Cəmil CümĢüd oğlu Məmmədov:
- Ruslar tanklar və BTR-lərlə Ģəhərə daxil olaraq evlərimizi darmadağın etdilər. Arxalarınca isə
ermənilər gəlirdi. BeĢ yaĢında nəvəmi götürüb meĢəyə qaçdım. Bir sutka qarın altında qalmıĢam. Körpə
donmamaqdan ötrü paltarlarımı soyunub uĢağa bükmüĢdüm. Artıq taqətim qalmamıĢdı. Naxçıvanik kəndinə
yollanıb ermənilərə yalvardım ki, nəvəmə rəhm etsinlər. Məni təhqir edib komendanta təhvil verdilər. O isə əmr
verdi ki, bizi tövləyə salsınlar. Burada çoxlu qız-qadın, körpə vardı. Sonra bizi Əsgərana gətirdilər. Arvadım,
qızım, yeznəm burada idilər. Boyeviklər dırnaqlarımı çıxartdılar. Zəncilər göyə atılıb üzümüzə təpik vururdular.
Çox iĢgəncədən sonra məni ermənilərlə dəyiĢdirdilər. Nəvəm, arvadım, qızım və yeznəmdən heç bir xəbər
yoxdu.
Səriyyə Talıbova:
- Gözümün qabağında 4 məshəti türkünün, 3 qonĢumuzun baĢını erməni quldurunun qəbri üstündə
kəsdilər. Rus əsgərləri ilə bir yerdə ermənilər ata-analarının gözü qarĢısında uĢaqlarına iĢgəncə verib
öldürürdülər. Sonra isə meyitləri buldozerlərlə dərəyə tökürdülər:
Camal Allahverdi oğlu Orucov:
- 16 yaĢında oğlumu güllələdilər. 23 yaĢlı qızımı iki əkiz oğlu və 18 yaĢlı hamilə qızımı əlimizdən aldılar.
10 yaĢlı Ramil Həsənov:
- Ermənilər gələndə meĢəyə qaçdım. 3 gün ac-susuz orada qalmıĢam. Susuzluqdan ölürdüm. Çoxlu qar
yemiĢəm.
Sənan Abdullayev:
- Bir gün meĢədə qaldıqdan sonra ermənilər bizi tapıb Əsgərana gətirdilər. Anam-atam, 16 yaĢlı bacım
meĢədə öldü. Ruslar, ermənilər, sırğalı zəncilər uĢaqların gözü qarĢısında mənə iĢgəncələr verirdilər. Sonra bizi
içərisinə su doldurulmuĢ zirzəmiyə saldılar. Suda boğulmamaq üçün uĢaqları bir gün əlimdə saxlamıĢam.
Ayağımdan güllə yarası almıĢ 4 yaĢlı Fuad Gülməmmədov:
- Ermənilər məni ayağımdan tapança ilə vurdular.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
42
Xədicə Abdullayeva:
- Bir sutka ayaqyalın meĢədə qaldıqdan sonra atam, anam və 16 yaĢlı bacım Ģaxtaya tab gətirmədilər.
Sağ qalan xocalılarla birgə məni də girov götürdülər. Bizi bir gün ac-susuz, döĢəməsinə su doldurulmuĢ
zirzəmidə saxladılar. DaĢnak tör-töküntüsünə dəyiĢdirildim. Ġndi iki ayağımdan da məhrumam.
Mirzə Allahverdiyev:
Ermənilərin hücumundan sonra meĢəyə çəkilməli olduq. Burada 3 gün ac-susuz qaldıq. Fevralın 28-də
axĢam bizi mühasirəyə aldılar. Bizi Əsgəranda ölüm kamerasına saldılar. Hər gün bir neçə adamı aparıb
güllələyirdilər. VəhĢilər baĢıma dəhĢətli zərbələr endirirdi. Qızıl diĢlərimi kəlbətinlə çıxartdılar. Ġki qabırğamı
sındırdılar. 18 gündən sonra bir alt paltarında bizi dəyiĢdirdilər. Atamı, iki qardaĢımı, qardaĢım oğlunu
öldürdülər.
Nəsibə Əliyeva:
- MeĢədən çıxan kimi ermənilər atəĢ açdılar. 40 nəfər idik. 26 nəfəri, o cümlədən oğlumu və yoldaĢımı
öldürdülər. 8 yaĢlı Yavərim isə güllə yarası aldı.
Xatirə Orucova:
- 8 yaĢım var. Gözümün qabağında atamı, anamı və 6 yaĢlı bacımı ermənilər güllələyib qətlə yetirdilər.
Güllə mənə də dəyib.
Məhəmməd Orucovun dedikləri:
- ġəhərə hücum baĢlananda 16 yaĢlı oğlum Xaqani evə girib məni, qızlarım Leylanı və Aybənizi, 2 yaĢlı
nəvələrim Fuadı və Muradı meĢəyə qaçırdı. Əmimdən xəbərimiz yox idi. 2 gün meĢədə qarın-çovğunun içində
qalandan sonra ermənilər bizi tutub Pircamala apardılar. Hamımızı tövləyə saldılar. Tövlə əsirlərlə dolu idi.
Əmimi də burada gördüm. Gözlərimiz qarĢısında əmimi və oğlumu möhkəm döydülər. Sonra faĢistlər əsirlər
arasında 10-13-15 yaĢlı qızları seçib ayırdılar...Həyat yoldaĢımı da bir neçə nəfərlə Əsgərana aparıb güllələdilər.
Bundan sonra məni buraxdılar, qızlarımı, oğlumu və nəvələrimi isə əsir saxladılar.
MirəĢ Əliyeva:
- Biz meĢədə qara bata-bata dolaĢırdıq. Yolu keçəndə mənə güllə dəydi. Yıxıldım və daha ayağa dura
bilmədim. Haradasa meĢədən, səngərdən tez-tez atəĢ açılırdı. Əlif məndən yapıĢıb yolun qırağına tullandı.
MeĢədən açılan atəĢlər bir müddət ara verdi. Əlif (Xocalı aeroportunun komandiri - A.A.) baĢını qaldırmadan
yolun o biri tərəfində uzanmıĢ qadınlara qıĢqırırdı ki, tez yolu keçsinlər. Bu vaxt ərzində 20 nəfərədək qadın və
uĢaq yolu keçmiĢdi. Əlif avtomatın darağını dəyiĢməyə baĢlayanda ermənilər cavab atəĢi açdılar. Güllələrdən
biri düz Əlifin alnına dəydi.
Cəmil Məmmədov:
- ġəhərə girən tanklar və zirehli transportyorlar evləri dağıdır və adamları basıb keçirdilər. Rus
əsgərlərinin arxasınca erməni yaraqlıları gedirdilər. 5 yaĢlı nəvəmi və 14 min manat pulumu götürüb meĢəyə
tərəf qaçdım. Gecə uĢağın donmaması üçün paltarımı çıxarıb onu bürüdüm. Lakin bu kömək etmirdi. Qarı qazıb
uĢaqla birlikdə onun içinə girməli olduq. Səhər uĢağın buna tab gətirməyəcəyini baĢa düĢüb yaxınlıqdakı
Naxçıvanik erməni kəndinə yollandım. Orada bizi silahlı ermənilər qarĢıladılar. Mən onlara yalvarıb-yaxardım
ki, pulu götürsünlər və uĢağın xatirinə bizi Ağdama buraxsınlar. Cavabında məni döydülər, söydülər və kəndin
komendantının yanına apardılar. O əmr etdi ki, bizi pəyəyə salsınlar. Pəyədə artıq azərbaycanlı qadınlar və
uĢaqlar var idi. Pəyədə bizi 4 gün saxladılar, nə çörək, nə su verdilər. 4 gün sonra məni nəvəmlə Əsgəran
rayonuna gətirəndə baĢımıza elə oyun açdılar ki, Naxçıvanikdəki pəyəni cənnət sandım.
Erməni muzdluları (mən erməni dilini bilirəm və yerli ermənini gəlmə ermənidən seçirəm). Ayaq
barmaqlarımın dırnaqlarını çəkib çıxartdılar. Ermənilərin arasında olan zəncilər havaya tullanaraq ayaqları ilə
üzümdən vururdular. Bir neçə saat davam edən iĢgəncələrdən sonra məni həbs edilmiĢ bir erməni ilə
dəyiĢdirdilər. Nəvəmi isə əlimdən aldılar. Arvadımdan və qızlarımdan heç bir xəbərim yoxdur.
Qasımova Ayna:
- 12 gün meĢədə qaldıq. Ġki oğlum və bacım da yanımda idi. Yediyimiz ağac və itburnu qabığı idi. Tez-
tez qar da yeyirdik. 12 gündən sonra min bir zülmlə gəlib Ağdama çıxdıq. Ağdamda nə qədər çalıĢdılarsa
ayaqqabılarımızı ayağımızdan çıxara bilmədilər. Ayaqlarımız tamam donmuĢdu. Sonra ayaqqabılarımızı bıçaqla
kəsdilər. Ağdamda sistem qoyub Bakıya müalicəyə göndərdilər.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
43
Talıbov Səməd:
- Fevralın 25-dən 26-na keçən gecə 120-130-a qədər adamla meĢəyə qaçdıq. Bu müddətdə Kətik
meĢəsində qaldıq. Bir müddət meĢədə qaldıqdan sonra Hray kəndinə tərəf getdik. Böyüklər aclığa. saxtaya dözə
bilirdilər. Amma uĢaqlarla çox çətin idi. 3 gün ac-susuz qaldıq meĢədə. 3-cü gün Naxçıvanik istiqamətinə
gedəndə ermənilər bizi tutub mal tövləsinə saldılar. Bizdən baĢqa 50-60 adam da var idi. Bir az keçmiĢ
ermənilər içəri girib kiĢiləri, arvad-uĢaqları avtomatın qundağı ilə vurub əzməyə, Ģil-küt etməyə baĢladılar.
Vuranda, döyəndə səsini çıxaran Ģəxsi həmin saat güllələyirdilər. Girovluqda gördüyüm dəhĢətləri heç zaman
unutmayacağam.
Salmaıı Qasımov:
- Ermənilər Xocalıya girəndə hamımız qaçdıq meĢəyə. Əvvəl 300-ə qədər adam idik. Gülablı tərəfə
gedirdik. Orda ermənilər camaatın qabağını kəsdi. AtıĢmada Abdullam öldürdülər. Adamlar qaçıb dağılıĢdılar.
11 adam qaldıq. Tofiqin də anası yanımızda öldü. Mən paltomu onun üstünə saldım. Sonra mühasirədən çıxmaq
üçün irəli getdik. Amma hara gedirdiksə ermənilərin əhatəsində olduğumuzu hiss edirdik. Yediyimiz də ancaq
qar idi. Hamımız haldan düĢmüĢdük. Keçdiyimiz yerlərdə çoxlu meyit var idi.
GörüĢdüyüm xocalıların hamısının acı taleyinə yanıram. Onları özümə ən yaxın, doğma adam bilirəm.
Xocalılar hamısı sakit, köməksiz adam təsiri bağıĢlayır mənə. Amma Gülalı kiĢinin o yazıq görkəmini heç
unuda bilmirəm. Gülalı kiĢiyə çəkilən dağ da ağır dağdır.
Gülalı Mehralıyev:
- Altı günə kimi meĢədə qaldıq. Ac-susuz meĢənin içində qızımla məĢəqqətlər çəkdik. Gecə meĢənin
vahiməsi, soyuğu, Ģaxtası, daima gözlənilən erməni qorxusu yazıq qızımın bağrını yardı. Nakam balam dözə
bilmədi, keçindi. Gülalı kiĢi için-için ağlayır. QurumuĢ bir halda qızımın meyitinin yanında oturdum. Bədbəxt
qızıma baxıb göz yaĢı tökürdüm. Balamın iyirmi yaĢı vardı. Səkkiz ay idi ki, toyu olmuĢdu. DiĢimnən,
dırnağımnan yığıb qızıma cehiz almıĢdım, 12 min manatlıq mebel alıb toyunu etmiĢdim. Ġndi yazıq balam
torpağa döĢənmiĢdi. Halsız, hərəkətsiz uzanmıĢdı. Zavallı qızımdan çətinliklə də olsa ayrıldım. MeĢə ilə
gedirdim. ġelli istiqamətinə üz tutmuĢdum. Qəfildən aralıda erməniləri gördüm. Qaçıb girdim bir körüyün içinə.
Ermənilər xoĢbəxtlikdən görmədilər məni. Bir müddət kötüyün içində qaldım. Qorxudan çıxa bilmirdim. Sonra
minbir çətinliklə Ağdama gəlib çıxdım. Amma qızımın meyitindən nigaranam. Bircə meyiti gətirib
basdırsaydım, rahatlanardım. Meyitin yeri yaxĢı yadımdadır. Amma ora getmək mümkün olacaqmı?
Vüqar Qarayev:
- Gecə saat 11-də evdən çıxdıq. Gəldik meĢəyə. MeĢədə çoxlu adam vardı. UĢaqlar ağlaĢır, qıĢqırırdılar.
Arvadlar uĢaqların ağzına dəsmal tıxadılar ki, səsləri eĢidilməsin. Sonra ermənilər mühasirəyə alıb çoxunu girov
tutdular. Babək adlı bir oğlan vardı. Yolu gedə bilmirdi, təngnəfəs olurdu. 3 kilometrə qədər onu mən apardım.
Sonra qüvvəm çatmadı. Ayaqlarımı Ģaxta vurmuĢdu. Bədənim heç elə bil ki, mənim deyildi. Düz iki gün
sürünmüĢəm. Mənə elə gəlirdi ki, erməninin üstünə gedirəm. Amma mənim üçün daha heç bir fərqi yox idi.
Onsuz da tam haldan düĢmüĢdüm. XoĢbəxtlikdən döyüĢçülərimizin postuna gəlib çıxdım.
Salnıan Qasımov:
Ermənilər Xocalıya hücum edəndə qaçdıq Dəhraz tərəfə. Dəhrazda bizi mühasirəyə alıb tutdular. YaĢlı
bir qadını və cavan oğlanı yerindəcə güllələdilər. Sonra bizi Naxçıvanikə gətirib mal pəyəsinə saldılar. Az
keçməmiĢ gəlib aramızdan on üç adamı seçib apardılar güllələməyə. O güllənin səsini də biz eĢitdik. Bir müddət
pəyədə saxladıqdan sonra bir yük maĢınına mindirib bizi gətirdilər Xankəndinə. Orda bizi maĢından düĢürəndə
bir erməni kobudluqla çeĢməyimi alıb dedi: "Gedərsən Kürün o tayında verərlər çeĢməyini!" Sonra bizi saldılar
həbsxanaya. Həbsxanada hansı iĢgəncələri çəkmədik? On günə kimi dilimizə heç nə dəymədi. Çörək-su
həsrətiynən gözümüzü tikirdik qapıya. Qapının nə vaxt açılacağını səbirsizliklə gözləyirdik. Amma qapını açıb
içəri girənlər bizə nə su gətirirdi, nə də çörək. BaĢlayırdılar təpikləməyə, döyməyə, qol-qabırğamızı sındırmağa.
Elə döyürdülər, elə hala salırdılar ki, yerdə döĢəli qalıb tərpənə bilmirdik. Düz on gündən sonra gətirib hərəmizə
70 qram çörək, hər üç adama bir stəkan su verdilər. Bir də görürdün gecə saat 2-də, 3-də ermənilər sərxoĢ halda
gəlib içəri girir, pis söyüĢlər söyüb, istədikləri iĢgəncəni verirdilər. Qaldığımız yer olduqca soyuq idi. Pəncərə
soyuq olduğundan külək içəridə vıy-vıy vıyıldayırdı. Hamımız soyuqdan titrəyirdik. Yerə salmağa bir adyal da
verməmiĢdilər. Bütün gecəni, gündüzü oyaq qalırdıq. Yanımızda Qaradağlıdan yazıq bir kiĢi vardı. Bizdən çox
qabaq onu tutub bura salmıĢdılar. Yazığın susuzluqdan ciyəri yanırdı. Gecənin bir vaxtında halı lap pisləĢdi.
"Su, su" deyib inildəməyə baĢladı. Dözə bilmədim, gedib qapını döydüm ki, bir az su versinlər yazığa. Nəzarətçi
erməni qapının o tayından məni söyüb təhqir etdi və təkrar qapını döydükdə öldürəcəyini bildirdi. Yazıq kiĢi
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
44
"su, su" deyə-deyə canını tapĢırdı. Bir dəfə xaricdən - Qırmızı Aypara Cəmiyyətindən bir dəstə adam gəlib
vəziyyətimizlə maraqlandı. Halımızı, görkəmimizi görəndə təəssüflə baĢlarını buladılar. Ermənilər isə bizə
əvvəlcədən xəbərdarlıq edirdilər ki, gələn qonaqlara Ģikayətlənməyək. Əksinə ermənilərdən razılıq edək ki, guya
bizə yaxĢı baxırlar. Əgər belə deməsəydik, ermənilər bizə elə iĢgəncələr verərdi ki... Düz 48 gün ermənilərin
əsarətində əzab çəkdim. 48 gündən sonra məni bir erməni ilə dəyiĢdilər.
Mirzə Allahverdiyev:
- Biz həmin gün Horagül istiqamətində postda dayanmıĢdıq. Amma "Finski" evlər yananda geri
çəkildik. Fevralın 26-da onların çoxu BeĢmərtəbə deyilən yerə toplaĢmıĢdı. 100-ə qədər adam vardı orda. Sonra
çıxıb Boz Dağ istiqamətində irəlilədik. Fevralın 28-də ermənilər mühasirəyə alıb tutdular bizi. Həmin saat əl-
ayağımızı bağlayıb baĢladılar döyməyə, iĢgəncə verməyə. Sonra apardılar Əsgərana. Orada milis idarəsinin həbs
otağında bizi saxlayırdılar. Bir neçə qızıl diĢim vardı. Yerə yıxıb əl-ayağımı bağladılar. BaĢladılar kəlbətinlə
diĢlərimi sökməyə. Kəlbətinlə dartır, çəkiclə vururdular diĢimə. Ġnildəyir, zarıyırdım ağrıdan. Yalvarır, yaxarır,
bu iĢgəncəyə son qoymağı xahiĢ edirdim. Neçə saat huĢsuz qaldığımı bilmirəm. Amma gözümü açanda hiss
etdim ki, qızıl diĢlərimi sındırıb götürüblər. Ermənilərin verdiyi iĢgəncə yalnız qızıl diĢlərimi sındırmaqla
bitmədi. SöyüĢ, təhqir, təpiklə vurmaq, döymək hər gün olurdu. Girovluqda qaldığım 18 günün elə bir vaxtı
olmadı ki, mənə iĢgəncə verməsinlər. Yaman vəhĢi idi ermənilər, gözlərini qan tutmuĢdu. Ürəklərində heç bir
insaf, ədalət yox idi. Bizi döyməkdən, təpikləməkdən ləzzət alırdılar. Bir dəfə isə məni çılpaq soyundurub
dubinka ilə döydülər. Ürəkləri soyumadığından götürüb ikinci mərtəbədən atdılar məni yerə. Bütün bədənim
əzilmiĢdi. Necə kinli, qəzəbli idi bu ermənilər bizə qarĢı? Edik adında bir erməni vardı. Hər gün içəri girib mənə
özünəməxsus xüsusi iĢgəncə verirdi. Ağır çəkmələri ilə əllərimin üstünə çıxıb tapdalayır, əzir və bundan ləzzət
alırdı. Mənim iniltim, qıĢqırtım ona təsir etmirdi, əksinə kefi açılırdı... Ermənilər tez-tez bizə deyirdilər: "Sizi
qıracağıq, buralardan tamam qovacağıq. Donuzlarımızı gətirib Kürdə suvaracağıq". Hər gün bizə bir parça
çörək, bir balaca qabda da su verirdilər. O çörəyi, suyu verəndən sonra gəlib möhkəm döyürdülər. On səkkiz
gün girovluqda qalandan sonra məni dəyiĢib Ağdama gətirdilər. Öyrəndim ki, anamı da ermənilər bir neçə gün
girov saxlayıb, qızıl üzüyünü alıb buraxıblar. QardaĢım ElĢəni isə mənim günümə salıblar. Girovda iĢgəncələr
verib qızıl diĢlərini söküblər. Öyrəndim ki, ermənilər iki qardaĢımı öldürüblər.
Niftalı Ġbad oğlu Nəbiyev:
- Fevralın 25-də gecə saat 10-da Əsgəran istiqamətində səngərdə idik. Hər tərəfi ermənilər ağır texnika
ilə mühasirəyə aldılar. Bir qədər atıĢdıqdan sonra gedib qadınları, uĢaqları da götürüb Dəhraz tərəfə çəkildik.
Hər tərəfi ermənilər ağır texnika ilə mühasirəyə aldılar. Bir qədər atıĢdıqdan sonra gedib qadınları, uĢaqları da
götürüb Dəhraz tərəfə çəkildik. Hər tərəfdən mühasirədə olduğumuzu hiss edirdik və hər yandan bizə atırdılar.
Üç gün ac-susuz meĢədə qaldıq. Sonra ermənilər bizi mühasirəyə alıb tutdular. Yanımızda 300-ə qədər qadın,
uĢaq vardı. Hamımızı yığıb apardılar donuz fermasına. Milli ordu paltarında olanlardan 13 nəfəri seçib
apardılar. Az keçməmiĢ güllə səsləri eĢitdik. Bildik ki, o yazıqları güllələyiblər. Üç gün qaldıq donuz
fermasında. Yeməyə heç nə vermirdilər. Elə hərdən gətirib camaata azca çiy buğda paylayırdılar. Üç gün sonra
gəlib aramızdan iyirmi adamı seçdilər. QıĢqırdılar ki, iyirminiz də əlləri yuxarı vəziyyətdə çölə çıxın. Bizi
"KamAZ"a doldurub gətirdilər Stepanakertin milis idarəsinə. Orda bizi möhkəm döydülər. Sonra qeydiyyata
aldılar. Mənim paltarımı yoxlayanda paltomun cibindən patron tapdılar. Dedilər ki, sən milli ordu əsgərisən.
Məni lüt soyundurdular. Dubinka ilə baĢladılar döyməyə. Ermənilərdən biri əlində balta mənə sarı gəldi,
qorxdum ki, balta ilə baĢımı kəsəcək. Balta ilə paltomu kəsib doğradı. Sonra da sürüyüb atdılar kameraya. Gecə
saat 1-2 olardı. Bu dəfə baĢqa erməni "boyevikləri" içəri girib hirslə qıĢqırdılar: "Ara, bizim torpaqda siz axı nə
edirsiniz?" BaĢladılar bizi döyməyə. Ġki qızıl diĢimi vurub sındırdılar. Hər gün bu vəziyyət təkrar olunurdu.
Ermənilər gah ayıq baĢla, gah da sərxoĢ vəziyyətdə gəlib bizi Ģil-küt edirdilər. Yeməyə bir parça çörək, içməyə
də yeddi adama bir qab su verirdilər. Yanımızda Qaradağlıdan olan girovlar vardı. Yazıqları bit basmıĢdı. Bütün
günü yazıqlar qaĢınır, dırnaqları ilə dərilərini qoparırdılar. Yanımızda Nəbiyev Əli adlı bir kiĢi vardı. Yazıq
zarıya-zarıya öldü. Ermənilər yaman zülmkar idilər. Qadağan etmiĢdilər ki, gecələr bir-birimizlə danıĢmayaq.
Qorxa-qorxa, pıçıltı ilə danıĢırdıq. Yatanda bir-birimizə, kürək-kürəyə söykənib yatırdıq. DöĢəmə beton
olduğundan daim rütubət vardı. Nəzarətçilər əlində bıçaq dəhlizdə gəzinir, səs eĢidən kimi içəri girib bizi
əziĢdirirdilər. Ayaqlarımızdakı corabları da tutub çıxarmıĢdılar. Yanımdakı yoldaĢımın iyirmi min pulunu,
qızılını almıĢdılar. Sonra minbir çətinliklə bizi dəyiĢdilər. Amma indi halım getdikcə pisləĢir. Qabırğamı da
vurub batırıblar. Ciddi müalicəyə ehtiyacım var. Görək axırı nə olacaq.
Əliyev Hüseyn Sarı oğlu:
- YatmıĢdım, həyat yoldaĢım məni silkələyib durquzdu və dedi ki, ermənilər kəndə doluĢub, camaat qaçır.
Dedim ki, sən də qaç, camaata qoĢul. QonĢumuz Həsəngilə gəldim. Həsən bayırda idi. Kəndin Stepanakert
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
45
tərəfindən asfaltı, evləri atəĢə tutmuĢdular. Həsənlə onların bostanından keçib, məktəbin həyətinə girdik. Ərik
ağaclarının altında Həsən qolundan yaralandı. Onun o biri qoluna girib, məktəbin zirzəmisinə tərəf apardım.
Amma orda heç kim yox idi. Bilmirdik hara gedək. Ermənilər gəlib bizi tutdu. Əliyeva ġərqiyyəni, qızı Aliməni
beĢ uĢaqla, fermada iĢləyən Yusifi, arvadını, onların da beĢ uĢağını bizimlə bərabər Stepanakertin 9 nömrəli
məktəbinə gətirdilər. Sonra arvad-uĢaqdan bizi ayırıb, avtovağzalın yanındakı Ģəhər milis Ģöbəsinin qazamatına
gətirib saldılar. Qənəhət Hacıyev, Qəyyum Aslanov, ƏĢrəf Əliyev, Əbülfət Kərimov, Elbrus Abbasov, ġafanın
oğlu Vidadi, Qaradağ stansiyasından Əli, FərraĢlı Abbas da burda idilər. Həsənabadlı "DovĢan" Edikin oğlu bir
dəstə erməni ilə gəlib bizi təpikləyir, qaldırıb yerə çırpırdılar. O deyirdi ki, xocalıların hamısını qıracağam,
mənim qardaĢımı siz öldürmürsünüz.
Vidadi bıçaq axtarırdı ki, özünü öldürsün. Deyirdi ki, mənim baĢımı sabah kəsəcəklər. Mənə deyirlər ki,
Osipin oğlu Tosulu (Armavari), guya mən öldürmüĢəm. Vidadi bir ĢüĢə tapıb cibinə qoymuĢdu ki, lazım gəlsə
venasını kəsib özünü öldürsün. Həsənabadlı Setrakın olğu Jora gəlib Həsəni harasa apardı. Həsənin qolu
hovlayıb ĢiĢmiĢdi. Sonra eĢitdik ki, Həsəni buraxıblar. Üç gün keçmiĢdi ki, gəlib Vidadini apardılar. Dedilər ki,
bu gün Tosulun üçüdür, səni onun qəbrinin üstündə kəsmək üçün qəbiristanlığa aparırıq. Vidadi ĢüĢə də cibində
getdi...
Akif AĢırlı. Türkün Xocalı soyqırımı. Bakı: 2005, S. 73-84
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
46
Xocalı soyqırımı 20-ci əsrin ən dəhĢətli faciələrindəndir
Bütövlükdə Azərbaycan xalqına qarĢı yönəldilmiĢ Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-
insani cəza üsulları ilə bəĢər tarixində bir vəhĢilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəĢəriyyətə qarĢı
tarixi bir cinayətdir.
Heydər Əliyev
Ermənistanın Azərbaycana təcavüzü bütün bəĢəriyyətə qarĢı cinayətdir.
Otto Hausen,
Almaniyanın sabiq dövlət katibi
Biz dünyaya nümayiĢ etdirməliyik ki, Qarabağ və ətraf ərazilərdə bütün baĢ verənlər çox dəhĢətli bir
fəlakətdir və bu fəlakət aradan qaldırılmayıb.
Erix Fayql,
professor, Vyana
Soyqırımı (genosid) - ayrı-ayrı əhali qruplarının irqi, milli, yaxud dini mənsubiyyətinə görə məhv
edilməsi, bəĢəriyyətə qarĢı ən ağır cinayətlərdən biridir. Tarixdən məlumdur ki, Ġkinci dünya müharibəsində
hitlerçilər iĢğal etdikləri ölkələrdə əhaliyə qarĢı kütləvi miqyasda soyqırımı cinayətləri törətmiĢlər: Xatın,
yəhudi soyqırımları, Yaponiyada Xirosima və Naqasaki faciəsi, müsəlman dövlətlərindən Ġraqda, Əfqanıstanda,
Pakistanda, Çeçenistanda və s. baĢ verən son hadisələr göstərir ki, faĢizmi doğan ana hələ sağdır. Buna Xocalı
faciəsi canlı misaldır.
Ermənilərin Xocalı Ģəhərini hədəfə almaqda məqsədi nə idi? Bu, bir tərəfdən, Qarabağın dağlıq hissəsində
azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən,
ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək məqsədi güdürdü. Çünki Xocalı elə bir yaĢayıĢ məskəni
idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə
əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düĢmüĢdü.
Xocalının kurqanları və digər abidələri, müxtəlif növ məiĢət əĢyaları insan cəmiyyətinin inkiĢaf
dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni iĢğalından sonra bütün bu maddi
mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının
texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaĢı, dünya
mədəniyyətinə qarĢı a zorakılıq aktıdır.
1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaĢayırdı. Məlum hadisələr dövründə
Ermənistandan, qonĢu Xankəndidən ermənilər tərəfindən didərgin salınmıĢ g xeyli azərbaycanlı və 1989-cu ildə
Fərqanədən qovulmuĢ Məhsəti türkləri də məskunlaĢmıĢdılar.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi Ģəhərində yerləĢdirilmiĢ
SSRĠ-nin 366-cı motoatıcı alayının köməyi ilə silahsız və köməksiz Xocalı Ģəhərinə hücum etmiĢlər. Əvvəlcə
Ģəhər 4 tərəfdən erməni qoĢunları tərəfindən əhatə olunmuĢ,
sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəĢ açılmıĢ, az bir vaxt ərzində
Ģəhərdə yanğın baĢ vermiĢ, Ģəhər tamamilə alova bürünmüĢdür. ġəhərin müdafiəçiləri və yerli əhali buranı tərk
etməyə məcbur olmuĢlar. Fevralın 26-sı səhər saat 5-ə kimi Ģəhər erməni iĢğalçıları tərəfindən zəbt edilmiĢdir.
Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmiĢdir.
Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfərdən çox müxtəlif yaĢlı dinc sakin aldığı güllə
yarasından əlil oldu. 106 nəfər qadın, 83 azyaĢlı uĢaq, 70 qoca öldürüldü. 10 ailə tamamilə məhv edildi, 25 uĢaq
hər iki valideynini, 130 uĢaq isə valideynlərindən birini itirdi. Faciə baĢ verən gecə 1275 dinc sakin girov
götürüldü, onların 150-nin taleyi hələ də məlum deyil.
Bütün bunlar erməni hərbiçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhĢiliklə həyata
keçirilmiĢdir. Hücumda, həmçinin mayor Oqanyan Seyran MuĢeqoviçin (Seyran Oqanyan sonradan Dağlıq
Qarabağda ermənilərin qeyri-qanuni rejiminin «müdafiə naziri» oldu) komandanlığı altında 366-cı alayın
Əzizbəyov RPĠ-nin 2-ci PB-nin təhqiqatçı batalyonu, Yevgeni Nabokixin komandası altında Əzizbəyov RPĠ-nin
3-cü PB-nin təhqiqatçı batalyonu, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeri Ġsayeviç və alayda xidmət
edən 50-dən artıq erməni zabit və praporĢiki iĢtirak etmiĢdir («Xocalının iĢğalına dair istintaq
materialları»ndan).
ġəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiĢ pusqularda
qətlə yetirilmiĢdir. Rusiyanın «Memorial» hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, 4 gün ərzində
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
47
Ağdama Xocalıda qətlə yetirilmiĢ 200 azərbaycanlının meyiti gətirilmiĢ, onlarla meyitin təhqirə məruz qalması
faktı aĢkar edilmiĢdir. Ağdamda 181 meyit (130 kiĢi və 51 qadın, o cümlədən 13 uĢaq) məhkəmə-tibb
ekspertizasından keçirilmiĢdir. Ekspertiza zamanı müəyyən edilmiĢdir ki, 151 nəfərin ölümünə güllə, 20 nəfərin
ölümünə isə qəlpə yaraları səbəb olmuĢ, 10 nəfər küt alətlə vurularaq öldürülmüĢdür. Hüquq-müdafiə mərkəzi
diri adamların baĢ dərisinin soyulması faktını da qeydə almıĢdır.
Xocalı soyqırımının epizodları insanı dəhĢətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbiçilərinin tələb
etdiyi «bu yerlər böyük Ermənistanın bir hissəsidir» sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən
diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danıĢırdı ki, «4 Məshəti türkü və 3 azərbaycanlının
erməni qəbri üzərində baĢlarını kəsdilər. Daha sonra 2 azərbaycanlının gözlərini çıxartdılar».
Ermənilər sağ qalmıĢ insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmiĢdilər. Onların
baĢının dərisini soymuĢ, baĢlarını və bədənlərinin digər orqanlarını kəsmiĢ, uĢaqların gözlərini çıxarmıĢ, hamilə
qadınların qarnını yarmıĢlar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuĢ 5,45 kalibrli patronlardan və
kimyəvi silahlardan istifadə edilmiĢdir. Bütün bunlar Ermənistanın Cenevrə Konvensiyasının protokollarını
pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarĢı həyata keçirilən soyqırımı olduğunu təsdiqləyir.
Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikan və digər
ölkələrin vətəndaĢı olan jurnalist və publisistləri dəhĢətə gətirmiĢdir.
Xocalı soyqırımı ilə bağlı yeni faktlar aĢkarlanıb. Bu barədə Azərbaycanın iĢğal olunmuĢ ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə TəĢkilatı ictimai Birliyinin sədri Fuad Ġsmayılov məlumat verib.
Onun sözlərinə görə, araĢdırmalar zamanı məlum olub ki, Xocalıya hücumda Rusiyanın 366-cı motoatıcı alayı
ilə yanaĢı, SSRĠ-nin xüsusi təyinatlı briqadalarında xidmət keçmiĢ könüllülərdən ibarət 150 nəfərlik qrup iĢtirak
edib.
Eyni zamanda o da məlum olub ki, Ermənistan Dağlıq Qarabağın hava dəhlizinə nəzarəti ələ keçirmək
üçün Xocalı üzərinə hücumu hələ 1989-cu ildən planlaĢdırıb. Belə ki, 1989-cu ilin dekabrında Ermənistan
ordusunun zabitləri Baqdasar Gevorkyan, Bano Siraderyan və Samvel ġarinyan SSRĠ quru qoĢunlarının 12-ci
briqadasının tərkibində Əfqanıstanda döyüĢmüĢ rus zabiti Vladimir Voronovla danıĢıqlar apararaq, onu Sovet
ordusunun xüsusi təyinatlı briqadalarında xidmət keçmiĢ könüllülərdən ibarət xüsusi təyinatlı qrup təĢkil etməyə
və bu qrupla Xocalıya hücum etməyə razı salıblar. Vladimir Voronov 1990-cı ilin birinci rübündə artıq 150
nəfərlik batalyon təĢkil edərək, döyüĢə hazır vəziyyətə gətirib. Bu batalyonun qərargah rəisi tanınmıĢ sovet
kəĢfiyyatçısı Ġvan Qukasov, onun yardımçıları isə Alik Petrosyan və Feliks Qeoxlyan təyin edildilər.
Yeni yaradılmıĢ xüsusi təyinatlı batalyonun döyüĢ komandirləri QukaĢov, Sumbat Akopyan, Karen
Gevorkyan olublar. PeĢəkarlardan seçilmiĢ bu batalyonun partizan metodu ilə hərəkət cədvəlinə və hücum
xəttinə Vladimir Vardanov və Vazgen Sarkisyan rəhbərlik ediblər.
Xocalı qaçqınlarının BMT, Avropa Ġttifaqı və Avropa Təhlükəsizlik və ƏməkdaĢlıq TəĢkilatına
müraciətində deyilir: «Artıq 15 ildən artıqdır ki, biz, qaçqın vəziyyətinə düĢmüĢ xocalılar, ürəkağrısı və eyni
zamanda böyük ümidlə bütün dünyanın sülhsevər xalqlarına, beynəlxalq təĢkilatlara müraciət edirik, sizdən
xahiĢ edirik, erməni hərbi təcavüzü nəticəsində bizim baĢımıza gələn bəlaya laqeyd qalmayasınız. Biz inanırıq
ki, dünyanın BMT, AĠ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təĢkilatları, sülhsevər ölkələri
Ermənistan kimi dövlətin belə təcavüzkarlığına qarĢı tədbir görəcəklər».
Dünyada qəbul olunmuĢ beynəlxalq konvensiyalar, ümumbəĢəri qanunlar Xocalı faciəsi kimi soyqırımları
pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr tarixli «Soyqırımı cinayətinin
xəbərdarlıq edilməsi və cəzalandırılması» konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarĢı
BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki,
bu cinayət, təkcə Azərbaycan xalqına qarĢı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəĢəriyyətə qarĢı
yönəldilmiĢdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də
Robert Köçəryan və digərləri baĢ vermiĢ soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarĢısında cavab
verməlidirlər.
Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham
edilməlidir. Beynəlxalq təĢkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan
torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi
qiymət verməlidirlər.
Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman
vermiĢdir. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral «Xocalı soyqırımı və milli matəm
günü» elan olunmuĢ, bu barədə bütün beynəlxalq təĢkilatlara məlumat verilmiĢdir.
25 fevral 1997-ci ildə «Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında»
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Fərman verilmiĢdir.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
48
«BMT BaĢ Məclisinin 9 dekabr 1948-ci il tarixli 260A saylı «Soyqırımı siyasətinin qarĢısının alınması və
ona görə cəza barədə» Konvensiyasının prinsipləri Xocalı faciəsinin, həqiqətən, soyqırımı olduğunu bir daha
sübut edir. Həmin soyqırımını istintaq materialları və faktları da təsdiqləyir. Bütün beynəlxalq normalara görə,
Xocalı faciəsi soyqırımı aktıdır. Gec də olsa, bütün dünya ölkələri bu soyqırımı aktını etiraf etməli və
tanımalıdır.
Bəzi erməni ziyalıları artıq bu etirafı ediblər və erməni olduqları üçün xəcalət çəkdiklərini bildiriblər.
«Zerkalo» qəzetinin 23 fevral 2008-ci il tarixli nömrəsində Elçin Həsənovun «Təmiz erməni hökmü» adlı
məqaləsi dərc olunmuĢdur. Müəllif Xocalı faciəsindən bəhs edən sənədli filmə baxan Yerevan ziyalılarının
mülahizələrini belə Ģərh etmiĢdir:
Marina Mamuns, proqramçı-mühəndis: «Əgər bu faciəni ermənilər törədiblərsə, onda mən millətimə
nifrət edirəm, ona tüpürürəm. Mən keçən gecəni tamamilə yata bilmədim. Bəyəm Allah bunu görmür?»
Alina Qabrielyan, həkim-rentgenoloq: «Bu dəhĢətli faciəyə inana bilmirəm. Bəyəm mənim millətim bu
cür dəhĢətli və qəddardır, insanlıqdan uzaqdır? Lakin fakt reallıqdır. Millətimə görə mən xəcalət çəkirəm».
Aleksandr Pokoryan, hüquqĢünas: «Mən türklərə və azərbaycanlılara hörmət etmirəm, ancaq bu vəhĢilik
aksiyası bizə Ģərəf gətirə bilməz».
Ə.Ələsgərov və b.,
«Xalq qəzeti», 1 aprel 2008
Dostları ilə paylaş: |