Xocalı faciəsi kollektiv sarsıntı, kollektiv yaddaĢ və
milli identiklik amili kimi
Rauf QARAGÖZOV
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin əməkdaşı, psixologiya elmləri namizədi.
Xocalı faciəsinin müxtəlif aspektləri (siyasi, hüquqi, sosial və s.) mövcuddur. Mən bu faciənin bəzi
psixoloji və sosial-mədəni aspektlərini vurğulayaraq, əsas 3 mövzuya aydınlıq gətirmək istərdim: 1. Xocalı
faciəsi kollektiv sarsıntı kimi; 2. Kollektiv sarsıntıya yanaĢma növləri; 3. Kollektiv sarsıntının öhdəsindən necə
gəlməli.
Mətləbə keçməzdən əvvəl sizlərə hafizənizi yoxlayan bir eksperiment təklif edirəm. Oxuculardan xahiĢ
edirəm ki, bir dəqiqəlik diqqətlərini cəmləyərək yada salmağa çalıĢsınlar: ilk dəfə Xocalı hadisələri haqqında
eĢidəndə harada idilər və nə edirdilər?
Əminəm ki, azərbaycanlıların əksəriyyəti üçün o gün elə bil "canlı Ģəkil" kimi gözlərinin önündə durur.
Nə üçün hadisədən 18 il keçməsinə baxmayaraq o gün bizim yaddaĢımızda belə təfərrüatı ilə həkk olunub?
Psixoloqlar bu hafizə növünə flashbulb memory, yəni fotoiştq hafizə adı vermiĢlər. Bu cür hafizə insanları Ģoka
salan məlumatlara cavab reaksiyası olaraq meydana gəlir. Erməni silahlı dəstələrinin Xocalı Ģəhərini məhv
etməsi barədə səslənən xəbər bizim üçün məhz belə bir sarsıdıcı məlumat olmuĢdur.
Mən xüsusilə vurğulayıram: bu hadisə yalnız Xocalıda zorakılığa məruz qalmıĢ insanlar üçün deyil,
həm də bu faciənin bilavasitə Ģahidi, yaxud iĢtirakçısı olmayan bütün azərbaycanlılar üçün psixi sarsıntı
törətmiĢdir. Psixoloqlar bu növ sarsıntını kollektiv sarsıntı adlandırırlar. Bu cür sarsıntı hansısa bir toplum
üzvlərinə xas olan kollektiv kimliyə (identikliyə) təhlükə hiss olunanda törənir. 1990-cı ilin "Qara Yanvar"
hadisələrindən sonra Xocalı azərbaycanlıların bu cür iri miqyasda ikinci kollektiv sarsıntısı idi. Kollektiv
sarsıntıya məruz qalmıĢ cəmiyyətin emosional əhvalında, davranıĢında, dünyaya münasibətində müxtəlif
dəyiĢikliklər müĢahidə edilir. Məsələn, Ģok vəziyyətində olan cəmiyyət öz təhlükəsizliyinə əmin ola bilmir və öz
siyasi rəhbərlərinə inamını kəskin Ģəkildə itirir. Bu isə öz növbəsində siyasi böhran vəziyyətini yarada bilər.
Nəticədə, cəmiyyət, yaxud dövlət iflasa uğramaq təhlükəsi ilə üzləĢir. Digər tərəfdən kollektiv sarsıntı geniĢ
kütlə arasında çaxnaĢma və təĢviĢ hissləri törədə bilir. O dövrdə hər iki fəsad bizdə yaĢadıldı: həm dərin siyasi
böhran müĢahidə edildi, həm də kütlə çaxnaĢma və təĢviĢ içində idi. Bu nöqteyi-nəzərdən ermənilərin dinc
əhalini xüsusi qəddarlıqla qətlə yetirməsi bir sıra məqsədlər güdürdü: azərbaycanlılar arasında təĢviĢ yaradıb
ermənilərin hücumlarına qarĢı müqaviməti zəiflətmək, ümumiyyətlə isə Azərbaycan cəmiyyətini iflic
vəziyyətinə salmaq və mümkün qədər çox ərazini iĢğal etmək. Bu barədə o zaman Xocalıya basqın edən səhra
komandiri, hazırda isə Ermənistanın prezidenti Serj Sərkisyan özü etiraf edir: "Xocalıya qədər azərbaycanlılar
hesab edirdilər ki, bizimlə zarafat etmək olar. Onlar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmağı
bacarmırlar. Biz bu stereotipi qırdıq". Onda həmin o Sərkisyanın bu yaxınlarda Böyük Britaniyanın Beynəlxalq
Münasibətlər Ġnstitutunda çıxıĢı zamanı "Biz, ermənilər soyqırım keçirmiĢ xalq kimi bəĢəriyyət və tarix
qarĢısında soyqırımların qabağını almaq məsələsində mənəvi məsuliyyət daĢıyırıq" deməsi istehza və hətta
dünya ictimaiyyətini məsxərəyə qoymaq deyilsə, bəs nədir? Xocalı qətliamında birbaĢa məsuliyyət daĢıyan
keçmiĢ səhra komandirinin dilində səsləndirilən "soyqırım və mənəvi məsuliyyət" kimi sözlər təkcə riyakarlığın
zirvəsi deyil, bu həm də simvolik bir məna kəsb edir. Necə deyərlər: "Quzu cildində canavar". Bu həm də Avro-
pa qitəsinin mərkəzində sahə komandiri və Bosniya serblərinin keçmiĢ prezidenti Radovan Karaciçin
məhkəməsini təĢkil edən və eyni zamanda, həmin qəbildən olan cinayətləri törədən Sərkisyanın Avropanın digər
bir mərkəzində mötəbər tribunadan çıxıĢına imkan verən beynəlxalq qurumların qeyri-mükəmməlliyinin və
zəifliyinin rəmzidir. Nəyə görə bunlar baĢ verir? Səbəb nədir? Qərb dünyası nə dərəcədə baĢ verən hadisələri
qərəzsiz, yekdil nöqteyi-nəzərdən, stereotiplərdən azad olaraq qiymətləndirməyə hazırdır? Bunlar mürəkkəb
suallardır və cavab tapmaq üçün bir çox məqamlara aydınlıq gətirmək lazımdır. Burada isə mən yalnız kollektiv
yaddaĢ və identiklik ilə əlaqəsi olan səbəblərə toxunacağam.
Kollektiv sarsıntı və kollektiv yaddaĢ
Yəqin ki, hər bir xalqın tarixində kollektiv sarsıntı törədən hadisələr tapmaq olar. Lakin xalqlar məruz
qaldıqları kollektiv sarsıntıya yanaĢma tərzində fərqli ola bilirlər. Prinsip etibarilə sarsıntıya müxtəlif yanaĢma
tərzi mümkündür. Bəzən cəmiyyət hansısa səbəblərə görə aldığı sarsıntını "unudur". Məsələn, azərbaycanlıların
əksəriyyəti erməni quldur dəstələrinin XX əsrin əvvəllərində Bakıda, ġamaxıda, Qarabağda, Zəngəzurda və
digər yerlərdə yerli əhaliyə qarĢı həyata keçirdikləri qətliamları sovet dövründə, demək olar ki, unutmuĢdular. O
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
128
qanlı günlər haqqında yaddaĢ yalnız yaĢlı nəslin hafizəsində və nağıl etdikləri xatirələrində cəmlənirdi.
Maraqlısı bu idi ki, o zorakılığın hətta canlı Ģahidi olan insanlar baĢ vermiĢ əhvalatları öz uĢaq və nəvələrinə
danıĢmaqdan çəkinərdilər. Ona görə çəkinərdilər ki, bu əhvalatlar sovet məktəblərində tədris olunan rəsmi
tarixlə ziddiyyət təĢkil edirdi. Yəni bu əhvalatlar, sosioloqların dili ilə desək, cəmiyyətdə qəbul edilmiĢ "sosial
çərçivəyə" yerləĢmirdi. Sosial çərçivələr dövlət, dini və digər ictimai qurumlar tərəfindən aparılan "yaddaĢ
siyasəti" nəticəsində cəmiyyətə bəzən zorla qəbul etdirilir. Sovetlərin "pantürkizm" və "panislamizm" Ģüarları
altında yeritdikləri "yaddaĢ siyasəti" azərbaycanlıların (həm türk, həm də müsəlman olduqları üçün) mədəni
yaddaĢına və tarixi-ədəbi irsinə xüsusilə amansız olmuĢdur. Nəticədə, XX əsrin sonunda yeni qəddarlıqla tüğyan
edən, ölüm və kin-küdurət səpən erməni millətçiliyi və separatizmi bizim üçün gözlənilməz oldu. Hal-hazırda
ermənilərin azərbaycanlılara qarĢı yenidən alıĢan düĢmənçiliyi, torpaqlarımıza təcavüzü, törətdikləri zorakılıq,
ilk növbədə Xocalı qətliamı bizi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsində agah olmağa və onu
kollektiv yaddaĢda saxlamağa məcbur edir. Xocalının yaddaĢımızda qorunub saxlanılmasına artıq əmin ola
bilsək də, bizim üçün vacib olan onun hansı Ģəkildə saxlanılmasından ibarətdir. Bu, müəyyən mənada həm
bizim milli identikliyimizin inkiĢaf perspektivlərini, həm də dünya ictimaiyyətinin Xocalı faciəsinə
münasibətini müəyyən edir. Sarsıdıcı hadisənin yadda saxlanılması iki formada baĢ verə bilər. Psixoloqların dili
ilə desək: "təsirə impulsiv cavab vermə" («импульсивное отреагирование» (acting out)) və "sarsıdıcı
təcrübənin üzərində çalıĢma" («проработка (work through) травмирующего опыта») formasında.
Götürək "təsirə impulsiv cavab vermə" variantını: bu halda yaĢanmıĢ sarsıntı yaddan çıxmır. Əksinə,
sarsıntı törətmiĢ hadisə bir növ bəslənir (daim xatırlanır, yaddaĢlara həkk edilir), əbədiləĢir. Ancaq, bununla
yanaĢı, icma arasında sarsıdıcı hadisəni törətmiĢ səbəblərin, onun nəticələrinin sərbəst, azad Ģəkildə, müxtəlif
mövqelərdən çıxıĢ edərək müzakirəsi qadağan olunur və hər vasitə ilə bundan boyun qaçırılır. Sarsıntı törətmiĢ
hadisə hansısa siyasi məqsədlərə nail ol-maq üçün məqsədli Ģəkildə istifadə olunur. Sarsıdıcı hadisələri dərindən
dərk etmə imkanı qapanır, bloklanır. Nəticədə, hadisəyə düzgün qiymət verə bilməyən toplumun, xalqın
gələcəkdə yenidən bu cür sarsıdıcı hadisələrlə qarĢılaĢması təhlükəsi aradan götürülür. Erməni kollektiv
yaddaĢının təhlili mənə tam əminliklə iddia etməyə əsas verir ki, bu topluma kollektiv sarsıntıya yanaĢma
tərzinin məhz bu variantı xasdır. Tarixən belə olmuĢdur ki, ermənilərin kollektiv yaddaĢının sosial çərçivələri
erməni kilsəsi tərəfindən cızılmıĢ və ruhanilər tərəfindən ilk tarixi rəvayətlər tərtib edilmiĢdir. Mənim burada bu
rəvayətləri geniĢ Ģəkildə təhlil etmək imkanım yoxdur (bunu baĢqa yerdə artıq qeyd etmiĢəm). Lakin deyə
bilərəm ki, bu rəvayətlərin əsas ideyasını "ermənilərin daima düĢmənlərin əhatəsində yaĢayıb incidilən xalq
olması" təĢkil edir. Əgər onların tarixi rəvayətlərini oxusanız, orada digər xalq və konfessiyaların
nümayəndələrinə qarĢı nə qədər kin və nifrət dolu mətnlərin olduğunu görərsiniz. Nəticədə, erməni kollektiv
yaddaĢının formaları kollektiv sarsıntını produktiv Ģəkildə dəf etməyə deyil, daha çox özlərinin real və
uydurulmuĢ məĢəqqətlərini yadda saxlamağa, kultlaĢdırmağa və hətta onlardan həzz almağa yönəlmiĢdir.
Kollektiv yaddaĢın digər konfessiyaların nümayəndələrinə qarĢı nifrət hissi oyadan məhz bu xüsusiyyətləri
ermənilər arasında sonradan onlar üçün acı nəticələrə gətirib çıxarmıĢ türkəfobiyanın geniĢ intiĢarına səbəb
olmuĢdur. Vaxt ötdükcə özlərinin qurban obrazını təbliğ edən rəvayətlərin hazırlanması üzrə geniĢ Ģəbəkə
yaradaraq, siyasi məqsədlərinə çatmaq üçün erməni təĢkilatları Qərb auditoriyasının stereotipləri və
zehniyyətlərindən bacarıqla istifadə edərək qurbanlara təbii mərhəmət hissini istismar etməyə müvəffəq
olmuĢlar. Tarixi detallardan xəbərsiz Qərb ictimai fikrinin özü çox zaman ermənilərin fakt və obrazlarla
manipulyasiyasının qurbanı olur. Misal üçün, "Nyu-York Tayms"ın ("New York Times") 3 mart 1992-ci il və
"Taym"ın ("Time") 16 mart 1992-ci il tarixli saylarında dərc olunmuĢ informasiyaya nəzər yetirmək kifayətdir.
Həmin yazılarda Xocalı faciəsindən bəhs olunarkən "xristian Ermənistan" və "müsəlman Azərbaycan" kimi
epitetlərdən istifadə olunmuĢ və belə təəssürat yaranmıĢdır ki, guya müharibə universal bəĢəri qanunların
pozulması ilə müĢayiət edilmir və dini xarakter daĢıyır. Ġqtibas gətirə bilmədiyim digər yazılarda isə hadisələr
elə təsvir olunur ki, sankı reportyorlar ermənilərin bu cür vəhĢilik törədə biləcəyinə inanmırlar.
Qurban obrazı - uduĢlu obrazdır. Buna görə də bu obraza uyğun gəlməyən bütün fakt və hadisələr
erməni identikliyinin mühafizəkarları tərəfindən müqavimət və aqressivliklə qarĢılanır. Onlar hər vəchlə bu fakt
və hadisələri gizlətməyə, yaxud diskreditasiya etməyə çalıĢırlar. Təsadüfü deyil ki, erməni quldur dəstələri
tərəfindən Xocalıda törədilmiĢ cinayətləri ermənilər inkar edir, cinayətkarları müdafiə etmək və onların
hərəkətlərinə bəraət qazandırmaq məqsədilə hər cür saxtakarlığa və uydurmalara yol verir, hətta
azərbaycanlıların özlərini belə xocalıların qətliamını təĢkil etməkdə ittiham edirlər. Ġnanmıram ki, Sərkisyanın
Böyük Britaniyanın Beynəlxalq Münasibətlər Ġnstitutunda söylədiyi fikirlərlə təhlükəsizliyə bu cür nail olmaq
olar. Əslində, ermənilər bu cinayəti törətməklə nəinki azərbaycanlıların, hətta bütün qafqazlıların nifrətini
qazanaraq, yenidən özlərini həyəcanla qisas gününü gözləməyə məhkum etdilər.
Nəhayət, "sarsıdıcı təcrübənin üzərində çalıĢma" variantı. Burada kollektiv sarsıntı yaddaĢda qorunur.
Ən önəmlisi odur ki, bu variantda cəmiyyətin özü aldığı sarsıntı ilə iĢləməyə hazırlıq nümayiĢ etdirir. Bunun
üçün cəmiyyətdə sarsıdıcı hadisələrin baĢ vermə səbəblərinin aĢkarlanmasına, buna gətirib çıxarmıĢ amillərin və
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
129
hadisələrin nəticələrinin dərk edilərək, baĢ vermiĢlərə görə mənəvi məsuliyyəti müəyyən etməyə
istiqamətlənmiĢ geniĢ və hərtərəfli müzakirələrə Ģərait yaradılır. Bu cür yanaĢma nəticəsində gələcəkdə belə
hadisələrin təkrarlanmaması üçün cəmiyyət öz təcrübəsindən dərs almaq, onu anlamaq imkanı qazanır. Bu,
sarsıntının bu cür produktiv çalıĢması nəticəsində onun sosial qazanca çevrilməsi variantıdır. Yuxarıda
dediklərimizin əsasında hansı nəticəyə gəlmək olar?
Əgər biz kollektiv sarsıntının öhdəsindən səmərəli Ģəkildə gəlmək istəyiriksə, onda insanda - onun
emosiyaları, hissləri və düĢüncələrində cəmlənmiĢ, fokuslaĢdırılmıĢ səmimiyyəti və həqiqəti əks etdirəcək,
insanın vicdanını oyada biləcək təəssüratların yeni, daha da düĢünülmüĢ izahının və Ģərhinin yaradılması üçün
Xocalı hadisələrinin geniĢ və azad ictimai müzakirələrinin keçirilməsinə nail olmalıyıq.
Bizdə, təəssüf ki, hələ belə məzmunlu izahlar çox azdır. Xocalı hadisələrinin əsasən, belə deyək,
"formal" və "emosional" formada iĢıqlandırılması mövcuddur. Halbuki, Ģəxsi, fərdiləĢdirilmiĢ sənədli və ya
bədii hekayələr oxucunun duyğularına toxunar, analitik materiallar isə məntiqi düĢünməyə və hadisələrin əsl
mahiyyətini dərk etməyə xidmət edə bilər. Beləliklə:
1. Biz gərək öz tariximizi həm özümüzə, həm də dünya ictimaiyyətinə düzgün danıĢmağı öyrənək.
"Quzu cildində canavar" olan erməni millətçiliyinin ifĢa olunması üçün biz məsuliyyət daĢıyırıq; 2. Siyasi
hakimiyyətin beynəlxalq strukturları ənənəvi stereotiplərin, zehniyyətlərin, geosiyasi və iqtisadi maraqların
təzahürünə daha həssas yanaĢmalıdırlar. Heç bir geosiyasət insan vicdanı ilə tənzimlənən qanun və mənəvi
dəyərləri ləğv etməli deyil. Cinayətlər cəzasız qalmamalı, cinayətkarlar isə mühakimə olunmalıdırlar. Əks
təqdirdə nüfuzlu təĢkilatların tribunalarından onların çıxıĢlarına qulaq asmaq kimi biabırçı məcburiyyətlə üzləĢə
bilərik.
“Analitik baxıĢ”.-2010.-№1.-S.13-16.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
130
Xocalı soyqırımı Ermənistanın həyata keçirdiyi məqsədli və
düĢünülmüĢ siyasət kimi qiymətləndirilməlidir
Tahirə ALLAHYAROVA
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar
Mərkəzinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru.
Soyqırım insanlığa qarĢı cinayət, insanın varlığını alt-üst edən, yaĢamını sarsıdan dəhĢətdir. Soyqırım
həm də hər Ģeydən əvvəl bir siyasətdir. Cinayət və dəhĢətin tarix boyu məqsədyönlü Ģəkildə, son təfərrüatlarına
qədər planlaĢdırılmasını, onun həyata keçirilməsini təmin edən dövlətin konkret siyasəti olmuĢdur. Deməli,
soyqırım xronoloji zaman baxımından əvvəlcə verilən siyasi bir qərardır. Buna görə də insanlığa qarĢı olan bu
qəsd siyasətinin qarĢısını almaq üçün ilk növbədə dünya dövlətlərinin soyqırıma siyasi qiymət verməsi ən
mühüm məsələ kimi gündəmdə durur. Soyqırımın dayandırılması, ona son qoyulması üçün ilk növbədə
beynəlxalq birlik siyasi iradə ortaya qoymalıdır. Əks təqdirdə bəĢəriyyət əsrlər boyu olduğu kimi hər dəfə
soyqırım baĢ verdikdən sonra onun günahkarlarını cəzalandırmağa, qurbanlarını müdafiə etməyə, müdhiĢ və
dəhĢətli maddi-mənəvi, psixoloji-hüquqi nəticələrini aradan qaldırmağa hələ çox zaman sərf edəcəkdir.
Soyqırım qurbanlarının sayı milyonlar olsa da, bu gün onu törədənlərin cəzalandırılması sahəsində
beynəlxalq praktikada yalnız bir-iki faktın mövcud olması, itirilmiĢ zaman və insan həyatları ilə müqayisədə ona
siyasi qiymət verilməsində yekdilliyin olmaması deyilənlərin ən aĢkar sübutudur.
Soyqırıma siyasi qiymət vermək üçün ilk növbədə onun düĢünülmüĢ siyasət olduğunu vurğulamaq,
dövlət siyasəti səviyyəsində həyata keçirilməsini pisləmək və bu yöndə vahid beynəlxalq cəbhədən çıxıĢ etmək
ən zəruri məsələdir. Bu, dünyanın təkcə xocalılarla deyil, həm də soyqırımı yaĢayan və onun nəticələrinin
ədalətli həllini gözləyənlərlə həmrəy olduğunu bəyan etmək deməkdir.
Bu baxımdan soyqırımın siyasi aspektləri dedikdə biz aĢağıdakı məsələlərin geniĢ təhlili və
müzakirəsini vacib hesab edirik:
1) Soyqırım siyasətini həyata keçirən konkret dövlətin fəaliyyətini birmənalı pisləmək əvəzinə, onu
dəstəkləmək və ya susmaq kimi mövqelərin mövcudluğunun səbəbi nədir və onu necə aradan qaldırmaq olar?
2) Soyqırım aktına ikili standartlarla yanaĢmanın mövcud nəticələri nədir və beynəlxalq perspektivləri
necə ola bilər?
3) Xocalı soyqırımına ədalətli siyasi qiymətin verilməsi Ermənistanın dünyaya qəbul etdirməyə çalıĢdığı
"uydurma genosid" mifinin ifĢa edilməsi baxımından nə kimi əhəmiyyəti ola bilər?
4) Soyqırım gerçəkliklərini təbliğ etmək üçün adi insanların, qlobal vətəndaĢ cəmiyyətinin, həqiqətin
tərəfində olan hər kəsin səylərini bir arada necə səfərbər etmək olar? Soyqırım siyasətinə münasibətdə aĢkar
mövqe və vahid prinsipdən çıxıĢ etmək dövlətlərlə yanaĢı, hər bir Ģəxsin də insanlıq borcudur.
5) Nəhayət, bu gün tədqiqatçılar belə bir fikir söyləyirlər ki, siyasətin bütün sahələri kimi, genosid
siyasəti də transformasiyaya uğrayır. Yəni birbaĢa törədilən soyqırım hadisəsinin hazırda dolayısı ilə baĢ verən
soyqırım siyasətinə çevrilməsinə meyil müĢahidə edilməkdədir. Burada ən mühüm məsələ konkret dövlətin öz
genosid siyasətini hər vəchlə ört-basdır etmək, beynəlxalq ictimai rəyi yanlıĢ istiqamətə yönəltmək, beynəlxalq
siyasətin isə buna ikili standartlarla Ģərait yaratmaq cəhdləridir. Bütün bunlar isə bizi belə bir acınacaqlı məntiqi
nəticəyə gəlməyə vadar edir: genosidin siyasi qiymət almaması onun latent Ģəkildə davam etməsi deməkdir.
Azərbaycan xalqı öz vicdanının səsini eĢidərək Xocalı haqqında həqiqəti yazan, indiki və gələcək nəsil
qarĢısında öz insaniyyət və vəzifə borcunu Ģərəflə yerinə yetirən, dünyanın müxtəlif ölkələrində yaĢayan hər bir
həqiqət tərəfdarına dərin ehtiramını bildirir. Bu o deməkdir ki, həqiqətə faciədən 18 il sonra da biganə qalanlarla
yanaĢı, bu gün olduğu kimi 18 il bundan əvvəl də ədalətin tərəfində duraraq onu dəyərləndirə bilən, müharibədə
olan tərəflərin heç birinə aid olmasa da, təkcə 18 illik tarixin deyil, ümumiyyətlə, soyqırım tarixinin qarĢısında
alnıaçıq olan insanlar var.
Ötən əsrin 1905-1907, 1918-1920 və 1948-1953-cü illərində törədilmiĢ kütləvi erməni terrorları
silsiləsinin davamı olaraq, 1988-ci ilin ilk aylarında baĢ qaldıran erməni separatizminin dərin tarixi kökləri
vardır. Ġki əsr öncə Çar Rusiyasının təhriki və birbaĢa yardımı ilə tarixi Azərbaycan vilayətlərində
məskunlaĢdırılan erməni əhalisi 1918-ci ildə bu torpaqlarda əvvəlcə Ermənistan adlı dövlət qurmağa müvəffəq
oldu, beĢ il sonra isə əsassız iddiasını Dağlıq Qarabağa muxtar vilayət statusu almaqla təmin etdi. Sonrakı 50 il
ərzində vilayət ərazisində hətta siyasi muxtariyyət əldə etməyə müvəffəq olan ermənilərin hökmranlığına yalnız
ötən əsrin 70-ci illərinin əvvəllərində son qoyuldu.
22 il öncə baĢlayan savaĢ yüzilliklər boyu davam edən erməni məkrinin növbəti mərhələsidir.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
131
1988-ci ildən təcavüzkar erməni separatizminin ərazi iddiaları azərbaycanlıların qədim torpaqlarından
kütləvi deportasiyasına, çoxsaylı terror aktlarının törədilməsi və tammiqyaslı amansız müharibəyə səbəb oldu.
On minlərlə insan həlak oldu, əlil vəziyyətinə düĢdü, yüz minlərlə soydaĢımız qaçqın və məcburi köçkünə
çevrildi. Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonumuz erməni hərbi birləĢmələri tərəfindən iĢğal edildi.
18 il bundan əvvəl fevralın 25-də dörd aydan çox mühasirədə yaĢayan Xocalı əhalisi növbəti mühasirə
gününün baĢlayacağını, səhərin açılmasını gözləyirdi. 1991-ci ilin noyabr ayından Ģəhər blokadaya alınmıĢdı.
Mühasirədə olan bir Ģəhərin sakinlərinin təpədən dırnağadək silahlanmıĢ erməni hərbçiləri üçün nə qorxusu ola
bilərdi ki? Bəli, 1992-ci ilin Ģaxtalı 26 fevral səhəri xocalıların Xocalıdakı son səhəri oldu. Özü də öz dəhĢətli
mənzərəsi ilə yaddaĢlarda silinməz bir iz qoydu...
Fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinlərinin qəddar qətliamının həyata keçirilməsinə artıq
siyasi qərar verilmiĢdi. 1992-ci il fevralın 26-da qədim Xocalı Ģəhəri misli görünməmiĢ qəddarlıqla Yer üzündən
silindi. Bu dəhĢətli qətliamı hər bir azərbaycanlı bu gün də ürək ağrısı ilə xatırlayır.
Xocalı sakinlərinə qarĢı soyqırım aktının Dağlıq Qarabağ bölgəsinin iĢğalı zamanı Ermənistan
Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təĢkil etməsi aĢkar bir
gerçəklikdir. Xocalı faciəsi iki yüz ildən çox bir müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarĢı
aparılan etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifəsidir. Müxtəlif vaxtlarda fərqli Ģəkildə, xüsusi
riyakarlıqla həyata keçirilən bu mənfur siyasətə heç zaman ara verilməmiĢ, gah qanlı toqquĢmalara səbəb olmuĢ,
gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələnmiĢdir. Bu dəhĢətli cinayət əməlinin məqsədi
Xocalını Yer üzündən silməklə Azərbaycan torpaqlarının iĢğalını asanlaĢdırmaq olmuĢdur. Bununla birlikdə
bəzi xarici dövlətlərdən böyük miqdarda hərbi yardım alan Ermənistan Respublikasının silahlı qüvvələri Xocalı
faciəsindən sonra özünə gələ bilməyən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin iĢğalını qısa müddətdə baĢa
çatdırmıĢ və ətraf rayonların zəbt edilməsi planlarının icrasına baĢlamıĢdır.
Dünyada soyqırım həm hüquqi, həm də siyasi aspektlərdən kifayət qədər öyrənilmiĢdir. Belə qənaətə
gəlmək mümkündür ki, onun qarĢısını siyasi qiymətləndirmə ilə əvvəlcədən almaq mümkündür. Belə olan halda
cavabını gözləyən aĢağıdakı suallar ortaya çıxır: Bəs onda dünya birliyi nəyi gözləyir? Niyə ikili standartlardan
çıxıĢ edərək qərəzli mövqe nümayiĢ etdirir? Hələ neçə soyqırım baĢ verməlidir ki soyqırım qurbanlarının haqq
səsi eĢidilsin?
XXI əsrdə Xocalıda baĢ vermiĢ soyqırıma siyasi qiymət verilməmiĢdirsə, deməli, o, hələ də davam edir.
Soyqırımı gerçəkləĢdirən dövlət - Ermənistan bu faktı inkar edir. MüdhiĢ riyakarlığa əl ataraq günahkarların
cəzalandırılmasına maneə törədir. Bu gün Xocalıda törədilmiĢ qanlı hadisələrin baĢ aktyorları - cinayətkarları
Ermənistanda mühüm dövlət postları tuturlar. Serj Sərkisyan hazırda iĢğalçı Ermənistan Respublikasının
prezidentidir. Xocalı soyqırımı zamanı mayor rütbəsində olan S. Ohanyan general paqonları gəzdirir. Cinayətin
digər iĢtirakçıları da oyuncaq qurumda və Ermənistanda müxtəlif vəzifələr tuturlar. Xocalı soyqırımını və
əməliyyatlarda iĢtirakını təsdiq edən S. Sərkisyan Böyük Britaniyanın Chatam Haus beyin mərkəzində qurumun
rəhbəri Robertsona özünün "silah yoldaĢı" kimi müraciət edəndə biz riyakarlıq və cinayətin, ikili mövqelərin
son həddi ilə üzləĢirik. Lakin buna etirazları görmürük. Bu, dözülməz vəziyyətdir.
Ermənistanın sabiq prezidenti Robert Köçəryan Avropa ġurasının mötəbər kürsüsündən dünya
ictimaiyyətinə xitabən Dağlıq Qarabağda, xüsusən də Xocalıda keçirilən hərbi əməliyyatlarda iĢtirakından fəxr
duyduğunu bildirir. Hərbi cinayətdə iĢtirak edən R. Köçəryan, əslində, bununla soyqırım aktına birbaĢa rəvac
verdiyini təsdiqləmiĢdir. Bu faktları Xocalıda baĢ verən qanlı hadisələrin Ermənistan rəhbərliyi tərəfindən
əvvəlcədən planlaĢdırıldığını və həyata keçirildiyini təsdiq etdiyi üçün qeyd edirik.
Burada onu da vurğulamaq istərdik ki, Xocalı hadisələrinə bəzi dünya ölkələri hələ zamanında ədalətli
siyasi münasibət bildirmiĢdir. Belə ki, soyqırım baĢ verdiyi müddətdə Ağ Ev və ABġ Konqresi baĢda olmaqla
bəzi Avropa və Amerika rəsmiləri bu soyqırımı bəĢəriyyətə qarĢı cinayət kimi qiymətləndirmiĢdilər. QardaĢ
Türkiyənin bu istiqamətdəki fəaliyyəti baĢqalarına nümunə ola biləcək dərəcədə xüsusilə seçilmiĢdir. 18 il əvvəl
Türkiyənin Ġstanbul, Ankara, Ġzmir, Ərzurum, Qars, Ġğdır və baĢqa Ģəhərlərində keçirilən mitinqlərdə türk
milləti hər zaman Azərbaycanın yanında olduğunu və onun haqq iĢini dəstəklədiyini bir daha təsdiq etmiĢdir.
Bundan baĢqa, qardaĢ Türkiyədə artıq erməni canilərinin beynəlxalq məhkəmədə cəzalandırılması istiqamətində
addımlar atılıb. Bir müddət öncə Türkiyənin "Əsassız soyqırım iddialarına qarĢı cəmiyyət"i Xocalı
soyqırımındakı cinayətlərinə görə S. Sərkisyanın və R. Köçəryanın Haaqa Beynəlxalq Məhkəməsinə verilməsi
təĢəbbüsü ilə çıxıĢ ediblər.
Ġtaliya parlamenti də Dağlıq Qarabağ münaqiĢəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyən
qətnamə qəbul edib. Xatırladaq ki, Ġtaliya Avropa ölkələri arasında Almaniyadan sonra Dağlıq Qarabağ
münaqiĢəsi ilə bağlı qətnamə qəbul edən ikinci dövlətdir.
Ġslam Konfransı TəĢkilatının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi xüsusi qətnamə beynəlxalq
təĢkilatlar tərəfindən Xocalı faciəsini "insanlığa qarĢı cinayət" kimi tanıyan ilk sənəddir. 51 ölkənin qəbul etdiyi
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
132
qətnamədə Xocalı faciəsinə "erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "insanlığa
qarĢı cinayət" kimi qiymət verilmiĢdir.
Misli görünməmiĢ qəddarlıqla, vəhĢiliklə törədilmiĢ Xocalı soyqırımı və ümumiyyətlə, Azərbaycan
xalqının ədalətsizcəsinə cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsinin bütün
məĢəqqətləri dünya ictimaiyyətinə detalları ilə çatdırılmalı, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün
ciddi və məqsədyönlü iĢ aparılmalıdır. Çünki soyqırıma siyasi münasibət bildirilməməsi yeni soyqırımların baĢ
verə biləcəyi qənaətini yaradır.
Bu illər ərzində Azərbaycan təkcə müharibə, torpaqlarımızın iĢğalı, qaçqınlarımızın ağır Ģəraitdə
yaĢaması kimi çətinliklərlə üzləĢməmiĢdir. Bundan daha ağır olanı Xocalı soyqırımını törədən cəlladların,
yuxarıda qeyd etdiyimiz kimi, iĢğalçı ölkənin siyasi rəhbərliyində yüksək vəzifələr tutmaqla özlərini müdafiə
etməsi, dünyanın isə buna göz yummasıdır.
Ötən 18 ildə Xocalının səsini dünyaya çatdırmaq üçün bir çox iĢlər görülüb. Xocalı haqqında gerçəkləri
bilən, ona daxilən qiymət verən insanların sayı, bəlkə də, milyonlarla artıb. Lakin dünyadakı 6 milyarddan çox
əhalinin Xocalı haqqında mövqeyinin ədalətli olacağına qədər gözləmək mümkün deyil. Bir daha bildiririk ki,
soyqırım siyasəti, "Böyük Ermənistan" və monoetnik dövlət yaratmaq kimi Ģovinist siyasət müəllifləri olan
ermənilərin ölkəmizə hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq
təĢkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi
hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi siyasi qiymət verməlidirlər. Məhz bu cür halların
indiyədək dünya ictimaiyyəti və beynəlxalq təĢkilatlar tərəfindən dərk olunub pislənilməməsi və qarĢısının
alınmasına cəhd göstərilməməsi nəticəsində 1905-ci ildən baĢlayaraq Azərbaycan torpaqlarının ilhaqını davam
etdirən erməni qəsbkarları XX əsrin sonunda, sivilizasiyalı dünyanın gözünün qarĢısında bütün insanlığa
silinməz ləkə olan dəhĢətli cinayət və vəhĢilik törətmiĢlər.
Bəli, Azərbaycan xalqı 18 ildir ki, ümumbəĢəri dəyərlər, ideallar və normalar anlayıĢına Ģübhə ilə
yanaĢır. Çünki ikili standartlarla üz-üzədir.
Xocalı qətliamı Azərbaycan xalqı üçün paradoksal məzmunlu bir çox nəticələrlə üzləĢməyi
ĢərtləndirmiĢdir. Ona dünyanın münasibəti bir tərəfdən ədalətli siyasətin meyarına, digər tərəfdən beynəlxalq
münasibətlərdə ikili standartların mövcudluğunun təsdiqinə, üçüncü tərəfdən isə insan taleyinə qəddarlığın və
cəzasızlığın rəmzinə çevrilmiĢdir. Xocalı Ģəhərində dinc əhaliyə vəhĢicəsinə divan tutmuĢ erməni hərbçilərini və
onların havadarlarını təmizə çıxarmaq üçün aparılan təbliğat kampaniyası bu gün də ara vermir. Erməni
millətçiləri qonĢu dövlətlərə, o cümlədən Azərbaycan Respublikasına qarĢı ərazi iddialarına haqq qazandırmaq,
bunun vasitəsi kimi seçdikləri iĢğalçılıq, soyqırım və dövlət terrorizmi siyasətini pərdələmək üçün hər vasitədən
istifadə edərək, guya 1915-ci ildə ermənilərin soy-qırıma məruz qaldıqları barədə uydurmaların beynəlxalq
səviyyədə qəbul olunmasına cəhdlər göstərirlər. Xocalı faciəsi kimi real soyqırım aktına göz yuman ayrı-ayrı
dövlətlərin parlamentlərinin erməni lobbisinin təsiri altına düĢərək "erməni soyqırımı" əfsanəsini müzakirə
mövzusuna çevirməsi, hətta bu barədə əsassız və ədalətsiz qərarlar qəbul etməsi yalnız təəssüf və təəccüb deyil,
beynəlxalq münasibətlərin real durumu və perspektivləri barədə çox ciddi narahatlıq hissini - beynəlxalq
hüququn iflası və süqutu hissini doğurur.
Azərbaycan xalqı bu 18 ildə soyqırımda cəllad və qurbanların kim olduğunu ayırd etməkdə "çətinlik
çəkən" beynəlxalq siyasətin biganəliyini dəyərləndirmək təcrübəsini keçmiĢdir. Bununla belə, bu illər ərzində
soyqırım həqiqətlərini dünya birliyinə çatdırmaq üçün səbirlə çalıĢmıĢdır.
Eyni zamanda, 18 il ərzində Azərbaycanın gəldiyi ən mühüm tarixi nəticələrdən biri də bu olmuĢdur:
əgər soyqırım cəlladlarının cəzalandırılmasında, iĢğal siyasətinə qiymət verilməsində və Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunmasında beynəlxalq birlik tərəddüdlü mövqeyini davam etdirərsə, o zaman Azərbaycan
xalqı bu dəfə cinayətkarın kim olduğunu tarixin sübut etməsini gözləməyəcəkdir! Beynəlxalq hüquq və siyasət
meydanında təmin edilməyən haqqımızı döyüĢ meydanında tələb və təmin etməli olacağıq. Bu, Azərbaycanın
dəfələrlə bəyan etdiyi prinsipial mövqedir. Azərbaycan mövcud imkanların hamısından istifadə edərək ərazi
bütövlüyünün bərpasını təmin edəcək, Xocalı faciəsinin ədalətli beynəlxalq hüquqi-siyasi qiymət almasına,
onun ideoloqlarının, təĢkilatçılarının və icraçılarının cəzalandırılmasına nail olacaqdır. Müharibə yolu ilə ərazi
bütövlüyümüzün bərpa olunması Xocalıya həm siyasi, həm hüquqi, həm də psixoloji qiymət verilməsi, onun
nəticələrinin aradan qaldırılması demək olacaqdır. Azərbaycan bunu etməyə qadirdir. Azərbaycan xalqının əzmi
çox böyükdür, çünki haqq iĢi uğrunda mübarizə aparır. Bu gün iĢğal altındakı bütün ərazilərimiz kimi Xocalının
da, bu torpaqlardan didərgin düĢmüĢ bir milyondan çox azərbaycanlının, o cümlədən ölkənin 48 qaçqın
düĢərgəsində öz dədə-baba yurdlarına qayıtmaq həsrəti ilə yaĢayan Xocalı qaçqınlarının da gözü yoldadır.
Xocalı soyqırımı ilə bağlı düĢüncələrimi Ġmantas Melyanasın "Azərbaycan xalqının genosidi"
məqaləsindən sitat gətirməklə bitirmək istəyirəm. Hazırkı durumu qiymətləndirmək üçün çox səciyyəvi olan bu
sitatda deyilir: "Tarixi ərazilərində yaĢayan əhalinin qətli və ya kütləvi Ģəkildə qovulması ilə müəyyən ərazilərin
etnodemoqrafik Ģəraitinin dəyiĢdirilməsi etnik təmizləmə siyasəti və ya genosid adlandırılır. Buna görə də
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
133
"Böyük Ermənistan" yaratmaq məqsədilə belə siyasətin həyata keçirilməsi bir çox cəhətlərə görə faĢizmin siyasi
və nəzəri mahiyyəti ilə eynilik təĢkil edir. Ermənistanın bu məsələni beynəlxalq siyasətdə ümumən qəbul
olunmuĢ prinsiplərə uyğun olaraq həll etmək istəməməsi, Azərbaycan xalqının soyqırımını tanımaması, iĢğal
altında olan torpaqları azad etməməsi ilk növbədə onun qonĢu ölkələrlə münasibətini normallaĢdırmağa imkan
verməyəcək və regionda bundan sonra da müxtəlif dövlətlərin öz maraqlarını manipulyasiya etməsinə Ģərait
yaradacaq".
Dostları ilə paylaş: |