Xolinergik sinapslarda oyanmanin ötürülməsinə təsir göstərən dərman maddələri



Yüklə 32,48 Kb.
səhifə1/4
tarix14.12.2023
ölçüsü32,48 Kb.
#176687
  1   2   3   4
farma 5.1.tb4


SƏRBƏST IŞ

Fənn:Farmakologiya


Müəllim:Rəsulova Aytən
Kurs,qrup: 1 kurs,Tibb bacısı 4
Tələbə:
Mövzu: Xolinergik sinapslara təsir göstərən dərman maddələri
Xolinergik sinapslarda oyanmanin ötürülməsinə təsir göstərən dərman maddələri
Müəyyən edilmişdir ki, asetilxolinin qıcıqlandırıcı təsirini qəbul edən xolinoreseptorlar müxtəlif zəhərlərin təsirinə qarşı həssaslığına görə 2 cür olur. Qanqlionların xolinoreseptorları nikotinin (tütün yarpağında olan alkaloiddir), daxili orqanların xolinoreseptorları isə zəhərli göbələyin tərkibində olan muskarinin təsirinə qarşı həssasdır. Birincilər nikotinəhəssas xolinoreseptorlar (n-xolinoreseptorlar), ikincilər isə muskarinohəssas xolinoreseptorlar (M-xolinoreseptorlar) adlanır.
Bu terminologiyaya uyğun olaraq xolinergik sinapslarda oyanmanın ötürülməsinə təsir göstərən dərman maddələri aşağıdakı qruplara bölunur:
1) M-xolinomimetik maddələr. Bunlar M-xolinoreseptorlara qıcıqlandırıcı təsir göstərərək oyanmanın sinapsdan ötürülməsini təmin edir;
2) N-xolinomimetik maddələr (n-xolinoreseptorlara qıcıqlandırıcı təsir göstərən maddələr);
3) M, N-xolinomimetik maddələr (eyni zamanda m- və n-xolinoreseptorları qıcıqlandırırlar);
4) M-xolinoblokatorlar (M-xolinoreseptorları blokadaya alaraq oyanmanın sinapsdan ötürülməsinə mane olurlar);
5) N-xolinoblokatorlar (n-xolinoreseptorları blokadaya alırlar).
M-xolinomimetik dərman maddələri
M-xolinomimetik maddələr seçici olaraq M-xolinoreseptorlara qıcıqlandırıcı təsir göstərir. M-xolinomimetik maddələrin təsirindən ürək yığılmasının tezliyi azalır (bradikardiya), göz bəbəkləri daralır və gözdaxili təzyiq azalır, qan damarları genişlənir, arterial təzyiq aşağı düşür, bronxların, mədə-bağırsaq sisteminin, sidik kisəsinin, öd yollarının saya əzələlərinin tonusu, daxili sekresiya vəzilərinin şirə ifrazı artır.
M-xolinomimetik maddələrdən tibbi təcrübədə geniş istifadə olunanları pilokarpin (Pilokarpus Jaborandi bitkisinin alkaloididir), aseklidin, sizaprid və aminopiridindir.
Güclü toksiki təsirə malik olduğu üçün muskarindən istifadə edilmir.

Yüklə 32,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin