II. Xocalı soyqırımının beynəlxalq cinayət kimi səciyyəsi
Beynəlxalq cinayət - ayrı-ayrı dövlətlərin hüquq və qanuni mənafelərini, beynəlxalq səviyyədə tanınmıĢ
insan hüquqlarım kobud və ya kütləvi Ģəkildə pozan, hüquqi tərkibi beynəlxalq hüquq normalarında müəyyən
olunmuĢ, beynəlxalq hüquqa zidd olan əməllərə deyilir. Beynəlxalq hüquq elmində "beynəlxalq cinayət" və
"beynəlxalq xarakterli cinayət" kateqoriyaları fərqləndirilir. Soyqırımı cinayəti beynəlxalq cinayət
kateqoriyasına aiddir. Həmin cinayətlərin əsas tərkibləri Ġkinci Dünya müharibəsindən sonra yaradılmıĢ
beynəlxalq hərbi tribunalların (Nürnberq və Tokio) Nizamnaməsində ifadə olunmuĢdur. Sonradan həmin
cinayət tərkibləri Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində və Beynəlxalq
Cinayət Məhkəməsinin Statusunda təkmilləĢdirilməklə bir daha təsdiqini tapmıĢdır. Nürnberq Tribunalı
Nizamnaməsində beynəlxalq cinayətlər üç qrupa ayrılmıĢdır:
* sülh əleyhinə cinayətlər;
* müharibə cinayətləri;
* insanlıq əleyhinə cinayətlər.
Ġkinci Dünya müharibəsindən sonra beynəlxalq birlik genosidi müstəqil beynəlxalq cinayət kimi
fərqləndirdi. Nürnberq Tribunalı Nizamnaməsi və hökmlərində soyqırımı termini iĢlədilməmiĢdir.
Nürnberq Tribunalı Nizamnaməsinin təsnifatına görə, soyqırımı insanlıq əleyhinə cinayətlərə daha yaxındır.
Lakin soyqırımı insanlıq əleyhinə cinayətlərdən müəyyən əhali qrupuna qarĢı repressiyanın miqyasına və dəqiq
ifadə olunan məqsədinə görə fərqlənir. Soyqırımı müəyyən mənada müharibə cinayətlərinə də oxĢardır. Belə ki,
həmin cinayətin törədilməsi hərbi əməliyyatların aparılması vaxtı ilə üst-üstə düĢə bilər. Lakin soyqırımı
müharibə cinayətlərindən də məqsədinə görə fərqlənir, həm də soyqırımı dinc dövrdə də törədilə bilər (məsələn,
Kambocada Pol Pot öz xalqına qarĢı soyqırımı həyata keçirmiĢdi). Məhz həmin əlamətlərinə görə Yuqoslaviya
və Ruanda Tribunalları nizamnamələrində, Beynəlxalq Cinayət Məhkəməsi Statusunda soyqırımı cinayəti
müharibə cinayəti və insanlıq əleyhinə cinayətlərdən ayrılmıĢdır.
Soyqırımının hüquqi məzmunu hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv
etmək məqsədilə törədilən aĢağıdakı hərəkətlər təĢkil edir:
* bu cür qrup üzvlərinin öldürülməsi;
* belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi;
* hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat Ģəraitinin
yaradılması;
* bu cür qrupda doğumun qarĢısını almağa yönəldilmiĢ tədbirlərin görülməsi;
* uĢaqların zorla bir insan qrupundan alınıb baĢqasına verilməsi.
Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri ünsür sayılır. Bu, soyqırım cinayətini obyektiv cəhətinə
görə oxĢar beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı cinayətini təĢkil edən əməllərdən hər biri öz
xarakterinə görə Ģüurlu, bilərəkdən və iradə ilə diktə olunan əməllərdir. Həmin əməllər heç bir halda təsadüfən
və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin əməlləri törətmək niyyəti və onların mümkün
nəticələrinin ümumən dərk edilməsi əməlin soyqırımı kimi tövsifi üçün kifayət deyildir. Burada cinayətkarın
fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı olan konkret niyyətini ortaya çıxarmaq tələb
olunur.
Qabaqcadan xüsusi düzəldilmiĢ pusqulardan qaçıb canını qurtarmaq istəyən azərbaycanlı mülki əhalinin
avtomat, pulemyot və baĢqa silahlardan gülləbaran edilməsi məhz soyqırımı niyyətini sübut edir.
Həmin cinayətin azərbaycanlı milli qrupuna qarĢı yönəlməsi də göz qabağındadır.
Soyqırımı cinayətini təhlil edərkən onun əsas üç ünsürünün mövcud olması aydınlaĢır:
* tanınan milli, etnik, irqi və ya dini qrupun olması;
* bu cür qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin olması (mens rea);
* tanınan qrupla bağlı genosid hərəkətlərdən hər hansı birinin törədilməsi (astus reus).
Deməli, soyqırımı aktı hökmən milli, etnik, irqi və ya dini qrupa qarĢı yönəlməlidir. BaĢqa qrupa,
məsələn, siyasi və ya sosial qrupa qarĢı yönələn bu cür hərəkətlər genosid kimi qiymətləndirilə bilməz.
Soyqırımı anlayıĢı qadağan olunmuĢ əməlin ümumi nəticələrinə dair konkret niyyətin olmasını tələb
edir.
Soyqırımı cinayətinin tövsifedici əlaməti kimi niyyət özündə bir neçə cəhəti birləĢdirir:
- niyyət, təsadüfi, bu və ya digər konkret qrupa məxsus olan bir, yaxud bir neçə Ģəxsin deyil, qrupun
məhv edilməsindən ibarət olmalıdır. Fərdin Ģəxsiyyəti yox, məhz müəyyən qrupa mənsubluğu soyqırımın
qurbanlarmı təyin etmək üçün həlledici meyardır;
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
85
- niyyət, qrupun bir qrup kimi, özü-özlüyündə, baĢqasından fərqlənən bir ayrıca qurum kimi məhv
edilməsindən ibarət olmalıdır. Soyqırımı bütöv insan qrupunun mövcudluğu hüququnu tanımaqdan imtinadır.
Adamöldürmə (hemosid) isə ayrı-ayrı insan varlıqlarının yaĢamaq hüququnu tanımaqdan imtina kimi
səciyyələnir. Deməli, astus reus (qadağan olunmuĢ əməl) bir adamla məhdudlaĢa bilər, lakin mens rea (niyyət)
qrupun mövcudluğu əleyhinə yönəlməlidir;
- niyyət, qrupun "tamamilə və ya qismən" məhv edilməsindən ibarət olmalıdır;
- niyyət məhz, milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır.
Soyqırımı cinayətinə görə məsuliyyətin ortaya çıxması üçün müəyyən qrupun məhv edilməsindən ibarət
son nəticənin əldə olunması tələb olunmur. Bunun üçün həmin cinayətin obyektiv cəhətini təĢkil edən
əməllərdən hər hansı birinin müəyyən qrupun bir qrup kimi tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə
törədilməsi kifayətdir.
Genosidin obyektiv cəhətinə aid olan məhvetmə anlayıĢı qrupun fiziki və ya bioloji vasitələrlə fiziki
məhv olunmasını bildirir. Burada söhbət qrupun milli, din, dil, mədəni və ya digər özünəməxsusluğunun məhv
olunmasından getmir. Soyqırımı cinayətinin obyektiv cəhətinə "mədəni genosid" aid deyildir.
"Barselona Trastion Kase" iĢi üzrə qərarında BMT-nin Beynəlxalq Məhkəməsi soyqırımı aktlarının
qadağan olunması ilə bağlı öhdəlikləri erga omnes öhdəliklər adlandırmıĢdır.
Beynəlxalq Məhkəmə Soyqırımı cinayətinin qarĢısının alınması və cəzalandırılması haqqında
Konvensiyanın əsasında duran prinsipləri beynəlxalq adət hüququnun bir hissəsi, bütün dövlətlər üçün məcburi
xarakter daĢıyan normalar kimi tanımıĢdır.
Soyqırımı cinayətinin olduğu kimi qiymətinin verilməsi və beynəlxalq hüquq normalarının tələb etdiyi
kimi onu törədənlərin layiqli cəzalarını alması zəruridir.
III
.
Xocalı soyqırımının beynəlxalq cinayət
kimi hüquqi əsasları
Xocalı soyqırımının beynəlxalq cinayət kimi tövsifi üçün hüquqi əsaslarla aĢağıdakılar hesab
olunmalıdır:
1) BMT BaĢ Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiĢ Soyqırımı
cinayətinin qarĢısının alınması və cəzalandırılması haqqında Konvensiya (Konvensiya 1951-ci ildə qüvvəyə
minmiĢdir);
2) Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (Nizamnamədə birbaĢa soyqırım cinayəti göstərilməsə
də, həmin cinayəti təĢkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə
tutulmuĢdur);
3) Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (mad. 4).
4) Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (mad. l);
5) Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (mad. 6);
6) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (mad. 103);
7) Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il
tarixli Fərmanı.
IV. Xocalı soyqırımının beynəlxalq hüquqi nəticələri
Beynəlxalq hüquq soyqırımı cinayəti ilə əlaqədar aĢağıdakıları müəyyənləĢdirmiĢdir:
1. Soyqırımı cinayəti törətmiĢ Ģəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq
hüquq soyqırımı cinayətinin anlayıĢını müəyyən etməklə yanaĢı, həmin cinayəti törətmiĢ Ģəxslərin məsuliyyətini
də müəyyənləĢdirir. Belə ki, Soyqırımı cinayətinin qarĢısının alınması və cəzalandırılması haqqında
Konvensiyanın 5-ci maddəsinə əsasən iĢtirakçı dövlətlər soyqırımı cinayətini törətməklə təqsirli olan Ģəxslərin
cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə əsasən həmin Ģəxslər
dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən
mühakimə edilməlidirlər.
2. Soyqırımı cinayətinin təkcə icraçıları deyil, soyqırımı törətməyə sui-qəsd, soyqırımına birbaĢa və açıq
təhrikçilik, soyqırımına cəhd və soyqırımında iĢtirak etmək də cinayət məsuliyyəti doğurur.
3. Soyqırımı cinayəti törətmiĢ Ģəxslərə universal yurisdiksiya prinsipi tətbiq olunmalıdır. Ənənəvi olaraq
milli məhkəmə orqanlarının yurisdiksiyası dövlətin ərazisində cinayət törətmiĢ Ģəxslərlə məhdudlaĢır. Hazırda
beynəlxalq hüquq beynəlxalq cinayətlərin dövlətin ərazisindən kənarda törədilməsindən, cinayəti törədənin və
ya zərər çəkmiĢin həmin dövlətin vətəndaĢı olmamasından, eyni zamanda həmin cinayətlərin ölkənin dövlət
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
86
maraqlarına ziyan vurub-vurmamasından asılı olmayaraq milli məhkəmə orqanlarına həmin cinayətlərlə bağlı
yurisdiksiyanı həyata keçirməyə imkan verir. Hətta beynəlxalq hüquq milli məhkəmə orqanları üzərində bu cür
öhdəlik qoyur, yəni universal yurisdiksiya tələb edir.
Yurisdiksiyanın universallığı aut yudisare, aud dedere (ya cəzalandır, ya da ver) prinsipindən irəli gəlir.
Bu prinsipə müvafiq olaraq dövlət müharibə cinayətini törətməkdə Ģübhəli bilinən və ya bu cinayətin
törədilməsi barədə əmr vermiĢ Ģəxsi axtarmalı və vətəndaĢlıq mənsubiyyətindən asılı olmayaraq məhkəmə
məsuliyyətinə almalıdır.
4. Soyqırımı cinayətini törətməkdə əmrin icrası istinad Ģəxsi cinayət məsuliyyətindən azad etmir.
Dövlətin aktları onun vəzifəli Ģəxslərinin fəaliyyəti olduğundan, təqsirə görə yalnız dövlətə sanksiya
tətbiq edilməsi ilə kifayətlənmək olmaz. Belə hallarda cinayətkar əməlin təĢkilatçıları, rəhbərləri, icraçıları -
konkret fiziki Ģəxslər də cəzalandırılmalıdır.
Soyqırımı cinayəti törədilməsinə görə dövlətin cinayətkar əmrlər verən, bu əmrləri icra edən vəzifəli
Ģəxsləri də məsuliyyət daĢıyır.
Cinayətkar əmr verən Ģəxsin məsuliyyəti Ģübhə doğurmur. Çünki vəzifəli Ģəxsin əməli iki tələbi -
tabeliyində olan Ģəxsin hüquqauyğun davranıĢını təmin etmək və hüquqamüvafiq fəaliyyət göstərmək tələbini
pozur.
Nürnberq Hərbi Tribunalı Nizamnaməsinin 8-ci maddəsi ilə müəyyən edilmiĢdir ki, müqəssirin
hökumət sərəncamı və ya rəisin əmrinə görə fəaliyyəti onu məsuliyyətdən azad etmir, lakin tribunal ədalət
mühakiməsinin maraqları tələb etdiyi hallarda bunu, cəzanı yüngülləĢdirmək üçün əsas hesab edə bilər.
Yuqoslaviya Beynəlxalq Tribunalının Nizamnaməsində də tabelikdə olan Ģəxslərin öz cinayətkar
hərəkətlərini hökumətin və ya yüksək, vəzifəli Ģəxsin əmri əsasında törətməsi onların məsuliyyətini aradan
qaldıran hal kimi nəzərdə tutulmamıĢdır.
Beynəlxalq Cinayət Məhkəməsinin Statusuna əsasən Məhkəmənin yurisdiksiyası altına düĢən
cinayətlərin, hökumətin, mülki və ya hərbçi rəisin əmri ilə törədilməsi, aĢağıdakı hallar istisna olmaqla, Ģəxsi
cinayət məsuliyyətindən azad etmir:
- müvafiq hökumətin və ya rəisin göstəriĢini yerinə yetirmək bu Ģəxsin qanuni vəzifəsidirsə;
- bu Ģəxs əmrin qeyri-qanuniliyini bilməmiĢdirsə;
- əmr açıq-aĢkar qeyri-qanuni olmamıĢdırsa.
Statusa əsasən, soyqırımı cinayətinin və insanlıq əleyhinə cinayətlərin törədilməsi haqqında əmrlər açıq-
aĢkar qeyri-qanunidir.
5. Soyqırımı cinayətinin törədilməsinin qarĢısının alınması üçün tədbir görməməyə görə rəhbər Ģəxs
məsuliyyət daĢıyır.
Komandirin məsuliyyət prinsipi onun tabeliyində olan Ģəxs tərəfindən beynəlxalq humanitar hüququn
pozulmasının qarĢısını almaq və ya aradan qaldırmaq üçün tədbir görmədiyi hallara
Ģamil edilir.
Cinayət hüququnda tədbir görməməyə görə cinayət məsuliyyətinin sərhədləri dəqiqləĢdirilmiĢ və
məsuliyyət konkret hallardan asılı olaraq meydana çıxır. Beynəlxalq humanitar hüquq pozuntusunun qarĢısının
alınması üçün komandirin açıq surətdə tədbir görməməsi Cenevrə Konvensiyalarında ciddi pozuntu kimi
müəyyənləĢdirilmiĢ və cinayətlərin qarĢısının alınması sisteminin bir hissəsini təĢkil edir. Tabeliyində olan
Ģəxslərin ciddi pozuntu törətməsi rəisin də həmin cinayətlərə görə məsuliyyətini yaradır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsi zamanı təkcə birbaĢa beynəlxalq cinayət törətmiĢ
Ģəxslər deyil, həm də həmin cinayətlərin qarĢısını almaq üçün tədbir görməmiĢ mülki hakimiyyət və hərbi rəis
heyəti də cinayət məsuliyyəti daĢıyır.
6. Soyqırımı cinayətlərinə cinayət məsuliyyətinə cəlbetmə müddəaları tətbiq edilmir.
BMT BaĢ Məclisinin 26 noyabr 1968-ci il tarixli 2931 (XXIII) saylı qətnaməsi ilə qəbul edilmiĢ
"Müddətin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə tətbiq edilməməsi haqqında" Konvensiyasının
1-ci maddəsinə əsasən müharibə cinayətləri törədildiyi vaxtdan asılı olmayaraq, onlara cinayət məsuliyyətinə
cəlbetmə müddəti tətbiq olunmur.
Azərbaycan Respublikası CM-nin 75.5 maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddələrində nəzərdə tutulmuĢ sülh və insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiĢ Ģəxslərə
müddət barədə müddəalar tətbiq olunmur. Həmin cinayətləri törətmiĢ Ģəxslər cinayətin törədilməsindən asılı
olmayaraq cinayət məsuliyyətinə cəlb olunmalı və məhkum edilməlidirlər. Bu müddəa ona əsaslanır ki, həmin
cinayətlər nəticəsində Beynəlxalq Birliyə və bəĢəriyyətə vurulmuĢ ziyan öz ağırlığına görə istisna təĢkil edir və
əgər həmin cinayəti törətmiĢ Ģəxs ədalətli məhkəmə qərarına əsasən cəzalandırılmasa, ödənilə bilməz.
Beynəlxalq cinayətlərə məsuliyyətə cəlbetmə müddətinin tətbiq olunmaması ona dəlalət edir ki,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsi zamanı törədilmiĢ beynəlxalq cinayətlərdən nə qədər vaxt
ötsə də, həmin cinayətləri törətmiĢ Ģəxslər cinayət məsuliyyətinə alınmalıdırlar.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
87
7. Soyqırımı cinayətinə görə qanunun retroaktiv tətbiqinə yol verilir.
Dövlətdaxili qanunvericilikdə nəzərdə tutulmamasından asılı olmayaraq beynəlxalq aləm tərəfindən
qəbul edilmiĢ hüquq prinsiplərinə əsasən cinayət sayılan hər hansı əmələ görə cinayət məsuliyyətinə
cəlbedilmənin zəruriliyi Nürnberq Hərbi Tribunalının Nizamnaməsində və həmin Tribunalın qərarlarında
ifadəsini tapmıĢ, beynəlxalq hüququn prinsipləri kimi tanınmıĢ müddəalarda nəzərdə tutulmuĢdur.
VətəndaĢ və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 15-ci maddəsinin 2-ci hissəsində göstərilir ki,
bu maddədə heç nə hər hansı bir Ģəxsin törədilərkən beynəlxalq aləm tərəfindən qəbul olunmuĢ hüquq
prinsiplərinə əsasən cinayət olan hər hansı bir əməlinə, yaxud xətasına görə məhkəməyə verilməsinə və
cəzalandırılmasına mane olmur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsi zamanı törədilmiĢ bir sıra cinayətlər onların baĢ
verdiyi dövrdə Azərbaycan Respublikası Cinayət Məcəlləsində beynəlxalq cinayət kimi ifadəsini tapmamıĢdı.
Lakin bu, heç də həmin cinayəti törədən Ģəxslərin cinayət məsuliyyətini istisna etmir. Çünki yuxarıda qeyd
olunan beynəlxalq cinayətlərə görə məsuliyyətin zəruriliyi barədə müddəa artıq Beynəlxalq Birlik tərəfindən
qəbul edilmiĢ və beynəlxalq hüququn adət norması kimi fəaliyyət göstərir. Ona görə də azərbaycanlılara
münasibətdə törədilmiĢ vəhĢiliklər beynəlxalq aləm tərəfindən qəbul olunmuĢ hüquq prinsiplərinə müvafiq
olaraq beynəlxalq cinayət kimi tanınmıĢ və həmin cinayət əməllərinə görə heç nə həmin cinayəti törətmiĢ
Ģəxsləri cinayət məsuliyyətindən azad edə bilməz.
8. Soyqırımı cinayətini törətmiĢ Ģəxslər cinayət məsuliyyətinə cəlb edilməsi üçün tələb edən dövlətə
verilməlidir.
Beynəlxalq hüquq və cinayət hüququnda cinayətkarların verilməsi dedikdə, cinayət törətmiĢ və ya onu
törətməkdə Ģübhəli hesab edilən Ģəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və ya ona münasibətdə ittiham
hökmünün icra olunması üçün bir dövlət tərəfindən baĢqa dövlətə verilməsi baĢa düĢülür. Müharibə cinayəti
törətmiĢ Ģəxslərin verilməsi ilə əlaqədar beynəlxalq səviyyədə bağlanmıĢ müqavilələrdə nəzərdə tutulan
məsələlər milli qanunvericilikdə də öz əksini tapmıĢdır. "Müddətin müharibə cinayətləri və insanlıq əleyhinə
cinayətlərə tətbiq edilməməsi haqqında" Konvensiyanın 2-ci maddəsinə müvafiq olaraq
iĢtirakçı dövlətlər müharibə cinayəti törətmiĢ Ģəxslərin beynəlxalq hüquqa müvafiq olaraq təhvil verilməsi üçün
Ģərait yaradılmasına yönəldilmiĢ qanunvericilik və digər xarakterli bütün lazımi daxili tədbirləri görməyi
öhdələrinə götürürlər. BMT BaĢ Məclisinin qəbul etdiyi Müharibə cinayətləri törətməkdə müqəssir olan
Ģəxslərin aĢkara çıxarılması, həbs edilməsi, təhvil verilməsi və cəzalandırılmasına dair beynəlxalq əməkdaĢlığın
prinsiplərində də müharibə cinayətləri törətmiĢ Ģəxslərin verilməsi barədə müddəalar öz əksini tapmıĢdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsi zamanı beynəlxalq cinayət törətmiĢ Ģəxslərin tələb
olunması və mühakimə edilməsi üçün hüquqi baza mövcuddur. Həmin hüquqi əsaslara söykənərək soyqırım
cinayəti, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törətmiĢ Ģəxslərin axtarılıb tapılması, tələb olunması
və mühakimə edilməsi istiqamətində fəaliyyət canlanmalıdır.
Akif AĢırlı. Türkün Xocalı soyqırımı. Bakı: 2005, S. 130-145.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
88
Xocalı faciəsi beynəlxalq cinayət olaraq Ermənistanın
Azərbaycan xalqına qarĢı apardığı məqsədyönlü
soyqırımı siyasətinin tərkib hissəsidir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsi dövründə Azərbaycan xalqına qarĢı həyata
keçirilmiĢ ən dəhĢətli cinayətlərdən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq
Qarabağ bölgəsindəki Xocalı Ģəhərində ermənilərin törətdiyi tarixdə insanlığa qarĢı görünməmiĢ vəhĢilikdir. Bir
gecənin içində yüzlərlə günahsız insan xüsusi qəddarlıqla məhv edilib. Xocalı Ģəhərinin iĢğalının faciəli nəticəsi
bunlardır: 613 nəfər, o cümlədən 106 qadın və 63 uĢaq qətlə yetirilib, 487 nəfər Ģikəst olub. 1275 adam erməni
əsirliyinin dəhĢətlərindən keçib, 150 nəfər itkin düĢüb, Ģəhərin özü isə yerlə-yeksan edilib. Bu faciənin
nəticəsində onlarca uĢaq, qadın və qoca güllələnib. Ermənistanın silahlı qüvvələri və muzdlular bütöv ailələri
məhv edib, insanları amansızcasına qətlə yetirmiĢlər: adamların dərisi soyulub, qulaqları kəsilib və baĢlarının
dərisi soyulub çıxarılmıĢdır.
I. Xocalı soyqırımının beynəlxalq cinayət kimi səciyyəsi
Soyqırımın hüquqi məzmunu BMT BaĢ Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi
ilə qəbul edilmiĢ Soyqırımı cinayətinin qarĢısının alınması və cəzalandırılması haqqında Konvensiya ilə
müəyyən olunmuĢdur. Hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə
törədilən aĢağıdakı hərəkətlərdən ibarətdir:
- bu cür qrup üzvlərinin öldürülməsi;
- belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi;
- hər hansı bir qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat Ģəraiti
yaradılması;
- bu cür qrupda doğumun qarĢısını almağa yönəldilmiĢ tədbirlərin görülməsi;
- uĢaqların zorla bir insan qrupundan alınıb baĢqasına verilməsi.
Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri ünsür sayılır. Bu, soyqırımı cinayətini obyektiv
cəhətinə görə oxĢar beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı cinayətini təĢkil edən əməllərdən hər biri
öz xarakterinə görə Ģüurlu, bilərəkdən və iradə ilə diktə olunan əməllərdir. Həmin əməllər heç bir halda
təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin əməlləri törətmək niyyəti və onların
mümkün nəticələrinin ümumən dərk edilməsi əməlin soyqırım kimi tövsifı üçün kifayət deyil. Burada
cinayətkarın fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı əvvəlcədən mövcud olan
konkret niyyəti ortaya çıxarmaq tələb olunur.
Qabaqcadan xüsusi olaraq düzəldilmiĢ pusqulardan qaçıb canını qurtarmaq istəyən azərbaycanlı mülki
əhalinin avtomat, pulemyot və baĢqa silahlardan gülləbaran edilməsi məhz soyqırımı niyyətini sübut edir.
Həmin cinayətin azərbaycanlı milli qrupuna qarĢı yönəlməsi də danılmaz faktdır.
Soyqırımı cinayətini təhlil edərkən onun üç əsas ünsürünün mövcud olması aydınlaĢır:
- tanınan milli, etnik, irqi və ya dini qrupun olması;
- bu cür qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin olması (mens rea);
- tanınan qrupla bağlı soyqırımı hərəkətlərindən hər hansı birinin törədilməsi (aktus reus).
Deməli, soyqırımı aktı hökmən milli, etnik, irqi və ya dini qrupa qarĢı yönəlməlidir. BaĢqa qrupa,
məsələn, siyasi və ya sosial qrupa qarĢı yönələn bu cür hərəkətlər soyqırımı kimi qiymətləndirilə bilməz.
Soyqırımı anlayıĢı qadağan olunmuĢ əməlin ümumi nəticələrinə dair konkret niyyətin olmasını tələb
edir. Soyqırımı cinayətinin tövsifedici əlaməti kimi niyyət özündə bir neçə cəhəti birləĢdirir:
- niyyət, təsadüfi, bu və ya digər konkret qrupa məxsus olan bir, yaxud bir neçə Ģəxsin deyil, qrupun
məhv edilməsindən ibarət olmalıdır. Fərdin Ģəxsiyyət yox, məhz müəyyən qrupa mənsubluğu soyqırımı
qurbanlarını təyin etmək üçün həlledici meyardır;
- niyyət, özü-özlüyündə, baĢqasından fərqlənən bir qrupun məhvindən ibarət olmalıdır. Soyqırımı bütöv
insan qrupunun mövcudluğu hüququnu tanımaqdan imtinadır. Adamöldürmə (hemosid) isə ayrı-ayrı insan
varlıqlarının yaĢamaq hüququnu tanımaqdan imtina kimi səciyyələnir. Deməli, aktus reus (qadağan olunmuĢ
əməl) bir adamla məhdudlaĢa bilər, lakin mens rea (niyyət) qrupun mövcudluğu əleyhinə yönəlməlidir;
- niyyət, qrupun tamamilə və ya qismən məhv edilməsindən ibarət olmalıdır;
- niyyət məhz, milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır,
Soyqırımı cinayətinə görə məsuliyyətin ortaya çıxması üçün müəyyən qrupun tamamilə və ya qismən məhv
edilməsindən ibarət son nəticənin əldə olunması tələb kimi qoyulmur. Bunun üçün həmin cinayətin obyektiv
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
89
cəhətini təĢkil edən əməllərdən hər hansı birinin müəyyən qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti
ilə törədilməsi kifayətdir.
Soyqırımı cinayətinin obyektiv cəhətinə aid olan məhvetmə anlayıĢı qrupun ən müxtəlif vasitələrlə
cismən məhv olunmasını
bildirir.
"Barselona Trastion Case" iĢi üzrə qərarında BMT-nin Beynəlxalq Məhkəməsi soyqırımı aktlarının
qadağan olunması ilə bağlı öhdəlikləri erga omnes öhdəliklər adlandırmıĢdır. Beynəlxalq Məhkəmə Soyqırımı
cinayətinin qarĢısının alınması və cəzalandırılması haqqında Konvensiyasının əsasında duran prinsipləri
beynəlxalq adət hüququnun bir hissəsi, bütün dövlətlər üçün məcburi xarakter daĢıyan normalar kimi tanımıĢdır.
II. Xocalı soyqırımının beynəlxalq cinayət kimi
tanınması üçün əsas verən hüquqi sənədlər
1. BMT BaĢ Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiĢ Soyqırımı
Cinayətinin QarĢısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya.
2. Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (Nizamnamədə birbaĢa soyqırımı cinayəti göstərilməsə
də, həmin cinayəti təĢkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə
tutulmuĢdur).
3. Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad. 4).
4. Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad. l).
5. Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (mad. 6).
6. Azərbaycan Respublikası Cinayət Məcəlləsi (mad. 103).
7. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il
tarixli fərmanı.
Dostları ilə paylaş: |