Xolinergik sinapslarda oyanmanin ötürülməsinə təsir göstərən dərman maddələri



Yüklə 32,48 Kb.
səhifə4/4
tarix14.12.2023
ölçüsü32,48 Kb.
#176687
1   2   3   4
farma 5.1.tb4

Neostiqminin təsirindən daxili orqanların (mədə-bağırsaq sisteminin, bronxların, uĢaqlığın, sidik kisəsinin) saya əzələlərinin tonusu yüksəlir, vəzilərin Ģirə ifrazı güclənir.
Neostiqminin 0,5 %-li məhlulundan göz damcısı şəklində qlaukomanın müalicəsində istifadə edilir.
Miasteniyada, beyin zədələnmələrindən sonrakı hərəki pozğunluqlarda, ifliclərdə, meningitdən, poliomielitdən, ensefalitdən və s. bu kimi hallardan sonrakı bərpa dövründə, görmə sinirinin atrofiyasında, nevritlərdə, bağırsağın və sidik kisəsinin atoniyasında, doğuş fəaliyyəti zəif olduğu hallarda daxilə (10-15 mq dozalarda, gündə 2-3 dəfə), yaxud dəri altına (0,05%-li mehlulundan 0,5-1ml) təyin edilir.
Epilepsiya, Parkinson xəstəliyi, bronxial astma, Stenokardiya zamanı və ürək keçiriciliyinin pozulduğu hallarda prozerinin təyin olunması əks göstəriĢdir.
Qalantamin (Galanthaminum), A siyahısına daxildir. Xədicəgülünün yerüstü hissəsində və soğanağında olan alkaloiddir. Tibbi təcrübədə Qalantaminhidrobromid (Galanthamini hydrobromidum) duzu şəklində istifadə edilir. 0,1, 0,25, 0,5 və 1%-li məhlulları 1 ml-lik ampullarda buraxılır.
Farmakoloji təsiri neostiqmində olduğu kimidir. Onda, fərqli olaraq hematoensefalik səddən yaxşı keçdiyi üçün mərkəzi sinir sisteminin funksional pozğunluğu ilə əlaqədar olan əzələ ifliclərində (serebral iflic) tətbiq edilir. Bundan başqa, əzələ distrofiyasında, nevritlər, polinevritlər, radikulitlər və radikulo nevritlərlə əlaqədar olaraq əmələ gəlmiş hissi və hərəki pozğunluqlarda, psixogen impotensiyada, miasteniyada, bağırsağın və sidik kisəsinin atoniyasında istifadə edilir.
1%-li məhlulundan 0,25-0,5 ml dəri altına təyin edilir.
Yerli qıcıqlandırıcı təsirə malik olduğu üçün göz təcrübəsində qalantamindən istifadə edilmir.
Epilepsiya, bronxial astma, stenokardiya və bradikardiya zamanı qalantaminin təyin edilməsi əks göstərişdir.
Yüklə 32,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin