Xocali soyqirimi



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix06.09.2017
ölçüsü1,27 Mb.
#29146
1   ...   16   17   18   19   20   21   22   23   24

 
SƏNAN 
 
“Kaspi”.-2010.-24 fevral.-№34.-S.6., 25 fevral.-N.35.-S.6. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
118 
 
Ermənistanın Azərbaycana qarĢı ərazi iddiası — Xocalı soyqırımı 
 
Həvva MƏMMƏDOVA, 
Azərbaycan Respublikası Milli Məclisinin üzvü, 
tarix elmləri namizədi 
 
Xalqımızın  qəhrəman,  igid  övladları  torpaqlarımızın  müdafiəsi  uğrunda  vuruşaraq  şəhid  oldular. 
Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər 
bir  Xocalı  sakininin  öz  torpağına,  millətinə,  vətəninə  sədaqətinin  nümunəsidir.  İkinci  tərəfdən  də 
Ermənistanın  millətçi,  vəhşi  qüvvələri  tərəfindən  Azərbaycana  qarşı  edilən  soyqırımıdır-vəhşiliyin 
görünməmiş bir təzahürüdür. 
Heydər ƏLĠYEV 
 
XX əsrin əvvəllərindən bu günümüzədək ermənilər Azərbaycanın türk-müsəlman xalqına qarĢı Ģovinist-
millətçi  siyasət  yürütmüĢlər.  Ġki  əsrdə  ermənilər  Azərbaycan  türklərinə  qarĢı  bəĢər  tarixində  görünməmiĢ 
vəhĢiliklər, soyqırımları, deportasiyalar həyata keçirmiĢlər. Azərbaycanlı əhali ermənilər tərəfindən bir əsrdə iki 
dəfə  soyqırıma  məruz  qalmıĢdır.  XX  əsrin  əvvəllərində  Zaqafqaziyada  üç  müstəqil  respublika  Azərbaycan, 
Ermənistan və Gürcüstan yaradıldıqdan sonra Ermənistan öz sərhədlərini geniĢləndirməyə, qonĢulara qarĢı ərazi 
iddialarına  baĢladı.  Əslində  rus  imperiyasının  köməkliyi  ilə  yaratdıqları  indiki  Ermənistan  Respublikasının 
ərazisi  də  onların  ata-baba  yurdu  olmamıĢıdır.  1918-ci  ildə  Azərbaycan  torpaqlarında,  yəni  keçmiĢ  Ġrəvan 
xanlığı (sonradan Ġrəvan quberniyası)  ərazisində bəyan  edilmiĢ Ermənistan Respublikasının 9  min  kv.km  olan 
ərazisi,  sonradan  qonĢulardan,  əsasən  də  Azərbaycandan  müxtəlif  yollarla  qopardılan  torpaqların  hesabına 
böyüyərək  29  min  kv.  km-ə  çatmıĢdır.  Ermənistanın  Azərbaycana  qarĢı  ərazi  iddiaları  tarixinə  nəzər  salarkən 
görürük kı. ermənilər hələ bir neçə əsr bundan əvvəl irəli sürdükləri "Böyük Ermənistan" ideyası naminə qonĢu 
xalqlara daim təcavüz etmiĢ, hüquqlarını tapdalamıĢ, hətta onları məhv etməklə öz "daĢnaq" ideyalarını hissə  - 
hissə  həyata  keçirməyə  müvəffəq  olmuĢlar.  Sovet  Ġttifaqında  baĢlanan  bədnam  yenidənqurma  və  aĢkarlıq 
siyasəti  ermənilərə  məhz  bu  fürsəti  verdi.  Ermənistandakı  və  mərkəzdəki  ideya  ilhamçılarının  tövsiyələri, 
Ģovinist  "DaĢnaqsütyun",  "Krunk"  və  "  Qarabağ"  təĢkilatlarının  proqram  bəyanatları  əsasında  hərəkətə  gəlmiĢ 
erməni  terror  maĢını  iĢğalçılıq  siyasətinin  əsas  hədəfi  kimi  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ 
regionunu  seçdi.  Sovet  Ġttifaqı  və  o  zamankı  respublika  rəhbərliyinin  cinayətkar  məsuliyyətsizliyi  nəticəsində 
Dağlıq  Qarabağdakı  separatçı  qüvvələr  bölgədə  yaĢayan  azərbaycanlılara  qarĢı  soyqırımı  və  deportasiya 
siyasətlərini həyata keçirməyə baĢladılar. Müxtəlif  vasitələrlə  cürbəcür don geyindirməyə çalıĢdıqları bu ərazi 
iddiaları 1988-ci ildən baĢlayaraq daha aĢkar və intensiv Ģəkildə davam etməyə baĢladı. 
1988-ci  il  fevralın  13-də  saat  10-da  ermənilər  Xankəndidə  Dağlıq  Qarabağın  Ermənistana 
birləĢdirilməsi tələbilə ilk mitinqlərini keçirdilər. Hələ 1987-ci ildən Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-
iqtisadi  problemlərini  bəhanə  edən  millətçi  ünsürlər  çirkin  niyyətli  planlarını  həyata  keçirməyə  baĢlamıĢdılar. 
Tarix  göstərir  ki,  erməni  tayfaları  Ermənistanda  sovetlər  dövründə  Dağlıq  Qarabağın  Ermənistana 
birləĢdirilməsi üçün DQMV-də gizli iĢlər aparan erməni siyasətbazları və ermənipərəstlər "türksüz Ermənistan" 
ideyası  ilə  etnik  təmizləmə  aparmıĢ,  minlərlə  azərbaycanlı  ailəsi  öz  ata-baba  yurdları  Qərbi  Azərbaycandan 
(indiki Ermənistan ərazisindən) deportasiya edilmiĢlər (8). 
Bu  vəhĢilikləri  edən  ermənilərin  əsas  məqsədi  Azərbaycanın  yerli  əhalisini  -  azərbaycanlıları 
sıxıĢdıraraq ərazisini mənimsəmək, burada erməni dövləti yaratmaq olmuĢdur. 
Ermənilərin XIX əsrdə Cənubi Qafqaza kütləvi köçürülməsi ilə onların Azərbaycan xalqına qarĢı ərazi 
iddiaları və etnik təmizləmə prosesi həmin əsr boyu davam etmiĢdir. 
Tarixi  proseslərin  ardıcıl  izlənməsi  Qarabağ  ərazisində  ermənilərin  yerləĢdirilməsinin  Rusiyanın 
strategiyası  ilə  bağlı  olduğunu  göstərir.  Belə  ki,  Gülüstan  (1813-cü  il)  və  Türkmənçay  (1828-ci  il) 
müqavilələrindən  sonra  Rusiya  Ġran  və  Türkiyədən  Azərbaycan  ərazisinə  200  mindən  artıq  erməni  köçürdü. 
Bununla da Qafqazda xeyli miqdarda erməni kütləsi topladı və qədim türk torpağı Ġrəvanı mərkəz etməklə ilk 
erməni dövləti yaratdı. XIX əsrin erməni tədqiqatçıları belə hesab edirlər ki, ermənilər qaraçılardan, daha dəqiq 
desək  "qəddar  ürəkli"  -  ayk  (hayk)  adlandırılan  köçəri  tayfalardan  əmələ  gəliblər.  Bəzi  Avropa  tarixçilərinin 
dediyinə  görə,  onların  ilk  vətəni  balkanlar  olub.  XX  əsrin  əvvəllərindən  etibarən  aparılan  "antiazərbaycan" 
siyasəti nəticəsində 1923-cü ildə ikinci erməni inzibati mərkəzi - DQMV yaradıldı (4, s. 20). 
Dağlıq  Qarabağ  ərazisinə  köçürülən  erməniləri  yerləĢdirmək,  Qarabağın  demoqrafiyasını  ermənilərin 
xeyrinə dəyiĢmək üçün azərbaycanlılar müxtəlif üsullarla ərazidən çıxarıldı. Ermənilər süni ədavət yaratmaqla, 
Azərbaycana qarĢı öz ərazi iddialarını ardıcıl və planlı Ģəkildə davam etdirməklə, etnik təmizləmə siyasətindən 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
119 
sonralar da əl çəkmədilər. Yerli əhalini qorxudaraq yurd-yuvasından didərgin salmaq, torpaqlarını mənimsəmək 
üçün  hər hansı  hadisə üstündə azərbaycanlılar kütləvi  Ģəkildə cinayət  məsuliyyətinə cəlb  edildi, əsassız olaraq 
cəzalandırıldı  (7,  s.  23).  Ermənilərin  yeritdiyi  siyasətin  mahiyyəti  Veliçkonun  qeydlərində  aĢkar  görünür: 
"Haqqında danıĢılan siyasətbazlar (ermənilər) bölgənin  müsəlman əhalisini xəbərdar edirlər və  müsəlmanların 
Ģərəfinə toxunurlar ki, onların torpaqlarından gələcəkdə istifadə etsinlər" (12). 
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından sıxıĢdırılması siyasəti sonrakı dövrdə daha geniĢ vüsət 
aldı.  Sovetlər  dövründə  də  ermənilər  Azərbaycana  qarĢı  öz  ərazi  iddialarını  vaxtaĢırı  olaraq  XX  əsrin  80-ci 
illərinin sonlarına qədər davam etdirdilər (5). 
SSRĠ-nin  dağılması ərəfəsində  dünyanın  müxtəlif  ölkələrində  kök salmıĢ  erməni təĢkilatlan və  erməni 
mafiyası  ilə  müxtəlif  yollarla  əlaqə  saxlayan  DQMV-də  yaĢayan  ermənilər  guya  Azərbaycan  hökumətinin 
onlara  qarĢı  milli  ayrı-seçkilik  siyasəti  yeritməsini,  buna  görə  də  onların  sosial  vəziyyətlərinin  ağır  olmasını 
bəhanə gətirərək separatizmə baĢladılar (11). 
Ermənistanın  Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsinə  iddiası  nəticəsində  1987-ci  ildən  etibarən 
Ermənistan SSR-də etnik təmizləmə siyasətinə baĢlandı. Bu zaman 240 min nəfərdən artıq azərbaycanlı zorla öz 
ata-baba yurdlarından çıxarılaraq Azərbaycana qovuldu (8, s. 22). Öz mənfur niyyətlərini həyata keçirmək üçün 
erməni  ideoloqları  1988-ci  ildə  "Böyük  Ermənistan"  uydurmasını  ortaya  ataraq  Azərbaycana  qarĢı  ərazi 
iddiasını canlandırdılar. 
SSRĠ-də  "yenidənqurma»nın  baĢlanması  ilə  paralel  olaraq  milli  ədavət  qızıĢdırıldı.  1988-ci  ilin 
fevralından etibarən Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində vəziyyət kəskin Ģəkildə gərginləĢdi. 1988-ci il 
iyunun  16-da  Ermənistan  SSR  Ali  Sovetinin  sessiyası  belə  bir  qərar  qəbul  etdi:  "DQMV  Xalq  Deputatları 
Sovetinin növbədənkənar sessiyasının 20 fevral 1988-ci il tarixli qərarını hərtərəfli öyrənib, Dağlıq Qarabağda 
və onun ətrafında yaranmıĢ mürəkkəb vəziyyəti, Dağlıq Qarabağın və Ermənistanın erməni əhalisinin arzusunu 
nəzərə  alıb  və  "millətin  öz  müqəddəratını  təyin  etmək  hüququ  haqqında"  SSRĠ  Konstitusiyasının  70-ci 
maddəsini rəhbər tutaraq DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə keçməsinə razılıq 
veririk". 
Ġyunun  17-də  isə  Azərbaycan  SSR  Ali  Soveti  bu  qərarı  qanunsuz.  konstitusiyaya  zidd,  baĢqa 
respublikanın  daxili  iĢlərinə  qarıĢmaq  kimi  qiymətləndirib  rədd  etdi  və  bununla  da  öz  iĢini  bitmiĢ  hesab  etdi. 
1988-ci il iyunun 18-də SSRĠ Ali Soveti Rəyasət Heyətinin "Dağlıq Qarabağ" məsələsinə həsr olunmuĢ xüsusi 
iclası keçirirdi. Ġclasın gediĢində Qorbaçovun ermənipərəst mövqeyi açıq-aydın bilinirdi. Uzun müzakirələrdən 
sonra SSRĠ Ali Sovetinin Rəyasət Heyəti Ermənistan SSR Ali Sovetinin sessiyasının DQMV-nin Ermənistana 
birləĢdirilməsi haqqında 15 iyun 1988-ci il tarixli xahiĢini və Azərbaycan SSR Ali Sovetinin 17 iyun 1988-ci il 
sessiyasında  bunun  yolverilməz  olduğunu  elan  edən  qərarlarını  müzakirə  edərək  DQMV-nin  Ermənistana 
birləĢdirilməsini  qeyri-mümkün  hesab  edir  bu  qərarı  qəbul  edərkən  SSRĠ  Ali  Soveti  SSRĠ  Konstitusiyasına 
uyğun  olaraq  belə  hesab  edir,  respublikaların  sərhədləri  onların  öz  razılıqları  olmadan  dəyiĢdirilə  bilməz. 
"Güman  etmək  olardı  ki,  bu  qərardan  sonra  hər  Ģey  yoluna  düĢəcək,  təəssüf  ki,  əksinə  oldu.  S.Kaputikyan 
Ermənistan televiziyası ilə çıxıĢ edərək xalqı inandırmağa çalıĢırdı ki, o, Zori Balayanla birlikdə M.Qorbaçovla 
görüĢüb söhbət  etmiĢ, Qarabağın taleyini  həll  etmiĢik  demiĢdir. Azərbaycan rəhbərliyi  isə susur, xalqı  kütləvi 
informasiya  vasitələri  bu  iĢdən  Moskvanın  xəbəri  olmadığına  inandırmağa  çalıĢırdı.  Elə  bu  vaxtlarda 
Azərbaycan  torpaqlarına  sahib  olmaq  məqsədilə  ġuĢa  Ģəhəri  yaxınlığındakı  Topxana  meĢəsində  SSRĠ  Əlvan 
Metallurgiya  Nazirliyinin  Ermənistanda  yerləĢən  Kapaker  alüminium  zavodunun  filialının  tikilməsi  barədə 
xəbər Azərbaycanda xalqın ayağa qalxmasına səbəb oldu. 18 gün davam edən mitinqlər dekabrın 7-də Bakıya 
yeridilən  Sovet  qoĢunları  tərəfindən  yatırıldı.  1988-ci  ilin  sonlarında  artıq  qaçqınların  sayı  müntəzəm  Ģəkildə 
artmağa baĢladı. 
Artıq 1989-cu ilin fevral ayında Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləĢdirilməsi haqda 
qərar qəbul edən erməni separatçıları bölgədə ədavəti qızıĢdırmaq və münaqiĢə yaratmaq üçün azərbaycanlılara 
qarĢı silahlı basqınlar törətməyə baĢladılar. 1989-cu il yanvar ayının 12-də  Moskvada  M.Qorbaçovun sədrliyi 
ilə SSRĠ Ali Soveti Rəyasət Heyətinin keçirdiyi iclasda tarixi qərar verildi: Dağlıq Qarabağın Azərbaycan SSR 
tərkibində Muxtar Vilayət statusunu saxlamaqla DQMV-də müvəqqəti olaraq xüsusi idarə forması tətbiq edilsin. 
A.Ġ.  Volskinin  sədrliyi  ilə  DQMV-nin  Xüsusi  Ġdarə  Komitəsi  yaradılsın.  YaradılmıĢ  Xüsusi  Ġdarə  Komitəsi 
Moskvaya tabe edildi. Ermənilərə də bu lazım idi. Bu komitə qayda-qanun yaratmaq əvəzinə mövcud vəziyyəti 
daha  da  kəskinləĢdirirdi.  Bunu  görən  xalq  Volski  hökumətinin  ləğv  olunmasını  tələb  edirdi.  Volski  isə 
azərbaycanlıların Qarabağdan köçürülməsi ilə məĢğul idi. 1989-cu ilin sentyabr ayının 15-də Azərbaycan SSR 
Ali  Sovetinin  növbədənkənar  sessiyası  çağırıldı,  xüsusi  idarə  komitəsinin  ləğvi,  qadağan  saatının  götürülməsi 
haqda  qərar  qəbul  edildi.  Elə  həmin  il  həmin  ayın  1-də  Ermənistan  SSR  Ali  Soveti  öz  sessiyasında  yenidən 
DQMV-ni  Ermənistana  birləĢdirmək  haqqında  qərar  qəbul  etdi,  daha  sonra  DQMV-nin  1990-cı  il  üzrə  sosial-
iqtisadi  planını  və  büdcəsini  Ermənistan  SSR-in  plan  və  büdcəsinə  daxil  etdi.  Bu  açıq-aĢkar  Azərbaycana 
müharibə  elan  edib,  meydan  oxumaq  idi.  Mitinqlər.  nümayiĢlər  bütün  Azərbaycanı  bürümüĢdü.  Ə.Vəzirov 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
120 
iqtidarı ilə xalqın arasındakı ziddiyyətlər son həddə çatmıĢdı. Bütün bunlar Azərbaycan tarixinə qanlı hərflərlə 
yazılan  20  Yanvar  faciəsinə  gətirib  çıxardı.  Yanvarın  19-dan  20-nə  keçən  gecə  133  nəfər  dinc  əhalinin 
ölümüylə, 700-dən çox insanın yaralanması ilə nəticələnən Qanlı Yanvar hadisəsi baĢ verdi. 
Xankəndidə  nəĢr olunan  "Sovetskiy  Karabax" qəzeti 10 iyul 1990-cı il tarixli sayında "Artsax iqtisadi 
suverenlik  qazandı"  adlı  məqalə  çap  etmiĢ  və  bu  münasibətlə  Volskinin  xidmətlərini  xüsusi  vurğulayırdı. 
Doğrudan  da  Volski  DQMV-ni  müstəqil  bir  quruma  çevirdi,  idarələri  isə  Ermənistana  tabe  etdi.  1992-ci  ildə 
artıq Dağlıq Qarabağın 65 min azərbaycanlı vətəndaĢı yaĢayan 53 kəndi ermənilər tərəfindən boĢaldılmıĢdı. 
Getdikcə  geniĢ  vüsət  alan  münaqiĢə  müharibəyə  çevrildi.  Azərbaycanın  əzəli  bölgəsi  olan  Qarabağın 
Ģəhər və kəndləri Ermənistan və rus hərbi dəstələrinin hücumlarına məruz qaldı. 
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX əsrin ən dəhĢətli faciələrindən hesab olunan, tarixə 
məlum  olan  Babiyar,  Xatın,  Liditse,  Sonqimi  faciələri  ilə  eyni  səviyyədə  duran  Xocalı  soyqırımı  baĢ  verdi. 
1992-ci  il  fevralın  26-da  Ermənistan  qoĢunları  Rusiya  Federasiyasının  silahlı  qüvvələrinin  366-cı  qvardiya 
motoatıcı polkunun köməyi ilə Azərbaycanın Xocalı Ģəhərini yerlə-yeksan etdi. Həmin dəhĢətli gecə ermənilər 
nə  uĢaqlara,  nə  qocalara,  nə  də  qadınlara  aman  verərək  onları  görünməmiĢ  vəhĢiliklə  qətlə  yetirdilər  (6).  613 
nəfər  Xocalı  sakini  məhv  edildi,  1271  nəfər  dinc  sakin  girov  götürüldü.  Onlardan  150  nəfərin  taleyi  hələ  də 
məlum  deyil.  Soyqırımı  zamanı  1000  nəfər  dinc  sakin  müxtəlif  dərəcəli  yara  aldı,  106  nəfər  qadın,  83  nəfər 
azyaĢlı uĢaq, 70 nəfər qoca öldürüldü. 76 insan, həddi-buluğa çatmamıĢ gənc oğlan və qız əlil oldu. Meyitlər və 
əsir düĢənlər qeyri-insani hərəkətlərlə təhqir edildi. Onların baĢı və digər bədən üzvləri kəsildi, baĢlarının dərisi 
soyuldu,  uĢaqların  gözləri  çıxarıldı,  hamilə  qadınların  qarınları  yarıldı.  Erməni  silahlı  qüvvələri  bütün 
beynəlxalq normalara zidd olaraq əsirlərə qarĢı qeyri-insani rəftar etdilər. Onlar Cenevrə Konvensiyasının bütün 
maddələrinə,  protokollara  zidd  olaraq  qaçıb  canını  qurtarmaq  istəyən  dinc  sakinlərin  yollarını  kəsdilər 
iĢgəncələr verdilər, məhv etdilər (6). 
Xocalı  faciəsini  iĢıqlandırmaq  üçün  32  ölkədən  47  jurnalist  iĢtirak  edirdi.  Həmin  jurnalistləri  Xocalı 
faciəsinə baĢçılıq edən Yuri Zaviqarov təlimatlandırır, çəkiliĢlər aparmağa , qeydlər götürməyə Ģərait yaradırdı. 
Onlar  dağılmıĢ,  viranə  qalmıĢ  yerləri  dünyaya  göstərir  və  acı  bir  təəssüflə  qeyd  edirdilər  ki,  "azərbaycanlılar 
günahsız erməniləri qırdılar". Ermənilər Azərbaycanı qan tökməklə günahlandıran materialları təkrar-təkrar çap 
etdirirdilər.  Məsələn,  ermənilər  "azərbaycanlılar  Xocalını  yandırıb  getdilər"  reportajını  49  dəfə  dünya 
mətbuatında çap etdirdilər. 
Xocalı  soyqırımında  iĢtirak  edən  hərbi  hissələrin  birinin  əks-kəĢfiyyat  bölməsinin  rəisi,  polkovnik  V. 
Savelyev  özünün  "Məxfi  arayıĢında  erməni  terror  təĢkilatlarına  Rusiya  qoĢun  birləĢmələrinin  birlikdə 
keçirdikləri  hərbi  əməliyyatları  izləyərək,  bütün  olub-keçənlərin  Ģərhini  verərək  etiraf  edirdi:  "Mən  bütün 
bunları yazmaya bilmərəm. Ġnsanların, uĢaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiĢ bədənlərini unuda 
bilmərəm.  Qoy  azərbaycanlılar  məni  bağıĢlasınlar  ki,  bütün  bu  qanlı  və  amansız  sonluğu  olan  hadisələrdə 
əlimdən  heç  nə  gəlmədi.  Təkcə  yazdığım  arayıĢı  həm  Kremlə,  həm  SSRĠ  Müdafiə  Nazirliyi  BaĢ  KəĢfiyyat 
Ġdarəsinin  generalına  göndərdim.  Oxuyun,  dedim.  Biz  rusların  zabit  Ģərəfi  görün  necə  ləkələndi".  Jurnalist 
Y.Pompeyev  "Qarabağ  qan  girdabında"  kitabında  yazır:  "Xocalı  hadisəsi  Hitler  faĢizminin  Xatın  kəndində 
törətdiyi  müsibətlə  müqayisədə  daha  dəhĢətli  idi.  Ermənilər  bu  qəddar  terror  aktı  ilə  öz  vəhĢiliklərini  bütün 
dünyada bəyan etdilər. Xocalıda yalnız ölülər qaldı"(9). Bu müsibəti gözləri ilə görən jurnalist V.Ġvleva isə bu 
faciəni  belə  təsvir  edir:  "Xocalının  küçələrində  buluda  bənzər  nəyinsə  hərəkət  etdiyini  gördüm.  Bu  bulud 
yarıçılpaq  insanların  toplusu  idi.  Bu  dəstənin  sonunda  üç  uĢaqlı  qadın  gedirdi.  O,  qar  üzərində  ayaqyalın 
çətinliklə  yeriyir  və  tez-tez  yıxılırdı.  Sən  demə  onun  uĢaqlarından  biri  ikigünlük  imiĢ.  Digər  yüzlərlə 
azərbaycanlılar kimi bu qadının taleyini mən televiziya lentlərindən izlədim. Bu televiziya lentlərində səs zolağı 
operatorun hönkürtüsündən ibarət idi. Ġnsanların eybəcərləĢdirilmiĢ cəsədləri qar üzərində qalaqlanmıĢdı." "Ġlk 
dəfə  fevralın  28-də  iki  hərbi  vertolyotla  hadisə  yerinə  gəldik.  Böyük  bir  sahə  insan  meyitləri  ilə  dolu  idi. 
Təyyarəçilər  vertolyotu  yerə  endirməyə  qorxurdular. Çünki  həmin  ərazi  artıq  ermənilərin  nəzarəti  altında  idi. 
Buna  baxmayaraq  biz  vertolyotdan  çıxdıq  və  bu  zaman  güclü  atəĢə  məruz  qaldıq.  Gördüyümüz  mənzərədən 
Ģoka  düĢmüĢdük.  Ġki  nəfər  isə  bu  dəhĢətdən  huĢunu  itirdi.  Martın  ikisində  xarici  jurnalistlərlə  hadisə  yerinə 
qayıdanda  artıq  meyitlər  tanınmaz,  dəhĢətli  hala  salınmıĢdı.  Onların  üzlərində  təhqiredici  əməliyyatlar 
aparılmıĢdı".  Bu  açıqlama  isə  bu  soyqırımı  ilk  dəfə  lentə  alan  telejurnalist  Çingiz  Mustafayevindir.  Qanlı 
olayları  gözləri  ilə  görüb  lentə  çəkən  Janiv  Yunet  isə  yazır:  "Biz  Xocalı  faciəsinin  Ģahidi  olmuĢuq.  Yüzlərlə 
ölənlərin  meyitlərini  gördük.  Onların  arasında  qadınlar,  qocalar,  uĢaqlar  və  Xocalının  müdafiəsində  duran 
adamlar var idi. Bizim ixtiyarımıza vertolyotlar verildi. Hündürlüyə qalxaraq havadan gördüklərimizi kameraya 
çəkirdik. Mən müharibə haqqında çox eĢitmiĢəm, alman faĢistlərinin qəddarlığını oxumuĢam, ancaq ermənilərin 
törətdikləri  vəhĢiliklər  onları  kölgədə  qoymuĢdur.  "Ġzvestiya"  qəzetinin  müxbiri  V.Bellax  isə  baĢları  kəsilmiĢ 
insan  cəsədlərini  görüb  yazırdı:  "Ağdama  çoxlu  meyitlər  gətirilirdi.  Tarixdə  belə  Ģeylər  görünməmiĢdi. 
Meyitlərin  gözləri  çıxarılmıĢ,  qulaqları  və  baĢları  kəsilmiĢdi.  Bır  neçə  meyit  zirehli  maĢınlara  qoĢularaq 
sürüklənmiĢdi.  ĠĢgəncələrin  həddi-hüdudu  yox  idi.  "Haydad",  "Asala"  erməni  terror  təĢkilatlarının  maliyyə 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
121 
dəstəyi  ilə  Xocalıya  gələn  erməni  mənĢəli  avropalı  jurnalistlər  bu  faciəni  Azəri  türklərinin  etdiyi  haqda 
məlumatlarla  dünyanı  aldatmağa  çalıĢırdılar.  Bütün  bu  cəhdlər  həqiqətə  əsaslanmadığı  üçün  puça  çıxdı. 
VəhĢiliyi,  qan-qadanı  ilk  dəfə  görən  avropalı  erməni  jurnalistlərdən  biri  gördüklərini  belə  ifadə  etmiĢdi: 
"Xocalıda  qətlə  yetirilmiĢ  100  nəfərin  cəsədini  yan-yana  düzərək  körpü  düzəltmiĢdilər.  Mən  bu  körpüdəki 
cəsədlərin  üzərindən  keçəndə,  ayağımı  körpə  bir  uĢağın  sinəsinə  qoyanda  elə  titrədim  ki,  fotoaparatım, 
bloknotum,  qələmim  yerə  düĢərək  körpənin  al  qanına  bulaĢdı.  Özümü  itirdim,  tir-tir  titrədim".  Bəlkə  də  bu 
günahsız körpənin qanı bu etirafı etdirdi. O günlərdə xarici mətbuatda da bu faciənin dəhĢətlərindən bəhs edən 
xəbərlər  dərc  olunurdu.  "VaĢinqton-Post"  qəzeti  yazırdı:  "  Dağlıq  Qarabağ  qurbanları  Azərbaycan  Ģəhərində 
torpağa  basdırılıb.  Qaçqınlar  deyirlər  ki,  ermənilərin  hücumu  zamanı  yüzlərlə  adam  həlak  olub.  Onlardan  7 
nəfərini  bu  gün  göstərdilər,  2-si  uĢaq,  3-ü  qadındır.  "Tayms"  qəzeti:  "Erməni  əsgərləri  yüzlərlə  qaçqın  ailəni 
qırıblar.  Sağ  qalanlar  xəbər  veriblər  ki,  erməni  əsgərləri  450-dən  artıq  azərbaycanlını  güllələyiblər,  onlardan 
çoxu uĢaq və qadınlardır..." "onlar atəĢ açırdılar, atəĢ açırdılar, atəĢ açırdılar" - deyə Xocalıdan Ağdama qaçmıĢ 
Raziyə  Aslanova  bildirib  ki,  əri  və  oğlu  öldürülüb,  qızı  isə  itkin  düĢüb.  "Ġzvestiya"  qəzeti:  "Video-kamera 
qulaqları  kəsilmiĢ  uĢaqları  göstərib.  YaĢlı  qadınlardan  birinin  üzünün  yarısı  göstərilib.  KiĢilərin  baĢ  dərisi 
soyulub". Tomas Qolts erməni əsgərlərinin törətdikləri qırğınlar barədə məlumat verən ilk reportyordur. Xocalı 
sadə  Azərbaycan  Ģəhəri  olub.  Ötən  həftə  Ģəhər  yer  üzündən  silinib.  "FayneyĢl  Tayms"  qəzeti  bildirirdi  ki, 
"ermənilər  Ağdama  gedən  qaçqın  kalonunu  güllələyib.  Azərbaycanlılar  1200  meyit  sayıblar.  Livandan  olan 
reportyor təsdiq edir ki, varlı  daĢnaq  icması Qarabağa silah  və adam göndərir". "Le Mond" qəzeti: "Ağdamda 
olan  xarici jurnalistlər  Xocalıda öldürülmüĢ qadın və uĢaqlar arasında 3 nəfərin baĢ dərisi soyulmuĢ, dırnaqları 
çıxarılmıĢ  meyit  görüblər.  Bu  Azərbaycan  təbliğatı  yox,  reallıqdır".  Bolqarıstanda  çıxan  "Nie"  qəzeti  Xocalı 
faciəsinə bütöv bir nömrə həsr etmiĢdi. V.Parvanovanın "Xocalı bəĢəriyyətin faciəsidir" adlı böyük bir məqaləsi 
bolqar  ictimaiyyətini  olanlardan  hali  edərək,  hadisələrə  insani  qiymət  verilməsinə  çağırmıĢdı:  "Hər  dəfə 
Xocalıda sağ qalmıĢ insanlarla görüĢüb söhbət edəndə düĢünürəm ki, ölənlər bir dəfə öldü, amma bu guya sağ 
qalıb əslində isə mənəvi Ģikəst olanlar isə gündə min dəfə ölüb-dirilirlər. O faciəni gözləri ilə görüb, dəhĢətləri 
yaĢayan,  doğmalarının,  əzizlərinin  görünməmiĢ  vəhĢiliklərlə  öldürülməsinin  Ģahidi  olanların  həyatının  hər  anı 
əzabdır, iĢgəncədir. Onlar üçün də, bizim üçün də nə qədər çətin, ağrılı olsa da,  danıĢmalıyıq, unutmamalıyıq. 
Heç olmasa, bu dəhĢətlərin bir də təkrar olunmaması xatirənə. Xocalıdan danıĢan, içindəki yanğını, dərdi boğa-
boğa  boğulan  insanların  ürəyi,  arzusu.  ümidi  Ģəhiddir.  Bu  dirigözlü  Ģəhidləri  dinləyin,  dözmək  çətin  olsa  da 
dözərək dinləyin". 
10  yaĢlı  Ramil  Həsənov:  "Ermənilər  gələndə  meĢəyə  qaçdım.  3  gün  ac-susuz  orada  qalmıĢam. 
Susuzluqdan ölürdüm, çoxlu qar yemiĢəm". 
4 yaĢlı Fuad Gülməmmədov: "Ermənilər məni tapança ilə ayağımdan vurdular". 
Sənan  Abdullayev  o  günləri  belə  xatırlayır:  "Bir  gün  meĢədə  qaldıqdan  sonra  ermənilər  bizi  tapıb 
Əsgərana gətirdilər. Anam, atam, 16 yaĢlı bacım meĢədə öldü. Ruslar, ermənilər, sırğalı zəncilər uĢaqların gözü 
qarĢısında mənə iĢgəncələr verirdilər. Sonra bizi içərisinə su doldurulmuĢ zirzəmiyə saldılar. Suda boğulmamaq 
üçün uĢaqları bir gün əlimdə saxlamıĢam". 
Camal  Orucov:  "16  yaĢında  oğlumu  güllələdilər.  23  yaĢlı  qızımı  iki  əkiz  oğlu  ilə,  18  yaĢlı  hamilə 
qızımı əlimdən aldılar". 
Xədicə  Abdullayeva:  "  Bir  sutka  meĢədə  qaldıqdan  sonra  atam,  anam  və  16  yaĢlı  bacım  Ģaxtaya  tab 
gətirmədilər. Sağ qalan xocalılarla birgə  məni  də  girov  götürdülər. Bizi ac-susuz. döĢəməsinə su  doldurulmuĢ 
zirzəmidə saxladılar. Bir daĢnaqla dəyiĢdırıldım. Ġndi iki ayağımdan da məhrumam." 
Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin