  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin 
rəhbər  iĢçilərinin  hamısı  bütün  proseslərdə  iĢtirak  edir,  özlərinin  "ustalıqlarını"  nümayiĢ  etdirirdilər.  Vaxtilə 
DQMV-dən  sürgün  edilmiĢ  erməni  ziyalıları  da  artıq  Qarabağda  köhnə  peĢələrini  məharətlə  ifa  edirdilər.  Bu 
məsələlərin  hamısı  Azərbaycanın  yüksək  dairələrinə  gün  kimi  aydın  idi.  Bəzən  də  onlar  bu  proseslərdə 
bilərəkdən və yaxud kortəbii Ģəkildə iĢtirak edirdilər. 
12  fevral  1988-ci  ildə  Ermənistandan  gəlmiĢ  bir  qrup  tələbə  "Qarabağ"  mehmanxanasının  ətrafında 
toplaĢaraq  mitinqə  oxĢar  bir  aksiya  keçirdilər.  Bu  kəĢfiyyat  xarakterli  bir  tədbir  idi.  Bir  neçə  gündən  sonra 
mitinqlər  baĢlandı.  "Lenin  meydanı"nda  baĢlanan  mitinqin  dalğası  bütün  vilayətin  ərazisini  bürüdü.  Mitinq 
meydanında çadırlar quruldu, kababxanalar pulsuz fəaliyyətə baĢladılar. 
SSRĠ-də "Yenidənqurma və aĢkarlıq, demokratiya" birdən-birə iri addımlar ataraq böyük sıçrayıĢlar etmək 
xülyasına düĢdü. Bu ideyaları sınaqdan keçirmək üçün obyektlər axtarılmağa baĢlandı. Obyektin Azərbaycanda 
sınaqdan  keçirilməsi  Moskvada  çoxdan  hazırlanmıĢdı.  Bu  da  "Qarabağ  kartı"  idi.  Bu  kart  Rusiyanın  əlində 
böyük  bir  siyasi  vasitə  kimi  saxlanılırdı.  Əvvəlcə  Qarabağ  münaqiĢəsini  qızıĢdırmaq,  sonra  isə  Türkiyəni  bu 
məsələyə qatıb tamamilə məhv etmək də planlaĢdırılmıĢdı. Bu sahədə Sovet Ġttifaqı Kommunist Partiyası Siyasi 
Bürosu və SSRĠ Dövlət Təhlükəsizlik Komitəsinin rolu danılmazdır. 
Yuxarı  Qarabağ  ermənilərinə  Azərbaycandan,  SSRĠ-dən  və  xarici  ölkələrdən  köməklik  gəlirdi.  Artıq 
Azərbaycandan  göndərilən  ərzaq  məhsullarını  qəbul  etmir,  ancaq  benzini  havada  qapırdılar.  Əsgəran  neft 
bazasına  kifayət  qədər  benzin  toplamıĢdılar.  Azərbaycan  hökumətinin  nümayəndələri  ərzaq  məhsullarının 
etiketini dəyiĢdirib ya Rusiyanınkını, ya da Ermənistanınkını yapıĢdırıb Xankəndinə daĢıyırdılar. Guya bu yolla 
erməniləri sakitləĢdirəcəklər. 
Bakıdan Xankəndinə, ermənilər üçün 600 ton benzin göndərilmiĢdi. Xocalılar bu iĢi vaxtında bildilər və 
benzini  Xocalıdan  buraxmadılar.  Bu  respublika  rəhbərlərini  və  onun  yerlərdəki  nümayəndələrini  bərk 
qəzəbləndirmiĢdi.  Ona  görə  də  rus  əsgərlərini  Xocalıya  yeritdilər,  lakin  Xocalının  əzmini  qıra  bilmədilər. 
Benzini Ağdama qaytarıb, sonra gizli yollarla yenə də ermənilərə çatdırdılar. 
Moskva  "dovĢana  qaç,  tazıya  tut"  əmrlərini  verirdi.  Əvvəlcə  mitinqə  qorxa-qorxa  çıxan  ermənilər, 
sonradan Qorbaçovu, Moskvanı söyür, lənətləyirdilər. 
Azərbaycanın hökumət nümayəndələrinin DQMV-yə axını heç bir müsbət nəticə vermirdi. Əksinə bizim 
tərəfimizdən ermənilərə edilən hər bir güzəĢt onlara güc və qüvvət verirdi. Hər bir iĢ planlaĢdırılmıĢ ssenari üzrə 
gedirdi. 
Azərbaycanlıların, Xankəndi ipək kombinatından və baĢqa iĢ yerlərindən qovulması qısa müddətdə baĢa 
çatdırıldı. Ən ağır iĢləri azərbaycanlılar görürdülər. Bu iĢçilərin sayı təkcə ipək kombinatında 600 nəfərə yaxın 
idi.  Azərbaycan  KP  MK-nın  1-ci  katibi  Kamran  Bağırov  Xankəndinə  gəlmiĢdi  ki,  vilayəti  özü  idarə  etsin. 
Qətiyyətsiz hərəkətlərinin ucbatından bir neçə saat Vilayət partiya komitəsinin katibi H. Poqosyanın kabinetində 
girov  saxlanıldı.  Azərbaycan  Daxili  ĠĢlər  Nazirliyinin  əməkdaĢları  Kamran  Bağırovu  azad  etdikdən  sonra 
erməni mitinqçilərini mühasirəyə aldılar. Kreml rus qoĢunu ilə DQMV-ni ələ almaq üçün ən yaxĢı vasitə əldə 
etmiĢdi. Ermənilərin xahiĢi ilə qoĢun Qarabağa gəldi. Ermənipərəst ordu ikiüzlülük siyasətini yeritməyə baĢladı. 
Eyni  zamanda  Xüsusi  Ġdarəetmə  Komitəsinin  yaradılması  üçün  də  münasib  Ģərait  yaranmıĢdı.  Azərbaycanın 
hakimiyyət  orqanlarının səlahiyyətləri alınıb birbaĢa həmin komitəyə  verildi.  Vilayətdəki idarə və  müəssisələr 
Azərbaycanı  tanımır,  Ermənistanla  iqtisadi-siyasi  əlaqələr  yaradırdılar.  Artıq  möhür  və  Ģtamplar  da 
dəyiĢdirilmiĢdi. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
15 
1988-ci  ilin  avqustunda  Azərbaycan  KP  MK-nın  I  katibi  Ə. Vəzirovun  qəbulunda  Qarabağın  əldən 
getməsini faktlarla sübut etdikdə oturduğu yerdən dik qalxaraq dedi: 
— Ola bilməz! Fikirləriniz əsassızdır. Deputatların Moskva görüĢündən sonra M. Qorbaçov məni yanına 
çağırıb dedi: — Ой Рахман, армяне опозорили себя.  
Qorbaçovun  onu  aldatdığını  israr  etsək  də  o,  Qorbaçovun  bizim  tərəfimizdə  olduğunu  sübut  etməyə 
çalıĢdı.  Arkadiy  Ġvanoviç  Volski  (bu  adam  həmiĢə  azərbaycanlılar  tərəfindən  lənətlənməli,  nifrətlə  yad 
edilməlidir)  ermənilərlə  əl-ələ  verərək  müstəqil  Ģəkildə  iĢləməyə  baĢladı.  BirbaĢa  Volskinin  əli  ilə 
Xankəndindən bütün azərbaycanlıların  ev-eĢiyi talan  edildi,  özləri  isə  doğma  ocaqlarından  didərgin salındılar. 
Həmin ailələrdən bir çoxu Xocalıda məskunlaĢdı. 
Artıq A. Volski istər rəsmi, istərsə də qeyri-rəsmi Ģəkildə Yuxarı Qarabağı müstəqil etmiĢ və Ermənistana 
birləĢdirmiĢdi.  Ona  görə  də  mənfur  Z. Balayan  tərəfindən  "Karabaxski"  ləqəbini  qazanmıĢdı.  Volskinin 
Qarabağdan  getməsi  Azərbaycan  hökumətinin  bel  sütununu  qırmıĢdı.  Çox  götür-qoydan  sonra  DQMV-də 
TəĢkilat Komitəsi  yaradıldı  və  həmin  komitəyə sədr  Viktor Petroviç Polyaniçko təyin  olundu. O, Azərbaycan 
KP  MK-nın  2-ci  katibi  idi.  Volskiyə  nisbətən  o,  daha  tədbirli,  müsəlman  psixologiyasına  tam  bələd  olan  bir 
adam  idi.  Onun  dövründə  iri  miqyaslı  tikinti  iĢləri  aparılmağa  baĢlandı.  Ermənilər  silahlanır,  biz  isə  yeni 
obyektlər  tikirdik.  Həmin  tikintiləri  bir  neçə  saatın  içində  ermənilər  darma-dağın  etdilər.  Demək  olar  ki, 
respublikamızda strateji əhəmiyyətli nə var idisə hamısı Yuxarı Qarabağa daĢınırdı. Azərbaycan iqtisadiyyatının 
bu kökə düĢməsində, o dövrdə yürüdülən səhv siyasətin də rolu az olmamıĢdır. 1991-ci il iyul ayının sonunda 
TəĢkilat Komitəsinin Xocalıda keçirdiyi yığıncaqda həll olunan məsələləri xatırlatmağı vacib sayırıq. 
"Yığıncağı giriĢ sözü ilə DQMV üzrə Respublika TəĢkilat Komitəsinin sədri V.P. Polyaniçko açdı. 
Gündəlikdə aĢağıdakı üç məsələ müzakirə edilmiĢdir: 
1. Dağlıq Qarabağda aparılan tikinti iĢlərinin vəziyyəti. 
2. DQMV-də məhsul yığımının gediĢi 
3.  Respublika  Prezidentinin  Dağlıq  Qarabağ  və  Goranboy  rayonunun  sakinlərinə  məktubu,  prezident 
seçkisinin keçirilməsi və s. 
—  Xocalı  Ģəhərində  fabrikin  —  tikiĢ  sexinin  tikintisi  gecikdirilir.  Yığıncaqda  Martuni  (Xocavənd), 
Hadrut,  ġuĢa  və  Xocalı  ərazilərində  yol  tikintisindən,  qaz  kəmərinin  çəkiliĢindən  və  baĢqa  bir  sıra  sosial 
məsələlərdən də ətraflı danıĢılmıĢdır... 
Göründüyü kimi, ermənilər silahlanır, müharibə aparır, biz isə tikinti problemlərini həll edirdik. 
"Xocalının səsi" qəzetinin təsis edilməsi (9 iyul 1991-ci ildə 1-ci sayı nəĢr olundu) xocalılar üçün gözəl 
bir  töhfə  oldu.  Həmin  vaxtdan  bu  günə  kimi  "Qarabağ"  qəzeti  ilə  yanaĢı  addımlayır,  Qarabağın  dərdlərindən 
yana-yana  yazır.  1992-ci  il  2  noyabr  16-cı  sayında  qarabağlı  jurnalist  Kərim  Kərimlinin  "Verəkmi  bu  torpağı 
yadlara?" Ģeri nəĢr olunmuĢdu: 
 
"Ulu millət, ulu Vətən, ulu dil, 
De, verəkmi, bu torpağı yadlara?! 
Ulu oymaq, ulu oba, ulu el. 
De, verəkmi bu torpağı yadlara?! 
 
Həmin dövrlərdə "Qarabağ" və "Xocalının səsi" qəzetləri bu ulu torpağın yadlara verilməməsini hayqırıb 
nərə çəksələr də nə səslərini eĢidən oldu, nə də qarabağlıların, xocalıların harayına çatan... Ona görə də dəhĢətli 
Xocalı qırğını baĢ verdi. 
"Xocalının  səsi"  qəzeti  1991-ci  il  sentyabr  ayının  28-də  yazırdı:  "Ġndi  hünər,  qeyrət  vaxtıdır,  xocalılar! 
Ayıq-sayıq  olun,  bu  gün  göstərdiyiniz  cəsarət,  qəhrəmanlıq  Qarabağımızın  Ģanlı  tarixinə  qızıl  hərflərlə 
yazılacaq". 
"Raket yağıĢı davam edir" yazısından: "Sentyabrın 24-də gecə saat 3-də Xocalı Ģəhəri Əsgəran rayonunun 
ermənilər  yaĢayan  Mehdikənd,  Noraguh,  Həsənabad  (Həsənabad  azərbaycanlılar  yaĢayan  kənd  idi.  Onlar  da 
məcburən Xocalıya köçürülmüĢdülər.) kəndlərindən raket atəĢinə tutulmuĢdur. Sentyabrın ilk 10 günü ərzində 
Xocalı Ģəhəri  həmin  məntəqələrdən 3  dəfə  güclü, intensiv Ģəkildə raket atəĢinə tutuldu. Bir saat yarım  davam 
edən atəĢ nəticəsində Ģəhərə 50-dən artıq raket düĢmüĢdü. Nəticədə Ģəhərdə xeyli dağıntılar əmələ gəlmiĢdi. 
Redaksiyadan:  artıq  son  iki  ay  ərzində  Xocalı  Ģəhəri  dördüncü  dəfədir  ki,  ermənilərin  "raket  yağıĢı"na 
məruz qalır: avqustun 23-ü və 28-də, sentyabrın 10-u və nəhayət 24-də. Maraqlısı budur ki, hər dəfə Ģəhər eyni 
nöqtələrdən atəĢə tutulur. Görəsən, respublikamızın hüquq-mühafizə orqanları, səlahiyyətli Ģəxsləri gənc Ģəhər 
Xocalının bu cür vəhĢicəsinə, vaxtaĢırı dağıdılmasının qarĢısını almaq üçün konkret tədbirlər görəcəkdirmi??? 
Allahyar Xocalı isə "Ağla, türk gözəli, ağla" elegiyasında yazırdı: 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
16 
-  Ermənilərin  bu  bədnamlıqlarını  duyub  "beynəlmiləlçi"  rəhbərlərimizə  xəbər  verəndə  ağzımızdan 
vururdular. Ermənistandan 3 gün müddətinə qan qardaĢlarımızı didərgin edəndə də rəhbərlərimiz vəzifə xatirinə 
bizi erməni genosidinə məruz qoyub güdaza verdilər. 
Yayda  kondisionerli,  qıĢda  isti  kabinetlərdə  kreslosuna  yayxanıb,  Qarabağda  və  sərhəd  rayonlarımızda 
atılan  güllələrə,  tutulan  azəri  girovlarına  diksinməyənlərin  yerinə  kim  ağlamalıdır,  kim?  DaĢ  müharibəsindən 
raket  müharibəsinədək  4  illik  bir  yol  keçmiĢ,  erməni  millətçilərinin  əməllərinə  qarĢı  bizə  təmkin,  səbr  adlı 
"silah" verənlərmi ağlayacaq sənin bu gününə, anam? Ağla, ağlamalı gün çoxdan gəlsə də ağlamamıĢdın. Çünki 
rəhbərin yağlı vədlərinə aldandın. 
Ağla, Türk gözəli, ağla! Tale sənə yar olsun. (Ġxtisarla, 28.8.1991). 
 
Qasım Qırxqızlı . 
Əsrin faciəsi - Xocalı. Bakı: 1999, 
S.12-16. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
17 
 
Tariximizin daĢ salnamələri -  
Xocalı: daĢ yaddaĢımız 
 
"Fürsət düşən kimi Qarabağda hakimiyyəti ermənilərə verəcək  
və bunlar vasitəsilə Asiyada xristian dövləti yaradacağımız  
barədə erməni məliklərinə göstəriş vermişəm". 
 
Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin