Xocali soyqirimi



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix06.09.2017
ölçüsü1,27 Mb.
#29146
1   ...   16   17   18   19   20   21   22   23   24

 
“Analitik baxıĢ”.-2010.-№1.-S.17-21. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
134 
 
Xocalı soyqırımının hüquqi təhlili 
 
Dilbadi QASIMOV 
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar  
Mərkəzinin əməkdaşı, Strasburq Universitetinin hüquq elmləri doktoru. 
 
Tarix boyu baĢ vermiĢ silahlı münaqiĢələrin səbəbləri fərqli olsa da, onların nəticələri çox zaman dinc 
əhalinin  kütləvi  Ģəkildə  öldürülməsi  ilə  səciyyələnir.  Bu  cür  qətliamlar  bəzən  təsadüf,  diqqətsizlik  və  ya 
yanlıĢlıq səbəbindən baĢ verdiyi halda, bir çox hallarda bilərəkdən və ya düĢünülmüĢ Ģəkildə törədilir. Burada 
məqsəd qarĢı tərəfə sarsıdıcı, fiziki və psixoloji zərbə vurmaq olur. Bu halda artıq söhbət soyqırım cinayətindən 
gedir. 
Azərbaycan  xalqı  da  soyqırım  fəlakəti  ilə  üzləĢmiĢdir.  Yəni  25-26  fevral  1992-ci  il  tarixində  erməni 
silahlı  qüvvələri rus ordusunun  dəstəyi ilə  Azərbaycanın Xocalı Ģəhərinə basqın  edərək gecə  ikən dinc əhalini 
kütləvi Ģəkildə qətlə yetirmiĢdir. Bu qətliam nəticəsində Ģəhər tamamilə dağıdılmıĢ, orada yaĢayan insanlar isə 
amansız Ģəkildə öldürülmüĢdür. Xocalı qətliamı müharibə Ģəraitində baĢ versə də, onu müharibə Ģəraitində baĢ 
vermiĢ digər qətl hallarından fərqləndirmək lazımdır. Çünki o, yuxarıda da qeyd olunduğu kimi, təsadüf və ya 
ehtiyatsızlıq səbəbindən deyil, məhz bilərəkdən və düĢünülmüĢ Ģəkildə həyata keçirilmiĢdir. 
Soyqırım  ifadəsi  ilk  dəfə  1944-cü  ildə  yəhudi  əsilli  amerikalı  alim  Rafael  Remkin  tərəfindən 
iĢlədilmiĢdir.  Bu  ifadə  III  Reyx  tərəfindən  yəhudi  əsilli  insanların  kütləvi  Ģəkildə  məhv  edilməsinə  istinadən 
yaradılmıĢdır. Soyqırım və ya genosid ifadəsi yunan dilində olan genos, yəni "soy" sözü ilə latın mənĢəli cide, 
yəni  "öldürmək,  məhv  etmək"  sözlərinin  birləĢməsindən  əmələ  gəlmiĢdir.  Bu  ifadə  1945-ci  ildə  Nüremberq 
tribunalı  tərəfindən  müharibə  cinayətkarlarının  günahlandırılması  üçün  istifadə  edilmiĢdir.  1946-cı  ildə  BMT-
nin BaĢ Assambleyası tərəfindən qəbul olunmuĢ 96 (I) nömrəli qətnamədə soyqırım anlayıĢına aĢağıdakı kimi 
tərif verilmiĢdir: "Qətl halı bir nəfərin öldürülməsi olduğu halda, soyqırım bir qrup insanı yaĢamaq hüququndan 
məhrum etmək deməkdir". 
Bu  tərifdə  göstərilənə  əlavə  olaraq  qeyd  etmək  lazımdır  ki,  qətliamın  soyqırım  kimi  tanınması  üçün 
onun rəsmi Ģəkildə  qərara alınması  və bilərəkdən bir qrup insanın  öldürülməsi  məqsədi  ilə  həyata keçirilməsi 
Ģərtdir.  Bu  halda  öldürülmüĢ  insanların  sayca  çox  olmaları  vacib  deyildir.  Yəni  düĢünülmüĢ  Ģəkildə  bir  qrup 
insanın məhv edilməsi nüansı soyqırımı müharibə və insanlığa qarĢı digər cinayətlərdən fərqləndirir. Çünki bu 
halda soyqırım cinayətini törədənin məqsədi sadəcə bir Ģəxsi deyil, bütövlükdə onun aid olduğu qrupu da məhv 
etməkdir. 
Bir  qrup  insanın  düĢünülmüĢ  Ģəkildə  məhvi  ilə  nəticələnən  təqib  halları  müəyyən  fərqli  formalarda 
olduqları  üçün  soyqırımın  hansı  halda  baĢ  verməsini  dəqiqləĢdirmək  lazımdır.  KeçmiĢ  Yuqoslaviyaya  dair 
aparılan  məhkəmənin  qanunvericiliyinə  əsasən  insanların  kütləvi  Ģəkildə  öldürülməsinin  soyqırım  kimi  qəbul 
olunması  üçün  həmin  insanların  hansısa  ümumi  xüsusiyyətlərə  malik  olmaları  və  onların  məhz  həmin 
xüsusiyyətlər  səbəbindən  öldürülməsi  Ģərtdir.  Bu  xüsusiyyətlər  aĢağıdakılardır:  dini,  etnik,  milli  və  irqi.  Əks 
halda, misal üçün, bir qrup insanın siyasi baxıĢlarına görə və ya baĢqa səbəblərdən kütləvi Ģəkildə təqib edilməsi 
soyqırım  kimi  qəbul  edilmir.  Yəni  sadalanan  dörd  Ģərtdən  biri  sübut  olunmadığı  təqdirdə  soyqırımdan  söhbət 
gedə bilməz. 
Göstərilən  bu  Ģərtlər  9  dekabr  1948-ci  ildə  BMT  tərəfindən  qəbul  olunmuĢ  "Soy-qırım  cinayətlərinin 
qarĢısının  alınması  və  onun  cəzalandırılması  haqqında"  konvensiyada  da  nəzərdə  tutulmuĢdur.  Həmin 
konvensiyanın 2-ci maddəsi aĢağıdakı kimidir: "Hazırkı konvensiyaya əsasən soyqırım milli, etnik, irqi və dini 
bir qrupu tamamilə və ya qismən məhv etmək məqsədilə həyata keçirilən aĢağıdakı hallardan birinə aid edilir: 
a) bir qrupun üzvlərini öldürmək; 
b) bir qrupun üzvlərinə fiziki və əqli ağır zərbələr vurmaq; 
c) bir qrupu onun tamamilə və ya qismən məhvi ilə nəticələnən dözülməz vəziyyətlərdə saxlamaq; 
d) bir qrupun daxilində doğuĢlara maneə törədən ölçüləri tətbiq etmək; 
e) bir qrupdan baĢqa bir qrupa məcburi olaraq uĢaqları köçürmək
1
".
 
