Əziz, Boran. Xocalı soyqırımı: Səbəbləri, həyata keçirilmə üsulları və nəticələri. Bakı, 2008, S. 18-20.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
12
Xocalı ümid çırağımız idi
Xocalı sovetliyi (sovetliyin tərkibində Xocalı, Dərələyəz, Qala-dərəsi kəndləri olmuĢdur) 1978-ci ilə
qədər Xankəndi (Stepanakert) rayonunun tərkibində, həmin ildən 1990-cı ilə qədər isə Əsgəran rayonunun
tərkibində olmuĢdur. 1991-ci ildə respublika hökumətinin qərarı ilə Xocalı rayon və Ģəhər statusu almıĢdır.
1991-ci ildən Kərkicahan, Kosalar (Kosalar sovetliyi Canhəsən, Qaragav, Cavadlar, Yaloba, BaĢkənd
kəndlərini əhatə edirdi), Cəmilli, MeĢəli, DaĢbulaq kəndləri də Xocalının tabeliyinə verilmiĢdi.
Xocalı rayon və Ģəhər statusu aldıqdan sonra inkiĢaf edib böyüyür, orada yeni, iri miqyaslı yaĢayıĢ
massivləri salınırdı. Ermənistandan, Xankəndindən didərgin salınanların və Özbəkistandan köçüb gələn məhsəti
türklərinin bir hissəsi də Xocalıda məskunlaĢmıĢdılar. Respublika ictimaiyyətinin diqqəti Xocalıya yönəlmiĢ,
ona ümid çırağı kimi baxırdılar. Əfsuslar olsun ki, bu ümid çırağı söndürüldü, bu günümüzə qara hərflərlə
yazılan bir tarixə çevrildi.
Xocalı Ģəhərinin sakinləri bu yurda elə bağlanmıĢdılar ki, onların bu yurddan didərgin düĢəcəkləri
ağıllarına belə gəlmirdi. Lakin min bir zəhmətlə tikilən, abadlaĢan, qorunan Xocalı bir gecənin (26 fevral 1992)
içərisində yandırılıb külə döndü. Dinc əhalisi 366-cı rus alayının və erməni hərbi birləĢmələrinin əli ilə misli
görünməmiĢ bəlalara və qırğına düçar oldu. Bu qırğın zamanı bir çox ailələr bütünlüklə məhv edildi. Bu isə nə
Xocalının qorunmasına cavabdeh olan daĢürəkli rəhbərlərimizi, nə də dünya ictimaiyyətini narahat etdi. Çünki
təbliğat maĢınımız da əleyhimizə idi, Moskvanın və Ermənistanın dəyirmanına su tökürdü. Ona görə də nə
səsimizi eĢidən, nə də harayımıza çatan vardı.
Tariximizin daĢ yaddaĢı olan Xocalı təkcə Azərbaycan xalqının yox, bütün türk-müsəlman dünyasının
Kərbəlası, Məkkəsi, Mədinəsi, qibləgahı, namusu, qeyrəti idi. Xocalı Ģəhid Ģəhəridir. Qarabağsız Xocalısız
keçirdiyimiz bir anla da barıĢmamalıyıq. BaĢı aĢağı, utana-utana gəzməməliyik bu müqəddəs Azərbaycan
torpağının üstündə. Qəflət yuxusundan ayılmalıyıq, düĢməni oda-alova tutmalıyıq, yaĢamaq hüquqlarımızı
bərpa edib, gələcək nəsillərə ərmağan etməliyik!
Hardasan, Xocalım, harda? Səni qarıĢıq yuxularımda görürəm. Ayılıb topa-tüfəngə sarılmaq istəyirəm.
Yağılardan qisas almaq ruhu məndən əl çəkmir ki, çəkmir! Dözümüm, dəyanətim tükənib daha. Bu dözümüm
tükdən asılı bir vəziyyətdədir. Əllərimi uzadıb iki çayın qovuĢuğu kimi səni qucmaq istəyirəm. Əllərim sənə
çatmır ki, çatmır. Quca biləydim səni kaĢ! ġirin bayatılı, nəğməli laylaylarının sehrinə uyuyaydım kaĢ! Sənsiz,
adsız-sansız, Ģöhrətsiz-Ģansız heç kiməm, Xocalım!
Xocalı böyüyürdü. Sən demə Xocalı böyüklüyünün içində böyük Xocalı dərdi də cücərib boy atırdı.
Xocalının dönməz, mərd, cəsur övladları qana qanla cavab verdilər. Qorudular göz bəbəyi kimi bu müqəddəs
yurd yerlərini. Son anda təkləndilər, xəyanətin, naqisliyin qurbanı oldular. Bu çox ağır gəldi xocalılara. Onlar
yurd-yuvalarını itirdilər. Vətəndə vətənsizlik bəlasına düçar oldular...
Ağdam-Xankəndi dəmir yolu çəkiləndə erməni traktorçusunun Xocalı sahəsindən xeyli qızıl külçəsi
tapması haqqında söz-söhbət gəzirdi, sonradan məlum oldu ki, bu söz-söhbət doğru imiĢ. Bu qızıllar dövrümüzə
qədər salamat qalan Kurqan təpələrinin cənub istiqamətindən tapılmıĢdı. Bu torpağın altı da, üstü də qızıl idi.
Ermənilər tapılan hər bir tarixi tapıntını aparıb öz muzeylərini zənginləĢdirirdilər.
Xocalının bir neçə qədim Kurqan qəbiristanlıqları hərbi yol çəkmək adı altında dağıdılıb yox edilmiĢdi.
Qəbir daĢlarını isə daĢıyıb tikinti materialı kimi istifadə etmiĢ, yerində fermalar tikmiĢdilər. Qədim Xocalı kəndi
müxtəlif vaxtlarda (1905, 1906, 1917 və 1918-ci illərdə) yandırılıb, talan-qarət edilmiĢdi. Ağdərədən keçən
Gəncə-Qala (ġuĢa) yolu da hərbi yol çəkmək adı altında bağlamıĢdılar. Belə qənaətə gəlmək olur ki, sovet
hökumətinin dövründən ermənilər bu yol ilə hərbi sursat daĢıyaraq növbəti müharibəyə hazırlaĢırmıĢlar.
1990-cı ilin payızında Xocalının əkin sahələri od tutub yanırdı. Həmin ilin iyul ayında Xocalının 17
hektar taxıl sahəsini ermənilər yandırdılar. Yanğınlar Xocalıdan baĢlayaraq Malıbəyli, QuĢçular, Həsənabad,
ġuĢa-Ağdam Ģose yolunun hər tərəfində olan əkin yerlərini bürümüĢdü. Bunu ona görə edirdilər ki, əhali köçüb
getsin.
Xocalı Əsgəran rayonunun Naxçıvanik, Ağbulaq, Noraguh, Badara, DaĢbulaq, Ballıca və Mehdikənd
kəndlərinin əhatəsində, Qarqar, Hilis və Xocalı çaylarının qovĢağında yerləĢir. Strateji əhəmiyyətə malik olan,
lakin müdafiə üçün çətin bir ərazidə idi Xocalı. Bütün Ģah yüksəklikləri ermənilərin əlində idi. Bu isə Xocalının
müdafiəsini qat-qat çətinləĢdirirdi.
Aran Qarabağdan dağlara gedən köç yolları da iki istiqamətdə Xocalıdan keçirdi. Bu yolun biri ġuĢadan
keçərək Sarıbaba, Kirs, Laçın istiqamətində, o birisi isə DaĢbulaq, Badara və MeĢəlidən keçərək Qırxqız
(Azərbaycan xəritələrinin heç birində Qırxqızın adı çəkilmir, Qarabağ yaylası kimi verilir. Qırxqızın adı ancaq
mahnılarda, el sənətkarlarının dillərində iĢlənib), Uzundərə, Kotanqaya, Çınqıllı və s. yaylaq yerlərinə doğru
uzanırdı. Yaz və payız aylarında Ģose yollarında qoyun sürülərinin, mal naxırlarının əlindən yol tapıb keçmək
üçün saatlarla vaxt lazım olurdu.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
13
Xocalının Qırxqız dağ silsiləsində yaylaq yerləri, Xocavənd rayonunun ərazisində isə geniĢ əkin və qıĢlaq
sahələri olmuĢdur. Əsgərana rayon statusu verildikdən sonra Xocalının torpaq sahələrinin çox hissəsi alınmıĢ,
erməni kolxozları arasında bölüĢdürülmüĢdü. Xocalı əvvəlcə kolxoz olmuĢ, sonra isə sovxoz. (Kərkicahanın
təsərrüfatı da ona birləĢdirilmiĢdi) Xocalı və Kərkicahan (Xankəndinin 26-cı məhəlləsi adlanırdı) bütövlükdə
azərbaycanlılar yaĢayan ərazi olmasına baxmayaraq, məsul vəzifələrdə həmiĢə ermənilər iĢləmiĢdilər. Beləliklə
azərbaycanlılar ermənilərin təsiri altına salınır və onlardan asılı vəziyyətdə olurdular. Erməni rəhbərləri isə
həmiĢə azərbaycanlılara qarĢı məkrli və ikiüzlü siyasət yeridirdilər. Bu isə Yuxarı Qarabağın sakinlərinin
yaddaĢından heç bir zaman silinməyəcəkdir. Çünki ermənilərin onlara vurduqları maddi, mənəvi zərbələr heç
vaxt unudulan deyil.
Xocalı Laçın rayonunun ġamkənd, Piçənis, ġəlvədərəsi ellərinin arxası, dayağı idi. Xocalı Yevlax-
Naxçıvan yolunun arasındakı körpünü xatırladırdı. Bu ellərin möhkəm dostluq və qohumluq əlaqələri var idi.
Vaxtilə Xocalıdan keçən dəmir yolu da onun iqtisadi həyatında əsas rol oynayırdı. Xocalı eyni zamanda
Xankəndi erməniləri ilə Əsgəran, Hadrut, Xocavənd və Ağdərə erməniləri arasında keçilməz sərt bir qalanı
xatırladırdı.
Sulu, münbit torpağa malik olan Xocalı ildə iki, bəzən isə üç dəfə məhsul verirdi. Xocalıların uzun illər
boyu ağır zəhmət hesabına halal əməklə qurduqları, yaratdıqları bir gecənin içində yanıb külə döndü.
Tarixi yerləri ilə məĢhur olan Xocalı, tarixi Ģəxsiyyətləri ilə də seçilən ulu yurd yerlərimizdən biridir. Bu
ulu yurd yerlərimizdə ermənilər ciddi-cəhdlə çalıĢsalar da qədim oğuz-türk toponimlərimizi dəyiĢdirə
bilməyiblər.
Xocalı rayonu və Xankəndi ərazilərində yerləĢən, qədim, tarixi hadisələrlə zəngin olan adlarımızı yad
etmək, onları unutmamaq lazımdır.
Xocalı ərazisində: QıĢlaqlar, Böyük Dəmyə, Kiçik Dəmyə, Sərçəli, Kərbəlayı AbıĢ qayası, Cəfərtəpəsi,
Çınqıl təpəsi, DikdaĢ, Haçatəpə, Xoruz təpə, Uzərrik təpə, Bozun düzü, Bozdağ, Kətik, Qarağac bulağı, Əhməd
bulağı, AtaĢ bulağı, Nəriman bulağı, Müseyib bulağı, Rəhim bulağı və s.
Xankəndi Ģəhəri ərazisində: Ağa körpüsü, Xan qızının bulağı (Qarabağın sonuncu hakimi Mehdiqulu
xanın qızı XurĢud Banu Natavanın adınadır), Bəhlul, Xanbağı (Xanbağında sovetlər dövrünə qədər yaĢamıĢ
Məhəmmədağanın tikdirdiyi üçmərtəbəli binalar bu günümüzə kimi qalmıĢ, həmin binalarda həmiĢə
azərbaycanlılar yaĢamıĢdılar), Yağlıtəpə Yezid xırmanı (həmin ərazidə torpaqdan 10—15 sm yuxarı qızılgül
kolları bitərdi. Ağsaqqallar deyərdilər ki, həmin yerdə günahsız azərbaycanlıların qanı tökülüb. O güllər həmin
qandan qidalanır bu gün də günahsız Ģəhidlərin ruhunu yaĢadırlar özlərində), ġuĢa yolu və s.
Kərkicahan qəsəbəsi ərazisində: Güllü təpə, Öküzuçan, Həbibin bulağı, Bəylərin bulağı, Hacıyurdu, Zərli
yeri, Qızılqaya, Qozludərə, Kələmlik, Hacıbulağı, Məscid yeri, Qanlı dərə, Duzlaq, Çiləbört və s. kimi tarixi
yerlər vardır.
Cəmilli kəndi ərazisində: Kürən, ġəkər bulağı, Xoruzlu təpə, Dəyirman dərəsi, Darılı, Darçay, Cüt qoz və
s. kimi yerlər vardır.
Toponimlərimizdən görünür ki, hər bir ad hər hansı bir tarixi hadisə ilə əlaqədardır. Eyni zamanda
Qarabağda-Arsaqda adlarımızın hamısı Azərbaycan dilimizlə səsləĢir. Onu da qeyd etmək lazımdır ki,
Azərbaycanda, əsasən də Qarabağda V-VIII yüzilliklərdən qabaq ləhcələr, dialektlər, qəbiləbirləĢmələrinin
dilləri geniĢ yayılmıĢdı. Burada eyni zamanda ümumxalq dili mövcud idi və bu dil əsas ünsiyyət vasitəsi kimi
böyük imkanlara malik idi. Azərbaycanımızın tarixində yer, dağ, çay, qala və s. adlar baĢqa dillərdə də əks
olunmuĢdur.
Alban tarixçisi Musa Qağanqatlının "Alban ölkəsinin tarixi" əsərinin əski ermənicəyə tərcüməsində
Azərbaycan sözlərinin özünə yer tapması aydınlaĢdırılır. O zaman Azərbaycan dili geniĢ yayılmıĢ və ona görə
də Azərbaycan dilində olan sözlər baĢqa dildə, o sıradan qraparda (əski erməni dili) iĢlənmiĢdir.
Vaxtilə Azərbaycanda hökmranlıq etmiĢ hunlar, xəzərilər, səlcuqilər moğollar (monqollar), türkmanlar
sonradan məğlubiyyətə uğramıĢ, onlardan qalanları qəbilələr Ģəklində birləĢmiĢdilər. Beləliklə onlar yerli
türklərlə qarıĢıb birləĢmiĢ və yeni bir türk xalqı, yəni azəri türkləri meydana gəlmiĢdir. Türk-Azəri dili sadəliyi
ilə seçilmiĢ, Qafqazda, Rusiyada, Ġran və Asiyada iĢlənən bir beynəlmiləl dil halını almıĢdır.
Qasım Qırxqızlı .
Əsrin faciəsi - Xocalı. Bakı: 1999,
S.8-12.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
14
Yuxarı Qarabağ və Xocalı
1988-ci il 12 fevral, 1992-ci il 26 fevral olaylarında
"Bütün ġərqdə iĢğalçı siyasətin aparıcıları,
xarici kapitalın agentləri xain və satqın erməni agentləridir".
Sovet diplomatı Q.V.Çiçerin,
1922-ci il, 8 dekabr, Lozanna konfransı.
1987-ci ilin axırları idi. Ermənilər gizli-gizli xosunlaĢır, Qarabağ məsələsini açıqlamaq üçün ciddi-cəhdlə
hazırlıq görürdülər. Moskva, Ermənistan emissarları Qarabağa axıĢır, çoxsaylı görüĢlər keçirir, erməni əhalisini
gələcək mitinq və siyasi tədbirlər keçirməyə hazırlayırdılar. Ġdarə və müəssisələrdə ciddi-cəhdlə imzalar
toplanılır, erməni əhalisi arasında hərtərəfli əlaqələr bərpa edilir, daha doğrusu müharibəyə hazırlıq iĢi
görülürdü. Hadisələr ağır-ağır ölçülür-biçilir, Moskva və Yerevanla əlaqələr daha da gücləndirilirdi. Əsas
məsələ bu proseslərin azərbaycanlılardan gizli saxlanılması idi. KeçmiĢ Dağlıq Qarabağ Muxtar Vilayətinin
rəhbər iĢçilərinin hamısı bütün proseslərdə iĢtirak edir, özlərinin "ustalıqlarını" nümayiĢ etdirirdilər. Vaxtilə
DQMV-dən sürgün edilmiĢ erməni ziyalıları da artıq Qarabağda köhnə peĢələrini məharətlə ifa edirdilər. Bu
məsələlərin hamısı Azərbaycanın yüksək dairələrinə gün kimi aydın idi. Bəzən də onlar bu proseslərdə
bilərəkdən və yaxud kortəbii Ģəkildə iĢtirak edirdilər.
12 fevral 1988-ci ildə Ermənistandan gəlmiĢ bir qrup tələbə "Qarabağ" mehmanxanasının ətrafında
toplaĢaraq mitinqə oxĢar bir aksiya keçirdilər. Bu kəĢfiyyat xarakterli bir tədbir idi. Bir neçə gündən sonra
mitinqlər baĢlandı. "Lenin meydanı"nda baĢlanan mitinqin dalğası bütün vilayətin ərazisini bürüdü. Mitinq
meydanında çadırlar quruldu, kababxanalar pulsuz fəaliyyətə baĢladılar.
SSRĠ-də "Yenidənqurma və aĢkarlıq, demokratiya" birdən-birə iri addımlar ataraq böyük sıçrayıĢlar etmək
xülyasına düĢdü. Bu ideyaları sınaqdan keçirmək üçün obyektlər axtarılmağa baĢlandı. Obyektin Azərbaycanda
sınaqdan keçirilməsi Moskvada çoxdan hazırlanmıĢdı. Bu da "Qarabağ kartı" idi. Bu kart Rusiyanın əlində
böyük bir siyasi vasitə kimi saxlanılırdı. Əvvəlcə Qarabağ münaqiĢəsini qızıĢdırmaq, sonra isə Türkiyəni bu
məsələyə qatıb tamamilə məhv etmək də planlaĢdırılmıĢdı. Bu sahədə Sovet Ġttifaqı Kommunist Partiyası Siyasi
Bürosu və SSRĠ Dövlət Təhlükəsizlik Komitəsinin rolu danılmazdır.
Yuxarı Qarabağ ermənilərinə Azərbaycandan, SSRĠ-dən və xarici ölkələrdən köməklik gəlirdi. Artıq
Azərbaycandan göndərilən ərzaq məhsullarını qəbul etmir, ancaq benzini havada qapırdılar. Əsgəran neft
bazasına kifayət qədər benzin toplamıĢdılar. Azərbaycan hökumətinin nümayəndələri ərzaq məhsullarının
etiketini dəyiĢdirib ya Rusiyanınkını, ya da Ermənistanınkını yapıĢdırıb Xankəndinə daĢıyırdılar. Guya bu yolla
erməniləri sakitləĢdirəcəklər.
Bakıdan Xankəndinə, ermənilər üçün 600 ton benzin göndərilmiĢdi. Xocalılar bu iĢi vaxtında bildilər və
benzini Xocalıdan buraxmadılar. Bu respublika rəhbərlərini və onun yerlərdəki nümayəndələrini bərk
qəzəbləndirmiĢdi. Ona görə də rus əsgərlərini Xocalıya yeritdilər, lakin Xocalının əzmini qıra bilmədilər.
Benzini Ağdama qaytarıb, sonra gizli yollarla yenə də ermənilərə çatdırdılar.
Moskva "dovĢana qaç, tazıya tut" əmrlərini verirdi. Əvvəlcə mitinqə qorxa-qorxa çıxan ermənilər,
sonradan Qorbaçovu, Moskvanı söyür, lənətləyirdilər.
Azərbaycanın hökumət nümayəndələrinin DQMV-yə axını heç bir müsbət nəticə vermirdi. Əksinə bizim
tərəfimizdən ermənilərə edilən hər bir güzəĢt onlara güc və qüvvət verirdi. Hər bir iĢ planlaĢdırılmıĢ ssenari üzrə
gedirdi.
Azərbaycanlıların, Xankəndi ipək kombinatından və baĢqa iĢ yerlərindən qovulması qısa müddətdə baĢa
çatdırıldı. Ən ağır iĢləri azərbaycanlılar görürdülər. Bu iĢçilərin sayı təkcə ipək kombinatında 600 nəfərə yaxın
idi. Azərbaycan KP MK-nın 1-ci katibi Kamran Bağırov Xankəndinə gəlmiĢdi ki, vilayəti özü idarə etsin.
Qətiyyətsiz hərəkətlərinin ucbatından bir neçə saat Vilayət partiya komitəsinin katibi H. Poqosyanın kabinetində
girov saxlanıldı. Azərbaycan Daxili ĠĢlər Nazirliyinin əməkdaĢları Kamran Bağırovu azad etdikdən sonra
erməni mitinqçilərini mühasirəyə aldılar. Kreml rus qoĢunu ilə DQMV-ni ələ almaq üçün ən yaxĢı vasitə əldə
etmiĢdi. Ermənilərin xahiĢi ilə qoĢun Qarabağa gəldi. Ermənipərəst ordu ikiüzlülük siyasətini yeritməyə baĢladı.
Eyni zamanda Xüsusi Ġdarəetmə Komitəsinin yaradılması üçün də münasib Ģərait yaranmıĢdı. Azərbaycanın
hakimiyyət orqanlarının səlahiyyətləri alınıb birbaĢa həmin komitəyə verildi. Vilayətdəki idarə və müəssisələr
Azərbaycanı tanımır, Ermənistanla iqtisadi-siyasi əlaqələr yaradırdılar. Artıq möhür və Ģtamplar da
dəyiĢdirilmiĢdi.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
15
1988-ci ilin avqustunda Azərbaycan KP MK-nın I katibi Ə. Vəzirovun qəbulunda Qarabağın əldən
getməsini faktlarla sübut etdikdə oturduğu yerdən dik qalxaraq dedi:
— Ola bilməz! Fikirləriniz əsassızdır. Deputatların Moskva görüĢündən sonra M. Qorbaçov məni yanına
çağırıb dedi: — Ой Рахман, армяне опозорили себя.
Qorbaçovun onu aldatdığını israr etsək də o, Qorbaçovun bizim tərəfimizdə olduğunu sübut etməyə
çalıĢdı. Arkadiy Ġvanoviç Volski (bu adam həmiĢə azərbaycanlılar tərəfindən lənətlənməli, nifrətlə yad
edilməlidir) ermənilərlə əl-ələ verərək müstəqil Ģəkildə iĢləməyə baĢladı. BirbaĢa Volskinin əli ilə
Xankəndindən bütün azərbaycanlıların ev-eĢiyi talan edildi, özləri isə doğma ocaqlarından didərgin salındılar.
Həmin ailələrdən bir çoxu Xocalıda məskunlaĢdı.
Artıq A. Volski istər rəsmi, istərsə də qeyri-rəsmi Ģəkildə Yuxarı Qarabağı müstəqil etmiĢ və Ermənistana
birləĢdirmiĢdi. Ona görə də mənfur Z. Balayan tərəfindən "Karabaxski" ləqəbini qazanmıĢdı. Volskinin
Qarabağdan getməsi Azərbaycan hökumətinin bel sütununu qırmıĢdı. Çox götür-qoydan sonra DQMV-də
TəĢkilat Komitəsi yaradıldı və həmin komitəyə sədr Viktor Petroviç Polyaniçko təyin olundu. O, Azərbaycan
KP MK-nın 2-ci katibi idi. Volskiyə nisbətən o, daha tədbirli, müsəlman psixologiyasına tam bələd olan bir
adam idi. Onun dövründə iri miqyaslı tikinti iĢləri aparılmağa baĢlandı. Ermənilər silahlanır, biz isə yeni
obyektlər tikirdik. Həmin tikintiləri bir neçə saatın içində ermənilər darma-dağın etdilər. Demək olar ki,
respublikamızda strateji əhəmiyyətli nə var idisə hamısı Yuxarı Qarabağa daĢınırdı. Azərbaycan iqtisadiyyatının
bu kökə düĢməsində, o dövrdə yürüdülən səhv siyasətin də rolu az olmamıĢdır. 1991-ci il iyul ayının sonunda
TəĢkilat Komitəsinin Xocalıda keçirdiyi yığıncaqda həll olunan məsələləri xatırlatmağı vacib sayırıq.
"Yığıncağı giriĢ sözü ilə DQMV üzrə Respublika TəĢkilat Komitəsinin sədri V.P. Polyaniçko açdı.
Gündəlikdə aĢağıdakı üç məsələ müzakirə edilmiĢdir:
1. Dağlıq Qarabağda aparılan tikinti iĢlərinin vəziyyəti.
2. DQMV-də məhsul yığımının gediĢi
3. Respublika Prezidentinin Dağlıq Qarabağ və Goranboy rayonunun sakinlərinə məktubu, prezident
seçkisinin keçirilməsi və s.
— Xocalı Ģəhərində fabrikin — tikiĢ sexinin tikintisi gecikdirilir. Yığıncaqda Martuni (Xocavənd),
Hadrut, ġuĢa və Xocalı ərazilərində yol tikintisindən, qaz kəmərinin çəkiliĢindən və baĢqa bir sıra sosial
məsələlərdən də ətraflı danıĢılmıĢdır...
Göründüyü kimi, ermənilər silahlanır, müharibə aparır, biz isə tikinti problemlərini həll edirdik.
"Xocalının səsi" qəzetinin təsis edilməsi (9 iyul 1991-ci ildə 1-ci sayı nəĢr olundu) xocalılar üçün gözəl
bir töhfə oldu. Həmin vaxtdan bu günə kimi "Qarabağ" qəzeti ilə yanaĢı addımlayır, Qarabağın dərdlərindən
yana-yana yazır. 1992-ci il 2 noyabr 16-cı sayında qarabağlı jurnalist Kərim Kərimlinin "Verəkmi bu torpağı
yadlara?" Ģeri nəĢr olunmuĢdu:
"Ulu millət, ulu Vətən, ulu dil,
De, verəkmi, bu torpağı yadlara?!
Ulu oymaq, ulu oba, ulu el.
De, verəkmi bu torpağı yadlara?!
Həmin dövrlərdə "Qarabağ" və "Xocalının səsi" qəzetləri bu ulu torpağın yadlara verilməməsini hayqırıb
nərə çəksələr də nə səslərini eĢidən oldu, nə də qarabağlıların, xocalıların harayına çatan... Ona görə də dəhĢətli
Xocalı qırğını baĢ verdi.
"Xocalının səsi" qəzeti 1991-ci il sentyabr ayının 28-də yazırdı: "Ġndi hünər, qeyrət vaxtıdır, xocalılar!
Ayıq-sayıq olun, bu gün göstərdiyiniz cəsarət, qəhrəmanlıq Qarabağımızın Ģanlı tarixinə qızıl hərflərlə
yazılacaq".
"Raket yağıĢı davam edir" yazısından: "Sentyabrın 24-də gecə saat 3-də Xocalı Ģəhəri Əsgəran rayonunun
ermənilər yaĢayan Mehdikənd, Noraguh, Həsənabad (Həsənabad azərbaycanlılar yaĢayan kənd idi. Onlar da
məcburən Xocalıya köçürülmüĢdülər.) kəndlərindən raket atəĢinə tutulmuĢdur. Sentyabrın ilk 10 günü ərzində
Xocalı Ģəhəri həmin məntəqələrdən 3 dəfə güclü, intensiv Ģəkildə raket atəĢinə tutuldu. Bir saat yarım davam
edən atəĢ nəticəsində Ģəhərə 50-dən artıq raket düĢmüĢdü. Nəticədə Ģəhərdə xeyli dağıntılar əmələ gəlmiĢdi.
Redaksiyadan: artıq son iki ay ərzində Xocalı Ģəhəri dördüncü dəfədir ki, ermənilərin "raket yağıĢı"na
məruz qalır: avqustun 23-ü və 28-də, sentyabrın 10-u və nəhayət 24-də. Maraqlısı budur ki, hər dəfə Ģəhər eyni
nöqtələrdən atəĢə tutulur. Görəsən, respublikamızın hüquq-mühafizə orqanları, səlahiyyətli Ģəxsləri gənc Ģəhər
Xocalının bu cür vəhĢicəsinə, vaxtaĢırı dağıdılmasının qarĢısını almaq üçün konkret tədbirlər görəcəkdirmi???
Allahyar Xocalı isə "Ağla, türk gözəli, ağla" elegiyasında yazırdı:
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
16
- Ermənilərin bu bədnamlıqlarını duyub "beynəlmiləlçi" rəhbərlərimizə xəbər verəndə ağzımızdan
vururdular. Ermənistandan 3 gün müddətinə qan qardaĢlarımızı didərgin edəndə də rəhbərlərimiz vəzifə xatirinə
bizi erməni genosidinə məruz qoyub güdaza verdilər.
Yayda kondisionerli, qıĢda isti kabinetlərdə kreslosuna yayxanıb, Qarabağda və sərhəd rayonlarımızda
atılan güllələrə, tutulan azəri girovlarına diksinməyənlərin yerinə kim ağlamalıdır, kim? DaĢ müharibəsindən
raket müharibəsinədək 4 illik bir yol keçmiĢ, erməni millətçilərinin əməllərinə qarĢı bizə təmkin, səbr adlı
"silah" verənlərmi ağlayacaq sənin bu gününə, anam? Ağla, ağlamalı gün çoxdan gəlsə də ağlamamıĢdın. Çünki
rəhbərin yağlı vədlərinə aldandın.
Ağla, Türk gözəli, ağla! Tale sənə yar olsun. (Ġxtisarla, 28.8.1991).
Qasım Qırxqızlı .
Əsrin faciəsi - Xocalı. Bakı: 1999,
S.12-16.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
17
Tariximizin daĢ salnamələri -
Xocalı: daĢ yaddaĢımız
"Fürsət düşən kimi Qarabağda hakimiyyəti ermənilərə verəcək
və bunlar vasitəsilə Asiyada xristian dövləti yaradacağımız
barədə erməni məliklərinə göstəriş vermişəm".
Dostları ilə paylaş: |