Xocali soyqirimi



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix06.09.2017
ölçüsü1,27 Mb.
#29146
1   2   3   4   5   6   7   8   9   ...   24

M. Ələkbərzadə. Tarixin bir günü və ya günün tarixi. Bakı: 2005, S. 64-72. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
23 
 
ArayıĢ 
 
25 fevral 1992-ci il tarixdə saat 22 radələrində Xocalı Ģəhərinə qondarma "Dağlıq Qarabağ Respublikası"nın 
silahlı  quldur  dəstələri  ilə  MDB  qoĢunlarının  Xankəndində  yerləĢən  366-cı  motoatıcı  alayının  Ģəxsi  heyəti  və 
hərbi  texnikasının  birgə  hücumu  baĢlamıĢdır.  Xocalı  Ģəhərinə  hücumda  366-cı  alayın  mayor  Ohanyanın 
komandası  altında  2-ci  batalyonun,  mayor  Nabokixin  komandası  altında  3-cü  batalyonun  və  baĢqa  bölgələrin 
çoxsaylı ağır tankları, PDM-ləri, D-30 qaubitsası və sair iĢtirak etmiĢdir. 
Hücum  nəticəsində  Xocalı  Ģəhəri  yandırılmıĢ,  dinc  əhalinin  bir  hissəsi  qırılmıĢ,  bir  hissəsi  girov 
götürülmüĢdür.  Mühasirədən  çıxıb  qaçan  əhalini  isə  yollarda,  meĢələrdə  pusqu  quran  ermənilər  vəhĢicəsinə, 
xüsusi amansızlıqla qətlə yetirmiĢlər. Ən çox kütləvi qırğın erməni kəndi Naxçıvanik yanından Ağdam rayonu 
ərazisinə keçən yolda olmuĢdur. 
Bu  hadisələrlə  əlaqədar  27.02.92-ci  il  tarixdə  Qarabağ  üzrə  rayonlararası  prokurorluq  tərəfindən  Azərb. 
Respublikası CM-nin 70-ci mad., 4,6-cı bəndləri, 255-ci mad. "3" bəndi ilə cinayət iĢi qaldırılmıĢdır. 
366-cı  motoatıcı  alayın  komandiri  Y. Y. Zarviqorov,  digər  zabitlər  Nabokix,  Krauelə,  Lixodey  və  s. 
haqqında,  onların  azərbaycanlılara  qarĢı  Beynəlxalq  Hərbi  Tribunal  Nizamnaməsi,  1949-cu  il  Cenevrə 
Konvensiyaları  və  bir  sıra  baĢqa  beynəlxalq  müqavilələri  pozan,  insanlığa  uyğun  gəlməyən  hərbi  cinayətlər 
etməsi barədə sübutlar toplanmıĢdır. 
Zaqafqaziya  hərbi  dairəsi  prokurorluğu  tərəfindən  də  366-cı  alayın  komanda  heyəti  haqqında  cinayət  iĢi 
qaldırılmıĢdır. Xocalı hadisələrindən sonra alayın Xankəndindən köçürülməsi adı altında içərisində ağır tanklar, 
PDM və sair olan 100-dən çox hərbi texnika Dağlıq Qarabağın erməni icmasından olan silahlı quldur dəstələrə 
verilmiĢ,  alayın  Ģəxsi  heyətinin  erməni  milliyyətindən  olan  hissəsi  Dağlıq  Qarabağda  qalıb  azərbaycanlılara 
qarĢı cinayətlərini davam etdirir. Alayın Ģəxsi heyətinin qalan hissəsi isə, alay Gürcüstan Respublikası Zaziani 
stansiyasına "köçürüb" sonra da ləğv edildiyinə görə hazırda əsasən Rusiya Federasiyası ərazisində yaĢayırlar.  
366-cı  alayın  komanda  heyətinin  cinayətləri  barədə  iĢi  tamamlamaq  üçün  Rusiya  Federasiyasının  BaĢ 
prokuroru V. Q. Stepankova 14.12.92-ci il  və 28.06.93-cü ildə  iki  dəfə  məktubla  müraciət  etmiĢik. Müraciətdə 
hətta  onlara  alayın  zabitlərinin  etdikləri  cinayətləri  birgə  istintaq  etmək  barədə  təklif  də  irəli  sürülmüĢdür. 
Ancaq indiyədək bizim bu təkliflər Rusiya Federasiyası BaĢ Prokuroru tərəfindən cavabsız saxlanılmıĢdır. 
Ġstintaq qrupunun müstəntiqləri öz təĢəbbüsləri ilə Tbilisi Ģəhərinin Vaziani stansiyasına gedib orada alayın 
komandiri  Y. Y. Zarviqorovu  və  baĢqa  zabitləri  dindirməyə  cəhd  göstərmiĢlər.  Ancaq  Xankəndi  hərbi 
qarnizonunun  keçmiĢ  prokuroru  Lazutkin,  Zaqafqaziya  hərbi  dairəsi  qoĢunları  komandanının  müavini  k-n 
Ohanyan (milliyyətcə ermənidir) müstəntiqlərə maneçilik törədib, dindirmələrə imkan verməmiĢlər. 