Soyqırım cinayətinin baĢ verdiyini iddia etmək üçün yuxarıda göstərilən Ģərtlərdən biri kifayətdir. 
Konvensiyanın  sözügedən  maddəsi  ilə  əlaqədar  Beynəlxalq  Ədalət  Məhkəməsinə  bir  neçə  iĢ  təqdim 
edilmiĢdir. Bu iĢlərin arasında Bosniya-Hersoqovinanın  Yuqoslaviyaya qarĢı təqdim  etdiyi  iĢ  nəzəri cəlb  edir, 
çünki orada Xocalı soyqırımı ilə əlaqədar ortaya çıxacaq bir sıra suallara cavab tap-maq mümkündür. Yəni bu iĢ 
Azərbaycanın Ermənistana qarĢı beynəlxalq məhkəmə qarĢısında qaldıracağı mümkün iddiaya uyğun gəlir. 
                                                
1
 Bu tərif Beynəlxalq Cinayət Məhkəməsini yaradan Roma Statusunun 6-cı maddəsində də öz təsdiqini tapmıĢdır. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
135 
Bildiyimiz kimi, Xocalı soyqırımı baĢ verdiyi zaman Ermənistan soyqırım konvensiyasına üzv deyildi. 
Yəni ilk baxıĢdan belə anlaĢıla bilər ki, onun beynəlxalq hüquqa əsasən soyqırım törətməmək öhdəliyi yoxdur. 
Yuqoslaviya  da  məhkəmə  qarĢısında  məhz  bu  amilə  əsaslanaraq  etiraz  edirdi.  Lakin  məhkəmə  həmin  etirazı 
rədd  edərək  bildirdi  ki,  soyqırım  konvensiyasında  nəzərdə  tutulmuĢ  müddəalar  bütün  müasir  cəmiyyətlər 
tərəfindən  tanınmıĢdır  və  bu  müddəalar  dövlətlər  üçün  erga  omnes  dəyərinə  malikdir,  yəni  dövlətlər  heç  bir 
hüquqi  öhdəlikləri  olmadığı  halda  belə  soyqırım  törətməkdən  boyun  qaçırmalıdırlar.  BaĢqa  bir  tərəfdən  isə 
soyqırımın  rədd  edilməsi  prinsipi  bəĢəri  bir  dəyərdir,  o  beynəlxalq  hüququn  ən  ali  prinsiplərindən  olub  jus 
cogens (yəni bütün dövlətlər üçün məcburi olan) keyfiyyətinə malikdir.

Beynəlxalq  Ədalət  Məhkəməsinə  görə,  soyqırım  konvensiyası  həm  dövlətlərə  soyqırım  törətməyi 
qadağan  edir, həm  də  onlara soyqırım  cinayətinin baĢ verməsinin  qarĢısını almaq  öhdəliyi tanıdır. Soyqırımın 
qarĢısını almaq dövlətlərə verilmiĢ ayrıca məcburi bir öhdəlikdir və dövlətlər mümkün olan bütün vasitələrdən 
istifadə  edərək  onun  baĢ  verməsinin  qarĢısını  almalıdırlar.  Yəni  soyqırımın  baĢ  verməsindən  xəbərdar  olan 
dövlət onun qarĢısını almaq məqsədilə əlindən gələni etmirsə, o, bu cinayət üçün məsuliyyət daĢıyır. Həmçinin, 
dövlətlər  öz  qanunvericiliyinə  tabe  olmayan,  amma  üzərində  müəyyən  təsiri  olan  insanların  da  soyqırım 
törətməsinin qarĢısını almalıdırlar
3
.
 
Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, 
Ermənistan həm düĢünülmüĢ Ģəkildə soyqırım cinayətini törətdiyi, həm də onun qarĢısını almaqda heç bir istək 
nümayiĢ etdirmədiyi üçün məsuliyyət daĢıyır. Bu sonuncu məsuliyyəti Rusiya Federasiyasına da aid etmək olar. 
Əsasən  də  ona  görə  ki,  Rusiya  Xocalı  soyqırımının  baĢ  verəcəyindən  xəbərdar  olduğu  halda,  onun  qarĢısını 
almaq üçün nəinki heç bir addım atmamıĢ, hətta onun tabeliyində olan hərbi hissə bu cinayətin törədilməsində 
fəal iĢtirak etmiĢdir. 
Bundan əlavə, Beynəlxalq Ədalət Məhkəməsi qeyd edir ki, soyqırım cinayəti müəyyən bir qrupun məhv 
edilməsinə  aid  olduğu  üçün  "qrup"  anlayıĢının  hüquqi  tərifini  dəqiqləĢdirmək  vacibdir.  Yəni  soyqırım 
konvensiyasının  2-ci  maddəsində  nəzərdə  tutulan  qrup  üzvlərinin  öldürülməsinin  hansı  formalarının  soyqırım 
cinayətinə  uyğun  olmasını  müəyyən  etmək  lazımdır.  Bunun  üçün  Beynəlxalq  Ədalət  Məhkəməsi  aĢağıdakı 
Ģərtləri təyin edir: hədəfə alınan qrupun vacib bir hissəsi məhv edilsin. Yəni qrupun məhv edilən hissəsi o qədər 
vacib  olmalıdır ki, bu hal  həmin  qrupun  varlığına ciddi təhlükə  yaratsın. Beləliklə, Xocalıda yaĢayan əhalinin 
vacib bir hissəsinin məhv edilməsini nəzərə alaraq bu birinci Ģərtin Xocalıya uyğun olmasını iddia etmək olar. 
BaĢqa  bir  Ģərt  kütləvi  qırğının  müəyyən  bir  coğrafi  əraziyə  aid  olmasıdır.  Yəni  hədəfə  alınan  qrupa  aid  olan 
insanların  bütün  dünyada  məhv  edilməsi  vacib  deyil.  Müəyyən  bir  ərazidə  həmin  qrupun  üzvlərinin  kütləvi 
öldürülməsi soyqırım cinayətinə uyğun  gəlir. Bu Ģərti Xocalı  ilə  müqayisə  edəndə  məlum olur ki, Beynəlxalq 
Ədalət Məhkəməsinin tələb  etdiyi  kimi, Xocalı soyqırımı  müəyyən bir ərazidə baĢ vermiĢdir, yəni  giriĢ-çıxıĢı 
məhdudlaĢdırılmıĢ Xocalı Ģəhərində. Bun-dan əlavə, soyqırım törədənin imkanlarını da nəzərə almaq lazımdır. 
Çünki erməni silahlı qüvvələri niyyətlərini həyata keçirmək üçün bütün imkanlara malik idilər. Yəni köməksiz 
və xilas olmağa imkanı olmayan insanlar hərbçilər tərəfindən odlu silahlarla kütləvi Ģəkildə qətlə yetirilmiĢlər. 
Beləliklə,  bu  nəticəyə  gəlmək  mümkündür  ki,  Xocalı  qətliamına  soyqırım  ifadəsini  qeyd-Ģərtsiz  aid 
etmək olar. Belə ki, həmin qətliam, birincisi, Ermənistan dövlətinin əvvəlcədən düĢünülmüĢ siyasəti nəticəsində 
baĢ vermiĢdir. Ġkincisi, oradakı insanlar azərbaycanlı və ya türk olduqları üçün öldürülmüĢdür. Bu sonuncu amil 
həmin  qətliamın baĢ verməsində ayrı-seçkiliyin  olmasını üzə çıxarır və  beynəlxalq hüquqda qadağan  olunmuĢ 
aparteid, irqçilik, ksenofobiya və s. kimi cinayətlərə  uyğun  gəlir. Həmin  cinayətləri  qadağan  edən beynəlxalq 
sənədlər Ermənistan Respublikasının məsuliyyətə cəlb olunmasına əsas verir. 
Bundan  əlavə,  iĢğal  olunmuĢ  ərazilərdə  tarixi  maddi-mədəniyyət  abidələrinin  də  məhv  edilməsini  və 
terrora  məruz  qalmasını  nəzərə  alaraq  Azərbaycan  Ermənistana  qarĢı  həm  maddi,  həm  də  mənəvi  soyqırım 
iddiaları irəli sürməlidir. 
 
Soyqırım törətmiĢ Ģəxslərin beynəlxalq məsuliyyəti 
 
Müasir  dünyada  soyqırım  beynəlxalq  cinayət  kimi  tanınaraq  qadağan  olunmuĢdur.  Əgər  soyqırım 
cinayəti  baĢ  vermiĢsə,  onun  məsuliyyəti  eyni  zamanda  həm  dövlətə,  həm  də  həmin  cinayətin  baĢ  verməsində 
bilavasitə iĢtirak etmiĢ Ģəxslərə aid edilir. Bunun üçün beynəlxalq hüquq tələb edir ki, hər bir dövlət öz daxili 
qanunvericiliyinə soyqırım cinayətində təqsirli bilinən Ģəxslərin məsuliyyətini təyin edən müddəalar daxil etsin. 
Bu  vasitə  ilə  soyqırım  cinayətini  törədən  Ģəxslərin  məsuliyyətdən  yayınmasının  qarĢısı  alınmalıdır
4
.  Çünki 
Nüremberq  tribunalının  məĢhur  cümləsində  də  deyildiyi  kimi:  "Bir  cinayəti  qeyri-müəyyən  orqanlar  yox, 
müəyyən Ģəxslər törədirlər". 
                                                
2
 Bosniya-Hersoqovina Serbiya və Monteneqroya qarĢı, 26 fevral 2007-ci il tarixli təhlil qərarı, §161. 
3
 Yenə orada, § 166. 
4
 Bu məcburiyyət soqırım konvensiyasının 6-cı maddəsində də nəzərdə tutulmuĢdur. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
136 
Bu  cür  yanaĢma  Beynəlxalq  Ədalət  Məhkəməsi  tərəfindən  də  qəbul  edilmiĢdir  və  o,  beynəlxalq 
hüquqda  ikili  məsuliyyətin,  yəni  eyni  zamanda  dövlətin  və  Ģəxsin  məsuliyyətinin  mümkünlüyünü  qəbul  edir. 
Beləliklə,  Xocalıdakı  soyqırım  cinayəti  üçün  yalnız  Ermənistan  Respublikası  deyil,  həm  də  onun  baĢ 
verməsində fəal iĢtirak  etmiĢ  erməni  məmurları da məsuliyyət  daĢıyırlar. Amma  çox təəssüf  ki, həmin Ģəxslər 
nəinki  cəzasız  qalıblar,  hətta  onların  bir  qismi  bu  gün  Ermənistan  Respublikasının  hakimiyyət  orqanlarında 
məsul vəzifələr daĢıyırlar. 
Bunun  üçün  Azərbaycanın  diaspor  və  baĢqa  bu  tipli  təĢkilatları  dünya  dövlətlərindən  Xocalı 
soyqırımında  iĢtirak  etmiĢ,  cinayət  törətmiĢ  Ģəxslərin  ərazilərinə  səyahət  etdikləri  zaman  məsuliyyətə  cəlb 
edilməsini tələb etməlidirlər. Bu praktika artıq bir neçə Avropa ölkəsində baĢ tutmuĢdur. Misal üçün Belçikada, 
Ġsveçrədə və Kanadada Ruanda soyqırımında təqsirli bilinən Ģəxslərə qarĢı cinayət iĢi açılmıĢ və onlar məhkəmə 
qarĢısında cavab verməli olmuĢlar. 
 
“Analitik baxıĢ”.-2010.-№1.-S.22-25. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
137 
 
Xocalıda törədilmiĢ erməni vandalizmi 
 
ġahmar HACIYEV, 
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji 
Araşdırmalar Mərkəzinin elmi işçisi. 
 
Təkcə insanlar Ģəhid olmur, kəndlər, Ģəhərlər də Ģəhid olur, tarixin yaddaĢına qovuĢurlar. GeniĢqəlblilik, 
qonaqpərvərlik,  çətin  vəziyyətə  düĢəndə  baĢqalarına  əl  tutmaq,  çörək  vermək  Azərbaycan  xalqını 
səciyyələndirən xüsusiyyətlərdir. Lakin bəzən bu ali xüsusiyyətlər tarixən onu çörəyini  yeyənlərin  nankorluğu 
və namərdliyi ilə üz-üzə qoymuĢdur. Azərbaycanlılar 200 il ərzində erməni separatçılarının davamlı olaraq etnik 
təmizləmə,  soyqırım  siyasətinə  məruz  qalmıĢ,  tarixi  torpaqlarından  qovulmuĢ,  qaçqına,  məcburi  köçkünə 
çevrilmiĢlər. 
Ermənilər  tərəfindən  1905-1907,  1918-1920  və  1948-1953-cü  illərdə  törədilmiĢ  terror  aktları 
nəticəsində minlərlə günahsız azərbaycanlının qanı töküldü. 1988-ci ildə erməni xisləti özünü yenə büruzə ver-
di.  Ermənistanın  apardığı  siyasət  bir  daha  onu  göstərdi  ki,  ermənilər  antitürk  ideyaları  və  prinsipləri  ilə  bizə 
qarĢı, sözün əsl mənasında, düĢmənçiliyə köklənmiĢlər və onlara yalnız layiq olan cavabı vermək lazımdır. 
1988-ci  ildən  1989-cu  ilədək  85519  min  azərbaycanlı  Ermənistandan  deportasiya  edildi.  Bununla  da 
ermənilər  uzun  müddətdən  bəri  planlaĢdırdıqları,  beynəlxalq  hüquq  normaları  və  prinsiplərinə  zidd  olan 
siyasətlərini  reallaĢdırmağa  baĢladılar.  Bu  gün  ermənilər  qondarma  "soyqırım"  iddialarını  bütün  dünya  birliyi 
qarĢısında qaldırırlar. Onlar iddia edirlər ki, 1915-1923-cü illərdə türklər onlara qarĢı etnik təmizləmə siyasəti 
aparmıĢlar. Lakin bədxah qonĢularımız yaddan çıxarırlar ki, azərbaycanlılar Ermənistandan deportasiya  edilən 
zaman  insanlığa  zidd  olan  zorakılığa,  təcavüzə  və  iĢgəncələrə  məruz  qalıblar.  Burada  bircə  faktı  qeyd  etmək 
istərdim:  öz  doğma  torpaqlarından  (Qərbi  Azərbaycandan)  qovularkən  deportasiyanın  ilk  aylarında  218 
azərbaycanlı qətlə yetirilmiĢdir. 
Xocalı  hadisələri  isə  ermənilərin  azərbaycanlılara  qarĢı  törətdikləri  faciələrin  ən  dəhĢətlisidir. 
Xalqımızın  qan  yaddaĢına  həmiĢəlik  həkk  olunmuĢ  Xocalı  faciəsini  yalnız  soyqırım  adlandırmaq  olar. 
TörədilmiĢ  qətliam  təkcə  Azərbaycan  xalqına  qarĢı  deyil,  bütün  insanlığa,  bəĢəriyyətə  qarĢı  yönəlmiĢ  ən  ağır 
cinayətlərdən biridir. 
Beynəlxalq  hüquq  normalarına  zidd  olaraq  Ermənistan  dünya  birliyinin  də  Azərbaycanın  ayrılmaz 
hissəsi  kimi tanıdığı Dağlıq Qarabağı Azərbaycanın tərkibindən ayırmaq  istəyir, bu istiqamətdə insanlığa zidd 
olan cinayət və vəhĢiliyə hazır olduğunu nümayiĢ etdirir. 
Xocalı  Azərbaycanın  dilbər  guĢələrindən  biri  idi.  Keçən  əsrin  80-ci  illərinin  ikinci  yarısından 
baĢlayaraq,  ermənilər  Qarabağa  iddialarını  açıq-aydın  gündəmə  gətirməyə  baĢladılar.  KeçmiĢ  SSRĠ 
rəhbərliyinin Dağlıq Qarabağda yaĢayan azərbaycanlılara qarĢı tutduğu qərəzli mövqe erməni separatçılarına öz 
bədxah  niyyətlərini  həyata  keçirməyə  daha  da  stimul  verdi.  Ġmperiya  rəhbərliyi  Qarabağda  yaĢayan 
azərbaycanlılardan bütün silahları yığdığı halda, ermənilər silahlandırılmaqla yanaĢı, Rusiyanın 366-cı motoatıcı 
diviziyasını da onların istifadəsinə verdi. 
Xocalı  1991-ci  ilin  oktyabr  ayından  ermənilər  tərəfindən  blokadaya  alınmıĢdı.  ġəhərə  nəqliyyat  yolu 
faktiki  olaraq  kəsilmiĢdi  və  ora  yalnız  vertalyotla  getmək  mümkün  idi.  Sonuncu  vertalyotun  ġuĢa  üzərində 
vurulmasından sonra isə Ģəhərə hava yolu  da kəsildi.  Hava və  yerüstü nəqliyyat yollarının kəsilməsi  ilə Ģəhər 
ağır vəziyyətə düĢdü. Ermənilər Xocalını müntəzəm olaraq ağır artilleriya silahlarından atəĢə məruz qoysalar da, 
bu,  qəhrəman  xocalıları  qorxutmur,  onların  mübarizə  aparmaq  əzmini  qırmırdı.  Fevral  ayının  əvvəlindən 
baĢlayaraq ermənilər Xocalıya hücum əməliyyatları təĢkil etməyə baĢladılar. Hücumlar zamanı erməni separatçı 
birləĢmələri silahsız  və sivil  insanlara iri çaplı silahlardan, ağır artilleriyadan atəĢ açaraq, Ģəhəri  nəzarət altına 
almağa çalıĢırdılar. Xocalının müdafiəsini əsasən yüngül silahlarla silahlanmıĢ yerli müdafiə dəstələri və Milli 
ordunun  azsaylı  kontingenti  təĢkil  edirdi.  7  min  əhalisi  olan  Xocalı  rus  və  erməni  birləĢmələri  qarĢısında  çox 
duruĢ gətirə bilmədi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiĢ Rusiyanın Xankəndidə yerləĢən 366-cı 
motoatıcı  diviziyasının  müĢayiəti  və  birbaĢa  iĢtirakı  ilə  erməni  separatçı  birləĢmələri  Xocalı  üzərinə  hücuma 
keçdilər.  Tanklardan,  ağır  artilleriyadan  və  avtomatlardan  açılan  atəĢlə  ermənilər  dinc  əhalini  -  qocaları, 
uĢaqları,  qadınları  vəhĢicəsinə  öldürür,  hamilə  qadınların  qarınlarını  deĢir,  ağlasığmaz  vəhĢiliklər  törədirdilər. 
Ermənilərin  Xocalıda  sivil  insanlara  qarĢı  törətdiklərini  ifadə  etməkdə  söz  də  acizdir.  DüĢməndən  qaçan 
xocalıların  bir  qismi  meĢədə  Ģaxtadan  donaraq  dünyasını  dəyiĢdi.  Bu  vaxtadək  bəĢər  tarixi  bu  cür  amansız 
səhnəyə çox az Ģahidlik etmiĢdi. 
Bu  soyqırım  nəticəsində  613  nəfər,  o  cümlədən  106  qadın,  63  azyaĢlı  uĢaq,  70  qoca  öldürüldü,  1000 
nəfər müxtəlif yaĢlı dinc sakin aldığı güllə yarasından həmiĢəlik əlil oldu, 8 ailə tamamilə məhv edildi, 25 nəfər 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
138 
uĢaq  hər  iki  valideynini,  130  nəfər  valideynlərindən  birini  itirdi.  Faciə  baĢ  verən  gecə  1275  nəfər  dinc  sakin 
girov götürüldü, onlardan 150-sinin taleyi indi də məlum deyil. 
Xocalının  iĢğalı  ġuĢa  istiqamətində  ermənilərin  əl-qolunu  açdı.  Bu  hadisədən  sonra  erməni  silahlı 
birləĢmələri Azərbaycana qarĢı apardıqları iĢğalçılıq siyasətini daha da geniĢləndirdilər. 
Bir  daha  qeyd  edək  ki,  Xocalı  faciəsində  Ģəhid  olmuĢ  soydaĢlarımızın  cəsədlərinin  vəziyyəti  nümayiĢ 
etdirdi ki, ermənilər Xocalı əhalisinə insanlığa zidd olan metodlarla iĢgəncələr veriblər. Belə ki, bəzi insanların 
baĢ  dəriləri  soyulmuĢ,  digərlərinin  gözləri  çıxarılmıĢ,  qulaqları  və  digər  orqanları  kəsilərək  vəhĢicəsinə  qətlə 
yetirilmiĢdir. 
Ermənilərin  Xocalıda  törətdikləri  soyqırım  dünya  mətbuatı  tərəfindən  də  iĢıqlandırılmıĢdır.  Xarici 
mətbuat nümayəndələri Xocalıda Ģahidi olduqları tükürpərdici mənzərədən dəhĢətə gəlmiĢdilər. Jurnalist Tomas 
Qoltz  Xocalı  soyqırımını  "VaĢinqton  Post"  ("Washington  Post")  qəzetində  iĢıqlandırmıĢdır.  Onun  yazdığı 
"Azərbaycan  gündəliyi"  ("Azerbaijan  Diary")  kitabının  Xocalıya  həsr  olunmuĢ  bölməsində  də  ermənilərin 
törətdikləri dəhĢətli qətliam barəsində ətraflı məlumat verilir. 
Əsir, Girov GötürülmüĢ və Ġtkin DüĢmüĢ VətəndaĢlarla ĠĢ üzrə Dövlət Komissiyası tərəfindən toplanılan 
materiallar  da  bir  daha  təsdiq  edir  ki,  ermənilər  Azərbaycanın  sivil  əhalisinə  və  əsirlərə  qarĢı  soyqırım  aktı 
həyata  keçirmiĢlər.  Ermənilərin  törətdikləri  dəhĢətli  terror  və  iĢgəncələr  insanlığa  zidd  olan  əməllərdir.  Bu 
vəhĢiliyi heç bir Ģəkildə ört-basdır etmək olmaz. 
Maraqlısı odur ki, Ermənistanın hazırkı prezidenti, qondarma DQR-in o vaxt müdafiə naziri olmuĢ Serj 
Sərkisyan  Xocalı  hadisələri  barədə  danıĢarkən  orada  törədilmiĢ  vəhĢiliyi  soyuqqanlı  Ģəkildə  belə  təsvir  edir: 
"Xocalıya  qədər  azərbaycanlılar  düĢünürdülər  ki,  ermənilər  mülki  əhaliyə  əl  qaldırmağı  bacarmazlar.  Biz  bu 
stereotipləri sındırmağı bacardıq". Bir dövlətin baĢında duran Ģəxsin bu cür sərsəm açıqlama verməsi onun hansı 
təfəkkürə malik olması haqqında aydın təsəvvür yaradır. Bu, bir daha sübut edir ki, Ermənistan terror üzərində 
qurulmuĢ  dövlətdir,  onun  baĢında  duran  insanlar  isə  hərbi  cinayətkarlardır.  Beynəlxalq  hüquq  normalarına 
əsasən isə hərbi cinayətkarlar məhkəmə qarĢısında cavab verməlidirlər. 
Hüquqi nöqteyi-nəzərdən Xocalıda baĢ vermiĢ qətliam təsadüf və ya ehtiyatsızlıq üzündən deyil, məhz 
bilərəkdən  və  düĢünülmüĢ  Ģəkildə  həyata  keçirilmiĢdir.  Müasir  dünyamızda  qəbul  edilmiĢ  mənasına  görə 
soyqırım  bir  millətin  dil,  din,  məzhəb  və  milli  fərqləri  ilə  əlaqədar  olaraq  məqsədli  Ģəkildə  məhv  edilməsi 
prosesidir. Bu prosesin  hər  hansı ölkənin  hökuməti tərəfindən  həyata keçirilməsi  əsas Ģərt olaraq qəbul  edilir. 
Soyqırımın beynəlxalq səviyyədə  qəbul  edilmiĢ tərifi  onu  deməyə əsas verir  ki, Xocalı  hadisələri  Azərbaycan 
xalqına qarĢı törədilmiĢ soyqırım aktıdır. Dünyada qəbul olunmuĢ beynəlxalq konvensiyalar və qanunlar Xocalı 
faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Bu gün Ermənistanda mühüm dövlət postlarını 
tutan  Serj  Sərkisyan,  Seyran  Ohanyan,  eləcə  də  sabiq  prezident  Robert  Köçəryan  və  digərləri  baĢ  vermiĢ 
soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarĢısında cavab verməlidirlər. Bu soyqırıma dünya birliyi 
siyasi-hüquqi  qiymət  verməli  və  cinayətdə  əli  olan  hərbi  cinayətkarların  Beynəlxalq  Ədalət  Məhkəməsi 
tərəfindən  ittiham  olunmasına  nail  olmalıdır.  Heç  bir  cinayət,  əsasən  də  insanlığa  qarĢı  törədilmiĢ  cinayət 
cəzasız qalmamalıdır. 
Artıq Ġslam Konfransı TəĢkilatı (ĠKT) kimi nüfuzlu bir qurum Xocalı hadisələrinə qiymət verib. Belə ki, 
Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının iĢğal olunmuĢ ərazilərində islam 
tarixi  və  mədəniyyət  abidələrinin  dağıdılması  və  məhv  edilməsi  haqqında  ĠKT-nin  qəbul  etdiyi  qətnamə 
ölkəmizin  haqlı  mövqeyinin  beynəlxalq  səviyyədə  tanınmasına  Ģərait  yaradır.  Həmçinin  ĠKT  Parlament 
Assambleyasının  "Xocalıya  ədalət"  beynəlxalq  kampaniyasını  dəstəkləyən  qətnaməni  qəbul  etməsi  və  Xocalı 
qətliamını insanlığa qarĢı törədilmiĢ cinayət kimi tanıması da çox əlamətdar hadisədir. Qəbul edilmiĢ qətnamə 
51 dövlətin parlamentini bu qətliamı insanlığa qarĢı törədilmiĢ cinayət kimi tanımağa, bu kampaniyanı milli və 
beynəlxalq səviyyədə  dəstəkləməyə çağırır. Bu  qətnamə  Azərbaycan üçün çox  önəmlidir. Çünki, birincisi,  ilk 
dəfədir ki, beynəlxalq Parlament Assambleyası Xocalı soyqırımını insanlığa qarĢı törədilmiĢ cinayət kimi tanıdı. 
Ġkincisi, bu, hüquqi  və siyasi  nöqteyi-nəzərdən böyük əhəmiyyət  kəsb  etməklə Xocalı soyqırımının  gələcəkdə 
beynəlxalq səviyyədə tanınmasına təkan verəcəkdir. 
Sonda  bir  daha  qeyd  etmək  istərdik  ki,  Ermənistan  Respublikası  Dağlıq  Qarabağ  münaqiĢəsində 
Azərbaycan xalqına qarĢı etnik təmizləmə və soyqırım siyasəti həyata keçirmiĢdir. Azərbaycanın tərkib hissəsi 
olan Dağlıq Qarabağa iddia edən Ermənistan orada xalqların öz müqəddəratını təyinetmə prinsipini əsas tutaraq, 
onu  öz  ərazisinə  birləĢdirmək  istəməklə  bütün  beynəlxalq  hüquq  normalarını  və  prinsiplərini  kobud  Ģəkildə 
pozmuĢdur.  Ermənistandan  fərqli  olaraq,  Azərbaycan  öz  müqəddəratını  təyinetmə  prinsipinə  öz  real,  həqiqi 
mənasında  yanaĢır,  Dağlıq  Qarabağın  erməni  və  azərbaycanlı  icmalarının  təhlükəsiz  sülh  və  əməkdaĢlıq 
Ģəraitində yaĢamasını nəzərdə tutur. Azərbaycanın bu mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır və bütün 
dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. 
Azərbaycan xalqı çox humanistdir. Biz həyatda öz amalımıza sülh yolu ilə çatmağa çalıĢırıq. Ġnanırıq ki, 
Dağlıq  Qarabağ  münaqiĢəsi  sülh  yolu  ilə  öz  həllini  tapacaq  və  Xocalı  soyqırımı  .tezliklə  öz  siyasi  və  hüquqi 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
139 
qiymətini  alacaqdır.  Əks  təqdirdə,  hər  bir  Azərbaycan  vətəndaĢı  öz  doğma  torpaqlarını  iĢğalçı  erməni 
qüvvələrindən hərb yolu ilə təmizləmək üçün Ali BaĢ Komandan cənab Ġlham Əliyevin bir əmrinə müntəzirdir. 
Prezident  Ġlham  Əliyevin  qeyd  etdiyi  kimi:  "Heç  vaxt  Dağlıq  Qarabağ  müstəqil  olmayacaq.  Bunu  biz  də 
Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin