19 may, 1783-cü ildə knyaz Q.A. Potyomkinin
II Yekaterinaya məktubundan
Xocalı Ģəhəri Xankəndi Ģəhərindən 10 km Ģimal Ģərqdə, Qarabağ (Qırxqız — 2827 m) dağ silsiləsindədir.
Əhalisi üzümçülük, əkinçilik, heyvandarlıq və arıçılıqla məĢğul olurdu. 2 orta məktəb, 2 natamam orta məktəb,
mədəniyyət evi, kitabxana, klub, tibb məntəqəsi var idi. Xocalı rayonunun əhalisi 11550 (1998-ci ilin statistik
məlumatı) nəfərdi.
Memarlıq abidələrindən türbə (XIV əsr), dairəvi türbə (1356-1357-ci illər), ətrafında son tunc və ilk dəmir
dövrünə aid Nekropol, Kurqan çölü və s. var. Miladdan əvvəl XIII—VII əsrlərə aid Xocalı—Gədəbəy ilk
mədəniyyət abidələri Xocalı kəndinin yaxınlığındadır.
Xocalı qəbiristanlıqları Xocalı kəndi ərazisində son tunc və ilk dəmir dövrünə aid (miladdan əvvəl XIII—
VII əsrlər) arxeoloji abidə XIX əsrin sonunda aĢkar edilmiĢdir: daĢ qutu və Kurqanlardan ibarətdir. Tədqiqatlar
nəticəsində aĢkar olunmuĢdur ki, Xocalı qəbiristanlığındakı beĢ növ Kurqanlar (qəbirlər) azərbaycanlılara
məxsusdur.
1-ci növ qəbirlər: Düzbucaqlı tiplidir və 1,5 m dərinliyə, 2,5 m uzunluğa malik olan belə qəbirlər iri
daĢlarla tikilirmiĢ. Dəfn edilənin baĢ tərəfində xəncər, qılınc, kürz kimi silahlar qoyulurdu.
2-ci növ qəbirlər (m.ə. 50—40-cı illər): daĢ qəbirlərin sıradan çıxması ilə əlaqədar dəfn edilənləri böyük
və kiçik küplərdə çay sahillərində olan yamaclarda yerin səthindən 2,5 m-dən 3 metrə qədər dərinlikdə
basdırırdılar. Belə qəbirlər qazıntılar zamanı Qar-qar, Xocalı, Hilis çaylarının sağ və sol sahillərindən
tapılmıĢdır.
3-cü növ qəbirlər (eramızın 137—191-ci illər): Bu qəbirlər yamacların yuxarısından 1 m dərinliyində
qazılmıĢ küplərin maili formada basdırılması ilə səciyyələnir. Belə qəbirlər əsasən Xocalı-Kurqan
qəbiristanlığında üzə çıxırdı və s.
Müxtəlif tipli saxsı qablar, silahlar: qılınc, xəncər, nizə, ox ucluğu, balta, təbərzin, qızıl, tunc, balıqqulağı,
ətiq, ĢüĢə, pasta və sairədən hazırlanan bəzək əĢyaları, tunc əmək alətləri və at əsləhləri aĢkar edilmiĢdir.
Qədim Qarabağın sakinlərinin qəbirüstü daĢları bütün Azərbaycan üçün mühüm olan tipləri özündə
saxlamıĢdır. Xocalıda səkkizguĢəli kümbəzin yanında yonulmuĢ, böyük, sal daĢlar var idi. Bu daĢlar bayquĢ,
yəhər və nəhrə formalıdırlar. Ancaq onların üzərində heç bir yazı yox idi. Bu da onu göstərir ki, hələ o zamanlar
yazı meydana çıxmamıĢdı. Nehrə Ģəkilli daĢlar qadının, yəhər Ģəkilli daĢlar kiĢinin, bayquĢ Ģəkilli daĢlar isə Ģər
qüvvələrin nümunəsi kimi verilmiĢdir. Bəzi daĢların üzərində isə ərəb qrafikası ilə yazılara təsadüf olunurdu.
Dini məzmun daĢıyan obyektlərimizdən biri də "Övliya"dır. "Övliya" — "ocaq", "müqəddəs yer", "pir"
deməkdir. Azərbaycanda məĢhur mövlanaların, Ģeyxlərin, loğmanların qəbirləri "Övliya" adlanır. Belə
"övliya"lardan Türkmənistanda da vardır. Bununla əlaqədar olaraq Övliyaboyu oba, Övliyayap coğrafi adları
əmələ gəlmiĢdir. 8 guĢəli kümbəzin içində olan qəbir övliyalardan birinin qəbri olmasına əsas verir.
Türkmənistanda "Xoca" sözü müqəddəs hesab olunduğundan onun əsasında 35 toponim yaranmıĢdır.
Xoca sözünə "arx", "qaynar", "qaya", "dağ", "su" "tapmaz" və s. sözləri qoĢulmaqla yeni toponimlər
yaranmıĢdır. Azərbaycanda "Xoca" Ģəxs adı olmaqla yanaĢı, ondan bir neçə toponim də yaranmıĢdır (Xocalı və
s.). Ağcabədi rayonunda Xocavənd, Xaçmaz rayonunda Xucalı kimi adlar da bu qəbildəndir.
Xocalıda basdırılmıĢ, sonradan üzə çıxmıĢ tarixi əĢyaların tayı-bərabəri yoxdur. Əntiq, qiymətli daĢ-qaĢ,
muncuq, mixi xətt, mixi yazılar çar Adadnirarinin (Adadnirari Assur hökmdarı olub, miladdan əvvəl (807—
788) adı ilə sıx bağlıdır. Bu daĢ yaddaĢlar göstərir ki, Xocalı qədim Ģəhər olmaqla cənub ölkələri ilə sıx əlaqədə
olmuĢdur. Qədim Xocalı qəbiristanlığının 11№-li Kurqanından tapılmıĢ əntiq muncuğun üstündə Assuriya çarı
Adadnirariyə aid mixi yazı, o cümlədən emal olunmuĢ saxsı qablar, pasta və ĢüĢədən muncuqlar, qızıldan bəzək
əĢyaları, silindrik möhür və s. yerli əhalinin Yaxın ġərq ölkələri ilə sıx iqtisadi-mədəni əlaqələrini göstərir.
Avropa, Asiya və Amerikada da Xocalı abidələrinin əks təsiri özünü göstərmiĢdir. ġərq və Qərb ölkələrinin
tarixi bu mədəniyyətin dəst-xəttini özündə yaĢatmıĢdır.
"Miladdan əvvəl 2-ci minilliyin sonunda və 1-ci minilliyin əvvəlində regionun daha inkiĢaf etmiĢ,
qabaqcıl vilayətlərinin və ona qonĢu olan ərazilərin inkiĢaf səviyyəsini səciyyələndirən baĢlıca materiallar
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
18
Naxçıvanda, Dağlıq Qarabağda (əsasən Xocalıda — Q.Q.), Mingəçevirdə, TalıĢda, Xurvində, Marlikdə,
Həsənlidə və s. ərazilərdə tapılmıĢdır.
ġübhəsizdir ki, ġimali Azərbaycan vilayətlərində əsas əhali ġimali-ġərqi Qafqaz ailəsi dillərində danıĢan
tayfalardan və tayfa birləĢmələrindən ibarət idi. Burada məskunlaĢmıĢ etnik birlikləri (qohum olan) əks etdirən
iri tayfalar özlərini Xocalı-Gədəbəy, TalıĢ-Muğan, Qayakənd-Xoroçoy mədəniyyətlərinin daĢıyıcıları kimi
büruzə verirdi. Qeyd etmək lazımdır ki, bu dövrün Cənubi Qafqazın mərkəzi və Ģərq hissəsindəki arxeoloji
mədəniyyətləri bir-birinə yaxın idi və Cənubi Qafqazın qərbindəki sinxron mədəniyyətdən kəskin surətdə
fərqlənirdi. Bu fakt ġimal-ġərqi Qafqaz dillərinin daĢıyıcılarının bir hissəsi əsasında protoalban tayfa ittifaqının
təĢəkkülündən xəbər verir". ("Azərbaycan tarixi, ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər". 1993-cü il,
s.43—44).
"Dəmir dövrünə aid üçüncü növ Kurqanlar daĢdan tökülmüĢdür. Bu növ Kurqanların ən yaxĢı
nümunələrindən biri (11№-li Kurqan) E. Relser tərəfindən Xocalı qəbiristanlığında tədqiq edilmiĢdir.
Kurqanaltı daĢ qutu qəbirdə bir nəfər adam skeleti olmuĢdur. Qəbrin üstü iri daĢ lövhə ilə örtülmüĢdür. Buradan
çoxlu gil qablar, tunc quĢ fiquru, daĢ asması, bıçaq, iki ədəd üzük, qızıl muncuğun hissəsi, üzəri bəzəkli qızıl
lövhə və əqiqdən muncuqlar tapılmıĢdır.
Əqiqdən hazırlanmıĢ muncuğun üzərində Assur çarı Adadnirarinin adı yazılmıĢdır. DaĢ qutularda dəfn
etmə adəti Azərbaycanda uzun müddət davam etmiĢdir. Buna görə də tədqiqatçılar həmin abidələri ilk dəmir
dövrünə aid edirlər." (RəĢid GöyüĢov: "Azərbaycan arxeologiyası" Bakı, 1986).
Xocalı-Gədəbəy mədəniyyəti Azərbaycan respublikasında Kiçik Qafqazın dağətəyi rayonlarında, Kür-
Araz çayları arasında, ġərqi Gürcüstan və Ermənistanda son tunc və ilk dəmir dövrlərinə (m.ə. VIII—VII əsrlər)
aid arxeoloji mədəniyyət, Xocalı-Gədəbəy rayonunda ilk dəfə tədqiq olunmuĢ abidələrin adı ilə adlandırılmıĢdır.
Xocalı-Gədəbəy mədəniyyəti abidələri, yaĢayıĢ yerləri, emalatxanalar, qəbirlərdən və ibadətgahlardan ibarətdir.
Mədəniyyətin yayıldığı ərazilərdə misəritmə kürələri (Mingəçevir), mis tunc məmulatları hazırlayan emalatxana
(Topal Həsənli) qalıqları, çaxmaq daĢından alət və silahların istehsal tullantıları aĢkar edilmiĢdir.
Xocalı mədəniyyətinin son dövründə dəmir alət və silahlar, nizə, bıçaq, xəncər və s. meydana gəlmiĢdir.
Əhali əkinçilik, maldarlıq, bağçılıq, ovçuluq, sənətkarlıq və dulusçuluqla məĢğul olub, oturaq həyat keçirmiĢlər.
Qazıntılar zamanı tapılmıĢ bəzi əĢyalar bu ərazidə zərgərliyin də geniĢ inkiĢafına dəlalət edir. Xocalı-Gədəbəy
mədəniyyəti onun əhalisinin Zaqafqaziyanın müasir xalqlarının uzaq əcdadları olmasını güman etməyə əsas
verir.
Tədqiqatçılar Azərbaycanın Naxçıvan, Gəncə-Qazax, Mil-Qarabağ (Xocalı — Q.Q.) və s. kimi
ərazilərində tapılmıĢ boyalı qabların orta tunc dövründən baĢlayaraq, ilk dəmir dövrünədək dörd inkiĢaf
mərhələsini keçdiyini qeyd edirlər.
Birinci mərhələ: miladdan əvvəl XX—XVI əsrləri əhatə edir. Çox səliqə ilə naxıĢlanmıĢ monoxrom
boyalı qablar bu dövr üçün səciyyəvidir.
Ġkinci mərhələ (m.ə. XVII—XV əsrlər): insan, heyvan, quĢ rəsmləri incə bəzədilmiĢ polixrom naxıĢlı kuzə
və cam formalı qablarla səciyyəvidir.
Üçüncü inkiĢaf mərhələsi (m.ə. XIV—XI əsrlər): səliqəsiz naxıĢlanmıĢ polixrom və monoxrom boyalı
qablar — küpə, ellipsvarı camlar, çaynikvari qablar, boĢqablar, vazlar və s. səciyyəvidir.
Dördüncü mərhələ (m.ə. X—VIII əsrlər): həndəsi motivdə, yalnız qırmızı rənglə naxıĢlanmıĢ boyalı
qablar səciyyəvidir.
Xocalı-Kurqan qəbirlərində daĢ qutu qəbirlərdə ölülər bükülü halda uzadılmıĢ, bəzən oturdulmuĢ (və ya
yandırıb külünü) vəziyyətdə dəfn edildiyi aĢkar olunmuĢdur.
Bu qəbirlərdə qazan, bardaq, saxsı qablar, cilov, kəmər dəsti, ov və mifoloji səhnə bəzəkləri, sümükdən
bəzək əĢyaları, dulus çarxında gildən piyalə, bardaq, sərnic, nəhrə, süzgəc və s. aĢkar edilmiĢdir.
"Qafqaz Albaniyasının yaĢayıĢ yerlərinin və qəbir abidələrinin öyrənilməsi ölkənin təsərrüfat həyatı, dini
ideologiyası haqqında bəzi ümumi nəticəyə gəlməyə imkan verir. M.ə. 1-ci minilliyin 2-ci yarısında ölkədə
əkinçilik yüksək inkiĢaf mərhələsinə çatmıĢdı. Qazıntılar zamanı aĢkar edilmiĢ arpa, buğda, darı qalıqları, ağac
vəllər, daĢ təknələr, novçalar, dəmir gavahın kimi dövri abidələr qədim Albaniya əhalisinin əkinçiliklə bərabər
maldarlıqla da məĢğul olmasına dəlalət edir. Xocalıda üzə çıxan kərpicdən tikilmiĢ su quyularının qalıqları da
həmin ərazidə yaĢayan əhalinin suvarma ilə məĢğul olmasını bildirir.
Xocalıda daĢ qutu və küp qəbirlər də aĢkara çıxarılmıĢdır. Bu qəbirlər əntiq dövrü və ilk orta əsr
katakombaları dövrünü əhatə edir. Bu katakombalar quruluĢca eynidir. Bunlar bir, bəzən isə iki kameralardan
ibarət olub, əksəriyyətində cüt skeletlər aĢkar olunmuĢdur. Ölü qəbirə qoyulduqdan sonra (bu qəbirlərin
hündürlüyü 0,9—1,7 m, eni 1,5—3 m, dərinliyi yer səthindən 3,5—3,6 m olublar) qəbirin ağzı daĢla və ya
kərpiclə hörülmüĢdür. Belə küp qəbirlərə ən çox Azərbaycanda təsadüf olunur.
Azərbaycanda xristianlığa qədər dini təsəvvürlər sistemində insanların ilahiləĢdirdikləri təbii obyektlərdən
biri daĢdır. DaĢın insan həyatında oynadığı əsas rola görə ona etiqad yaranmıĢdır".
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
19
"Ġbtidai cəmiyyətdə insanların hər Ģeyə canlı kimi baxıb, onlarda ruhun olmasına dair yaratdıqları dini
görüĢlər sistemi animizmin (animizm — latın sözüdür, "animika" ruh, can deməkdir) adlanır.
DaĢa, ağaca və baĢqa əĢyaların müqəddəsliyinə inam bu gün də Azərbaycanda qalmaqdadır. Suya, oda
inam da animizmin baĢqa bir təzahürüdür. Məsələn, "od haqqı", "isti zindan haqqı", "su haqqı", "ocaq haqqı"
kimi andiçmələr qədim azərbaycanlıların inanclarından bu günümüzə kimi gəlmiĢ və atəĢpərəstliklə əlaqədardır.
Xocalıda "Cahan ocağı", deyilən müqəddəs ocağın qədim inanclarımızın kökünə bağlı olduğunu da qeyd
etməliyik.
Xocalı abidələrinin bir qismini siklop (siklop yunancadan KUK-LORS — təpəgöz deməkdir. Qədim
Yunan əsatirlərində alnın ortasında gözü olan nəhəng varlıqlara deyilir. Ġri, böyük mənasında iĢlənir) tikililəri
təĢkil edir. Həmin siklop tikililərin qalıqları əsasən Xocalı Ģəhərinin çayqırağı və yüksək sahələrdə qazıntılar
zamanı üzə çıxmıĢdır. Bəzən arakəsmələrdən ibarət olan uzunluğu 17—18 metr, eni 8—10 metr və bu cür
tikililər bir neçə hissəyə bölünmüĢdür. Bu tikililərin içərisində ərzaq saxlamaq üçün quyu qazılır, yaxud da
təsərrüfat küpləri basdırılırdı. Divarları yonulmuĢ sal daĢlardan olan belə tikililərin hündürlüyü 3—3,5 metrə
çatırdı.
Siklop tikililərini tədqiq etmiĢ alimlərə məlum olmuĢdur ki, bu abidələr əsasən m.ə. II minillikdə və I
minilliyin əvvəllərində olmuĢdur.
Son tunc dövrü üçün Xocalı-Gədəbəy, Naxçıvan, TalıĢ-Muğan arxeoloji mədəniyyətləri səciyyəvidir.
Yastı tiyəli naxıĢlarla bəzədilmiĢ xəncərlər Qızılvəng, TalıĢ, Xocalı-Gədəbəy, Mingəçevir və baĢqa yerlərdən
tapılan xəncərlərə çox oxĢardır. Qırmızı rəngli saxsı qablar Naxçıvan, Xocalı-Gədəbəy mədəniyyətinin qabları
ilə eynidir.
Xocalıda 5№-li Kurqandan aĢkar edilmiĢ gil qabın qulpu üzərində buğda dənələri təsvir edilmiĢdir.
Tədqiqatlardan məlum olur ki, 3—4 min il bundan əvvəl qədim Qarabağın sakinləri — indiki azərbaycanlılar
əkinçiliklə məĢğul olmuĢlar.
Qədim Xocalı abidələrinin tədqiqi zamanı məlum olur ki, ağır-lığı 10 tona qədər olan uzun daĢlar daha
çox üstünlük təĢkil edirlər. Xocalıda torpaqdan tökülmüĢ oval Ģəkilli, hündürlüyü 2 metrə qədər, diametri 12
metrdən çox olan Kurqanlar diqqəti daha çox cəlb edirdi. Bu Kurqanların bir neçəsi qum və daĢ qarıĢığından
ibarət idi.
Xocalıdan tapılan qırxım qayçıları, ucu ĢiĢ itilənmiĢ bıçaqlar və s. metaldan hazırlanmıĢ əĢyalar onu
göstərir ki, Xocalı Qafqaz Albaniyasında ən qədim yaĢayıĢ məskəni olmuĢdur və hələ qədimdən dünyanın
mədəniyyət mərkəzlərindən biri olmuĢdur. Xocalıdan adi qazıntılar zamanı tapılan saxsı qabların sayı-hesabı
yox idi.
Tədqiqatçılar Xocalı-Gədəbəy mədəniyyətinin üç inkiĢaf mərhələsinin keçdiyini müəyyən etmiĢlər. Ġlk
mərhələ m.ə. XIII—XI, ikinci mərhələ XI—IX, son mərhələ IX—VII əsrlərə aid edilir.
Xocalı abidələri Azərbaycan alimləri tərəfindən 1920-ci ildən tədqiq edilməyə baĢlanmıĢdır.
Ə. ƏIəkbərov bu abidələr kompleksini Azərbaycan abidələri haqqında təsəvvür əldə etmək üçün açar
adlandırmıĢdır. Eyni zamanda bu abidələr alman arxeoloqu E. Resler, rus ĢərqĢünası M. Xanıkov, ingilis
F. Beyer, fransız A. Berje və baĢqaları tərəfindən tədqiq edilmiĢ, Xocalıdan əldə etdikləri tarixi əĢyaları öz
ölkələrinə apararaq ayrı-ayrı muzeylərin eksponatlarını zənginləĢdirmiĢdilər.
Əfsuslar olsun ki, Xocalının mədəni, tarixi tapıntıları dünya muzeylərini — (Paris, Almaniya, London,
Sankt-Peterburq) bəzədiyi halda, bizim muzeylərdə bu əntiq tapıntılara rast gəlmirik. Sovet dövründə bu
tapıntılar Ermənistana daĢınıb aparılmıĢdır.
Bu bizim laqeydliyimizin, tariximizə biganəliyimizin acı nəticələridir. Tarixi məxəzlərə ciddi-cəhdlə
giriĢsək də tarixĢünaslığımızda Xocalı-Qarabağ mədəniyyət abidələri haqqında çox az mənbəyə rast gəldik.
Belə bir maraqlı sual meydana çıxır. Nə üçün biz tariximizə, ulu keçmiĢimizə belə laqeyd münasibət
bəsləmiĢik? Nə üçün biz də sovetlər birliyinin tərkibində baĢqa xalqlar kimi mənəvi dəyərləri-mizi qoruyub
saxlaya bilməmiĢik? Bunun ən böyük səbəblərindən biri də "beynəlmiləlçilik" azarına tutulmağımız olmuĢdur.
Bir də cəfəng "Elmi ateizm" və "Elmi kommunizm" xülyalarına uyuyub, tarixi yaddaĢımıza laqeydliyimizdən
irəli gəlmiĢdir. Bununla da mənəvi dəyərlərimizə ağır, sarsıdıcı zərbələr vurulmuĢdur. Ġndi isə o zərbələrin
ağrılarını çəkməyə məcbur olmuĢuq.
Qasım Qırxqızlı .
Əsrin faciəsi - Xocalı. Bakı: 1999,
S.17-23.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
20
Azərbaycandakı Xocalı soyqırımı
1992-ci ilin 26 fevralı... 7 mindən çox əhalisi olan Azərbaycanın XOCALI Ģəhərində erməni ordusu
xüsusi amansızlıqla və düĢünülmüĢ Ģəkildə qırğın törətdi. Ermənilərin indiyə qədər törətdiyi qətllərdən və
yanğınlardan fərqli olaraq, daha böyük vəhĢiliklə mülki əhalidən 613 nəfər iĢgəncə ilə öldürüldü ki, onun 63-ü
körpələr idi. 25 uĢaq tam valideynsiz qaldı. 487 adam yaralandı. 1275 azəri əsir götürüldü. 150 adam itkin
düĢdü. Erməni silahlı birləĢmələrinin Xocalıya hücumu və qətliamı həm də geostrateji məqsəd daĢıyırdı. 7000
əhalisi olan bu Ģəhər Dağlıq Qarabağın paytaxtı Xankəndindən (ermənilərin Stepanakert adlandırdıqları
Ģəhərdən) 10 km cənubda yerləĢirdi. Qarabağ dağlarından AĞDAM-ġUġA və ƏSGƏRAN - XANKƏNDĠ
yolundakı yeganə hava limanı da Xocalı ərazisində idi. Həm də ermənilərin yerlə-yeksan etdikləri bu ərazidə
maddi-mədəni abidələrin qalması sabah bu torpaqların daimi sakinlərinin ermənilər olduğu fikrini inkar edən
təkzibedilməz fakt olacaqdı. Bu dəhĢətli qətllərin müəllifi ermənilərdir.
(ŞAHİD - Xocalı sakininin dediklərindən)
Bu, mənim nəvəmdir. Qızımı öldürdülər, ərini öldürdülər, iki qız nəvəmi də öldürdülər. Bu iki nəvəmlə
məni ölümdən bizimkilər güclə qurtardılar. Qızımın ərini ağaca bağlayıb hissə - hissə yandırdılar. Döyə-döyə,
benzin töküb yandırırdılar. 9 yaĢlı qız nəvəm erməninin ayaqlarmı qucaqlayıb yalvardı ki, anamı, bacılarımı
öldürün, atamı öldürməyin. Ayağını öpdü, yalvardı... Erməni onu ayağı ilə vurub itələdi, sonra atasının baĢına
benzin töküb tamam yandırdı.
Bəli... Ölənlər azərbaycanlılar, öldürənlər isə ermənilərdir. Zaman-zaman azərbaycanlıları soyqırım
edən ermənilər Azəri-türk torpaqlarında öz dövlətlərini qurmaq üçün yerli və daimi əhali olan azərbaycanlıların
izini silərək onların yaĢadığı ərazilərə sahib çıxırdılar. Ġndi də bu üsulla QARABAĞA yiyələniblər.
(ŞAHİD - Xocalı sakininin dediklərindən)
Xocalı hadisələrindən sonra biz xocalılar... heç birimiz özümüzə gəlmirdik. Atam da 2 il can verdi.
Axır sözü də o oldu ki, məni Xocalıya aparın. Mən onu necə apara bilərəm?
...Üzr istəyirəm.
Bu insanlar isə Qarabağdan qovulan, min bir əziyyətdən sonra sağ qalan azərbaycanlılardır ki, onlar
tək doğmalarını yox, həmçinin ata-baba yurdlarını da itiriblər. Əsrlərlə nəsilbənəsil yaĢadıqları ərazini erməni
separatistlərinin təqibi, təzyiqi, zorakılığıyla tərk edərək, müvəqqəti olaraq çadırlarda, vaqonlarda yerləĢdilər ki,
yaxın bir vaxta geri dönəcəklər. Və onlar 10-15 ildir ancaq ümid edirlər. Biz onlara qaçqın deyirik, köçkün
deyirik, didərgin deyirik. Onların yeganə ümidi vətənə dönməkdir... sonuncu ölən də elə ümiddir.
(ŞAHİD - Xocalı sakininin dediklərindən)
Torpağımızı qaytaracaqlar? Biz öz torpağımıza qayıda biləcəyik?
(ŞAHİD - Xocalı sakininin dediklərindən)
Hamıya - bütün insanlara yalvarırıq... Allaha yalvarırıq, bizi bu bəladan qurtarın. Qucaqlardakı
körpələr ağlayır, gəlinlər ağlayır, qocalar ağlayır... Bizi bu bəladan qurtarın. Allah rəhm eləsin bizə...
(ŞAHİD - Xocalı sakininin dediklərindən)
Ermənilər bizim vətənimizi darmadığın etdilər. Hər yeri yandırdılar!
Oddadılar! Oddadılar!
(ŞAHİD - Xocalı sakininin dediklərindən)
Hər tərəfdən Xocalını mühasirəyə almıĢdılar. Güllə yağıĢ kimi yağırdı. Adamlar elə ev paltarında,
baĢmaqda, alt paltarında birtəhər canını götürüb meĢəyə qaçdı. Gecə idi. Göz-gözü görmürdü. Ermənilər meĢəni
də mühasirəyə almıĢdılar. Tələyə salıb xeyli də orda qırdılar. Birtəhər, sürünə-sürünə canımızı qurtardıq. Bir
yerə toplaĢmıĢ ailələrin, körpələrin üstündən BTR-lər keçib onları torpağa qarıĢdırdı. Qurtulan çox az adam
oldu. Böyük oğlum elə Xocalıda qaldı. Meyidini sonra xarici jurnalistlər gətirdilər. Kiçik oğlumu da orda
itirdim. Bilmirəm, əsirdir, ya öldürüblər.
(ŞAHİD - Xocalı sakininin dediklərindən)
Tarix boyu yer üzünə hələ belə bir vəhĢi millət gəlməyib. Ġnanın, 18-ci ildə etdikləri kimi, ermənilər
körpələri nizəyə keçirirdilər. Qadınları doğrayırdılar. Bütün evləri yandırdılar. Hamı 5 mərtəbəli evlərin
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
21
zirzəmilərində gizlənirdi. Ermənilər orda adamları torpağa çevirdilər. Gənclərin, uĢaqların diri-diri gözlərini
çıxarırdılar. Ananın gözü qarĢısında oğlunun baĢını kəsirdilər.
(ŞAHİD - Xocalı sakininin dediklərindən)
Mənim dərdim tək ölən oğlumun dərdi deyil. Mənim baĢımda bir dənə də ağ saç yox idi. Torpaq dərdi
mənim baĢımı ağartdı. Oğul torpaq yolunda ölər də, itər də... Bu gün torpaqlarımızı alsalar, sürünə-sürünə
gedərəm. Heç olmasa, gedib oğlumun əkdiyi ağacların köklərini çıxarıb qoxlayaram. Onun əli dəyən hər Ģeydən
oğlunun ətrini alaram.
1988-1993-cü illərdə Qərbi Azərbaycanda, Qarabağda, xüsusi ilə Xocalıda yerli əhalini məhv edərək,
etnik təmizləmə apardılar. Ərazidə azəri millətinin kökünü kəsərək «Böyük Ermənistan» -«dənizdən-dənizə»,
yəni Qara dənizdən Xəzər dənizinə qədərki torpaqlarda heç bir vaxt olmayan Erməni vilayətini yaratmaq
ermənilərin əsas məqsədi idi. Ancaq XX əsrdə ermənilər tərəfindən 2 milyon azərbaycanlı öldürüldü.
Baxmayaraq ki, 1905-1906, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə ermənilərin bizə etdiyi soyqırımı,
həmçinin bu soyqırımların biri olan Xocalı faciəsini yaĢayan bizləri Avropa ölkələri görmək istəmirlər.
(ŞAHİD - Xocalı sakininin dediklərindən)
Bu uĢaqlar mənimdir. Bütün nəsildən qalan bunlardır. Ürək ağrısı tapmıĢam. Bircə istəyim odur ki,
vətənə gedib qohumlarımın qəbrini ziyarət edim.
(ŞAHİD - Xocalı sakininin dediklərindən)
Heç kimim qalmayıb. Təkəm. Nə qardaĢ, nə bacı, nə övlad... 7 ildir bax, bu çadırda yaĢayıram.
Neyləyim? Əlac var? Hanı çıxıĢ yolu?
Qaçqın Ģəhərciklərindən təxminən 30-40 km aralı məsafədə olan bu Ģəhər isə Bakıdır. Azərbaycanın
paytaxtı, qədim sivilizasiyadan xəbər verən Bakıdır. Burda isə sülh danıĢıqları ilə zəbt edilmiĢ tarixi
torpaqlarımızın geri qaytarılması üçün cəhdlər göstərirlər. 15 ildir biz istəyirik ki, Dünya həqiqəti görsün.
Erməni ideoloqlarının versiyalarına yox, erməni terrorunun nəticələrinə - bütün bu həqiqətlərə baxsınlar,
inansınlar, əmin olsunlar. Biz sivil ölkələrin ədalətinə, hələ də inanmaq istəyirik...
(Qaçqın, Qarabağlı uşağın söylədikləri)
Ermənilər torpağımızı da, evlərimizi də əlimizdən alıblar... Bəs orda qalan yoxdu? Onların əlində ana-
bacı- qardaĢlarımız qalıb. Sən neyləmək fikrindəsən? Mən döyüĢməyə gedib evimizi qaytara-cam...
(ŞAHİD - Xocalı sakininin dediklərindən)
Allah tezliklə bizi öz torpağımıza qaytarsın. Heç kim öz yurdundan didərgin düĢməsin. Kömək edin,
vaqonlarda qalmıĢıq... istidə, soyuqda dəmirlər-təkərlər arasında günlərimizi sayırıq.
(ŞAHİD - Xocalı sakininin dediklərindən)
Azərbaycanın baĢqa rayonlarında da camaatı öldürüb, döyüb, qovub ərazidən çıxarırdılar. Amma bunu
belə qəfildən heç kim gözləmirdi. Belə fəlakəti hələ heç kim görməyib. Hamısı hərbi geyimdə idi. BTR-lərlə,
tanklarla... 366-cı diviziya ermənilərlə bir yerdə idi. Stepanakertdəki rus qoĢunları ilə birləĢmiĢ halda hücum
etdilər. Sonralar dedilər ki, ermənilər bu ərazidən bir azərbaycanlının də sağ çıxmamağına əmr veriblərmiĢ. Bu
millət davası idi! Torpaq alan belə vəhĢiliklər edər?
Ermənilərin törətdiyi XOCALI faciəsi FAġĠSTLƏRĠN törətdiyi XATIN faciəsi kimi ərazinin yerli
sakinlərinin 99%-nin yer üzündən silinməsi ilə nəticələndi. Siyahısı hələ də məlum olmayan minlərlə əsirlərin
taleyindən danıĢmağa dəyməz... Çünki onlara verilən iĢgəncələrdən sonra əzablı ölümlə ölürlər. Erməni silahlı
qüvvələri məlum rus imperiyasının dəstəyi ilə elə təkcə Qarabağdan 1 MĠLYON sakinin qaçqın Ģəklində
torpaqlarını tərk etməsinə, çadırlarda yaĢamasına səbəb oldu. Azərbaycanın bu gün 20% torpaqlan iĢğal
altındadır. Və təkcə Xocalı faktoru, əslində bütün Qarabağın yerli əhali-sində qorxu, psixoloji sarsıntı
yaratmaqla, həm də iĢğal prosesinin sürətlənməsinə səbəb oldu.
(ŞAHİD - Xocalı sakininin dediklərindən)
Əsirlikdə olanda bizi gecə də 3 dəfə, gündüz də 3 dəfə döyürdülər. KiĢilərin baĢına olmazın oyununu
açırdılar. Bizim əllərimizi qapı arasında qoyub sındırırdılar. Qolumuzu arxadan dartıb çıxarırdılar - sümüklərin
arası ĢiĢib göynəyirdi. ĠĢgəncələr çox idi. Nə zülmlə gəlib çıxdıq... Ərimdən, qardaĢımdan xəbərim yoxdur. Ölüb
də... öldürüblər.
Rus imperiyası 1801-1828-ci illərdə Yaxın və Orta ġərqdə Ġngiltərəyə qarĢı mövqeyini möhkəmlətmək
və apardığı iĢğal siyasətini həyata keçirmək üçün ermənilərdən bir alət kimi istifadə edirdi. Ġmperiya
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
22
Azərbaycan torpaqlarının hesabına qondarma Erməni vilayəti də yaratdı. Azərbaycanın bədnam tarixi isə
yazılırdı... Ümumiyyətlə, son 200 ildə vaxtı ilə Qərbi Azərbaycan - indiki Ermənistan ərazisində iki mindən
artıq azəri türk yaĢayıĢ məskənləri müxtəlif yollarla (rəsmi köçürmələrlə, silah gücünə qovmaqla, soyqırım
törədərək kəndləri yandırıb xaraba qoymaqla) siyahıdan silinmiĢ, tarixi Azərbaycan torpaqlarında monoetnik
Ermənistan dövləti yaradılmıĢdır.
(ŞAHİD - Xocalı sakininin dediklərindən)
Azərbaycanın baĢına gələn bu bəlanın çox dərin kökləri var. Onun da baĢında müəyyən maraqlı
qüvvələr durur. SSRĠ vaxtı bir cürə... dağılandan sonra Rus Ġmperiyası öz məqsədinə görə xalqları bir-birinə
qırdırır.
Ermənilər - Azərbaycanın müxtəlif bölgələrində torpaqlan yerli azəri türklərindən təmizləyərək (özü də
heyvani ehtirasla vəhĢiliklər törədərək «Türk yoxdur, onun torpaq problemi də yoxdur» Ģüan ilə) «Böyük
Ermənistan» üçün digər ərazilər uğrunda daha amansız qırğınlara əl atdılar. Və indi Azərbaycanın DAĞLIQ
QARABAĞINI tam mənimsəyən ermənilər 1990-93-cü illərdə Laçını, Kəlbəcəri, Ağdamı, Cəbrayılı, Füzulini,
Qubadlını və Zəngilanı iĢğal etmiĢlər və erməni əhalisini ora köçürərək indi oraya da öz əraziləri kimi sahib
çıxmaq istəyirlər. ġahidi olduğumuz bu dəhĢətli hadisələri biz soyqırım adlandırırıq... Bugünkü sivil dövlətlərlə
yanaĢı duraraq onların dəstəyini qazanan erməni separatçıları bu vəhĢilikləri törədib və törədir. Yaddan
çıxarmayaq, bu qətllər hələ ki, bizim - azərbaycanlıların baĢına açılır. Kim zəmanət verə bilər ki, ermənilər
Ģahidi olduğumuz vəhĢiliyi sabah baĢqa millətlərə də Ģamil etməyəcəklər? Erməni separatistlərinin törətdiyi
vəhĢilikdən baĢqa, 200 mindən çox didərgini və 1 milyondan çox qaçqını olan, torpaqlarının 20%-i iĢğal edilən
AZƏRBAYCAN hələ də dünyanın onun fəryadını eĢidəcəyinə ümidlidir...
BU ĠSƏ SON ÜMĠDDĠR... DEYĠLMĠ?
AZƏRBAYCANIN ERMƏNĠLƏR TƏRƏFĠNDƏN ĠġĞAL EDĠLMĠġ ƏRAZĠLƏRĠ
ġUġA
XANKƏNDĠ
XOCALI
ƏSGƏRAN
XOCAVƏND
AĞDƏRƏ
HADRUT
LAÇIN
KƏLBƏCƏR
AĞDAM
CƏBRAYIL
FÜZULĠ
QUBADLI
ZƏNGĠLAN
Ermənilər bu ərazilərin hər birində AZƏRBAYCANLI izini silərək «Böyük Ermənistan» ideyasını
həyata keçirməklə məĢğuldurlar. Biz isə sizə Azərbaycanın ermənilər tərəfindən iĢğal edilmiĢ 14 rayonundan
cəmisi birindən - XOCALININ iĢğal tarixindən danıĢdıq.
Sizə təqdim etdiyimiz bu faktlardan bir nəticəyə gələ bilirsinizmi?
Bu gün Azərbaycanda 12 yaĢlı uĢaq vətənin harda olduğunu bilmir, çünki onun valideynlərini doğma
torpaqlan QARABAĞDAN 13 ildir ki, qovublar.
Dostları ilə paylaş: |