Eləcə  də  Gəncədə  yerləĢən,  RF  yurisdiksiyasında  olan  hava-desant  diviziyasının  366-cı  alayın 
Xankəndindən çıxarılmasında iĢtirak etdiyinə görə hərbi texnikanın ermənilərə verilməsinin Ģahidi olmuĢ zabit - 
əsgərləri  dindirməyə  təĢəbbüs  göstərilmiĢ,  ancaq  diviziya  komandanlığı  Moskva  ilə  məsləhətləĢdikdən  sonra 
dindirmələrə icazə verməmiĢdir. 
Ġstintaqın ən ağır və çox vaxt aparan bu istiqaməti olmuĢdur. Bu istiqamət üzrə respublikanın 53 rayonunda 
məskunlaĢmıĢ, tez-tez yerlərini dəyiĢən 3 mindən artıq Xocalı qaçqını müəyyənləĢdirilib. AzyaĢlı uĢaqlar istisna 
olmaqla Xocalı əhalisinin əksəriyyəti dindirilmiĢdir. Bu sahədə istintaqın çətinliklərindən biri də o, olmuĢdur ki, 
Xocalı  Ģəhərinə  1988-91-ci  illərdə  Ermənistandakı  öz  dədə-baba  yurdlarından  qovulan,  Xankəndi  Ģəhəri  və 
Qarabağın  digər  kəndlərindən  ermənilər  tərəfindən  qovulmuĢ  azərbaycanlılar,  Özbəkistandan  respublikamıza 
pənah  gətirmiĢ  mesheti  türkləri  məskunlaĢmıĢdılar.  Onların  çoxunun  pasport  qeydiyyatı,  ünvanlar  bürosunda 
qeydiyyatı olmamıĢdır. Ona görə də həmin Ģəxslər demək olar ki, çox böyük çətinliklə müəyyən edilmiĢlər, din-
dirilib iĢ üzrə zərər çəkmiĢ Ģəxs kimi tanınmıĢ, əmlakları barədə məlumat toplanıb, mülki iddiaçı kimi tanınmaq 
barədə  qərarlar  çıxarılmıĢ,  ölənlər,  yaralananlar  haqqında  məhkəmə  -  tibb  ekspertizaları  təĢkil  edilib,  rəylər 
alınmıĢdır. 
Məhkəmə  -  tibb  ekspertizalarının  rəyləri,  mühasirədən  çıxmağa  müvəffəq  olmuĢ  Xocalı  sakinlərinin 
ifadələri  ilə  ermənilərin  azərbaycanlılara  qarĢı  törətdikləri  ağlasığmaz  vəhĢiliklər  faktları  müəyyən  edilmiĢdir. 
BaĢ  dərisinin  soyulması,  qulaq,  burun,  cinsiyyət  üzvlərinin  kəsilməsi,  erməni  qəbrinin  üstündə  azərbaycanlı 
baĢının qurbanlıq kimi kəsilməsi və sair vəhĢilik faktları sübuta yetirilmiĢdir. Erməni caniləri qadına, qocaya və 
uĢağa  da  fərq  qoymadan  hamıya  iĢgəncə  verirdilər.  Qadınların  döĢlərinin  kəsilməsi,  cinsiyyət  orqanına  atəĢ 
açılması adi hal olmuĢdur. 
Xocalı  Ģəhərində  yerləĢən  dövlət  və  ictimai  obyektlərin  sayı  və  dəyəri  ayrı-ayrılıqda  müəyyən  edilmiĢdir. 
Respublikanın  35  nazirlik  və  idarəsinin  Xocalı  Ģəhərində  inĢa  etdikləri,  balanslarında  olan  tikililər,  qurğular, 
dəzgahlar,  xammal  və  sair  qiymətlilər  barədə  sənədlər  toplanılmıĢ,  mütəxəssislərdən  ibarət  komissiya  təĢkil 
edilmiĢdir.  Komissiyanın  gəldiyi  nəticəyə  görə  Xocalı  Ģəhərinin  iĢğalı  nəticəsində  dövlət  idarə,  müəssisə  və 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
24 
təĢkilatlarının,  ictimai təĢkilatların  əmlakına 4  mlrd. 199  mln. 668  min 338 rub. məbləğində ziyan  dəymiĢdir. 
Ziyan 1992-ci ilin dekabr ayına aid qiymətlər miqyasında hesablanmıĢdır. 
-  Respublika  rəhbərliyinin,  hərbi  komandanlığın,  silahlı  dəstə  komandirlərinin  Xocalı  qırğınının  baĢ 
verməsində təqsiri istiqamətində istintaq iki versiya üzrə aparılmıĢdır: 
- Vəzifəli Ģəxslərin xəyanəti nəticəsində Xocalı Ģəhəri qəsdən düĢmənə verilmiĢdir, 
-  Vəzifəli  Ģəxslərin  qulluq  vəzifələrinin  icrasına  cinayətkarcasına  səhlənkar  yanaĢması  nəticəsində  Xocalı 
Ģəhərinin müdafiəsi pis təĢkil edilmiĢ, Ģəhərin mühasirədən çıxarılması üçün lazımi tədbirlər görülməmiĢ, dinc 
əhalinin evakuasiyası təĢkil edilməmiĢ, ona görə də kütləvi qırğın baĢ vermiĢdir. 
Xocalı  Ģəhərinin  xəyanət  nəticəsində  qəsdən  düĢmənə  verilməsi  versiyası  üzrə  respublika  Milli 
Təhlükəsizlik  Nazirliyi,  Daxili  ĠĢlər  Nazirliyi  ilə  birgə  iĢ  aparılmıĢ,  onlara  konkret  əməliyyat  tapĢırıqları 
verilmiĢdir. Ġstintaq qrupu tərəfindən mümkün olan bütün istintaq-əməliyyat tədbirləri aparılmıĢdır. Ancaq hər 
hansı bir vəzifəli Ģəxsin və ya silahlı qüvvə komandirinin xəyanət etməsi faktı müəyyən edilməmiĢdir. 
Qeyd  etmək  lazımdır  ki,  istintaq  zamanı  ermənilər  tərəfindən  Ģəhərin  iĢğalı  vaxtı  əsir  götürülmüĢ  Əzizov 
Arif Qüdrət oğlu  və Məmmədov  Aydın Calal  oğlunun xəyanət  etmələri faktdır. Xocalı sakini  olan bu Ģəxslər 
əsirlikdə  olarkən  əsirlikdə  olan  azərbaycanlılar  arasında  Ģəhərin  müdafiəçilərini  ermənilərə  göstərərək  onların 
öldürülmələrinə  səbəb  olmuĢlar.  Bu  Ģəxslər  haqqında  Azərbaycan  Respublikası  CM-nin  17,94-cü  mad.  4,6-cı 
bəndləri ilə cinayət iĢi ayrılıb məhkəməyə göndərilmiĢdir. 
Müəyyən  edilmiĢdir  ki,  hələ  1988-ci  ildən  baĢlayaraq  respublika  rəhbərliyi  tərəfindən  Dağlıq  Qarabağ 
probleminin həllində böyük səhvlərə yol verilmiĢdir. Həmin vaxt Dağlıq Qarabağın  erməni icmasını vilayətdə 
partiya və  dövlət orqanlarında  məsul  vəzifələrdə iĢləyən  "liderləri"  demokratiya, aĢkarlıq Ģüarlarından istifadə 
edərək Dağlıq Qarabağın Ermənistana birləĢməsindən ötrü açıq fəaliyyətə baĢlamıĢdılar. Respublika rəhbərliyi 
isə  "demokratiyanı  boğmaq  olmaz"  pərdəsi  altında  açıq-aĢkar  kütləvi  informasiya  vasitələri  və  sair  yollarla 
respublikamızın  ərazi  bütövlüyünə,  dövlətçiliyinə  qarĢı  yönələn  cinayətkar  hərəkətlərə  qiymət  verməmiĢ, 
onların  qarĢısını  almaq  üçün  tədbirlər  görməmiĢdir.  Cəzasız  qaldıqlarından  ĢirnikləĢən  ermənilər  Dağlıq 
Qarabağın Ermənistan SSR-yə birləĢməsi qərarına gətirib çıxaran kütləvi aksiyalara baĢladılar və eyni zamanda 
Ermənistan SSR-də yaĢayan azərbaycanlı əhali min illik dədə-baba yurdlarından qovulmağa baĢlandı. 
1988-ci  ilin  martında  Ermənistandan  qovulub  Azərbaycana  gələn  ilk  qaçqınlar  əsasən  ġuĢa  və  Yuxarı 
Qarabağın  azərbaycanlılar  yaĢayan  digər  məntəqələrində  yerləĢdirilmiĢdilər.  Bundan  narahat  olan  ermənilər 
azərbaycanlıların  Ermənistandan  qovulmalarını  müvəqqəti  dayandırdılar.  Təcili  olaraq  Aslanyan  familiyalı, 
nazir  müavini  iĢləyən  bir  Ģəxsin  baĢçılığı  ilə  öz  emissarlarını  Dağlıq  Qarabağa  göndərdilər.  Onlar  Dağlıq 
Qarabağda  yerləĢmiĢ  azərbaycanlı  qaçqınları  geri  qaytarmaq  üçün  cəhd  göstərdilər,  çünki  Dağlıq  Qarabağda 
əhali nisbətinin azərbaycanlıların xeyrinə dəyiĢməsi erməni tərəfini qorxudurdu. 
Bu  vaxt  isə  Azərbaycan  rəhbərliyi  KP  MK-nın  I  katibi  Ə. Vəzirovun  baĢçılığı  altında  ġuĢa  və  Dağlıq 
Qarabağın  baĢqa  azərbaycanlılar  yaĢayan  məntəqələrdən  Ermənistandan  gələn  qaçqınların  çıxarılıb 
respublikanın  baĢqa  rayonlarında  yerləĢdirilməsi  üçün  geniĢ  fəaliyyətə  baĢladılar.  ġuĢa  Ģəhərinə  Mərkəzi 
Komitə  katibi  Orucov  göndərilmiĢ,  respublikanın  müxtəlif  rayonlarının  rəhbərləri  dəvət  edilmiĢ  və  qaçqınlar 
arasında  böyük  təbliğat  iĢi  aparıb,  onları  ġuĢa  və  DQ-nın  baĢqa  yaĢayıĢ  məntəqələrindən  çıxarmağa  nail 
olmuĢlar. 
Ġstintaq  belə  hesab  edir  ki,  həmin  vaxt  respublikaya  rəhbərlik  etmiĢ  Ə. Vəzirov  bu  hərəkətləri  ilə 
Azərbaycan xalqının mənafeyinə ağır zərbə vurmuĢdur. 
31  avqust  1991-ci  ildə  SSRĠ  Müdafiə  Naziri  ġapoĢnikov  Azərbaycan  Respublikası  Prezidenti  Mütəllibova 
məktubla  müraciət edib,  müttəfiq respublikalarda milli qvardiya və ya Müdafiə Nazirliyi yaratmaq təklifi irəli 
sürmüĢdür. 
Mərkəzin  bu  təĢəbbüsündən  sonra  respublika  prezidenti  334  N-li  5  sentyabr  1991-ci  il  tarixli  fərmanla 
Azərbaycan Respublikası Müdafiə Nazirliyi yaratmıĢ, müdafiə naziri vəzifəsinə BərĢadlı Valeh Əyyub oğlunu 
təyin etmiĢdir. 
Müdafiə  Nazirliyinin  yaranma  prosesinə  Azərbaycan  Xalq  Cəbhəsinin  əvvəlcə  BərĢadlının,  sonra  da 
T. Mehdiyevin  istefa  tələbi  ilə  keçirdiyi  piketlər  və  bu  piketlərin  təsiri  altında  tez-tez  müdafiə  nazirlərinin 
respublika prezidenti tərəfindən dəyiĢdirilməsi də olmuĢdur. 
Belə  ki,  V. BərĢadlı  05.09.91-ci  ildən  11.12.91-ci  ilə  kimi,  T. Mehdiyev  12.12.91-ci  ildən  11.02.92-ci  ilə 
kimi,  ġ. Musayev  11.02.92-ci  ildən  24.02.92-ci  ilə  kimi,  T. Əliyev  24.02.92-ci  ildən  07.03.92-ci  ilə  kimi 
müdafiə naziri iĢləmiĢlər. Altı ay ərzində dörd müdafiə nazirinin dəyiĢdirilməsi respublika silahlı qüvvələrinin 
yaradılmasına böyük ziyan vurmuĢdur. 
Üç  ay  gecikdirilmiĢ  çağırıĢ  həm  də  keyfiyyətsiz  keçirilmiĢdir.  Azərbaycanda  payız  çağırıĢı  üçün  hərbi 
hissələrə göndərilməsi planlaĢdırılmıĢ çağırıĢçıdan ancaq 5425 nəfəri ordu sıralarına aparılmıĢdır. 
Halbuki,  istintaq  zamanı  müəyyən  edilmiĢdir  ki,  respublikamızda  kifayət  qədər  çağırıĢçı  qəbul  edib, 
döyüĢçü hazırlamaq üçün baza olmuĢdur. 1991-ci ilin axırları, 1992-ci ilin əvvəllərində 4-cü Ordu hissələrindən 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
25 
qəbul edilən kazarmalardan baĢqa təkcə respublika idman-texniki və hərbi vətənpərvərlik könüllü cəmiyyətinin 
məktəbləri, yataqxanaları və sair binaları bazasında, cəmiyyətdə iĢləyən zabitlərin  köməyi  ilə 30 min  döyüĢçü 
hazırlamaq imkanı olmuĢdur. Eyni zamanda 1992-ci ilin yanvar-fevral aylarında T. Mehdiyevin, ġ. Musayevin 
əmrləri  ilə  onlarla  hərbi  hissələr  yaradılmıĢdır.  Bu  imkanların  heç  birindən  müdafiə  nazirliyi  rəhbərliyi 
tərəfindən istifadə edilməmiĢdir. 
Ġstintaqla müəyyən edilmiĢdir ki, müdafiə naziri V. BərĢadlının 19.11.91-ci il tarixli əmri ilə respublikanın 
Ermənistan  və  Dağlıq  Qarabağla  sərhəd  olan  22  rayonunda,  o  cümlədən  də  Xocalı  Ģəhərində  ərazi 
özünümüdafiə  batalyonları  yaradılmıĢdır.  Xocalı  Ģəhər  Özünümüdafiə  batalyonu  əsasən  Xocalı  əhalisindən 
təĢkil olunmuĢdur. Batalyonun komandiri Xocalı Ģəhər orta məktəbində hərbi təlim üzrə müəllim, ehtiyatda olan 
baĢ  leytenant  Hüseynov  Tofiq  Mirsiyab  oğlu  təyin  edilmiĢdir.  Batalyonun  Ģəxsi  heyəti  237  nəfər  zabit  və 
əsgərdən ibarət olmuĢdur. 
Müdafiə  Nazirliyi  tərəfindən  Xocalı  batalyonunda  44  ədəd  7,62  mm  kalibrli,  51  ədəd  5,45  mm  kalibrli 
AKM avtomatı, dörd ədəd əl pulemyotu, 2 ədəd qumbaraatan, 3 ədəd pistolet, 10 ədəd T03-8 markalı tüfəng və 
az miqdarda döyüĢ sursatı verilmiĢdir. Bundan baĢqa batalyonun əsgərlərində Ģəxsi hesaba alınmıĢ müxtəlif növ 
ov tüfəngləri və sair olmuĢdur. Bundan baĢqa batalyonda SSRĠ-nin daxili qoĢunlarında qalmıĢ bir ədəd BRDM, 
iki ədəd "alazan" qurğusu olmuĢdur. 
Xocalıdakı  batalyona  kömək  məqsədilə  21  dekabr  1991-ci  ildə  33  nəfərdən  ibarət  minaatan  batareyası 
göndərilmiĢ,  Ağdamda  onlardan  13  nəfəri  Umudlu  kəndinə,  qalanı  isə  Xocalı  Ģəhərinə  göndərilmiĢlər.  Faciə 
zamanı batareya 16 nəfər Ģəxsi heyətilə Xocalı müdafiəçiləri arasında olmuĢ, altı nəfəri qəhrəmancasına həlak 
olmuĢlar. 
1991-ci  ilin  noyabrında  keçmiĢ  SSRĠ  DĠN  qoĢunları  Dağlıq  Qarabağdan  çıxdıqdan  sonra  Xocalıya  quru 
yolla  gediĢ-gəliĢ  tam  kəsilmiĢdir.  Xocalı  ilə  əlaqə  ancaq  Zabrat  xüsusi  aviasiya  birliyi  "Azalaero"nun 
vertolyotları vasitəsilə həyata keçirilmiĢdir. 28.01.92-ci ildə Ağdam - ġuĢa marĢrutu ilə uçan vertolyot ermənilər 
tərəfindən vurulduqdan sonra, Xocalı Ģəhəri ilə vertolyot əlaqəsi də kəsilmiĢdir. 
28.01.92-ci ildə Xocalı soyqırımı baĢ verən günədək 13.02.92-ci ildə ancaq bir dəfə Xocalı Ģəhərinə MĠ-26 
markalı  nəqliyyat  vertolyotu  uçmuĢ  və  300  nəfərdən  çox  sakini  Xocalıdan  çıxarmıĢdır.  Bu  vertolyotu  MDB 
qoĢunlarının  Gəncədə  yerləĢən  vertolyot  eskadrilyasından  Qarabağ  zonası  üzrə  prezident  müvəkkilliyinin 
ayırdığı  100  min  manat  hesabına  almaq  mümkün  olmuĢdur.  Sonralar  da  vertolyot  eskadrilyasının  komandiri 
Zolotuxin  və  pilotlar  Zaqafqaziya  hərbi  dairəsinin  qadağanına  isnad  edərək  Xocalı  Ģəhərinə  vertolyot 
göndərilməsindən  imtina  etmiĢlər.  Bu  məsələ  ilə  əlaqədar  müraciət  edən  Ģəxslərə  isə  Zaqafqaziya  qoĢunları 
hərbi  dairənin  komandanın  müavini  Qrekov  və  baĢqa  yüksək  rütbəli  zabitlər  Azərbaycanın  MDB-yə  daxil 
olması lazım olduğuna iĢarə etmiĢlər. 
Müəyyən edilmiĢdir ki, Xocalının mühasirədə olması, əhalinin çıxılmaz vəziyyətə düĢməsi, Xocalı Ģəhərinin 
ermənilər  tərəfindən  iĢğal  olunacağının  labüd  olduğu  hamıya:  hakimiyyətdə,  eyni  zamanda  müxalifətdə  olan 
qüvvələrə məlum idi. Dağlıq Qarabağda hadisələrin inkiĢafı bunu göstərirdi. 
24.09.91-ci  ildə  keçmiĢ  Mardakert  rayonunun  Ġmarət  -  Qərvənd  kəndinin  iĢğalı  ilə  baĢlanğıcı  qoyulmuĢ, 
azərbaycanlıların Dağlıq Qarabağdan qovulub çıxarılması prosesi buna əyani sübutdur. 30.10.91-ci ildə Tuğ və 
Səlakətin kəndləri, 12.11.91-ci ildə  Axullu, 19.11.91-ci  ildə Xocavənd, 12.11.91-ci ildə Cəmilli  kəndləri  iĢğal 
olundu. 
10.02.92-ci  ildə  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  BaĢ  Komandanı  A. Mütəllibov  Qarabağ 
zonası  ərazisində  olan  silahlı  qüvvələrin  üzərində  vahid  komandanlıq  yaradılması  barədə  2  və  3  N-li  əmrlər 
verilmiĢdir. 
2  N-li  əmrlə  vahid  komandanlıq  Azərbaycan  Respublikası  Daxili  iĢlər  nazirinin  müavini,  Qarabağ  zonası 
üzrə Daxili ĠĢlər idarəsinin rəisi T. Əliyevə tapĢırılmıĢdır. Elə həmin tarixdə 2 N-li əmrə bir bənd artırılmıĢ 3 N-li 
əmr  prezident  tərəfindən  Ali  BaĢ  Komandan  kimi  imza  olunmuĢdur.  Bu  bənddə  Qarabağ  zonasına  daxil  olan 
ġuĢa Ģəhərinin müdafiəsi R. Qazıyevə həvalə edilmiĢdir. 
Bir  nəfərə  ciddi  məsuliyyət  tələb  edən  bir  neçə  vəzifənin  həvalə  edilməsi  göstərir  ki,  prezidentin  həmin 
vəzifələrin  lazımi  qaydada  yerinə  yetirilməsində  marağı  olmamıĢdır.  Xocalı  hadisələri  ərəfəsində  T. Əliyevi 
Bakıya  çağırıb  prezidentin  sərəncamında  saxlamaq,  sonra  isə  onu  müdafiə  naziri  təyin  etmək,  faktiki  olaraq 
Qarabağ zonasını vahid komandansız qoymaq idi. Bu hərəkətlə Ağdam və onun ətrafında olan silahlı qüvvələrin 
birləĢməsi, Xocalıda olan əhalinin mühasirədən çıxarılmasından ötrü əməliyyat keçirilməsi pozulmuĢ oldu. 
15  fevral  1992-ci  ildə  ġ. Musayev  F. Hacıyevə  Müdafiə  Naziri  əvəzi  və  baĢ  qərargah  rəisinin  səlahiyyətli 
nümayəndəsi  olması  barədə  vəsiqə  verib  onu  Ağdama  göndərmiĢdir.  Vəsiqə  F. Hacıyevə  qarĢıya  çıxan 
vəzifələri yerindəcə həll etmək hüququ vermiĢdir. 
Həmin gün Ağdama gələn F. Hacıyev Qarabağ zonası üzrə silahlı qüvvələrin vahid komandanı T. Əliyevin 
iĢ otağında oturmuĢ, giriĢ qapılarına Ģəxsi mühafizəsi üçün əli silahlı Ģəxslər təyin etmiĢdir. Ağdamda o, özünü 
prezident  tərəfindən  göndərilən  səlahiyyətli  nümayəndə,  bütün  silahlı  qüvvələrin  komandanı  elan  etmiĢdir. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
26 
Müdafiə  nazirliyi  tərəfindən  T. Əliyevin  sərəncamına  göndərilən,  hərbi  təhsilli  zabitlər  Ġ. Abdullayev  və 
T. Mehdiyevi  də  öz  tabeçiliyinə  keçirmiĢdir.  Xocalı  hadisələrinə  kimi  faktiki  olaraq  o,  Ağdam  rayonunda 
yerləĢən,  ətraf  rayonlardan,  Müdafiə  Nazirliyindən  göndərilən  silahlı  qüvvələrə  komandanlığı  ələ  keçirmiĢ, 
hərbi texnikaya sərəncamçılıq etmiĢdir. 
21,  22,  23,  24,  25  fevral  1992-ci  il  tarixlərdə,  hər  gün  F. Hacıyev  Xocalını  mühasirədən  çıxarmaq  üçün 
əməliyyatın baĢlama vaxtını təyin etmiĢ, hər dəfə də müxtəlif bəhanələr irəli sürərək əməliyyatın keçirilməsini 
Xocalı faciəsi baĢ verənədək baĢqa günə keçirmiĢdir. 
23.02.92-ci  il  tarixdə  "Qrad"  qurğuları  gizlətmək  adı  altında  Ağcabədi  aeroportuna  aparılmıĢdır.  Xocalı 
faciəsi baĢ verərkən "Qrad" qurğuları Ağdamda olmadığından hücum edən ermənilərə qarĢı həmin qurğulardan 
vaxtında istifadə etmək mümkün olmamıĢdır. 
25.02.92-ci  ildə  axĢam  saat  22  radələrində  erməni  quldurları  Xocalı  Ģəhərinə  hücum  edərkən  F. Hacıyev 
ġ. Mirzəyevin  batalyonunda  olmuĢ,  Xocalı  əhalisinin  qırğından  qurtarmaq  üçün  nə  o,  nə  də  ġ. Mirzəyevin 
batalyonu heç bir tədbir görməmiĢdir. 
Azərbaycan  Respublikası  DĠN  XTMD  RövĢən  Cavadovun  rəhbərliyi  ilə  Asif  Məhərrəmov,  Allahverdi 
Bağırov və Yaqub Rzayevin dəstələri Xocalı Ģəhərindən qırğından canlarını qurtarıb qaçan əhalini qarĢılamaq, 
onların  yolunu  ermənilərdən  təmizləmək  üçün  erməni  mövqelərinə  hücum  edib  döyüĢə  atılanda  F. Hacıyevin 
gizlədiyi  Müdafiə  Nazirliyinin  ġ. Mirzəyevin  komandiri  olduğu  batalyon  və  X. Xudiyevin  komandir  olduğu 
batalyon döyüĢə girməmiĢ, əmr gözləmiĢlər. Səlahiyyətlərinin alındığını bəhanə edən F. Hacıyev isə onlara heç 
bir əmr verməmiĢdir. 
F. Hacıyev  Xocalı  əhalisinin  gizli  yollarla  mühasirədən  çıxarılmasından  ötrü  Qarabağ  zonası  üzrə  milli 
təhlükəsizlik  idarəsi  tərəfindən  ona  təqdim  edilən  bələdçilərdən  istifadə  etməmiĢ,  əhalinin  itkisiz  çıxarılması 
imkanını əldən vermiĢdir. 
Ġstintaq  müəyyən  etmiĢdir ki, Xocalı  qırğınının  qarĢısının  vaxtında alınmaması səbəblərindən biri  də səhv 
kadr siyasəti nəticəsində hadisələr ərəfəsində Ağdamda sabitliyin pozulması olmuĢdur. 
1991-ci  ilin  payızından  baĢlayaraq  Dağlıq  Qarabağdan  kütləvi  surətdə  qovulan  azərbaycanlılar  əsasən 
Ağdam  Ģəhərinə  pənah  gətirirdilər.  12  fevral  1992-ci  ildə  Malıbəyli,  QuĢçular  kimi  çoxminli  əhalisi  olan 
kəndlərin,  15.02.92-ci  ildə  isə  çoxlu  insan  qırğını  ilə  Qaradağlı  kəndinin  iĢğalı  Ağdamda  partlayıĢ  həddinə 
çatmıĢ  vəziyyəti  daha  da  kəskinləĢdirirdi.  On  minlərlə  qaçqın  gündəlik  olaraq  Ağdam  Ģəhərinin  mərkəzi 
meydanında  mitinqlər  keçirirdi.  Qaçqınlar  əhalinin  təhlükəsizliyinin  təmin  edilməsi  tələbi  ilə  Qarabağ  zonası 
üzrə daxili iĢlər idarəsinin binasına basqın edib, pəncərə ĢüĢələrini sındırmıĢ, telefon xətlərini qırmıĢdılar. Belə 
bir  vəziyyətdə  respublika  DĠN  18.02.92-ci  il  tarixli  əmri  ilə  Ağdam  rayon  DĠġ-nin  rəisi  Ġslah  PaĢayev 
vəzifəsindən  azad  edilmiĢ,  onun  yerinə  təyin  edilmiĢ  RəĢid  Məmmədov  vəzifəsinin  icrasına  25.02.92-ci  ildə 
baĢlamıĢdır. Respublika prezidentinin 21 fevral 1992-ci il tarixli fərmanı ilə Ağdam rayon icra hakimiyyətinin 
baĢçısı Səyyaf Verdiyev vəzifəsindən azad olunmuĢdur. 
Respublika  rəhbərliyi  Ağdam  rayonunda  olan  kadr  dəyiĢikliyini  rayon  ağsaqqallarının  müraciəti  ilə 
əsaslandırırdılar. 
Ġstintaq isə müəyyən etmiĢdir ki, respublika prezidenti A. Mütəllibov Ağdam rayon icra hakimiyyəti baĢçısı 
S. Verdiyevin  yerinə  müvafiq  bir  adam  tapmağı  Bakı  Ģəhəri  icra  hakimiyyəti  baĢçısı  R. Ağayevə  tapĢırmıĢdır. 
R. Ağayev bu iĢi Ağdamla əlaqəsi olmayan Bakı Ģəhəri DĠN-nin rəisi Bəxtiyarova həvalə edir. Bəxtiyarov isə öz 
növbəsində əslən  Ağdamlı  olub, uzun  müddət  Ağdamdan ayrılıb  Bakıda yaĢayan  iki rayon  daxili  iĢlər idarəsi 
rəislərinə  tapĢırır.  Onların  təqdim  etdikləri  Ağdam  rayon  tədarük  kontorunun  müdiri  K. Axundov  icra 
hakimiyyəti baĢçısı təyin edilir. 
Nəticədə  Xocalı  hadisələri  ərəfəsində  regionda  ən  çox  silahlı  qüvvəsi,  silahla  daha  yaxĢı  təchiz  edilmiĢ 
Ağdam  rayon  daxili  iĢlər  Ģöbəsi  rəissiz  qalır.  Eləcə  də  icra  hakimiyyətində  qeydiyyatdan  keçmiĢ  bir  neçə 
könüllülər  dəstəsi  və  sair  qüvvələri  olan  Ağdam  rayonunda  birləĢdirici,  rəhbərlikedici  rol  oynayan,  bütün 
rayonun qüvvələrini ayağa qaldırıb düĢmənə qarĢı yönəltməli olan icra hakimiyyəti baĢçısız idi. Çünki, köhnəsi 
getmiĢdi, yenisi isə iki-üç gün ərzində ancaq iĢlə tanıĢ ola bilərdi. 
Ağdamda sabitliyin pozulmasında rayonun daĢ karxanasının direktoru iĢləyən, Ali Sovetin deputatı Qasım 
Kərimov  müəyyən  mənfi  rol  oynamıĢdır.  O,  17  fevral  1992-ci  ildə  Ağdam  Ģəhərinin  mərkəzi  meydanında 
keçirilən minlərlə adamın iĢtirak etdiyi mitinqdə çıxıĢ edərək rayon rəhbərliyini bacarıqsızlıqda təqsirləndirmiĢ, 
Ağdam rayon DĠN-nin rəisi Ġ. PaĢayevin bir sutka ərzində rayonu tərk etməsini tələb etmiĢ və silahlı qüvvələrə 
komandanlığı öz üzərinə götürdüyünü, qərargahının Qaraağacı qəbiristanlığında yerləĢdiyini elan etmiĢdir. 
Belə özbaĢınalıq halları Xocalı hadisələri ərəfəsində tam hakimiyyətsizliyə gətirib çıxarmıĢ, təxribatlar baĢ 
alıb getmiĢ, hakimiyyət orqanlarının fəaliyyəti pozulmuĢdur. 
24  fevral  1992-ci  ildə  saat  22  radələrində  Ağdam  -  Əsgəran  yolu  ilə  Xramort  kəndinə  kəĢfiyyata  gedən 
xüsusi  təyinatlı  milis  dəstəsi  ilə  "Qarabağ  Ģahinləri"  könüllülər  dəstəsindən  13  döyüĢçü  ZĠL-131  markalı  yük 
maĢınında  naməlum  səbəbdən  qəzaya  uğramıĢlar.  DöyüĢçülərdən  üç  nəfəri  partlayıĢ  nəticəsində  ağır  bədən 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
27 
xəsarəti  almıĢ,  onların  qıçları  kəsilib  ömürlük  Ģikəst  olmuĢlar,  qalanları  isə  müxtəlif  dərəcəli  bədən  xəsarəti 
almıĢlar. 
Belə bir ağır cinayət hadisəsi silahlı qüvvələrimizin nəzarəti altında olan ərazidə baĢ verməsinə baxmayaraq, 
nə  Ağdam  rayon  DĠN-də,  nə  də  Qarabağ  zonası  DĠN-də  qeydiyyatdan  keçirilməmiĢdir.  Təxribatı  törədən 
Ģəxslərin müəyyən edilməsindən ötrü əməliyyat və istintaq iĢi təĢkil edilməmiĢdir. 
23-26.02.92-ci  il tarixdə  Ağdam rayonu ərazisində  yerləĢən  Uzundərə hərbi sursat anbarının  və  mühəndis-
istehkamçı  batalyonunun  əmlakı  zəbt  edilmiĢ,  ancaq  respublika  müdafiə  nazirliyinə  təhvil  verilməsi 
gecikdirilmiĢ, döyüĢ sursatı və çox qiymətli hərbi əmlakın çox hissəsi heç bir qeydiyyatdan keçən və keçməyən 
silahlı  dəstələrə,  ətraf  rayonların  icra  hakimiyyəti  baĢçılarının  nümayəndələrinə  paylanmıĢdır.  Bu  faktlar  da 
Ağdamda hökm sürən hərc-mərcliyə, hakimiyyətsizliyə əyani sübutdur. 
Ġstintaq  zamanı  tam  sübuta  yetirilmiĢdir  ki,  15-25.02.92-ci  il  tarixlərdə  Xocalı  əhalisinin  mühasirədən 
itkisiz, hava yolu ilə vertolyotlar vasitəsilə çıxarmaq üçün daxili imkan var idi. 
Müəyyən edilmiĢdir ki, respublika müdafiə nazirini əvəz edən BaĢ qərargah rəisi ġ. Musayevin bilavasitə öz 
tabeçiliyində 8 ədəd MĠ-24 markalı hərbi vertolyot olmuĢdur. Bu vertolyotlar 01.02.92-ci ildən baĢlayaraq MDB 
qoĢunları  13-cü  hava  hücumundan  müdafiə  ordusunun  Səngəçal  qəsəbəsində  yerləĢən  hərbi  hissəsindən 
pilotlarla olan razılığa əsasən Zabrat aeroportuna gətirilmiĢdir. 15.02.92-ci il vəziyyətinə bu 8 vertolyot uçuĢa 
hazır vəziyyətdə olmuĢlar. 4 vertolyotun ekipajı Tuvayev, ġvaryev, Karlov və s. MDB qoĢunlarından respublika 
Müdafiə  Nazirliyinə  hərbi  xidmətə  qəbul  edilmiĢ  təcrübəli,  Əfqanıstan  müharibəsində  iĢtirak  etmiĢ  pilotlar 
olmuĢdur.  Onların  rəhbərliyi  altında  "Azalaero"nun  mülki  vertolyotlarını  idarə  edən  pilotlar  da  hərbi 
vertolyotlarda uçuĢ məĢqlər keçirdi. 
Ġstintaqla  müəyyən  edilmiĢdir  ki,  hərbi  vertolyotlarda  Ağdamla  Xocalı  arasında  uçuĢ  məsafəsi  az 
olduğundan yanacağı az götürmək hesabına 10-12 sərniĢin daĢımaq imkanı olmuĢdur. 
Bundan  baĢqa  müəyyən  edilmiĢdir  ki,  Xocalı  hadisələri  ərəfəsində  "Azalaero"  aviaĢirkətin  sərəncamında 
onlarla sərniĢin  daĢıyan MĠ-8  markalı  vertolyotlar uçuĢa hazır vəziyyətdə  olmuĢlar. Doğrudur 28.01.92-ci ildə 
ġuĢaya uçan vertolyotlar ermənilər tərəfindən  vurulduqdan sonra mülki  vertolyotlarla uçuĢlar dayandırılmıĢdı. 
Ancaq hərbi vertolyotların müĢayiəti ilə sərniĢin vertolyotlarının uçuĢunu təmin etmək mümkün idi. 
Belə bir imkanın olması Xocalı faciəsindən sonra öz təsdiqini tapdı. 26-28 fevral 1992-ci il tarixlərdə hərbi 
vertolyotların  müĢayiəti ilə  mülki  vertolyotlarla Xocalı Ģəhərinin ətrafından  meyitlərin, yaralıların çıxarılması, 
ermənilərin  mühasirəsində  olan  Umudlu  kəndindən  əhalinin  eyni  qayda  ilə  çıxarılması  bu  nəticəni  tamamilə 
təsdiq edir. 
Ġstintaqla  müəyyən  edilmiĢdir  ki,  Xocalı  Ģəhərinin  əhalisinin  evakuasiyası  barədə  qərar  hökumət 
səviyyəsində  qəbul  edilməli  idi.  Respublikamızda  qüvvədə  olan  keçmiĢ  SSRĠ  Mülki  Müdafiə  Qərargahının 
1986-cı il DNQO-OO14 nömrəli direktivinə görə hər hansı bir yaĢayıĢ məntəqəsinin evakuasiyası barədə qərar 
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilməli idi. 
 
Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin